Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-37/2021 18.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1972-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, 11.03.2020-ci il tarixdə Göyçay rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, 17.06.2020-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11.03.2020-ci il tarixdə Göyçay rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza, 17.06.2020-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza çəkməsinə baxmayaraq bunlardan nəticə çıxarıb islah olunmaq əvəzinə 2020-ci ilin oktyabr-noyabr aylarında Qəbələ rayon Bayramkoxa kəndində əkin sahəsinin kənarındakı arxın yanında yabanı halda bitmiş narkotik tərkibli marixuana bitkisini əldə edib, yığaraq, həmin yerdə qurudub hazırlamış və 01 ədəd sellafon torbaya bükərək həmin yerdə gizlətməklə saxlamış, 12.03.2021-ci il tarixdə saat 12 radələrində Qəbələ rayon Bayramkoxa kəndinə əkin sahəsinin kənarına gəlib gizlədib saxladığı 01 ədəd sellafon torbada olan narkotik vasitəni əyinindəki gödəkçənin altında gizlədib Qəbələ rayon Hacıalılı kəndində üzərində daşıyarkən Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Qəbələ RPŞ-nə gətirilməklə inzibati binanın daxilində öz razılıq ərizəsi əsasında üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən əynindəki gödəkçənin altından 01 ədəd sellafon torbada təmiz çəkisi 895,00 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı polis şöbəsi əməkdaşlarına təqdim etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən son 3-4 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkum olmuşdur. Narkotik vasitəni yabanı halda yığaraq qurudub istifadə edirmiş. Belə ki, Qəbələ rayon Bayramkoxa kəndindəki bağlarda işləyən zaman yaxınlıqdakı əkin sahələrində yabanı halda narkotik vasitə olan marixuana bitdiyini görmüşdür. Təxminən 2020-ci ilin oktyabr-noyabr aylarında Qəbələ rayon Bayramkoxa kəndinə gələrək şəxsi istifadəsi üçün həmin kənddəki əkin sahəsinin kənarındakı arxın üzərində yabanı halda bitmiş narkotik vasitə olan marixuananı yığaraq elə orada əkin sahəsinin kənarına quruması üçün sərmiş və bir neçə gündən sonra yenidən yoldan ötən tanımadığı taksi ilə oraya gəlmişdir. Qurumaq üçün sərdiyi marixuananın quruduğunu müəyyən etmiş, qurutduğu marixuananı özü ilə götürdüyü göyümtül rəngli sellofan torbanın içərisinə doldurub sellafon torbanın ağız hissəsini möhkəm büküb həmin ərazidə üzəri bağlı, yağış və qar keçməyən içərisində yaşayış olmayan yarımçıq, köhnə bir tikilidə görünməyən bir şəkildə gizlətmişdir. Marixuananı polis əməkdaşları saxlayacağına görə özü ilə yolda aparmaqdan qorxmuşdur. Qərara almış ki, bir neçə gündən sonra oraya gəlib qurutduğu marixuananı çəkmək üçün özü ilə birgə Ağdaş rayonuna aparsın. Lakin, maddi imkanı olmadığı üçün uzun müddət Qəbələ rayonuna gələ bilməmiş, yalnız 12.03.2021-ci il tarixdə saat təxminən 10 radələrində Ağdaş rayonunda olan zaman Qəbələ rayonuna Bayramkoxa kəndinə gedərək gizlətdiyi marixuananı özü ilə Ağdaş şəhərindəki evinə aparmaq üçün yola çıxaraq tanımadığı taksi ilə saat təxminən 11:30 radələrində Qəbələ rayon Hacıalılı kəndinə çatmışdır. Hacıalılı kəndində taksidən düşmüş və Qəbələ rayon Bayramkoxa kəndinə gedən tanımadığı taksiyə əyləşmiş, saat təxminən 12 radələrində Qəbələ rayon Bayramkoxa kəndinə çataraq həmin əkin sahəsinin yaxınlığında taksidən düşmüş, taksi isə uzaqlaşaraq onun yanından çıxıb getmişdir. Narkotik vasitəni gizlətdiyi yerə piyada gedərək həmin sellofan torbadakı narkotik vasitəni götürüb əynindəki gödəkçənin altında gizlətmiş və geri qayıdaraq yoldan keçən tanımadığı şəxsin avtomobilinə əl edərək saxladıb Qəbələ rayon Hacıalılı kəndinə gəlmişdir. Kəndin mərkəzində avtomobildən düşmüş, geri Ağdaş rayonuna qayıtmaq fikri varmış. Saat təxminən günorta birə qalmış olarmış. Bu zaman qəflətən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, üzərində qanunsuz olaraq narkotik vasitə daşımağında şübhəli olduğunu və üzərinə şəxsi axtarış aparmalı olduqlarını bildirmişlər. Polis əməkdaşlarına həqiqətən də üzərində narkotik vasitə olduğunu bildirmiş, lakin, həmin yer ictimai yer olduğundan şəxsi nüfuzuna xələl gəlməməsi üçün polis şöbəsində üzərinə baxış keçirilməsini xahiş etmişdir. Belə olub Qəbələ rayon polis şöbəsinə gəlmiş, ərizə ilə müraciət edərək polis şöbəsində üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış zamanı ona xəbərdarlıq edilərək polis əməkdaşları tərəfindən videoçəkiliş də aparılmış, fotoşəkillər çəkilirmiş. Üzərinə şəxsi axtarış keçirilən zaman əvvəllər tanımadığı iki nəfər hal şahidi də iştirak edirmiş. Həmçinin üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçi ilə təmin edilmiş, o da şəxsi axtarış keçirilən zaman iştirak edirmiş. Təhqiqatçı tərəfindən üzərində narkotik vasitə olub-olmadığı sorğu edildikdə üzərində narkotik vasitə olan marixuana saxladığını bildirmiş və ondan həmin narkotik vasitəni təqdim etməyi istənildikdə könüllü olaraq gödəkçəsinin altında gizlətdib saxladığı sellofan torbada olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi sellafon torba açıldıqda içərisindən həqiqətən də qurutduğu marixuana aşkar edilmiş, aşkar edilmiş marixuana elektron tərəzidə çəkilən zaman sellafon torba ilə birgə çəkisi 927 qram təşkil etmişdir. Təqdim etdiyi marixuana sellafon torabada qablaşdırılmış və üzəri möhürlənərək özü tərəfindən, iştirak edən şəxslər və hal şahidləri tərəfindən imzalanmışdır. Narkotik vasitəni şəxsi istifadəsi üçün çəkmək məqsədi ilə yığaraq gizlətmişdir. Narkotik vasitədən heç kimə verməmiş və ya satmamış, başqa yerdə narkotik vasitə saxlamamışdır. Bayrmakoxa kəndində getdiyi taksi sürücüsü tək olmuş, ona Bayramkoxa kəndinə nə üçün getdiyini deməmişdir. Narkotik vasitəni yuxarıda qeyd etdiyi kimi yağış və qar keçirməyən qapalı bir yerdə gizlətdiyindən orada uzun müddət qalmış, əvvəllər Ağdaş şəhərində bağçadan etdiyi oğurluğa görə onlara müraciət edilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşiman olduğunu, himayəsində yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirdi və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 12 mart 2021-ci il tarixdə saat təxminən 12 radələrində Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs Qəbələ rayon Hacıalılı kəndinin mərkəzində olması, onun narkotik vasitə olan marixuananı əldə edib, hazırlayıb, daşımaqla saxlamaqda şübhəli olmasına dair daxil olmuş məlumat əsasında həmin gün saat təqribən birə qalmış radələrdə Qəbələ RPŞ-nin CAB-nin rəisi Emil Mustafayev, CAB-nin əməliyyat müvəkkili Şahid4, Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri Şahid5, həmçinin, təhqiqatçı Cavidan Əhmədli ilə birgə Qəbələ rayon Hacıalılı kəndinin mərkəzinə getmişlər. Kənd mərkəzində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində narkotik vasitə olub-olmadığını şifahi sorğu etmişlər. Bu zaman Təqsirləndirilən şəxs əyinindəki boz rəngli gödəkçəsinin altından bir ədəd göy rəngli sellafon torbanı göstərib onun içərisində narkotik tərkibli bitki olan marixuana qurudub saxladığını bildirmiş, lakin həmin yer ictimai yer olduğundan narkotik vasitəni polis əməkdaşlarına Qəbələ rayon polis şöbəsində təqdim etmək istədiyini demiş, üzərinə baxışın Qəbələ rayon polis şöbəsində aparılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs xahişini nəzərə alaraq onunla birgə Qəbələ rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin inzibati binasının birinci mərtəbəsinə təhqiqatçının otağına gəlib orada Təqsirləndirilən şəxs və hal şahidlərinə hüquq vəvəzifələri izah edilmiş, müdafiəçisinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması sorğu edilmişdir. Təqsirləndirilən şəxs əyinindəki gödəkçəsinin altında göy rəngli sellafon torbada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin sellfon torbanı təqdim edilməsi istənildikdə o könüllü olaraq gödəkçəsinin altında saxladığı 1 ədəd göy rəngli sellafon torbanı təqdim etmiş, təqdim edilmiş sellafon torba açıldıqda içərisindən yaşıl rəngli kəskin iyə malik qurudulmuş marixunaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkildikdə sellafon torba ilə birgə çəkisinin 927 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütləni hardan əldə etməsi barədə şifahi sorğu edildikdə o, 2020-ci ilin oktyabr-noyabr aylarında Bayramkoxa kəndində əkin sahəsinin kənarlarında yabanı halda bitmiş marixuana bitkisini yığıb qurudaraq orada gizlədib saxladığını, həmin gün isə onu özü ilə Ağdaş şəhərinə aparmaq məqsədi ilə üzərində saxladığını bildirmişdir. Sonra təqdim edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq üzəri möhürlənmiş, hal şahidlərivə iştirakçılar tərəfindən imzalanmışdı. Həmçinin, təhqiqatçı tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə protokolu da ucadan oxunmuş, əlavə və düzəliş olmadığından Təqsirləndirilən şəxs, hal şahidləri, həmçinin, iştirak edən polis əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 12 mart 2021-ci il tarixdə saat təxminən 13 radələrində Qəbələ şəhərinin mərkəzində imiş. Bu zaman Qəbələ rayon polis şöbəsinin əməkdaşları kimi özlərini təqdim edən şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Qəbələ rayon polis şöbəsində üzərində narkotik vasitə olan marixuana gəzdirməkdə şübhəli şəxsin üzərinə axtarış-götürmə aparılacağını və həmin axtarış-götürmə aparılmasında ondan hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. Könüllü olaraq razılıq verərək Qəbələ rayon polis şöbəsinin inzibati binasının birinci mərtəbəsinə gəlmiş, orada təhqiqatçı, həmçinin, digər polis əməkdaşları, o cümlədən vəkil Müdafiəçi var imiş. Polis əməkdaşlarından təhqiqatçı orada olan mülki geyimdə əvvəllər tanımadığı şəxsi ona Ağdaş rayon sakini Təqsirləndirilən şəxs olduğunu bildirib onun narkotik vasitənin qanunsuz saxlaması və daşımasında şübhəli olduğunu deyərək üzərinə şəxsi axtarış aparılacağını qeyd etmiş, ondan həmin şəxsi tanıyıb tanımadığını soruşmuşdur. Həmin şəxsi tanımadığını və birinci dəfə gördüyünü demiş, sonra ona hal şahidi kimi hüquq və vəzifələrim izah edilmişdir. Az sonra digər bir mülki geyimli Qəbələ şəhər sakini kimi tanıdığı Fərhad adlı şəxs də gəlmiş, ona da hüquq və vəzifələri izah edilmiş, vəkilin, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması sorğu edilmişdir. Təqsirləndirilən şəxs əyinindəki gödəkçəsinin altında göy rəngli sellafon torbada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Əziz Əziovdan həmin sellafon torbanı təqdim edilməsi istənildikdə o, könüllü olaraq gödəkçəsinin altında saxladığı 1 ədəd göy rəngli sellafon torbanı təqdim etmişdir. Təqdim edilmiş sellafon torba açıldıqda içərisindən yaşıl rəngli kəskin iyə malik qurudulmuş marixunaya bənzər kütlə aşkar edilmiş, aşkar edilmiş kütlə elektron tərəzidə çəkildikdə sellfon torba ilə birgə çəkisinin təxminən 1 kq yaxın olduğu müəyyən edilmişdir. Ancaq tam olaraq neçə qram olmasını unutmuşdur, doqquz yüz qram olmasını xatırlayırmış. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütləni polislər hardan əldə etməsi barədə şifahi sorğu edildikdə o, 2020-ci ilin oktyabr-noyabr aylarında Bayramkoxa kəndində əkin sahəsinin kənarlarında yabanı halda bitmiş marixuana bitkisini yığıb qurudaraq orada gizlədib saxladığını, həmin gün isə onu özü ilə Ağdaş şəhərinə aparmaq məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra təqdim edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə qablaşdırılaraq üzəri möhürlənmiş, hal şahidləri və iştirakçı polislər, vəkil tərəfindən imzalanmışdır. Həmçinin, təhqiqatçı tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə protokolu da ucadan oxunmuş, əlavə və düzəliş olmadığından Təqsirləndirilən şəxs, hal şahidləri, həmçinin, iştirak edən polis əməkdaşları tərəfindən imzalanmışdır. Axtarış və götürmə aparılan zaman polis əməkdaşları və ya qeyri şəxslər tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs sərbəst özü içərisində narkotik vasitəyə bənzər qurudulmuş marixuana olduğunu bildirmiş, sellafon torbanı polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X6 ifadəsində göstərdi ki, 12 mart 2021-ci il tarixdə saat 14:10 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə öz razılıq ərizəsi əsasında hal şahidlərinin, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti keçirilən zaman əvvəlcədən Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə təqdim etmək təklif edilmiş və sonuncu təklifi qəbul edərək üzərində olan əşyaları könüllü təqdim edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Qəbələ rayon Bayramkoxa kəndində kəndində sahənin kənarından yığdığı, əyinində gödəkçənin altında saxladığı sellofan torbanın içərisində narkotik vasitə marixuana olduğunu və həmin bir ədəd sellofan torbanı çıxararaq içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Sellofan torba açılaraq içərisinə baxıldıqda orada kəskin iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən edilmişdir. Sellofan torbada olan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütlələri elektron tərəzidə çəkildikdə sellofan torba ilə birlikdə 927 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək qablaşdırılmış və üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı başqa cinayət xarakterli hal aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış, fotoşəkilər çəkilmiş, 01 ədəd cd disk və çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayon İcra və probasiya şöbəsinin probasiya üzrə böyük icra məmuru X9 ifadəsində göstərdi ki, Ağdaş rayon Məhkəməsinin 1(014)-32/2020 saylı 17.06.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göyçay rayon məhkəməsinin 11.03.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından qalan çəkilməmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı 12.05.2020-ci il tarixdən hesablanmışdır. Ağdaş rayon məhkəməsinin 1(014)-32/2020 saylı 17.06.2020-ci il tarixli hökmü Ağdaş rayon İcra və probasiya şöbəsinin icraatına 12.08.2020-ci il tarixdə daxil olmuş, həmin tarixdə məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hökmün icrasını təmin etmək məqsədi ilə məhkum Təqsirləndirilən şəxs 12.05.2020-ci il tarixdə qeydiyyata götürülərək, ona yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə məlumat vermək vəzifəsi olaraq tapşırılmışdır. Tərəflərindən 13.04.2021-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilərək bu barədə protokol tərtib edilmişdir. Ağdaş rayon məhkəməsinin 1(014)-32/2020 saylı 17.06.2020-ci il tarixli hökmü üzrə məhkum Təqsirləndirilən şəxs 06.08.2021-ci il tarixə kimi cəzasından 01 il 03 ay 5 gününü çəkmiş, onun çəkilməmiş 01 il 08 ay 25 gün cəzası qalmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 12 mart 2021-ci il tarixli “axtarış və götürmə barədə” protokoldan görünür ki, 12 mart 2021-ci il tarixdə saat 14:10 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə öz razılıq ərizəsi əsasında hal şahidlərinin, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti keçirilən zaman əvvəlcədən Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə təqdim etmək təklif edilmiş və sonuncu təklifi qəbul edərək üzərində olan əşyaları könüllü təqdim edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Qəbələ rayon Bayramkoxa kəndində kəndində sahənin kənarından yığdığı, əyinində gödəkçənin altında saxladığı sellofan torbanın içərisində narkotik vasitə marixuana olduğunu və həmin bir ədəd sellofan torbanı çıxararaq içərisində qurudulmuş marixuana olduğunu bildirmiş, həmin sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Sellofan torba açılaraq içərisinə baxıldıqda orada kəskin iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən edilmişdir. Sellofan torbada olan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütlələri elektron tərəzidə çəkildikdə sellofan torba ilə birlikdə 927 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək qablaşdırılmış və üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı başqa cinayət xarakterli hal aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkilş aparılmış, fotoşəkilər çəkilmiş, 01 ədəd cd disk və çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin X10 təqdim etdiyi 12 mart 2021-ci il tarixli 17/196 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Şübhəli şəxs Təqsirləndirilən şəxs.iştirkaçılar..hal şahidləri...” sözləri və imzaları yazılmış 01(bir) ədəd rəngli sellofna torbanın içərisindəki digər 01 (bir) ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi - 985,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İşdə olan mütəxəssis-aqronom X3 26.05.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun ifadəsinin yerində yoxlanılması zamanı 2020-cı ilin oktyabrnoyabr aylarında Qəbələ rayon Bayramkoxa kəndində əkin sahələrinin kənarında yabanı halda bitmiş çətənə bitkisinin yığıb, qurudub hazırladığını bildirdiyi yerə baxış keçirmiş və müəyyən etmişdir ki, həmin ərazi bu tip bitkilərin yabanı halda yetişməsi üçün xarakterikdir, narkotik tərkibli bitkilərin yabanı halda yetişməsi üçün münbit şərait vardır və yabanı halda narkotik tərkibli bitkilər yetişə bilər. İş materiallarına əlavə edilmiş 18.03.2021-ci il tarixli maddi sübutun tanınması və saxlanması haqqında qərardan görünür ki, iş üzrə götürülmüş 01 ədəd sellafon torbada təmiz çəkisi 895,00 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana iş əhəmiyyət kəsb etdiyində maddi sübut kimi tanınmış və saxlanılması üçün Qəbələ RPŞ-nin saxlaca verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X15 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X16 daxil olmuş 07.04.2021-ci il tarixli 462 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs publik hüquqi şəxsin polikilinika şöbəsində “Eroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin təqdim etdiyi 09.06.2021-ci il tarixli 676 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin təqdim etdiyi 18 may 2021-ci il tarixli 256 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin təktək psixopatikçizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlininin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni, ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Göyçay Rayon Məhkəməsinin 1(046)-4/2020 nömrəli, 11 mart 2020-ci tarixli hökmündən görünür ki, Əzizov X11 Rayon Məhkəməsinin 1(046)-4/2020 nömrəli, 11 mart 2020-ci tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Ağdaş Rayon Məhkəməsinin 1(014)-32/2020 nömrəli, 17 iyun 2020-ci tarixli hökmündən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-32/2020 nömrəli, 17 iyun 2020-ci tarixli hökmü ilə AR CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Göyçay rayon məhkəməsinin 11 mart 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından qalan çəkilməmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Ağdaş rayon İcra və probasiya şöbəsinin Qəbələ Rayon Məhkəməsinə təqdim etdiyi 18.08.2021-ci il tarixli, c/1-1428 nömrəli məktubdan görünür ki, Ağdaş rayon məhkəməsinin 1(014)-32/2020 saylı 17.06.2020-ci il tarixli hökmü üzrə məhkum Təqsirləndirilən şəxs 18.08.2021-ci il tarixə kimi cəzasından 01 il 03 ay 5 gününü çəkmiş, onun çəkilməmiş 01 il 08 ay 25 gün cəzası qalmışdır. İşdə olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05.04.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə edilir. İşdə olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2021-ci il tarixli, 1113 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X4, azyaşlı oğlu 2019-cu ildə anadan olmuş X7 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla üzərində daşımasında təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, işdə olan 18 may 2021-ci il tarixli ifadələrin yerində yoxlanılması protokolu, digər istintaq hərəkəti protokolları və maddi sübutla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi cəmi 895,00 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən səmini peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi, təyin edilən azadlıqdan məhrumetmə cəzasının 01 (bir) il müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Əzizov X11 Rayon Məhkəməsinin 1(046)-4/2020 nömrəli, 11 mart 2020-ci tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, eyni zamanda Ağdaş Rayon Məhkəməsinin 1(014)-32/2020 nömrəli, 17 iyun 2020-ci tarixli hökmündən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-32/2020 nömrəli, 17 iyun 2020-ci tarixli hökmü ilə AR CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Göyçay rayon məhkəməsinin 11 mart 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından qalan çəkilməmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin dövriyyəsi ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, lakin həmin cəzadan lazımi nəticə çıxarmamış, yenidən cinayət törətmişdir. Bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən haldır və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının məqsədini, yəni məhkumun islah edilməsini, həm özünün, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs çətin islah olunan şəxs olduğuna dəlalət edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkumluğunun olmasına diqqət yetirir, onun azadlıqdan məhrum edilmədən islah oluna bilməməsi qənaətinə gəlir. Nəticədə Təqsirləndirilən şəxs məhkumluğunun ödənilmədən, təyin olunmuş cəzanı çəkib qutarmadan yenidən cinayət törətməsi onun şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir ki, bu baxımdan onun barəsində daha sərt cəza tətbiq olunmalıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 1(014)- 32/2020 nömrəli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikası CM-nın 68.1.1.-1-ci maddəsinin tələblərinə riayət etməklə, yəni azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 10 (on) ay 12 (on iki) gün), cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan 12 mart 2021-ci il tarixli protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 12 mart 2021-ci il saat 13:30-dan hesablanmış, 14 mart 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda 17 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixdə qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulmuş, tutmanın əvvəli isə 17 may 2021-ci il saat 12:05dən hesablanmış, 18 may 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə hazırki hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli 18 avqust 2021-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarın» 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji dispanserin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində 01 ədəd sellafon torbada təmiz çəkisi 895,00 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 1(014)- 32/2020 nömrəli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1.-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 10 (on) ay 12 (on iki) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə, ona – 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdən 14 mart 2021-ci il tarixədək, 17 may 2021-ci il tarixdən 18 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 18 avqust 2021-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan 01 ədəd sellafon torbada təmiz çəkisi 895,00 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-37/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-37/2021
18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver