Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-35/2024 16.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1977-ci il tarixdə Qəbələ rayon Kötüklü kəndində anadan doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işlləməyən,Qəbələ rayon Kötüklü kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Mıxlıqovaq kəndində, yolun kənarında aralarında düşən şəxsi münaqişə zəminində Zərərçəkmiş şəxs yumruq ilə qəsdən vuraraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində Qəbələ şəhəri istiqamətində hərəkətdə olan zaman Zərərçəkmiş şəxs də özünə məxsus “Ford Transit” markalı avtomobil ilə hərəkətdə olmuş, onun idarə etdiyi avtomobilin qarşısında idarə etdiyi avtomobilini saxlamış, yolun kənarında dayanmış sərnişini avtomobilinə mindirmişdir. O da idarə etdiyi avtomobili saxlamış, avtomobildən düşərək Zərərçəkmiş şəxs üzərinə getmiş, ondan nə üçün onun götürmək istədiyi sərnişini götürdüyünü soruşmuşdur. Zərərçəkmiş şəxs də yaxşı etdiyini dedikdəəsəbləşmiş, ona yaxınlaşaraq bir dəfə şillə ilə sifət nahiyyəsindən zərbə vurmuşdur. Zərərçəkmiş şəxs asfaltın üzərinə yıxılmış, yerdən qalxaraq öz avtomobilinə doğru getdikdə isə o da özünə məxsus avtomobilə əyləşmiş və oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs ona qarşı hər hansı formada fiziki zor tətbiq etməmişdir. O, ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törədir, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissləri keçirir. О, Zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də, onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə Təqsirləndirilən şəxs məhkəməyə ərizə verərək zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etdi. Məhkəmədə dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində özünə məxsus “Ford Transit” markalı avtomobil ilə Qəbələ şəhəri istiqamətində hərəkətdə olan zaman Mıxlıqovaq kəndi ərazisində idarə etdiyi avtomobili həmkəndlisini götürmək məqsədilə saxlamış, həmin vaxtı arxasınca özünə məxsus avtomobil ilə hərəkətdə olan Təqsirləndirilən şəxs da avtomobili saxlamış, avtomobildən düşərək üzərinə gəlmiş, nə üçün onun götürmək istədəyi sərnişini götürdüyünü soruşduqda ona həmin şəxsin özünün ona zəng edərək sifariş verdiyini demişdir. Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymayaraq üzərinə gəlmiş, iki dəfə sifət nahiyyəsindən yumruqla vurduqda yerə yıxılmışdır. Həmin vaxtı ona məxsus avtomobildə olan qızı Şahid da avtomobildən düşərək onlara yaxınlaşmış və qışqırdıqda Təqsirləndirilən şəxs özünə məxsus avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs onu döysə də, ona qarşı hər hansı formada fiziki zor tətbiq etməmişdir. Hazırda onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığını bildirdi və Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı ekspert rəyi, istintaq protokolları və aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 27sentyabr 2024-cü il il tarixli 489 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində üzün sol almaçıq nahiyyəsinin, alt dodağın ön orta və içəri orta hissəsinin əzilmiş-cırılmış yarası kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər sərt küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 19 sentyabr 2024-cü ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 300.1 və 300.1.7-ci maddəsinə əsasən hakim məhkəmənin hazırlıq iclasında cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 300.1.7, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-35/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-35/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver