Məhkəmə qərarları › İş №1(025)-32/2025

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-32/2025

01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-32/2025 01.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1980-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, ünvan 1 ünvanda yaşayan, 15 avqust 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxssatış məqsədi olmadan 2025-ci ilin iyul ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və saatda Qəbələ rayon Daşca kəndində yerləşənəkin sahəsinin kənarından yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yarpaqlarını yığaraq, qurudub qanunsuz olaraq kustar üsulla hazırlayıb əldə etdiyi 17,70 qram olmaqla xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuananı bir ədəd şəffaf sellofan bükümdə üzərində gəzdirərkən xx.xx.2025-ci il tarixdə saat 17:51 radələrində bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Qəbələ şəhəri ərazisində yerləşən H.Əliyev adına olan parkda piyada hərəkətdə olarkən saxlanılıb əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman yuxarıda qeyd edilən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində gəzdirdiyi ümumi təmiz çəkisi 17,70 qram olmaqla xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuana bir ədəd şəffaf sellofan bükümdə əynində olan göy rəngli kətan şalvarın sağ yan cibindən aşkarlanaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Qəbələ şəhəri E.Kərimov küçəsində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. 25 il bundan əvvəldən hərbi xidmətdə olan zaman narkotik vasitə olan marixuana istifadə etməyə başlamışdır. Narkotik vasitəni yay aylarında Daşca kəndində yerləşən sahəlik ərazilərin kənarından yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarını yığıb toplayaraq qurutmaqla istifadə edir. 2025-ci ilin iyul ayının əvvəllərində Qəbələ rayon Daşca kəndinin yuxarı hissəsində əkin sahələrinin kənarında yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarını yığaraq toplamış, sonra isə qurutmuş ki, özü üçün istifadə etsin. Əvvəllki illərdə də sözü gedən yerdən yabanı halda bitən narkatik vasitə olan marixuananı yığaraq istifadə etmişdir. Qurutmuş olduğu narkotik vasitə olan marixuanaları xx.xx.2025-ci il tarixdə öz istifadəsi üçün 1 ədəd sellofana bükülmüş halda cibinə qoymuş və Qəbələ şəhərində H.Əliyev parkında çay içmək üçün gedən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını və onun narkotik vasitə istifadəçisi olmağı, eyni zamanda üzərində narkotik tərkibli maddələrin olmasında əsaslı şübhələrin olduğunu bildirmişlər. Həmin vaxt üzərində narkotik təkibli maddənin olduğunu bildirmiş və üzərinə baxış keçirilən zaman şalvarının sağ yan cibində saxladığı içərisində qurudulmuş marixuana olan ağ rəngli sellofana bükülü olan narkotik vasitəni təqdim etmişdir. Həmin narkotik vasitəni polis əməkdaşları elektron tərəzidə çəkmişlər, sonra qablaşdıraraq götürmüşlər, daha sonra ondan yaşadığı evdə də narkotik vasitə olub-olmadığını soruşmuşlar, onlara evində nakotik vasitə olan qurudulmuş marixuana olmadığını bildirmişdir. Onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərindən aşkar edilmiş narkotikə baxış keçirilmiş və yenidən heç bir müdaxilə olmadan qablaşdırılmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə istifadə etməmiş və başqa şəxslərə satmamış, yalnız özü üçün istifadə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə - qurudulmuş marixuanadan başqa yerdə saxladığı yoxdur. Etdiyi əmələ görə peşmandır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşiman olduğunu, yaşının çox olduğunu, narkomaniyaya meylinin olmamasının nəzərə alınmasını və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1ifadəsində göstərdi ki, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən 14 avqust 2025-ci il tarixdə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbulunda və narkotik vasitəni satış məqsədi olmadan üzərində daşımasında şübhəli olması barədə məlumat əldə etmişlər və saat 18 radələrində əməliyyat müvəkkili Şahid2, Babək Mustafazadə, Asif Mirzəyev və Cavid Cabbarlı ilə birlikdə rayonun Heydər Əliyev adına olan parka getmişlər. Həmin parkda Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüşlər, ona yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən də üzərində narkotik vasitə vardır. Adı qeyd edilən şəxsin saxlanıldığı yerdə insanlar sıx şəkildə toplaşdığı üçün həmin ərazidən bir qədər kənarda üstünün yoxlanılmasına başlanmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasından qabaq ona üzərində olması ehtimal edilən narkotik vasitələri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ sellofan bükümdə narkotik vasitə marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin sellofan bükümün içərisində spesifik iyə malik olan narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə olmuşdur. Bundan sonra sellofan büküm elektron tərəzidə çəkilib qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuana olduğunu bildirdiyi kütləni haradan əldə etməsi barədə sorğu-sual edilmiş, o isə bildirmişdir ki, həmin narkotiki Qəbələ rayon Daşca kəndinin yuxarı hissəsində çətənə kollarından özünün istifadəsi üçün yığıb qurudaraq saxlamışdır. Qeyd edilən bütün hərəkətlər Asif Mirzəyev tərəfindən mobil telefonla video və foto çəkiliş aparılmaqla qeydə alınmışdır. Daha sonra Təqsirləndirilən şəxs Qəbələ RPŞ-nə gətirilib təhqiqatçıya təhvil verilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin kütləyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Məhkəmədə şahid qismində Şahid2 Şahid1ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən tərtib edilmiş 14 avqust 2025-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni satış məqsədi olmadan əldə edərək üzərində saxlaması, daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 14 avqust 2025-ci il tarixdə saat 17:51 dəqiqədə Qəbələ şəhəri ərazisində yerləşən Heydər Əliyev adına olan parkda saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən bir qədər aralıda yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ sellofan bükümdə narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra bir ədəd ağ sellofan bükümdə olan narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 18.82 qram olduğu müəyyən edilmişdir. Sonra qeyd edilən kütlə kağız zərfə qoyulmaqla qablaşdırılmış, üzəri DİN-in 103 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, zərflərin üzəri saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə-qurudulmuş marixuana olduğunu, həmin narkotiki Qəbələ rayon Daşlıca kəndinin yuxarı hissəsindən yığıb qurudaraq saxladığını, üzərindən aşkar edilmiş narkotik vasitədən başqa narkotik vasitə olmadığını bildirmişdir. Üstünü yoxlama Qəbələ şəhəri Heydər Əliyev adına olan parkda keçirilmiş, üstü yoxlama zamanı Qəbələ RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Asif Mirzəyev tərəfindən “Samsung A25” markalı mobil telefonla video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Qəbələ RPŞ-nin İnzibati Binasında tərtib edilmişdir. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokola əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd DVD disk əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 14 avqust 2025-ci il tarixli Qəbələ RPŞnin TB-nin təhqiqatçısı Elşən Qasımov tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyaya baxış keçirilməsi, həmçinin, şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki,AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs iştirakı ilə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara (predmetlərə) baxış keçirilmişdir. Aşkar edilmiş maddi sübutlar 01 ədəd zərfdə qablaşdırılmış formada təqdim edilmiş, həmin əşyalara və Təqsirləndirilən şəxs üzərinə onun könüllü razılığı əsasında ardıcıllıqla baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd zərfin içərisində 01 ədəd sellofan bükümə yığılmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlənin çəkisi elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə çəkisinin 18.80 qram olduğu müəyyən edilmişdir. Həmin maddi sübut yenidən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun üzərində cinayət xarakterli hər hansı əşya aşkar edilməmişdir. Bununla da əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkəti başa çatdırılmış, baxış və götürmə zamanı mobil telefondan istifadə edilməklə video və fotoçəkiliş aparılmışdır. Fotoşəkillərin əksi çıxarılaraq, videoçəkiliş isə 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunanxx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, xx.xx.2025-ci iltarixdə saat 11:00 radələrindən başlayaraq Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. Qeyd olunan istintaq hərəkəti zamanı iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də göstərilən hüquq və vəzifələri izah edilmiş, daha sonra sonuncuya ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə yerində göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs ona edilmiş təkliflə razılaşmış və bundan ötrü Qəbələ rayon Daşca kəndinin yuxarı hissəsində yerləşən əkin sahələrinə getmək lazım olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dediyi və göstərdiyi marşrut üzrə Qəbələ rayon Daşca kəndinin yuxarı hissəsində yerləşən əkin sahələrinin kənarına çatdıqda Təqsirləndirilən şəxs əkin sahəsinin kənarını göstərib bildirmişdir ki, 2025-ci ilin iyul ayında yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını yığdığı yerdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin ərazidə bitən çətənə kollarına heç bir qulluq göstərməmişdir. Təqsirləndirilən şəxs göstərdiyi ərazidə heç bir qanunsuz vasitə, eləcə də yabanı halda bitmiş çətənə bitkiləri aşkar edilməmişdir.Bununla da iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti ilə müəyyən edilmişdir ki, onun ifadəsində göstərdiyi xüsusatlar ifadəsini yerində yoxlayarkən göstərdiyi xüsusatlarla tam uyğun gəlmişdir.İfadələrin yerində yoxlanılması istintaq hərəkəti zamanı fotoşəkillər çəkilmiş, əksi çıxarılaraq protokola əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin X6 təqdim etdiyi xx.xx.2025-ci il tarixli 17/627 saylınömrəlirəyindən görünür ki- Tədqiqata təqdim edilmiş, üzərində “1.Şübhəli şəxs: 1.Təqsirləndirilən şəxs. 2. Hüquq müdafiəçisi 1.Firidun Osmanov. 3.İştirakçılar: 1.Şahid2 2.Şahid1 Bioloji ekspertizaya təqdim edilməsi üçün. Tərtib etdi: təhqiqatçı Elşən Qasımov. xx.xx.2025. ” yazısı və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində olan 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 17,70 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Bununla yanaşı məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/627 saylı rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə - qurudulmuş marixuananın təmiz çəkisi 17,70 qram olmuş, 0,05 qramı tədqiqata sərf edildikdən sonra 17,65 qram qalmışdır. Cinayət işi materiallarına əlavə edilmişQəbələ rayon X8 X4 Müdiri, cinayət işi üzrə mütəxəssis qismində tanınmışŞərifov Elimdar Möylam oğlu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixlirəydə göstərilmişdir ki, həqiqətən 24 sentyabr 2025-ci il tarixdə Qəbələ rayon Daşca kəndinin yuxarı hissəsindəki əkin sahələrinin kənarında yabanı halda narkotik mənşəli bitkilərin yetişməsi üçün münbit torpaq sahəsi olub-olmamasını təftiş edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə arxların kənarında boş sahələrdə narkotik mənşəli çətənə bitkisi bitə bilər. Yabanı tərkibli narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmişxx.xx.2025-ci il tarixli “maddi sübutun tanınması və saxlanca verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 17,70 qram olmuş, 0,05 qramı tədqiqata sərf edildikdən sonra 17,65 qram qalmış qurudulmuş marixuanasübut əhəmiyyəti kəsb etdiyindən ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmaqla saxlanması üçün Qəbələ RPŞ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserindən daxil olmuş 09 oktyabr 2025-ci il tarixli 1603 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X7 daxil olmuş 12 sentyabr 2025-ci il tarixli 646 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər və hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ RMX PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 18-1-52/2-2698/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın PHŞnin poliklinika şöbəsinin psixiatriya və narkoloji kabinetlərində qeydiyyatda deyildir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işi materiallarına əlavə edilmişQəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-59- 12/2-1369/2025 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işi materiallarına əlavə edilmişQəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-59- 12/2-1371/2025 nömrəli və 5-59-12/2-1370/2025 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır və onun ailə tərkibi həyat yoldaşı X2, oğlu 2004-cü il təvəllüdlüUmudxanov Tehran Kamran oğlu və qızı 2009-cu il təvəllüdlüUmudxanova Mələk Kamran qızından ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla üzərində daşımasında təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, işdə olan xx.xx.2025-ciil tarixli ifadələrin yerində yoxlanılması protokolu, digər istintaq hərəkəti protokolları və maddi sübutla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun (21 noyabr 2023cü il tarixli dəyişikliklərlə) 21-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi cəmi 17,70 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmini peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Digər tərəfdən, CM-in 9-cu (Humanizm prinsipi) maddəsinə əsasən, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması,əməlindən səmini peşman olması, yaşayış yeri üzrə müsbət xarakterli bir şəxs kimi səciyyələndirilməsi, məhkumluğunun olmaması, həmçinin aşkar edilmiş narkotik vasitə olan marixuananın çəkisinin 17,70qram olmaqla ağır tərkibli narkotik vasitə olmaması və çəkisinin az olması (qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qramdır) məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsiCM-in fundamental prinsiplərindən olan ədalət və humanizim pirinsipi baxımından kifayət qədər əsaslıdır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, törədilmiş əməllə müqayisədə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi işin faktiki hallarına uyğun gəlmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan 14 avqust 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs 14 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 14 avqust 2025-ci il saat 18:34-dən hesablanmış, 15 avqust 2025-ci il tarixdə saat 17:00 radələrində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də onun şübhəli şəxs qismində tutulduğu bir gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə istintaqında tədqiq olunmuş ibtidai istintaq zamanı təyin edilmiş narkoloji Dispanserinin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan bioloji ekspertizadan sonra qalmış 17,65qram narkotik vasitə qurudulmuş marixuanahökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 34,55(otuz dörd manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və və ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 14 avqust 2025-ci il tarixdən 15 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ona təyin edilmiş həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan bioloji ekspertizadan sonra qalıq çəkisi 17,65 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar