Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-35/2023 01.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Kamil Balakişiyev 72 ünvanındakı “Bol Market” adlı mağazanın arxa istiqamətində yerləşən zibillikdən taparaq qanunsuz əldə edib yaşadığı evin zirzəmisində gizlədərək saxladığı, vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən bir ədəd kustar üsulla hazırlanmış qara rəngli kasteti (beşbarmağı) özünə məxsus qara rəngli üzəri sürüşkən formalı dəri materialdan olan zəncirbəndlə açılıb-bağlanan əl çantasının içərsinə yerləşdirib etibarnamə ilə idarə etdiyi "xxxx" MMC-yə məxsus, Şkoda minik markalı ** PT *** dövlət nömrə nişanlı avtomobilə qoyaraq daşıyıb gəzdirməklə 13 avqust 2023-cü il tarixdə istirahət etmək məqsədi ilə Qəbələ rayonuna gəlmiş, həmin tarixdə saat 13 radələrində idarə etdiyi avtomobili Qəbələ şəhəri Heydər Əliyev prospekti ilə Laza kəndi istiqamətinə doğru hərəkət etdirib “Kanat” əyləncə mərkəzinin yaxınlığında yerləşən “Rus meşəsi” adlı ərazidə əl əyləcindən istifadə etməklə təhlükəli avtomobil idarə edib manevretmə qaydalarını pozması ilə əlaqədar həmin ərazidə xidmət aparan Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarə etdiyi avtomobil ilə birlikdə rayon polis şöbəsinə gətirilmiş, rayon polis şöbəsində onun üzərinə və gəzdirdiyi əl çantasına şəxsi axtarış və baxış keçirilərkən üzərində gəzdirdiyi həmin qara rəngli əl çantasının içərisindən yuxarıda qeyd olunan qanunsuz olaraq əldə edib saxlamaqla daşıyıb gəzdirdiyi vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən bir ədəd kustar üsulla hazırlanmış qara rəngli kastet (beşbarmaq) aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə saat 13 radələrində lizinqə məxsus etibarnamə ilə idarə etdiyi Şkoda minik markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobillə tanışları Əli və Zülfüqarla birlikdə Qəbələ rayonunun Əmirvan kəndindən olan tanışı Elvin Abdurahmanovun toyunda iştirak etmək üçün Qəbələ rayonuna gəlmişlər.Toy məclisi həmin gün saat 18 radələrində Qəbələ şəhərində yerləşən “Qəbələ Palaz” adlanan şadlıq sarayında təşkil olunmuşdur. Toy məclisi başlayana kimi vaxt keçirmək üçün Qəbələ şəhərinin yuxarı hissəsində yerləşən Kanat deyilən əraziyə getmişlər ki, orada gəzib, çay içib vaxt keçirsinlər. Çay içəcəkləri yer sıx ağaclıq ərazi olmuşdur. Orada içməyə çay sifariş vermişlər, lakin çay içməyə orada şirniyyat olmadığından qərara gəlmişlər ki, Qəbələ şəhərinin mərkəzi istiqamətinə düşüb marketlərin birindən şirniyyat alıb geri qayıtsınlar. Belə olub birlikdə idarə etdiyi avtomobillə Qəbələ şəhərinin mərkəzi istiqamətinə yolun sağ kənarında yerləşən mağazaların birindən şirniyyat alıb həmin çay içəcəkləri yerə qayıtmışlar. Həmin yerə çatanda sağa dönməli olduğundan idarə etdiyi avtomobilin əl əyləcini çəkib rolu sağa döndərdiyi üçün avtomobilin təkəri asfalt üzərində səs çıxarmışdır. İdarə etdiyi avtomobili təxminən 20-30 metr qarşıya sürdükdən sonra 3-4 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb saxla işarəsi vermişlər. İdarə etdiyi avtomobili saxlayıb avtomobilində olan tanışları Əli və Zülfüqar ilə maşından yerə düşmüşlər. Həmin mülki giyimdə olan şəxslər özlərini təqdim etdikdən sonra məlum olmuş ki, onlar Qəbələ rayon polis şöbəsinin əməkdaşlarıdırlar idarə etdiyi avtomobilin əl əyləcini çəkdiyinə görə ona irad bildirmişlər. O, Əli və Zülfüqar polis əməkdaşlarına mülki geyimdə onları saxlamalarına hüquqlarının olmadığını dedikdə sözlü mübahisələri yaranmışdır. Mübahisə zamanı polis əməkdaşları hadisə yerinə yol patrul və post patrul xidməti əməkdaşlarını çağırmış, az keçmiş həmin əməkdaşlar hadisə yerinə gəlmişlər. Yol patrul və Post patrul xidməti əməkdaşları hadisə yerinə gəldikdən sonra onu, Əlini və Zülfüqarı idarə etdiyi avtomobil ilə birlikdə Qəbələ rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsinə gəldikdən sonra polis əməkdaşları əl çantasının içərisinə qoyduğu dəmir materialdan hazırlanmış beşbarmağı görmüşlər. Beşbarmaq olan çantasında özünə aid başqa əşyalar olduğuna görə polis əməkdaşlarından xahiş etmiş ki, çantasını özünə versinlər. Bundan sonra barəsində araşdırma aparılması üçün raport yazılaraq istintaqa verilmişdir. İstintaqda şübhəli şəxs kimi tutulub müdafiəçi ilə təmin edildikdən sonra üzərində olan əl çantasına və eləcə də üzərinə baxış keçirilmişdir. Baxış zamanı əl çantasının içərsindən aşkar edilmiş beşbarmaq adlanan aləti təqdim etmiş və həmin beşbarmaq adlanan alət ondan götürülərək qablaşdırılmışdır. Həmin əşyanı gəzdirməkdə məqsədi hər hansı bir vaxt kimlərsə tərəfindən hücuma məruz qalacağı təqdirdə özünü müdafiə etmək olmuş, həmin əşyanı gəzdirməkdə başqa məqsədi olmamışdır. Beşbarmağı hadisədən təxminən 4-5 ay əvvəl Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində zibillikdən tapmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə saat 13 radələrində Qəbələ rayon polis şöbəsinin əməkdaşları CAB-nin əməliyyat müvəkilləri Şahid2 və Elçin İsmayılov ilə birlikdə Qəbələ şəhəri Heydər Əliyev prospekti üzü rayonun Laza kəndi istiqamətinə doğru Kanat əyləncə mərkəzinin yaxınlığında yerləşən “Rus meşəsi” adlı ərazidə xidmətdə olmuşlar. Həmin vaxtı qara rəngli Şkoda minik markalı ** PT *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Qəbələ şəhəri istiqamətindən Laza kəndi istiqamətinə asfalt örtüklü yol ilə hərəkət edib avtomobilin əl əyləcindən istifadə etməklə oradakı istirahət mərkəzlərinin birinə gedən daşlı-çınqıllı ara yola dönmüş, avtomobilin təkəri asfalt örtüklü yolda sürüşüb səs çıxardığı üçün həmin yerə yaxınlaşıb sürücü Təqsirləndirilən şəxs işarə edib onun idarə etdiyi avtomobili saxlatmışlar. Həmin vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə iki nəfər şəxs sonradan adları ona məlum olan Zülfüqar və Əli adlı şəxslərdə olmuşdur. Onlara polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişlər. Onların kimliyini müəyyən etmək istəsələr də onlar özlərini təqdim etməkdən imtina etmişlər. Bu səbəbdən onları rayon polis şöbəsinə aparmaq üçün şöbəsinin Növbətçi Hissəsi ilə telefon əlaqəsi saxlayaraq ərazidə xidmət aparan YPX-nin və PPXB-nün əməkdaşlarının hadisə yerinə gəlməsi barədə məlumat vermişlər. Az keçmiş rayon polis şöbəsinin YPX-nin və PPX-nin əməkdaşları hadisə yerinə gələrək avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və onun idarə etdiyi avtomobildə olan şəxslər Zülfüqar və Əli adlı şəxsləri Seymurun idarə etdiyi avtomobil ilə birlikdə Qəbələ RPŞ-nə gətirmişlər. Bu barədə şöbə rəisinə raportla məruzə edilmişdir. Raport əsasında rayon polis şöbəsində araşdırma aparılarkən Təqsirləndirilən şəxs üzərinə və gəzdirdiyi əl çantasının içərsinə şəxsi axtarış və baxış keçirilərkən çantanın içərsindən 01 ədəd qara rəngli soyuq silah olması ehtimal olunan beşbarmaq adlı silah aşkar edilmişdir ki, həmin əşya Seymura məxsus olmuşdur. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Qəbələ rayon polis şöbəsinə məxsus BMV minik markalı ** YP *** dövlət nömrə nişanlı yol patrul xidməti avtomobili ilə Qəbələ şəhəri ərazisində xidmətdə olmuşdur. Həmin vaxtı rayon polis şöbəsinin Növbətçi hissəsindən ona məlumat verilərək rayon polis şöbəsinin CAB-in baş əməliyyat müvəkkili Elçin İsmayılovgilin şöbənin əməkdaşları ilə birlikdə Qəbələ şəhəri Kanat əyləncə mərkəzinin yaxınlığında Rus meşəsi deyilən yerdə avtomobil saxladıqlarını və həmin yerə gəlməsi bildirilmişdir. Hadisə yerinə getdikdə polis əməkdaşları Şkoda minik markalı ** PT *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünü əl əyləcindən istifadə etməsi səbəbindən saxladıqlarını görmüşdür. Həmin vaxtı avtomobildə sürücüdən başqa 2 nəfər kişi cinsli sərnişində olmuşdur. Avtomobilin sürücüsü və yanında olan sərnişinlər özlərini polis əməkdaşlarına təqdim etmədikləri üçün həmin şəxslərin şəxsiyyətini müəyyən etmək üçün onları rayon polis şöbəsinə gətirmək zərurəti yaranmışdır. Bu məqsədlə avtomobilin sürücüsünü onun idarə etdiyi avtomobili Qəbələ rayon polis şöbəsinə gətirib təhvil vermişdir. Rayon polis şöbəsində aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, onun idarə etdiyi avtomobildə olan sərnişinlər isə Zülüfüqar və Əli adlı şəxslərdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi əl çantasının içərsində beş barmaq adlanan soyuq silah aşkar edilmiş ki, həmin əşya Seymura məxsus olduğu məlum olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli 3-16-16/2-3/1317 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun qanunsuz olaraq soyuq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə olaraq cinayətin törədilməsini, əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tutulub saxlandığı 02 (iki) gün müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 13 avqust 2023-cü il tarixdən 15 avqust 2023-cü il tarixədək tutulub saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd kastet (beşbarmaq) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd kastet (beşbarmaq) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-35/2023
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-35/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver