Məhkəmə qərarları › İş №1(025)-37/2022

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-37/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-37/2022 16.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 27 sentyabr 2016-cı il tarixdən başlayaraq 05 oktyabr 2005-ci il təvəllüdlü X6, 01 oktyabr 2007-ci il təvəllüdlü X5 və 04 fevral 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşağa 80,00 manat olmaqla, cəmi 240,00 manat, 18 avqust 2020-ci il tarixdən başlayaraq isə hər ay hər uşaq üçün 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(025)-97/2017 saylı və 06 iyul 2020-ci il tarixli 2(025)-640/2020 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib sonuncu dəfə 29 mart 2021-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 10 may 2022-ci il tarixədək şəxsi maraq niyyətilə Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(025)-97/2017 saylı qətnaməsi üzrə 3374,00 manat, 06 iyul 2020-ci il tarixli 2(025)-640/2020 saylı qətnaməsi üzrə isə 6300,00 manat olmaqla cəmi 9674,00 manat aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq və qəsdən icra etməyərək zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 dekabr 2004-cü il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 05 oktyabr 2005-ci il tarixdə Xumar, 01 oktyabr 2007-ci il tarixdə Nəzrin, 04 fevral 2010-cu il tarixdə isə Murad adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Bir müddət ayrı yaşadıqdan sonra Zöhrə nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, həmçinin ondan üç uşağın saxlanılması üçün hər ay 240,00 manat aliment müəyyən edilmişdir. O, həmin məbləği ödəməyə çalışmışdır. Lakin Zöhrə alimentin artırılması barədə yenidən məhkəməyə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsi ondan cavabdeh kimi qətnamənin qanuni qüvvəyə mindiyi gündən, yəni 18 avqust 2020-ci il tarixdən başlayaraq 05 oktyabr 2005-ci il təvəllüdlü X6, 01 oktyabr 2007-ci il təvəllüdlü X5 və 04 fevral 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair 06 iyul 2020-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamələrin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin alimenti tam olaraq ödəmədiyinə görə üç dəfə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Lakin Zöhrə ilə aralarında olan münasibətlərə görə alimenti ödəməmişdir. O, uzun müddətdir ki, mebel ustası işləyir və gördüyü işə uyğun olaraq ayda 500-600 manat qazancı olur. Yaranmış aliment borcunu çalışıb qazancı hesabına ödəyəcəkdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 dekabr 2004-cü il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 05 oktyabr 2005-ci il tarixdə Xumar, 01 oktyabr 2007-ci il tarixdə Nəzrin, 04 fevral 2010-cu il tarixdə isə Murad adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Ayrılarkən uşaqlar onun himayəsində qalmışdır. Ayrıldıqdan sonra Pərvin uşaqlarla maraqlanmamış və onların saxlanılmalarına maddi köməklik göstərməmişdir. Artıq bir ailə kimi yaşamaqları da mümkünsüz olmuşdur. Odur ki, nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, həmçinin Təqsirləndirilən şəxs üç uşağın saxlanılması üçün cəmi 240,00 manat aliment müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs müəyyən edilmiş aliment məbləğini ödəməmişdir. Həmçinin həmin məbləğ uşaqların zəruri xərcləri ilə müqayisədə azlıq təşkil etdiyindən alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsi Təqsirləndirilən şəxs cavabdeh kimi qətnamənin qanuni qüvvəyə mindiyi gündən, yəni 18 avqust 2020-ci il tarixdən başlayaraq 05 oktyabr 2005-ci il təvəllüdlü X6, 01 oktyabr 2007-ci il təvəllüdlü X5 və 04 fevral 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 06 iyul 2020-ci il tarixli qətnamə çıxarmışdır. Həmin qətnamənin qəbul edilməsindən də xeyli müddətin keçməsinə baxmayaraq Pərvin məhkəmə qətnamələrinə məhəl qoymamış və müəyyən olunmuş aliment məbləğlərini ödəməmişdir. Halbuki, Pərvin mebel ustası işlədiyindən onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, qərəzli şəkildə alimenti ödəməmişdir. Uşaqlar böyüdüyündən onların maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqlara baxmaqda çətinliklər çəkir. Maddi vəziyyətləri olduqca ağırdır. Buna görə də müəyyən edilmiş aliment məbləğlərinə ehtiyacı çoxdur. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə baxmayaraq Təqsirləndirilən şəxs yenə də alimenti ödəməmiş, ümumiyyətlə uşaqlarla maraqlanmamışdır. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, ona daha ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid ifadəsində göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(025)-97/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi 27 sentyabr 2016-cı il tarixdən başlayaraq 05 oktyabr 2005-ci il təvəllüdlü X6, 01 oktyabr 2007-ci il təvəllüdlü X5 və 04 fevral 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşağa 80,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə 01 mart 2017-ci il tarixli qərarla icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Lakin verilmiş müddətdə borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Görülmüş icra tədbirlərinə, o, cümlədən inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs müəyyən edilmiş aliment məbləğini tam olaraq ödəməmiş, aliment borcu yaranmışdır. Borclunun adına tələbin yönəldə biləcək əmlak və gəlirlərinin olub-olmamasını müəyyən etmək məqsədilə müvafiq sorğular verilmiş, nəticədə Təqsirləndirilən şəxs ailə üzvüləri ilə birlikdə adına həyətyanı torpaq sahəsinin olması müəyyən edilmişdir. Tələbin borclunun həmin əmlakına yönəldilməsi istiqamətində tədbirlər görülmüş və qeyd edilən torpaq sahəsi 3886,00 manat aliment borcu müqabilində tələbkar Zərərçəkmiş şəxs tərəfindən qəbul edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş yaranmış aliment borcunun ödənilməsi borcludan tələb olunmuş, məsuliyyəti barədə xəbərdarlıqlar verilmişdir. Təqsirləndirilən şəxs izahatında mebel ustası işlədiyini və gəlirlərinin olduğunu bildirsədə aliment borcunu ödəməkdən yayınmaqda davam etmişdir. Bundan başqa şöbənin icraatına Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(025)-97/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək qətnamənin qanuni qüvvəsini aldığı tarixdən, yəni 18 avqust 2020-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs cavabdeh kimi 05 oktyabr 2005-ci il təvəllüdlü X6, 01 oktyabr 2007-ci il təvəllüdlü X5 və 04 fevral 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli 2(025)-640/2020 saylı qətnaməsi əsasında verilmiş icra sənədi daxil olmuşdur. Həmin icra sənədi üzrə 20 avqust 2020-ci il tarixli qərarla icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Borclu qeyd edilən tələbin könüllü icrası təmin etmədiyindən həmin icra sənədi üzrə də məcburi icra tədbirlərinə başlanılmışdır. 08 sentyabr 2020-ci il tarixli qərarla hər iki icra sənədi üzrə icraat ümumi icraatda birləşdirilmiş və məcburi icra tədbirləri davam etdirilmişdir. Belə ki, borclu icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş aliment məbləğinin ödənilməsi ondan tələb olunmuşdur. Borclu müxtəlif əsassız bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Borcluya alimentin ödənilməsi üçün vaxt verilmiş, lakin xeyli müddətin keçməsinə baxmayaraq ödəniş etməmişdir. Odur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qəbələ Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 3(025)-170/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sonuncu dəfə inzibati məsuliyyətə cəlb edildikdən sonra da qətnamənin icrası borcludan tələb edilmiş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Borclu hər dəfə alimentin ödənilməsi ilə bağlı müxtəlif vədlər versə də, bundan sonra da ödəniş etməmişdir. Eyni zamanda icra sənədlərinin icrası istiqamətində borclu Təqsirləndirilən şəxsla fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Lakin icra sənədlərinin icraya yönəldilməsindən uzun müddətin keçməsinə, alimentin ödənilməsi üçün dəfələrlə vaxt verilməsinə, həmçinin üç dəfə inzibati qaydada məsuliyyətə cəlb edilməsinə və cinayət məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs görülmüş tədbirlərdən nəticə çıxarmamış və 10 may 2022-ci il tarixədək Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(025)-97/2017 saylı qətnaməsi üzrə 3374,00 manat, 06 iyul 2020-ci il tarixli 2(025)-640/2020 saylı qətnaməsi üzrə isə 6300,00 manat olmaqla, cəmi 9674,00 manat aliment borcunu ödəməməklə qətnamələrin icrasından yayınmaqda davam etmişdir. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə İcra və Probasiya şöbəsinə müraciət edərək uşaqların maddi tələbatlarının artdığını, təkbaşına onlara baxmaqda çətinliklər çəkdiyini və maddi vəziyyətlərinin ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. İşdə olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə qətnamələrin icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs həmin rayon məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(025)-97/2017 saylı və 06 iyul 2020-ci il tarixli 2(025)-640/2020 saylı qanuni qüvvəyə minmiş qətnamələri əsasında verilmiş icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 sentyabr 2017-ci il, 10 mart 2020-ci il və 29 mart 2021-ci il tarixlərdə hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməsi cinayətinin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadrə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar