Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-32/2024 23.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Qəbələ şəhəri Heydər Əliyev prospekti ev 5 mənzil 8 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi və digər mülki hüquqi xidmətlərlə məşğul olan “X4” MMC-nin təsisçi direktoru işlədiyi vaxt tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeydindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs arvadı Şahid xx.xx.2009-cu il tarixdə “Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialı” tərəfindən verilmiş ona məxsus B № 140740 seriya, 2/1242 qeydiyyat nömrəli diplomun müvafiq elektron hökumət portalına (e-gov v.s.) daxil edilməsini hüquqi müstəvidə həll edəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Qəbələ şəhəri ərazisində həmin vaxt işlədiyi “X4” MMC-nin ofisində 6500 (altı min beş yüz) manat məbləğində pulunu bilavasitə Zərərçəkmiş şəxs götürməklə ələ keçirib əvvəlcədən vədinə əməl etmək barədə niyyəti olmadığına görə əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə 6500 (altı min beş yüz) manat pulunu əvəzsiz və qanunsuz ələ keçirib ona qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmiş, bundan sonra törətdiyi cinayəti ört-basdır etmək, eləcə də aldığı pul müqabilində guya iş gördüyünə inandırmaq üçün yaşadığı evdə bir gün ərzində xx.xx.2022-ci il tarixdə özünə məxsus “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüterdə “Adobe Photoshop” proqramı vasitəsi ilə hazırlayaraq “Epson L 3110” markalı rəngli pirinter vasitəsi ilə saxtalaşdırıb çap etdiyi hüquq verən rəsmi sənədlər olan Şahid məxsus ali təhsil haqqında sənədə dair hər hansısa bir qanun pozuntusu faktı aşkar edilməməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri H.Həsənlinin adından hazırladığı xx.xx.2022-ci il tarixli TA-145-1 nömrəli saxta məktubu və yaşadığı evdə bir gün ərzində xx.xx.2022-ci il tarixdə özünə məxsus “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüterdə “Adobe Photoshop” proqramı vasitəsi ilə hazırlayaraq “Epson L 3110” markalı rəngli pirinter vasitəsi ilə saxtalaşdırıb çap etdiyi hüquq verən rəsmi sənədlər olan Şahid məxsus diplomunun elektron portala yerləşdirilməsi, bu barədə öhdəliyin Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırladığı xx.xx.2022-ci il tarixli № e-2-1(112)-11965/2022 nömrəli saxta qərarı Zərərçəkmiş şəxs təqdim etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid məxsus diplomunun elektron portala yerləşdirilməsi barədə qərardan Təhsil Nazirliyi tərəfindən appelyasiya şikayətinin verilməməsini təsdiq edən Bakı İnzibati Məhkəməsinə pul verib arayış alınacağına dair Zərərçəkmiş şəxs yalandan vəd verib aldadaraq bu adla xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Qəbələ şəhəri ərazisində 1000 (bir min) manat məbləğində pulunu bilavasitə Zərərçəkmiş şəxs götürməklə ələ keçirib əvvəlcədən vədinə əməl etmək barədə niyyəti olmadığına görə əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə 1000 (bir min) manat pulunu əvəzsiz və qanunsuz ələ keçirib ona qarşı dələduzluq cinayətini törətmiş, bundan sonra o, təkrarən törətdiyi cinayəti ört-basdır etmək, eləcə də aldığı pul müqabilində guya iş gördüyünə inandırmaq üçün yaşadığı evdə bir gün ərzində xx.xx.2022-ci il tarixdə özünə məxsus “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüterdə “Adobe Photoshop” proqramı vasitəsi ilə hazırlayaraq “Epson L 3110” markalı rəngli pirinter vasitəsi ilə saxtalaşdıraraq çap etdiyi hüquq verən rəsmi sənədlər olan Şahid ünvanlanmış Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2-1(112)-11965/2022 saylı Məhkəmə qərarından Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə apellyasiya şikayətinin verilmədiyi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2- 1(112)-11965/2022 saylı məhkəmə qərarının xx.xx.2022-ci il tarixdən qanuni qüvvəyə minməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırladığı xx.xx.2022-ci il tarixli 2-1(112)-11965/2022 nömrəli saxta məktubu Zərərçəkmiş şəxs təqdim etmişdir. Həmçinin o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ötən illərin məzunlarının ali təhsil haqqında diplomlarının elektron hökumət portalına (e-gov, v.s) daxil edildiyindən bu işdə ləngimələr olmasını, buna görə Şahid məxsus diplomunun elektron portala yerləşdirilməsini tez bir zamanda həll etmək üçün Elm və Təhsil Nazirliyinə pul verəcəyinə dair Zərərçəkmiş şəxs yalandan vəd verib aldadaraq bu adla xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Qəbələ şəhəri ərazisində 1500 (bir min beş yüz) manat məbləğində pulunu bilavasitə Zərərçəkmiş şəxs götürməklə ələ keçirib əvvəlcədən vədinə əməl etmək barədə niyyəti olmadığına görə əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə 1500 (bir min beş yüz) manat pulunu əvəzsiz və qanunsuz ələ keçirib ona qarşı dələduzluq cinayətini törətmiş, bundan sonra o, təkrarən törətdiyi cinayəti ört-basdır etmək, eləcə də aldığı pul müqabilində guya iş gördüyünə inandırmaq üçün yaşadığı evdə bir gün ərzində xx.xx.2023-cü il tarixdə özünə məxsus “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüterdə “Adobe Photoshop” proqramı vasitəsi ilə hazırlayaraq “Epson L 3110” markalı rəngli pirinter vasitəsi ilə saxtalaşdıraraq çap etdiyi hüquq verən rəsmi sənədlər olan Şahid məxsus diplomun təkrar qeydiyyata alınması və müvafiq elektron hökumət portalına (e-gov, v.s) məlumatların daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması, ötən illərin məzunlarının ali təhsil haqqında diplomlarının elektron hökumət portalına (e-gov, v.s) daxil edilməsi üzərində işlər aparılması barədə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyevin adından hazırladığı xx.xx.2023-cü il tarixli № M-2063/04/11-48 nömrəli saxta məktubu Zərərçəkmiş şəxs təqdim etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, həbs olunana qədər Qəbələ şəhəri Heydər Əliyev prospekti ev 5 mənzil 8 ünvanında yaşamış və orada daimi pasport qeydiyyatındadır. 2014-cü il tarixdə Qəbələ şəhəri ərazisində ”X4” təsis etmiş və həmin vaxtdan 2022-ci ilin may ayına kimi həmin cəmiyyətin təsisçi direktoru olmuşdur. 2022-ci ilin may ayında cəmiyyətin fəaliyyətini dayandırmışdır. “X4” MMC daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi və digər mülki hüquqi xidmətlərlə məşğul olmuşdur. Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs 2022ci ilin aprel ayından tanıyır. Belə ki, həmin ərəfələrdə Vüsal ona müraciət edərək arvadı Şahid 2009-cu il tarixdə “Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filalını” ibtidai təhsil, pedaqoqika və metodika fakültəsini bitirməsinə dair diplomunun e-gov.az sistemində qeydiyyata alınmasına rəsmi hüquqi yolla təşkil etməsini xahiş etmişdir. Vüsala arvadı Nailənin diplomunu elektron hökumət portalında tanınması məsələsini həll edəcəyini bildirib, əvvəlcə ona bütün işləri 6500 (altı min beş yüz) manat müqabilində həll edəcəyinə söz vermişdir və Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Şahid diplom məsələsini həll etmək adı ilə onunla ilə aralarında xidmət müqaviləsi bağlayaraq onun adından etibarnamə və eləcə də asan imza nömrəsini almışdır. Həmin tarixdə saat təxminən 16 radələrində Qəbələ şəhəri ərazisində işlədiyi ofisdə Vüsaldan əlbə-əl olaraq 6500 (altı min beş yüz) manat pulu almışdır. Pulu Vüsaldan alarkən yanlarında heç kim olmamış, ancaq ikisi olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs arvadı Şahid məxsus diplomun elektron hökumət portalında tanınması üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi isə müraciətini araşdırıma aparılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərmişdir. Şəki İnzibati Məhkəməsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, Şahid məxsus diplom saxtadır və onun elektron hökumət portalında tanınması mümkün deyil. O, ərizələr hazırlayanda, işi araşdıran zaman ona məlum olmuş ki, həmin illərdə həmin universitetdə verilən diplomlar saxtadır. Bundan sonra o, xanım üçün də problem yaranmasın deyə müraciət etmiş, iş baxılmamış saxlanılmışdır. Həmin vaxt Nailə xanımın Asan imzası onda olmuşdur. Ondan sonra Zərərçəkmiş şəxsla bir neçə dəfə danışıqları olmuş, ona açıq-aydın şəkildə demiş ki, onun üçün fərqi yoxdur, ona Reyestr İdarəsinin qəbul edəcəyi sənəd lazımdır ki, aparıb ora versin, Nailə xanımı işdən çıxarmasınlar. O da sənədləri necə hazırlayacağı barədə Vüsala məlumat verməmişdir. Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından qərar hazırlamışdır. Belə ki, Bakı İnzibati Məhkəməsinə müraciət edərkən, oradan ona sənəd göndərmişdilər və həmin sənədin üzərində QR kod var imiş, o, həmin QR koddan istifadə edib, özündən qərar hazırlamışdır. İlk dəfə məhkəməyə müraciət edəndə o işi şəffaf şəkildə həll etmək istəyirmiş. Sonradan görəndə ki, problem var, həll etmək olmur, onda o, həmin QR koddan istifadə edərək, qərar hazırlamışdır. Çünki Nailə xanımın adına X10 Universitetə qəbulla bağlı imtahan nəticələri də çıxmırmış. Vüsal da ona deyirmiş ki, ona reyestr xidmətinə təqdim etmək üçün hər hansı sənəd lazımdır. Ondan sonra Nailə xanımın işində problem olmayacaq. Məhkəmə qərarını ittiham aktında qeyd olunmuş formada hazırlamışdır. Bundan sonra Vüsal hətta ona qonaqlıq da almışdır. Bundan sonra hətta Zərərçəkmiş şəxs Gilan Holdinglə arasında olan torpaq mübahisəsini də ona həvalə etmişdir. Ona qarşı dələduzluq etsəydi, işi ona həvalə etməzmiş. O, hətta həmin işlə bağlı Mediyasiya təşkilatında Gilan Holdingin vəkilləri ilə mediyasiya prosesi də aparmışdır. Bundan sonra 2022-ci ilin iyul-avqust aylarında Vüsal ona qarşı aqressivləşmişdir. Ona demiş ki, verdiyi pulları geri qaytarmalısan. O da ona demiş ki, veriyin pulun qarşılığında ona saxta sənəd vermiş, həmin pulu ona geri qaytarmalı deyilmiş. Məbləğlə bağlı onu demək istəyir ki, Vüsal Korrupasiya ilə Mübarizə Baş İdarəsində ifadə verərəkən ona 6500 manat pul verdiyini qeyd edib, üzləşmə zamanı ona 6500 və 1500 manat pul verdiyini qeyd edib, müstəntiqə izahat verərəkən isə 1000 manat da əlavə pul qeyd edib. Burdakı təzadlardan da görünür ki, ona bir dəfə 6500 manat pul verib. Hətta ona ofisində pul verərəkən onu videoya çəkib, səsini yazıb. Əgər digər pulları da vermişdisə, ondan heç bir qəbz tələb etməyib, o pulları verəndə onu videoya çəkmişdir. O, hətta Vüsaldan özü videogörüntünü səs yazısını tələb etmiş ki, polis şöbəsinə təhvil versin. Əgər bu aydınlaşarsa, onun 178.2.2-ci maddə ilə bağlı təqsirləndirilməsinə dair maddənin aradan qalxması ilə nəticələnər. Həmçinin Vüsal sonradan hansısa hüquqşünasdan, yaxud vəkildən məsləhət alıb, öyrənib ki, onun da AR CM-nin 320.2-ci maddəsi ilə məsuliyyəti var. Ona görə də bu gün sənədlərin saxta olmağından məlumatsız olduğunu qəti şəkildə bildirir. Halbuki Vüsla dəfələrlə açıq şəkildə həmin sənədlərin saxta olması barədə məlumat vermişdir. Oturub yeyib-içəndə də Vüsala demiş ki, bu iş alınmayacaq, bir iş idi alındırmış, ancaq texnoloji proseslər barədə sənədi necə hazırlamağı, QR kodu necə əldə etməyi ilə bağlı heç bir məlumat verməmişdir. Ancaq sənədlərin rəsmi şəkildə əldə olunmamağı ilə bağlı məlumatı olmuşdur. Ona görə də o, özümü AR CM-nin 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə tam təqsirli bilir, lakin AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilmir. O, zərərçəkmiş şəxsdən ümumilikdə 6500 manat pul almışdır. Onu ibtidai istintaq zamanı heç bir rəsmi bildiriş göndərmədən, zəng vurmadan psixoloji təsir göstərmək məqsədi ilə dəfələrlə iş yerindən polis vasitəsi ilə aparmışlar, dəfələrlə izahatını almışlar, bu da işgüzar nüfuzuna xələl gətirirmiş, evdə müəyyən narahatlıqlar yaranırmış. Ona görə məhkəmə istintaqına sığınmışdır. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda göstərdi ki, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək istəsə də, zərərçəkmiş ondan əlavə pul tələb etmişdir. Həmçinin dəymiş ziyanı bir dəfəlik ödəməyə maddi imkanı olmadığını, hissə-hissə ödəməyi təklif etsə də, zərərçəkmiş şəxs bununla razılaşmamışdır. Səmimi ifadələr verməsini, əməlindən peşman olmağını və himayəsində 2 azyaşlı uşağının olmasının nəzərə alınmasını və barəsində ən aşağı həddə cəza təyin edilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdi ki, ünvan 4 ünvanında yaşayır və orada daimi pasport qeydiyyatındadır. Arvadı Şahid Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində kargüzar vəzifəsində işləyir. Onun həmin idarədə daha yuxarı vəzifədə işləyə bilməməsinə səbəb arvadı Şahid təhsil aldığı “Azərbaycan Müəllimlər İnstitunun Gəncə Filialı” tərəfindən verilmiş diplomun elektron hökumət portalına (e-gov v.s.) daxil edilməməsidir. Buna görə arvadı Nailəyə məxsus diplomun elektron hökumət portalına (e-gov v.s.) daxil edilməsi üçün 2022-ci ilin aprel ayında o vaxt ki, X2 direktoru olmuş Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs ondan arvadı Nailənin diplomunu elektron hökumət portalında tanınması məsələsini həll edəcəyini bildirib əvvəlcə, bütün işləri 6500 (altı min beş yüz) manat müqabilində həll edəcəyinə söz vermiş və İlhamın təklifi ilə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs arvadı Şahid ilə aralarında xidmət müqaviləsi bağlayaraq arvadı Nailənin adından etibarnamə və eləcə də asan imza nömrəsini İlhama təqdim etmişdir. Həmin tarixdə saat təxminən 16 radələrində Qəbələ şəhəri ərazisində İlhamın işlədiyi ofisdə 6500 (altı nin beş yüz) manat nəğd şəkildə pulu əlbəəl olaraq Təqsirləndirilən şəxs vermişdir. Pulu İlhama verərkən yanlarında heç kim olmamış, ancaq ikisi olmuşlar. Bundan təxminən iki ay sonra Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri H.Həsənlinin adından tərtib olunmuş, saxta olmasından xəbəri olmayan guya arvadı Şahid məxsus ali təhsil haqqında sənədə dair hər hansısa bir qanun pozuntusu faktı aşkar edilməməsi ilə bağlı xx.xx.2022-ci il tarixli TA-145-1 nömrəli məktubu təqdim edib “narahat olma iş gedir Bakı İnzibati Məhkəməsinin hakimi Səlma Salahova analıq məzuniyyətinə çıxıbdır və sonra diplomunun elektron portala yerləşdirilməsi, bu barədə öhdəliyin Təhsil Nazirliyinin üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinin qərarını həll edib sənə verəcəm” sözlərini bildirmişdir. Bundan təxminən 4 ay keçdikdən sonra Təqsirləndirilən şəxs ona Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırlandığı saxta olmasından xəbəri olmayan guya arvadı Nailənin diplomunun elektron portala yerləşdirilməsi, bu barədə öhdəliyin Təhsil Nazirliyinin üzərinə qoyulması barədə xx.xx.2022-ci il tarixli e-2-1(112)- 11965/2022 nömrəli qərarı təqdim etdikdən sonra həmin qərarı arvadı Nailəyə vermiş ki, işlədiyi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ ərazisinə təqdim etsin. Arvadı Nailə həmin qərarı aparıb iş yerinə təqdim etmiş, iş yerindən qərar müvafiq olaraq baş idarəyə göndərilmişdir. Bir neçə gün sonra Reyestrin Baş İdarəsindən həmin qərarın qüvvəyə minməsi yaxud da Təhsil Nazirliyi tərəfindən qərardan appelyasiya şikayətinin verilməməsini təsdiq edən Bakı İnzibati Məhkəməsindən arayış təqdim olunması bildirilmişdir. Bu barədə İlhama bildirdikdə İlham ona həmin arayışı almaq üçün Məhkəmədə şirinlik vermək məqsədi ilə əlavə 1500 (bir min beş yüz) manat pul lazım gəldiyini, ona əlavə xərc olmasın deyə 500 (beş yüz) manatını ona əvvəlcədən bu işin həlli üçün verdiyi 6500 (altı min beş yüz) manat puldan 500 (beş yüz) manatını oradan verəcəyini, lakin 1000 (bir min) manatını isə onun verməsini istəmişdir. Buna görə İlhama inanıb iş həll olunsun deyənə xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində Qəbələ şəhəri ərazisində onun ofsində İlhama əlbə-əl nəğd şəkildə 1000 (bir min) manat pul vermişdir. Həmin vaxtı yanlarında heç kim olmamış, ancaq ikisinə olmuşlar. Bundan təxminən 15-20 gün sonra İlham ona Qəbələ şəhərində ofsində Baki İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından tərtib olunmuş saxta olmasından xəbəri olmayan arvadı Şahid adına ünvanlamış xx.xx.2022-ci il tarixli 2-1(112)-11965/2022-nömrəli məktubu təqdim etmişdir. Həmin məktubun məzmununda Bakı İnzibati Məhkəməsinin arvadı Nailəyə məxsus diplomunun guya elektron portala yerləşdirilməsi xx.xx.2022-ci il tarixli e-2-1(112)- 11965/2022 qərarından Bakı İnzibati Məhkəməsi vasitəsi ilə apellyasiya şikayətinin verilmədiyi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(112)-11965/2022 saylı qərarı xx.xx.2022-ci il tarixdən qanuni qüvvəyə mindiyi qeyd olunmuşdur. O, həmin məktubu arvadı Nailəyə vermiş ki, işlədiyi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə təqdim eləsin. Arvadı Nailə məktubu aparıb iş yerinə təqdim etmiş, iş yerindən qərar müvafiq olaraq baş idarəyə göndərilmişdir. Bir neçə gün sonra Reyestrin Baş İdarəsindən arvadı Nailəyə məxsus diplomun həqiqiliyinin sistemdə görünmədiyi bildirilmişdir. Bu barədə İlhama bildirdikdə İlham ona hazırda ötən illərin məzunlarının ali təhsil haqqında diplomlarının elektron hökumət portalına (e-gov, v.s) daxil edildiyindən bu işdə ləngimələr olduğunu, buna görə işi tez bir zamanda həll etmək üçün Elm və Təhsir Nazirliyində şirinlik vermək üçün 1500 (bir min beş yüz) manat pul lazım gəldiyini bildirmişdir. İlhama inanıb iş həll olunsun deyənə xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində Qəbələ şəhəri ərazisində onun ofsində İlhama əlbə-əl 1500 (bir min beş yüz) manat nəğd şəkildə pul vermişdir. Həmin vaxtı yanlarında heç kim olmamış, ikisi olmuşlar. Bundan təxminən 10-15 gün sonra İlham ona Qəbələ şəhərində ofsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyevin adından tərtib edilmiş saxta olmasından xəbəri olmayan arvadı Şahid adına ünvanlamış xx.xx.2023-cü il tarixli M-2063/04/11-48-nömrəli məktubu təqdim eləmişdir. Məktubun məzmununda guya arvadı Nailəyə məxsus diplomun təkrar qeydiyyata alınması və müvafiq elektron hökumət portalına (e-gov, v.s) məlumatların daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması, ötən illərin məzunlarının ali təhsil haqqında diplomlarının elektron hökumət portalına (e-gov, v.s) daxil edilməsi üzərində işlər aparılması qeyd olunmuşdur. Həmin məktubu arvadı Nailəyə vermiş ki, işlədiyi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə təqdim eləsin. Arvadı Nailə məktubu iş yerinə təqdim etmiş, iş yerindən məktub müvafiq olaraq baş idarəyə göndərilmişdir. Bir neçə gün sonra Reyestrin Baş İdarəsindən arvadı Nailəyə məxsus ali təhsil haqqında diplom elektron hökumət portalına (e-gov, v.s) daxil edilmədiyi bildirilmişdir. Bu məsələdən təxminən 8-9 ay müddət keçməsinə baxmayaraq iş həll olunmadığı üçün 2023-cü ilin noyabr ayının əvəllərində Bakı şəhərinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gedərək oradan Təqsirləndirilən şəxs ona təqdim edərək 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən göndərilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri H.Həsənlinin adından hazırladığı xx.xx.2022-ci il tarixli məktubu, Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırladığı xx.xx.2022-ci il tarixli qərarı, Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırladığı xx.xx.2022-ci il tarixli məktubu, eləcə də Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyevin adından hazırladığı xx.xx.2023-cü il tarixli məktubu götürərək Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına müraciət etmiş, oradan ona bu barədə xəbər veriləcəyi bildirilmişdir. 2023-cü ilin dekabr ayının əvəllərində Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsindən ona zəng vurularaq ora gəlməsi bildirilmişdir. Buna görə arvadı Şahid ilə birlikdə Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə gedərkən orada məlum olmuş ki, Təqsirləndirilən şəxs arvadı Şahid məxsus diplomu elektron hökumət portalında yerləşdirəcəyi adı ilə təqdim etdiyi sənədlər saxta olduğu üçün Məhkəmə Hüquq şurası bununla bağlı araşdırma aparılması üçün qeyd olunan sənədləri Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərmişdir. Bundan sonra bilmiş ki, Təqsirləndirilən şəxs arvadı Nailəyə məxsus diplomu elektron hökumət portalında yerləşdirəcəyi adı ilə ona saxta sənədlər təqdim edərək onu aldadıb ümumilikdə 9000 (doqquz min) manat pulunu ələ keçirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində ilkin izahatı alınarkən ona Təqsirləndirilən şəxs ondan 6500 manat pul almağından əlavə pul alması ilə bağlı sual verilmədiyi üçün arvadı Nailəyə məxsus diplomun tanınması üçün İlhamla ilkin müqavilə bağladığı vaxtı 6500 manat pul aldığını bildirmişdir. Təqsirləndirilən şəxs arvadı Şahid 2009-cu il tarixdə “Azərbaycan Müəllimlər İnstitunun Gəncə Filialı” tərəfindən verilmiş B № 140740 seriya, 2/1242 qeydiyyat nömrəli diplomun müvafiq elektron hökumət portalına (e-gov v.s.) daxil edilməsinə söz verərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri H.Həsənlinin adından hazırladığı xx.xx.2022-ci il tarixli məktubu, Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırladığı xx.xx.2022-ci il tarixli qərarı, Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırladığı xx.xx.2022-ci il tarixli məktubu, eləcə də Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyevin adından hazırladığı xx.xx.2023-cü il tarixli məktubunu təqdim etmişdir ki, onlarda saxta olmuşdur. Təqsirləndirilən şəxs arvadı Şahid universitetə daxil olduğu vaxt heç bir nəticə balı toplamadığını müəyyən edib bu barədə ona məlumat verməsi, buna görə İlhama arvadı Nailənin işdən çıxarılmaması üçün hər hansı bir sənəd lazım olduğunu deməsi, İlhamdan 2022-ci ilin oktyabr ayında məhkəmə qərarını istəməsi, İlhamın həmin qərarın sistemdən çıxmayacağını əvvəlcədən ona bildirməsi, bununla razılaşmadığı üçün eyni üsul ilə saxta Məhkəmə qərarın hazırladığını ona bildirməsindən heç birindən xəbəri və məlumatı olmamışdır. Təqsirləndirilən şəxs elən sözlər deməmiş, İlham məsuliyyətdən yayınaraq özünün müdafiə edərək ona qarşı bu cür yalnış şər böhtan xarakterli ifadələr vermiş, arvadı Şahid məxsus diplomun müvafiq elektron hökumət portalında (e-gov v.s.) daxil olunması üçün hüquqi yardım göstərilməsi ilə bağlı vəkil X7 müraciət etməmiş, İlhamın ona təqdim etdiyi sənədlərin saxta olmalarından xəbəri olmamış, bu barədə İkram Seyidova məlumat verməmişdir. Sadəcə olaraq arvadı Nailəyə məxsus diplom sistemdə görünmədiyi üçün bu barədə şifahi olaraq bacısının vasitəçiliyi ilə tanış olduğu vəkil İkram Seyidova bildirmiş, İkram ondan İlhamın ona təqdim etdiyi sənədləri istədiyi üçün həmin sənədləri ona vermişdir. İkram Seyidov sənədlərə baxaraq onlarda müəyyən səhvlər aşkarlayaraq saxta olmasından şübhələnərək bu barədə AR-sı Məhkəmə hüquq şürasına müraciət etməsini bildirmiş, buna görə İkramı özünə vəkil kimi tutaraq bununla bağlı İkram Seyidov Məhkəmə hüquq şurasına ərizə ilə müraciət etmişdir. Məhkəmə Hüquq Şurası tərəfindən bu barədə ona məlumat veriləcəyi bildirilərək bir neçə gün sonra AR Baş Prokurorluğu yanında Korupsiyaya qarşı Baş mübarizəsi idarəsi tərəfindən çağırılaraq orada bilmiş ki, Təqsirləndirilən şəxs ona təqdim etdiyi sənədlər saxta olduğu üçün Məhkəmə Hüquq Şurası bununla bağlı araşdırma aparılması üçün Korrupsiyaya qarşı Baş mübarizə İdarəsinə müraciət etmişdir. Arvadı Şahid adına olan B №140740 seriyalı diplomun saxta olmasını heç vaxtı məlum hadisəyə kimi bilməmiş, zərurət olmadığından həmin diplomun Elm və Təhsil Nazirliyinin müvafiq məlumat bazasına yerləşdirilməsi ilə bağlı hər hansı dövlət orqanına müraciət etməmişdir. Həmin məsələ ilə bağlı Təqsirləndirilən şəxs pul verərkən sonuncunun diplomun Elm və Təhsil Nazirliyinin portalında qeydiyyata alınması ilə bağlı saxta sənədlər hazırlayacağından xəbəri və məlumatı olmamamış, AR-sı Məhkəmə hüquq şürasına müraciət edərək, müraciəti ilə bağlı AR Baş Prokurorluğu yanında Korupsiyaya qarşı Baş mübarizəsi idarəsi tərəfindən çağırılaraq orada izahatı alınarkən İlhamın ona təqdim etdiyi sənədlərin saxta olduğunu bilmişdir.Həmin vaxta qədər İlhamın ona təqdim etdiyi sənədlərin saxta olduğunu bilməmiş, arvadı Şahid məxsus diplomun hökümət portalında yerləşdirilməsi tələbinə dair İnzibati Məhkəməyə rəsmi iddia ərizəsini ilə Təqsirləndirilən şəxs tərəfindən müraciət edilmiş, işin baxılması üçün Bakı İnzibati Məhkəməsindən ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsindən heç bir xəbəri və məlumatı olmamışdır. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayır və orada daimi pasport qeydiyyatındadır. Hal-hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində kargüzar işləyir. Həmin idarədə daha yuxarı vəzifədə işləyə bilməməsinə səbəb təhsil aldığı “Azərbaycan Müəllimlər İnstitunun Gəncə Filialı” tərəfindən 2009-cu il tarixdə verilmiş diplomun elektron hökumət portalına (e-gov v.s.) daxil edilməməsidir. Buna görə əri Zərərçəkmiş şəxs ona məxsus diplomun elektron hökumət portalına (e-gov v.s.) daxil edilməsi üçün 2022-ci ilin aprel ayında o vaxt ki, X2 direktoru olmuş Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs əri Vüsala ona məxsus diplomu elektron hökumət portalında tanınması məsələsini həll edəcəyini bildirib əvvəlcə bütün işləri 6500 (altı min beş yüz) manat müqabilində həll edəcəyini əri Vüsala bildirmiş və Vüsal İlhamın təklifi ilə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə aralarında xidmət müqaviləsi bağlayaraq ona öz adından etibarnamə və eləcə də asan imza nömrəsini İlhama təqdim etmişdir. Buna görə həmin tarixdə X20 həmin iş üçün 6500 (altı min beş yüz) manat pul vermişdir. Bundan təxminən iki ay sonra Təqsirləndirilən şəxs əri Vüsala Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri H.Həsənlinin adından tərtib olunmuş, saxta olmasından xəbəri olmayan guya ona məxsus ali təhsil haqqında sənədə dair hər hansısa bir qanun pozuntusu faktı aşkar edilməməsi ilə bağlı xx.xx.2022-ci il tarixli məktubu təqdim edərək bildirmiş ki, iş gedir Bakı İnzibati Məhkəməsinin hakimi Səlma Salahova analıq məzuniyyətinə çıxıbdır və sonra diplomunun elektron portala yerləşdirilməsi, bu barədə öhdəliyin Təhsil Nazirliyinin üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinin qərarını həll edib verəcəkdir. Bundan təxminən 4 ay keçdikdən sonra Təqsirləndirilən şəxs əri Vüsala Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırlandığı saxta olmasından xəbəri olmayan ona məxsus diplomun guya elektron portala yerləşdirilməsi, bu barədə öhdəliyin Təhsil Nazirliyinin üzərinə qoyulması barədə xx.xx.2022-ci il tarixli e-2-1(112)-11965/2022 nömrəli qərarı təqdim etdikdən sonra Vüsal həmin qərarı işlədiyi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ ərazisinə təqdim etmək üçün ona vermişdir. Həmin qərarı aparıb iş yerinə təqdim etmiş və iş yerindən qərar müvafiq olaraq baş idarəyə göndərilmişdir. Bir neçə gün sonra Reyestrin Baş İdarəsindən qərarın qüvvəyə minməsi yaxud da Təhsil Nazirliyi tərəfindən qərardan apellyasiya şikayətinin verilməməsini təsdiq edən Bakı İnzibati Məhkəməsindən arayış təqdim olunması bildirilmişdir. Əri Vüsal bu barədə İlhama bildirdikdə o, həmin arayışa görə Məhkəməyə şirinlik vermək üçün əri Vüsaldan xx.xx.2022-ci il tarixdə 1000 (bir min) manat pul almışdır. Bundan təxminən 15-20 gün sonra İlham əri X18 Məhkəməsinin hakimi Elvin Əliyevin adından tərtib olunmuş saxta olmasından xəbəri olmayan adına ünvanlamış xx.xx.2022-ci il tarixli 2-1(112)-11965/2022-nömrəli məktubu təqdim eləmişdir. Həmin məktubun məzmununda Bakı İnzibati Məhkəməsinin ona məxsus diplomunun guya elektron portala yerləşdirilməsi xx.xx.2022-ci il tarixli e-2-1(112)-11965/2022 qərarından Bakı İnzibati Məhkəməsi vasitəsi ilə apellyasiya şikayətinin verilmədiyi Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(112)-11965/2022 saylı qərarı xx.xx.2022-ci il tarixdən qanuni qüvvəyə mindiyi qeyd olunmuşdur. Əri Vüsal həmin məktubu işlədiyi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ idarəsinə təqdim etmək üçün ona vermişdir. Həmin məktubu aparıb iş yerinə təqdim etmiş və iş yerindən məktub müvafiq olaraq baş idarəyə göndərilmişdir. Bir neçə gün sonra Reyestrin Baş İdarəsindən ona məxsus diplomun həqiqiliyi sistemdə görünmədiyi bildirilmişdir. Əri Vüsal bu barədə İlhama bildirdikdə İlham ona hazırda ötən illərin məzunlarının ali təhsil haqqında diplomlarının elektron hökumət portalına (e-gov, v.s) daxil edildiyindən bu işdə ləngimələr olduğunu, buna görə işi tez bir zamanda həll etmək üçün Elm və Təhsir Nazirliyində şirinlik vermək üçün 1500 (bir min beş yüz) manat pul istəmişdir. X20 inanıb iş həll olunsun deyənə xx.xx.2023-cü il tarixdə ona 1500 (bir min beş yüz) manat pul vermişdir. Bundan təxminən 10-15 gün sonra İlham əri Vüsala Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyevin adından tərtib edilmiş saxta olmasından xəbəri olmayan adına ünvanlamış xx.xx.2023-cü il tarixli M-2063/04/11-48-nömrəli məktubu təqdim etmişdir. Həmin məktubun məzmununda ona məxsus diplomun guya təkrar qeydiyyata alınması və müvafiq elektron hökumət portalına (e-gov, v.s) məlumatların daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması, ötən illərin məzunlarının ali təhsil haqqında diplomlarının elektron hökumət portalına (e-gov, v.s) daxil edilməsi üzərində işlər aparılması qeyd olunmuşdur. Həmin məktubu işlədiyi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ idarəsinə təqdim edərək iş yerindən məktub müvafiq olaraq baş idarəyə göndərilmişdir. Bir neçə gün sonra Reyestrin Baş İdarəsindən ona məxsus ali təhsil haqqında diplom elektron hökumət portalına (e-gov, v.s) daxil edilmədiyi bildirilmişdir. Bu məsələdən təxminən 8-9 ay müddət keçməsinə baxmayaraq iş həll olunmadığı üçün əri Zərərçəkmiş şəxs 2023-cü ilin noyabr ayının əvəllərində Bakı şəhərinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gedərək oradan Təqsirləndirilən şəxs təqdim edərək işlədiyi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən göndərilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri H.Həsənlinin adından hazırlanmış xx.xx.2022-ci il tarixli məktubu, Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırlanmış xx.xx.2022-ci il tarixli qərarı, Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırlanmış xx.xx.2022-ci il tarixli məktubu, eləcə də Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyevin adından hazırlanmış xx.xx.2023-cü il tarixli məktubu götürərək Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına müraciət etmiş və oradan onlara bu barədə xəbər veriləcəyi bildirilmişdir. 2023-cü ilin dekabr ayının əvəllərində Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsindən əri Vüsala zəng vurularaq oraya gəlməkləri bildirilmişdir. Buna görə əri Zərərçəkmiş şəxs ilə birlikdə Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə gedərkən orada məlum olmuş ki, Təqsirləndirilən şəxs ona məxsus diplomu elektron hökumət portalında yerləşdirəcəyi adı ilə təqdim etdiyi sənədlər saxta olduğu üçün Məhkəmə Hüquq şurası bununla bağlı araşdırma aparılması üçün qeyd olunan sənədləri Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərmişdir. Bundan sonra bilmiş ki, Təqsirləndirilən şəxs ona məxsus diplomu elektron hökumət portalında yerləşdirəcəyi adı ilə onlara özünün hazırladığı yuxarıda qeyd olunan saxta sənədləri təqdim edərək aldadıb ümumilikdə əri Zərərçəkmiş şəxs 9000 (doqquz min) manat pulunu ələ keçirmişdir. Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində izahatı alınarkən Təqsirləndirilən şəxs əri Vüsal Bülməmmədovdan 6500 (altı min beş yüz) manat puldan əlavə pul alması ilə bağlı sual verilmədiyindən ona məxsus diplomun tanınması üçün İlhamla ilkin müqavilə bağladıqları vaxtı İlhamın əri Vüsaldan 6500 (altı min beş yüz) manat pul aldığını bildirmişdir. Təqsirləndirilən şəxs “Azərbaycan Müəllimlər İnstitunun Gəncə Filialı” tərəfindən 2009-cu il tarixdə ona verilmiş B № 140740 seriya, 2/1242 qeydiyyat nömrəli diplomun müvafiq elektron hökumət portalına (e-gov v.s.) daxil edilməsinə söz verərək onlara Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri H.Həsənlinin adından hazırladığı xx.xx.2022-ci il tarixli məktubu, Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırladığı xx.xx.2022-ci il tarixli qərarı, Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırladığı xx.xx.2022-ci il tarixli məktubu, eləcə də Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyevin adından hazırladığı xx.xx.2023-cü il tarixli məktubunu təqdim etmişdir ki, onlarda saxta olmuşdur. 2004-cü il tarixdə tam orta məktəbi bitirib test imtahanı verməklə “Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filalının” ibtidai təhsil, pedaqoqika və metodika fakultəsinə daxil olub 5 il müddətinə orada qiyabi formada oxuyub təhsil almaqla 2009-cu il tarixdə həmin institutu bitirmiş və buna görə ona İnstitut tərəfindən B №140740 seriyalı diplom verilmişdir. Ona məxsus diplomun müvafiq elektron hökumət portalında (e-gov v.s.) daxil olunması üçün hüquqi yardım göstərilməsi ilə bağlı vəkil X7 müraciət etməmiş, İlhamın təqdim etdiyi sənədlərin saxta olmalarından xəbəri olmamış, bu barədə İkram Seyidova məlumat verməmiş, ona məxsus diplom sistemdə görünmədiyi üçün əri Vüsal bacısının vasitəçiliyi ilə tanış olduğu vəkil İkram Seyidova bildirmiş, İkram ondan İlhamın ona təqdim etdiyi sənədləri istədiyi üçün həmin sənədləri ona vermiş, İkram Seyidov sənədlərə baxaraq onlarda müəyyən səhflər aşkarlayaraq saxta olmasından şübhələnərək bu barədə AR-sı Məhkəmə hüquq şürasına müraciət etməsini bildirmişdir. Buna görə əri Vüsal İkramı özünə vəkil kimi tutaraq bununla bağlı İkram Seyidov Məhkəmə hüquq şurasına ərizə ilə müraciət etmiş, Məhkəmə Hüquq Şurası tərəfindən bu barədə məlumat veriləcəyi bildirilərək bir neçə gün sonra AR Baş Prokurorluğu yanında Korupsiyaya qarşı Baş mübarizəsi idarəsi tərəfindən çağırılaraq orada bilmiş ki, Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlər saxta olduğu üçün Məhkəmə Hüquq Şurası bununla bağlı araşdırma aparılması üçün Korrupsiyaya qarşı Baş mübarizə İdarəsinə müraciət etmişdir. Adına olan B №140740 seriyalı diplomun saxta olmasını heç vaxtı məlum hadisəyə kimi bilməmiş, zərurət olmadığından həmin diplomun Elm və Təhsil Nazirliyinin müvafiq məlumat bazasına yerləşdirilməsi ilə bağlı hər hansı dövlət orqanına müraciət etməmiş, əri Zərərçəkmiş şəxs həmin məsələ ilə bağlı Təqsirləndirilən şəxs pul verərkən sonuncunun diplomun Elm və Təhsil Nazirliyinin portalında qeydiyyata alınması ilə bağlı saxta sənədlər hazırlayacağından xəbəri və məlumatı olmamışdır.Ona məxsus diplomun hökümət portalında yerləşdirilməsi tələbinə dair İnzibati Məhkəməyə rəsmi iddia ərizəsi ilə Təqsirləndirilən şəxs tərəfindən müraciət edilmiş, işin baxılması üçün Bakı İnzibati Məhkəməsindən ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsindən heç bir xəbəri və məlumatı olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini hər birinin törətməsi təqsirləndirilən şəxsin qismən etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin Məhkəmə kompüter-texniki ekspertizasının 04 aprel 2024-cü il tarixli 5/308 nömrəli ekspert rəyindən görünür ki:
1. Təqdim olunan “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüter hal-hazırda işlək vəziyyətdədir.
2. Təqdim edilmiş “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüterin yaddaşında “Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci tarixli TA/45-1 nömrəli məktub” və “Bakı İnzibati Məhkəməsinin adından hazırlanmış xx.xx.2022-ci il tarixli qərar” adlı fayıllar müəyyən olunmamışdır.
3. Təqdim olunmuş “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüterin “D” məntiqi diskinin yaddaşından bərpa edilmiş müxtəlif formatlı fayıllar müəyyən olunaraq üç ədəd DVD-R diskə köçürülməklə təqdim olunmuşdur.
4. Təqdim edilmiş “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüterin yaddaşından“Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci tarixli TA/45-1 nömrəli məktub və “Bakı İnzibati Məhkəməsinin adından hazırlanmış xx.xx.2022-ci il tarixli qərar” adlı pozulmuş fayılların olub-olmaması barədə həmin “notebook” tipli “D” məntiqi diskinin yaddaşından bərpa edilmiş müxtəlif formatlı fayıllarda üç ədəd DVD-R diskə qeyd olunmuşdur.
5. Təqdim edilmiş “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüterin “C” məntiqi diskinin yaddaşından pozulmuş fayıl müəyyən olunmamışdır.
6. Təqdim olunan “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüterin İnternetə çıxış üçün texniki imkanları mövcud olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin sənədlərin məhkəmə texniki ekspertizasının 12 mart 2024-cü il tarixli 5/182 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli M-2063/04/11-48 nömrəli məktubunun və Bakı İnzibati Məhkəməsinin e- 2-1(-11965/2022 nömrəli iş üzrə 24.10-.2022-ci il tarixli qərarının blankı və çap mətni rəngli şırnaqlı printerdə çap edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin sənədlərin məhkəmə texniki ekspertizasının 07 may 2024-cü il tarixli 5/425 nömrəli ekspert rəyindən görünür ki:
1. Tədqiqata təqdim edilmiş Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Şahid adına B140740 nömrəli diplomunun blankı və “Rektor” sözünün qarşısındakı imza şırnaklı printerdə çap edilmişdir.
2. Tədqiqata təqdim edilmiş Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Şahid adına B140740 nömrəli diplomundakı möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur.
3. Tədqiqata təqdim edilmiş Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Şahid adına B140740 nömrəli diplomundakı “Dövlət Attestasiya Komissiyasının Sədri” sözlərinin qarşısındakı imza və əlyazılar hər hansı texniki qurğu vasitəsiilə deyil, birbaşa qələmlə icra edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 05 mart 2024-cü il tarixli “istintaq eksperimenti aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid xx.xx.2009-cu il tarixdə “Azərbaycan Müəllimlər İnstitunun Gəncə Filialı” tərəfindən verilmiş ona məxsus B № 140740 seriya, 2/1242 qeydiyyat nömrəli diplomun müvafiq elektron hökumət portalına (e-gov v.s.) daxil edilməsini hüquqi müstəvidə həll edəcəyinə dair yalan vəd verib guya həmin məsələni həll edilməsi istiqamətində işlər görüb əvəzində Şahid əri Zərərçəkmiş şəxs təqdim etdiyi sənədlərin hazırlaması mexanizmini dəqiqləşdirmək məqsədi ilə tərəfimdən onun iştirakı ilə istintaq eksperimenti istintaq hərəkəti keçirilmiş, keçirilən istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs heç bir kömək olmadan özü tək başına təcrübü olaraq Zərərçəkmiş şəxs təqdim etdiyi yuxarıda adları qeyd olunan sənədləri vörd proqramında tərtib etmiş, beləki Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırladığı xx.xx.2022-ci il tarixli qərarı fərqli məzmunda olan orjinal Məhkəmə qərarının üzərindəki QR kodunu özü tərtib etdiyi Məhkəmə qərarının üzərində yerləşdirmiş, digər sənədlər olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri H.Həsənlinin adından hazırladığı xx.xx.2022-ci il tarixli məktubu, Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırladığı xx.xx.2022-ci il tarixli məktubu və Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyevin adından hazırladığı xx.xx.2023-cü il tarixli məktubu isə vörd proqramında tərtib edib internetdən tapdığı möhürü “Adobe Photoshop” proqramı vasitəsi ilə səhifənin aşağısına yerləşdirməklə hazırladığını göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 05 mart 2024-cü il tarixli “Əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri H.Həsənlinin adından hazırladığı xx.xx.2022-ci il tarixli saxta məktubu, Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırladığı xx.xx.2022-ci il tarixli saxta qərarı, Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırladığı xx.xx.2022-ci il tarixli saxta məktubu, eləcə də Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyevin adından hazırladığı xx.xx.2023-cü il tarixli saxta məktubu hazırlanmasında istifadə etdiyi “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüter 05 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edildikdən sonra müstəntiq tərəfindən götürülərək qablaşdırılmış, bu barədə protokol və fotocədvəl tərtib edilməklə cinayət işinin istintaq materiallara əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş 06 may 2024-cü il tarixli “Maddi sübutun tanınması və saxlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri H.Həsənlinin adından hazırladığı xx.xx.2022-ci il tarixli saxta məktubu, Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırladığı xx.xx.2022-ci il tarixli saxta qərarı, Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin adından hazırladığı xx.xx.2022-ci il tarixli saxta məktubu, eləcə də Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyevin adından hazırladığı xx.xx.2023-cü il tarixli saxta məktubu hazırlanmasında istifadə etdiyi “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüter iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmaqla saxlanması üçün Qəbələ RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2-1(112)-11965/2022 nömrəli məktubundan görünür ki, iddiaçı Şahid cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “diplomun elektron hökumət portalında yerləşdirilməsi” tələbinə dair 2-1(112)-11965/2022 saylı inzibati iş xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edildiyi, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-11965/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı qanuni qüvvəyə mindikdən sonra inzibati iş aidiyyəti üzrə baxılması üçün xx.xx.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə göndərildiyi, iddiaçı Şahid cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “diplomun elektron hökumət portalında yerləşdirilməsi” tələbi barədə iddiası təmin edilmədiyi və bu barədə məhkəmənin qərarı mövcud olmadığı, 28 noyabr 2022-ci il tarixdə Şahid ünvanlanan “qərarın qanuni qüvvəyə minməsi” barədə məktub Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyev tərəfindən imza edilmədiyi, eləcə də sözügedən məktub məhkəmə tərəfindən tərtib edilmədiyi və Şahid təqdim edilmədiyi, bununla bağlı Azərbaycan Respublikası Məhkəmə-X11 məlumat verildiyi göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 29 may 2024-cü il tarixli 3-29-68/2-754/24 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialında aparılmış araşdırmalar nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi, təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomların aşkar edildiyi, qeyd olunan faktlara əsasən təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filialının direktoru Ramiz Məmmədovun vəzifəsindən azad edildiyi, aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq onlara hüquqi qiymət verilməsi məqsədi ilə toplanmış materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərildiyi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 284 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2000ci il tarixli 13 iyun tarixli 349 nömrəli Fərmanında edilmiş dəyişikliklərə müvafiq olaraq Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialının fəaliyyəti dayandırıldığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 09 iyul 2024-cü il tarixli 3-29-68/2-997/24 nömrəli məktubundan görünür ki, “Tələbə Məzun” dövlət elektron məlumat sistemindəki məlumata əsasən Şahid X12 (əvvəllər Tələbə Qəbulu üzrə Dövlət Komisiyası) əmri ilə hər hansı ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmamış, Şahid adına yazılmış B seriyalı 140740 nömrəli diplomun hüquqi əsasının olmamış, xx.xx.2023-cü il tarixli M- 2063/04/11-48 nömrəli məktub Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən icra edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 02 sentyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixli № e-2-1(112)-11965/2022 qərar elektron qaydada tərtib edilmiş, İphone 15” markalı mobil telefon vasitəsilə sənədin QR kodunu oxutduqda sənədin iki səhifədən ibarət Azərbaycan Respublikası Baki İnzibati məhkəməsinin xx.xx.2022-ci il tarixli № e-2-1(112)-11965/2022 sərəncam və prosessual hüquq və vəzifələrin izahı haqqında bildirişi olduğu müəyyən edilmiş, sənəd Azərbaycan Respublikası Bakı İnzibati məhkəməsinin Elvin Əliyev tərəfindən imzalanmışdır. Sənədin QR kodunu oxudan zaman elektron sənəddə yazılan müvafiq mətn cinayət işinə əlavə edilmiş xx.xx.2022ci il tarixli № e-2-1(112)-11965/2022kağız üzərində olan qərarın mətni ilə eynilik təşkil etməmişdir. xx.xx.2022-ci il tarixli № e-2-1(112)-11965/2022qərar Azərbaycan Respublikası Baki İnzibati məhkəməsinin xx.xx.2022-ci il tarixli № e-2-1(112)-11965/2022 sərəncam və prosessual hüquq və vəzifələrin izahı haqqında bildirişin QR kodundan istifadə edilməklə hazırlanmışdır. xx.xx.2022-ci il tarixli № e-2-1(112)-11965/2022 qərarın QR kodunu oxudan zaman həmin sənədin saxta olduğu və Azərbaycan Respublikası Baki İnzibati məhkəməsinin xx.xx.2022-ci il tarixli № e-2-1(112)-11965/2022 sərəncam və prosessual hüquq və vəzifələrin izahı haqqında bildirişin QR kodundan istifadə edilməklə hazırlandığı müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19i 9 saylı Qəbələ Ərazi İdarəsinin 28 avqust 2024-cü il tarixli 3-21-3-42/2-4691/2024 nömrəli məktubundan görünür ki, Şahid məxsus diplomun elektron hökumət portalında tanınması məsələsi ilə bağlı 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19ə heç bir rəsmi sənəd göndərilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 03 may 2024-cü il tarixli **********849900 nömrəli məktubunda göstərilmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs təsisçisi və rəhbəri olduğu “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2014cü il tarixdə dövlət qeydiyyatına alınmış, cəmiyyətin hüquqi ünvanı ünvan 5 qruplara daxil edilməyən sair fərdi xdmətlərin göstərilməsi olmaqla xx.xx.2022-ci il tarixdən cəmiyyətin fəaliyyəti dayandırılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X5” X19 Qəbələ Rayon Mərkəzi Xəstəxanasının 13 may 2024-cü il tarixli 18-1-52/2-1168/2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Qəbələ RMX-da hüquqşünas vəzifəsində işləmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X5” X19 Qəbələ Rayon Mərkəzi Xəstəxanasının 15 yanvar 2024-cü il tarixli 18-1-52/2-96/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın psixiatrik və narkoloji kabinelərdə də hər hansı bir xəstəliklə qeydiyyatda deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən, Qəbələ rayon Məhkəməsinin hökmünün surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat cərimə və 01 il müddətinə Dövlət və Yerli Özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrumetmə cəzası verilmiş, xx.xx.2020-ci il tarixdə cəriməni tam şəkildə ödəmiş, xx.xx.2021-ci il tarixdə Dövlət və Yerli Özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrumetmə cəzası başa çatmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(025)-7/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 01 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1500 (bir min beş yüz) manat cərimə növündə cəza təyin edilməsi hökm edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş AZ-İİİ № 341678 nömrəli və AZ İV № 899396 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X9 adlı 2 azyaşlı uşaqları vardır. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs öz qulluq mövqeydindən istifadə etməklə və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq, o cümlədən hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama cinayətlərini təkrar törədibdir və onun Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr məhkəmə baxışında elan edilərək tədqiq edilmişdir. Həmin ifadələrdən gürünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs dələduzluq yolu ilə 9000 (doqquz min) manat aldığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr sərbəst ifadədədir, həmin ifadə hər hansı fiziki və ya psixi təsir altında verməmişdir, ona görə də həmin ifadənin mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyinə görə sübut növü kimi qəbul edilməli və məhkəmə istintaqında təqdiq olunan bütün sübutların məcmusu ilə birlikdə qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə cəza təyin edilməlidir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən, Qəbələ rayon Məhkəməsinin hökmünün surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat cərimə və 01 il müddətinə Dövlət və Yerli Özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrumetmə cəzası verilmiş, xx.xx.2020-ci il tarixdə cəriməni tam şəkildə ödəmiş, xx.xx.2021-ci il tarixdə Dövlət və Yerli Özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrumetmə cəzası başa çatmışdır. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan AZ-İİİ № 341678 nömrəli və AZ İV № 899396 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X9 adlı 2 azyaşlı uşaqları vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1 və 61.1.6-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal cinayəti təkrar, tamah və ört-basdır etmək məqsədi ilə törətməsidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini,habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri CM-in 15-ci maddəsinə əsasən, az ağır cinayətlər hesab olunmaqla yanaşı, bu cinayət tamah niyyəti ilə və birbaşa qəsdlə törədilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsirləndirildiyi maddələrin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulduğu halda ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Məhkəmənin bu mövqeyi həm də ondan irəli gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir.Həmçinin cinayət işində olan “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 05:35 radələrində 8229 saylı Bakı-Tiblisi reysi ilə ölkə ərazisini tərk etmək istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Hava limanına təhvil verilmiş, Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən təhvil alınaraq Qəbələ RPŞ-nin İB-nə təqdim olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs istintaq dövründə özünü təqsirli bilsə də, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün heç bir addım atmamış, əksinə istintaqdan yayınmağa çalışmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza ilə cəzalandırılması qanunilik və ədalətlilik baxımından düzgün hesab edilə bilməz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki,istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(025)-7/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 01 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1500 (bir min beş yüz) manat cərimə növündə cəzaya məhkum edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs əvvəllər də korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayət törətdiyinə görə məhkum olunmuş, lakin həmin cəzadan lazımi nəticə çıxarmamış, yenidən cinayət törətmişdir. Bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən haldır və ona təyin olunmuş cərimə cəzasının məqsədini, yəni məhkumun islah edilməsini, həm özünün, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs çətin islah olunan şəxs olduğuna dəlalət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini qismən etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əvvəllər məhkum olunmasını, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halları, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamındakı tövsiyyələri, hazırkı məhkəmə təcrübəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələrinin sanksiyaların azadlıqdan məhrum etmə cəzalarının nəzərdə tutulmasını, eyni zamanda Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan digər cəzaların təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmənövündə cəza təyin etməyi və Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirləndirilən şəxsin əvvəllər də korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayət törətməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.2, 178.2.3 və 178.2.4 maddələri ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə əlavə cəza təyin edilməklə o, dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan məhrum edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, 27 fevral 2024-cü il tarixli protokoldan və 28 fevral 2024-cü il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs 27f evral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli həmin gün saat 11:45-dən hesablanmış, 28 fevral 2024-cü il tarixdə saat 19:30-da Qəbələ RPŞ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Eyni zamanda 11 may 2024-cü il tarixli “Qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs11 may 2024-cü il tarixdə saat 17:35-də tutulmuş, 13 may 2024-cü il tarixdə “təqsirləndirilən şəxsin azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərara əsasən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmış və həmin gün saat 05:10-da Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, iş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs saxtalaşdıraraq Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2022-ci il tarixli TA-145-1 nömrəli məktub, xx.xx.2022-ci il tarixli № e-2-1(112)-11965/2022 nömrəli qərar, xx.xx.2022-ci il tarixli 2- 1(112)-11965/2022 nömrəli məktub və xx.xx.2023-cü il tarixli № M-2063/04/11-48 nömrəli məktub iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Qəbələ rayon Polis şöbəsində saxlanılan “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüter hökm öz qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutumaq hüququndan məhrum edilməklə, qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdən 28 fevral 2024-cü il tarixədək, həbsdə saxlanıldığı 02 gün, 11 may 2024-cü il tarixdən 13 may 2024-cü il tarixədək, həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 07 oktyabr 2024-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci 220 (iki yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X6, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut hesab edilmiş Təqsirləndirilən şəxs saxtalaşdıraraq Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2022-ci il tarixli TA-145-1 nömrəli məktub, xx.xx.2022-ci il tarixli № e- 2-1(112)-11965/2022 nömrəli qərar, xx.xx.2022-ci il tarixli 2-1(112)-11965/2022 nömrəli məktub və xx.xx.2023-cü il tarixli № M-2063/04/11-48 nömrəli məktub iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut hesab edilən və Qəbələ rayon Polis şöbəsində saxlanılan “Lenovo” markalı 81H7” modelli notebook” tipli kompüter hökm öz qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Abbas Əliyev