Məhkəmə qərarları › İş №1(025)-35/2022

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-35/2022

24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-35/2022 24.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Qəbələ rayonu Dızaxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Qəbələ rayon Yeni Dızaxlı kəndində qeydiyyatda olan, Qəbələ rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli 4(025)-22/2022 nömrəli qərarı ilə barəsində 03 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, bir ədəd şəffaf sellofan torbaya bükülü təmiz çəkisi 0,943 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlamış, 21 iyul 2022-ci il tarixdə saat 18 radələrində Qəbələ şəhəri Polad Həşimov küçəsində üzərində daşıdığı zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin küçədə saxlanılıb polis şöbəsinə gətirilərək orada üzərinə şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən narkotik vasitə- heroin əynindəki göy rəngli cins şalvarın arxa sol cibindən aşkarlanaraq götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 20 radələrində Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qəbələ rayon məhkəməsinin 08 iyul 2022-ci il tarixli 5(025)-53/2022 nömrəli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı Qəbələ rayon Yeni Dızaxlı kəndindəki evinə və həyətinə baxış keçirilən zaman onun 2021-ci ilin yay aylarında Qəbələ rayon Bayramkoxa kəndində əkin sahəsinin kənarında yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yarpaqlarını yığaraq qurudub, kustar üsulla hazırlamaqla satış məqsədi olmadan bir ədəd göy rəngli sellofan torbanın içərisində qara rəngli sellofan torbaya bükülü vəziyyətdə həyətindəki tövlədə olan dəmir çəlləyin içərisində qanunsuz olaraq saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumilikdə təmiz çəkisi 440 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu Dızaxlı kəndindəki yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olurmuş. Həmin gün Elvin Zamanlı adlı Qəbələ şəhər sakinindən ona dəfələrlə zəng gəlmişdir. O isə həyətdə işlədiyindən zəngləri görməmişdir. Daha sonra mobil telefon vasitəsilə Elvin Zamanlı ilə əlaqə saxlamış, sonuncu onda narkotik vasitə olduğunu, birlikdə qəbul edə biləcəklərini bildirmişdir. O isə narkotik vasitənin istifadəçisi olduğundan Elvin Zamanlının təklifini geri çevirməmişdir. O, Qəbələ şəhərinə getmək qərarına gəlmişdir. Yolda olarkən Elvin Zamanlı dəfələrlə ona zəng etmiş, harada olduğunu soruşmuş və onu Qəbələ şəhərindəki Şəhidlər Xiyabanının yanına dəvət etmişdir. Elvin Zamanlının dediyi yerə, yəni Şəhidlər Xiyabanın arxa tərəfinə gəldikdən sonra polis əməkdaşları ona yaxınlaşaraq üzərinə axtarış edəcəklərini bildirmişlər. Həmin anda orada təxminən 10-15 polis əməkdaşı olmuşdur. Daha sonra onu polis şöbəsinə aparaq üzərindən narkotik vasitə çıxmağını etiraf etməyini təkid etmişlər. Etiraf etməyəcəyi təqdirdə onu CM-nin 234.2-ci maddəsi ilə ittiham edəcəyini bildirmişlər. Həmçinin polis şöbəsində onun bədənin müxtəlif nahiyyələrinə vurmuşlar. O isə məcbur qalıb üzərində və evində narkotik vasitə olduğunu etiraf etmişdir. Həyətindən tapılan narkotik vasitəni də polis əməkdaşları onun həyətinə yerləşdirmişlər. Onun üzərində və həyətində heç bir narkotik vasitə olmamışdır. Bu səbəbdən barəsində olan cinayət işinə bəraetverici əsaslarla xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 21 iyul 2022-ci il tarixdə Qəbələ rayon Dızaxlı kənd sakini Təqsirləndirilən şəxs Qəbələ şəhəri Polad Həşimov küçəsində olması, onun narkotik vasitələri, psixotrop maddələri qanunsuz olaraq əldə edib, daşımaqla saxlamaqda şübhəli olmasına dair daxil olmuş məlumat əsasında həmin gün saat 17 radələrində Qəbələ CAB-nin baş əməliyyat Elçin İsmayılov və Qəbələ RPŞ-nin PPXBnin polis nəfəri Rəhim Məmməcanovla birlikdə həmin ünvanda getmişlər.Həmin küçədə Təqsirləndirilən şəxs saxlanılmış, ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin vacibliyini izah edərək onu bu məqsədlə rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onların xidməti avtomobili ilə Qəbələ rayon polis şöbəsinə getməyə razılaşmış, xidməti avtomobiliə əyləşmiş, birgə rayon polis şöbəsinə, inzibati binanın birinci mərtəbəsinə təhqiqatçının kabinetinə gəlmişlər. Orada dövlət tərəfindən təyin edilmiş Təqsirləndirilən şəxs müdafiəçisinin, digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Fevral Yayhayevdən üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı, olduğu halda təqdim etməsi barədə şifahi sorğu edilmiş, Təqsirləndirilən şəxs əynindəki şalvarın arxa sol cibində şəxsi istifadəsi üçün narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təqdim etməsi istənildikdə o, əyinindəki göy rəngli cins şalvarın arxa sol cibindən bir ədəd kiçik sellofan parçasına bükülmüş maddəni təqdim etmişdir. Həmin sellofan büküm açıldıqda içərisindən bərk halda açıq qara rəngli bir ədəd heroinə bənzər maddə aşkar edilmişdir.Həmçinin, Təqsirləndirilən şəxs arxa sağ cibindən bir ədəd yaşıl rəngli şprisi də çıxarıb onu da təqdim etmiş, polis əməkdaşları tərəfindən saxlanılmazdan bir qədər əvvəl təqdim etdiyi tiryəkdən bir hissəsini həmin şprislə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin deyil, tiryək kimi tanıdığını qeyd edirmiş. Aşkar edilmiş heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 1,3 qram olduğu müəyyən edilmişdir. Aşkar edilərək götürülmüş heroinə bənzər maddə, şpris təhqiqatçı tərəfindən zərflərə qoyularaq üzəri möhürlənmiş, Təqsirləndirilən şəxs, onun müdafiəçisinin, həmçinin, iştirak edən digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən axtarış və götürmə aparılması haqqında protokol tərtib edilmiş, tərtib edilmiş protokol oxunmuş, Təqsirləndirilən şəxs, müdafiəçisi, həmçinin, digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs başqa hər hansı bir yerdə narkotik maddə saxlayıb-saxlamadığı barədə şifahi sorğu edildikdə yaşadığı Yeni Dızaxlı kəndində tövlənin içərisində təxminən 200-330 qram narkotik maddə qurudulmuş marixuana olduğunu, həmin marixuananı rayonun Bayramkoxa kəndindən yabanı halda öz şəxsi istifadəsi üçün əldə etdiyini, onu də təqdim edə biləcəyini demişdir. Həmin gün Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının birgə iştirakı ilə onun yaşadığı Qəbələ rayon Yeni Dızaxlı kəndindəki evinə, həyətinə Qəbələ rayon məhkəməsinin qərarı əsasında baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həyətində özünə məxsus olan tövlənin içərisindəki dəmir çəlləyin içərisindən göy rəngli sellofan torbanı çıxarıb onu təqdim etmiş, içərisində özünə qurudulmuş marixuana olduğunu bildirmiş, sellofan torba tövlənin girişində açıldıqda bir dənə qara rəngli sellofan bükülü aşkar edilmiş, həmin qara rəngli torba da açıldıqda onun içərisindən yaşıl rəngli kəskin iyə malik qurudulmuş marixunaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu qeyd etmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkildikdə sellofan torba ilə birlikdə çəkisinin 447 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütləni hardan əldə etməsi barədə şifahi sorğu edildikdə o Bayramkoxa kəndində əkin sahəsinin kənarlarında yabanı halda bitmiş marixuana bitkisini qurudaraq özü üçün çəkməyə hazırladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq üzəri möhürlənmiş, Təqsirləndirilən şəxs, müdafiəçisi, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşür. Təqsirləndirilən şəxs evində başqa narkotik vasitə olmadığını bildirmişdir. Evə və həyətə baxış zamanı başqa narkotik vasitə və ya cinayət xarakterli predmet aşkar edilməmişdir. Baxış zamanı video və foto çəkiliş aparılmış, təhqiqatçı tərəfindən baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş, əlavə və düzəliş olmadığından imzalanmışdır. Sonra Təqsirləndirilən şəxslə birgə yenə polis şöbəsinə qayıtmışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman, üzərinə şəxsi axtarış, evinə, həyətinə və tövləsinə baxış keçirilən zaman ona heç bir fiziki və sair zor tətbiq edilməmiş, sərbəst olaraq iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş narkotik vasitənin tiryək olduğunu bildirmiş, ancaq onun nə səbəbə həmin maddənin tiryək olduğunu deməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 21 iyul 2022-ci il tarixdə Qəbələ rayon Dızaxlı kənd sakini Təqsirləndirilən şəxs Qəbələ şəhəri Polad Həşimov küçəsində olması, onun narkotik vasitələri, psixotrop maddələri qanunsuz olaraq əldə edib, daşımaqla saxlamaqda şübhəli olmasına dair daxil olmuş məlumat əsasında həmin gün saat 17 radələrində Qəbələ CAB-nin baş əməliyyat Elçin İsmayılov və Qəbələ RPŞ-nin NMQnin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə həmin ünvanda getmişlər.Həmin küçədə Təqsirləndirilən şəxs saxlanılmış, ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsinin vacibliyini izah edərək onu bu məqsədlə rayon polis şöbəsinə getməli olduğunu demişlər.Təqsirləndirilən şəxs onların xidməti avtomobili ilə Qəbələ rayon polis şöbəsinə getməyə razılaşmış, xidməti avtomobilə əyləşmiş, birgə rayon polis şöbəsinə, inzibati binanın birinci mərtəbəsinə təhqiqatçının kabinetinə gəlmişlər. Orada dövlət tərəfindən təyin edilmiş Təqsirləndirilən şəxs müdafiəçisinin, digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ancaq Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmədə iştirak etməmişdir. Orada digər polis əməkdaşları iştirak etmişlər. Sonradan Təqsirləndirilən şəxs üzərindən heroin, yaşadığı Dızaxlı kəndindəki həyətindən tövlədən qurudulmuş marixuananın aşkar edildiyini bilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, polis şöbəsinə gətirilən zaman ona heç bir fiziki və sair zor tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 21 iyul 2022-ci il tarixdə Qəbələ rayon Dızaxlı kənd sakini Təqsirləndirilən şəxs Qəbələ şəhəri Polad Həşimov küçəsində olması, onun narkotik vasitələri, psixotrop maddələri qanunsuz olaraq əldə edib, daşımaqla saxlamaqda şübhəli olmasına dair daxil olmuş məlumat əsasında həmin gün saat 17 radələrində Qəbələ rayon Polis şöbəsinin polis nəfəri Şahid3 və Qəbələ RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə həmin ünvanda getmişlər. Həmin küçədə Təqsirləndirilən şəxs saxlanılmış, ona özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra üzərinə şəxsi axtarış keçiriləcəyini və bu məqsədlə polis şöbəsinə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onların xidməti avtomobili ilə Qəbələ rayon polis şöbəsinə getməyə razılaşmışdır. Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşmiş, birgə rayon polis şöbəsinə gəlmişlər. Orada dövlət tərəfindən təyin edilmiş müdafiəçisinin, digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ancaq Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmədə iştirak etməmişdir. Orada digər polis əməkdaşları iştirak etmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman, polis şöbəsinə gətirilən zaman ona heç bir fiziki və sair zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs guya onunla razılıq əldə etməsi barədə dedikləri isə həqiqətləri əks etdirmir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. Beləki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə video çəkiliş aparılmaqla verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, 2021-ci ilin yay aylarında dəqiq tarixini xatırlamadığı gündə özünə istifadə etmək məqsədi ilə Qəbələ rayon Bayramkoxa kəndində əkin sahələrinin kənarlarından yabanı halda narkotik vasitə olan marixuananı yığaraq elə əkin sahəsinin kənarında qurudub həmin vaxtdan həyətinə gətirib sellofan torbaya bükərək tövlədəki boş çəlləkdə gizlətmiş, özü üçün çəkərək istifadə edirmiş. xx.xx.2022-ci il tarixdə günorta saatlarından sonra Qəbələ şəhərində şəhidlər xiyabanının yaxınlığında gəzərkən zibil qabının yanında bükülü kiçik sellofan parçası görmüş, həmin sellofan bükülü diqqətini cəlb etmiş, sellofan bükülünü götürüb açdıqda içərisindən narkotik maddə olan heroin aşkar etmişdir.Həmin narkotik maddəni istifadə etmək üçün sellofan bükülüdə əynindəki şalvarın arxa cibinə qoymuşdur.Elə həmin vaxt heroindən istifadə etmək üçün Qəbələ şəhərində yaxınlıqdakı apteklərin birindən bir ədəd şpris almış, istifadə etmək üçün yenə də Polad Həşimov küçəsinə qayıtmışdır.Çünki, həmin küçədə olan şəhidlər xiyabanın yanında kimsə olmumuş, rahat narkotikdən istifadə etmək üçün imkan varmış.Həmin küçədə heroinin kiçik bir hissəsini su ilə qarışdırıb şprisə doldurub istifadə etmişdir.Kiçik bir hissəsi isə üzərində şalvarının arxa sol cibində sellofan torbada bükülü saxlamışdır.Həmin saat təxminən 17-18 radələri aralığında Qəbələ şəhəri, Polad Həşimov küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə olduğunu bildirmişlər, üzərinə axtarış keçirilməsinin vacibliyini izah etmişlər.Həqiqətən üzərində narkotik vasitə olduğunu bildirmiş, üzərinə polis şöbəsində baxış keçirilməsini xahiş etmişdir. Daha sonra polis şöbəsinə gəlmişlər, polis əməkdaşlarının, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş, könüllü olaraq əynindəki şalvarın arxa sol cibində olan narkotik vasitə heroini və bir ədəd şprisi təqdim etmiş, həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi sellofan parça ilə birlikdə 1.3 qram təşkil etmişdir.Təqdim etdiyi narkotik maddə və bir ədəd şpris qablaşdırılaraq götürülmüşdür.Üzərinə axtarış keçirilməsi haqqında protokol tərtib edilmiş, tanış olmuş, özü, müdafiçisi, polis əməkdaşları tərəfindən imzalanmışdır.Polis əməkdaşları ondan şifahi olaraq üzərində və evində başqa narkotik maddə olub-olmadığını soruşduqda həyətindəki tövlədə narkotik maddə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Daha sonra həmin gün polis əməkdaşları tərəfindən yaşadığıhəyətə baxış keçirilmiş, tövlədə çəlləkdə gizlətdiyi sellofan torbanın içərisində olan marixuananı könüllü olaraq təqdim etmiş, həmin narkotik maddə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi sellofan torba ilə birlikdə 447 qram təşkil etmiş, qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, tanış olmuş, özü, müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Heroini xx.xx.2022-ci il tarixdə Qəbələ şəhərində şəhidlər xiyabanının yaxınlığındakı zibil qabının yanından tapdığını, marixuananı isə bir il əvvəl 2021-ci ilin xatırlamadığı yay aylarında Bayramkoxa kəndində əkin sahəsinin kənarından yığaraq qurudub saxlamış, narkotik maddələri vasitələri öz istifadəsi üçün əldə etmiş, heç kimə satmamış, bağışlamamış, şübhəli şəxs ismində saxlanılan zaman tapdığı narkotik vasitənin qara rəngli olmasına görə tiryəkə bənzətdiyi üçün həmin narkotik vasitənin tiryək olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən, həmçinin, polis şöbəsində polis əməkdaşları və ya qeyri şəxslər tərəfindən fiziki zora məruz qalmamış, qarşı şərəf və ləyaqətinin alçaldılması ilə müşayiət olunan hərəkətlər olmamış, marixuana istifadəçisi olduğundan bu haqda maraqlananda Bayramkoxa kəndindəyabanı halda marixuana bitkisinin bitdiyini öyrənmişdir. Amma dəqiq olaraq kimi dediyini xatırlamadığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr məhkəmə baxışında elan edilərək tədqiq edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadələr sərbəst ifadələrdir, həmin ifadələri hər hansı fiziki və ya psixi təsir altında verməmişdir, ona görə də həmin ifadələrin mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyinə görə sübut növü kimi qəbul edilməli və məhkəmə istintaqında təqdiq olunan bütün sübutların məcmusu ilə birlikdə qiymətləndirilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 21 iyul 2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, 21 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə öz razılıq ərizəsi əsasında müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti keçirilən zaman əvvəlcə Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə təqdim etmək təklif edilmiş və sonuncu təklifi qəbul edərək üzərində olan əşyaları könüllü təqdim edəcəyini bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs əyinindəki göy rəngli şalvarın arxa sol cibində saxladığı 01 ədəd sellofan bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin kibrit qutusu açılaraq içərisinə baxıldıqda orada narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Həmin kütlə kibrit qutusu ilə birgə elektron tərəzidə çəkildikdə birgə çəkisinin 1,3 qram olduğu müəyyən edilmişdir. Protokola əlavə edilmiş 01 ədəd cd diskdə olan videoçəkilişdən görünür daha sonra Təqsirləndirilən şəxs həmin şalvarın arxa sağ cibindən 01 ədəd yaşıl rəngli şprisi təqdim edərək həmin şprislə narkotik maddədən istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddə və 01 ədəd şpris əhəmiyyət kəsb etdiyindən zərfə qoyularaq üzəri DİN-nin “103” saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 21 iyul 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 21 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Qəbələ rayon Yeni Dızaxlı kəndindəki fərdi yaşayış evinə, həyətinə Qəbələ rayon məhkəməsinin 08 iyul 2022-ci il tarixli 5(025)-53/2022 nömrəli qərarı əsasında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evində narkotik vasitə olub-olmadığı sorğu edildikdə Təqsirləndirilən şəxs həyətindəki tövləsinin girişindəki hissədə dəmir çəlləyin içərisindən göy rəngli sellofan torbanı çıxarıb onu təqdim etmiş, içərisində özünə qurudulmuş marixuana olduğunu bildirmiş, sellofan torba tövlənin girişində açıldıqda bir dənə qara rəngli sellofan bükülü aşkar edilmiş, həmin qara rəngli torba da açıldıqda onun içərisindən yaşıl rəngli kəskin iyə malik qurudulmuş marixunaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu qeyd etmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkildikdə sellofan torba ilə birlikdə çəkisinin 447 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütləni hardan əldə etməsi barədə şifahi sorğu edildikdə o Bayramkoxa kəndində əkin sahəsinin kənarlarında yabanı halda bitmiş marixuana bitkisini qurudaraq özü üçün çəkməyə hazırladığını bildirmişdir. Daha sonra aşkar edilmiş kütlə sellafon torba ilə birlikdə qablaşdırılaraq üzəri DİN-nin “103” saylı möhürü ilə möhürlənmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs evindən və həytindən digər cinayət xarakterli hər hansı bir predmet aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 15 avqust 2022-ci il tarixli “şübhəli və ya təqsirləndirilən şəxsin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti keçirilən zaman o, Qəbələ rayon Bayramkoxa kəndində əkin sahələrinin kənarlarındakı kanalı kənarlarını təqdim edərək tövləsindən aşkar edilmiş narkotik vasitə olan marixuananı yabanı halda 2021-ci ilin yay aylarında həmin ərazidən yığaraq qurutduğunu bildirmişdir. Həmçinin, Qəbələ şəhəri Polad Həşimov küçəsində yerləşən şəhidlər xiyabanının yanındakı otluq sahəni təqdim edərək üzərindən aşkar edilmiş heroini sellofan bükülüdə həmin yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılan zaman verdiyi ifadələrlə istintaq zamanı verdiyi ifadələr arasında ziddiyət müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin X11 təqdim etdiyi 22 iyul 2022-ci il tarixli 17/573 nömrəlirəyindən görünür ki: Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “İştirakçılar....tərtib etdi......” sözləri və imzalar yazılmış göy rəngli sellofan torbanın içərisindəki qara rəngli sellofan torbada, təmiz çəkisi - 440,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Tərtib etdi...iştirakçılar...” sözləri və imzalar yazılmış zərfi açdıqda, içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 0,943 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01(bir) ədəd şprisin üzərində cüzi miqdarda heroin izləri vardır. İşdə olan mütəxəssis-aqronom X2 xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı 2021-cı ilin yay aylarında Qəbələ rayon Bayramkoxa kəndində əkin sahəsində arxın kənarında yabanı halda bitmiş çətənə bitkisinin yığdığı yerə baxış keçirmiş və həmin ərazinin bu tip bitkilərin yabanı halda yetişməsi üçün xarakterik olmaqla, narkotik tərkibli bitkilərin yabanı halda yetişməsi üçün münbit şərait olduğu, yabanı halda narkotik tərkibli bitkilər yetişə biləcəyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş 08 avqust 2022-ci il tarixli “əşyanın maddi sübut kimi tanınması və saxlanılması haqqında” qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, həmçinin, həmin tarixdə evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman tövlədən götürülmüş müvafiq olaraq bioloji ekspertizadan sonra qalmış 0,893 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 439,95 qram qurudulmuş marixuana, həmçinin üzərindən aşkar edilmiş 01 ədəd şpris iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış vəsaxlanılması üçün Qəbələ RPŞ-nin saxlancına verilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ RMX PHŞ-dən daxil olmuş 116 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, saxlanılmış Təqsirləndirilən şəxs götürülmüş sidikdə “OPİ”(opirim), “AMP”(amifetamin) və “MET”(metadon) aşkar edilmiş, narkotik maddə sərxoşluğu orta dərəcədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 1316 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniyaxəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin təqdim etdiyi 12 avqust 2022-ci il tarixli 498 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, o öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X15 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X17 daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ RMX-nın polikilinika şöbəsinin narkoloji kabinetində 2015-ci ildən “çətənə narkomaniyası” ilə qeydiyyatdadır, psixiatrik kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1991-ci il tarixdə Qəbələ rayon Xalq Məhkəməsi tərəfindən CM-nin 145-ci maddəsinin 2-ci hissəsinin 41-ci bəndi il təqsirli bilinib 06 il azadlıqdan məhrum etmə cəzası 05 il şərti sınaq müddəti cəzasına, xx.xx.2004-cü il tarixdə X8 şəhər Məhkəməsi tərəfindən Rusiya Federasiyası CM-nin 30-cu maddəsinin 3-cü hissəsinin 228.1-ci maddəsinin 3-cü hissəsinin “V” bəndi ilə təqsirli bilinib 06 il, 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad olunmuş, Qəbələ rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan Ağdaş Rayon Məhkəməsinin 1(014)25/2017 nömrəli, 25aprel 2017-ci tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxsAR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Yeni Dızaxlı kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Yeni Dızaxlı kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 214 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X7, uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istinad edilən cinayət əməlini təqsirli olaraq törətməsi şahid ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması keçirilərkən tərtib edilmiş protokol, həmin protokola əlavə edilmiş foto və video görüntülər, 21 iyul 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokol, həmin protokola əlavə edilmiş foto və video görüntülər, 15 avqust 2022-ci il tarixli “şübhəli və ya təqsirləndirilən şəxsin yerində yoxlanılması haqqında” prokotol, həmin protokola əlavə edilmiş foto və video görüntülər, məhkəmə bioloji ekspertizasının müvafiq olaraq 22 iyul 2022-ci il tarixli 17/573 nömrəlirəyi, məhkəmə narkoloji ekspertizasının müvafiq olaraq xx.xx.2022-ci il tarixli 1316 nömrəli rəyi, işə əlavə olunmuş maddi sübutlar və digər istintaq materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi cəmi 439,95 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Eyni zamanda həmin siyahının 5-ci bəndinə görə narkotik vasitəhesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin xalis çəkisi cəmi 0,893 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsini və cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Beləki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu (Ağdaş Rayon Məhkəməsinin 25 aprel 2017-cı il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayət əməlinə görəməhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzadan azad edildiyi vaxtdan, yəni 11yanvar 2021-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini 21iyul 2022-ci il tarixdə törətmiş və həmin əməli törədərkən onun məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxsQəbələ Rayon Məhkəməsinin 1(025)-41/2014 nömrəli, 10 dekabr 2014-cü il tarixli hökmü ilə AR CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, eyni zamanda Ağdaş Rayon Məhkəməsinin 1(014)-25/2017 nömrəli, 25aprel 2017-ci tarixli hökmü ilə AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi iləəlaqədar bir neçə dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, lakin həmin cəzalardan lazımi nəticə çıxarıb islah olunmaq əvəzinə məhkumluğu ödənilmədiyi və götürülmədiyi haldayenidən eyni qəbildən olan narkotik vasitələrin qanunsuz dövriyyəsi iləəlaqədar cinayət əməlini törətmişdir. Qeyd olunanlar onun şəxsiyyətini mənfi xarakterizə edən haldır və ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının məqsədini, yəni məhkumun islah edilməsini, həm özünün, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs çətin islah olunan şəxs olduğuna dəlalət edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkumluğunun ödənilməməsinə diqqət yetirir, onun azadlıqdan məhrum edilmədən islah oluna bilməməsi qənaətinə gəlir. Nəticədə Təqsirləndirilən şəxs məhkumluğunun ödənilmədən yenidən cinayət törətməsi onun şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir ki, bu baxımdan onun barəsində azadlıqdan məhrumetmə növündə cəza tətbiq olunmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı zamanı məhkəməyə ərizə göndərərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclaslarında Təqsirləndirilən şəxs və müdafiəçisi onaAzərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın əsassız olduğunu, həmin ittihamla razı olmadıqlarını, ittihamın ehtimallara əsaslandığını, heç bir əsaslı sübutun mövcud olmadığını, ittihamın əsasında duran sübutların “Əməliyyat-axtarış” fəaliyyəti haqqında uyğun olmadığını bildirərək, iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdirlər. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əsassız olaraq tutulması, narkotik vasitələrin ona aid olmaması, narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun cibinə və evinə qoyulması barədə göstərdiyi xüsusatlar həqiqətə uyğun olmamaqla real gerçəkliyi əks etdirmir, həmin xüsusatlar hər hansı bir sübutla təsdiq olunmadığından özünün müdafiəsi üçün gətirdiyi dəlillər hesab edilməli, müdafiə tərəfininqeyd edilən vəsatəti əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddininyarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün — ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. İş materiallaraından göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və onun əvvəlki cəzası azadlıqdan məhrumetmə ilə bağlı olmuşdur. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Qəbələ Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə üç ay həddində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 iyul 2022-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli 21 iyul 2022-ci il tarixindən hesablanmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarın» 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji dispanserin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan 0,893 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 439,95 qram qurudulmuş marixuana, həmçinin 01 ədəd şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 103,65 (bir yüz üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 21 iyul 2022ci il tarixindən hesablanmaqla, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 103,65 (bir yüz üç manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan 0,893 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 439,95 qram qurudulmuş marixuana, həmçinin 01 ədəd şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar