Məhkəmə qərarları › İş №1(025)-37/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-37/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-37/2023 29.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1966-cı il tarixdə Qəbələ rayon Çarxana kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Qəbələ rayon Çarxana kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 və 259.3-cü maddələri ilə, xx.xx.1971-cı il tarixdə Qəbələ rayon Uludaş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Qəbələ rayon Uludaş kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 və 259.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2023-cü ilin yanvar ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə qanunsuz olaraq ağac kəsib sataraq qazanc əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Qəbələ rayonunun Çarxana kəndində yerləşən istifadəsində olan torpaq sahəsinin kənarında yerləşən meşə fonduna daxil olmayan Qəbələ rayon Hacıalılı bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı uqodiyası kolluq ərazi hesab edilən torpaq sahəsində yabanı halda bitmiş 14 ədəd palıd cinsinə məxsus bioloji inkişafda olan yaş köküstə ağacların bələdiyyə mülkiyyətinə aid ərazidə bitdiyini bildiyi halda buna məhəl qoymayaraq ərazinin onun evinin yaxınlığında və öz nəzarətində olan yer olması və bu səbəbdən oradakı ağacların kəsilməsi üçün pul müqabilində ondan razılıq alınmalı olması barədə Təqsirləndirilən şəxs2lə aralarında qeyri-qanuni sövdələşmə edərək ağacların kəsilməsinə maneəçilik törətməməsi üçün Təqsirləndirilən şəxs2 3500 (üç min beş yüz) manat məbləğində pul alaraq ağacların hər hansı qanuni əsaslar olmadan kəsilməsinə dair sonuncu ilə razılığa gəlib kəsiləcək ağacları birgə seçib müəyyən etdikdən sonra aralarında olan rol bölgüsünə uyğun olaraq o, ağacların qanunsuz kəsilməsinə maneəçilik törətmədən şərait yaratmış, bundan sonra qeyd olunan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində 1.X=727566.4884 Y=4524169.6680; 2.X=727613.9715 Y=4524186.1643; 3.X=727647.7174 Y=4524188.5175; 4.X=727614.6428 Y=4524163.6499; 5.X=727599.5465 Y=4524184.4675; 6.X=727630.7693 Y=4524191.8259; 7.X=727615.4248 Y=4524156.6342; 8.X=727604.7112 Y=4524167.5984 döngə nöqtə koordinatlarında yabanı halda bitmiş, yaş köküstə bioloji inkişafda olan 03 ədəd palıd ağacını 10 fevral 2023-cü il tarixdə səhər saat 11 radələrindən başlayaraq gün ərzində, yabanı halda bitmiş, yaş köküstə bioloji inkişafda olan 02 ədəd palıd ağacını isə 21 fevral 2023-cü il tarixdə saat 11 radələrindən başlayaraq gün ərzində, eləcə də həmin gün ağacların kəsilməsinə və onların avtomobillə çıxarılmasına maneçilik törətməsini əsas gətirib yabanı halda bitmiş, yaş köküstə bioloji inkişafda olan 01 ədəd vələs və 02 ədəd göyrüş cinsinə məxsus ağacları, yəni, 24 sm, 70 sm, 74 sm, 77 sm, 95 sm diametrdə olmaqla 05 ədəd palıd, 67 sm diametrdə 01 ədəd vələs, 02 ədəd 27 sm diametrdə göyrüş cinsinə məxsus olmaqla ümumilikdə 08 ədəd köküstə yaş və bioloji inkişafda olan ağacları qanunvericilikə müəyyən edilmiş əsaslar olmadan Təqsirləndirilən şəxs2lə birlikdə vahid niyyətlə əhatələnmiş qəsdlə sonuncunun gətirdiyi tanışları və ağacların qanunsuz kəsilməsindən məlumatlı olmayan motorlu mişar işlədən Şahid1 və fəhlələr X2, Şahid4 və Şahid3 dib hissəsindən kəsdirib budatdırmaqla hissələrə böldürmüş, Təqsirləndirilən şəxs2 isə birgə kəsdikləri ağacları oradan aparıb istintaqa məlum olmayan şəxslərə satmış, bununla da o, Təqsirləndirilən şəxs2 ilə birlikdə bələdiyyə mülkiyyətinə aid ərazidən qabaqcadan əlbir olan bir qrup şəxs halında 11850 (on bir min səkkiz yüz əlli) manat dəyərində külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağac kəsmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 2023-cü ilin yanvar ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə qanunsuz olaraq ağac kəsib sataraq qazanc əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, sonuncunun Qəbələ rayon Çarxana kəndində yerləşən istifadəsində olan torpaq sahəsinin kənarında yerləşən meşə fonduna daxil olmayan Qəbələ rayon Hacıalılı bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı uqodiyası kolluq ərazi hesab edilən torpaq sahəsində yabanı halda bitmiş 14 ədəd palıd cinsinə məxsus bioloji inkişafda olan yaş köküstə ağacların bələdiyyə mülkiyyətinə aid ərazidə bitdiyini bildiyi halda buna məhəl qoymayaraq ərazinin Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında və onun nəzarətində olan yer olması və bu səbəbdən oradakı ağacların kəsilməsi üçün pul müqabilində Təqsirləndirilən şəxs1 razılıq alınmalı olması barədə aralarında qeyri-qanuni sövdələşmə edərək ağacların kəsilməsinə maneəçilik törətməməsi üçün sonuncuya 3500 (üç min beş yüz) manat məbləğində pulu verdikdən sonra ağacların hər hansı qanuni əsaslar olmadan kəsilməsinə dair Təqsirləndirilən şəxs1la birgə razılığa gəlib kəsiləcək ağacları birgə seçib müəyyən etdikdən sonra qeyd olunan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində 1.X=727566.4884 Y=4524169.6680; 2.X=727613.9715 Y=4524186.1643; 3.X=727647.7174 Y=4524188.5175; 4.X=727614.6428 Y=4524163.6499; 5.X=727599.5465 Y=4524184.4675; 6.X=727630.7693 Y=4524191.8259; 7.X=727615.4248 Y=4524156.6342; 8.X=727604.7112 Y=4524167.5984 döngə nöqtə koordinatlarında yabanı halda bitmiş, yaş köküstə bioloji inkişafda olan 03 ədəd palıd ağacını 10 fevral 2023-cü il tarixdə səhər saat 11 radələrindən gün ərzində, yabanı halda bitmiş, yaş köküstə bioloji inkişafda olan 02 ədəd palıd ağacını isə 21 fevral 2023-cü il tarixdə saat 11 radələrindən etibarən gün ərzində, eləcə də həmin gün ağacların kəsilməsinə və onların avtomobillə çıxarılmasına maneçilik törətməsini əsas gətirib yabanı halda bitmiş, yaş köküstə bioloji inkişafda olan 01 ədəd vələs və 02 ədəd göyrüş cinsinə məxsus ağacları, yəni, 24 sm, 70 sm, 74 sm, 77 sm, 95 sm diametrdə olmaqla 05 ədəd palıd, 67 sm diametrdə 01 ədəd vələs, 02 ədəd 27 sm diametrdə göyrüş cinsinə məxsus olmaqla ümumilikdə 08 ədəd köküstə yaş və bioloji inkişafda olan ağacları qanunvericilikə müəyyən edilmiş əsaslar olmadan Təqsirləndirilən şəxs1la birlikdə vahid niyyətlə əhatələnmiş qəsdlə gətirdiyi tanışları və ağacların qanunsuz kəsilməsindən məlumatlı olmayan motorlu mişar işlədən Şahid1 və fəhlələr X2, Şahid4 və Şahid3 dib hissəsindən kəsdirib budatdırmaqla hissələrə böldürmüş, bundan sonra o, həmin kəsilmiş ağacları oradan aparıb istintaqa məlum olmayan şəxslərə satmış, bununla da o, Təqsirləndirilən şəxs1 ilə birlikdə bələdiyyə mülkiyyətinə aid ərazidən qabaqcadan əlbir olan bir qrup şəxs halında 11850 (on bir min səkkiz yüz əlli) manat dəyərində külli miqdarda ziyan vurmaqla qanunsuz olaraq ağac kəsmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 259.2.4 və 259.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əsl adı Valik olsa da, kənd içində Valeh deyə müraciət edirlər. Evindən təxminən 400-500 metr məsafədə Çarxana kəndində sahəsini dəqiq bilmədiyi dərəlik torpaq sahəsi vardır. Həmin sahə vəfat etmiş atasından qalmış və uzun müddətdir ki, istifadəsindədir. Torpaq sahəsinin kənarları bağlıdır, ancaq bir tərəfi açıqdır. Uuzn müddətdir ki, mal-qara dağıtmış, açıq qalmış, kənarlarını atası bağlamışdır. Həmin sahədə meyvə ağacları yoxdur, ancaq palıd, vələs, göyrüş kimi meşə ağacları vardır. Bağ sahəsinə, ağaclara heç bir qulluq etməmişlər, ağacları atası, özü, ailə üzvləri və ya başqa kimsə əkməmiş, yabanı halda özü bitmişdir. Topraq sahəsinin mülkiyyət sənədi olmasa da, anadan olandan, özünü dərk edəndən istifadələrində olduğu üçün bağ sahələri kimi qəbul edir. Qəbələ rayon Uludaş kənd sakini Kamal Zəkəriyyəyevi əvvəllər tanımamış, onu sonradan tanıdığı Ceyhun adlı şəxslər tanış etmişdir. Təxminən 2023-cü ilin yanvar ayının sonlarında dəqiq xatırlamadığı tarixdə Kamal onunla əlaqə saxlayaraq satlıq ağaclar olduğunu deyib onlara baxmaq, palıd ağaclarını almaq istədiyini demişdir. Razı olmuş, belə olub 2023-cü ilin fevral ayının dəqiq tarixini bilmədiyi günündə Kamal gəlib yuxarıda qeyd etdiyi sahədə yabanı halda bitmiş ağaclara baxmış və ümumilikdə 14 ədəd palıd ağacını bəyəndiyini bildirib həmin ağacları almaq istədiyini demişdir. Onunla 14 ədəd müxtəlif diametrdə palıd ağacını ümumilikdə 3500 manata razılaşamışlar. Həmin vaxt istəyi ilə Kamal ona 1000 manat da beh vermişdir. Şəxsi mülkiyyəti olduğunu bilsə ağacların kəsilməsi üçün bələdiyyədən icazə alınmalı olduğunu düşünərək Kamala ağacları kəsmək üçün bələdiyyədən icazə kağızı alacağını demiş, Kamal razılaşmışdır. Ancaq icazə kağızı aldıqdan sonra Kamalın ağacları kəsməsi barədə onunla hər hansı bir söhbəti olmamışdır. Belə ki, Kamal ağacları kəsəcək, özü də həmin vaxtlar bələdiyyədən icazə kağızı almalı imiş. Elə həmin vaxtlar maddi ehtiyacı olduğu üçün qalan 2500 manat pulu da Kamaldan almışdır. Səhəri gün fevral ayının dəqiq xatırlamadığı günündə Kamal tanımadığı fəhlələri ilə gələrək ondan aldığı 14 ədəd palıd ağacından 03 ədəd yaş köküstə palıd cinsli ağacları kəsib yıxmışdır. Həmin vaxt özü də orada olmuşdur. Hava pis olduğu üçün pulunu verib aldığı digər ağacları həmin gün kəsməmiş, çıxıb getmişlər. Təxminən 10-11 gün sonra, yəni 21 fevral 2023-cü il tarixdə Kamal yenə də motorlu mişar işlədən şəxs və fəhlələri ilə birgə gəlib qalan ağacları kəsmək üçü gəlmişlər, ancaq həmin vaxt ağacların kəsildiyi yerdə olmamışdır. Ancaq gəlib kəsməyə gəldikləri barədə məlumatlı olmuşdur. Daha sonra Kamal onunla əlaqə saxlayaraq ekologiya idarəsinin əməkdaşlarının gəldiklərini, ağacları kəsməyə icazə vermədiklərini, kəsdikləri ağacları isə aktlaşdırdıqlarını ona demişdir. Buna görə də hadisə yerinə gəlmişdir.Orada ekologiya idarəsinin əməkdaşları Rasim və Cəlal adlı şəxsləri görmüşdür. Onlar kəsilmiş ağacların bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində olduğunu deyərək aktlaşdıraraq çıxıb getmişlər. Ondan kəsilmiş ağaclara görə heç bir sənəd tələb etməmişlər. Həmin vaxt torpaq sahəsinin özünün deyil, bələdiyyə mülkiyyətinə aid olduğunu bilmişdir. İkinci dəfə Kamal razılaşdıqları 2 ədəd palıdı, eləcə də əlavə olaraq 01 ədəd vələs və 02 ədəd göyrüş ağaclarını yaş köküstə vəziyyətdə kəsmişdir. Hadisə yerinə çatdıqda ağacları yerə yıxılmış vəziyyətdə görmüşdür. Ağacların kəsilməsi üçün heç bir dövlət orqanına rəsmi, şifahi və sair formada müraciət etməmiş, heç bir icazə almamışdır. Kamala satdığı ağacların şəxsi mülkiyyətində olmasını demiş, ancaq sənəd təqdim edəcəyini deməmişdir. Həmin yerdə qeyd olunan ağaclardan başqa ağac kəsdirməmiş, kəsməmiş, baxış zamanı aşkar edilmiş ağackökləri uzun müddətdir ki, kəsilmiş ağacların kök hissələri ola biləcəyini, torpaq sahəsi evindən uzaq olduğu üçün başqa şəxslərin kəsdiyini, bundan məlumatı olmadığını bildirmişdir. Ağacların kəsildiyi torpaq sahəsi 50 ildən artıqdır ki, istifadəsindədir, heç bir vergi ödəməmişdir. Torpaq sahəsində meyvə ağacları yoxdur. Təqsirləndirilən şəxs2 iki dəfəyə ümumilikdə 05 ədəd palıd, 02 ədəd göyrüş və 01 ədəd vələs cinsli ağaclar kəsmişdir. Kəsdiyi ağacları aparmış, kök və ancaq bəzi hissələri torpaq sahəsində qalmışdır. Kamal yaş köküstə 02 ədəd göyrüş və 01 ədəd vələs cinsli ağacı isə almaq üçün deyil, onları ağac kəsən zaman mane olduğu üçün kəsmişdir. 02 ədəd göyrüş və 01 ədəd vələs ağacını kəsdikdə bu barədə ona məlumat vermiş, etiraz etməmiş, razılıq vermişdir. Kamala satdığı digər 09 ədəd palıd cinsli ağacların hansı ağaclar olduğunu hadisənin üzərindən xeyli müddət keçdiyindən unutmuş, hadisə yerinə baxış keçirilən zaman həmin ağacları təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs1 həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, cinayəti bilərəkdən törətmədiyini, ağacların onun torpaq sahəsində yerləşməsini bildiyini, Qəbələ rayonu Hacıalılı bələdiyyəsinə dəymiş ziyanın hissə-hissə ödənilməsi ilə bağlı həmin bələdiyyə ilə razılığa gəldiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını, himayəsində 2 azyaşlı uşağının olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, uşaqlarından biri ağır talassemiya xəstəsidir. Məhz uşağının səhhətində yaranan ciddi problemlərə görə ağacları sataraq uşağını müalicə etdirmək qərarına gəlmişdir. Ailəsində ondan başqa qazanc gətirən şəxs yoxdur. Qərar qəbul edərkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 259.2.4 və 259.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qəbələ rayon Çarxana kənd sakini Valik (ləqəbi Valeh) adlı şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. Bir müddətdir ki, Qəbələ rayonunu ərazisində ayrı-ayrı şəxslərdən müxtəlif cins ağacları alaraq müxtəlif şəxslərə satır. Belə ki, həmin ağacları ondan ustalar fiqur, həmçinin, parket üçün alırmışlar. Bəzən də qəssablara ət kötüyü kimi satırmış. Təxminən 2023-cü ilin yanvar ayının sonları dəqiq xatırlamadığı gündə Bum qəsəbə sakinləri, əvvəllər tanıdığı Ceyhun adlı iki nəfər şəxs ona rayonun Çarxana kəndində Valik adlı şəxsdə satlıq palıd ağaclarının olduğunu bildirmişlər. Belə ki, hər iki Ceyhun adlı şəxslər onun ağac alqı-satqısı ilə məşğul olduğunu bildiklərindən müştəri taparaq oradan öz pullarını alırmışlar. Razı olmuş, ağacları almaq üçün Valiklə görüşmək qərarına gəlmişdir. Yəni, ağacları baxıb bəyənərək almalı, Ceyhungillə razılaşmalarına əsasən hər ağaca görə onlara 20 manat pul verməli, ağacları da Ceyhun adlı şəxslər kəsməli imiş. Bu məqsədlə elə həmin vaxtlar 2023-cü ilin yanvar ayının sonları dəqiq xatırlamadığı gündə həmin iki nəfər Ceyhun adlı şəxslərlə birgə Ceyhungilin avtomobili ilə onların göstərdiyi yerə Çarxana kəndinə getmişlər. Orada Ceyhungilin çağırması ilə Valiklə görüşmüşlər. Valik həyətlərindən çıxmış, evinin yaxınlığında bir sahəyə getmişlər. Torpaq sahəsi təxminən 60-70 sot arası olarmış. Torpaq sahəsində dərənin döş hissəsində çoxlu sayda yaş köküstə palıd və digər ağaclar bitmişdir. Həmin ağacların yerləşdiyi yerə görə onların yabanı halda bitməsi aşkar görünürmüş. Belə ki, ümumən ağacların bitdiyi yer kolluq sahə imiş. Dərənin bəzi yerlərdə hündürlüyü 40-50 metrə çatırmış. Valikdən həmin ağacların bitdiyi yerin mülkiyyət sənədlərinin olub-olmadığını soruşmuş, Valik “ağacların bitdiyi yer mülkiyyətimdir, heç bir problem yoxdur” deyə cavab vermişdir. Valikdən ona sənəd göstərməsini istəmiş, ancaq Valik sənəd təqdim etməmiş, “sənəd mən, sənin nə işinə işini gör” deyə cavab vermişdir. Valikə inanmış, buna görə də Valikin təqdim etdiyi ağacları kəsib almaq qərarına gəlmiş, təqdim olunan müxtəlif diametrdə 14 ədəd palıd ağaclarını bəyənmişdir. Ağacları gövdə hissəsini material kimi, digər materiala yararsız hissələri isə oduncaq kimi istifadəyə yararlı imiş. Amma Valik 14 ədəd palıd ağacına görə ondan 4000 manat pul istəmiş, baha olduğu üçün razılaşmamışdır. Qayıdıb birgə evlərinə gəlmişdir. Bundan bir neçə gün sonra ağacları yenə də hər iki Ceyhunla ağacları almaq üçün əlavə olaraq bir dəfə də Valiklə qiymətdə razılaşmaq üçün görüşmüş, ancaq Valik razılaşmamış, yalnız üçüncü dəfə, təxminən 2023-cü ilin yanvar ayının sonları dəqiq xatırlamadığı gündə müxtəlif diametrdə 14 ədəd palıd ağaclarını 3500 manata almağa Valiklə razılaşmışlar. Ağacların gövdə, oduncaq hissələri olmaqla bütün hissələrini alacaqmış, kök hissələri isə torpaqda qalacaqmış. Ağacları kök hissədən kəsilməklə almağa razılaşmışlar. Valikin istəməsi ilə ona beh olaraq 1000 manat pul vermişdir. Hər iki Ceyhun adlı şəxsə isə ümumilikdə 20 manat pul vermiş ki, ağacları kəsdikdən sonra da onlara hər ağaca görə 20 manat pul verəcəkmiş. Bundan bir neçə gün sonra təxminən 10 fevral 2023-cü il tarixdə tanışları motorlu mişar işlədən Natiq və fəhlələr Elvin, Vüsalla birgə ağacları kəsməyə getmişlər. Belə ki, Ceyhungilin motorlu mişarları işləmədiyi üçün onları ağacları kəsməyə aparmamışdır. Artıq bundan bir və ya iki gün əvvəl Valikə onun istəyi ilə qalan 2500 manatı da vermişdir. 10 fevral 2023-cü il tarixdə səhər saat təxminən 11 radələrindən etibarən 03 ədəd müxtəlif diametrdə palıd ağacını motorlu mişar işlədən Natiq kəsib yıxmış, fəhlələr də işləmişlər. Həmin vaxt Valik orada olmuş, ağacların kəsilməsini görmüşdür. Ancaq yağış yağdığı üçün işi davam etdirməmişlər, oradan birgə çıxıb getmişlər. Ağaclar isə kəsildikləri yerdə qalmışdır. Bundan təxminən 10-11 gün sonra, yəni, 21 fevral 2023-cü il tarixdə səhər saat təxminən 11 radələrindən etibarən yenə də həmin yerdə Valikin ona satdığı ağacları motorlu mişar işlədən Natiqə kəsdirib, eləcə də fəhlələri Elvin, Vüsal və Sübhan adlı şəxslərə ağacları təmizlədib material hissələrini özünə məxsus Ford Transit markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə yüklədirmiş. Həmin gün ümumilikdə 02 ədəd palıd, 02 ədəd göyrüş və 01 ədəd vələs ağacı kəsdirmişdir. Ekologiya idarəsinin əməkdaşları hadisəni aktlaşdırmış, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğunu bildirmiş, işi dayandırmışlar. Ancaq həmin gün orada Valik olmamışdır. Ekologiya əməkdaşları oraya gəldikdən sonra Valiki çağırmış, Valik oraya gəlmişdir. Fəhlələrin köməkliyi ilə həmin kəsdirdiyi ağacları avtomobilinə yükləyərək oradan həyətinə aparmışdır. Həmin vaxt orada müxtəlif diametrdə olan yaş köküstə 02 ədəd göyrüş və 01 ədəd vələs növlü ağacları cığıra əyilərək mane olduğu, eləcə də üzərinə palıd ağacı düşərək sındırdığı üçün Valikin icazəsi ilə motorlu mişar işlədən Natiqə dib hissədən kəsdirmişdir. Həmin ağacları özbaşına kəsdirməmişdir. Beləliklə, iki dəfəyə ümumilikdə 05 ədəd palıd, 01 ədəd vələs və 02 ədəd göyrüş cinsli, yəni, 08 ədəd ağac kəsdirmişdir. Ağacları kəsdirdiyi torpaq sahəsində heç bir meyvə ağacı yoxdur, ilk dəfə idi ki, həmin ərazidən ağac kəsdirmişdir. Ağacların kəsilməsi barədə hər hansı bir dövlət orqanına məlumat verməmişdir. Apardığı motorlu mişar işlədən, eləcə də fəhlələr də ağacların bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində olmasını bilməmişlər. Kəsib apardığı ağacları müxtəlif vaxtlarda müxtəlif şəxslərə satmış, hazırda həmin ağaclar qalmamışdır. Ancaq satdığı şəxsləri və eləcə də hansı qiymətə satdığını xatırlamır. Valiklə aralarındakı razılaşmadan uzun müddət keçdiyi üçün iştirakıilə hadisə yerinə baxış keçirilən zaman Valikdən aldığı və kəsilməmiş digər 09 ədəd palıd ağacını təqdim edə bilməmiş, həmin yerdə başqa çoxlu palıd ağacları olduğu üçün hansıları olduğunu unutmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, Qəbələ rayonu Hacıalılı bələdiyyəsinə dəymiş ziyanın hissə-hissə ödənilməsi ilə bağlı həmin bələdiyyə ilə razılığa gəldiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Həmçinin əlavə olaraq göstərdi ki, cinayəti bilərəkdən törətməmişdir. Belə ki, ağacların kəsildiyi torpaq sahəsinin Təqsirləndirilən şəxs1 məxsus olduğunu bilmişdir. Həmçinin himayəsində yaşlı atası və yaşlı anası vardır. Talesemiya xəstəsi olan qızını evləndirmiş və həmin qızının 2 uşağı da talesemiya xəstəsi olmaqla onun himayəsində qalırlar. Ailələrini dolandıran yeganə şəxs odur. Məhkəmədən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmişin nümayəndəsi Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və X5 əvvəllər tanımamış, heç bir ədavəti yoxdur. 2022-ci ilin 19 sentyabr tarixdən Hacıalılı bələdiyyəsinin sədri vəzifəsində işləyir. Bələdiyyəyə Hacıalılı, Çarxana, Şəfili və Şamlı kəndlərinin əraziləri daxildir. Təxminən 2023-cü ilin fevral ayının dəqiq xatırlamadığı bir gündə ekologiya əməkdaşları onunla Hacıalılı kəndində görüşərək Çarxana kəndində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində Kamal və Valik adlı şəxslərin ağacları qanunsuz kəsdiklərini bildirmişlər. Həmin şəxslərin ağacları kəsmək üçün icazələrinin olmadığını bildirmişdir. Bir müddət sonra Çarxana kəndində ağacların kəsildiyi torpaq sahəsinə baxış keçirmiş və müəyyən etmişdir ki, 05 ədəd palıd, 02 ədəd göyrüş və 01 ədəd vələs cinsli yaş köküstə ağac kəsilmişdir. Ağacların kəsildiyi yer isə kolluq ərazidir, heç bir bağ və xüsusi mülkiyyət olmadığı aşkar görünürmüş. Ağacları kəsmiş şəxslər ondan heç bir icazə almamış, eləcə də məlumat verməmişlər. Ağacların kəsmiş şəxslərlə heç bir ünsiyyəti olmamış, yalnız kəsildikdən sonra məlumatı olmuşdur. Əgər əvvəlcədən bilsəydi buna imkan verməzmiş. Vəzifələrinin icraasına yeni başladığı üçün ağacların kəsildiyi yerlə ümumiyətlə tanış deyilmiş, kimin istifadəsində olmasını bilməmişdir. Valik və ya qeyri-kimsə ona həmin yerin sənədləşdirilməsi üçün müraciət etməmiş, eləcə də icarə istifadəyə görə icarə müqaviləsi bağlamamış, həmçinin, bələdiyyə büdcəsinə hər hansı bir ödəniş, eləcə də dəymiş ziyandan heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 19 iyun 2023-cü il tarixli 9/3852 nömrəli rəy ilə tanış olmuş, həmin rəydə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən yaş köküstə ağacların kəsilməsi nəticəsində təbiətə ümumilikdə 11850 manat maddi ziyan dəyməsi barədə xüsusatlarla, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 28 avqust 2023-cü il tarixli məktubda ağacların kəsildiyi yerin Qəbələ rayon Hacıalılı bələdiyyəsinin mülkiyyətinə aid kateqoriyası kənd təsərrüfatı təyinatlı uqodiyası kolluq olan ərazi olması barədə xüsusatlarla razıdır. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, zərərçəkmiş şəxs Qəbələ rayonu Hacalılı Bələdiyyəsi olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmişlər. Belə ki, dəymiş ziyanın hissə-hissə ödənilməsi barədə təqsirləndirilən şəxslərlə razılıq əldə edərək, müqavilə bağlamışlar. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Oğuz rayon Xaçmaz kəndində qeydiyyata olsa da, Qəbələ rayon Zarağan kəndində yaşayır. Heç bir rəsmi iş yeri yoxdur, ancaq 1 ədəd markasını bilmədiyi motorlu mişarı vardır, sifariş olduqda odun və ağac kəsərək dolanır. Qəbələ rayon Çarxana kənd sakini Valik (ləqəbi Valeh) adlı şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. Qəbələ rayon Uludaş kənd sakini Kamal Zəkəriyyəyevi isə uzun müddətdir ki, tanıyır, normal münasibətləri vardır. Təxminən 2023-cü ilin fevral ayında dəqiq tarixini bilmədiyi gündə Kamal onunla mobil telefon əlaqəsi saxlayaraq “kəsiləsi ağac var gedək kəsək” demiş, ona 50 manat zəhmət haqqı verəcəyini bildirmişdir. Razı olmuş, həmin vaxtlar, yəni 2023-cü ilin fevral ayında dəqiq xatırlamadığı günlərində iki dəfə olmaqla Kamalın idarə etdiyi avtomobillə Qəbələ rayon Çarxana kəndinə getmişlər. Həmçinin, orada Kamalın adlarını bilmədiyi fəhlələri də olmuşdur. Onları Kamal tapmış, tanımışdır. Çarxana kəndində dərəlik sahəyə getmişlər. Orada sonradan tanıdığı Valik adlı şəxs də varmış. Valik bağın sahibi olduğunu, ağacların ona məxsus olduğunu, şəxsi torpağı olduğunu deyirmiş. 2023-cü ilin fevral ayı ərzində iki dəfəyə ayrı-ayrı günlərdə Kamalın göstərməsi ilə onun dediyi 05 ədəd müxtəlif daimetrdə palıd cinsinə aid ağacı kök hissədən dibindən motorlu mişarla kəsərək yerə yıxmış, kəsdiyi ağacların gövdə və kök hissələrini budayaraq ayırmışdır. Həmin vaxt orada müxtəlif diametrdə olan yaş köküstə 02 ədəd göyrüş və 01 ədəd vələs növlü ağaclar varmış ki, onlardan vələs cinsli ağac yola əyilərək mane olduğu üçün üçün, 02 ədəd göyrüş ağaclarının isə üzərinə palıd ağacı düşərək sındırdığı üçün Kamalın və Valikin göstərişi ilə kök dib hissədən kəsərək yerə yıxmışdır. Beləliklə, ümumilikdə 05 ədəd palıd, 01 ədəd vələs və 02 ədəd göyrüş cinsli ağac kəsmişdir. Ağacların bir hissəsini avtomobilə fəhlələr yükləmişdir. Bu zaman oraya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gəlmiş, kəsdikləri ağaclara görə müvafiq sənədlər tələb etmişlər. Ekologiya əməkdaşları kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsinin bələdiyyə, meşə ola biləcəyini demiş, baş vermiş hadisəni ağacların kəsilməsini sənədləşdirmiş, fotoşəkillər çəkib çıxıb getmişlər. Kamal ağacların materiala yararlı gövdə hissələrini aparmış, kök hissələri orada qalmış, ona 50 manat zəhmət haqqını vermişdir. Oradan evlərinə qayıtmışlar. İlk dəfədir ki, həmin yerdən ağac kəsirmiş. Ağacları kəsərkən onların Valikin mülkiyyətinə aid torpaq sahəsində bitdiyini bilmiş, əvvəlcədən bələdiyyə mülkiyyətinə aid olmasını bilsəydi kəsməzmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Qəbələ rayon Çarxana kənd sakini Valik (ləqəbi Valeh) adlı şəxs əvvəllər tanımamış, heç bir münasibətləri olmamışdır. Qəbələ rayon Uludaş kənd sakini Kamal Zəkəriyyəyevi isə uzun müddətdir ki, tanıyır, normal münasibətləri vardır, həmkəndlisidir. Təxminən 2023-cü ilin fevral ayında dəqiq tarixini bilmədiyi gündə Kamal onunla mobil telefon əlaqəsi saxlamış və bildirmişdir ki, "Çarxana kəndində bir nəfərin həyətində avtomobilə ağac yığılacaq, iş var". Ona 20 manat verəcəyini demişdir. O da razı olmuşdur. Elə həmin vaxtlar, yəni 2023-cü ilin fevral ayının xatırlamadığı bir günü Kamal idarə etdiyi Ford markalı avtomobillə həyət qapılarına gəlmiş və onu öz avtomobilinə mindirmiş, avtomobildə digər fəhlə həmkəndlisi Elvin də olmuşdur. Sonradan yolda digər həmkəndlisi Sübhanı da götürmüşdür. Avtomobildə söhbət zamanı Kamal bildirmiş ki, "Çarxana kəndinə gedirik, bir nəfərin həyətindən ağacları almış, onları doğrayıb avtomobilinə yükləmək lazımdır". Yolla gedəndə Zarağan kəndində Kamal avtomobilini saxlayıb həyətdən bir nəfər də adını sonradan bildiyi Natiq adlı şəxsi də avtomobilinə mindirmişdir. Həmin şəxsinə əlində motorlu mişar olmuşdur. Ağacları həmin şəxs kəsəcəkmiş. Onlar Qəbələ rayon Çarxana kəndinə bir bağ kimi, dərəlik sahəyə gəlmişlər. Həmin sahənin kənarında evlər olmuşdur. Orada sonradan tanıdığı Valik adlı şəxs var imiş. Valik bağın sahibi olduğunu, ağacların ona məxsus olduğunu, şəxsi torpağı olduğunu onlara demişdir. Valik "narahat olmayın, öz şəxsi torpağımdır" demişdir. Ancaq ondan sənəd tələb etməmişlər, çünki o bu barədə əvvəlcədən Kamalla danışdığını bilirmiş. Bundan sonra o, Kamalın göstərməsi ilə Natiq onun dediyi 05 ədəd müxtəlif daimetrdə palıd cinsinə aid ağacı kök hissədən dibindən motorlu mişarla kəsərək yerə yıxmışdır. Həmçinin, kəsdiyi ağacların gövdə və kök hissələrini budayaraq ayırmışdır. Həmin vaxt orada müxtəlif diametrdə olan yaş köküstə 02 ədəd görünc və 01 ədəd vələs növlü ağaclar var imiş. Onlardan vələs cinsli ağac cığıra əyilərək mane olduğu üçün üçün, 02 ədəd görünc ağaclarının isə üzərinə palıd ağacı düşərək sındırdığı üçün Valikin göstərişi ilə motorist Natiq kök dib hissədən kəsmiş və yerə yıxmışdır. Beləliklə, ümumilikdə 05 ədəd palıd, 01 ədəd vələs və 02 ədəd görünc cinsli ağac kəsmişdir. Bu zaman oraya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gəlmişlər. Onlar kəsilmiş ağaclara görə müvafiq sənədlər tələb etmişlər. Ekologiya əməkdaşları kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsinin bələdiyyə, meşə ola biləcəyini demişlər. Sonra baş vermiş hadisəni ağacların kəsilməsini sənədləşdirmişlər, fotoşəkillər çəkmişlər və çıxıb getmişlər. Onlar da çıxıb evlərinə getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid3 digər şahidlər Şahid1 və X6 ilə eyni məzmunlu ifadə verərək, onların göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Qəbələ rayon Çarxana kənd sakini Valik (ləqəbi Valeh) adlı şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. Qəbələ rayon Uludaş kənd sakini Təqsirləndirilən şəxs2 isə uzun müddətdir ki, tanıyır, uzaq qohumudur, normal münasibətləri vardır. Kamalın həyətində ağaclardan fiqurlar hazırladığını bilir. Təxminən 2023-cü ilin yanvar ayının sonları dəqiq tarixini bilmədiyi gündə Qəbələ rayon Çarxana kənd sakini Valikin həyətində palıd ağacları olması barədə xatırlamadığı şəxsdən eşitmişdir. Həmin vaxt yanında həmkəndlisi Şahid5 da varmış. Bu barədə elə həmin vaxtlar Kamala bildirmiş, niyyəti Kamal ağacları alsa, işləri düzəlsə ona və Şahid5 pul verməsi olmuşdur. Elə həmin vaxtlar Kamala bu barədə bildirmişdir. Ona “Çarxana kəndində Valikin həyətində ağac vardır, baxıb ala bilər” demişlər. Kamal razı olmuş, birgə Çarxana kəndinə getmişlər. Valik adlı şəxslə görüşmüşlər. Onun həyətindən keçmişlər və həyətinə bitişik bağ sahəsinə gəlmişlər. Valik orada ağacları Kamala təqdim etmişdir. Təqdim etdiyi yerdə çoxlu sayda palıd, vələs göyrüş və sair ağaclar da varmış. Həmin ağaclar müxtəlif diametrlərdə yaş kök üstə imiş. Kamal ağaclara baxan zaman ondan torpaq sahəsinin meşə və sair yeri olub-olmadığını Valikdən soruşmuş, Valik isə həmin torpaq sahəsinin öz mülkiyyəti, hətta torpağın mülkiyyətinə dair sənədinin də olduğunu bildirmişdir. Orada Kamal xatırlamadığı sayda ağacları Valikdən alacağını bildirmiş, Valiklə ümumi qiyməti 3500 manata razılaşmışlar. Valikin istəyi ilə Kamal ona 1000 manat da beh vermiş ki, 15 gündən sonra gəlib ağacları kəsib aparsın. Bundan sonra birgə oradan evlərinə qayıtmışlar. Kamal onlara ağacları kəsdikdən sonra 20 manat pul verəcəkmiş. Kamal ağacları onların kəsməyini istəsə də, buna razı olmamışlar. Bundan sonra Kamalla əlaqə saxlamamışdır. Sonradan Kamalın başqa motorlu mişar işlədən şəxs və fəhlələrlə Çarxana kəndində Valikdən aldığı ağacları kəsən zaman ekologiya əməkdaşları tərəfindən saxlanıldığını, ağacların yerləşdiyi torpaq sahəsinin Valikin deyil, bələdiyyəyə məxsus olduğunun müəyyən edildiyini bilmişlər. Özü və Ceyhun Slüeymanov ağac kəsməmiş, eləcə də ağaclar kəsilən zaman orada olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 digər Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi müfəttiş vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 və Valik Mürəslovu əvvəllər tanımamış, heç bir ədavəti olmamışdır. 21 fevral 2023-cü il tarixdə Qəbələ rayonu Çarxana kəndində qanunsuz ağackəsmə ilə bağlı nəzarət tədbirləri zamanı Çarxana kəndində qəbirstanlığa yaxın ərazidə qanunsuz ağaclar kəsilməsi barədə məlumat daxil olmuşdur. Özü və birgə xidmətdə olan digər əməkdaş Şahid7 həmin yerə yaxınlaşdıqda bir ədəd dövlət qeydiyyat nişanlarını xatırlamadığı Ford markalı avtomobil, həmçinin, əlavə olaraq 6 nəfər şəxs görmüşdür. Onlardan ikisi sonradan adlarını bildiyi Kamal və Valik imiş. Kamal və Valikdən şəxsiyyət vəsiqələrini istədikdə onlar sənəd təqdim etməmiş, Kamal adını Təqsirləndirilən şəxs2 kimi, Valik isə özünü X4 təqdim etmişdir. Hər iki şəxs ağacları onların kəsdirdiyini etiraf etmişlər. Valik “mənim bağımdır, mən qorumuşam, kəsdirirəm” deyə cavab vermişdir. Həmin vaxt orada çoxlu sayda kəsilmiş palıd işlik materialı və budaqları, eləcə də bir ədəd motorlu mişar varmış. Ağacların kəsildiyi yer relyef formasına görə dərəlik, dağlıq olduğundan həmin yerin xüsusi mülkiyyət olmaması barədə onlarda şübhə yaranmış, bu barədə Çarxana kənd bələdiyyəsinə müraciət etmişlər. Bələdiyyə oraya gəlməsə də, bundan xəbərsiz olduğunu demişdir. İş yoldaşı Şahid8la həmin əraziyə baxış keçirilən zaman ərazidə yaş köküstə bioloji inkişafda olan müxtəlif diametrdə 05 ədəd palıd, 02 ədəd göyrüş və 01 ədəd vələs ağacının, ümumilikdə 08 ədəd yaş köküstə kəsilməsini aşkar edərək bu barədə akt tərtib etmişlər. Kamal və Valik isə akt tərtibində iştirakdan imtina etmişlər. Həmçinin, baxış keçirilən zaman fotoşəkillər çəkilmişdir. Orada olan 4 digər tanımadıqları 4 nəfər şəxs isə fəhlə olduqlarını, günəmuzd haqqa gəldiklərini, ağacların kimə məxsus olmasını bilmədiklərini bildirmişlər. Xəbərdarlıqlarına baxmayaraq Kamal və Valik kəsdikləri ağacları avtomobilə yükləməyə və işləməyə davam etmiş, kəsdikləri ağacları sonradan avtomobilə yükləyərək oradan aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 digər Şahid8 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini hər birinin törətməsi özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Nərmin Ağayeva tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi müfəttiş vəzifəsində işləyən Şahid8 iştirakı ilə ağacların kəsildiyi yerə, Qəbələ rayon Hacıallı kənd bələdiyyəsinə məxsus Çarxana kəndində yerləşən toraq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin ərazidən 24 sm, 70 sm, 4 sm, 77 sm və 95 sm diametrdə 05 ədəd palıd cinsinə, 67 m diametrdə 01 ədəd vələs cinsinə və hər ikisi 27 sm diametrdə 02 ədəd göyrüş cinsinə, ümumilikdə 08 ədəd yaş bioloji inkişafda olan yaş köküstə kəsilmiş ağacların kök hissələri aşkar edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 09 avqust 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qəbələ rayon Hacıallı bələdiyyəsinə məxsus Çarxana kəndində yerləşən torpaq sahəsinə mütəxəssis X16, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və Hacıalılı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxışın keçirilməsində məqsəd kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsinin mülkiyyət növünü müəyyən etmək və gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyinə görə kəsilmiş ağaclara məxsus hissələri aşkar etmək olmuşdur.Baxış keçirilən zaman müəyyən edilmişdir ki, ağacların kəsldiyi torpaq sahəsi relyefi dərəlik, təpəlikdən ibarətdir, kənarları bəzi hissələrdən çəpər, bəzi hissələrdən isə tikanlı məftillə bağlıdır, ancaq açıq hissələr də olduğu üçün giriş-çıxış sərbəstdir.Baxış zamanı həmin torpaq sahəsində çoxlu sayda yabanı halda bitmiş meşə ağacları palıd, vələs, göyrüş və bu kimi ağaclar aşkar edildi, kənd təsərrüfaına uyğun hər hansı bir meyvə ağacları aşkar edilmədi. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kəsdikləri 05 ədəd palıd cinsinə məxsus, 02 vələs və 01 ədəd göyrüş cinsinə məxsus ağacları təqdim etdilər. Həmin ağacların hansı növ mülkiyyətə aid olmasını müəyyən etmək məqsədi ilə kök hissələrinə mütəxəssis İlkin Əzizov tərəfindən GPS aləti ilə ölçmə işləri aparıldı, bu barədə baxışdan sonra rəsmi məktubla cavab veriləcəyi bildirdi. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aralarındakı razılığa əsasən kəsilməli olacaq qalan digər 09 ədəd palıd cinsli ağacları təqdim etməsi təklif edildikdə onlar bu razılaşmanın üzərindən uzun müddət keçməsinə, eləcə də orada başqa digər çoxlu sayda palıd ağacları olmasına, ağaclara hər hansı nişan qoyulmamasına görə həmin ağacları unutduqlarını, göstərə bilməyəcəklərini bildirmişlər. Baxış zamanı qanunsuz kəsilmiş vələs ağacına məxsus olan 06 ədəd budaq, 05 ədəd gövdə hissələri, eləcə də digər ağaclara məxsus müxtəlif ölçüdə budaq hissələri aşkar edildi.Aşkar edilmiş gövdə və budaq hissələri iş üçün əhəmiyyət kəsb edə biləcəyi üçün baxışda iştirak edən Hacıalılı bələdiyyəsinini sədri Zərərçəkmiş şəxs təhvil verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 27 may 2023-cü il tarixli “götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Şabanov X15 bələdiyyəsinə məxsus Çarxana kəndində ağacları özünə məxsus motorlu mişarla kəsdiyini, sonradan həmin motorlu mişarın xarab olmasına görə sökdüyünü bildirib 01 ədəd motorlu mişarı sökülmüş vəziyyətdə istintaqa təqdim etmişdir. Təqdim edilmiş ümumilikdə 01 ədəd sökülmüş vəziyyətdə olan motolu mişar sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüşdür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi müfəttiş vəzifəsində işləyən Şahid8 tərəfindən tərtib edilmiş 21 fevral 2023-cü il tarixli 75525 nömrəli aktdan görünür ki, 6 saylı RETS-in 07 fevral 2023-cü il tarixli 0002 saylı sərəncamı ilə Qəbələ rayon ərazisində X27 haqqında “Ekoloji Təhlükəsizlik haqqında” və digər mövcud X9vericiliyinin tələblərinin icra vəziyyəti ilə bağlı keçirilən reyd zamanı Çarxana kəndində qanunsuz ağac kəsilməsi faktı aşkar edilmişdir.Çarxana kənd sakini X12 yaşayış evinə yaxın dərə relyefinə malik sahədə Qəbələ rayon Uludaş kənd sakinləri tərəfindən qanunsuz ağac kəsdikləri müəyyən edilmişdir.Qeyd olunan vətəndaşlardan yalnız birinin ** CJ *** dövlət nömrə nişanlı Ford markalı avtomobilin sürcüsü Təqsirləndirilən şəxs2 kimliyini müəyyən edilmiş və onun iştirakı ilə kəsilmiş ağaclara baxış keçirilmişdir. Keçirilən baxış zamanı adı gedən ərazidən palıd cinsinə mənsub diametri 24 sm 01 ədəd, 70 sm 01 ədəd, 74 sm 01 ədəd, 77 sm 01 ədəd, 95 sm 01 ədəd, vələs cinsinə mənsub 67 sm 01 ədəd, göyrüş cinsinə mənsub 27 sm 02 ədəd cəmi 08(səkkiz) ədəd köküstə yaş ağacların kəsildiyi müəyəyn edilmişdir.Kəsilmiş ağacların işlik material hissələri yuxarıda göstərilən avtomobillə Təqsirləndirilən şəxs2 həyətinə aparıldığı bildirilmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs2 qeyd olunan ağacları ona Çarxana kənd sakini X21 tərəfindən kök üstə vəziyyətdə satılmasını bildirmişdir. Valeh Mürsəlov ağacları köküstə satılmasını etiraf etmişdir.Kəsilmiş ağacları hansı mülkiyyətə aid olduğu sualına Valeh Mürsəlov cavab verməmişdir. Faktla bağlı Hacıalılı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs məlumat verilmiş, sonuncu bundan xəbərsiz olduğunu, ağacların kəsildiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat verməmişdir.Kəsilmiş ağacların işlik material hissələri Təqsirləndirilən şəxs2 tərəfindən aparılmış, ağacların bəzi hissələri ərazidə saxlanılmışdır. Daha sonra Hacıalılı bələdiyyəsi Zərərçəkmiş şəxsl görüşmüş, kəsilmiş ağacların bələdiyyə mülkiyyətinə aid olmasını bildirmişlər. Ağac kəsilən ərazidən uzaqlaşandan sonra Təqsirləndirilən şəxs2 yerdə qalmış 15 (on beş) ədəd xüsusi ölçülərlə kəsilmiş işlik kötükləri idarə etdiyi yuxarıda qeyd olunan avtomobillə yığıb oradan aparmışdır. Aktda adları qeyd olunan vətəndaşlar izahat verməkdən imtina etmişlər. İlkin baxış zamanı ərazidən çəkilən fotoşəkillərin əksi çıxarılaraq akta əlavə olunmuşdur. Akta əlavə edilmiş “Yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması” barədə cədvəldən görünür ki, təbiətə dəymiş ziyanın ümumi məbləği 11850 (on bir min səkkiz yüz əlli) manat təşkil edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 19 iyun 2023-cü il tarixli 9/3852 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizası rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikasının 6 saylı RETSİ-si tərəfindən tərtib edilmiş 75525 saylı akta əlavə edilmiş hesabat cədvəlinə əsasən Qəbələ rayonu Çarxana kənd sakini X20 və Uludaş kənd sakini Təqsirləndirilən şəxs2 tərəfindən bələdiyyə mülkiyyətinə aid olan ərazidən diametri 01 ədəd 24 sm, 01 ədəd d=70 sm, 01 ədəd d=74 sm, 01 ədəd d=77 sm, 01 ədəd d=95 sm palıd cinsindən, 01 ədəd d=67 sm vələs cinsindən, 02 ədəd d=27 sm göyrüş cinsindən olan , ümumilikdə 08 ədəd köküstə yaş bioloji inkişafda olan müxtəli cinsli ağacların qanunsuz kəsilərək(tikinti və abadlaşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın məbləği Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən nəzəri qaydada 11850(on bir min səkkiz yüz əlli)manat müəyyən olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 28 avqust 2023-cü il tarixli 4-21-3-42/2-4075/2023 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyinə əsasən İdarənin mütəxəssisi tərəfindən 09 avqust 2023-cü il tarixdə Qəbələ rayon Çarxana kındində yerləşən əraziyə baxış keçirilmiş və GPS aləti vasitəsi ilə ölçmə işləri aparılmışdır.Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Çarxana kəndi ərazisində kəsilmiş 08 ədəd yaş köküstə ağaclar Çarxana kənd İ.Ə.D-nin sərhəddi daxilində, Hacıalılı bələdiyyəsinin mülkiyyətinə aid kateqoriyası kənd təsərrüfatı təyinatlı uqodiyası kolluq ərazidə yerləşir.Ağacların kök hissələrinin yerləşdiyi torpaq saələrinin koordinatları aşağıdakı kimidir: 1.X=727566.4884 Y=4524169.6680; 2.X=727613.9715 Y=4524186.1643; 3.X=727647.7174 Y=4524188.5175; 4.X=727614.6428 Y=4524163.6499; 5.X=727599.5465 Y=4524184.4675; 6.X=727630.7693 Y=4524191.8259; 7.X=727615.4248 Y=4524156.6342; 8.X=727604.7112 Y=4524167.5984. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxs Qəbələ rayonu Hacalılı Bələdiyyəsi olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışıq əldə edərək dəymiş ziyanın hissəhissə ödənilməsi barədə təqsirləndirilən şəxslərlə razılıq əldə edərək, müqavilə bağlamışlar. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ rayonu Hacalılı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında bağlanılmış 24 noyabr 2023-cü il tarixli müqavilədən görünür ki, təqsirləndirilən şəxslər bələdiyyə dəymiş 11850 manat ziyanı hər ay 98,75 manat olmaqla, 60 ay ərzində ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X31 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X28 daxil olmuş məktuba əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda deyildirlər. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Çarxana kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Uludaş kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Çarxana kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 112 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi həyat yoldaşı X22, qızı 2010-cu il təvəllüdlü X23 və oğlu 2012-ci il təvəllüdlü X10 ibarətdir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Uludaş kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-59-53/2-118/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi atası 1938-ci il təvəllüdlü X13, anası 1947-ci il təvəllüdlü X7, arvadı X8, oğlu 2000-ci il təvəllüdlü X14 və gəlini 2005-ci il təvəllüdlü X1 ibarətdir. Hazırki iş üzrə məhkəmə çıxışları zamanı dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.2.4 və 259.3-cü maddələri ilə irəli sürülmüş ittihamdan rəqəmlə ifadədə həmin Məcəllənin 259.2.4-cü maddəsinin xaric edilməsini və onların barəsində CM-nin 259.3-cü maddəsi ilə ittihamın müdafiəsinin davam etdirilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(025)-37/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinin xaric edilməsi ilə bağlı Dövlət ittihamçısı imtinasının qəbul edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsinə dair müddəanın ümumi ittihamdan xaric edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs qismində meşə fonduna daxil olmayan, bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsindən xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətini törətmələri, yəni onların hər birinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilirlər. Törətdikləri əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsə hadisə nəticəsində dəymiş maddi ziyanı ödəmək barədə razılığa gəlmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsləri bağışlamış, onlarla barışmış, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslərin şəxsiyyəti (zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, həmin şəxsin şikayətinin, iddiasının və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi barədə razılığa gəlinməsini, yaşayış yerində müsbət xarakterizə olunmalarını, əməllərindən səmimi peşman olmalarını), cinayət xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin məqsəd və motivi, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla CM-nin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması məqsədə müvafiqdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 əməlində zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 əməlində zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə törədilən hazırki cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən həmçinin aşağıdakıları nəzərə alır: CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az qərarının 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsilə cəzanın məqsədlərinə çatmanın mümkün olduğu qənaətinə gəlir. Belə ki, daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış torpaqda olan kök hissələrinin kəsildiyi yerdə, yəni, Qəbələ rayon Çarxana kəndində Hacıalılı bələdiyyəsinə məxsus torpaq sahəsində saxlanılmalı, eyni zamanda İş üzrə maddi sübut qismində tanınmış kəsilmiş vələs ağacına məxsus 06 ədəd budağın, 05 ədəd gövdə hissələrinin, həmçinin, digər kəsilmiş ağaclara məxsus çoxlu sayda budaq hissələrinin Qəbələ rayon Hacıalılı kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən Zərərçəkmiş şəxs təhvil verilməsini nəzərə alır. Bundan əlavə iş üzrə maddi sübut olan Qəbələ Rayon Polis Şöbəsində saxlanılan sökülmüş vəziyyətdə olan 01 ədəd motolu mişar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Şahid1 qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə baxışı dövründə hüquqlarını 15 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş 15 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 90 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X11, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut qismində tanınmış torpaqda olan kök hissələrinin kəsildiyi yerdə, yəni, Qəbələ rayon Çarxana kəndində Hacıalılı bələdiyyəsinə məxsus torpaq sahəsində saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış kəsilmiş vələs ağacına məxsus 06 ədəd budağın, 05 ədəd gövdə hissələrinin, həmçinin, digər kəsilmiş ağaclara məxsus çoxlu sayda budaq hissələrinin Qəbələ rayon Hacıalılı kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan Qəbələ Rayon Polis Şöbəsində saxlanılan sökülmüş vəziyyətdə olan 01 ədəd motolu mişar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Şahid1 qaytarılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 göstərilmiş 15 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 90 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar