Məhkəmə qərarları › İş №1(025)-34/2022

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-34/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-34/2022 07.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Qəbələ rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə və xx.xx.1974-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq ağac kəsmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək odun tədarükü üçün xx.xx.2022-ci il tarixdə saat 10 radələrindən 11 radələrinədək Qəbələ rayonunun Mıxlıqovaq kəndi ərazisində yerləşən Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətinə məxsus “Pirseyid” adlı qəbiristanlıqda bitmiş 01 (bir) ədəd 54 (əlli dörd) sm diametrində göyrüş cinsinə mənsub köküstə yaş olan ağacı qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan özünə məxsus “Sthil” markalı motorlu mişarla Təqsirləndirilən şəxs2 ilə birlikdə dib hissəsindən qanunsuz kəsib, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yenidən qəbiristanlıq ərazisinə gələrək 3 saat ərzində həmin ağacı Təqsirləndirilən şəxs2 ilə birlikdə motorlu mişarla hissələrə doğrayıb öz aralarında yarı bölməklə həyətinə gətirib odun kimi təsərrüfatda yandırmış, bununla da bələdiyyə mülkiyyətinə aid ərazidən qabaqcadan əlbir olan bir qrup şəxs halında 1100,00 (bir min yüz) manat dəyərində xeyli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağac kəsmişdir. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq ağac kəsmək məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək odun tədarükü üçün xx.xx.2022-ci il tarixdə saat 10 radələrindən 11 radələrinədək Qəbələ rayonunun Mıxlıqovaq kəndi ərazisində yerləşən Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətinə məxsus “Pirseyid” adlı qəbiristanlıqda bitmiş 01 (bir) ədəd 54 (əlli dörd) sm diametrində göyrüş cinsinə mənsub köküstə yaş olan ağacı qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan Təqsirləndirilən şəxs1 məxsus “Sthil” markalı motorlu mişarla sonuncu ilə birlikdə dib hissəsindən qanunsuz kəsib, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yenidən qəbiristanlıq ərazisinə gələrək 3 saat ərzində həmin ağacı Təqsirləndirilən şəxs1 ilə birlikdə motorlu mişarla hissələrə doğrayıb öz aralarında yarı bölməklə həyətinə gətirib odun kimi təsərrüfatda yandırmış, bununla da bələdiyyə mülkiyyətinə aid ərazidən qabaqcadan əlbir olan bir qrup şəxs halında 1100,00 (bir min yüz) manat dəyərində xeyli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağac kəsmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qəbələ rayonunun Mıxlıqovaq kəndi ərazisində yerləşən “Pirseyid” adlı qəbiristanlıq yaşadığı evin həyətyanı sahəsinin kənarında yerləşir. Həmin qəbirstanlıq ərazisində müxtəlif ağac cinslərinə məxsus yaş köküstə bitmiş ağaclar var. 2022-ci ilin mart ayının əvvəllərində qonşusu və eləcə də həmkəndlisi Təqsirləndirilən şəxs2 ona maddi imkanı olmadığından və qaz pulunu ödəməyə gücü çatmadığından qış mövsümü olduğu üçün evində istiliyi təmin etmək məqsədi ilə yandırmaq üçün həmin qəbirstanlıq ərazisindən ağac kəsməyi təklif etmişdir. Maddi imkanı aşağı olduğundan qaz pulunu ödəyə bilmədiyi üçün evində istliyi təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs2 təklifini qəbul edib həmin qəbiristanlıq ərazisindən ağac kəsmək qərarına gəlmişdir. 05 mart 2022-ci il tarixdə saat 10 radələrində özünə məxsus Sthil markalı motorlu mişarı götürərək qonşusu Tərxan ilə görüşüb birlikdə qəbiristanlıq ərazisində gəlmişlər. Qəbiristanlıq ərazisindən təxminən 50-55 sm diametrdə bir ədəd yaş kök üstə olan göyrüş cinsinə məxsus ağacı Tərxanla birlikdə köməkli şəkildə motorlu mişarla dib hissəsindən kəsib yerə yıxmışlar. Onları kimsə görər deyə yaşadıqları evə gəlmişlər ki, səhər gəlib kəsdikləri ağacı hissələrə bölüb odunlarını aparsınlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 09 radələrində Təqsirləndirilən şəxs2la birlikdə qəbiristanlıq ərazisinə gəlib əvvəlcədən kəsdikləri ağacı təxminən 3 saat ərzində növbəli şəkildə ona məxsus motorlu mişarla hissələrə doğrayıb kənara yığıb qurtardıqdan sonra ağacın oduncaq hissəsini yarı bölməklə bir neçə saat ərzində köməkli şəkildə daşımaqla hərəsi öz həyətinə gətirmişdir. Həmin odunları bir neçə gün ərzində istiliyi təmin etmək üçün evlərində yandırmış və hal-hazırda qeyd edilən ağacın oduncaq hissəsi qalmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etmişdir ki, Tərxanla ikisinə bir ədəd göyrüş cinsinə məxsus ağacı kəsdikləri motorlu mişar ona məxsus olmuş, lakin pula ehtiyacı olduğu üçün həmin motorlu mişarı 2022-ci ilin mart ayının sonlarında Qəbələ rayon Nic qəsəbəsinin bazarında tanımadığı şəxsə 50 manata satmış, kəsdiyi ağacın meşəyə aid torpaq sahəsinin balansına aid olduğunu bilmiş, ağacı kəsmək üçün hər hansı bir dövlət orqanından icazəsi olmamış, ağacı kəsərkən bunu kimsə görməmiş, yalnız Tərxanla birlikdə kəsmiş, digər vaxtlarda qeyd olunan qəbiristanlıq ərazisindən başqa ağac(lar) kəsməmişdir. Urfan Sərdərov ifadəsində vurulmuş 1100 manat məbləğində maddi ziyanın 120 manat hissəsini Mıxlıqovaq bələdiyyəsinin hesabına ödədiklərini, maddi imkanları olmadığından qalan hissəni müəyyən vaxt ərzində işləyərək ödəyəcəklərini bildirməklə, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qəbələ rayonunun Mıxlıqovaq kəndi ərazisində yerləşən “Pirseyid” adlı qəbiristanlıq yaşadığı evin həyətyanı sahəsinin kənarında yerləşir. Həmin qəbirstanlıq ərazisində müxtəlif ağac cinslərinə məxsus yaş köküstə bitmiş ağaclar var. Maddi imkanı olmadığından və qaz pulu ödəməyə gücü çatmadığından qış mövsümü ilə əlaqədar evində istiliyi təmin etmək məqsədi ilə yandırmaq üçün həmin qəbiristanlıq ərazisindən ağac kəsmək qərarına gələrək qonşusu Təqsirləndirilən şəxs1 motorlu mişar olduğu üçün bu barədə ona müraciət etmiş ki, qəbiristanlıq ərazisindən evində istiliyi təmin edib yandırmaq məqsədi ilə ağac kəssinlər və həmin ağacın odunlarını yarı bölsünlər. Ulfan onun təklifi ilə razılaşmış və 05 mart 2022-ci il tarixdə saat 10 radələrində Ulfanla görüşüb birlikdə qəbiristanlıq ərazisində gəlmişlər. Qəbiristanlıq ərazisindən təxminən 50-55 sm diametrdə bir ədəd yaş kök üstə olan göyrüş cinsinə məxsus ağacı Ulfanla birlikdə Sthil markalı motorlu mişarla köməkli 1 saat ərzində dib hissəsindən kəsib yerə yıxmışlar. Sonra onları kimsə görər deyə yaşadıqları evə gəlmişlər ki, səhər gəlib kəsdikləri ağacı hissələrə bölüb odunlarını aparsınlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 09 radələrində Təqsirləndirilən şəxs1la birlikdə qəbiristanlıq ərazisinə gəlib əvvəlcədən kəsdikləri ağacı təxminən 3 saat ərzində növbəli şəkildə Ulfana məxsus motorlu mişarla hissələrə doğrayıb kənara yığıb qurtardıqdan sonra ağacın oduncaq hissəsini yarı bölməklə bir neçə saat ərzində köməkli şəkildə daşımaqla hərəsi öz həyətinə gətirmişdir. Həmin odunları bir neçə gün ərzində istiliyi təmin etmək üçün evində yandırmış və hal-hazırda qeyd edilən ağacın oduncaq hissəsi qalmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etmişdir ki, Ulfanla ikisinə bir ədəd göyrüş cinsinə məxsus ağacı kəsdikləri motorlu mişar Ulfana məxsus olmuş, kəsdiyi ağacın meşəyə aid torpaq sahəsinin balansına aid olduğunu bilmiş, ağacı kəsmək üçün hər hansı bir dövlət orqanından icazəsi olmamış, qeyd olunan ağacı kəsərkən bunu kimsə görməmiş, ağacı yalnız Ulfanla birlikdə kəsmiş, ağacın kəsilməsində digər şəxslər iştirak etməmiş, digər vaxtlarda qeyd olunan qəbiristanlıq ərazisindən başqa ağac(lar) kəsməmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində vurulmuş 1100 manat məbləğində maddi ziyanın 120 manat hissəsini Mıxlıqovaq bələdiyyəsinin hesabına ödədiklərini, maddi imkanları olmadığından qalan hissəni müəyyən vaxt ərzində işləyərək ödəyəcəklərini bildirməklə, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələrini onların özlərinin etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, ekspert rəyləri həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından Qəbələ rayonunun Mıxlıqovaq kəndinin Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Qəbələ rayonunun Mıxlıqovaq kəndi ərazisində 11 qəbiristanlıq var ki, həmin qəbiristanlıqlar Mıxllıqovaq Bələdiyyəsinin mülkiyyətinə aiddir. Həmin qəbiristanlıqlardan biri də Pirseyid adlı qəbirristanlıqdır ki, həmin qəbiristanlıq Mıxlıqovaq kəndində yerləşir. Qəbiristanlıq ərazisində müxtəlif ağac cinslərinə məxsus yəni göyrüş, qovaq vələs və cağan ağacları var. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində kəndin sahə rəisinin köməkçisi sahə polis nəfəri Müsəddin Şərifov onun mobil telefonuna zəng vuraraq Pirseyid adlı qəbiristalıqdan ağac kəsildiyini və həmin ağacın kim və ya kimlər tərəfindən kəsilməsini ondan soruşmuşdur. O, bundan məlumatlı olmadığını bildirərək qəbiristanlıq ərazisinə getmiş və həqiqətən görmüş ki, qəbiristanlıq ərazisindən təxminən 50- 55 sm diametrində bir ədəd yaş köküstə olan göyrüş cinsinə məxsus ağac dib hissəsindən kəsilmişdir. Həmin ağacın kim və ya kimlər tətrəfindən kəsildiyini müəyyən etmək üçün maraqlanarkən sonradan müəyyən etmiş ki, ağacı Mıxlıqovaq kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ikisi birlikdə evlərində yandırmaq üçün kəsmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 ədəd göyrüş cinsinə məxsus ağacı qanunsuz kəsmişlər bu barədə onların icazəsi olmamışdır. Nümayəndə təqsirləndirilən şəxslər tərəfindən vurulmuş 1100 manat maddi ziyanın 120 manat hissəsinin bələdiyyənin hesabına ödənildiyini və qalan ödənilməmiş hissəsini tələb etdiyini bildirməklə, həmin şəxslər barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, Qəbələ RPŞ-nin İTB-in sahənin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində xidməti ərazisi olan Qəbələ rayonunun Mıxlıqovaq kəndi ərazisində xidmətdə olarkən ona məlumat daxil olmuş ki, kəndin Pirseyid adlı qəbiristanlıq ərazisindən ağac kəsilibdir. Bununla bağlı həmin qəbristanlıq ərazisinə getmiş və həqiqətəndə görmüş ki, qəbiristalıq ərazisindən bir ədəd göyrüş cinsinə məxsus yaş köküstə olan ağac dib hissəsindən motorlu mişarla kəsilmiş, yerə aşırdılmış və ağacın gövdə hissəsi oradadır. Lakin həmin vaxtı orada heç kim olmamış və kimisə görməmişdir. Buna görə kəndin Bələdiyyə sədri Nümayəndə zəng vuraraq Pirseyid adlı qəbristanlıq ərazisindən ağac kəsildiyini və bu barədə məlumatının olub-olmamasını soruşdur. Bələdiyyə sədri Nümayəndə bu barədə məlumatlı olmadığını və ağacın kim tərəfindən kəsilməsini bilmədiyini demişdir. Lakin sonradan məlum olmuş ki, qeyd olunan bir ədəd göyrüş cinsinə məxsus ağac Mıxılıqovaq kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən evlərində yandırmaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə kəsilmiş, daha sonra isə xx.xx.2022-ci il tarixdə həmin şəxlər tərəfindən hissələrə bölünərək qəbiristanlıq ərazisindən daşınaraq aparılmışdır. İşdə olan 04 aprel 2022-ci il tarixli 45/162 nömrəli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubundan və məktuba əlavə edilmiş maddi ziyanın hesablanması cədvəlindən görünür ki, Qəbələ rayonunun Mıxlıqovaq kəndi ərazisində yerləşən Bələdiyyə mülkiyyətinə məxsus Pirseyid adlı qəbiristanlıqdan 01 (bir) ədəd 54 sm diametrində olan göyrüş cinsinə mənsub ağacın köküstə yaş halda qanunsuz olaraq kəsilməsi nəticəsində dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 saylı qərarı ilə hesablanaraq 1100,00 (bir min yüz ) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2022-ci il tarixli, 9/4648 saylı rəyindən görünür ki, Qəbələ rayonnunun Mıxlıqovaq kənd Bələdiyyəsinin balansına aid qəbiristanlıqdan 01 ədəd göyrüş cinsinə məxsus ağacın qanunsuz kəsilməsi nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərarına əsasən 2022-ci ilin mart ayına təbiətə dəymiş ziyanın məbləği 1100,00 (bir min yüz) manat müəyyən edilmişdir. O, cümlədən 1.Göyrüş 54 sm 1x 1100 manat. Müdafiə tərəfinin vəsatətinə əsasən iş üzrə məhkəmə-ekoloji ekspertizası təyin edilmiş və işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Agentliyinin 21 noyabr 2022-ci il tarixli 22/2540 saylı ekspert rəyindən görünür ki, Qəbələ rayonu, Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətində olan “Pirseyid” adlanan qəbiristanlıq ərazisində diametri 54 sm olan köküstə yaş 1 ədəd Göyrüş ağacının qanunsuz kəsilməsi nəticəsində vurulmuş zərərə görə ödənişin məbləği 1100,00 AZN (min yüz manat sıfır qəpik) təşkil edir. Cinayət işinə əlavə edilmiş Qəbələ rayon Mıxlıqovaq kəndinin Bələdiyyəsinin 16 mart 2022-ci il tarixli 37/144-8244-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2022-ci il tarixdə kəsilmiş 01 ədəd göyrüş cinsinə məxsus ağac Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin mülkiyyətinə aiddir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 09 iyun 2022-ci il tarixli **********77 nömrəli məktubunda X2 və Təqsirləndirilən şəxs2 qanunsuz kəsdikləri ağacın yerləşdiyi torpaq sahəsinin Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin mülkiyyətinə aid köhnə qəbiristanlıq ərazisi olduğu göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Qəbələ rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Apeliyasiya məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Qəbələ rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, onun həbsdə saxlandığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 15 (on beş) gün müddətə islah işləri cəzası saxlanılmış, “28 may Respublika günü münasibəıti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs2 həmin cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdikləri etirafedici ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onların meşə fonduna daxil olmayan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onların əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və dəymiş ziyanın qismən ödənilməsini onun əməlində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Ülfan Sərdərovun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və dəymiş ziyanın qismən ödənilməsini onun əməlində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar