Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-36/2023 01.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq yaşayan, 15 sentyabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evin həyətyanı sahəsinin qarşısına gələrək evin yerləşdiyi həyətyanı sahənin kənarındakı hasarı aşmaqla qanunsuz olaraq həyətə, daha sonra həyətdə yerləşən evin zirzəmisinə pəncərəsindən qanunsuz olaraq daxil olub zirzəmidə yerləşən birinin dəyəri 120 (bir yüz iyirmi) manat olan iki ədəd 5 litr su tutumuna malik latun materialından hazırlanmış ümumilikdə 240 (iki yüz qırx) manat dəyərində samovarları, 01 ədəd Rusiya istehsallı “Bosch” markalı 40 (qırx) manat dəyərində dəmir kəsən aləti-laqondanı və 01 ədəd “Metabo” markalı 120 (bir yüz iyirmi) manat dəyərində taxta kəsici aləti-lovzik aparatını gizli yolla götürüb, yola çıxdıqdan sonra əvəzsiz və qanunsuz ələ keçirdiyi əmlaklardan “Bosch” markalı dəmir kəsən alətilaqondanı və “Metabo” markalı taxta kəsici aləti-lovzik aparatını yaxınlıqda olan qəbiristanlığın içərisindəki kolluq sahədə gizlətmiş, 02 ədəd samovarı isə həmin samovarların oğurluq yolla əldə edilməsindən məlumatları olmayan Qəbələ şəhər sakini Şahid3 vasitəsi ilə Şahid1 110 (bir yüz on) manat müqabilində satmış, nəticədə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 400 (dörd yüz) AZN dəyərində əmlakı gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatdadır və orada yaşayır. Rəsmi iş yeri olmasa da, ünvan 4ində yerləşən “Xan Bağ” adlı restoranda ofisiant işləsə də, hazırda həmin restoran fəaliyyətini dayandırmışdır. xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri ərazisində yerləşən “Almabağı” adlı restoranda çörək yemiş və spirtli içki qəbul etmişdir. Daha sonra həmin restorandan çıxaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01 radələrində piyada şəkildə evə gedən zaman həmin restorandan təxminən 3 kilometr aralı məsafədə yolun kənarında bir evin qala hissəsini görmüşdür. Həmin qalanın hündürlüyü təxminən 1.50 metr olarmış. Qalanın yanında təxminən 20 dəqiqə dayanmışdır. Daha sonra həyətə daxil olaraq oğurluq etmək qərarına gəlmiş və həmin qalanı aşmaqla həyətə daxil olmuşdur. Həmin həyətdə əvvəllər olmamış və həyət sahibini də tanımır. Qaladan aşmaqla həyətə daxil olmuş və daha sonra təxminən 20 metr həyətdə məsafə qət edərək həyətdə yerləşən iki mərtəbəli qırmızı rəngli evin yanına yaxınlaşmışdır. Daha sonra evə girmədən evin ətrafını gəzdikdə görmüş ki, evin arxa hissəsindən evin zirzəmi hissəsinə, yəni 1-ci mərtəbəsinə giriş vardır. Həmin açıq qapıdan zirzəmiyə daxil olmuşdur. Zirzəmidə axtarış aparmış və zirzəmidə yerləşən stolun üzərinə qoyulmuş iki ədəd hər birinin tutumu 5 litr olan latun materialından hazırlanmış işlənmiş samovarları əlinə götürmüş, həmçinin həmin vaxt zirzəmidə yerləşən digər otağa da daxil olmuşdur. Həmin otaqdan isə pəncərənin siyirmə hissəsində olan bir ədəd “BOSCH” markalı laqonda, bir ədəd isə “METABO” markalı taxtakəsən alət-lolzik aparatını əlinə götürüb birlikdə həyətə daxil olduğu qalanın yanına aparmış və qaladan aşmaqla həyəti tərk etmişdir. Həmin gecə laqonda və lovzik aparatını yaxınlıqda olan kolluq sahəlikdə gizlətmişdir. İki ədəd samovarı isə əlində piyada şəkildə yaşadığı evə kimi gətirmişdir. Səhərisi gün isə iki ədəd samovarı sataraq pul əldə etmək qərarına gəlmişdir. Belə olub həyətə düşmüş ki, taksi taparaq həmin samovarları aparıb satsın. Yolda dayanıb taksi gözləyən zaman Zaur adlı şəxsi görmüş və onun avtomobilini əl işarəsi edərək saxlatmışdır. Ona bildirmiş ki, onda iki ədəd samovar var. Həmin samovarlar özünə məxsusdur. Onları satmaq istəyir. Zaurdan samovar almaq istəyən olub-olmadığını soruşmuşdur. Zaur isə bir nəfər şəxsin samovar alveri ilə məşğul olduğunu demişdir. Belə olub evə gedib samovarları gətirib Zaurun avtomobilinə qoymuş və birlikdə Şahid1 adlı samovar alveri ilə məşğul olan şəxsin ünvanına getmişlər. Lakin özü avtomobildən düşməmişdir. Çünkü hələ də spirtli içkinin təsiri altında imiş. Zaura demiş ki, ona 100 manat samovarları satıb versin, əlavə də nə olsa özünün olsun. Çünkü Zaur onu taksi kimi Şahid1 yanına gətirmişdir və onun üzərində Zaura gediş haqqını vermək üçün pulu yox imiş. Belə olub Zaur samovarları götürüb Şahid1 110 manat müqabilində satmış və geri gələrək ona 100 manat pul vermişdir. 10 manatını isə özündə taksi pulu olaraq saxlamışdır. 100 manat pulu öz şəxsi işlərinə sərf edərək xərcləmişdir. Həmin 100 manatdan onda bir manat belə olsun qalmamışdır. Bu hadisədən 2 gün sonra etdiyi əməldən peşman olduğu üçün Zauru yolda görərək ona samovarların oğurluq olduğunu bildirmişdir. Bundan sonra isə ona Qəbələ RPŞ-nin əməkdaşları zəng edərək polis şöbəsinə çağırmışlar. Daha sonra ondan laqonda və lovzik aparatının yerini soruşmuşlar. Belə olub təxminən 3 gün həmin laqonda və lovzik aparatını gizlətdiyi yeri axtarmış və nəticədə tapmışdır. Həmin laqonda və lovzik aparatını əlinə götürüb oğurladığı evin sahibi, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs həyətinin giriş qapısının qarşısına aparmış, qapını döymüş, lakin heç kim açmamışdır. Bu səbəblə lovzik apartı və laqonda aparatını həmin qapının giriş hissəsinə qoyub öz evinə getmişdir. Qeyd etdiyi oğurluq hadisəsindən əlavə hər hansı bir yerdən oğurluq etməmişdir. Etdiyi oğurluq əməlində ona heç kim köməklik etməmişdir. Tək şəkildə oğurluq etmişdir. Ona taksi kimi və samovarların satılmasında köməklik edən Şahid3, eləcə də samovarları alan şəxs Şahid1 həmin samovarların oğurluq yolla əldə edildiyindən məlumatları olmamışdır. Onlara samovarların özünə məxsus olduğunu və pula ehtiyacı yarandığından satdığını bildirmişdir. Etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını bildirib, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, İİ Qarabağ müharibəsində iştirak etmiş və müharibədə iştirakına görə medallarla təltif olunmuşdur. Müharibədən sonra səhhətində yaranan problemlərlə əlaqədar spirtli içki içməyə başlamışdır. Bu səbəbdən çox vaxt içki içməyə başlamış və məhz oğurluq hadisəsini də içkili vəziyyətdə törətmişdir. Qərar qəbul ediləkən həmin halın da nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərdi ki, ünvan 5 ünvanında qeydiyyatdadır və orada yaşayır. xx.xx.2023-cü il tarixdə saat 06 radələrində oğlu Şahid2 yaşadığı ünvan 6 ünvanında yerləşən evdən çıxaraq işə getmişdir. Həmin gün isə saat 09 radələrində Qəbələ şəhəri ərazisində yerləşən Beynəlxalq banka getmişdir. Həmin vaxt artıq evdə heç kim qalmamışdır. Oradan da qızı Gülbənizin evinə qonaq getmişdir. Həmin gün isə saat 17 radələrindən sonra yaşadığı evə geri qayıtmışdır. Həmin gün yaşadığı evdən və ya həyətyanı sahədən heç bir oğurluq hadisəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə isə saat 07 radələrində yuxudan oyanıb həyətə düşdükdə görmüş ki, evin arxa hissəsindəki pəncərənin qarşısında yerdə ayaq izləri vardır. Artıq oğurluq olmasından şübhələndiyi üçün evi və zirzəmini axtarmağa, əmlakları yoxlamağa başlamışdır. Bu zaman görmüş ki, zirzəmidə yerləşən otaqdakı stolun üzərində olan iki ədəd hər ikisinin su tutumu 5 litr olan və hər ikisi latun materialından hazırlanmış samovarları yoxdur. Buna görə də 08 aprel 2023-cü il tarixdə hadisə barədə polisə məlumat vermişdir. İki ədəd samovarının oğurlanması barədə Qəbələ RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılmış və oğurluq edən şəxs Təqsirləndirilən şəxs əməlinə ilkin olaraq inzibati xəta kimi qiymət verilmiş və Kamranın əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilmişdir. Lakin sonradan ona məlum olmuş ki, evindən iki ədəd samovardan əlavə olaraq 1 ədəd dəmir kəsən alət-laqonda və 1 ədəd taxta kəsici alət-lovzik aparatı da oğurlanmışdır. Məhkəmə zamanı isə bunu bildirdikdə Təqsirləndirilən şəxs etiraf etmiş ki, o, həqiqətən də onun evindən həmin laqonda və lovzik aparatını da oğurlamışdır. Samovarlarının hər birinin qiyməti 100-150 manat dəyərindədir. Laqonda apartı isə təxminən 60 manat, lovzik apartı isə təxminən 40 manat dəyərində imiş. Evdən əlavə olaraq hər hansı bir əmlak oğurlanmamışdır. Yaşlı olduğu üçün samovarların tutumunu tam olaraq xatırlamırmış. Lakin Qəbələ RPŞ-də samovarlarını gördükdə ona məlum olmuş ki, samovarlarının hər ikisi eyni ölçüdədir, yəni 5 litr su tutumuna malikdir. Həmçinin yaşlı olduğu üçün samovarların dəqiq qiymətini xatırlamadığı üçün əvvəlki izahatında qiymət barədə yanılmışdır. Oğurluq hadisəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə baş vermişdir. Bunu sonradan oğlu Akiflə məsləhətləşdikdə xatırlamışdır. Həmin samovarlar və laqonda aparatı ilə lovzik aparatı ona geri qaytarıldığı üçün ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, ünvan 5 ünvanında qeydiyyatdadır və orada yaşayır. Zərərçəkmiş şəxs onun anasıdır. Anasına məxsus ünvan 2 ünvanında yerləşən evin zirzəmi hissəsindən iki ədəd hər birinin su tutumu 5 litr olan latun materialından hazırlanmış od samovarları, eləcə də 1 ədəd istifadə edilmiş Rusiya Federasiyası istehsallı, “BOSCH” markalı dəmir kəsən alət-laqonda, 1 ədəd də istifadə edilmiş “METABO” markalı taxta kəsici alət-lovzik aparatı Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə oğurlanmışdır. Qeyd olunan əmlakların hər biri anası Zərərçəkmiş şəxs məxsusdur. Həmçinin həmin əmlakların hər biri anası Zərərçəkmiş şəxs polis əməkdaşları tərəfindən geri qaytarılmışdır. Əvvəlcə anası Gülpəri zirzəmiyə baxan zaman sadəcə iki ədəd samovarının oğurlandığını aşkar etmişdir. Lakin sonradan zirzəmiyə yaxşı baxdıqda laqonda və lovzik apartının da oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, ünvan 7 ünvanında qeydiyyatdadır və orada yaşayır. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır, onunla heç bir ədavəti yoxdur. Belə ki, taksi kimi işləyərək qazanc əldə etdiyi üçün Təqsirləndirilən şəxs bir neçə dəfə müəyyən ünvanlara aparmışdır. Özünə məxsus Ravon markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxıb işə gedirmiş. Qəbələ şəhəri H.Əliyev prospekti ünvanında avtomobili ilə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs ona əli ilə işarə edərək avtomobilini saxlatmış və onun avtomobilinə yaxınlaşaraq bildirmiş ki, iki ədəd samovarı var, samovarları kənddən gətirmişdir və satmaq istəyir. Ondan samovarları almaq üçün müştəri olub-olmadığını soruşmuşdur. Ona bildirmiş ki, Qəbələ şəhər sakini Şahid1 samovar alveri ilə məşğul olur. Belə olub Təqsirləndirilən şəxs iki ədəd samovarı onun avtomobilinin baqaj hissəsinə qoymuş və ondan xahiş etmiş ki, onu həmin Şahid1 samovar aldığı ünvana aparsın. Təqsirləndirilən şəxs gediş haqının 10 manat olduğunu bildirmişdir. Kamran isə ona demiş ki, samovarları satıb ona 10 manat gediş haqqını verəcək. Daha sonra Təqsirləndirilən şəxs samovarları ilə birlikdə Şahid1 evinə aparmışdır. Təqsirləndirilən şəxs isə ona bildirmiş ki, ayaqları ağrıyır, həmçinin spirtli içkinin təsirindədir. Buna görə də ondan xahiş etmiş ki, samovarları o, aparıb Şahid1 satsın. O da avtomobildən düşərək iki ədəd 5 litr su tutumu olan latun materialından hazırlanmış samovarları avtomobilinin baqajında Şahid1 göstərmişdir. Şahid1 samovarların ikisinə birlikdə 110 manat pul verəcəyini bildirmişdir. Şahid1lə razılaşmışdır. Daha sonra Şahid1 110 manat pulu ona verərək iki ədəd samovarları avtomobilinin baqaj hissəsindən götürmüşdür. Avtomobilinə əyləşmiş və 110 manatı Təqsirləndirilən şəxs vermişdir. Kamran isə ona 10 manat gediş haqqını vermiş, daha sonra Təqsirləndirilən şəxs avtomobilinə mindirdiyi ünvana aparıb düşürmüşdür. Sonradan isə qonşusu Gülpəridən eşitmiş ki, onun samovarları oğurlanmışdır. Belə olub Təqsirləndirilən şəxs yanına gedib ondan satdığı iki ədəd samovarın oğurluq olub-olmadığını soruşmuşdur. Kamran isə yenə də samovarları kənddən gətirdiyini bildirmişdir. Yəni etdiyi oğurluq əməlini ona etiraf etməmişdir. Lakin sonradan ona məlum olmuş ki, həqiqətən də qeyd etdiyi iki ədəd samovarı Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs evindən oğurlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurluq etməsi barədə, Təqsirləndirilən şəxs iki ədəd samovarı Şahid1 satılmasında və samovarların Şahid1 ünvanına satılması üçün aparılmasında iştirak edən zaman həmin samovarların oğurluq yolla əldə edilməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, ünvan 8 ünvanında qeydiyyatdadır və orada yaşayır. Yaşadığı küçədə metal alqı-satqısı ilə məşğul olur. Özü isə əsasən qədimi samovarların kolleksiyasını toplamaqla məşğuldur. 09 aprel 2023-cü il tarixdə əvvəlcədən tanıdığı Qəbələ şəhər sakini Şahid3 idarə etdiyi Ravon markalı avtomobillə yaşadığı evin qarşısına gəlmiş və iki ədəd satılıq samovar olduğunu bildirmişdir. Zaurdan samovarları haradan aldığını və kimə məxsus olduğunu soruşmuşdur. Şahid3 isə samovarların tanışına məxsus olduğunu və tanışının isə samovarları kənddən gətirdiyini bildirmişdir. Zauru əvvəlcədən tanıdığı üçün heçnədən şübhələnməmiş və samovarlara Zaurun avtomobilinin baqajında baxmışdır. Samovarların hər ikisi 5 litr su tutumuna malik olmaqla latun materialından hazırlanmış samovarlar imiş. İki ədəd samovarı ümumilikdə 110 manata ala biləcəyini demiş və Zaurdan samovarları 110 manat müqabilində almışdır. Bundan sonra isə həmin samovarların oğurluq samovarlar olduğunu bildiyi üçün 26 may 2023-cü il tarixdə Qəbələ RPŞ-nə gətirib polis əməkdaşına təhvil vermişdir. Baş vermiş hadisə nəticəsində isə onun Zaura verdiyi 110 manat geri qayıtmamışdır. Zaurun avtomobilinin içərisinə diqqət etmədiyi üçün avtomobildə kiminsə olub-olmadığını görməmişdir. Şahid3 samovarları alan zaman həmin samovarların oğurluq olmasından məlumatı olmamışdır. Şahid3 iki ədəd samovardan əlavə hər hansı bir əmlak almamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus evdən oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinə X5 tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd olunan oğurluq hadisəsi ünvan 2 ünvanında yerləşən evin zirzəmisindən baş vermişdir. Baxış zamanı foto və video çəkiliş aparılmış əldə olunmuş görüntülər foto-cədvəl formasında və CD diskə köçürülməklə baxış protokoluna əlavə edilmişdir. Odur ki, xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol, həmin protokola əlavə edilmiş foto və video görüntülər iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus evdən oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinə X5 tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış keçirilən ev 1 mərtəbəli hündür kürsülü evdir. Baxış zamanı Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən evə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə hasardan aşmaqla daxil olduğunu bildirmişdir. Birmərtəbəli evin alt hissəsi zirzəmidən ibarətdir. Zirzəmiyə daxil olduqda sağ istiqamətdə taqda iki ədəd samovarı Təqsirləndirilən şəxs oğurladığını bildirmişdir. Eyni zamanda baxışda iştirak edən Təqsirləndirilən şəxs zirzəmidən 1 ədəd laqonda və 1 ədəd də ağac kəsən cihazı oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs baxış zmanı həmin laqonda və taxta kəsici aləti həmin evin yaxınlığında olan qəbiristanlıqda kolluq sahədə gizlətdiyini etiraf etmişdir. 1 ədəd laqonda və 1 ədəd taxta kəsici alət maddi sübut kimi Zərərçəkmiş şəxs götürülmüşdür. Baxış zamanı foto və video çəkiliş aparılmış əldə olunmuş görüntülər foto-cədvəl formasında və CD diskə köçürülməklə baxış protokoluna əlavə edilmişdir. Odur ki, xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol, həmin protokola əlavə edilmiş foto və video görüntülər iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş X5 tərəfindən qeydə alınmış videogörüntülərin yerləşdirildiyi 02 ədəd CD diskə baxışın keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, oğurluq hadisəsi ünvan 2 ünvanında yerləşən evin zirzəmi hissəsindən baş vermişdir. Baxış zamanı Zərərçəkmiş şəxs samovarlarının oğurlandığı stolun üst hissəsini göstərmişdir. xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, oğurluq hadisəsi ünvan 2 ünvanında yerləşən evin zirzəmi hissəsindən baş vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin evdən 02 ədəd samovardan əlavə bir ədəd dəmir kəsən alət-laqonda və bir ədəd taxta kəsən alət-lovzik aparatı da oğurlamışdır. Həmin evdən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə oğurluq etmişdir. Oğurluq üçün həyətin hasarından aşdığı yeri, daha sonra isə evin zirzəmisinə qanunsuz daxil olduğu pəncərəni, 02 ədəd samovarı götürdüyü zirzəmidə yerləşən otağı, eləcə də lovzik apartı və laqonda aparatını götürdüyü yeri göstərmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, oğurluq hadisəsini sərxoş vəziyyətdə törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən göndərilmiş 23 iyun 2023-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/4265 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən istifadə olmuş malların nəzəri qaydada hadisə baş verən tarixə, yəni 2023-cü ilin aprel ayına orta bazar qiyməti ilə ümumi dəyəri 400,00 manat müəyyən olunmuşdur. O cümlədən, 02 ədəd 5 litr su tutumu olan samovar- 240,00 manat, 01 ədəd Rusiya istehsalı “Bosch” markalı laqonda- 40,00 manat, 01 ədəd “Metabo” markalı taxta kəsici alət – 120,00 manat manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ RMX PHŞ-dən daxil olmuş məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq yaşayan, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs RMX-nın PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji xəstəlikləri kabinetlərində qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(074)-43/2019 nömrəli hökmünün surətinə əsasən müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda həmin cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilmişdir. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə tutulmuş, tutmanın əvvəli isə 15 sentyabr 2023-cü il saat 10:00-dan hesablanmış, 15 sentyar 2023-cü il tarixdə barəsində “başqa yerə getməmə barədə iltizam” qətimkan tədbiri seçilməklə həmin gun saat 12:25də saxlandığı MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı iki ədəd samovar, eləcə də 1 ədəd “BOSCH” markalı laqonda və 1 ədəd “METABO” markalı taxta kəsici alət-lovzik aparatı Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan zərəçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı törətmiş oğurluq nəticəsində dəymiş maddi ziyanı tamamı ilə ödənildiyini, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş 141 nömrəli, 20 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında yaşayır. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş 140 nömrəli, 20 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə yaşayış sahəsinə, binaya qanunsuz daxil olmaqla oğurluq cinayətini özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər sübutlarla tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. Bundan başqa, Plenumun həmin Qərarında göstərilir ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakı qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanı tamamilə aradan qaldırmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycağn Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, zərərçəkmiş şəxsə hadisə nəticəsində dəymiş maddi ziyanı ödəmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamış, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin şəxsin şikayətinin, iddiasının və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, yaşayış yerindəm müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını), cinayət xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin məqsəd və motivi, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması məqsədə müvafiqdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edəcəkdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, təqsirləndirilən şəxs X4 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqıda iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə tutulmuş, tutmanın əvvəli isə 15 sentyabr 2023-cü il saat 10:00-dan hesablanmış, 15 sentyar 2023-cü il tarixdə barəsində “başqa yerə getməmə barədə iltizam” qətimkan tədbiri seçilməklə həmin gün saat 12:25də saxlandığı MSY-dən azad edilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış iki ədəd samovar, eləcə də 1 ədəd “BOSCH” markalı laqonda və 1 ədəd “METABO” markalı taxta kəsici alət-lovzik aparatının Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun tutulub saxlandığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 01 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd samovar, eləcə də 1 ədəd “BOSCH” markalı laqonda və 1 ədəd “METABO” markalı taxta kəsici alət-lovzik aparatının Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-36/2023
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-36/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver