Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-33/2023 06.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs1 nümayəndəsi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs - Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlunun iştirakları ilə, xx.xx.1984-cü ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Nəsi̇ rov Şahlar Şahvəddi̇ n oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Nəsi̇ rov Şahlar Şahvəddi̇ n oğlu Qəbələ rayonunun Yeni Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etmək və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə 05 may 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 həmin kənddə yerləşən həyətinə gələrək özünü mal-qara alverçisi kimi təqdim edib, sosial müdafiə fondunun vasitəsi ilə şəhid və qazi ailələrinə yardım məqsədi ilə müxtəlif şəxslərdən mal-qara aldığını, həmin mal-qaranın içərisindən seçərək təsərrüffata daha yararlı olanları şəhid və qazi ailələrinə təhvil verdikdən sonra sosial müdafiə fondu tərəfindən onun kart hesabına müxtəlif şəxslərdən aldığı heyvanların pulunun köçürüldüyünü, bundan sonra həmin şəxslərdən aldığı heyvanların pulunu 1 ay ərzində aldığı mal-qara sahiblərinə verməsi barədə yalan uydurub Zərərçəkmiş şəxs1 aldadaraq onun təsərrüffatında olan bir baş inək, üç baş düyə olmaqla ümumilikdə 04 baş iri buynuzlu heyvana baxıb, həmin heyvanları öz aralarında diri çəkidə ümumilikdə 3000 (üç min) AZN məbləğində qiymətləndirib nisyə adı ilə alaraq guya yuxarıda qeyd etdiyi kimi şəhid və qazi ailələrinə yardım məqsədi ilə paylayaraq pulu sosial müdafiə fondu tərəfindən onun bank kart hesabına ödəndikdən sonra 1 ay ərzində ona ödəyəcəyinə dair yalandan vəd verib, onu bu cür uydurduğu yalana inandırmaqla aldadıb və etibarından sui-istifadə edib 01 baş dişi cinsli inəyi və 03 baş dişi cinsli düyəni alıb apararaq istintaqa məlum olmayan şəxslərə satıb əvvəlcədən vədinə əməl etmək barədə niyyəti olmadığına görə əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs1 təsərrüffatına məxsus ümumilikdə 3000 (üç min) AZN dəyərində 4 baş iribuynuzlu heyvanını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirib ona qarşı dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən Qəbələ rayonunun Yeni Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etmək və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə 22 may 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2 həmin kənddə yerləşən həyətinə gələrək özünü mal-qara alverçisi kimi təqdim edib, sosial müdafiə fondunun vasitəsi ilə şəhid və qazi ailələrinə yardım məqsədi ilə müxtəlif şəxslərdən mal-qara aldığını, həmin mal-qaranın içərisindən seçərək təsərrüffata daha yararlı olanları şəhid və qazi ailələrinə təhvil verdikdən sonra sosial müdafiə fondu tərəfindən onun kart hesabına müxtəlif şəxslərdən aldığı heyvanların pulunun köçürüldüyünü, bundan sonra həmin şəxslərdən aldığı heyvanların pulunu 1 ay ərzində aldığı mal-qara sahiblərinə verməsi barədə yalan uydurub Zərərçəkmiş şəxs2 aldadaraq onun təsərrüffatında olan bir baş dişi cinsli düyə heyvanına baxıb, həmin heyvanı diri çəkidə öz aralarında 800 (səkkiz yüz) AZN məbləğində qiymətləndirib nisyə adı ilə alaraq guya yuxarıda qeyd etdiyi kimi şəhid və qazi ailələrinə yardım məqsədi ilə paylayaraq pulu sosial müdafiə fondu tərəfindən onun bank kart hesabına ödəndikdən sonra 1-2 ay ərzində ona ödəyəcəyinə dair yalandan vəd verib, onu bu cür uydurduğu yalana inandırmaqla aldadıb və etibarından suiistifadə edib 01 baş dişi cinsli düyəni alıb apararaq istintaqa məlum olmayan şəxslərə satıb əvvəlcədən vədinə əməl etmək barədə niyyəti olmadığına görə əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs2 İstrəfil oğlunun təsərrüffatına məxsus 800 (səkkiz yüz) AZN dəyərində 01 baş iribuynuzlu heyvanını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirib ona qarşı dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən Qəbələ rayonunun Hacallı kənd sakini Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etmək və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə 17 iyun 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 həmin kənddə yerləşən həyətinə gələrək özünü mal-qara alverçisi kimi təqdim edib, sosial müdafiə fondunun vasitəsi ilə şəhid və qazi ailələrinə yardım məqsədi ilə müxtəlif şəxslərdən mal-qara aldığını, həmin mal-qaranın içərisindən seçərək təsərrüffata daha yararlı olanları şəhid və qazi ailələrinə təhvil verdikdən sonra sosial müdafiə fondu tərəfindən onun kart hesabına müxtəlif şəxslərdən aldığı heyvanların pulunun köçürüldüyünü, bundan sonra həmin şəxslərdən aldığı heyvanların pulunu 1 ay ərzində aldığı mal-qara sahiblərinə verməsi barədə yalan uydurub Zərərçəkmiş şəxs3 aldadaraq onun təsərrüffatında olan 01 baş yanında balası olan inəyə və 01 baş dişi cinsli düyə heyvanına baxıb, həmin heyvanları öz aralarında diri çəkidə ümumilikdə 2500 (iki min beş yüz) AZN məbləğində qiymətləndirib nisyə adı ilə alaraq guya yuxarıda qeyd etdiyi kimi şəhid və qazi ailələrinə yardım məqsədi ilə paylayaraq pulu sosial müdafiə fondu tərəfindən onun bank kart hesabına ödəndikdən sonra 1 ay ərzində ona ödəyəcəyinə dair yalandan vəd verib, onu bu cür uydurduğu yalana inandırmaqla aldadıb və etibarından sui-istifadə edib 01 baş yanında balası olan inəyi və 01 baş dişi cinsli düyəni alıb apararaq istintaqa məlum olmayan şəxslərə satıb əvvəlcədən vədinə əməl etmək barədə niyyəti olmadığına görə əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs3 təsərrüffatına məxsus ümumilikdə 2500 (iki min beş yüz) AZN dəyərində 01 baş yanında balası olan inəyi və 01 baş dişi cinsli düyəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirib ona qarşı dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən Qəbələ rayonunun Yeni Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etmək və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə 03 iyul 2022ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs4 həmin kənddə yerləşən həyətinə gələrək özünü mal-qara alverçisi kimi təqdim edib, sosial müdafiə fondunun vasitəsi ilə şəhid və qazi ailələrinə yardım məqsədi ilə müxtəlif şəxslərdən mal-qara aldığını, həmin mal-qaranın içərisindən seçərək təsərrüffata daha yararlı olanları şəhid və qazi ailələrinə təhvil verdikdən sonra sosial müdafiə fondu tərəfindən onun kart hesabına müxtəlif şəxslərdən aldığı heyvanların pulunun köçürüldüyünü, bundan sonra həmin şəxslərdən aldığı heyvanların pulunu 1 ay ərzində aldığı mal-qara sahiblərinə verməsi barədə yalan uydurub Zərərçəkmiş şəxs4 aldadaraq onun təsərrüffatında olan 04 baş erkək cinsli danalara baxıb, həmin heyvanları öz aralarında diri çəkidə ümumilikdə 3000 (üç min) AZN məbləğində qiymətləndirib nisyə adı ilə alaraq guya yuxarıda qeyd etdiyi kimi şəhid və qazi ailələrinə yardım məqsədi ilə paylayaraq pulu sosial müdafiə fondu tərəfindən onun bank kart hesabına ödəndikdən sonra 1 ay ərzində ona ödəyəcəyinə dair yalandan vəd verib, onu bu cür uydurduğu yalana inandırmaqla aldadıb və etibarından suiistifadə edib 04 baş erkək cinsli danaları alıb apararaq istintaqa məlum olmayan şəxslərə satıb əvvəlcədən vədinə əməl etmək barədə niyyəti olmadığına görə əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs4 təsərrüffatına məxsus ümumilikdə 3000 (üç min) AZN dəyərində 4 baş iribuynuzlu heyvanını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirib ona qarşı dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən Qəbələ rayonunun Yeni Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etmək və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə 10 iyul 2022ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs5 həmin kənddə yerləşən həyətinə gələrək özünü mal-qara alverçisi kimi təqdim edib, sosial müdafiə fondunun vasitəsi ilə şəhid və qazi ailələrinə yardım məqsədi ilə müxtəlif şəxslərdən mal-qara aldığını, həmin mal-qaranın içərisindən seçərək təsərrüffata daha yararlı olanları şəhid və qazi ailələrinə təhvil verdikdən sonra sosial müdafiə fondu tərəfindən onun kart hesabına müxtəlif şəxslərdən aldığı heyvanların pulunun köçürüldüyünü, bundan sonra həmin şəxslərdən aldığı heyvanların pulunu 1 ay ərzində aldığı mal-qara sahiblərinə verməsi barədə yalan uydurub Zərərçəkmiş şəxs5 aldadaraq onun təsərrüffatında olan 02 baş erkək cinsli danalara baxıb, həmin heyvanları öz aralarında diri çəkidə ümumilikdə 1800 (bir min səkkiz yüz) AZN məbləğində qiymətləndirib nisyə adı ilə alaraq guya yuxarıda qeyd etdiyi kimi şəhid və qazi ailələrinə yardım məqsədi ilə paylayaraq pulu sosial müdafiə fondu tərəfindən onun bank kart hesabına ödəndikdən sonra 1 ay ərzində ona ödəyəcəyinə dair yalandan vəd verib, onu bu cür uydurduğu yalana inandırmaqla aldadıb və etibarından sui-istifadə edib 02 baş erkək cinsli danaları alıb apararaq istintaqa məlum olmayan şəxslərə satıb əvvəlcədən vədinə əməl etmək barədə niyyəti olmadığına görə əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs5 təsərrüffatına məxsus ümumilikdə 1800 (bir min səkkiz yüz) AZN dəyərində 02 baş iribuynuzlu erkəkcinsli dananı etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirib ona qarşı dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən Qəbələ rayonunun Yeni Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə etmək və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə 29 iyul 2022-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs6 həmin kənddə yerləşən həyətinə gələrək özünü mal-qara alverçisi kimi təqdim edib, sosial müdafiə fondunun vasitəsi ilə şəhid və qazi ailələrinə yardım məqsədi ilə müxtəlif şəxslərdən mal-qara aldığını, həmin mal-qaranın içərisindən seçərək təsərrüffata daha yararlı olanları şəhid və qazi ailələrinə təhvil verdikdən sonra sosial müdafiə fondu tərəfindən onun kart hesabına müxtəlif şəxslərdən aldığı heyvanların pulunun köçürüldüyünü, bundan sonra həmin şəxslərdən aldığı heyvanların pulunu 1 ay ərzində aldığı mal-qara sahiblərinə verməsi barədə yalan uydurub Zərərçəkmiş şəxs6 aldadaraq onun təsərrüffatında olan 10 baş quzulara baxıb, həmin heyvanları diri çəkidə öz aralarında ümumilikdə 2080 (iki min səksən) AZN məbləğində qiymətləndirib heyvanları nisyə adı ilə alaraq guya yuxarıda qeyd etdiyi kimi şəhid və qazi ailələrinə yardım məqsədi ilə paylayaraq pulu sosial müdafiə fondu tərəfindən onun bank kart hesabına ödəndikdən sonra 1 ay ərzində ona ödəyəcəyinə dair yalandan vəd verib, onu bu cür uydurduğu yalana inandırmaqla aldadıb və etibarından sui-istifadə edib 10 baş quzuları alıb apararaq istintaqa məlum olmayan şəxslərə satıb əvvəlcədən vədinə əməl etmək barədə niyyəti olmadığına görə əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs6 təsərrüffatına məxsus ümumilikdə 2080 (iki min səksən) AZN dəyərində 10 baş xırdabuynuzlu quzuları etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirib ona qarşı dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən Qəbələ rayonunun Yeni Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə etmək və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə 01 avqust 2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs7 həmin kənddə yerləşən həyətinə gələrək özünü mal-qara alverçisi kimi təqdim edib, sosial müdafiə fondunun vasitəsi ilə şəhid və qazi ailələrinə yardım məqsədi ilə müxtəlif şəxslərdən mal-qara aldığını, həmin mal-qaranın içərisindən seçərək təsərrüffata daha yararlı olanları şəhid və qazi ailələrinə təhvil verdikdən sonra sosial müdafiə fondu tərəfindən onun kart hesabına müxtəlif şəxslərdən aldığı heyvanların pulunun köçürüldüyünü, bundan sonra həmin şəxslərdən aldığı heyvanların pulunu 10 gün ərzində aldığı mal-qara sahiblərinə verməsi barədə yalan uydurub Zərərçəkmiş şəxs7 aldadaraq onun təsərrüffatında olan 01 baş yanında balası olan inəyə və 02 baş dişi cinsli düyə heyvanına baxıb, həmin heyvanları öz aralarında diri çəkidə ümumilikdə 2000 (iki min) AZN məbləğində qiymətləndirib nisyə adı ilə alaraq guya yuxarıda qeyd etdiyi kimi şəhid və qazi ailələrinə yardım məqsədi ilə paylayaraq pulu sosial müdafiə fondu tərəfindən onun bank kart hesabına ödəndikdən sonra 10 gün ərzində ona ödəyəcəyinə dair yalandan vəd verib, onu bu cür uydurduğu yalana inandırmaqla aldadıb və etibarından sui-istifadə edib 01 baş yanında balası olan inəyi və 02 baş dişi cinsli düyəni alıb apararaq istintaqa məlum olmayan şəxslərə satıb əvvəlcədən vədinə əməl etmək barədə niyyəti olmadığına görə əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs7 təsərrüffatına məxsus ümumilikdə 2000 (iki min) AZN dəyərində 01 baş yanında balası olan inəyi və 02 baş dişi cinsli düyə heyvanını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirib ona qarşı dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən Qəbələ rayonunun Yeni Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə etmək və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə 10 avqust 2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs8 həmin kənddə yerləşən həyətinə gələrək özünü mal-qara alverçisi kimi təqdim edib, sosial müdafiə fondunun vasitəsi ilə şəhid və qazi ailələrinə yardım məqsədi ilə müxtəlif şəxslərdən mal-qara aldığını, həmin mal-qaranın içərisindən seçərək təsərrüffata daha yararlı olanları şəhid və qazi ailələrinə təhvil verdikdən sonra sosial müdafiə fondu tərəfindən onun kart hesabına müxtəlif şəxslərdən aldığı heyvanların pulunun köçürüldüyünü, bundan sonra həmin şəxslərdən aldığı heyvanların pulunu 1 ay ərzində aldığı mal-qara sahiblərinə verməsi barədə yalan uydurub Zərərçəkmiş şəxs8 aldadaraq onun təsərrüffatında olan 01 baş yanında balası olan inəyə baxıb, həmin heyvanları öz aralarında diri çəkidə 980 (doqquz yüz səksən) AZN məbləğində qiymətləndirib nisyə adı ilə alaraq guya yuxarıda qeyd etdiyi kimi şəhid və qazi ailələrinə yardım məqsədi ilə paylayaraq pulu sosial müdafiə fondu tərəfindən onun bank kart hesabına ödəndikdən sonra 1 ay ərzində ona ödəyəcəyinə dair yalandan vəd verib, onu bu cür uydurduğu yalana inandırmaqla aldadıb və etibarından sui-istifadə edib ana-bala inəyi alıb apararaq istintaqa məlum olmayan şəxslərə satıb əvvəlcədən vədinə əməl etmək barədə niyyəti olmadığına görə əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs8 təsərrüffatına məxsus 980 (doqquz yüz səksən) AZN dəyərində 01 baş yanında balası olan inəyi etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirib ona qarşı dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən Qəbələ rayonunun Yeni Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə etmək və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə 27 avqust 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs9 həmin kənddə yerləşən həyətinə gələrək özünü mal-qara alverçisi kimi təqdim edib, sosial müdafiə fondunun vasitəsi ilə şəhid və qazi ailələrinə yardım məqsədi ilə müxtəlif şəxslərdən mal-qara aldığını, həmin mal-qaranın içərisindən seçərək təsərrüffata daha yararlı olanları şəhid və qazi ailələrinə təhvil verdikdən sonra sosial müdafiə fondu tərəfindən onun kart hesabına müxtəlif şəxslərdən aldığı heyvanların pulunun köçürüldüyünü, bundan sonra həmin şəxslərdən aldığı heyvanların pulunu 1 ay ərzində aldığı mal-qara sahiblərinə verməsi barədə yalan uydurub Zərərçəkmiş şəxs9 aldadaraq onun təsərrüffatında olan 01 baş dişi cinsli inəyə baxıb, həmin heyvanı diri çəkidə öz aralarında 900 (doqquz yüz) AZN məbləğində qiymətləndirib nisyə adı ilə alaraq guya yuxarıda qeyd etdiyi kimi şəhid və qazi ailələrinə yardım məqsədi ilə paylayaraq pulu sosial müdafiə fondu tərəfindən onun bank kart hesabına ödəndikdən sonra 1 ay ərzində ona ödəyəcəyinə dair yalandan vəd verib, onu bu cür uydurduğu yalana inandırmaqla aldadıb və etibarından sui-istifadə edib 01 baş dişi cinsli inəyi alıb apararaq istintaqa məlum olmayan şəxslərə satıb əvvəlcədən vədinə əməl etmək barədə niyyəti olmadığına görə əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs9 təsərrüffatına məxsus 900 (doqquz yüz) AZN dəyərində 01 baş dişi cinsli inəyini etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirib ona qarşı dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Nəsi̇ rov Şahlar Şahvəddi̇ n oğlu məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qəbələ rayonunun Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs1 2022-ci ilin may ayından tanıyır. Belə ki, 2022-ci ilin may ayının əvəllərində günorta saatlarında Zərərçəkmiş şəxs1 iribuynuzlu heyvan almaq üçün onun həyətinə gəlmişdir. Heyvan sahibi Məcnunla 01 baş inəyi və 03 baş dişi cinsli düyəni öz aralarında diri çəkili formada 3000 manata qiymətləndirib almağa razılaşmışdır. Məcnuna yalandan başqa şəxslərdən də heyvan aldığını, aldığı heyvanların yaxşıları şəhid və qazi ailələrinə verildiyini, sosial müdafiə fondu tərəfindən kartına pul vurulacağını, bundan sonra onun pulunu 1 aya kimi verəcəyini bildirib onu inandırmışdır. Zərərçəkmiş şəxs1 onun sözlərinə inanıb heyvanları ona nisyə verməyə razı olub heyvanlarını ona vermişdir. Zərərçəkmiş şəxs1 aldığı heyvanları həmin gün həmkəndlisi Tural Abdurahmanovun idarə etdiyi Qaz 24 markalı avtomobilnə mindirib həyətinə gətirmiş, Turala 30 manat yol pulu vermişdir. Məcnundan aldığı heyvanları həyətində 2-3 gün saxladıqdan sonra onları Ağdaş rayonunun mal bazarına aparıb orada 200-300 manat xeyirinə tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcələdiyi üçün Zərərçəkmiş şəxs1 aldığı heyvanların pulunu verməmişdir. Qəbələ rayonunun Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs2 2022ci ilin may ayından tanıyır. Belə ki, 2022-ci ilin may ayının ortalarında nahar vaxtından sonra Zərərçəkmiş şəxs2 iribuynuzlu heyvan almaq üçün onun həyətinə gəlmişdir. Hidayətdən 01 baş dişi cinsli düyəni diri çəkili formada öz aralarında 800 manata qiymətləndirib almağa razılaşmışdır. Hidayətə yalandan başqa şəxslərdən də heyvan aldığını, aldığı heyvanların yaxşıları şəhid və qazi ailələrinə verildiyini, sosial müdafiə fondu tərəfindən kartına pul vurulacağını, bundan sonra onun pulunu 1-2 aya kimi verəcəyini bildirib onu inandırmışdır. Hidayət onun sözlərinə inanıb heyvanını ona nisyə verməyə razı olub heyvanı ona vermişdir. Zərərçəkmiş şəxs2 aldığı heyvanı həmin gün həmkəndlisi Tural Abdurahmanovun idarə Qaz 24 markalı mavtomobilinə mindirib həyətinə gətirmiş buna görə Turala 25 manat pul vermişdir. Həmin heyvanı həyətində 2-3 gün saxladıqdan sonra onu Ağdaş rayonunun mal bazarına aparıb orada 150 manat xeyirinə tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcələdiyi üçün Zərərçəkmiş şəxs2 aldığı heyvanın pulunu ona verməmişdir. Qəbələ rayonunun Hacallı kənd sakini Zərərçəkmiş şəxs3 2022-ci ilin iyun ayından tanıyır. Belə ki, 2022-ci ilin iyun ayının ortalarında axşam saatlarında Alik Hüseynovdan iribuynuzlu heyvan almaq üçün onun həyətinə gəlmişdir. Aliklə 01 baş yanıbalalı inəyi və 01 baş dişi cinsli düyəni öz aralarında diri çəkilərinə görə ümumilikdə 2500 manata qiymətləndirib almağa razılaşmışdır. Alikə yalandan başqa şəxslərdən də heyvan aldığını, aldığı heyvanların yaxşıları şəhid və qazi ailələrinə verildiyini, sosial müdafiə fondu tərəfindən kartına pul vurulacağını, bundan sonra onun pulunu 1 aya kimi verəcəni bildirib onu inandırmışdır. Alik onun sözlərinə inanıb heyvanlarını ona nisiyə verməyə razı olub heyvanları ona vermişdir. Zərərçəkmiş şəxs3 aldığı heyvanları həmin gün həmkəndlisi Aqil Yusiflinin idarə etdiyi Vaz 2106 markalı dövlət nömrə nişanını bilmədiyi avtomobilə mindirib həyətinə gətirmiş, buna görə Aqilə 30 manat pul vermişdir. Həmin heyvanları həyətində 1-2 gün saxladıqdan sonra heyvanları Ağdaş rayon mal bazarına aparıb orada daha ucuzuna inəyi 600 manata, düyəni isə 1100 manata tanımadığı şəxsə satmışdır. Həmin puldan Alikə 500 manat vermiş, qalan 1200 manat pulu öz şəxsi ehtiyacına xərcləmiş, Alik Hüseynova ondan aldığı iribuynuzlu heyvanlar üçün verəcəyi 2000 manat pulu verməmişdir. Qəbələ rayonunun Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs5 sonuncunun həmkəndlisi heyvan alqı-satqısı ilə məşğul olan Mahir adlı şəxsin vasitəçiliyi ilə 2022-ci ilin aprel ayından tanıyır. Telsunun vasitəçiliyi ilə bir neçə nəfərdən heyvan aldığı üçün onunla münasibəti yaranmışdır. 2022-ci ilin iyul ayının sonlarında tam günü və tarixi yadına gəlmir haradan aldığı tam yadında deyil, 4 baş ana-bala inək aldığı üçün özündə 3000 manat pul olduğundan 1 000 manat pulu çatmadığı üçün Telsuna zəng vurub ona bu barədə bildirib 1 000 manat pul lazım olduğunu demişdir. Telsun ona həmin pulun üstündə 100 manat almaq şərti ilə pul verəcəyini demişdir. Məcbur olub Telsunla razılaşıb onun yaşadığı ünvana gedərək pulu 2 həftəyə kimi qaytaracağına söz verib 1 000 manat nəğd şəkildə pul almışdır. Lakin Telsuna dediyi vaxta kimi eləcə də ondan sonra aldığı pulu qaytarıb ona verməmişdir. Zərərçəkmiş şəxs5 1800 manat dəyərində 02 baş erkəkcinsli dana almamış, Telsundan yalnız nəğd şəkildə 1000 manat pul almışdır. Qəbələ rayonunun Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs4 2022-ci ilin iyul ayından tanıyır. 2022-ci ilin iyul ayının əvəllərində nahar vaxtından sonra Zərərçəkmiş şəxs4 həyətinə gedib ona məxsus 4 baş erkəkcinsli heyvanlara baxıb onunla heyvanları öz aralarında diri çəkiləri üçün ümumilikdə 3000 min manata qiymətləndirib almağa razılaşmışdır. Zenfiraya yalandan başqa şəxslərdən də heyvan aldığını, aldığı heyvanların yaxşıları şəhid və qazi ailələrinə verildiyini, sosial müdafiə fondu tərəfindən kartına pul vurulacağını, bundan sonra onun pulunu 1 aya kimi verəcəni bildirib onu inandırmışdır. Zenfira onun sözlərinə inanıb heyvanlarını ona nisiyə verməyə razı olub heyvanları ona vermişdir. Zenfiradan aldığı iribuynuzlu heyvanları həmin gün həmkəndlisi Tural Abdurahmanovun idarə etdiyi Qaz 24 minik markalı avtomobilinə yükləyərək Qəbələ rayonunun Aydınqışlaq kəndinə öz həyətinə gətirmiş, buna görə Turala 30 manat yol pulu vermişdir. Heyvanları həyətində 4-5 gün baxdıqdan sonra elə öz həyətində ayaq üstə Bərdə rayonundan olan tanımadığı şəxsə ümumilikdə 3300 manata satmışdır. Əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərclədiyi üçün Zenfiradan aldığı heyvanların pulunu ona verməmişdir. Qəbələ rayonunun Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs6 2022-ci ilin iyul ayından tanıyır. Belə ki, 2022-ci ilin iyul ayının sonlarında səhər saatlarında xırdabuynuzlu heyvan almaq məqsədi ilə Zərərçəkmiş şəxs6 həyətinə gəlmişdir. Rəktuba məxsus 10 baş quzulara baxıb onunla heyvanları öz aralarında diri çəkiləri üçün ümumilikdə 2080 manata qiymətləndirib almağa razılaşmışdır. İlkin olaraq Rəktuba 100 manat beh kimi pul vermişdir. Sonra Rəktuba yalandan başqa şəxslərdən də heyvan aldığını, aldığı heyvanların yaxşıları şəhid və qazi ailələrinə verildiyini, sosial müdafiə fondu tərəfindən kartına pul vurulacağını, bundan sonra onun pulunu 1 aya kimi verəcəni bildirib onu inandırmışdır. Rəktub onun sözlərinə inanıb heyvanları ona nisyə verməyə razı olub heyvanları ona vermişdir. Həmin gün Qəbələ şəhərindən olan Cavid adlı şəxsə zəng vurub məlumat vermiş ki, Dızaxlı kəndinə Rəktubun həyətinə gəlsin Rəktubdan aldığı quzuları onun yük avtomobili ilə Qəbələ rayonunun Aydınqışlaq kəndinə yaşadığı həyətə aparsın. Az keçmiş Cavid adlı şəxs idarə etdiyi Qazel markalı dövlət nömrə nişanını bilmədiyi yük avtomobili ilə Rəktubun həyətinə gəlmiş, ondan aldığı 10 baş quzuları Cavidin yük avtomobilinə yükləyib həyətinə gətirmişdir. Buna görə Cavidə 30 manat yol pulu vermişdir. Rəktubdan aldığı quzuları həyətində 1 gün saxladıqdan sonra onları Qəbələ rayonunun Nic qəsəbəsi bazarına aparıb orada tanımadığı şəxsə 200 manat xeyrinə satmışdır. Quzulardan əldə etdiyi pulu öz şəxsi ehtiyacına xərclədiyi üçün Rəktubun heyvanlarının 1980 manat pulunu verməmişdir. Qəbələ rayonunun Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs7 2022-ci ilin avqust ayında Dızaxlı kənd sakini inək alveri üzrə dəllal olan Mahir adlı şəxsin vasitəçiliyi ilə tanıyır. Belə ki, həmin vaxtlarda Mahir ona Zərərçəkmiş şəxs7 satılası 01 baş yanında balası olan inək və 02 baş dişi cinsli düyə olduğunu bildirmişdir. 2022-ci ilin avqust ayının əvəllərində günorta saatlarında Cəlilin həyətinə gedərək onun satdığı heyvanla baxıb diri çəkili formada ümumilikdə 2000 manata öz aralarında qiymətləndirib almağa razılaşmışdır. Cəlilə yalandan başqa şəxslərdən də heyvan aldığını, aldığı heyvanların yaxşıları şəhid və qazi ailələrinə verildiyini, sosial müdafiə fondu tərəfindən kartına pul vurulacağını, bundan sonra onun pulunu 10-15 günə kimi verəcəni bildirib onu inandırmışıdr. Cəlil onun sözlərinə inanıb heyvanları ona nisiyə verməyə razı olub heyvanları ona vermişdir. Cəlildən aldığı heyvanları həmin günü Dızaxlı kənd sakini Şirvan adlı şəxsin Qazel markalı dövlət nömrə nişanını bilmədiyi yük avtomobilinə mindirib həyətinə gətirmişdir. Buna görə Şirvana 30 manat yol pulu, Mahirə isə vasitəçilik etdiyi üçün 15 manat pul vermişdir. Cəlildən aldığı heyvanları 2-3 gün həyətində saxladıqdan sonra onları Ağdaş rayonunun mal bazarına apararaq orada tanımadığı şəxsə ümumilikdə 2530 manat dəyərində satıb əldə etdiyi pulu öz şəxsi ehtiyacına xərcləyərək heyvanların pulunu Zərərçəkmiş şəxs7 verməmişdir. Qəbələ rayonunun Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs8 2022-ci ilin avqust ayından Dızaxlı kənd sakini inək alveri üzrə dəllal olan Mahir adlı şəxsin vasitəçiliyi ilə tanıyır. Belə ki, həmin vaxtlarda Mahir ona Zərərçəkmiş şəxs8 satılası bir baş yanında balası olan inək olduğunu bildirmişdir. 2022-ci ilin avqust ayının ortalarında Məsimin həyətinə gedərək yanında balası olan inəyə baxıb inəyi və balasını diri çəkidə ayaq üstə öz aralarında 980 manata qiymətlədirib almağa razılaşmışdır. Məsimə yalandan başqa şəxslərdən də heyvan aldığını aldığı heyvanların yaxşıları şəhid və qazi ailələrinə verildiyini, sosial müdafiə fondu tərəfindən kartına pul vurulacağını, bundan sonra onun pulunu 1 aya kimi verəcəni bildirib onu inandırmışıdr. Məsim onun sözlərinə inanıb heyvanlarını ona nisyə verməyə razı olub heyvanları ona vermişdir. Məsimdən aldığı heyvanı həmin gün həmkəndlisi Tural Abdurahmanovun idarə etdiyi Qaz 24 markalı avtomobilinə mindirib həyətinə gətirmişdir. Buna görə Turala 25 manat yol pulu, Mahirə isə vasitəçilik etdiyi üçün 15 manat pul vermişdir. Məsimdən aldığı inəyə və balasına 5-6 gün baxdıqdan sonra onları Ağdaş rayonunun mal bazarına aparıb orada tanımadığı şəxsə 1075 manat dəyərində satıb əldə etdiyi pulu öz şəxsi ehtiyacına xərclədiyi üçün heyvanların pulunu Zərərçəkmiş şəxs8 verməmişdir. Qəbələ rayonunun Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs9 2022-ci ilin avqust ayından tanıyır. Belə ki, 2022-ci ilin avqust ayının ortalarında nahar vaxtından sonra Zərərçəkmiş şəxs9 iribuynuzlu heyvan almaq üçün onun həyətinə gəlmişdir. Fərhaddan 01 baş dişi cinsli düyəni öz aralarında diri çəkili formada 900 manata qiymətləndirib almağa razılaşmışdır. Fərhada yalandan başqa şəxslərdən də heyvan aldığını, aldığı heyvanların yaxşıları şəhid və qazi ailələrinə verildiyini, sosial müdafiə fondu tərəfindən kartına pul vurulacağını, bundan sonra onun pulunu 1 aya kimi verəcəyini bildirib onu inandırmışdır. Fərhad onun sözlərinə inanıb heyvanı ona nisiyə verməyə razı olub heyvanını ona vermişdir. Zərərçəkmiş şəxs9 aldığı heyvanı həmin gün həmkəndlisi Tural Abdurahmanovun idarə etdiyi Qaz 24 markalı avtomobilinə mindirib həyətinə gətirmiş və Turala 20 manat yol pulu vermişdir. Həmin heyvanı həyətində 2-3 gün saxladıqdan sonra onu Ağdaş rayonunun mal bazarına aparıb orada 100 manat xeyirinə tanımadığı şəxsə 1000 manat dəyərində satıb əldə etdiyi pulu öz şəxsi ehtiyacına xərclədiyi üçün heyvanın pulunu Zərərçəkmiş şəxs9 verməmişdir. Təqsirləndirilən şəxs Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ilə yaxın müddətdir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs iribuynuzlu və xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olması kimi tanımışdır. Pula ehtiyacı olduğu üçün heyvanlarından bir neçəsini satmaq qərarına gəlib onları yaşadığı Qəbələ rayonunun Dızaxlı kəndinə həyətinə gətirmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs həyətinə gələrək satacağı iribuynuzlu heyvanlara baxmışdır. Satacağı iribuynuzlu heyvanlar 1 baş dişi cinsli inəkdən və 3 baş dişi cinsli düyədən ibarət olmuşdur. Şahlar ilə 4 baş heyvanı diri çəkili formada ümumilikdə öz aralarında 3000 manata razılaşmışlar. Şahlar ona digər şəxslərdən aldığı heyvanlardan yaxşıları seçilərək şəhid və qazi ailələrinə verildiyini buna görə Dövlət Sosial Müdafiə Fondu tərəfindən kartına pul vurulacağını və ondan aldığı heyvanların pulunu 1 ay ərzində verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs sözlərinə inanıb 4 baş iribuynuzlu heyvanlarını nisyə olaraq ona vermişdir. Həmin tarixdə Şahlar ona məxsus 4 baş iribuynuzlu heyvanları həmkəndlisi Tural adlı şəxsin idarə etdiyi Qaz 24 markalı dövlət nömrə nişanını bilmədiyi avtomobilinə yükləyərək həyətindən aparmışdır. Şahlar ona məxsus heyvanları alıb apardıqdan 1 ay keçməsinə baxmayaraq heyvanların pulunu vermədiyi üçün ona pulunun verilməsi üçün bir neçə dəfə şifahi şəkildə müraciət etmişdir. Hər dəfəsində Şahlar ona yaşadığı evi və özünə məxsus torpaq sahəsini satdıqdan sonra heyvanlarının 3000 manat pulunu verəcəyini desə də bu vaxta kimi verməyib onu aldadtmışdır. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, dəymiş maddi ziyanın qaytarılmasını tələb etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir il öncə iribuynuzlu və xırdabuynuzlu heyvan alverçisi kimi tanımışdır. Belə ki, həmin vaxtlarda Təqsirləndirilən şəxs bir neçə həmkəndlisindən heyvan almışdır. 2022-ci ilin may ayında pula ehtiyacı olduğu üçün təsərrüfatında olan özünə məxsus 01 baş dişi cinsli danasını satmaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Qəbələ rayonunun Dızaxlı kəndinə həyətinə gəlib satacağı heyvana baxıb bəyənərək diri çəkili formada öz aralarında 800 (səkkiz yüz) manata razılaşmışlar. Şahlar ona bir neçə nəfərdən heyvan alıb onları aparıb yaxşılarını seçib şəhid ailələrinə və qazilərə verildiyini, buna görə dövlət tərəfindən kartına pul vurulacağını, 1-2 aydan sonra ondan aldığı heyvanın pulunu verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona dediyi sözlərə inanıb 1 baş iribuynuzlu heyvanını nisyə olaraq ona vermişdir. Təqsirləndirilən şəxs ondan aldığı 01 baş dişi cinsli düyəni aparmaq üçün həmin tarixdə həyətinə avtomobil çağırmışdır. Az keçmiş Şahların tanımadığı həmkəndlisi idarə etdiyi arxası kəsik formada boz rəngli Qaz 24 markalı avtomobil ilə gələrək Şahlar ondan aldığı 01 baş heyvanı həmin avtomobilə mindirib həyətindən aparmışdır. Şahlar heyvanı alıb apardıqdan dediyi vaxta kimi heyvanın pulunu vermədiyi üçün ona pulunun verilməsi barədə bir neçə dəfə şifahi şəkildə müraciət etmişdir. Hər dəfəsində Şahlar ona yaşadığı evi və özünə məxsus torpaq sahəsini satdıqdan sonra heyvanının 800 manat pulunu verəcəyini desə də bu vaxta kimi verməyib onu aldatmışdır. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, dəymiş maddi ziyanın qaytarılmasını tələb etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayından heyvan alverçisi kimi tanımışdır. 2022-ci ilin iyun ayında qızı Səma Hüseynova əməliyyat olunduğundan pula ehtiyacı olduğu üçün təssərrüfatında olan 01 baş sağılan yanında balası olan sağılan inəyini və 01 baş dişi cinsli düyəsini satmaq qərarına gəlib Təqsirləndirilən şəxs müraciət etmişdir. 17 iyun 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs ona satacağı heyvanlara baxmaq üçün yaşadığı Qəbələ rayonunun Hacallı kəndinə həyətinə gəlmişdir. Şahlar ona satacağı heyvlara baxıb bəyənərək öz aralarında diri çəkili formada ümumilikdə 2.500 (iki min beş yüz) manata razılaşmışlar. Şahlar ona “sənin kimi bir neçə nəfərdən heyvan alıb onları aparıb yaxşılarını seçib şəhid ailələrinə və qazilərə veririk bundan sonra dövlət tərəfindən kartıma pul yüklənir 1 aydan sonra sənin pulunu verəcəm” sözlərini demişdir. Şahlar qonşu kənd sakini uzaq qohumu Nemət adlı şəxsdən nisyə hevan alıb pulunu sonradan verdiyi üçün Şahların sözlərinə inanıb heyvanlarını ona nisyə vermişdir. Həmin gün Təqsirləndirilən şəxs ondan aldığı 01 baş yanında balası olan sağılan inəyi və 01 baş dişi cinsli düyəni aparmaq üçün həyətinə Aqil adlı şəxsi çağırmışdır. Aqil dövlət nömrə nişanını xatırlamadığı sonradan arxası kəsilib yük üçün düzəldilərək boz rəngli Vaz 2106 markalı avtomobil ilə onun həyətinə gəlmişdir. Şahlar ondan aldığı heyvanları həmin avtomobilə mindirib həyətindən aparmışdır. Şahlar ona məxsus heyvanları alıb apardıqdan sonra ona verdiyi vaxt keçməsinə baxmayaraq aldığı heyvanların pulunu vermədiyi üçün bir neçə dəfə şifahi şəkildə müraciət etmişdir. Şahlar ona verəcəyi 2500 manat puldan cəmi 500 manat pul vermişdir. Qalan 2000 manat pulu isə evini, torpağını və avtomobilini satdıqdan sonra verəcəyinə söz versədə həmin vaxtdan bir il keçməsinə baxmayaraq Şahlar ondan aldığı iribuynuzlu heyvanların 2000 manat pulunu bu günə kimi pulu qaytarıb verməmiş, aldadıb heyvanlarını ələ keçirmişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, dəymiş maddi ziyanın qaytarılmasını tələb etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ilə yaxın müddətdir ki, tanıyır. Belə ki, 2 dəfə Şahlara nisyə iribunuzlu heyvan satmış, Şahlar heyvanların pulunu sonradan ona verərək etibarını qazandırmışdır. 2022-ci ilin yay aylarında həyətində bəslədiyi 4 baş erkəkcinli dana olmuş ki, həmin heyvanları satmaq qərarına gəlib bu barədə Şahlara müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şahlar həyətinə gəlib heyvanlara baxıb bəyənərək öz aralarında diri çəkili formada 4 baş heyvana görə ümumilikdə 3 000 manata razılaşmışlar. Şahlar ona heyvanları aparıb yaxşılarını seçib şəhid ailələrinə və qazilərə verdiyini bundan sonra dövlət tərəfindən kartına pul vurulacağını, bir aydan sonra pulunu verəcəyini bildirmişdir. Şahlar həmin sözləri ilə onu inandırdığı üçün eləcə də, ondan 2 dəfə nisyə heyvan alıb sonradan pulunu verdiyi üçün heyvanlarını ona nisyə verməyə razı olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs ondan aldığı heyvanları aparmaq üçün tanımadığı həmkəndlisinə zəng vuraraq həyətinə avtomobil çağırmış, az keçmiş sürücüsünü və dövlət nömrə nişanını xatırlamadığı arxası kəsik formada boz rəngli Qaz 24 markalı avtomobil gələrək Şahlar ondan aldığı 4 baş heyvanı həmin avtomobilə mindirib həyətindən aparmışdır. Şahlar heyvanları alıb apardıqdan sonra verdiyi vaxt keçməsinə baxmayaraq aldığı heyvanların pulunu vermədiyi üçün ona bir neçə dəfə şifahi şəkildə müraciət etmiş, hər dəfəsində Şahlar ona yaşadığı evi və özünə məxsus torpaq sahəsini satdıqdan sonra heyvanların 3000 manat pulunu verəcəyini desə də bu günə kimi pulunu qaytarıb verməmiş, heyvanlarını aldadaraq ələ keçirmişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, dəymiş maddi ziyanın qaytarılmasını tələb etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayından tanıyır. Beləki Təqsirləndirilən şəxs həmin ərəfələrdə iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olduğu üçün Təqsirləndirilən şəxs kənd sakinlərindən heyvan almaqda vasitəçilik etmişdir. Şahlara almaq üçün heyvan yeri edərkən ona 10 manat pul verirmiş. Təqsirləndirilən şəxs kənd ərazisindən bir neçə nəfər şəxsdən nisyə heyvan alıb sonradan pulunu verməklə onun eləcə də kənd sakinlərinin rəğbətini qazanmışdır. Hətda o, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs nisyə təsərrüfatına məxsus olan 1000 manat dəyərində 01 baş dişi cinsli inək satmışdır. Şahlar həmin heyvanın pulunu 1 ay ərzində verəcəyini bildirərək inəyi ondan nisyə alıb pulunu dediyi vaxta kimi vermişdir. Bu məsələdən 3 ay keçdikdən sonra yaşayış evi inşa etdirdiyi üçün pula ehtiyacı olduğundan təsərrüfatında olan 02 baş erkək cinsli danası olmuş ki, həmin heyvanları satmaq qərarına gəlmiş və bu barədə Şahlara müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs həyətinə gəlib ona satacağı heyvanlara baxıb ikisini diri çəkili formada ümumilikdə 1800 manata öz aralarında almağa razılaşmışlar. Şahlar ona aldığı heyvanları qazi və şəhid ailələri üçün sosial yardıma göndərdiyini, bundan sonra kartına dövlət tərəfindən pul vurulacağını və pulunu 1 ay ərzində verəcəyini bildirmişdir. Şahlar ondan əvvəl nisyə heyvan alıb sonradan pulunu verdiyi üçün onun sözlərinə inanıb təsərrüfatında olan 02 baş dananı ona nisyə vermişdir. Həmin gün Şahlar ondan aldığı heyvanları aparmaq üçün zəng vurub həyətinə maşın çağırmışır. Az keçmiş Şahların həmkəndlisi adını bilmədiyi şəxs idarə etdiyi arxası yük üçün düzəldilmiş Qaz 24 markalı avtomobillə gəlib, heyvanları həmin maşına yükləyib həyətindən aparmışdır. Şahlar ona məxsus 02 baş dananı alıb apardıqdan sonra dediyi vaxt keçməsinə baxmayaraq aldığı heyvanların pulunu vermədiyi üçün ona bir neçə dəfə şifahi şəkildə müraciət etmişdir. Şahlar hər dəfəsində ona sosial yardım tərəfindən kartına pul vurulmadığını, bunun üçün pulunu verə bilmədiyini, kartına pul vurulan kimi heyvanlarının pulunu verəcəyini bildirsə də indiyə kimi heyvanlarının pulunu verməmiş və onu aldadıb heyvanlarını ələ keçirmişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, dəymiş maddi ziyanın qaytarılmasını tələb etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ilə yaxın müddətdir ki, tanıyır. Təsərrüfatına məxsus 01 baş yanında süd əmər balası olan inək və 2 baş dişi cinsli düyəsi olmuşdur ki, həmin heyvanlara baxmaqda çətinlik çəkdiyi üçün 2022-ci ilin avqust ayında onları satmaq qərarına gəlmişdir. Buna görə iribuynuzlu və xırdabuynuzlu heyvanların alqı-satqısında vasitəçi olan həmkəndlisi Mahirə müraciət etmiş, həmkəndlisi Mahir ona heyvanlarını satmaqda köməklik göstərəcəyini bildirməklə xx.xx.2022-ci il tarixdə saat 15 radələrindən sonra Aydınqışlaq kənd sakini iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs həyətinə gətirmişdir. Şahlar heyvanlara baxıb bəyəndikdən sonra onunla öz aralarında heyvanları ayaq üstə diri çəkili formada ümumilikdə 2 000 manata qiymətləndirmişlər. Şahlar ona aldığı heyvanların yaxşılarını apararaq şəhid və qazi ailələrinə verdiyini, buna görə sosial müdafiə fondu tərəfindən onun pul kartına pul vurulduğunu, heyvanların pulunu 10 gün müddətinə kimi verəcəyini bildirmişdir. Hətda orada olan Mahir ona bildirmişdir ki, “narahat olma Şahlar sənin pulunu verəcəkdir”. Şahlara inanıb heyvanlarını ona nisyə vermişdir. Bundan sonra Şahlar heyvanları aparmaq üçün həmkəndlisi Qazel markalı yük avtomobili idarə edən Şirvana zəng vurub həyətinə çağırmışdır. Az keçmiş Şirvan avtomobili ilə həyətinə gəlmiş və Şahlar onun heyvanlarını həmin yük avtomobilinə yükləyib həyətindən aparmışdır. Şahlar ona məxsus heyvanları alıb apardıqdan sonra verdiyi vaxt keçməsinə baxmayaraq aldığı heyvanların pulunu vermədiyi üçün ona pulunu verməsi üçün bir neçə dəfə şifahi şəkildə müraciət etmiş, hər dəfəsində Təqsirləndirilən şəxs ona yaşadığı evi və özünə məxsus torpaq sahəsinin satdıqdan sonra heyvanlarının 2000 manat pulunu verəcəyini desə də bu vaxta kimi pulunu qaytarıb verməmiş, heyvanlarını aldadıb ələ keçirmişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, dəymiş maddi ziyanın qaytarılmasını tələb etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ilə yaxın müddətdir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Hal-hazırda rəhmətə getmiş qardaşı Cümşüd Mütəllimov ankoloji xəstə olduğundan müalicəsi üçün pula ehtiyacı olduğundan təsərrüfatına məxsus 1 baş yanında süd əmər balası olan inəyini satmaq qərarına gəlmiş və buna görə inək alqısında vasitəçi olan həmkəndlisi Mahirə müraciət etmiş, Mahirdə bu barədə Şahlara məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana gələrək inəyə və yanında olan balasına baxıb öz aralarına diri çəkili ayaq üstə 980 manata razılaşmışlar. Şahlar ona aldığı heyvanların apararaq şəhid və qazi ailələrinə verdiyini, buna görə sosial müdafiə fondu tərəfindən onun pul kartına pul vurulduğunu, heyvanların pulunu həmin ayın sonuna kimi verəcəyini bildirmişdir. Şahlar bu sözləri ilə onu inandırdığı üçün belə olub 01 baş ana-bala inəyini nisiyə olaraq pulunu ayın sonuna kimi vermək şərti ilə ona nisyə vermişdir. Həmin günü Şahlar ona məxsus 1 baş ana-bala heyvanını tanımadığı şəxsin idarə etdiyi avtomobilinə yükləyərək aparmışdır. Şahlar ona məxsus heyvanı alıb apardıqdan sonra verdiyi vaxt keçməsinə baxmayaraq aldığı heyvanların pulunu vermədiyi üçün ona pulunu verməsi üçün bir neçə dəfə şifahi şəkildə müraciət etmiş, hər dəfəsində Şahlar ona yaşadığı evi və özünə məxsus torpaq sahəsinin satdıqdan sonra heyvanının 980 manat pulunu verəcəyini desədə indiyə kimi pulunu qaytarıb verməmiş, heyvanlarını aldadıb ələ keçirmişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, dəymiş maddi ziyanın qaytarılmasını tələb etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir ilə yaxın müddətdir ki, tanıyır. Beləki Təqsirləndirilən şəxs iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olması kimi tanımışdır. Şahlar yaşadığı Qəbələ rayonunun Dızaxlı kəndində yaşayan qardaşı Məhəmməd Səfərçinovdan 2022-ci ilin iyul ayında nisyə iribiynuzlu heyvan alıb aparmış və pulunu sonradan vermişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs tanımışdır. X2 xəstə olub həkimə aparmaq üçün pula ehtiyacı olduğundan təssərrfütına məxsus 1 baş dişi cinsli inəyini satmaq qərarına gəlmişdir. Təssərrüfatına məxsus inəyini satmaqdan məlumatlı olan həmkəndlisi Zərərçəkmiş şəxs5 vasitəçiliyi ilə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrindən sonra yaşadığı ünvana gələrək inəyə baxıb diri çəkili formada ayaq üstə 900 manata öz aralarında razılaşmışlar. Şahlar ona aldığı heyvanların apararaq şəhid və qazi ailələrinə verdiyini, buna görə sosial müdafiə fondu tərəfindən onun pul kartına pul vurulduğunu, heyvannın pulunu həmin ayın sonuna kimi verəcəyini bildirmişdir. Şahlar qardaşı Məhəmməddən nisyə heyvan alıb pulunu sonradan verdiyi üçün Şahların sözlərinə inanıb heyvanını ona nisyə vermişdir. Həmin gün Şahlar ona məxsus 1 baş inəyi tanımadığı şəxsin idarə etdiyi avtomobilinə yükləyərək aparmışdır. Şahlar ona məxsus heyvanı alıb apardıqdan sonra söz verdiyi 1 ay vaxt keçməsinə baxmayaraq aldığı heyvanın pulunu vermədiyi üçün ona pulunu verməsi üçün bir neçə dəfə şifahi şəkildə müraciət etmiş, hər dəfəsində Təqsirləndirilən şəxs ona yaşadığı evi və özünə məxsus torpaq sahəsinin satdıqdan sonra heyvanının 900 manat pulunu verəcəyini desədə indiyə kimi pulunu qaytarıb verməmiş, 01 baş heyvanını aldadıb ələ keçirmişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, dəymiş maddi ziyanın qaytarılmasını tələb etmişdir. Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə ünvanlayaraq, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, dəymiş maddi ziyanın qaytarılmasını tələb etmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Qəbələ rayonunun Dızaxlı kənd sakinlərindən kimsə iribuynuzlu heyvan satırsa ona müraciət edirlər və həmin heyvanlara alıcı tapır buna görə alıcı ona 10-15 manat arasında pul verir. Qəbələ rayonunun Aydınqışlaq kənd sakini Təqsirləndirilən şəxsu bir ildən artıq müddətdir ki, tanıyır. 2022-ci ilin avqust ayının əvəllərində həmkəndlisi Zərərçəkmiş şəxs7 ona müraciət edərək onda satılası 3 baş iribuynuzlu inək olduğunu, həmin heyvanlar üçün müştəri tapmasını bildirmişdir. Bu barədə Təqsirləndirilən şəxs məlumat verərək, Şahlar ilə Dızaxlı kəndinə gələrək Zərərçəkmiş şəxs7 həyətinə gəlmişlər. Cəlilin satdığı heyvanlar 01 baş inəkdən və 02 baş dişi cinsli düyə heyvanından ibarət olmuşdur. Şahlar heyvanlara baxdıqdan sonra diri çəkili formada Cəlil ilə öz aralarında 2.000 manata razılaşmışlar. Şahlar Cəlilə bir neçə nəfər şəxsdən heyvan alıb həmin heyvanların yaxşılarını şəhid ailələrinə və qazilərə verdiyini, buna görə ona sosial yardım tərəfindən ona pul veriləcəyini və onun pulunu 10-15 gün ərzində verəcəyini bildirmişdir. Belə olub Cəlil heyvanları Şahlara nisyə vermişdir. Şahlar həmin gün Cəlildən aldığı iribuynuzlu heyvanları Şirvanının Qazel markalı yük avtomobilinə mindirib aparmış, buna görə Şahlar ona 15 manat pul vermişdir. Bu məsələdən təxminən 10 gün keçmiş uzaq qohumu həmkəndlisi Zərərçəkmiş şəxs8 ona müraciət edərək təsərrüfatında 01 baş yanında balası olan iribuynuzlu heyvanının olduğunu həmin heyvanı satmaq üçün müştəri tapmağını bildirmişdir. Bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, Şahlar ilə Dızaxlı kəndinə Məsimin həyətinə gəlmişlər. Şahlar heyvana baxdıqdan sonra Məsim ilə diri çəkili formada 980 manata razılaşmışlar. Şahlar Məsimə bir neçə nəfər şəxsdən heyvan alıb həmin heyvanların yaxşılarını şəhid ailələrinə və qazilərə göndərildiyini, buna görə ona sosial yardım tərəfindən pul veriləcəyini, onun pulunu 1 ay ərzində verəcəyini bildirmişdir. Belə olub Məsim 01 baş yanında balası olan inəyini Şahlara nisiyə vermişdir. Şahlar həmin gün Məsimdən aldığı inəyi həmkəndlisi Tural adlı şəxsin Qaz 24 markalı avtomobilinə mindirib Məsimin həyətindən aparmışdır. Sonradan ona məlum olmuş ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 aldığı iribuynuzlu heyvanların pulunu verməmiş, onlara məxsus heyvanları aldadıb ələ keçirmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsu çoxdandır ki, tanıyır. Özünə məxsus vaz 2106 pikap markalı ** BL *** dövlət nömrə nişanlı avtomobili var ki, həmin avtomobil ilə sifarişlə yük daşımaqla məşğul olur. 2022-ci ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs ona zəng vuraraq Qəbələ rayonunun Hacallı kəndindən olan Alik adlı şəxsdən iribuynuzlu heyvanlar aldığını və gələrək həmin heyvanları onun yaşadığı Qəbələ rayonunun Aydınqışlaq kəndinə aparmağını bildirmişdir. Həmin gün saat 20 radələrindən sonra idarə etdiyi yuxarıda qeyd olunan avtomobillə Qəbələ rayonunun Hacallı kəndinə Şahların dediyi ünvana həmin kənd sakini Alik adlı şəxsin həyətinə getmişdir. Təqsirləndirilən şəxs Alikin həyətindən ona məxsus 01 baş yanında balası olan sağılan inəyi və 01 baş dişi cinsli düyəni avtomobilinə yükləmiş, həmin heyvanları Təqsirləndirilən şəxs yaşadığı Qəbələ rayonunun Aydınqışlaq kəndindəki həyətinə gətirərək düşürmüşdür. Buna görə Şahlar ona 20 manat yol haqqı pul vermişdir. Həmin vaxtı bilməmiş ki, Təqsirləndirilən şəxs heyvanları Alikdən nəğd şəkildə və yaxud nisyə almışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, zərərşəkmiş şəxslərə dəymiş ziyanın qismən (Zərərçəkmiş şəxs3 500 manat, Zərərçəkmiş şəxs6 isə 100 manat ödənilmişdir) ödənilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən tutulub saxlandığı müddəti, yəni 02 (iki) gün istintaq dövründə tutulub saxlandığı müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 28 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək hazırkı iş üzrə tutulub saxlandığı müddəti nəzərə alınmaqla Təqsirləndirilən şəxs hazırda təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadrə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 178.2.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlunun tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablansın. Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalında həbs edilsin. Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-33/2023
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-33/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver