Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-34/2020 18.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Qəbələ rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Hacallı kəndində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Qəbələ rayon Hacıallı kəndində yaşadığı evin həyətində yeznəsi Zərərçəkmiş şəxs onun mərhum bacısı Günay İsmayılovanın ünvanına nalayiq ifadələr işlətdiyinə görə əsəbləşərək sonuncunun sifət nahiyyəsinə başı ilə vuraraq, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə yatdığı zaman həmkəndlisi Zərərçəkmiş şəxs onu çağırdığını eşitdiyi üçün həyətə düşmüşdir. Zaurdan nə istədiyini soruşduğu zaman Zaur ona cavab olaraq qardaşı qızı Tünzaləni çağırmasını tələb etmişdir. Zaura mərhum bacısı Günayın yeni vəfat etdiyini bildirib, saatın gec olduğunu əsas gətirərək, həyəti tərk etməsini xahiş etmişdir. Bu vaxt Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətmişdir. Zauru yola verərək həyətindən çıxarmağa çalışmasına baxmayaraq, sonuncu ona müqavimət göstərərək onu itələdiyi üçün, eləcə də mərhum bacısı Günayın ünvanına nalayiq ifadələr işlətdiyi üçün məcbur qalıb Zaurun sifət nahiyyəsinə başı ilə vurmuşdur. Nəticədə Zaurun burnu qanamışdır. Həmin vaxtı qapı tərəfdən Zaurun anası Mehriban içəriyə daxil olub nə ilə vurduğunu hava qaranlıq olduğundan görə bilməməsinə baxmayaraq hər hansısa küt əşya ilə onun baş nahiyyəsinə vurmasından sonra ağrı hiss etmiş, daha sonra isə baş nahiyyəsindən qan axmışdır. Həmin vaxtı həyətində anası Şahid3, qardaşı qızı Şahid4, mərhum bacısı qızı Tünzalə olmuş, daha sonra isə səsə yaxınlıqda yaşayan qardaşı Valeh və sonuncunun həyat yoldaşı Şahid2 da gəlmişlər. Həmin şəxslər gəldikdən sonra çətinliklə də olsa Şahid1 ilə oğlu Zərərçəkmiş şəxs həyətdən bayıra çıxartdılar, daha sonra qardaşı Valeh baş verənlər barədə polisə məlumat verdiyi zaman Şahid1 oğlu Zaur idarə etdiyi avtomobilə əyləşərək sonuncunu çağırmış, lakin oğlu Zaurun gəlmədiyini gördüyünə görə avtomobildən düşərək piyada evlərinə doğru qaçmışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020ci il tarixdə saat 01 radələrində əvvəlcədən üç bakal pivə içdikdən sonra özünə məxsus Ford Tempo markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək qardaşı Anar İsmayılovun qaynı Təqsirləndirilən şəxs məxsus yaşayış həyətinə gedərək qardaşının mərhum həyat yoldaşı Günay İsmayılovanın vəfatından sonra Təqsirləndirilən şəxsgildə qalan qardaşı qızı Şahid6 gətirmək niyyətində olmuşdur. Elşənin həyətinə daxil olub sonuncunu çağırmış və Elşən onu qarşılayaraq nə istədiyini soruşduğu zaman Elşəndən Tünzalənin harada olduğunu soruşaraq onu aparmaq üçün gəldiyini demişdir. Elşən isə ona cavab olaraq “Tünzaləni neyləyirsən?, sənə veriləsi qızımız yoxdur” demişdir. Elşənə yenə qardaşı qızı Tünzaləni aparmaq istədiyini dediyi zaman Elşən onun istəyinə məhəl qoymayaraq onu həyətdən çıxarmağa cəhd etdiyi üçün ondan əl çəkməsi üçün Elşəni əli ilə itələmişdir, lakin buna baxmayaraq həmin vaxtı Elşən gözlənilmədən onun sifət nahiyyəsinə başı ilə vurmuşdur. Bu səbəbdən burnundan qan axmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs həyət qapısından içəri həyətə daxil olan anası Şahid1 dava zamanı onun sifət nahiyyəsini qan içində gördüyü üçün özünü saxlaya bilməmiş, boğazını qolunun arasına salmaqla onu boğmağa çalışan Təqsirləndirilən şəxs baş nahiyyəsinə nə ilə vurduğunu görməməsinə baxmayaraq zərbələr yetirdiyini görmüşdür. Daha sonra Elşənin qardaşı Valeh və sonununcunun həyat yoldaşı Ceyhunə də hadisə yerinə gəlmiş və onu itələyərək həyətdən çıxartmışlar. Dava zamanı Şahid5 onun sol ayaq nahiyyəsinə təpiklə vurmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə digər oğlu Zərərçəkmiş şəxs yaşayış evində Anar İsmayılovla birgə qonaq idi. xx xxxxxxx 2020-ci il tarixdə saat 00 radələrində oğlu Zaur evə gəldiyi zaman ondan bir qədər spirtli içki qoxusu gəldiyi üçün Anar İsmayılov qardaşı Zaurdan sərxoş olub-olmamasını soruşmuşdur. Zaur Anara cavab olaraq 3 bakal pivə içdiyini demişdir. Anar isə Zaura spirtli içki qəbul etməsinə irad tutmuş, daha sonra söhbət əsnasında Zaur onlara həmin gün səhər saatlarında nəvəsi Tünzalənin onlara gələcəyinə dair söz verdiyini xatırladaraq nə üçün gəlmədiyini soruşduğu zaman Zaura Tünzalənin gəlməmə səbəbini bilmədiyi üçün cavab verə bilməmişdir. Zaur isə ona “mən Tünzalədən ötrü darıxmışam, onu görmək üçün gedib gətirəcəm” demiş, lakin Anar Zaura cavab olaraq “əgər qızı Tünzaləni görmək istəyirsənsə get gör qayıt gəl, mən öz qızımı evimə gətirməyin yolunu bilirəm” demişdir. Bu səbəbdən Zaur Anara cavab olaraq artıq Tünzaləni gətirmək üçün getməyəcəyini dediyinə görə Anar arxayınlaşıb özünə məxsus yaşayış evinə getdi. Anar İsmayılovun getməsindən sonra oğlu Zaur idarə etdiyi Ford markalı avtomobilə əyləşib Tünzaləni gətirmək üçün Təqsirləndirilən şəxs yaşadığı ünvana getdiyini deyib həyətdən çıxıb getmişdir. Zaur gecə evdən çıxıb getdiyi üçün narahat odduğundan onun arxası ilə Elşəngilə getmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana çatıb həyət qapısını açıb içəri daxil olduğu zaman oğlu Zaurun sifətinin qan içində olduğunu görmüşdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs oğlunu buraxmırdı və oğlunun boğazını qolunun arasına salaraq boğurdu. Bu səbəbdən məcbur qalıb Elşəni oğlundan ayırmaq üçün sonuncunun başına bir neçə dəfə yumruq və sillə vurdu. Elşən Zauru buraxmış, daha sonra Elşənin qardaşı Valeh ona tərəf hücum çəkərək boğazından iki əli ilə tutub onu boğmağa başlamışdır. Həmin vaxtı çox çətinliklə Valehin əlindən çıxdı və oğlu Zaurdan həmin həyətdən çıxıb getmələrini tələb etdi və sonra isə oğlunun idarə etdiyi avtomobilə əyləşərək sonuncu ilə birgə həmin ünvandan uzaqlaşmışdır. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 01 radələrində qardaşı Təqsirləndirilən şəxs yaşadığı evə qonşuluqda yerləşən yaşayış evində yatdığı zaman Elşənin həyət qapısının gur səslə çırpıldığını eşitmişdir. Bu səbəbdən həyətinə düşüb Elşənin həyətinə tərəf baxdığı zaman Zərərçəkmiş şəxs qışqıraraq nalayiq ifadələr işlətdiyini eşitmişdir. Həmin səsə oyanan həyat yoldaşı Şahid2 ondan qabaq qardaşının həyətinə doğru qaçmış, daha sonra isə özü qardaşının həyətinə keçmişdir. Həmin həyətə çatdığı zaman həyətin ortasında qardaşı Elşənin dizi üstə yerə çökdüyünü, sifətinin və baş nahiyyəsinin qan içində olduğunu görmüşdir. Belə ki, həmin an Zaur onu iki əli ilə sinəsindən tutaraq saxlamış, Mehriban isə Elşənin başına zərbələr vurmuşdur. Qardaşı Elşən aldığı zərbələrdən başı yarılmış, dava zamanı Zaur və anası Mehriban qardaşı Elşəndən əl çəkmədikləri üçün məcburən həmin şəxsləri həyat yoldaşı Ceyhunə ilə birgə dartaraq qardaşı Elşəndən ayırmışdırlar. Daha sonra isə həyətdən bayıra çıxartmışdırlar. Zərərçəkmiş şəxs həyətin qapısının qarşısında yol tərəfdə mərhum bacısı Günayın ünvanına nalayiq ifadələr işlətdiyi üçün çox əsəbi olduğundan sağ və ya sol olduğunu dəqiq xatırlamasa da ayaq nahiyyəsinə bir dəfə təpiklə vurmuşdur. Daha sonra “102” xidmətinə müraciət edərək, olanlar barədə məlumat vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 01 radələrində yatdığı zaman qaynı Təqsirləndirilən şəxs məxsus həyət qapısının yüksəkdən çırpılma səsinə oyanmışdır. Həyat yoldaşı Valehlə birgə səsə eyvana çıxmış, Elşənlə Zaurun birbiriləri ilə sözlü mübahisə etdiklərini görmüşdir. Yataq otaqlarına qayıdıb, üst geyimlərini geyinib, Təqsirləndirilən şəxs həyətinə doğru getmişlər. Elşən ağzıüstə yerə uzanmış, Zaurla anası Mehriban isə Elşənin baş, boyun, bel və böyür nahiyyələrinə yumruqla zərbələr yetirirdilər. Dava gedən yerə tam olaraq yaxınlaşdığı zaman Elşənin də, Zaurun da sifətinin qan içində olduğunu görmüşdir. Bu zaman qaynı Elşənin qollarından tutaraq davanın böyüməməsinə nail olmağa çalışmış, eləcə də Mehribana oğlu Zauru da götürüb getməsini bildirmişdir. Daha sonra Mehribanı oğlu Zaur ilə birgə həyətdən çətinliklə çıxartmışlar. Zaur həyətdən çıxdıqdan sonra da nalayiq ifadələr işlətməyə davam etdi və hətta həmin nalayiq ifadələrdən bəzilərini mərhum bacısı Günayın ünvanına işlətdiyi üçün həyat yoldaşı Valeh mərhum bacısının ünvanına söyülən söyüşləri qəbul etmədiyi üçün həmin vaxtı həyəcanlı olduğuna görə Zaurun ayaq nahiyyəsinə təpiklə vurmuşdur. Bundan sonra Valeh “102” xidmətinə zəng etmiş, Mehriban bu səbəbdən polis əməkdaşları gələnə kimi oğlu Zaurun idarə etdiyi Ford markalı avtomobildən düşərək piyada evləri istiqamətində qaçmışdır. İşdə olan AzərbaycanRespublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2- Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 591 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər, burunun sağ tərəfində yerdəyişməsiz sınıq (çat), boyunun sol və sağ aşağı hissəsinin və sol diz oynağının içəri səthinin qançırları küt alətin (əşyanın) təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlər xx.xx.2020-ci ildə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün məhkəmə iclasında və təhqiqat zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun zərərçəkmiş şəxsə qəsdən yüngül zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək törətdiyi əməli könüllü etiraf edərək əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadəsini dinləyib, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını və işin icraatına xitam verilməsi barədə xahişini, işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və barəsində məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-34/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-34/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver