Məhkəmə qərarları › İş №1(025)-34/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-34/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-34/2021 07.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X10 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1974-cü ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan,işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X15 2020-ci ilin sentyabr ayının ortalarında istintaqa məlum olmayan tarixdə Qəbələ rayonu Bayramkoxalı kəndi ərazisində boş sahələrdə yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisinin yarpaqlarını yığaraq qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, hazırlayıb, saxlamaqla üzərində və idarə etdiyi Vaz 2106 markalı ** BF *** dövlət nömrə nişanlı minik avtomobildə gəzdirərkən, 13.03.2021-ci il tarixdə saat təxminən 14:30 radələrində həmin avtomobildə Qəbələ şəhəri ərazisində Heydər Əliyev prospektində “Bakcell” adlanan telefon mağazasının qarşısındakı taksi dayanacağında olarkən Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, rayon polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilərkən, onun əynində olan sarı rəngli gödəkçənin sol döş cibindən “Arqo” markalı boş siqaret qutusunun içərsində 4 ədəd kağız bükümdə, hər birinin ayrı-ayrılıqda xalis çəkisi 0,30 qram, 0,25 qram, 0,27 qram və 0,23 qram olmaqla ümumi təmiz çəkisi 1.05 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, həmçinin idarə etdiyi vaz 2106 markalı ** BF *** dövlət nömrə nişanlı minik avtomobilinin arxa yük yerindən üzərinə Levis sözü yazılmış göy-qırmızı rəngli sellofan torbanın içərsindən şəxsi istehlak miqdarından artıq, yəni xalis təmiz çəkisi 450 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X10 əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən X15 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır və daimi orada pasport qeydiyyatındadır. Əvvəllər AR CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmuş, təxminən son 4- 5 ildir ki, narkotik vasitə olan marixuananı istifadəçisidir, narkotik vasitəni yabanı halda bitmiş çətənə bitkisindən yığaraq qurudub hazırlayır və daha sonra istifadə edir. Bir neçə dəfə Qəbələ rayon Bayramkoxalı kədində əkin boş sahəlikdə yabanı halda bitmiş narkotik vasitə olan marixuana yığaraq qurudub istifadə etmişdir. Belə ki, arvadı X22 rayon Bayramkoxalı kəndi ilə qonşu kənd olan Mamaylı kəndindən olduğu üçün ara-sıra həmin kəndə qohumlarına gedib gələn zaman Bayramkoxalı kəndinin ərazisindəki əkin sahələrinin kənarlarında yabanı halda bitmiş narkotik vasitə olan marixuana görmüşdür. Narkotik vasitəni almağa maddi imkanı olmadığından təxminən 2020-ci ilin sentyabr ayının ortalarında özü tək Qəbələ rayon Bayramkoxalı kəndinə gedərək gizli heç kimin xəbəri olmadan şəxsi istifadəsi üçün həmin kənddəki əkin sahəsinin kənarından yabanı halda bitmiş narkotik vasitə olan marixuananı yığaraq sellofan torbanın içərisinə qoyub üzərini yapışqan letlə bağlayaraq həmin ərazidə gizlətmişdir. Hər dəfə narkotik vasitə istifadə etmək istəyən zaman xəlvəti həmin yerə gedərək gizlətdiyi sellofan torbanın içərisindən az miqdarda götürərək istifadə edirmiş. Gündəlik olaraq 4 ədəd siqaretə marixuananı yığaraq istifadə edir. 13.03.2021-ci il tarixdə saat təxminən 13:10 radələrində Qəbələ rayon Bayramkoxalı kəndində əvvəlcədən gizlətdiyi yuxarıda qeyd etdiyi sellofan torbadakı narkotik vasitəni götürüb evə gətirmək üçün sürücülük hüququ olmadan etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı, ** BF *** nömrəli avtomobili ilə Bayramkoxalı kəndinə getmiş, gizlətdiyi narkotik vasitəni götürərək sellofan torbanı açıb istifadə etmək üçün həmin narkotik vasitədən ayrı-ayrılıqda 4 ədəd siqaret kağızına yığaraq “Arqo” markalı boş siqaret qutusunun içərisinə qoyaraq əynindəki gödəkcənin sol döş cibinə qoymuşdur. Bundan sonra həmin sellofan torbanı yapışqan lent ilə bağlayaraq idarə etdiyi avtomobilin arxa yük yerinə qoymuş ki, evinə gətirərək onu gizlətsin və sonra gündəlik istifadə etsin. Bayramkoxalı kəndindən çıxaraq Qəbələ şəhəri istiqamətinə gəlmiş, təxminən saat 14:30 radələrində Qəbələ şəhərinin mərkəzində “Bakcell” adlı telefon mazasının qarşısında olarkən bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə daşımağında şübhəli bilinərək və üzərinə baxış keçirilməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına həqiqətən də üzərində və avtomobilinin yük yerində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirərək şəxsi nüfuzuna xələl gəlməməsi üçün polis şöbəsində üzərinə və avtomobilinə baxış keçirilməsini xahiş etmişdir. Bu zaman onun əlinə qandal vurularaq polis işçilərinin müşayiəti ilə özünə məxsus avtomobilə otuzdurularaq polis şöbəsinə gəlmişlər. Qəbələ rayon polis şöbəsinə gələrək polis şöbəsində müdafiəçinin və hal şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirən zaman əynindəki gödəkçənin sol döş cibindəki “Arqo” markalı siqaret qutusunun içərisində olan 4 ədəd kağız bükümdəki narkotik vasitə olan qurudulmuş marixuananı, eləcə də idarə etdiyi avtomobilin yük yerinə qoyduğu rəngli sellofan torbanın içərsində olan narkotik vasitəni təqdim edərək həmin narkotik vasitənin özünə məxsus olduğunu və özü üçün istifadə etdiyini bildirmişdir. Üzərindən çıxmış narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 1.1 qram olmuşdur. Avtomobilin yük yerində aşkar edilmiş sellofan torbanın içərsindən aşkar edilmiş qurudulmuş marixuana isə 458 qram təşkil etmişdir. Üzərinə və eləcədə avtomobilinə baxış zamanı polis əməkdaşları tərəfindən hər hansı fiziki zor tətbiq olunmamışdır. X3 törətdiyi əməldən çox peşiman olduğunu bildirdi və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qəbələ rayon Böyük Əmilli kəndində yaşayır və orada daimi pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs baş vermiş məlum hadisədən sonra tanımış, buna görədə əvvəllər və hazırda onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. 13 mart 2021-ci il il tarixdə saat təxminən 15:20 radələrində Qəbələ şəhərinin mərkəzində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini Qəbələ rayon polis şöbəsinin əməkdaşları olduğunu təqdim edərək ondan Qəbələ rayon polis şöbəsinin inzibati binasının həyətindənarkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən bir nəfər vətəndaşın üzərinə baxış keçiriləcəyini və həmin baxışda hal şahidi qismində iştirak etməyini xahiş edərək Qəbələ rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Könüllü olaraq baxışın keçirilməsində hal şahidi qismində iştiraka razı olaraq polis əməkdaşlarıilə birgə Qəbələ rayon polis şöbəsinin inzibati binasına gəlmiş, orada polis əməkdaşlarından əlavə hüquq müdafiəçisi Müdafiəçi, həmçinin mülki geyimdə olan iki nəfər də şəxs olmuşdur. Həmin şəxsləri tanımadığından polis əməkdaşlarının onlardan birini təqdim edərəkhəmin şəxsin Təqsirləndirilən şəxs olduğunu, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu, buna görə də üzərinə baxış keçiriləcəyini,onun da hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. Ondan Təqsirləndirilən şəxsla qohumluq əlaqəsinin olub-olmadığını, əvvəllər tanıyıb tanımadığını və tanıdığı halda onunlanə kimi münasibətinin olduğunu soruşmuşlar. O, Təqsirləndirilən şəxs tanımadığını, onunla heç bir münasibəti olmadığını, buna görə də baxışda iştirak etmək istədiyini bildirmişdir. Sonra ona hal şahidi kimi hüquq və vəzifələri izah edilmiş, orada olan digər mülki geyimli şəxsin adının Nicat olduğunu və onun da hal şahidi olduğunu və onun kimi baxışda hal şahidi qismində iştirak edəcəyini bilmişdir. Həmçinin Təqsirləndirilən şəxs da hüquq və vəzifələri izah edilməklə baxış başlanmış, X16 tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər psixiotrop maddələr olub-olmaması soruşulduqda o üzərində və eləcədə idarə etdiyi avtomobildə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. X16 Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etməsini təklif etdikdə o, 4 ədəd kağız bükümə qoyduğu narkotik vasitələri əynindəki ön tərəfi zamoqla açılıb bağlanan sarı rəngli gödəkcənin ön sol cibində saxladığı “Arqo” markalı siqaret qutusunun içərisində olduğunu və həmin bir ədəd “Arqo” markalı siqaret qutusunun içərisindəki 4 ədəd kağız bükümdə olan narkotik vasitə olan marixuanaya bənzər yaşıl kütlələri təqdim edərək içərilərində qurudulmuş marixuana olduğunu qeyd etmişdir. Daha sonra həmin 4 ədəd kağız bükümlər açılaraq içərisinə baxıldıqda orada kəskin iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən edilmiş, həmin narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütlələri elektron tərəzidə çəkildikdə kağız büküm ilə birlikdə 1.1 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs əlavə olaraq başqa yerdə saxladığı narkotik vasitənin olub-olmaması barədə sual verildikdə o, etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı, ** BF *** nömrəli avtomobilin yük yerində 01 ədəd göy-qırmızı rəngli üzərinə Levis sözü yazılmış sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirərək, avtomobilin yük yerini açıb oradakı 01 ədəd sellofan torbanı təqdim etdi. Həmin sellofan torba açılaraq içərisinə baxıldıqda orada kəskin iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən edildi, həmin narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütlələri elektron tərəzidə çəkildikdə sellofan torba ilə birlikdə 458 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dörd ədəd kağız bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi və avtomobilinin yük yerindən aşkar edilmiş 01 ədəd sellofan torbada olan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən X16 tərəfindən götürülərək üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənib onunvə digər hal şahidi Nicat Qəribli, orada olan polis əməkdaşları, həmçinin Təqsirləndirilən şəxs, müdafiəçisiMüdafiəçi tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı 2020-ci ilin sentyabr ayının ortalarında Qəbələ rayon Bayramkoxalı kəndi ərazisində əkinlik sahəsinin kənarından yabanı halda bitmiş marixuana bitki kütlələrindən yığıb qurudaraq əldə etdiyini bildirmişdir.Baxış zamanı baxış ardıcıllıqla əks etdirən fotoşəkillər çəkilmiş və sonra baxış başa çatmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs polislər və ya qeyri kimsə tərəfindən heç bir təzyiq edilməmiş, özü sərbəst olaraq baxışda iştirak etmiş, narkotik vasitələri təqdim edərək şifahi olaraq suallara cavab vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X18 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır və daimi pasport qeydiyyatındadır. Qəbələ RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs baş vermiş məlum hadisədən sonra tanımış, buna görə də əvvəllər və hazırda onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbəyə daxil olmuş əməliyyat məlumatı əasında keçirilmiş tədbirdə iştirak edərək 13.03.2021-ci il tarixdə saat təxminən 14:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi vaz 2106 markalı ** BF *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ şəhərinin mərkəzində yolun kənarında saxlayaraq avtomobilində əyləşmişdir. Həmin vaxtı ona yaxınlaşaraq özlərini ona təqdim edib Qəbələ RPŞ-nin polis əməkdaşları olduqlarını deyərək onun üzərində qanunsuz olaraq narkotik vasitə daşımağında şübhəli bilindiyindən üzərinə baxış keçirilməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs həqiqətən də üzərində və avtomobilinin yük yerində narkotik vasitə olan marixuana olduğunu deyərək şəxsi nüfuzuna xələl gəlməməsi üçün polis şöbəsində üzərinə və avtomobilinə baxış keçirilməsini xahiş etmişdir. Belə olub polis əməkdaşlarının müşayəti ilə Təqsirləndirilən şəxs Qəbələ RPŞ-nə gətirilmiş, polis şöbəsində 2 nəfər hal şahidi, eləcədə Müdafiəçi dəvət edilərək şöbənin təhqiqatçısı polis leytenantı X32 Məmmədova da hüquq və vəzifələri izah edilməklə baxış başlanmışdır. X16 tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər psixiotrop maddələr olub-olmaması soruşulduqda o üzərində və eləcədə idarə etdiyi avtomobildə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. X16 Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim etməsini təklif etdikdə o, 4 ədəd kağız bükümə qoyduğu narkotik vasitələri əynindəki ön tərəfi zamoqla açılıb bağlanan sarı rəngli gödəkcənin ön sol cibində saxladığı “Arqo” markalı siqaret qutusunun içərisində olduğunu və həmin bir ədəd “Arqo” markalı siqaret qutusunun içərisindəki 4 ədəd kağız bükümdə olan narkotik vasitə olan marixuanaya bənzər yaşıl kütlələri təqdim edərək içərilərində qurudulmuş marixuana olduğunu qeyd etmişdir. Daha sonra həmin 4 ədəd kağız bükümlər açılaraq içərisinə baxıldıqda orada kəskin iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütlələri elektron tərəzidə çəkildikdə kağız büküm ilə birlikdə 1.1 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs əlavə olaraq başqa yerdə saxladığı narkotik vasitənin olubolmaması barədə sual verildikdə o, etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı, ** BF *** nömrəli avtomobilin yük yerində 01 ədəd göy-qırmızı rəngli üzərinə Levis sözü yazılmış sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirərək, avtomobilin yük yerini açıb oradakı 01 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torba açılaraq içərisinə baxıldıqda orada kəskin iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütlələri elektron tərəzidə çəkildikdə sellofan torba ilə birlikdə 458 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dörd ədəd kağız bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi və avtomobilinin yük yerindən aşkar edilmiş 01 ədəd sellofan torbada olan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən X16 tərəfindən götürülərək üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənib onun hal şahidləri Şahid1,Nicat Qəribli, orada olan polis əməkdaşları, həmçinin Təqsirləndirilən şəxs, müdafiəçisiMüdafiəçi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı 2020ci ilin sentyabr ayının ortalarında Qəbələ rayon Bayramkoxalı kəndi ərazisində əkinlik sahəsinin kənarından yabanı halda bitmiş marixuana bitki kütlələrindən yığıb qurudaraq əldə etdiyini bildirmişdir. Baxış zamanı baxış ardıcıllıqla əks etdirən fotoşəkillər çəkilmiş və sonra baxış başa çatmış, baxış zamanı Təqsirləndirilən şəxs polislər və ya qeyri kimsə tərəfindən heç bir təzyiq edilmədiyi özü sərbəst olaraq baxışda iştirak etdiyini, narkotik vasitələri təqdim edərək şifahi olaraq suallara cavab verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin bölmə rəisi X14 ifadəsində göstərdi ki, rayon polis şöbəsinə xx.xx.1974-cü ildə Qəbələ şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında pasport qeydiyyatında olan və yaşayan X10 qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etməsi, üzərində gəzdirməsi, etibarnamə əsasında idarə etdiyi Vaz-2106 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 13 mart 2021-ci il tarixdə qərar qəbul olunmuş, X10 üzərinə və etibarnamə əsasında idarə etdiyi Vaz-2106 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi qərara alınmışdır. 13.03.2021-ci il tarixdə saat təxminən 14:30 radələrində X12 yaxınlaşaraq özlərini ona təqdim edib Qəbələ RPŞ-nin polis əməkdaşları olduqlarını deyərək onun üzərində qanunsuz olaraq narkotik vasitə daşımağında şübhəli bilindiyindən üzərinə baxış keçirilməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs həqiqətən də üzərində və avtomobilinin yük yerində narkotik vasitə olan marixuana olduğunu deyərək şəxsi nüfuzuna xələl gəlməməsi üçün polis şöbəsində üzərinə və avtomobilinə baxış keçirilməsini xahiş etmişdir. Belə olanda nəqliyyat vasitəsində polis əməkdaşlarının müşayəti ilə Təqsirləndirilən şəxs Qəbələ RPŞ-nə gətirilmiş, polis şöbəsində 2 nəfər hal şahidi, eləcədə Müdafiəçi dəvət edilərək şöbənin təhqiqatçısı polis leytenantı X32 Məmmədova da hüquq və vəzifələri izah edilməklə baxış başlanmışdır. Həmçinin əməliyyat məlumatı daxil olduğundan, əməliyyat-qeydiyyat işi açılmamışdır. X10 narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat tədbirləri həyata keçirilmiş, lakin bununla bağlı heç bir məlumat əldə edilməmişdir. Həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs xahişi ilə onun üzərində şəxsi müayinə və baxış istintaq hərəkəti saxlanıldığı yerdə yox, Qəbələ rayon Polis şöbəsinə gətirildikdən sonra orada keçirilmişdir. Eyni zamanda ona əllərinə qandal vurulması barədə dedikləri həqiqəti əks etdirmir. Məhkəmədə şahid qismində dindirilmiş X13 digər şahid X14 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, X15 cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ RPŞ-nin TB-nin təhiqatçısı polis leytenantı İlkin Göyçəli tərəfindən keçirilmiş 13 mart 2021-ci il tarixli şəxsi axtarış, götürmə və baxış istintaq hərəkəti protokolunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman əvvəlcədən ona üzərində olan əşyaları könüllü surətdə təqdim etmək təklif edilmiş və sonuncu təklifi qəbul edərək üzərində olan əşyaları könüllü təqdim edəcəyini bildirərək bundan sonra Qəbələ rayon Bayramkoxalı kəndində sahənin kənarından sellofan torbanın içərisinə yığdığı narkotik vasitədən götürərək 4 ədəd kağız bükümə qoyduğu narkotik vasitələrin əynindəki gödəkçənin sol döş cibində saxladığı “Arqo” markalı siqaret qutusunun içərisində olduğunu və həmin bir ədəd “Arqo” markalı siqaret qutusunun içərisindəki 4 ədəd kağız bükümdə olan narkotik vasitə olan marixuanaya bənzər yaşıl kütlələri təqdim edərək içərilərində qurudulmuş marixuana olduğunu, daha sonra həmin 4 ədəd kağız bükümlər açılaraq içərisinə baxıldıqda orada kəskin iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi müəyyən edilmiş, həmin narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütlələri elektron tərəzidə çəkildikdə kağız büküm ilə birlikdə 1.1 qram olmuş, Təqsirləndirilən şəxs əlavə olaraq üzərində və ya başqa yerdə saxladığı narkotik vasitənin olub-olmaması barədə sual verildikdə o, etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı, ** BF *** nömrəli avtomobilin yük yerində 01 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirərək, sözü gedən avtomobilin yük yerini açıb oradakı 01 ədəd sellofan torbanı təqdim etmiş, həmin sellofan torba açılaraq içərisinə baxıldıqda orada kəskin iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən edilmiş, həmin narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütlələri elektron tərəzidə çəkildikdə sellofan torba ilə birlikdə 458 qramolmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dörd ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi və həmçinin avtomobilinin yük yerindən aşkar edilmiş 01 ədəd sellofan torbada olan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən tərəfindən götürülərək həmin sellofan torbada qablaşdırılaraq üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmiş, şəxsi axtarış, götürmə və baxış zamanı protokol tərtib edilmiş, fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş, həmçinin baxış zamanı video çəkilişdən istifadə edilməklə sürəti 01 ədəd CD diskə köçürülərək işə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin X20 təqdim etdiyi 14 mart 2021-ci il tarixli 17/199 nömrəli rəyindən görünür ki: -Tədqiqata təqdim olunmuş, üzərində “İştirakçılar” sözləri adlar və imzalar yazılmış zərfi açdıqda, içərsindəki 04 (dörd) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,30 qram, 0,25 qram, 0,27 qram və 0,23 qram ümumi təmiz çəkiləri- 1,05 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “İştirakçılar, hal şahidləri” sözləri, adlar və imzalar yazılmışrəngli sellofan torbanın içərsindəki digər 01 (bir) ədəd rəngli sellofan torbada, təmiz çəkisi-450 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - Tədqiqata təqdim olunmuş 04 (dörd) ədəd kağız bükümlərdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş 18 mart 2021-ci il tarixli “maddi sübutun tanınması və saxlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş, ümumilikdə təmiz çəkisi - 451,05 qram olmuş, tədqiqatlara sərf edilmiş 0,10 qram hissə çıxıldıqdan sonra 450,95 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut növü kimi tanınınmaqla Qəbələ RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin təqdim etdiyi 15 aprel 2021-ci il tarixli 369 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur.Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Qəbələ rayon X28 Mərkəzinin Bitkiçilik sektorunun müdiri və iş üzrə mütəxəssis-aqronom qismində tanınmış X4 təqdim etdiyi 30.05.2021-ci il tarixli rəyində göstərilmişdir ki, Qəbələ rayonu Bayramkoxalı kəndinin ərazisində yerləşən əkin sahəsinin kənarlarında yabanı narkotik tərkibli çətənə bitkisi yabanı halda bitə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X5” X33 Qəbələ rayon Mərkəzi Xəstəxanasının 05 aprel 2021-ci il tarixli 3/334 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “narkoloji və ya ruhi əsəb” kabinetində hər hansı bir xəstəliklə qeydiyyatda deyildir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, X15 məhkumluğu olmayan şəxsdir. İşə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20.03.2021-ci il tarixli 81 nömrəli xasiyyətnamədən görünür ki, X15 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20.03.2021-ci il tarixli 81 nömrəli arayışdan görünür ki, X10 ailə tərkibi atası X11, həyat yoldaşı X7, azyaşlı uşaqları 2008-ci ildə anadan olmuş X19, 2010-cu ildə anadan olmuş X8 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqda təqsirli olması özünün etirafedici ifadəsi ekspert rəyləri, şahid ifadələri, işdə olan 13mart 2021ci il tarixli baxış protokolları və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X10 əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X10 üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi cəmi 451,05 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar X10 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X10 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X10 himayəsində iki azyaşlı uşağının olmasın cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X10 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxs X10 cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri X12 Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə X12 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən X10 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, təqsirləndirilən şəxs X15 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs X10 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs X12 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan 13 mart 2021-ci il tarixli protokoldan göründüyü kimi, X15 13mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 13mart 2021-ci il saat 15:00-dan hesablanmış, 15 mart 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də onun şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə istintaqında tədqiq olunmuş İbtidai istintaq zamanı təyin edilmiş narkoloji Dispanserinin rəyindən göründüyü kimi, X10 narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, X15 ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqında tədqiq olunmuş iş materiallarından görünür ki, təqsirləndirilən şəxs X10 üzərindən və şəxsi istifadəsində olan nəqliyyat vasitəsindən aşkar edilib götürülmüş 451,05 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və tədqiqatlardan sonra qalıq çəkisi 450,95 qram olan həmin narkotik vasitə olan marixuana məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti X9 tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs X26 oğlunun 13 mart 2021-ci il tarixdən 15 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X15 ona təyin edilmiş qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X10 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və Probasiya şöbəsi həyata keçirsin. X12 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. X10 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X15 ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 450,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci X9 tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X6, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar