Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-36/2024 04.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi,Tahirova Ləman Kamran qızının katibliyi,Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müseyib qızının və müdafiəçi X6 iştirakı ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi ev 110-da yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, xx.xx.2014-cü il tarixdən Sabunçu RPİ tərəfindən mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu kimi axtarışda olduğu halda tamah niyyəti ilə aralarındakı tanışlıq münasibətlərindən irəli gələn etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Qəbələ rayon Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs Müseyib qızının etibarından sui istifadə edərək, onun halhazırda cəzaçəkmə müəssisəsində olan əri X7 azad edilməsində köməklik edəcəyinə dair yalan vəd verib həmin işin həll olunması müqabilində özündən uydurduğu guya vəzifədə olan tanışlarına vermək adı ilə aldadaraq xx.xx.2023-cü il tarixdə 3500(üç min beş yüz) manat pulunu öz adına olan “UNİBANK” KOMMERSİYA BANKİNİN mobil bankçılıq xidməti olan “Leobanka” məxsus 4098- 5844-7114-3253 saylı kart hesabına köçürtdürdükdən sonra həmin tarixdə Bakı şəhəri ərazisində yerləşən bankomatdan çıxartmaqla və xx.xx.2023-cü il tarixdə isə 7500(yeddi min beş yüz) manat pulunu Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs yaşadığı evin həyətində birbaşa götürməklə, ümumilikdə 11000(on bir min) manat pulunu dələduzluq yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə qanunsuz və əvəzsiz ələ keçirmiş, bununla da Zərərçəkmiş şəxs 11000(on bir min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı AR CM-nin 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri M.Sübhi küçəsi ev 110-da yaşayır və fərdi qaydada turizm işləri ilə məşğul olur. Qəbələ rayon Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs Müseyib qızı ilə 2023-cü ilin mart ayında Qəbələyə turist gətirərkən sonuncunun qohumu vasitəsilə tanış olmuş və kirayə ev verdiyini öyrənərək bir neçə dəfə onlara da turist aparmışdır. Ağcanın əri Samitin həbsdə olduğunu bildikdə 10.000,0 manat müqabilində onun azad edilməsinə köməklik edə biləcəyini təklif etmiş və bu işə görə əlavə olaraq 1000(bir min) manat zəhmət haqqı alacağını bildirmişdir. Qeyd olunan işin görülməsindən ötrü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə 1500 manat və 2000 manat olmaqla cəmi 3500 manat pul vəsaitini ona məxsus olan Leo banka aid 4098-5844-7114-3253 saylı bank kartına köçürtmüş və 25 avqust 2023-cü il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində ona 7500(yeddi min beş yüz) manat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs hər dəfə ondan əri Samitin nə zaman azadlığa buraxılacağını soruşduqda ona pulu guya vəkilə, eləcə də Azər və Mayıl adlı reallıqda mövcud olmayan tanışlarına verdiyini və onların işi az vaxtda həll edəcəklərini bildirirmiş, aldığı pulların qarşılığında sadəcə olaraq Ağcanın əri Samitin yanına bir neçə dəfə gedib gəlmişdir. Ağca Abdurrahmanova şikayət edəndən sonra tutulacağından qorxduğu üçün qaçıb gizlənmiş və qohumları vasitəsilə 2000,0 manat qaytararaq qalan məbləğin çox qısa müddət ərzində tam şəkildə ödənilməsi haqqında onunla razılığa gəlmişdir. İş üzrə Zərərçəkmiş şəxs Müseyib qızı ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayon Vəndam qəsəbəsində yaşayır. Ailə üzvləri əri X3, qızı X1, oğlu X4 və Samitin əmisi arvadı X2 ibarətdir. Samit Abdurahmanov 2023-cü ilin fevral ayında narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilmiş və 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında Qəbələyə turist gətirərkən qohumu X10 vasitəsilə onunla tanış olmuş, həmin vaxtdan etibarən gətirdiyi turistlər üçün onun Vəndam qəsəbəsində yerləşən evinin yaxınlığında tikdiyi evi kirayələmiş və özü də həmin evdə qalmışdır. 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxs onun evində kirayə qalarkən Samitin həbsdə olduğunu öyrənərək 10.000,0 manat müqabilində onun azad edilməsinə köməklik edə biləcəyini təklif etmiş və bu işə görə əlavə olaraq 1000(bir min) manat zəhmət haqqı alacağını bildirmişdir. Ondan bu işi necə həll edəcəyini soruşduqda İsrafil Samitin azadlığa buraxılması işini ya əfvlə, ya da Apellyasiya qaydasında həll edəcəyini demişdir. Qeyd olunan işin görülməsindən ötrü o, xx.xx.2023-cü il tarixdə 1500 manat və 2000 manat olmaqla cəmi 3500 manat pul vəsaitini Təqsirləndirilən şəxs adına olan Leo banka aid 4098-5844-7114-3253 saylı bank kartına Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Almarket adlı mağazada olan MilliÖn ödəmə terminalı vasitəsilə köçürtmüş və 25 avqust 2023-cü il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən evində bibisi Natəvan Əliyevanın və Samitin əmisi arvadı X5 iştirakı ilə ona 7500 (yeddi min beş yüz) manat əlbəəl vermişdir. İsrafil 023-cü ilin dekabr ayınadək Samit azadlığa çıxacağını vəd edərək getmiş və heç bir iş görməyərək onunla əlaqəni kəsmişdir. Həmin vaxtdan xeyli müddət keçəndən sonra İsrafili tapa bilmədiyinə görə ondan Qəbələ RPŞ-nə şikayət etmişdir. Zərərçəkmiş şəxs Müseyib qızı daha sonra ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra qohumları vasitəsilə ona 2000,0 manat qaytarmış və qalan məbləği çox qısa müddət ərzində tam şəkildə ödəyəcəyinə əmin edərək onunla razılığa gəlmişdir. Təqsirləndirilən şəxs qalan məbləği vəd etdiyi müddətdə qaytaracağına inandığı üçün onunla barışmışdır və daha şikayətçi deyil. İş üzrə Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Müseyib qızı onun qaynı oğlu X7 arvadıdır. Samit Abdurahmanov 2023-cü ilin fevral ayında narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilmiş və 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, Ağca və onun uşaqları ilə birlikdə Samitə məxsus olan Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən evdə yaşayır. Zərərçəkmiş şəxs Vəndam qəsəbəsində yerləşən evinin yaxınlığında bir ev tikərək həmin evi kirayəyə verir. Təqsirləndirilən şəxs Acğa ilə 2023-cü ilin mart ayına sonuncunun qohumu X10 vasitəsilə tanış olmuş və 2023-cü ilin mart ayından etibarən Ağcanın kirayəyə verdiyi evə turist gətirərək özü də həmin evdə qalmışdır. 2023-cü ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs Ağcanın evində kirayə qalan zaman Samitin həbsdə olduğunu öyrənib 10.000,0 manat müqabilində onun azad edilməsinə köməklik edə biləcəyini təklif etmiş və bu işə görə əlavə olaraq 1000 (bir min) manat zəhmət haqqı alacağını bildirmişdir. Ağca ondan bu işi necə həll edəcəyini soruşduqda İsrafil Samitin azadlığa buraxılması işini ya əfvlə, ya da Apellyasiya qaydasında həll edəcəyini demişdir. Qeyd olunan işin görülməsindən ötrü Ağca xx.xx.2023-cü il tarixdə 1500 manat və 2000 manat olmaqla cəmi 3500 manat pul vəsaitini Təqsirləndirilən şəxs adına olan Leo banka aid 4098-5844- 7114-3253 saylı bank kartına Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Almarket adlı mağazada olan MilliÖn ödəmə terminalı vasitəsilə köçürtmüş və 25 avqust 2023-cü il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən evlərində bibisi Natəvan Əliyevanın və onun iştirakı ilə İsrafilə 7500 (yeddi min beş yüz) manat əlbəəl vermişdir. İsrafil 2023-cü ilin dekabr ayınadək Samit azadlığa çıxacağını vəd edərək getmiş və heç bir iş görməyərək gizlənmişdir. Həmin vaxtdan xeyli müddət keçəndən sonra Ağca Təqsirləndirilən şəxs haqqında Qəbələ RPŞ-nə şikayət etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “götürmə aparılması haqqında” protokola əsasən Zərərçəkmiş şəxs Müseyib qızı tərəfindən təqdim edilən onunla Təqsirləndirilən şəxsla arasında olan WhatsApp ani mesajlaşma proqramı üzərindən aparılan yazışmaların qeydə alındığı 12 vərəqə sənədlərinin surəti və içərisində səs yazıları olan 01 ədəd CD diski götürülmüşdür. (c.i 1-cild səh: 8-21) İşdə olan xx.xx.2024-cü il tarixli “WhatsApp” yazışmalarına və “CD” diskə baxışın keçirilməsi haqqında” protokola əsasən Ağca Abdurrahmanova tərəfindən təqdim edilmiş “WhatsApp” yazışmalarına və “CD” diskə” baxış zamanı aşağıda qeyd olunan məzmunda fikirlər bildirilmişdir: “vəkil gedəndə bilir, pulu çatacaq, birisigün onun məhkəməsi olacaq, Mayılın yanına gedib deyəcəm, Samit nigaran qalmasın, pulla nə lazımdırsa kömək edəcəm, proses olacaq, Şəkidən buraxacaqlar, işin üstündən götürəcəklər, hökm oxunacaq ki, işinin üstündən götürülübdür, azadlığa buraxacaqlar, narahat olma, Samit bayramda evində olacaq, bir gecəlik etap elətdirəcəm, məhkəməyə çıxacaq, oradan da evə buraxacaqlar, Samitə deyin kimdənsə pulunu istəməsin, onun işi gedir, az qalıbdır, vəkil Samitin adından çıxış edir, Samiti çerez banisiya vasitəsilə çıxaracam, banisiyada olan adamı ehtiyac yoxdu ki, məhkəməyə çıxarsınlar. Sudya öz işini həll edir. Mayıl yaxşı adamdır. Onunla rahat söhbət etmək olur. Samitin məhkəməsi olub, Samiti banisiyaya gətizdirib ki, çıxana kimi rahat olsun, özünə gəlsin, polisə də pul verməliyəm, ola bilsin ki, məhkəməsi onlayn qydada olsun, Samitin məhkəməsi Samit banisyada ola-ola gedir, narahat olmasın, bacı təxmini bir saata ata bilərmi pulu? ya siz atacaqsız?. Azər özü üçün də pul istəyir. Mayıl üçün də pul götürür. Samitə deyin Azərin yanına getsin, səhər Samitin yanındayıq narahat olmasın. Samitin orada qalmasından narahat olma, mən gedib danışacağam, narahat olma, Samitin yanına vəkil özü girəcək, Samiti başa salıbdır. Həkimə də pul veribdir. Pul lazım olsa yenə də həll edəcək. Samit namazını qılır, orucunu tutur, çox fikir edir, Samitin bütün işi düzəlibdir. Samit sənədlərə qol çəkəcək və çıxıb gedəcək. Dekabrda həll olmalı idi, lakin yenə də gözləyirlər. Az vaxtda həll olacaq”. (c.i. 2-cild, səh: 5). İşdə olan «Azercell Telekom MMC» tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 19298 məlumatın (Zərərçəkmiş şəxs Müseyib qızına məxsus ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglərin siyahısına, mesajların məzmununa, daxil olan və çıxan zənglərin anten dairələrinə və abunəçilərə dair dair ) qeydə alındığı 1 (bir) ədəd CD formatlı diskə baxış zamanı Zərərçəkmiş şəxs Müseyib qızı tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə aşağıdakı məzmunda mesajlar göndərildiyi müəyyən edilmişdir: -“Qardas Salam mene zeng vurun pulu qaytarmaq lazimdi en azından telefona cavab verin. samitinde işi orda qalib ona demisiz zeng vur gitmek vaxdini deyim.bu gun cavab vermesez cox narahatm pulları qaytarlaq lazimdi. Qardas bu gun eleqeye cixmasaz samitde narahatdi basqa cure hereket edecem camahatin pulu vermek lazimdi. Samit 6 ci gun yatab vurulur.bilirem bu mesjlari gorursuz meni basqa neyese mecbur elemeyin. Daha sizi yigmayacam gorduyunuz isde lazim deyil.adindan danisdigiz Vekil hakim hamisini cavab veriler qanunda.by gun xeber cixmasa sizden menim pullarim geri qayitmasa qanun ozu qerar ver.kor qadini aldatmag men borc alib size vermisem budu qoydugunuz hormet.samitle gortulu danisanda kayd elemisem sizi. Daha besdirin size qardas demisem problemin var bir kelme yazardiz Bundan ne basa dusek centralide yatmaq problemdi onsusda o bir boyrekdi.ayib deyil deleduzluqdu.bir kelme yigdiz yigdiz sizi sikayet edecem biz size inanib mehkemeden atqaz etdik.artiq isdemirem pulu verin Vekil tuturam.bu gun he yox. Qardas tell ac problem yaratma Allah sahidimdir seher 9 kimi xeber cixmasa polise gedecem .bizi az aldadin pislik isdemirem pulu geri verin. Salam qardas ne vaxt da qeder bele edesiz?cetindimi bir kelme yazmaq xesde adamam usagim xesde.samitin isini gozleyirik problem yoxdu.amma pulun yeyesi gozlemir sene mene problem lazimdir? Problemi var yaz basa dusum.pulun yeyesine danismisam ki hefte sonuna kimi gozle xeber cixmasa o sikayet verse gerek mende erze yazam. Bakiya gelirem 4 du samitin yanına menimle danisin basa duserem sizi polise mehkemeye dusmeyek.samitide isi gozleyek problem yoxdu men Bakiya gelirem 4 du samitin yanına menimle danisin basa duserem siz yigin sen mene men size pis olmamisiq pesmancilig olmasin. seher.7 si cixacam o puldan 200m atin xayis edirem bazarliq edim o biri pullari az az vurarsiz. Gelin birimizi basa dusek.pesmanciliq olmasin. Seher turmeye 3 gunluk gedirem 7 si cixiram eger o vaxda kimi xeber olmasa daha sorasi qanun he'll eder. Men size insanlig edib gozledim 12 gundu tele cavab vermirsiz her seyi qanun he'll eder borcuda Alinan pullarida verilen pullarida sesleride turmede samitle danisdigin sozleride hamsi Kamerada telfonda turmeden cixdim gedirem bas prakrorluga. (c.i. 2-cild, səh: 8). İşdə olan «Bakcell MMC» tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli BKC/LGL-13582/24 saylı məlumatın (Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglərin siyahısına, mesajların məzmununa, daxil olan və çıxan zənglərin anten dairələrinə və abunəçilərə dair ) qeydə alındığı 1 (bir) ədəd CD formatlı diskə baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrdən Təqsirləndirilən şəxs aşağıdakı məzmunda mesajlar göndərildiyi müəyyən edilmişdir: “Salam noldu axsamdi cixmadiz xesdexanadan.siz vaxt uzadirsiz yoxsa mene ele geldi .sabrım yoxdu İsrafil meni yig. Samit 6 ci gun yatab vurulur.bilirem bu mesjlari gorursuz meni basqa neyese mecbur elemeyin. Qardas Salam mene zeng vurun pulu qaytarmaq lazimdi en azından telefona cavab verin.samitinde işi orda qalib ona demisiz zeng vur gitmek vaxdini deyim.bu gun cavab vermesez cox narahatm pulları qaytarlaq lazimdi. Qardas bu gun eleqeye cixmasaz samitde narahatdi basqa cure hereket edecem camahatin pulu vermek lazimdi. Samit 6 ci gun yatab vurulur.bilirem bu mesjlari gorursuz meni basqa neyese mecbur elemeyin. Daha sizi yigmayacam gorduyunuz isde lazim deyil.adindan danisdigiz Vekil hakim hamisini cavab veriler qanunda.by gun xeber cixmasa sizden menim pullarim geri qayitmasa qanun ozu qerar ver.kor qadini aldatmag men borc alib size vermisem budu qoydugunuz hormet.samitle gortulu danisanda kayd elemisem sizi. Daha besdirin size qardas demisem problemin var bir kelme yazardiz Bundan ne basa dusek centralide yatmaq problemdi onsusda o bir boyrekdi.ayib deyil deleduzluqdu.bir kelme yigdiz yigdiz sizi sikayet edecem biz size inanib mehkemeden atqaz etdik.artiq isdemirem pulu verin Vekil tuturam.bu gun he yox. Qardas tell ac problem yaratma Allah sahidimdir seher 9 kimi xeber cixmasa polise gedecem .bizi az aldadin pislik isdemirem pulu geri verin. Salam qardas ne vaxt da qeder bele edesiz?cetindimi bir kelme yazmaq xesde adamam usagim xesde.samitin isini gozleyirik problem yoxdu.amma pulun yeyesi gozlemir sene mene problem lazimdir? Problemi var yaz basa dusum.pulun yeyesine danismisam ki hefte sonuna kimi gozle xeber cixmasa o sikayet verse gerek mende erze yazam. Bakiya gelirem 4 du samitin yanına menimle danisin basa duserem sizi polise mehkemeye dusmeyek.samitide isi gozleyek problem yoxdu men Bakiya gelirem 4 du samitin yanına menimle danisin basa duserem siz yigin sen mene men size pis olmamisiq pesmancilig olmasin. seher.7 si cixacam o puldan 200m atin xayis edirem bazarliq edim o biri pullari az az vurarsiz. Gelin birimizi basa dusek.pesmanciliq olmasin. Seher turmeye 3 gunluk gedirem 7 si cixiram eger o vaxda kimi xeber olmasa daha sorasi qanun he'll eder. Men size insanlig edib gozledim 12 gundu tele cavab vermirsiz her seyi qanun he'll eder borcuda Alinan pullarida verilen pullarida sesleride turmede samitle danisdigin sozleride hamsi Kamerada telfonda turmeden cixdim gedirem bas prakrorluga. (c.i. 2-cild, səh: 15) İşdə olan xx.xx.2024-cü il tarixli “ifadəsinin yerində yoxlanılması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs Qəbələ rayon Vəndam qəsəbəsinə Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında dayanaraq xx.xx.2023-cü il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilmiş əri Samit Abdurahmanovun azadlığa buraxılmasını həyata keçirəcəyini vəd edərək Şahid iştirakı ilə ondan 7500,0 manat pulu əlbəəl aldığını bildirmişdir. (c.i. 2-cild, səh: 187; fotocədvəl:səh:188-190) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübütların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş subutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişlər. Onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, o həmin maddə ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-nin 178.2.1 və 178.2.2ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 05 ay 09 gün vaxtından əvvəl şərti azad edilmişdir.( c.i.1-ci cild, səh: 111-113) Zərərçəkmiş şəxsə dəymiş zərəri qismən ödəyərək onunla barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan Qəbələ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(025)-23/2024 saylı qərarının surətinə əsasən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (c.i. 1-ci cild, səh: 155- 156) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında » Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzasını yüngülləşdirən halın olması nəzərə alınaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib başqa qətimkan tədbiri ilə əvəz edilərək dərhal həbsdən azad edilməlidir. AR CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən həbsdə saxlandığı müddət cəza müddətinə hesablanmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 2(iki) il 7 (yeddi) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00-00-dan saat 07-00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim. Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(025)-36/2024
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-36/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver