Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-33/2024 14.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi X1 iştirakı ilə, xx.xx.1968-ci ildə Qəbələ rayonunda Vəndan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən Qəbələ rayonu, Vəndam qəəbəsində yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 29 aprel 2024-cü il tarixdə saat 08:26 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu ərazisindən keçən 56-cı kilometrliyində texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi Opel Vectra markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ şəhər istiqamətində hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə riayət etməyib “X6” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili idarə edərkən yolu soldan sağa doğru keçməkdə olan piyada Zərərçəkmiş şəxs vurmuş, ehtiyatsızlıqdan hadisə nəticəsində Zərərçəkmiş şəxs sağ bazu sümüyünün başının yerdəyişməyən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid xəsarət yetirməklə yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun nəqliyyat vasitələrini idarə etmək hüququ vardır və Opel Vectra markalı 10SU687 dövlət qeydiyyat nişanlı avtomobili 2006-cı il tarixdən etibarnamə əsasında idarə edir. 29 aprel 2024-cü il tarixdə saat 08-00 radələrində özünə məxsus olan həmin avtomobili idarə edərək yaşadığı evdən çıxıb Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində yerləşən Lukoil YDM-nə tərəf getmiş və qəsəbənin mərkəzində olan işıqforun qırmızı işığında dayanmışdır. Həmin vaxt qarşıda daha 4 avtomobil dayanmış və işıqforun yaşıl işığında hərəkətə başlamışlar. Həmin vaxt əks hərəkət zolağında hərəkətdə olan tanımadığı avtomobilin arxa hissəsindən qəflətən bir nəfər qadın (Zərərçəkmiş şəxs) çıxıb yolu soldan sağa doğru keçmək istəmiş və onun idarə etdiyi avtomobili görərək əllərini qaldırıb dayanmışdır. Piyadanı görən kimi əyləci sıxsa da, Zərərçəkmiş şəxs avtomobilin ön hissəsinə dəyərək yerə yıxılmışdır. Hadisə nəticəsində piyada Zərərçəkmiş şəxs xəsarət aldığı üçün onu maşına mindirib klinikaya aparmış və sağalması üçün əlindən gələn köməyi edərək onunla barışmışdır. Ona görə də, cinayət məsuliyyətindən azad edilməsini xahiş edir.(ərizəsi işə əlavə edilir) İs üzrə Zərərçəkmiş şəxs qızı göstərmişdir ki, 29 aprel 2024-cü il tarixdə saat 08:26 radələrində o, işə gedərkən Qəbələ rayonu Vəndam qəsəbəsinin mərkəzində yolun bir tərəfindən o biri tərəfinə keçərkən Opel Vectra markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurularaq xəsarət almışdır. Sürücü Təqsirləndirilən şəxs onu maşına mindirib Referans klinikasına aparmış və sağalması üçün hər cür maddi və mənəvi köməklik etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayətçi deyil və onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. (ərizəsi işə əlavə edilir.) İşdə olan 01 iyun 2024-cü il tarixli “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokola əsasən hadisə baş verən ərazi yaşayış məntəqəsi daxilində olmaqla 5.22 yol nişanın təsiri zonasındadır. Hadisə hərəkət zolağını ayıran düz xəttin üstündə baş vermişdir. Yolun hərəkət hissəsi asfalt örtüklü olmaqla hamar, düz və qurudur, profili üfüqidir. Yolun hərəkət hissəsinin eni 11.60 metrdir. Yolun sol və sağ kənarında eni 1.30 metr enində piyada səkisi vardır. Yolun hər iki kənarı boyunca isə ictimai iaşə obyektləri yerləşir. Piyadanın vurulduğu yerdən yolun kənarına doğru 4.80 m məsafə vardır. Hadisə yerində piyada üçün nəzərdə tutulmuş keçid yoxdur. Yolun hərəkət hissəsində Opel Vectra markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid tormoz izləri müşahidə edilmir. (c.i. səh: 4-10) İşdə olan 16 avqust 2024-cü il tarixli diskə baxış protokolundan görünür ki, “WhatsApp Video 2024-06-21 at 11.25.16” adlı fayl açıldıqda kameranın xx.xx.2024-cü il tarixdə saat 08:26 radələrində mağazanın müşahidə kamerasının olması, həmin kameranın mağazanın qarşısını və avtomobil yolunun bir hissəsinin görüntüsünü qeydə alması müəyyən edildi. Baxış zamanı Zərərçəkmiş şəxsnın yolu soldan sağa doğru 08:26:02-də keçməyə başlaması və Təqsirləndirilən şəxs məxsus Opel Vectra markalı avtomobilin 08:26:06-də Zərərçəkmiş şəxs vurması və sonuncunun yerə yıxılması, videonun ümumilikdə 8 saniyə olması müəyyən edildi. (c.i. səh: 75) İşdə olan 16 sentyabr 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokola əsasən YNH baş verən ərazinin yaxınlığında yerləşən mağazanın müşahidə kamerası vasitəsilə qeydə alınmış “WhatsApp Video 2024-06-21 at 11.25.16” adlı video görüntülərdə xx.xx.2024-cü il tarixdə saat 08:26 tarixdə, Zərərçəkmiş şəxs yolun sol tərəfindən sağ tərəfinə keçmək məqsədilə hərəkətə başlaması və yolun hərəkət hissəsində Opel Vectra markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurularaq yerə yıxılması izlənilmişdir. (c.i. səh: 106) İşdə olan AR SN MTE və PAB PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 290 nömrəli məhkəmə tibbi ekspertizası rəyinə əsasən , Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar olunan xəsarətlər sağ bazu sümüyünün başının yerdəyişməyən sınığı bərk küt əşya təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır dərəcəli zərərvurmaya aiddir. (c.i. səh: 53-55) İşdə olan AR MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 8/1747 nömrəli ekspert rəyinə əsasən təqdim olunmuş məlumatlara əsasən Opel Vectra markalı 10SU687 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (c.i. səh: 57-60) İşdə olan xx.xx.2024-cü il tarixli 3-13-16/2-121565/2024 nömrəli AR DİN BDYPİ-dən daxil olmuş məlumata əsasən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1968-cı il təvəllüdlü, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BC 605160 nömrəli “B1 B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bğalı məlumat qeydə alınmamışdır. (c.i. səh: 56) İşdə olan AA 813687 nömrəli X3 Şəhadətnaməsinin surətinə əsasən “Opel Vectra” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2006-cı il tarixdə X2 adına qeydiyyata alınmışdır. (c.i.səh: 20) İşdə olan BC605160 nömrəli sürücülük vəsiqəsinin surətinə əsasən Təqsirləndirilən şəxs B kateqoriyası üzrə xx.xx.2022-ci ildən xx.xx.2032-ci il tarixədək nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur. (c.i. səh 19) İşdə olan xx.xx.2022-ci il tarixli 057705 nömrəli Etibarnamənin surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2032-ci il tarixədək “Opel Vectra” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti olmuşdur. (c.i.səh 21) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş subutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. AR CM-nın 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən «bu Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir» AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslə barışmasını və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişini nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 321-ci maddəsini rəhbər tutaraq QƏRARVERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət məsuliyyətindən azad edilsin və işin icraatına xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-də nəzərdə tutulan inzibati xəta tərkibi olubolmadığını yoxlamaq üçün aid edilən sənələr Qəbələ RPŞ DYPB-ə göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(025)-33/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-33/2024
14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver