Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-34/2024 20.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Dövlət ittihamçısı və Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Qəbələ rayonu, Xırxatala kəndində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ev 22, mənzil 100-də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 2005-ci ildən etibarən 2023-cü ilin sentyabr ayına kimi istintaqa dəqiq məlum olmayan tarixlərdə Qəbələ rayon Xırxatala kəndində yerləşən, döngə nöqtələrinin koordinatları 1.X=731984.9968Y=4537703.5923; 2.X=732013.6011, Y=4537696.5345; 3.X=732017.1069, Y=4537685.6259; 4.X=731998.8304, Y=4537600.0550; 5.X=731959.0290, Y=4537608.9736; olmaqla Cığatelli bələdiyyəsinə məxsus yaşayış məntəqələri təyinatlı, uqodiyası biçənək olan 0,3680 ha torpaq sahəsinin ətrafını qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kol və ağacla çəpərləmiş, mütəmadi olaraq təmir etməklə torpaq sahəsini vahid niyyətlə əhatə olunmuş qəsdlə tutmaqla özbaşına hasarlama işləri aparmış, 2021-ci ilin may ayından istintaqa dəqiq məlum olmayan tarixdən 2023-cü ilin sentyabr ayına istintaqa dəqiq məlum olmayan tarixə qədər olan dövr ərzində həmin torpaq sahəsinin içərisində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Qəbələ rayon Xırxatala kəndində yerləşən, döngə nöqtələrinin koordinatları 1.X=731996.1816, Y=4537698.2050; 2.X=732006.9892, Y=4537696.1570; 3.X=732005.1273, Y=4537686.3318, 4.X=731994.3197, Y=4537688.3799; olmaqla Ciğatelli bələdiyyəsinə məxsus yaşayış məntəqələri təyinatlı, uqodiyası biçənək olan 110,0 kv.metr torpaq sahəsində fərdi yaşayış evi inşa etmək məqsədi ilə sementbeton bünövrə üzərində 20 cərgə mişar daşı ilə 4 metr hündürlükdə özbaşına tikinti işləri aparmışdır. İş üzrə Təqsirləndirilən şəxs özünü ona qarşı Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qəbələ rayon Xırxatala kəndində anadan olmuş, həmin kənddə valideynlərinə məxsus olan evdə yaşamış və evləndikdən sonra Bakı şəhərinə köçmüşdür. 2005-ci ildə valideynlərinə məxsus olan həyətyanı torpaq sahəsindən təxminən 300-350 metr aralıda yerləşən Qəbələ rayonu Xırxatala kəndində yerləşən boş qalmış 35-36 sot torpaq sahəsini həndəvərini kol və ağacla çəpərləyərək özünə fərdi yaşayış evi tikmək məqsədilə tutmuş, hər il əlavə kol, ağac basdırmaqla çəpəri bərkitmiş, lakin həmin torpaq sahəsinə dair hər hansı bir rəsmi sənəd almamışdır. 2021-ci ilin may ayında torpaq sahəsini qazaraq təxminən 10 metr x 10 metr ölçüdə bünövrə qöymuş və mişar daşı ilə 1 mərtəbəli fərdi yaşayış evinin tikintisinə başlamışdır. Maddi imkanı olmadığından tikintini bir müddət dayandırmış, 2022-ci lin iyun ayında tikintini davam etdirərək bünövrə üzərində 2 cərgə kubik daşları ilə hörgü işlərinə başlamış və 2023-cü ilin sentyabr ayına yenə də 3 metr hündürlükdə divar çəkərək evin divarlarının hündürlüyü təxminən 4 metrə çatdırmışdır. Lakin, maddi imkanı olmadığından tikilini yarımçıq saxlamış, üzərini örtməmişdir. Təxminən 2024-cü ilin mart ayında Bakı şəhərində olarkən daşınmaz əmlakın reyestr xidməti idarəsinin əməkdaşı ona zəng edərək qeyd olunan tikilinin ona aid olub-olmadığını soruşmuş, o da tikilinin ona aid olduğunu bildirmişdir. Həmin torpaq sahəsinə və üzərində apardığı tikintiyə dair hər hansı bir sənəd almamış, torpaq sahəsinin bələdiyyə, yaxud dövlət mülkiyyətində olduğunu bilməmişdir. Torpaq sahəsini tutmazadan, elcə də tikinti işləri aparmazdan əvvəl bu barədə bələdiyyəyə, yaxud digər dövlət orqanlarına hər hansı bir məlumat verməmişdir. Həmin torpaq sahəsində heç bir əkin, becərmə işləri aparmamışdır. Torpaq sahəsini tutan, eləcə də orada tikinti işləri aparan zaman bunun qanunsuz olması, tutduğu torpaq sahəsini boşaltmağı, eləcə də tikintini dayandırmağı barədə ona heç bir şifahi və ya yazılı formada xəbərdarlıq edilməmişdir. Tutduğu torpaq sahəsinə dair bələdiyyə və sair dövlət orqanı ilə heç bir müqaviləsi olmamış, vergi ödəməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 16 may 2024-cü il tarixli məlumatda qeyd olunanlara heç bir etirazı yoxdur. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, zəbt edərək üzərində özbaşına tikinti apardığı torpaq sahəsi Cığatelli bələdiyyəsinin yaşayış məntəqəsi torpaqlarına daxil olduğundan dəyərini ödəməklə alqı-satqı yolu ilə əldə etməyə razıdır və əməlindən peşman olmuşdur. İş üzrə zərərçəkmiş hüquqi şəxs Qəbələ rayon Cığatelli bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, o, 31 avqust 2022-ci il tarixdən Cığatelli bələdiyyəsinin sədri vəzifəsində işləyir. Qəbələ rayon Xırxatala, Həmzəlli və Cığatelli kəndləri həmin bələdiyyənin (Cığatelli bələdiyyəsinin) tərkibinə daxildir. 2024-cü ilin mart ayında bələdiyyə mülkiyyətinə aid torpaq sahələrində tikilən qanunsuz tikililərlə bağlı reyd keçirərkən Xırxatala kəndi ərazisində təxminən 30-35 sot torpaq sahəsinin kənarları çəpərlənərək tutulmaqla üzərində mişar daşı ilə birmərtəbəli fərdi yaşayış evinin tikintisi aparıldığını aşkar etmişdir. Tikintinin kimə məxsus olmasını bilməmiş, lakin çayın kənarında yerləşməsinə görə bələdiyyə mülkiyyətdə olan torpaq sahəsində aparıldığını ehtimal edərək bu barədə ərazi reyestr idarəsinə məlumat vermişdir. 11 mart 2024-cü il tarixdə həmin idarənin əməkdaşları ilə birgə sözügedən tikintinin koordinatlarını və yerləşdiyi ərazini müəyyən etməkdən ötrü baxış keçirilmiş, ərazinin Xırxatala kəndində yerləşməklə Cığatelli bələdiyyəsinə məxsus yaşayış məntəqləri torpaqlarında tikildiyi və tikintinin Xırxatala kənd sakini Təqsirləndirilən şəxs tərəfindən apardığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin ərazidə tikinti işləri aparması və ya torpaq sahəsini çəpərləməsi üçün bələdiyyə orqanı tərəfindən şifahi və ya yazılı formada heç bir icazə verilməmişdir. Təqsirləndirilən şəxs bu barədə bələdiyyəyə heç bir yazılı və ya şifahi müraciət etməmiş, torpaq sahəsini özbaşına tutaraq tikinti işləri aparmaqla bələdiyyəyə mülkiyyətinə qəsd etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 16 may 2024-cü il tarixli məlumatda qeyd olunanlara heç bir etirazı yoxdur. Nümayəndə daha sonra ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək üzərində tikinti aparılan torpaq sahəsi Cığatelli bələdiyyəsinin yaşayış məntəqəsi torpaqlarına daxil olduğundan alqı-satqı yolu ilə Təqsirləndirilən şəxs tərəfindən əldə edilməsinə heç bir maneçilik yoxdur. Bələdiyyəyə dəymiş zərəri torpaq sahəsinin əvəzi ödənilməklə özünküləşdirilməsi qaydasında aradan qaldırmaq mümkün olduğundan və Təqsirləndirilən şəxs həmin yolla zərəri aradan qaldırmağa razı olduğundan ondan şikayətçi deyil və başqa tələbi yoxdur. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu Xırxatala kəndində yaşayır və Təqsirləndirilən şəxs doğma qardaşıdır. Təqsirləndirilən şəxs 2005-ci ildə valideynlərinə məxsus olan həyətyanı torpaq sahəsindən təxminən 300-350 metr aralıda yerləşən Qəbələ rayonu Xırxatala kəndində yerləşən boş qalmış 35-36 sot torpaq sahəsini həndəvərini kol və ağacla çəpərləyərək özünə fərdi yaşayış evi tikmək məqsədilə tutmuş, hər il əlavə kol, ağac basdırmaqla çəpəri bərkitmiş, lakin həmin torpaq sahəsinə dair hər hansı bir rəsmi sənəd almamışdır. 2021-ci ilin may ayında torpaq sahəsini qazaraq təxminən 10 metr x 10 metr ölçüdə bünövrə qöymuş və mişar daşı ilə 1 mərtəbəli fərdi yaşayış evinin tikintisinə başlamışdır. Maddi imkanı olmadığından Rasim tikintini bir müddət dayandırmış, 2022-ci lin iyun ayında tikintini davam etdirərək bünövrə üzərində 2 cərgə kubik daşları ilə hörgü işlərinə başlamış və 2023-cü ilin sentyabr ayına yenə də 3 metr hündürlükdə divar çəkərək evin divarlarının hündürlüyü təxminən 4 metrə çatdırmışdır. Lakin tikilini başa çatdırılmamış, Rasimin torpaq sahəsinin qanunsuz tutmasına və tikintinin qanunsuz olmasına görə polis şöbəsində araşdırma başlanmışdır. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsində məsləhətçi müfəttiş vəzifəsində işləyir. 11 mart 2024-cü il tarixdə Qəbələ rayon Xırxatala kəndi ərazisində bələdiyyə sədri Nümayəndə və Xidmətin əməkdaşı İnqilab Mahmudovla birgə xidməti reyd keçirərkən hüdudları çəpərlənmiş bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində mülkiyyət, istifadə və icarə hüququ olmadan inşa edilən kubik daşları ilə hörülmüş ümumi sahəsi 70,0 kv/m olan bir mərtəbəli yarımçıq tikinti aşkar edilmiş və tikintinin Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilərək GPS aparatı vasitəsilə koordinatları götürülmüşdür. Elektron baza məlumatları ilə yoxlanıldıqda tikinti aparılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaqla yaşayış məntəqələri kateqoriyasına aid olduğu müəyyənləşmiş və bu barədə akt tərtib edilərək araşdırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. İş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsində yerquruluşu üzrə mühəndis vəzifəsində işləyir. 03 aprel 2024-cü il tarixdə Qəbələ rayonu Xırxatala kəndi ərazisində Təqsirləndirilən şəxs tərəfindən inşa edilmiş qanunsuz tikiliyə baxış keçirilməsində mütəxəssis qismində iştirak etmiş, GPS aləti vasitəsi ilə torpaq sahəsinin koordinatlarını götürmüş və həmin koordinatlar üzrə mərkəzin elektron baza məlumatları əsasında rəy verilmişdir. Cığatelli bələdiyəsi ərazisinin kompleks yerquruluşu xəritəsinə əsasən həmin torpaq sahəsi kateqoriyası üzrə yaşayış məntəqələri torpaqlarına aid olmaqla çoxillik və ya biçənək uqodiyasındadır. Torpaq sahəsində çoxillik əkmələr olmadığından və hazırda faktiki olaraq biçənək kimi nəzərdə tutulduğundan X2 X3 (TEKUİS) məlumatlarında biçənək uqodiyasıdadır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 11 mart 2024-cü il tarixli aktda göstərilmişdir ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Qəbələ rayon ərazisində aparılan növbəti manitorinq zamanı Cığatelli bələdiyyəsinin inzibati ərazisinə daxil olan Xırxatala kəndində Təqsirləndirilən şəxs tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan müvafiq baza məlmatlarına əsasən bələdiyyəyə məxsus yaşayış məntəqələri torpaqları kateqoriyasına aid təqribən 70.0 kv.metr torpaq sahəsində fərdi yaşayış evinin inşası məqsədi ilə tikinti işləri aparılması faktı aşkar edilmişdir. (c.i.səh: 6-8) İşdə olan xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokolda göstərilmişdir ki, həmin tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Şahid3 və Qəbələ rayon Cığatelli bələdiyyəsinin nümayəndəsi Nümayəndə tərəfindən hüdudları çəpərlənərək üzərində qanunsuz tikinti işləri aparılmış Cığatelli bələdiyyəsinə məxsus torpaq sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq çəpərlədiyi torpaq sahəsini və apardığı tikinti işlərini təqdim etmiş, müəyyən edilmişdir ki, torpaq sahəsinin kənarları hər tərəfdən ağacla, çəpərlə tam bağlanmışdır. Mişar daşları (kubik) ilə qanunsuz tikilmiş evin ümumi sahəsi 110 kv.metr təşkil edir. Evin üzəri açıq vəziyyətdədir, örtülməmişdir. Təqsirləndirilən şəxs tərəfindən kənarları qanunsuz çəpərlənmiş torpaq sahəsi təxminən 35 sot olmuşdur. Baxış zamanı fotoşəkillər çəkilmiş, videoçəkiliş aparılmış və 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. (c.i. səh: 22-29) İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 16 may 2024-cü il tarixli, 3-21-3-42/2-2671/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, GPS aləti vasitəsi ilə ərazidə ölçü işləri aparılmaqla kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən kol çəpərlə hasarlanmış 0,3680 ha torpaq sahəsi və üzərində inşa etdiyi 110.0 kv.metr fərdi yaşayış evi Qəbələ rayon Xırxatala kənd inzibati ərazi dairəsinin sərhəddi daxilində yerləşir, X1 X6 (TEKUİS) əsasən Cığatelli bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası biçənəkdir. Torpaq sahəsinin döngə nöqtəsinin koordiantları: 1.X=731984.9968Y=4537703.5923; 2.X=732013. 6011,Y=4537696.5345; 3.X=732017.1069,Y=4537685.6259; 4.X=731998. 8304,Y=4537600.0550; 5.X=731959.0290,Y=4537608.9736; Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları: 1.X=731996.1816,Y=4537698.2050; 2.X=732006.9892,Y=4537696.1570; 3.X=732005.1273, Y=4537686.3318, 4.X=731994.3197, Y=4537688.3799; ( c.i.səh: 38-39) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübütların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş subutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də o, həmin maddələrlə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il məlumata əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (c.i. səh: 40) İşdə olan AR DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 22, mənzil 100-də yaşayır. (c.i.səh:100) İşdə olan AA ******* nömrəli və AA ******* nömrəli Şəxsiyyət Vəsiqəsinin surətinə Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X4 və Balabəy oğlu və xx.xx.2020-ci il təvəllüdlü X5 adında uşaqları vardır. ( c.i. səh: 101) Himayəsində iki nəfər azyaşlı uşağı olması və zərərçəkmiş şəxslə dəymiş zərərin aradan qaldırılması barədə razılıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan 10 avqust 2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokola əsasən Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə tarixdə saat 21:30-da keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhərində tutulmuşdur. (c.i. səh: 74) İşdə olan Qəbələ RPŞ İB-nin 12 avqust 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilərək həmin tarixdə həbsdən azad edilmişdir. (c.i. səh: 93-94) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzasını yüngülləşdirən hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli və CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı müddət AR CM-nın 69.3-cü maddəsinə əsasən onun cəza müddətinə hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353 və 383- 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs AR CM-nın 188.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu AR CM-nın 188.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(025)-34/2024
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-34/2024
20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver