Məhkəmə qərarları › İş №1(025)-32/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-32/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-32/2023 22.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X5 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X7, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs8, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, orta təhsilli, Bakı şəhəri, Xətai rayonu, X27 küçəsi ev 86A ünvanında qeydiyyatda olmaqla Sabirabad rayonu, Qalağayın kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə saat 12 radələrində Qaraməryəm- İsmayıllı-Şəki yolunun Qəbələ rayonu, Nohurqışlaq kənd ərazisindən keçən 59-cu kilometrliyində idarə etdiyi X16 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu ilə Şəki rayonu istiqamətində hərəkətdə olan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı, diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı, qarşıda onun hərəkət zolağında yol təmiri ilə əlaqədar yük avtomobilinin yük boşaltmasını və qarşıdan əks istiqamətdə Mitsubishi Pajero markalı avtomobilin yaxınlaşmasını nəzərə alaraq 1.1 üfüqi nişanlanma xəttini kəsib avtomobili qarşı hərəkət zolağına çıxarmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı, avtomobili 50 km/saat sürətlə idarə etməli olduğu halda həmin tələblərə riayət etməyib “X28” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 64-cü maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili 70 km/saat sürətlə idarə edib uzaq məsafədən yük avtomobilin yük boşatlmasını nəzərə almayaraq hərəkətinə davam etmək məqsədilə idarə etdiyi mikroavtobusu qarşı hərəkət zolağına çıxardaraq hərəkətinə davam etmək istəyən zaman qarşı hərəkət zolağında İsmayıllı şəhəri istiqamətində hərəkətdə olan sürücü, Zərərçəkmiş şəxs1 özünə məxsus olan X20 markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun hərəkət zolağında toqquşmuş, ehtiyatsızlıqdan hadisə nəticəsində idarə etdiyi mikroavtobusda olan sərnişinlər Zərərçəkmiş şəxs7 üzərində sağ ıv,v,vı,vıı,vııı,ıx qabırğaların, sol incik sümüyünün yuxarı 1/3nin qapalı sınığı, sağ çiyin qurşağının yumuşaq toxumasının əziyi və sol baldırın bayır tərəfinin qançırı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aid, Zərərçəkmiş şəxs3 sol almaçıq sümüyünün və sol əng cibinin yerdəyişmiş sınğı, üzün sol tərəfində dərialtı hematoması və sol gözün buynuz qişasına qansızma kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aid, Zərərçəkmiş şəxs4 sağ bud sümüyünün qapalı yerini dəyişən sınığı, sağ çiyinin ön səthinin və üzün sol tərəfinin qançırı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aid, Zərərçəkmiş şəxs6 döş qəfəsinin sağdan qabırğaların coxsaylı sınığı, hər iki ağ ciyərlərin əzilməsi, sağ tərfli pnevhemotoraks, sağ tərəfli Blau-drnajı əməliyyatından sonrakı vəziyyət, vııı döş fəqər cisminin sınığı, sağ əng cibinin divarlarının sınığı, çənə sümüyünün sağ tərəfinin sınığı, sağ çənə sümüyünün oynaq başının sınığı, sol çənə sümüyünün oynaqdan çıxığı və sınığı, alt dodağın əzilmiş-cırılmış yarası, üzün sağ tərəfinin və sol dizin ön səthinin sıyrığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid, Mitsubishi Pajero markalı avtomobildə olan sürücüsü Zərərçəkmiş şəxs1 döş sümüyünün sınığı, alının sol qaşaltı nahiyyəsinin əzilmiş-cırılmış yarası, boyunun sol tərəfinin və sol dizin ön səthinin sıyrılmış yaraları kimi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aid, Mitsubishi Pajero markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs8 sol bazu sümüyünün qapalı yerdəyişən sınığı, alının, üzün sol tərəfinin və alt çənənin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aid, Zərərçəkmiş şəxs5 alt çənənin yerini dəyişən sınığı, sağdan ı, soldan ı,ıı,ııı,ıv,v qabırğaların sınığı, alının sol yuxarı nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ əlin üst səthinin, onurğanın döş və bel şöbələrinin, sol dizin ön səthinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aid, X4 bud sümüyünün boyun hissəsinin yerdyişmiş və diafiz hisəsinin yerini dəyişməyən sınığı, ıv,v bel, İ oma fəqərəsinin kompression sınığı, döş qəfəsinin soldan v-ıv qabırğaların sınığı, sağ mil sümüyünün sınığı, başın sol gicgah nahiyyəsinin, alının, üzün, alt çənənin əzilmiş-cırılmış yaraları və qarının aşağı ön divarının sıyrığı kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid xəsarət yetirməklə yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2023cü il tarixdən etibarən Bakı-Şəki rayonlararası avtobus sürücüsü işləmişdir. X16 markalı **-CC- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirmiş. Həmin avtomobil İlkin və Fərhad adlı şəxslərindir. Onlar ona gündəlik 30 manat pul vermişlər. Hər gün Bakı avtovağzalından 08:45də Şəki rayonuna çıxır, Şəki rayonuna çatdıqdan sonra isə oradan Bakı şəhərinə 16:30-da qayıtmışdır. xx.xx.2023-cü il tarixdə də həmşəki 08:45-də Bakı avtovağzalından Şəki rayonuna çıxmışdır. Həmin vaxt avtobusda 14 nəfər şəxs olmuşdur. Onlardan 2-si ön oturacaqda, digərləri isə arxa oturacaqlarda oturmuşlar. Onlar Bakı şəhərindən çıxdıqdan sonra Şamaxı rayonunu keçməklə İsmayıllı rayonuna daxil olmuşdur. Şamaxı rayonunda Savalan restoranında qısa müddətlik saxlamışdır. Ondan sonra heç yerdə saxlamamışdır. İsmayıllı rayonunu keçdikdən sonra Qəbələ şəhəri istiqamətində hərəkət etmişdir. Qəbələ rayonu, Vəndam qəsəbəsini keçdikdən sonra Nohurqışlaq kənd ərazisində hərəkətinə davam etmişdir. Həmin kənd ərazisində olan Yeddi Gözəl restoranın keçdikdən sonra təxminən 200-250 metr məsafə onun hərəkət zolağında təmir işləri ilə əlaqədar Kamaz markalı avtomobil yolun sağ kənarında torpaq boşaldırmış. Həmin vaxt Kamaz markalı avtomobilin ön hissəsi onun hərəkət zolağının yarısında olmuşdur. Qarşısında tanımadığı Opel markalı avtomobil olmuşdur. Həmin vaxt avtomobili 60-70 km/saat sürətlə idarə etmişdir. Kamaza çatana yaxın qarşısında olan Opel markalı avtomobil Kamazın yük boşaltmasına görə tormoz edib siqnal vermişdir. Kamaz ilə ara məsafəsinin az olmasına görə manevr edib Kamazı keçmək istəmişdir. Həmin vaxt Kamaz markalı avtomobilin ön hissəsi hərəkət zolağının yarısında olmasına görə manevr edən zaman qarşı hərəkət zolağına çıxmaq məcburiyyətində qalmışdır. Bundan sonra isə qarşı hərəkət zolağında İsmayıllı şəhər istiqamətində hərəkətdə olan Mitsubsihi markalı avtomobil ilə onun hərəkət zolağında toqquşmuşdur. Daha sonra isə ətrafdakı şəxslər kömək etmiş və hadisə yerinə polis əməkdaşları və həkimlər gəlmişlər. Hadisə vaxtı avtomobili 60-70 km/saat sürətlə idarə etmiş, hava açıq, yol quru olmuş, avtomobildən qarşını görmək mümkün olmuşdur. Kamaz markalı avtomobili görən zaman arasında 200-250 metr məsafə olmuşdur. Hadisədən sonra mikroavtobusda və digər avtomobildə olan zərərçəkənlərin hamısını xəstəxanaya yola saldıqdan sonra özü xəstəxanaya getmişdir. Maddi vəziyyəti çox aşağı olduğundan zərərçəkmiş şəxslərə maddi kömək edə bilməmişdir. Lakin mülkiyyətində olan torpaq sahəsi var və həmin torpaq sahəsini satdıqdan sonra zərərçəkmiş şəxslərə maddi kömək edəcəkdir. Hal-hazırda yaşlı anası ilə birlikdə qalmaqdadır. Bəzi zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalarını, himayəsində yaşlı anasının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübütlarla öz təsdiqini tapır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus X21 **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Sürücülük vəsiqəsi yoxdur. 25 may 2023-cü il tarixdə anası Həqiqətin ad günü olmuşdur. Həmin gün qohumlarda yas olmasına görə anasının ad gününü 26-sı tarixinə dəyişib qeyd etməyi qərar almışdır. xx.xx.2023-cü il tarixdə ad günü qeyd etmək üçün Qəbələ rayonu, Vəndam qəsəbəsində olan Xəzər restoranında getməli olmuşdur. Evdən xx.xx.2023-cü il tarixdə 12 radələrində o, yoldaşı Nigar, anası Həqiqət, uşaqları Gülsün və Həqiqət, baldızı Validə onun avtomobilə əyləşmiş, digər qohumları isə digər avtomobilə əyləşmişlər. Avtomobili özü idarə etmiş, anası ön oturacaqda, digərləri isə arxa oturacaqda əyləşmişlər. Evdən çıxdıqdan sonra Qəbələ rayonu Vəndam qəsəbəsi istiqamətində hərəkət etmişdir. Həmin vaxt arxasınca yeznəsi Seymur özünə məxsus avtomobil ilə hərəkət etmişdir. Ondan öndə isə digər yeznəsi Aqil özünə məxsus avtomobil ilə hərəkət etmişdir. Qəbələ şəhərini keçdikdən sonra Qəbələ rayonu, Nohurqışlaq kənd ərazisində hərəkət etmişlər. Həmin vaxt avtomobili 40 km/saat sürətlə hərəkət etmişdir. Hərəkətdə olan zaman yolun sol tərəfində tanımadığı Kamaz markalı avtomobil yol tikintisi ilə əlaqədar avtomobilin ön hissəsini yolun orta xətti istiqamətində saxlamaqla torpaq boşaldırmış. Həmin vaxt Kamaz markalı avtomobil yolun sol zolağını xeyli hissəsini tutmuşdur. Tikinti işlərinin getməsinə avtomobilin sürətini 40 km/saata endirmiş və ehtiyatla hərəkət etmişdir. Hərəkətdə olan zaman Kamaza çatdıqda qarşı hərəkət zolağında olan Ford markalı sərnişin avtobusu Kamazın onun hərəkət zolağını tutmasına görə hərəkət zolağına keçib hərəkətinə davam etmək istəmişdir. Avtobusun önündə Opel markalı avtomobil olmuş və həmin avtomobil normal qayda da heç bir maneəçilik törətmədən hərəkətinə davam etmişdir. Lakin avtobusun sürücü Kamaza çatmağa az qalmış qəflətən gəldiyi sürətlə, tormoz etmədən hərəkət zolağına keçib hərəkətinə davam etmək istəmişdir. Lakin bu vaxt artıq arasında olan məsafə xeyli az olmasına görə qəzanın qarşısını ala bilməmiş və bundan sonra hərəkət zolağında avtobus ilə avtomobilinin ön hissəsi toqquşmuşdur. Daha sonra isə özünə gəldikdə Qəbələ RMX-nın Reanimasiya şöbəsində olmuşdur. Hadisə vaxtı avtomobili 40 km/saat sürətlə idarə etmişdir, hava açıq, yol quru olmuş, avtomobildən qarşını görmək mümkün imiş. Hər hansı bir maneə olmamış, ayıq olmuşdur. Hadisə nəticəsində o və ailə üzvləri ciddi zədə alsalar da, Təqsirləndirilən şəxs tərəfindən bu günə qədər ona heç bir yardım göstərilməmiş, onlara dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 ifadəsində göstərdi ki, əvvəllər Coğrafiya müəlliməsi işləmiş, hazırda təqaüdçüdür. Zərərçəkmiş şəxs1 oğludur. Onun özünə məxsus X21 **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 25 may 2023-cü il tarixdə ad günü olmuşdur. Ad günündə qohumlarında yas olması ilə əlaqədar ad gününü səhərisi günə, yəni xx.xx.2023-cü il tarixə keçirməyi qərara almışlar. xx.xx.2023-cü il tarixdə o və ailə üzvləri, kürəkənləri ilə birlikdə Xəzər restoranında ad günü keçirməyi qərara almışlar. xx.xx.2023-cü il tarixdə o, gəlini Nigar, oğlu Ramin, Validə və nəvələri ilə birlikdə Raminə məxsus avtomobil əyləşmişlər. Həmin vaxt avtomobili Ramin idarə etmiş, özü ön oturacaqda, digərləri isə arxa oturacaqda əyləşmişdir. Kürəkənləri isə öz avtomobilləri ilə birllikdə Xəzər restoranına istiqamətdə hərəkət etmişlər. Həmin gün 12 radələrində Qəbələ rayonu, Nohurqışlaq kənd ərazisində olan zaman yolun sol tərəfində tanımadığı Kamaz markalı avtomobil yol tikintisi ilə əlaqədar avtomobilin ön hissəsini yolun orta xətti istiqamətində saxlamaqla torpaq boşaltmışdır. Həmin vaxt Kamaz markalı avtomobil yolun sol zolağını xeyli hissəsini tutmuşdur. Hərəkətdə olan zaman Kamaza çatdıqda qarşı hərəkət zolağında olan Ford markalı sərnişin avtobusu Kamazın onun hərəkət zolağını tutmasına görə qəflətən onların hərəkət zolağına keçmişdir. Yalnız ağ rəngli avtobusun üzərinə doğru gəlməsini, sürətini endirmədən onların hərəkət zolağında onların avtomobil ilə toqquşmasını xatırlayır. Bu zaman aralarında məsafə az olmasına görə onların avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Daha sonra isə özünə gəldikdə Qəbələ RMX-nın Reanimasiya şöbəsində olmuşdur. Təqsirləndirilən şəxs bu günə qədər onlara heç bir maddi yardım göstərməmiş, eyni zamanda onlarla maraqlanmamışdır. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Qəbələ şəhəri, 4 saylı tam orta məktəbdə fizika müəlliməsi işləyir. Zərərçəkmiş şəxs1 əridir. Raminə məxsus X21 **-LP- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 25 may 2023-cü il tarixdə qaynanası Həqiqətin ad günü olmuşdur. Ad günüsü günündə qohumları da yas olması ilə əlaqədar ad gününü səhərisi günə, yəni xx.xx.2023-cü il tarixə keçirməyi qərara almışlar. xx.xx.2023-cü il tarixdə o və ailə üzvləri, qohumları ilə birlikdə Xəzər restoranında ad günü keçirməyi qərara almışlar. xx.xx.2023-cü il tarixdə o, qaynanası Həqiqət, əri Ramin, Validə və uşaqları ilə birlikdə Raminə məxsus avtomobil əyləşmişdir. Həmin vaxt avtomobili Ramin idarə etmiş, Həqiqət ön oturacaqda, onlar isə arxa oturacaqda əyləşmişdir. Qohumları isə öz avtomobilləri ilə birllikdə Xəzər restoranına istiqamətdə hərəkət etmişdir. Həmin gün 12 radələrində Qəbələ rayonu, Nohurqışlaq kənd ərazisində olan zaman yolun sol tərəfində tanımadığı Kamaz markalı avtomobil yol tikintisi ilə əlaqədar avtomobilin ön hissəsini yolun orta xətti istiqamətində saxlamaqla torpaq boşaltmışdır. Həmin vaxt Kamaz markalı avtomobil yolun sol zolağını xeyli hissəsini tutmuşdur. Hərəkətdə olan zaman Kamaza çatdıqda qəflətən qəza olmasını hiss etmişdir. Lakin fikri yolda olmadığı üçün qəzanın necə olmasını görməmişdir. Özünə gəldikdə isə Qəbələ RMX-da olmuşdur. Daha sonra isə hadisənin Kamaza çatan zaman qarşı hərəkət zolağında olan Ford markalı sərnişin avtobusu Kamazın onun hərəkət zolağını tutmasına görə qəflətən onun hərəkət zolağına keçməsinə, sürətini endirmədən öz hərəkət zolağında onların avtomobil ilə toqquşmasına görə baş verdiyini eşitmişdir. Hadisə nəticəsində sağlamlığına ciddi zərər dəymişdir. Lakin buna baxmayaraq təqsirləndirilən şəxs heç bir maddi yardım göstərməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, Qəbələ şəhəri, 2 saylı bağçada müəllimə işləyir. Zərərçəkmiş şəxs1 bacısını əridir. Onun özünə məxsus X21 **-LP- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 25 may 2023-cü il tarixdə bacısının qaynanası Həqiqətin ad günü olmuşdur. Ad günündə qohumları da yas olması ilə əlaqədar ad gününü səhərisi günə, yəni xx.xx.2023-cü il tarixə keçirməyi qərara almışlar. Ad gününə dəvətli olmuşlar. xx.xx.2023-cü il tarixdə o, və bacısın ailə üzvləri, qohumları ilə birlikdə Xəzər restoranında ad günü keçirməyi qərara almışdır. xx.xx.2023-cü il tarixdə o, Həqiqət, Ramin, Nigar və uşaqları ilə birlikdə Raminə məxsus avtomobil əyləşmişdir. Həmin vaxt avtomobili Ramin idarə etmiş, Həqiqət ön oturacaqda, onlar isə arxa oturacaqda əyləşmişdir. Qohumları isə öz avtomobilləri ilə birlikdə Xəzər restoranına istiqamətdə hərəkət etmişdir. Həmin gün 12 radələrində Qəbələ rayonu, Nohurqışlaq kənd ərazisində olan zaman yolun sol tərəfində tanımadığı Kamaz markalı avtomobil yol tikintisi ilə əlaqədar avtomobilin ön hissəsini yolun orta xətti istiqamətində saxlamaqla torpaq boşaldırmış. Həmin vaxt Kamaz markalı avtomobil yolun sol zolağını xeyli hissəsini tutmuşdur. Hərəkətdə olan zaman Kamaza çatdıqda qəflətən qəza olmasını hiss etmişdir. Lakin fikri yolda olmadığı üçün qəzanın necə olmasını görməmişdir. Özünə gəldikdə isə Qəbələ RMX-da olmuşdur. Daha sonra isə hadisənin Kamaza çatan zaman qarşı hərəkət zolağında olan Ford markalı sərnişin avtobusu Kamazın onun hərəkət zolağını tutmasına görə qəflətən hərəkət zolağına keçməsinə, sürətini endirmədən hərəkət zolağında avtomobil ilə toqquşmasına görə baş verdiyi eşitmişdir. Təqsirləndirilən şəxs ona heç bir maddi yardım göstərməmişdir, lakin təqsirləndirilən şəxsə qarşı heç bir tələbi yoxdur. Zərərçəkmiş şəxs6 məhkəmə iclaslarında iştirak etməmiş və məhkəməyə xx.xx.2023cü il tarixdə göndərdiyi teleqramda səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, işə iştirakı olmadan baxılmasını və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, X22 İnstitutunda işləyir. İş yoldaşları Namilə və Şamama ilə birlikdə Şəki rayonuna getmək qərarına gəlmişdir. Üçü gəzmək üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olan X9 rayonuna getməkdən ötrü bilet alaraq avtobusa minmişlər. Avtobusda sürücü oturacağının arxa hissəsində olan oturacağında orta hissəsində əyləşmişdir. Onlar bir qədər sonra Bakı şəhərindən çıxmışdır. Bakı şəhərindən çıxdıqdan sonra Şəki rayonuna getməkdən ötrü Bakı Şamaxı yolu ilə hərəkət etməyə başlamışdır. Şamaxı rayonuna çatdıqda orada qısa fasilə verib yenidən yola davam etməyə başlamışdır. Onlar İsmayıllı rayonunu keçdikdən sonra da Qəbələ rayonuna daxil olmuşdur. Qəza olan zaman yatmışdır. Bu səbəbdən hadisənin, yəni qəzanın necə baş verməsini görməmişdir. Özünə gəldikdə artıq qəza baş vermişdir. Digərləri ilə birlikdə avtobusdan düşüb Qəbələ RMX-na aparılmışdır. Orada ilkin yardım göstərildikdən sonra Bakı şəhərinə Medera Hospitala gedib orada müayinədən keçmişdir. Daha sonra isə evə getmişdir. Özünə gəldikdən sonra isə avtobusun sürücüsün qarşı hərəkət zolağında digər avtomobil ilə toqquşmasını eşitmiş və sosial şəbəkədə qəzadan sonrakı görüntüləri görmüşdür. Qəza nəticəsində ağır xəsarət almağına baxmayaraq günahkar sürücü Təqsirləndirilən şəxs onun ilə maraqlanmamış, ona dəymiş ziyanı ödəməmişdir. Hazırda onun barəsində şikayətçidir və barəsində qanuni tədbir görülməsini xahiş edir. Zərərçəkmiş şəxs7 məhkəmə iclaslarında iştirak etməmiş və məhkəməyə xx.xx.2023-cü il tarixdə göndərdiyi teleqramda səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, işə iştirakı olmadan baxılmasını və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, Qobustan RMX-da tibb bacısı işləyir. Övladları Aydan, Aidə və Turan ilə birlikdə ailəvi xx.xx.2023-cü il tarixdə Şəki rayonuna getmək istəmişlər. Həmişə Şəki rayonuna gedən zaman avtobus sürücüsü ilə əlaqə saxlayıb bilet aldıqdan sonra avtobus onları Qobustan rayonu ərazisində, Heydər Məscidinin yaxınlığından götürmüşdür. Bu səfərdə sürücü ilə danışıb bilet aldıqdan sonra xx.xx.2023-cü il tarixdə Heydər Məscidinin yaxınlığına getmişlər və Bakı Şəki avtobusu oradan götürmüşdür. Avtobusda 3-cü və 4-cü siralarda əyləşmişlər. Qobustan rayonundan çıxdıqdan sonra Şamaxı rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Şamaxı rayonunu keçdikdən sonra ardınca İsmayıllı rayonunu keçib Qəbələ rayonu ərazisinə çatmışlar. Qəbələ rayonu, Nohurqışlaq kənd ərazisində hərəkət etmişlər. Hərəkətdə olan zaman fikri yolda olmamışdır. Qəflətən güclü səs eşitmişdir. Lakin fikri yolda olmadığına görə hadisənin necə baş verməsini bilməmişdir. Özünə gəldikdə artıq qəza baş vermişdir. Ayağa qalxmaq istəsədə ağrıları olduğuna görə ayağa qalxa bilməmişdir. Bundan sonra isə onları Qəbələ RMX-na aparmışlar. Orada ilkin yardım göstərildikdən sonra Bakı şəhərinə aparılmışdır. Günahkar sürücü Xalid qəza baş verəndən sonra onun ilə maraqlanmamış, müalicəsinə heç bir kömək göstərməmişdir. Ondan başqa övladları da xəsarət almışdır. Zərərçəkmiş şəxs3 məhkəmə iclaslarında iştirak etməmiş və məhkəməyə xx.xx.2023-cü il tarixdə göndərdiyi teleqramda səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, işə iştirakı olmadan baxılmasını və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, X22 X17 üzrə aparıcı Elmi işçidir və Fəlsəfə Doktorudur. İş yoldaşları Esmira və Namilə ilə birlikdə gəzmək məqsədilə Şəki rayonuna getməyi danışıb razılaşmışlar. 26 may 2023-cü il tarixdə görüşüb Bakı Beynəlxalq Avtovağzalına getmişlər. Ora gedib Şəki rayonuna gedən avtobus üçün kassadan 3 ədəd bilet almış və avtobusa əyləşmişdir. Avtobusda qapıdan sol tərəfdə olan tək oturacaqda əyləşmişdir. Esmira və Namilə isə digər oturacaqda əyləşmişlər. Həmin gün səhər radələrində, təxminən 08:45 radələrində Bakı şəhərindən çıxmışdır. Bakı şəhərindən çıxdıqdan sonra Şəki rayonuna getməkdən ötrü Bakı Şamaxı yolu ilə hərəkət etməyə başlamışdır. Şamaxı rayonuna çatdıqda orada qısa fasilə verib yenidən yola davam etməyə başlamışdır. İsmayıllı rayonunu keçdikdən sonra da Qəbələ rayonuna daxil olmuşlar. Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisini keçdikdən sonra yuxlamışdır. Buna görə də fikri yolda olmamışdır. Bu vaxt qəflətən səs gəlməsini eşitmişdir. Özünə gəldikdə avtobusda tək olmağını, digərlərinin yerdə olmasını, qəza baş verməsini, burnundan qan axmasını görmüşdür. Qəzadan əvvəl yalnız səsə oyanmışdır və o zaman qarşısındakı toqquşduğu avtomobilə çatmağa bir neçə metr qalmışdır. Qəzadan sonra isə bir müddət sonra özünə gəlmişdir. Özünə gəldikdən sonra avtobusdan düşdükdə ona ilkin yardım göstərilib Qəbələ RMX-na aparmışlar. Orada da yardım göstərildikdən sonra Bakı şəhərinə aparmışlar. Özünə gəldikdən sonra isə avtobusun sürücüsün qarşı hərəkət zolağında digər avtomobil ilə toqquşmasını eşitmiş və sosial şəbəkədə qəzadan sonrakı görüntüləri görmüşdür. Qəza nəticəsində xəsarət almağına baxmayaraq günahkar sürücü Təqsirləndirilən şəxs onun ilə maraqlanmamış, ona dəymiş ziyanı ödəməmişdir. Zərərrçəkmiş şəxs Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi (anası) X14 məhkəmənin elektron e-mail ünvanına ərizə ilə müraciət edərək göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs4 səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. İşə iştirakları olmadan baxılıb qərar verilməsini xahiş edir. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəməmişdir və bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, Abşeron rayonu, Xırdalan şəhərində orta məktəbdə şagirdidir. Şahid1 atasıdır. Əslən Şəki rayonu, Aşağı Küngüt kəndindənlər. Lakin hazırda Xırdalan şəhərində yaşayır. Atası Kamran ilə birlikdə nənəsinin yas mərasimi ilə əlaqədar Şəki rayonuna getmək üçün 26 may 2023-cü il tarixdə Bakı şəhərində olan Avtovağzala getmişdir. Orada bilet aldıqdan sonra avtobusda əyləşmişdir. Onlar avtobusda əyləşdikdən sonra saat 08:45 radələrində Bakı şəhərindən çıxmışdır. Şamaxı rayonu keçməklə Şəki rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Qəbələ rayonu ərazisində olan zaman yol istiqamətində Kamaz yük boşaltmışdır. Hərəkətdə olan zaman sürücü Xalid Kamaz onların yolda olduğu üçün qarşı hərəkət zolağına çıxıb hərəkətinə davam etmək istəmişdir. Sürücü Xalid qarşı hərəkət zolağına çıxdığı anda həmin zolaqda hərəkətdə olan digər avtomobil ilə toqquşmuşdur. Bundan sonra isə çoxlu sayda adam xəsarət almışdır. Daha sonra isə onlar Qəbələ RMX-na aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Şəki şəhərində yaşayır. Ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə getmişdir. 26 may 2023-cü il tarixdə Bakı şəhərində olmuşdur. Həmin gün Bakı şəhərindən çıxıb Şəki şəhərinə getməkdən ötrü Bakı şəhərində yerləşən Avtovağzala getmişdir. Avtovağzala gedib bilet aldıqdan sonra Bakı Şəki rayonlararası avtobusuna minmişdir. Avtobusa mindikdən sonra qapının yaxınlığında tək oturacaqda oturmuşdur. Həmin gün 08:45də Bakı avtovağzalından çıxmış və Şəki rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Bakı Şamaxı yolu ilə hərəkət etdikdən sonra Şamaxı rayon ərazisində olan kafedə qısa müddətlik fasilə vermişdir. Bundan sonra isə yoluna davam etmişdir. İsmayıllı rayonunu keçdikdən sonra Qəbələ rayonu Nohurqışlaq kənd ərazisində olan zaman telefona baxmışdır. Bu vaxt anidən qəza olmuşdur. Telefona baxdığı üçün qəzanın necə baş verməsini görməmişdir. Qəzadan sonra avtobusdan düşən zaman avtobusun tanımadığı xarici avtomobil ilə toqquşmasını görmüşdür. Belə ki, həmin vaxt avtobusun yolun sol tərəfində, qarşı hərəkət zolağında avtomobil ilə toqquşmuşdur. Qəzadan sonra Qəbələ RMX-na aparılmış və müayinələrdən keçirilmişdir. Daha sonra isə oradan çıxıb Şəki rayonuna, evinə qayıtmışdır. Hadisə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində X18 avtomobil yolunda, Qəbələ rayonu, Nohurqışlaq kənd ərazisində baş vermişdir, avtomobildə ondan başqa 14 nəfər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X22 İnstitutunda işləyir. İş yoldaşları Esmira və Şamama ilə birlikdə Şəki rayonuna getmək qərarına gəlmişdir. Üçü gəzmək üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olan X9 rayonuna getməkdən ötrü bilet alaraq avtobusa minmişlər. Avtobusda sürücü oturacağının arxa hissəsində olan oturacağında orta hissəsində əyləşmişdir. Onlar bir qədər sonra Bakı şəhərindən çıxmışdır. Bakı şəhərindən çıxdıqdan sonra Şəki rayonuna getməkdən ötrü Bakı Şamaxı yolu ilə hərəkət etməyə başlamışdır. Şamaxı rayonuna çatdıqda orada qısa fasilə verib yenidən yola davam etməyə başlamışdır. Onlar İsmayıllı rayonunu keçdikdən sonra da Qəbələ rayonuna daxil olmuşdur. Qəza olan zaman yatmışdır. Bu səbəbdən hadisənin, yəni qəzanın necə baş verməsini görməmişdir. Özümə gəldikdə artıq qəza baş vermişdir. Digərləri ilə birlikdə avtobusdan düşüb Qəbələ RMX-na aparılmışdır. Orada ilkin yardım göstərildikdən sonra Bakı şəhərinə Medera Hospitala gedib orada müayinədən keçmişdir. Daha sonra isə evə getmişdir. Özünə gəldikdən sonra isə avtobusun sürücüsün qarşı hərəkət zolağında digər avtomobil ilə toqquşmasını eşitmiş və sosial şəbəkədə qəzadan sonrakı görüntüləri görmüşdür. Qəza nəticəsində ağır xəsarət almağına baxmayaraq, istintaq zamanı zərərçəkmiş şəxs kimi tanınmamışdır. Halbuki məhkəməyə təqdim etdiyi şəkillərdə də ona kifayət qədər ziyan dəyməsi açıq-aşkar görünməkdədir. Bütün bunlara baxmayaraq günahkar sürücü Təqsirləndirilən şəxs onun ilə maraqlanmamış, ona dəymiş ziyanı ödəməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu, Nohurqışlaq kənd ərazisində vermişdir. Avtomobil yolu 1.1 nişanlanma xətti ilə nişanlanmışdır. Hərəkət sürəti 50 km/saatdır. Yolun hərəkət hissəsi asfalt örtüklüdür, hamardır, qurudur, üfüqidir. Yolun hərəkət hissəsinin eni 8 metrdir. Həmçinin yolun sol və sağ tərəflərində yolun çiyni vardır. Toqquşma nöqtəsi yolun sol hərəkət zolağında, 1.1 nişanlanma xəttinə 3 metr məsafədə yerləşir. Toqquşma baş verdikdən sonra hər iki avtomobil yolun sol hərəkət zolağında dayanmışdır. X16 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı mikroavtobusda 14 nəfər sərnişin, X20 markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobildə isə 3 nəfər sərnişin olmuş, hər iki avtomobil yüksüz olmuşdur. Hər iki avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Bundan başqa X20 markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürəti 40 km/saat, X16 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun hərəkət sürəti 60-70 km/saat olmuş, hadisə X20 markalı **- LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında baş vermişdir. Toqquşma Qəbələ şəhər istiqamətində, sol hərəkət zolağında 1.1 nişanlanma xəttinə 3 metr məsafədə baş vermişdir. İş materiallarında olan görüntüyə baxış protokolundan və yolu müşahidə edən “video qeydiyyat” qurğusundan götürülərək CD diskə köçürülmüş videogörüntüyə baxış keçiriən zamanı “MOVA8178” adlı fayl açıldıqda görüntünün xx.xx.2023-cü il tarixdə saat 01:23-də qeydə alınması, həmin tarix və saatın düzgün olmaması, qəzanın xx.xx.2023-cü il tarixdə olması müəyyən edildi. Görüntünün ümumilikdə 2 dəqiqə müddətində olması müəyyən edildi. Baxış zamanı görüntünün avtomobilin ön şüşəsində olan kamera vasitəsilə qeydə alınması, ərazinin Qəbələ rayonu Nohurqışlaq kənd ərazisi olması, qarşısında Mitsubishi markalı avtomobilin olması, hər iki avtomobili İsmayıllı rayon istiqamətində hərəkətdə olması müəyyən edildi. Baxış zamanı videonun 50-ci saniyəsində hər iki avtomobilin yol təmiri aparılan hissəyə çatması, həmin vaxt yolda hər hansı bir təmir ilə bağlı xəbərdarlıq nişanlarının olmaması müəyyən edildi. Hər iki avtomobil yolun sol hissəsində olan ekskavatoru keçdikdən sonra hərəkətlərinə davam edən zaman sürətlərinin yüksək olmaması, yolun sol hissəsində qırmızı rəngli yük avtomobilin yük boşaltması, həmin vaxt heç bir təhlükəsizlik qaydalarına əməl olunmaması, hər hansı xəbərdaredici nişanların və hərəkəti tənzimləməkdən ötrü “bayraqcıq”adlanan şəxslərin olmaması, yük avtomobilin yolun sol hərəkət hissəsinin xeyli hissəsini tutması müəyyən edildi. Baxış zamanı Mitsubishi markalı avtomobilin yük avtomobilinə çatan zaman qarşı hərəkət zolağından Opel markalı avtomobilin və onun arxasında isə ağ rəngli sərnişin avtobusunun olması müəyyən edildi. Baxış zamanı Mitsubishi markalı avtomobilin yük avtomobilinə çatan zaman qarşı hərəkət zolağında hərəkətdə olan Opel markalı avtomobil yük avtomobilin qarşı hissəsindən keçib hərəkətinə davam etməsi, sərnişin avtobusunun isə qəflətən Mitsubishi markalı avtomobilin üzərinə yönəlməsi və onun hərəkət zolağında onunla toqquşması müəyyən edildi. Qəzadan sonra toqquşan hər iki avtomobilin yolun sol hərəkət zolağında dayanması və avtomobillərdən şəxslərin düşərək onlara kömək etməsi müəyyən edildi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/1679 ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Ford Transit markalı **-CC-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X28” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Əsədov maksimum hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X28” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1937A/K nömrəli məhkəmə kimyəvi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid( çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 226 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 məhkəmə tibbi ekspertizası zamanı bədəni üzərində sağ ıv,v,vı,vıı,vııı,ıx qabırğaların, sol incik sümüyünün yuxarı 1/3-nin qapalı sınığı, sağ çiyin qurşağının yumuşaq toxumasının əziyi və sol baldırın bayır tərəfinin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni 26 may 2023-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 230 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, X7 məhkəmə tibbi ekspertizası zamanı bədəni üzərində sol bud sümüyünün boyun hissəsinin yerdyişmiş və diafiz hisəsinin yerini dəyişməyən sınığı, ıv,v bel, İ oma fəqərəsinin kompression sınığı, döş qəfəsinin soldan v-ıv qabırğaların sınığı, sağ mil sümüyünün sınığı, başın sol gicgah nahiyyəsinin, alının, üzün, alt çənənin əzilmişcırılmış yaraları və qarının aşağı ön divarının sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni 26 may 2023-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 231 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 İnqilab qızının məhkəmə tibbi ekspertizası zamanı bədəni üzərində alt çənənin yerini dəyişən sınığı, sağdan ı, soldan ı,ıı,ııı,ıv,v qabırğaların sınığı, alının sol yuxarı nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ əlin üst səthinin, onurğanın döş və bel şöbələrinin, sol dizin ön səthinin sıyrıqları kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni 26 may 2023-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 232 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizası zamanı bədəni üzərində döş sümüyünün sınığı, alının sol qaşaltı nahiyyəsinin əzilmiş-cırılmış yarası, boyunun sol tərəfinin və sol dizin ön səthinin sıyrılmış yaraları kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni 26 may 2023-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 233 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 məhkəmə tibbi ekspertizası zamanı bədəni üzərində döş qəfəsinin sağdan qabırğaların coxsaylı sınığı, hər iki ağ ciyərlərin əzilməsi, sağ tərfli pnevhemotoraks, sağ tərəfli Blau-drnajı əməliyyatından sonrakı vəziyyət, vııı döş fəqər cisminin sınığı, sağ əng cibinin divarlarının sınığı, çənə sümüyünün sağ tərəfinin sınığı, sağ çənə sümüyünün oynaq başının sınığı, sol çənə sümüyünün oynaqdan çıxığı və sınığı, alt dodağın əzilmiş-cırılmış yarası, üzün sağ tərəfinin və sol dizin ön səthinin sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni 26 may 2023-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 234 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs8 məhkəmə tibbi ekspertizası zamanı bədəni sol bazu sümüyünün qapalı yerdəyişən sınığı, alının, üzün sol tərəfinin və alt çənənin sıyrıqları kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni 26 may 2023-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 235 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə tibbi ekspertizası zamanı bədəni üzərində sağ bud sümüyünün qapalı yerini dəyişən sınığı, sağ çiyinin ön səthinin və üzün sol tərəfinin qançır kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni 26 may 2023-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 237 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi ekspertizası zamanı bədəni üzərində sol almaçıq sümüyünün və sol əng cibinin yerdəyişmiş sınğı, üzün sol tərəfində dərialtı hematoması və sol gözün buynuz qişasına qansızma kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni 26 may 2023-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş məktubdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, X27 küçəsi ev 86 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Narkoloji Mərkəzi PHŞ-dən daxil olmuş məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X27 küçəsi ev 86 ünvanında yaşayan, xx.xx.1970-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş BDYPİ-dən daxil olmuş məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1970-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AD 213461 nömrəli “BC, D, CE” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmayıb. Cinayət işinin materiallarına əlavə edilmiş 11 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübut qismində tanınmış “Ford Transit” Mikroavtobus markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı mikroavtobus və “MİTSUBİSHİ PAJERO” minik markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş AC336378 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2005-ci buraxılış ili olan “Ford Transıt” mikroavtobus markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 66 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” X12 tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X19, qızları xx.xx.1995-ci il təvəllüdlü X15 və xx.xx.1996-cı il təvəllüdlü X6 ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sabirabad Rayon İcra Hakimiyyəti X23 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-70-22/2-899 nömrəli arayışda göstərilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs hal-hazırda Sabirabad rayonu Qalağayın kəndində Quliyeva Xəlidəyə məxsus yaşayış evində yaşayır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış keçirilməsinə dair protokol və digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsinə əsasən, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X28” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “X28” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş teleqramlardan görünür ki, sonuncular teleqramda Təqsirləndirilən şəxs şikayətçi olmadıqlarını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddələrin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Məhkəmə bu mövqeyi həm də ondan irəli gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmiş və onlarla barışıq əldə etməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 məhkəməyə göndərdikləri teleqramda təqsirləndirilən şəxsdən şikayətçi olmamalarını bildirsələr də, həmin zərərçəkmiş şəxslərə dəymiş ziyan da ödənilməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza ilə cəzalandırılması qanunilik və ədalətlilik baxımından düzgün hesab edilə bilməz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki,istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236.1-1-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış “Ford Transit” Mikroavtobus markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun və “MİTSUBİSHİ PAJERO” minik markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılmasını nəzərə alır. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 14 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə vəkil X2 84 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “Ford Transit” Mikroavtobus markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun və “MİTSUBİSHİ PAJERO” minik markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X10, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs göstərilmiş 14 saat hüquqi xidmətə görə vəkil X2 84 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar