Məhkəmə qərarları › İş №1(025)-39/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-39/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-39/2021 06.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1992-ci ildə Qəbələ rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində "xxxx" qətimkan tədbiri seçilmiş və hazırda X8 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə, xx.xx.1966-cı ildə Ağdaş rayonunda anadan olmuş, AR vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, Ağdaş rayon məhkəməsinin 25.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində çəkilməmiş 1 il 08 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, məhkumluğu ödənilməmiş, barəsində "xxxx" qətimkan tədbiri seçilmiş və hazırda X8 saxlanılan Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 01 mart 2021-ci il tarixdə təxminən saat 22 radələrində Ağdaş şəhəri Nəsimi küçəsində Təqsirləndirilən şəxs2 120 (bir yüz iyirmi) manat pul vəsaiti müqabilində alaraq satış məqsədi ilə qanunsuz əldə edib saxladığı iki kibrit qutusunda ümumi təmiz çəkisi 15.43 qram olan kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın üzərindən şəxsi istifadəsi və ya sair marağı üçün 5.03 qram götürdükdən sonra qalan hissəsini həmin iki kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,99 qram və 5.41 qram, ümumi təmiz çəkisi isə 10,40 qram olmaqla 05 mart 2021-ci il tarixdə gecə saat 03 radələrində Qəbələ rayonu Zarağan kəndi ərazisində şərti alıcı Şahid1 sonuncuya Qəbələ rayon polis şöbəsi əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirinin keçirilməsi məqsədi ilə seriya və nömrələri protokollaşdırılaraq verilmiş 160 (bir yüz altmış) manat pul vəsaiti müqabilində qanunsuz olaraq satmış, eyni tarixdə həmin narkotik vasitə-qurudulmuş marixuana şərti alıcı Şahid1 Qəbələ rayon polis şöbəsinə könüllü olaraq təqdim etməsindən sonra aşkar edilərək götürülmüşdür. Bununla əlaqədar Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 05.03.2021-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs1 Qəbələ rayonu Zarağan kəndi ərazisində saxlanılaraq Qəbələ rayon polis şöbəsinin inzibati binasına gətirilməklə orada onun üzərinə şəxsi axtarış keçirilən zaman onun 01 mart 2021-ci il tarixdə saat 22 radələrində Ağdaş şəhəri Nəsimi küçəsində Təqsirləndirilən şəxs2 120 (bir yüz iyirmi) manat pul vəsaiti müqabilində alıb satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi və şərti alıcı Şahid1 iki kibrit qutusunda satdığı narkotik vasitəqurudulmuş marixuanadan özünün şəxsi istifadəsi və ya sair marağı üçün götürüb üzərində bir ədəd kağız bükümdə və bir ədəd sellofan bükümdə gəzdirdiyi ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 0,40 qram və 4,63 qram, ümumi təmiz çəkisi 5,03 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynində olan şalvarın yan ciblərindən aşkar edilərək götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan 2020-ci ilin yay aylarında Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yerləşən “Təndir torpağı” adlanan boş sahələrdə yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yarpaqlarını yığaraq qanunsuz olaraq əldə edib qurutmaqla kustar üsulla hazırlayıb Qəbələ rayonu Həmzəlli kəndinin girişində yerləşən çayın üzərindəki körpünün altında kolluq hissədə bir ədəd sellofan torbanın içərisində gizlətməklə saxladığı təmiz çəkisi 91,94 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 05.03.2021-ci il tarixdə saat 15 radələrində həmin əraziyə Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən özünün təqdim etməsi ilə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə edib saxladığı ümumi təmiz çəkisi 15.43 qram olan kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 01.03.2021-ci il tarixdə təxminən saat 22 radələrində Ağdaş şəhəri ərazisində 120 (bir yüz iyirmi) manat pul vəsaiti müqabilində tanışı Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmış, həmin narkotik vasitənin iki kibrit qutusunda olan ayrı-ayrılıqda təmiz çəkiləri 5.41 qram və 4,99 qram, ümumi təmiz çəkisi isə 10,40 qram tərkibində olan hissəsi Təqsirləndirilən şəxs1 05 mart 2021-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndi ərazisində gecə saat 03 radələrində 160 (bir yüz altmış) manat pul müqabilində satdığı şərti alıcı Şahid1 Qəbələ rayon polis şöbəsinə könüllü olaraq təqdim etməsindən sonra, 5,03 qram hissəsi isə həmin kibrit qutularının içərisindən özünün şəxsi istifadəsi üçün götürmüş Təqsirləndirilən şəxs1 05 mart 2021-ci il tarixdə gecə saat 03 radələrində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən Qəbələ rayonu Zarağan kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilib, üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan şalvarın ciblərindən bir ədəd sellofan bükümdə və bir ədəd kağız bükümdə aşkar edilərək götürülmüşdür. Bununla yanaşı o, barəsində çıxarılmış 29 aprel 2021-ci il tarixli “şübhəli şəxsin tutulması və axtarışı haqqında” qərara əsasən Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22.05.2021-ci il tarixdə saat 12 radələrində Ağdaş şəhəri ərazisində saxlanılaraq Qəbələ rayon polis şöbəsinə gətirilib istintaqa təqdim edilmiş və həmin tarixdə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində gəzdirdiyi, Təqsirləndirilən şəxs1 satdığı qurudulmuş marixuana ilə tərkibləri eyni olan dörd ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq bir bükümdə 4.14 qram, bir bükümdə 3.24 qram, iki bükümdə birlikdə 0.14 qram, ümumilikdə təmiz çəkisi isə 7.52 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynində olan şalvarın arxa hər iki və ön sağ ciblərindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli isə düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 234.2ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli, 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitəni əksər hallarda Ağdaş rayonundan üzdən tanıdığı müxtəlif şəxslərdən alıb, eləcə də Qəbələ rayonu ərazisində yabanı halda bitmiş sahələrdən yığıb qurudaraq çəkmişdir. Şahid1 əvvəldən tanımışdır. O, Mehdi ilə Qəbələ şəhərində çayxanada tanış olmuşdur. Daha sonra Mehdi onun işlədiyi “Künbəz” restoranına tez-tez gəlirmiş. Mehdi ona xoş münasibət göstərərək, yeyibiçən, kef çəkən oğlana oxşayırsan demişdir. Mehdi onun yanında bir neçə dəfə narkotik vasitədən istifadə etmişdir. Daha sonra isə narkotik vasitədən istifadə edəndə ona da təklif etmişdir. Belə olub bir dəfə birlikdə narkotik vasitədən istifadə etmişlər. 04 mart 2021-ci il tarixdə Ağdaş rayonunda olan tanışı Elşənə borcunu qaytarmaq qərarına gəlmişdir. Belə olub həmin gün axşam radələrində işdən çıxıb Qəbələ şəhərinin mərkəzində taksilər duran yerə yaxınlaşmış və orada olan Təbriz adlı Taksi sürücüsü ilə danışıb onun mercedes 190 markalı avtomobil ilə Ağdaşa getməyi qərarlaşdırmışdır. Bu zaman Mehdi ona zəng vuraraq harda olduğunu soruşmuş, o isə Ağdaşa getdiyini bildirmişdir. Mehdi onu Zarağan kəndində gözlədiyini və ona vacib sözü olduğunu bildirmişdir. Belə olub Qəbələ rayonu Zarağan kəndində avtomobilə benzin vurduqdan sonra “Bazarstore” mağazasının qarşısında Mehdi ilə görüşmüşdür. Mehdi ondan narkotik vasitəsi olub-olmadığını soruşmuş, o isə hal-hazırda olmadığını bildirmişdir. Mehdi ona “imkan var mı Ağdaşa gedirsən, mənə də ordan marixuana götür” demişdir. O isə razılıq verməmiş və Mehdidən pul götürməmişdir. Belə olub Mehdidən ayrılıb Ağdaş şəhərinə getmişdir. Ağdaş şəhərində dostu Elşənlə görüşərək kafedə oturaraq çay içmişlər. Daha sonra Qəbələyə qayıdarkən isə Təbrizin maşınında Elşənə ondan aldığı 120 manat pulu vermişdir. Qəbələyə qayıdanda yolda Mehdi ona bir neçə dəfə zəng etmiş və onu Zarağan kəndində gözlədiyini, kefinin yaxşı olduğunu, əgər onda varsa birlikdə “nəşə” çəkməyi bildirmişdir. O isə üzərində çəkmək üçün “nəşə” olduğunu və Zarağan kəndində gözləməsini bildirmişdir. Zarağan kəndində avtomobildən enib Mehdi ilə birlikdə narkotik vasitə olan marixuanadan istifadə etdikdən sonra yenidən avtomobilə minmişdir. Qəbələ şəhərinin mərkəzinə doğru hərəkət edərkən ilk növbədə onların avtomobilini Zarağan məscidinin yanında yol polis əməkdaşları saxlamışlar. Daha sonra isə onlar avtomobildən endikdə isə digər polis avtomobili onlara yaxınlaşmış və onu yerə yıxmışlar. Onu yerə yıxdıqları andan polis əməkdaşları ona qarşı şiddət göstərməyə başlamışdır. Polis əməkdaşları onu saxlayan zaman üzərində şəxsi istifadəsi üçün narkotik vasitə olmuşdur. Lakin həmin gün Eldar adlı şəxsdən narkotik vasitə almamış və pul müqabilində Mehdiyə hər hansı narkotik vasitə satmamışdır. Qəbələ rayon Polis şöbəsində onu döyərək narkotik satmasını boynuna almasını məcbur etmişlər. Daha sonra isə narkotik vasitəni guya Təqsirləndirilən şəxs2 almasını boynuna alması üçün təzyiq göstərmişlər və onu ailə üzvləri ilə hədələmişlər. O, Təqsirləndirilən şəxs2 ümumiyyətlə tanımır və ondan heç vaxt narkotik vasitə almamışdır. Həmçinin Qəbələ rayonunda Həmzəlli kəndində gedən yolda olan körpünün altına qoyulmuş narkotik vasitədən xəbəri yoxdur və həmin narkotik vasitəni də zorla onun boynuna qoymuşlar. Özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir və həmin maddə ilə ona həbslə bağlı olmayan cəza verilməsini istəyir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə isə özünü təqsirli bilmir və həmin maddə ilə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun heç bir günahı yoxdur, heç bir cinayət törətməmiş və heç kimə narkotik vasitə satmamışdır. Hünər adlı şəxsi də tanımır və ona narkotik vasitə satmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə onun deyildir, həmin narkotik vasitəni polis işçiləri onun cibinə qoymuşlar. Narkoman xəstəsi olduğuna görə marixuana çəkmiş, ancaq heç kimə satmamışdır. Özü üçün istifadə etdiyi narkotikanı isə yabanı halda bitmiş yerlərdən yığmış, lazım olanda tanımadığı adamlardan alıb çəkmişdir. Həmçinin 050 732 61 69 mobil nömrə ona məxsus deyildir, lakin müəyyən müddət onun istifadəsində olmuşdur, o, həmin nömrə ilə Təqsirləndirilən şəxs1lə əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs1 tanımamış, tutulandan sonra ilk dəfə Qəbələ rayon Polis şöbəsində görmüşdür. Təqsirləndirilən şəxs2 məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 7-8 ay olarmış ki, tanıyırmış, onunla Qəbələ şəhərində çayxanada tanış olmuşdur. Hünərlə tanış olduqdan bir müddət sonra ona aydın olmuş ki, Hünər narkotika işləri ilə məşğul olur, yəni narkotik vasitə olan marixuana çəkir, həm də gedib Ağdaşdan narkotik vasitə alaraq gətirib satır. Lakin, onun konkret narkotika satdığı şəxslərin kim olduğunu bilməmişdir. Özü həmişə deyirmiş ki, lazım olanda gedib Ağdaşdan narkotik vasitə alır və istəyən olanda satır. Ona da bir neçə dəfə təklif edirmiş ki, lazımdısa ona da narkotika alıb verə bilər. Hünərin narkotika satması bir vətəndaş kimi ona pis təsir edirmiş. Buna görə qərara gəlmiş ki, onun cinayət əməllərini ifşa etmək üçün polisə məlumat versin və tutulması üçün polisə kömək etsin. 04.03.2021-ci il tarixdə Qəbələ rayon polis şöbəsinə gələrək cinayət axtarış bölməsinə Hünərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və onun əməllərinin ifşa olunmasında polisə köməklik etmək istədiyini bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan əvvəl isə təxminən 2 dəfə Hünərdən pul qarşılığında narkotik vasitə alaraq Qəbələ rayon Polis şöbəsinin əməliyyatçısı Şahid2 təhvil vermişdir. Həmin gün Hünər ilə telefonla əlaqə saxlayaraq ona narkotik vasitə lazım olduğunu bildirmişdir. Onunla Zarağan kəndində Bazarstore mağazasının qarşısında saat təxminən 12 radələrində görüşmüşdür. O, Hünərdən 2 kibrit qutusunda narkotik vasitə olan marixuana istəmişdir. Hünər ona pulu olmadığını deyib, buna görə də ondan 160 manat pul istəmiş ki, gedib onun üçün Ağdaş rayonundan 2 kibrit qutusunda narkotik vasitə olan marixuananı alıb gətirsin. O da bununla razılaşmışdır. O, Hünərə axşama kimi pulu tapıb gətirəcəyimi bildirmişdir. O, Hünərdən narkotik vasitəni öz şəxsi maraqları üçün istəmirmiş, şərti alıcı qismində ondan narkotik vasitəni alaraq onun cinayətkar əməlini ifşa etmək məqsədi güdürmüş. Daha sonra Qəbələ rayon polis şöbəsinə gələrək Hünərin ondan 160 manat pul istədiyini bildirmişdir. Polis şöbəsinin cinayət axtarış bölməsində ona 8 ədəd 20 manatlıq əskinaslarla ümumilikdə 160 manat pul verilmiş və həmin pulların əvvəlcədən sürətləri çıxarılmış, seriya nömrələrini qeyd edib protokollaşdırmışdır. O, polis şöbəsindən çıxmış və zəng edib Hünərə pulun hazır olduğunu bildirmişdir. O Hünərə bildirmiş ki, axşam saat 20 radələrində Zarağan kəndində görüşsünlər. Belə olub o, 04.03.2021-ci il tarixdə Zarağan kəndində Bazarstor marketinin qarşısında Hünərlə görüşmüş və o, Hünərə polis şöbəsi tərəfindən verilmiş 8 ədəd 20 manatlıq əskinas olan ümumilikdə 160 manat pulu vermişdir. Hünər ona Ağdaş rayonundan narkotik vasitəni axşam alıb gətirəcəyini bildirmişdir. Hünər onunla belə razılaşmış ki, iki karopka marixuananı 130 manata alacaq, 20 manat getdiyi taksiyə verəcək, 10 manat da ona xeyir qalacaq. Hətta demiş ki, ona marixuana alıb gətirdiyinə görə ona da 2-3 dəfəlik çəkmək üçün həmin marixuanadan verər. O da Hünərin dedikləri ilə razılaşmışdır. O, Hünərə pulu verən zaman sonuncu mercedes 190 markalı ** DJ *** dövlət nömrəli avtomobil ilə gəlmiş və ona həmin avtomobilin taksi olduğunu bildirmişdir. O, bu barədə polis şöbəsinə məlumat vermişdir. Hünər ona 05.03.2021-ci il tarixdə gecə saat təxminən 3-ə qalmış zəng edərək narkotik vasitəni aldığını, Qəbələ rayonuna gəldiyini və Zarağan kəndində narkotik vasitələri verəcəyini bildirmişdir. O, onu Zarağan kəndində pulu verdiyi yerdə gözləmişdir. Bu barədə də əvvəlcədən polisə məlumat vermişdir. Bir müddət sonra Hünər ona zəng edərək Zarağan kəndində olduğunu bildirmişdir. O, Hünərə pulu verdiyi yerdə gözlədiyini demişdir. Saat təxminən 03 radələrində Hünər Ağdaş istiqamətindən gəlmiş və o yolun digər tərəfinə keçmişdir. Hünər ona 2 ədəd kibrit qutusunda narkotik vasitəni vermiş və verməmişdən əvvəl ona narkotik alıb gətirməyinin əvəzində kibrit qutularının birinin içərisində olan marixuananın təxminən yarsını özünə götürmüş ki, əvvəlcədən dediyi kimi özü çəkmək üçün istifadə edəcək. Götürdüyü marixuananı siqaret kağızına və sellofan torbaya büküb şalvarının ciblərinə qoymuşdur. Daha sonra ** DJ *** dövlət nömrəli nişanlı mercedes 190 markalı avtomobilə əyləşib getmişdir. O, bu barədə polisə məlumat vermiş, hətta Hünərin ona verdiyi iki kibrit qutusu marixuananı könüllü polis əməkdaşlarına təhvil vermiş və həmin marixuana ondan götürülərək tərəzidə çəkildikdə biri 5.1 və 5.5 qram çəkidə olmuşdur. Onun təqdim etdiyi marixuana kağız zərfə qoyulmaqla qablaşdırılmış və üzəri möhürlənmişdir. Həmin vaxt video çəkiliş aparılmış, həm də protokol tərtib edilmiş və protokolun doğruluğu onun tərəfindən imza ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, kreditlə aldığı Mersedes Benz 190 minik markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək ailəsini dolandırmaq üçün taksi fəaliyyəti göstərir. 04 mart 2021-ci il tarixdə saat təxminən 20:45 radələrində Qəbələ şəhərinin mərkəzində Azercell telefon mağazasının qarşısında yerləşən taksi dayanacağında dayanıb müştəri gözləyirmiş. Bu vaxt əvvəllər tanıdığı Qəbələ şəhər sakini Hünər adlı şəxs ona yaxınlaşıb avtomobilə oturaraq bildirmiş ki, onu evinə aparsın. O, avtomobili işə salıb hərəkət etdirərək yola düşmüşdür. Qəbələ rayon İcra Hakimiyyətinin binasının qarşısına çatanda Hünərə kimsə zəng vurmuşdur. Hünər “hə oldu qaqaş gəlirəm” demişdir. Bundan sonra ondan onu Ağdaşa aparıb-gətirməyini xahiş etmişdir. Avtomobilə aid sənədləri qaydasında olmadığına görə əvvəlcə narazılıq etmişdir. Hünər bildirmiş ki, Ağdaş şəhərinin içərisinə girməyəcək, Ağdaşa çatmamış sağda ara yol var, ora girib çıxacaq. Bildirmiş ki, bir nəfərdə pulu var, onu götürüb gələcək. O da onu aparıb gətirmək üçün 20 manata razılaşmışdır. Qəbələ rayon Zarağan kəndinin mərkəzində “Bazarstore” marketinin qarşısına çatanda Hünər xahiş etmiş ki, orada saxlasın, düşüb bir neçə dəqiqəyə qayıdır. Nə üçün düşdüyünü soruşmamışdır. Fikirləşmiş ki, yəqin marketə girib nəsə alacaq. O maşından düşüb “BazarStore” marketi ilə üzbəüz digər tayına keçmişdir. Görmüş ki, orada yolun kənarında bir nəfərlə görüşüb söhbət edir. Həmin şəxsi tanımırmış və uzaqdan sifətini görmək olmurmuş. Təxminən 3 dəqiqə sonra Hünər həmin şəxsdən ayrılıb gələrək maşına oturub Ağdaşa sürməsini demişdir. O, Hünərdən görüşdüyü adamla bağlı heç nə soruşmamış, o özü də bu barədə heç bir söz deməmişdir. Hünərə demiş ki, maşının benzini azdır, pul versin maşına benzin tökəcək. O da ona bir ədəd 20 manatlıq əskinazdan ibarət pul vermişdir. O, Zarağan kəndinin mərkəzində yerləşən “Lukoil” YDM-nə daxil olub, oradan 13 manatlıq benzin tökmüş, 7 manatını da özünə saxlamışdır. Sonra Ağdaşa yollanmışlar. Hünər yolboyu kiməsə zəng vururmuş, lakin telefonuna cavab verən yox imiş. Hətta ondan xahiş etmiş ki, özünün telefonunda kontur yoxdur, o, ona telefonunu versin və kiminləsə danışacaq. Onun 050 981 32 00 saylı nömrəsindən bir nəfərə zəng vurmuş, yenə də telefona cavab verən olmamışdır. Sonra Ağdaşa çatana kimi o heç kimə zəng vurmamış, ona da kimsə zəng vurmamışdır. Ağdaş şəhərinə yaxınlaşdıqda şəhərə girmədən dördyol deyilən yerə 500-600 metr qalmış, Hünər onu sağ tərəfdəki yola sürdürmüşdür. Sonra yadında qalmayan ara küçələrlə sürdürüb Ağdaş rayon polis şöbəsinin yaxınlığında olan ara küçələrin birində saxlatmışdır. Həmin vaxt saat 23 radələri olarmış. Ona demiş ki, onu həmin yerdə gözləsin, 15-20 dəqiqəyə qayıdır. O da fikirləşmiş ki, yəqin pul götürdüyü adamla görüşməyə gedir. Sonra yaxınlıqdakı dükana girib kontur alıb telefonuna yükləyib kiminləsə danışmışdır. Həmin vaxt Hünər maşından yerdə imiş, o isə maşının içərisində oturub musiqiyə qulaq asırmış. Buna görə də telefonda danışdığı adamla hansı mövzuda danışdığını eşitməmişdir. Sonra avtomobilinin arxasında yerləşən küçəyə tərəf gedib gözdən itmişdir. Təxminən 15 dəqiqə sonra Hünər qayıdıb gəlmiş və demiş ki, sürüb getsiblər. O, gəldikləri yollarla onu geri qaytarmışdır. Ağdaş şəhərinə girdikləri yerdən qayıdıb Qəbələ istiqamətinə gedən magistral yola çıxanda Hünər saxladıb yerə düşmüş və yolun kənarında dayanmış bir nəfər oğlanla qucaqlaşıb görüşərək, həmin şəxslə maşının qarşı tərəfində dayanıb təxminən 3 dəqiqə söhbət etmişdir. Bu vaxt saat gecə 12 radələri olarmış. Həmin adamın əynində qara rəngli idman gödəkçəsi, göy rəngli cins şalvar, başında qara rəngli çeçenka papaq var imiş. İdman gödəkçəsinin boğaz hissəsini yuxarı qaldırıb ağız nahiyyəsinə tutmuşdur. Onun təxminən 28-30 yaşı olarmış, boyu isə uca imiş. Sonra Hünər və həmin şəxs onun maşınına oturmuşlar. Hünər demiş ki, Qəbələ istiqamətinə sürsün. Təxminən 100 metr qarşıya sürdükdən sonra Hünər bildirmiş ki, geriyə qayıdıb yolun kənarındakı çayxanada çay içsinlər. O da Qəbələ istiqamətində yolun sağında yerləşən çayxananın qarşısına sürmüş, onlar üçü həmin çayxanaya daxil olub çay içmiş, Hünərlə həmin şəxs gündəlik ümumi hadisələrdən danışmışlar. Hünər həmin şəxsin adını çəkmirmiş, ona “bratım, qaqaşım” deyə müraciət edirmiş. Həmin çayxanada onlar təxminən 2 saata yaxın oturduqdan sonra onun maşınına tərəf gəlmişlər. Hünər demiş ki, şəhərin içərisinə qayıtsınlar, mağazadan su və siqaret alcaqlar. Hünər qabaqda, həmin şəxs isə arxada oturmuşdur. Onun avtomobilə aid sənədləri qaydasında olmadığına görə xahiş etmiş ki, onu mağazaya ara küçələrlə sürdürsünlər ki, yol polisi onu saxlamasın. Həmin şəxs ara küçələrlə onu Ağdaş şəhərinin içərisində gecə vaxtı işləyən balaca dükanın qarşısına sürdürmüşdür. Onlar hər ikisi maşından düşmüşlər, Hünər dükana girmiş, görüşdüyü şəxs isə yerə düşüb maşının yanında dayanmışdır. Hünər dükandan 3 ədəd bizon enerji içkisi və 3 paçka siqaret alıb qayıtmışdır. Bundan sonra onlar hər ikisi maşına oturmuş, Hünər onu Qəbələ istiqamətinə sürdürmüş, yol gələndə hələ Ağdaş şəhərinin içərisindən çıxmamış Hünər cibindən 6 ədəd 20 manatlıq pul əskinazlarından ibarət 120 manatı sayıb arxada oturan həmin tanışına vermişdir. Həmin vaxt onlar hansısa adı yadında qalmayan zapravkanın yanında imişlər. Benzin azaldığı üçün həmin zaprafkaya daxil olmuş və 5 manatlıq benzin tökmüşdür. Həmin pulun 3 manatını özü, 2 manatını Hünər vermişdir. Benzin vurduqdan sonra Qəbələ istiqamətinə yola düşmüşlər. Hünər maşında olarkən həmin görüşdüyü şəxslə adi mövzulardan söhbət etmişlər və narkotika barədə heç bir söhbət etməmişlər. Ağdaş rayonu Dəhnə kəndində olarkən həmin şəxs maşını saxladıb yerə düşərək onlarla sağollaşıb getmişdir. Həmin vaxt Hünər yerə düşməmiş, onunla maşının içərisindən sağollaşmışdır. Bundan sonra onlar Qəbələ istiqamətində yollarına davam etmişlər. Türyançay körpüsünü keçərkən Hünər əynindəki kurtkanın cibindən ovcunda bükümsüz nəşə çıxarıb siqaretə doldurub çəkməyə başlamışdır. O, buna öz narazılığını bildirəndə demiş ki, narkotik vasitədən istifadə edəndir, bunun ona heç bir problemi yoxdur. Hünər həmin nəşəni 2 dəqiqə ərzində çəkib qurtarmışdır. Onlar yeni tikilmiş Qəbələ Dəmiryol stansiyasının yanına çatanda Hünərə kimsə zəng vurmuşdur. Hünər cavab verib “hə qaqa salamatçılıqdı çatıram, az yolum qalıb” demişdir. Bundan sonra Zarağan kəndinin mərkəzindəki dairənin yanında onu saxladıb maşından düşərək bir neçə dəqiqəyə qayıtdığını bildirmişdir. Sonra yolun kənarında olan ağaclığa tərəf gedib bir nəfərlə görüşmüşdür. Qaranlıq olduğundan həmin adamın fiziki əlamətlərini seçə bilməmişdir. Həmin şəxslə nəyə görə görüşdüyünü bilmirmiş. Hünər həmin şəxsin yanına çatıb təxminən 2 dəqiqəyə qayıdıb maşına minib Qəbələ şəhərinə tərəf sürdürmüşdür. O, Hünərdən həmin şəxslə nəyə görüşdüyünü soruşmamış, Hünər də ona bu barədə heç nə deməmişdir. Təxminən 1 kilometr qarşıya gəlib Zarağan kəndində “Həyat” adlanan restoranın qarşısına çatanda yol patrul xidməti əməkdaşları onu saxlatmışdır. O, avtomobili yolun sağ kənarında saxlayıb yerə düşmüşdür. Hünər də bir ayağını maşından yerə qoyub arxaya yol polisinin maşınına tərəf baxırmış. O, yol polisi maşınına yaxınlaşanda markası və nömrəsi yadında qalmayan mülki maşın onların yanında saxlamış və içərisindən 4-5 nəfər mülki geyimdə şəxs düşüb polis əməkdaşları olduğunu deyib yaxınlaşmış, Hünərin narkotik vasitəyə görə şübhəli olduğunu bildirib hər ikisini polis şöbəsinə gətirmişlər. Məlum olmuş ki, Hünər Ağdaşa narkotik almağa gedibmiş. Lakin buna kimi Hünərin Ağdaşa narkotika almağa getdiyini bilmirmiş və onun bu əməlləri barədə heç bir məlumatı olmamışdır. Polis şöbəsində ondan izahat alınmış, üzərinə və avtomobilinə baxış keçirilmiş, lakin narkotika aşkar edilməmişdir. O, narkotik vasitədən istifadə etməmiş və bu işlərlə məşğul olmamışdır. Hünərin Ağdaşa narkotik almaq məqsədi ilə getdiyini əvvəlcədən bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Qəbələ rayon polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərinə 05.03.2021-ci il tarixdə şöbənin inzibati binasında şəxsi axtarış keçirilərkən öz könüllü razılığı əsasında hal şahidi kimi iştirak etmişdir. Ondan başqa şəxsi axtarışın keçirilməsində başqa hal şahidi, bir neçə polis əməkdaşı və Hünərin vəkili iştirak etmiş, həmçinin video və foto çəkiliş aparılmışdır. Baxış binanın birinci mərtəbəsindəki otaqda keçirilmişdir. Baxış keçirilən zaman saat səhər 7 və ya 8 olarmış. Baxış zamanı əvvəlcə Hünərdən üzərində narkotik vasitə olub-olmadığı soruşulmuş, o da etiraf edib bildirmiş ki, üzərində narkotik vasitə olan nəşə var. Sonra o şalvarının hər iki cibindən biri kağız, digəri sellofan bükülü çıxarıb təqdim etmiş və demiş ki, içərisindəki nəşədir. Polis əməkdaşları tərəfindən həmin bükümlər açıldıqda içərisində qurudulmuş vəziyyətdə olan nəşə aşkar edilmişdir. Hünər üzərindən aşkar edilmiş narkotika ilə bağlı qeyd etmiş ki, Ağdaş rayonundan tanımadığı şəxsdən iki kibrit qutusu narkotika alıb, Qəbələ rayonu Zarağan kəndinə gətirib digər şəxsə satarkən həmin şəxsə ona narkotika alıb gətirməsi müqabilində kibrit qutusunun üzərindən özünə 2-3 dəfə çəkmək üçün götürmüşdür. Hünərin üzərindən aşkar edilmiş narkotika tərəziyə qoyulub çəkildikdə təxminən 7 qram olmuşdur. Həmin narkotika zərfin içərisinə qoyularaq qablaşdırılmış və baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, protokol onun tərəfindən də imzalanmışdır. Sonra Hünər bildirmiş ki, Həmzəlli çayının içərisində körpünün altında özünə istifadə etmək üçün sellofan torbada nəşə gizlədib və həmin nəşəni təqdim edə biləcəyini qeyd etmişdir. Buna görə polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilmiş və həmin baxışda da öz razılığı əsasında hal şahidi kimi iştirak etmişdir. Baxışda ondan başqa yenə də əlavə başqa hal şahidi, polis əməkdaşları və Hünərin vəkili iştirak etmişdir. Hünər onları Həmzəlli çayının üzərində olan körpünün alt hissəsinə aparıb orada körpünün beton dirəyinin dibində kolluq hissədə sellofan torbaya qoymaqla gizlətdiyi nəşəni təqdim etmiş və həmin nəşə götürülərək sellofan torba ilə birlikdə tərəzidə çəkildikdə təxminən 103 qram olmuşdur. Hünər qeyd etmiş ki, həmin narkotikanı satmaq üçün deyil, vaxtaşırı özünə çəkmək üçün saxlamışdır. Hünərin körpünün altında təqdim etdiyi narkotik vasitə çəkildikdən sonra həmin sellofanda qablaşdırılıb üzəri möhürlənmiş, qeyd olunanlar barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilib bütün iştirakçılara oxunmuş və doğruluğu imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 digər Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, 22 may 2021-ci il tarixdə saat 15 radələrində polis əməkdaşlarının dəvəti ilə öz könüllü razılıqları əsasında Qəbələ rayon polis şöbəsinə gələrək orada narkotik vasitə ilə qanunsuz məşğul olmaqda şübhəli bilinərək polis şöbəsinə gətirilmiş Ağdaş rayon sakini Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Ondan başqa baxışda əlavə başqa hal şahidi, polis əməkdaşları və Eldarın vəkili iştirak etmişdir. Həmçinin video və foto çəkilişdən istifadə olunmuşdur. Baxış binanın ikinci mərtəbəsindəki müstəntiqin otağında keçirilmişdir. Müstəntiq əvvəlcə Eldardan üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, əgər varsa çıxarıb təqdim etməsini təklif etmişdir. Eldar isə bildirmiş ki, narkotika çəkən olsa da üzərində hazırda heç bir narkotika yoxdur. Ondan narkotika satması barədə soruşulduqda bildirmiş ki, narkotika satan deyil. Bundan sonra polis əməkdaşları özləri onun üzərinə axtarış keçirməyə başlamışlar. Bu zaman Eldarın şalvarının arxa ciblərindən və yan cibindən kağız bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Eldar qəti formada etiraz edərək bildirmiş ki, həmin narkotikalardan xəbəri yoxdur, onun deyil, narkotikanı onun cibinə polis əməkdaşlarının qoyduqlarını iddia etmişdir. Hətta həmin baxışda iştirak edən polis əməkdaşlarını göstərib demişdir ki, cibinə nəşəni həmin polis əməkdaşları qoyub. Eldardan aşkar edilmiş kağız bükümdə olan narkotika tərəziyə qoyulub onların gözü qarşısında çəkilmiş, ümumilikdə təxminən 8 qramdan bir qədər artıq olmuşdur. Eldardan aşkar edilmiş narkotika kağız zərflərə qoyulub üzəri möhürlənmiş və zərfin üzərini orada olan şəxslər, eləcə də o imzalamışdır. Eldar isə imzalamaqdan imtina etmişdir. Yekunda baxış keçirilməsi barədə müstəntiq tərəfindən protokol tərtib edilib onlara ucadan oxunmuş və doğruluğu imzası ilə təsdiq etmişdir. Eldar isə üzərindən aşkar edilmiş narkotikadan xəbərinin olmadığını əsas gətirib protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 digər X24 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, Qəbələ rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyir. Qəbələ rayonu Mirzəbəyli kənd sakini Şahid1 04 mart 2021-ci il tarixdə Qəbələ rayon polis şöbəsinə ərizə ilə müraciət edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs1 bu cür cinayət əməllərini ifşa etmək üçün şərti alıcı qismində polis orqanına köməklik etmək istədiyini bildirmişdir. Bununla yanaşı cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuananın satışı ilə məşğul olması barədə məlumatlar əldə edilmiş və onun yaxalanaraq ifşa olunması istiqamətində kompleks əməliyyat tədbirləri həyata keçirilirmiş. Şərti alıcı Şahid1 bildirmiş ki, Təqsirləndirilən şəxs1 ona bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana satmağı təklif edib və deyib ki, əgər pul olsa, bir kibrit qutusunu 60 manatdan olmaqla ona gedib Ağdaş rayonundan narkotik vasitə alıb gətirə bilər. Təqsirləndirilən şəxs1 narkotika satması ilə əlaqədar cinayətkar əməllərini ifşa etmək, yəni nəzarət qaydasında ondan narkotika alınması üçün şərti alıcı qismində Şahid1 iki hal şahidinin və bölmənin digər əməkdaşlarının iştirakı ilə seriya və nömrələri qeyd olunaraq surətləri çıxarılmış 8 ədəd 20 manatlıq əskinazlardan ibarət ümumilikdə 160(bir yüz altmış) manat pul verilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Bundan sonra şərti alıcı Şahid1 izah olunmuş ki, əgər Təqsirləndirilən şəxs1 ona narkotik vasitə satacağı təqdirdə həmin nömrələnmiş pulları ona versin və dərhal aldığı narkotikanı gətirib polis şöbəsinə təqdim etsin. Elə həmin gün şərti alıcı Şahid1 bölməyə məlumat verərək bildirmiş ki, Təqsirləndirilən şəxs1 ona narkotik vasitə alıb gətirmək üçün Ağdaş rayonuna gedib və getməmişdən əvvəl ona polis şöbəsində nömrələri qeyd edilərək verilmiş 160 manat pulu Hünərə verib və Hünər ona telefonda deyib ki, ona iki kibrit qutusunda narkotik vasitə marixuana alıb gətirir. Təqsirləndirilən şəxs1 saxlanması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmiş ki, o, taksi sürücüsü Təbriz adlı şəxsin idarə etdiyi avtomobillə Ağdaş şəhərinə gedib və həmin avtomobillə geri qayıdacaq, narkotik vasitəni şərti alıcıya Qəbələ rayonu Zarağan kəndində görüşüb satacaq. Bu səbəbdən Zarağan kəndi ərazisində həmin mersedes benz markalı avtomobil nəzarətə götürülmüş və şərti alıcıdan Təqsirləndirilən şəxs1 artıq ona narkotik vasitəni satması barədə məlumat gəldikdən sonra gecə saatlarında yol patrul xidməti avtomobilindən istifadə etməklə Təqsirləndirilən şəxs1 hərəkətdə olduğu Təbriz adlı şəxsə məxsus Mersedes Benz markalı avtomobil Zarağan kəndi ərazisində saxlanılmış və Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaqda şübhəli olması barədə izah verilərək bununla əlaqədar araşdırma aparılması üçün tərəflərindən rayon polis şöbəsinə gətirilmişdir. O, saxlanılarkən üzərində narkotik vasitə marixuana olduğunu etiraf etmiş, gecə saatları olduğundan və küçədə baxışın keçirilməsi çətniliklər törədirmiş. Hünərə üzərində polis şöbəsində baxış keçirilməsi təklif olunduqda bununla razılaşmışdır. Eyni zamanda həmin ərəfədə şərti alıcı Şahid1 polis şöbəsinə gələrək şərti alıcı qismində Təqsirləndirilən şəxs1 aldığı iki kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı polis şöbəsinə təqdim etmiş, həmin narkotika təhqiqatçı tərəfindən götürülərək sənədləşdirilmişdir. Şərti alıcı onu da qeyd etmiş ki, Mehdi ona alıb gətirdiyi kibrit qutusunun üzərindən ona narkotika alıb gətirməsi müqabilində iki-üç dəfə çəkmək üçün özünə götürüb. Elə həmin gün polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 Həmzəlli çayında körpünün altında marixuana gizlətdiyini qeyd edib həmin yerdə təqdim edə biləcəyini bildirmişdir. Bununla əlaqədar, onun, digər polis əməkdaşlarının, iki hal şahidinin, Hünərin müdafiəçisinin iştirakı, eləcə də video çəkilişdən istifadə edilməklə Hünərin təqdim etdiyi əraziyə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Hünər göstərdiyi marşurut üzrə Həmzəlli çayının girişində yerləşən eyni adlı çayın üzərindəki körpüyə çatanda Hünər bildirmiş ki, körpünün sol tərəfindən çayın içərisinə düşüb körpünün alt hissəsinə getmək lazımdır. Onlar körpünün altına çatdıqda Hünər körpünün alt hissəsində beton dirəyinin dibində kolluq hissədə gizlətdiyi sellofan torbanı çıxarıb təqdim etmişdir. İçərisinə baxdıqda görmüşlər ki, içərisində qurudulmuş marixuana var. Həmin marixuana götürülərək tərəzidə çəkildikdə sellofan torba ilə birlikdə çəkisi 103 qram olmuşdur. Hünərdən həmin narkotikanı haradan və nə məqsədlə əldə edib saxladığı soruşulduqda bildirmiş ki, həmin narkotikanı yabanı halda bitmiş çətənə kollarından yığıb əldə edərək qurudub və satmaq üçün deyil, vaxtaşırı özünə çəkmək üçün saxlayırmış, ailə üzvüləri bilməsin deyənə evdə yox, həmin körpünün altında gizlədib. Hünərin körpünün altında təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana həmin sellofanda qablaşdırılıb üzəri möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilib iştirakçılara oxunmuş və protokolun doğruluğu baxışda iştirak edən bütün iştirakçılar, eləcə də onun tərəfindən imzalanmışdır. Hünərin şərti alıcı Mehdiyə satdığı iki ədəd kibrit qutusunda olan marixuananı əldə etdiyi mənbəni müəyyən etmək istiqamətində bölmə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri, eləcə də istintaq orqanı tərəfindən keçirilmiş istintaq hərəkətləri nəticəsində müəyyən olunmuş ki, Hünər şərti alıcıya satdığı iki kibrit qutusunda olan narkotik vasitə marixuananı Ağdaş şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs2 almışdır. Eldar istintaqdan qaçıb gizləndiyi üçün onun barəsində şübhəli şəxs qismində axtarış elan edilməklə icrası Qəbələ rayon polis şöbəsinə həvalə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 22 may 2021-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı evin yanında saxlanılaraq Qəbələ rayon polis şöbəsinə gətirilərək istintaq bölməsinə təqdim edilmişdir. O, saxlanılarkən qaçmağa cəhd etdiyi, özünü avtomobildə kənarlara çırparaq özünə xəsarət yetirmək istədiyi üçün ona polis haqqında qanunun tələblərinə uyğun olaraq fiziki güc və xüsusi vasitə təbiq edilərək xidməti avtomobilə əyləşdirilmişdir. Yolboyu polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs2 onun polis əməkdaşları tərəfindən əsassız olaraq saxlanıldığını iddia edərək, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Hünər adlı şəxsi ümumiyyətlə tanımadığını, ona narkotika satmadığını, polisin onu şərlədiyini deyərək özünü müdafiə xarakterli qeydlər edirmiş. Hətta onun tutulması barədə cinayət axtarış bölməsində tərtib edilmiş protokolu da imzalamaqdan imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 digər Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Eyni zamanda göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılmasında iştirak etmiş, həmin vaxt Hünər Ağdaş şəhərində Təqsirləndirilən şəxs2 Mehdiyə vermək üçün iki kibrit qutusunda narkotik vasitə marixuananı aldığı yeri, daha sonra Qəbələ rayonu Zarağan kəndində Mehdi ilə görüşüb ona həmin marixuananı verdiyi yeri, eləcə də körpünün altında gizlədərək saxladığı marixuananı Nic qəsəbəsində "Təndir torpağı" adlanan yerdə yabanı halda bitmiş çətənə kollarından yığdığı yerləri göstərdikdə məlum olmuş ki, Hünər iki kibrit qutusu marixuananı Eldardan Ağdaş şəhərində onun yaşadığı Nəsimi küçəsində evinin yaxınlığında ara küçədə almış, daha sonra Qəbələ rayonu Zarağan kəndinin mərkəzində dairəvi yolayrıcının yaxınlığında şərti alıcı Mehdiyə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 digər şahidlər Şahid6 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək onların göstərdiklərini təsdiq etmişdir. Eyni zamanda göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılmasında iştirak etmiş, həmin vaxt Hünər Ağdaş şəhərində Təqsirləndirilən şəxs2 Mehdiyə vermək üçün iki kibrit qutusunda narkotik vasitə marixuananı aldığı yeri, daha sonra Qəbələ rayonu Zarağan kəndində Mehdi ilə görüşüb ona həmin marixuananı verdiyi yeri, eləcə də körpünün altında gizlədərək saxladığı marixuananı Nic qəsəbəsində "Təndir torpağı" adlanan yerdə yabanı halda bitmiş çətənə kollarından yığdığı yerləri göstərdikdə məlum olmuş ki, Hünər iki kibrit qutusu marixuananı Eldardan Ağdaş şəhərində onun yaşadığı Nəsimi küçəsində evinin yaxınlığında ara küçədə almış, daha sonra Qəbələ rayonu Zarağan kəndinin mərkəzində dairəvi yolayrıcının yaxınlığında şərti alıcı Mehdiyə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, Qəbələ rayon polis şöbəsinin polis nəfər vəzifəsində işləyir. Narkotik vasitə qurudulmuş marixuananın qeyri-qanuni dövriyyəsi, eləcə də satışı ilə məşğul olan Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs1 və Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs2 yaxalanaraq polis şöbəsinə gətirilməsi əməliyyatına o da cəlb olunaraq iştirak etmişdir. Belə ki, Qəbələ rayonu Mirzəbəyli kənd sakini Şahid1 04 mart 2021-ci il tarixdə Qəbələ rayon polis şöbəsinə ərizə ilə müraciət edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs1 ifşa etmək üçün şərti alıcı qismində polisə köməklik etmək istədiyini bildirmişdir. Şərti alıcı bildirmiş ki, Təqsirləndirilən şəxs1 ona bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana satmağı təklif edib və deyib ki, əgər pul olsa, ona gedib Ağdaş rayonundan narkotik vasitə alıb gətirə bilər. Təqsirləndirilən şəxs1 narkotika satması ilə əlaqədar cinayətkar əməllərini ifşa etmək, yəni nəzarət qaydasında ondan narkotika alınması üçün şərti alıcı qismində Şahid1 nömrələnmiş pul verilmiş və ona izah edilmiş ki, Hünərdən narkotika alacağı təqdirdə dərhal gətirib polisə təqdim etsin və Hünərin ona narkotikanı verdiyi yer barədə polisə məlumat versin. Elə həmin gün şərti alıcı Şahid1 bölməyə məlumat verərək bildirmiş ki, Təqsirləndirilən şəxs1 ona narkotik vasitə alıb gətirmək üçün Ağdaş rayonuna gedib və getməmişdən əvvəl ona polis şöbəsində nömrələri qeyd edilərək verilmiş 160 manat pulu Hünərə verib və Hünər ona telefonda deyib ki, ona iki kibrit qutusunda narkotik vasitə marixuana alıb gətirir. Müəyyən edilmiş ki, Hünər taksi sürücüsü Təbriz adlı şəxsin idarə etdiyi avtomobillə Ağdaş şəhərinə gedib və həmin avtomobillə geri qayıdacaq, narkotik vasitəni şərti alıcıya Qəbələ rayonu Zarağan kəndində görüşüb satacaq. Bu səbəbdən Zarağan kəndi ərazisində həmin mersedes benz markalı avtomobil nəzarətlərinə götürülmüş və şərti alıcıdan Təqsirləndirilən şəxs1 artıq ona narkotik vasitəni satması barədə məlumat gəldikdən sonra gecə saatlarında yol patrul xidməti avtomobilindən istifadə etməklə Təqsirləndirilən şəxs1 hərəkətdə olduğu Təbriz adlı şəxsə məxsus Mersedes Benz markalı avtomobil Zarağan kəndində məscid yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaqda şübhəli olması barədə izah verilərək bununla əlaqədar araşdırma aparılması üçün tərəflərindən rayon polis şöbəsinə gətirilmişdir. Ondan üzərində narkotik vasitə olması barədə soruşulduqda üzərində narkotik vasitə marixuanan olduğunu etiraf etmişdir. Gecə saatları olduğundan küçədə baxışın keçirilməsi çətniliklər törədirmiş. Buna görə də baxış polis şöbəsində keçirilməli olmuşdur. Hünər özü də buna narazılıq etməmişdir. Daha sonra şərti alıcı Şahid1 polis şöbəsinə gələrək şərti alıcı qismində Təqsirləndirilən şəxs1 aldığı iki kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı polis şöbəsinə təqdim etmiş, həmin narkotika təhqiqatçı tərəfindən götürülərək sənədləşdirilmişdir. Həmin prossesdə o da iştirak etmişdir. Şərti alıcı iki kibrit qutusunda marixuana təqdim edib bildirmiş ki, nömrələnmiş pulu hünərə verib əvəzində aldığı narkotikadır. Kibrit qutularının birində nisbətən az narkotika olmuşdur. Şərti alıcı bildirmiş ki, Hünər ona narkotika alıb gətirməsi əvəzində həmin kibrit qutusunun üzərindən özünə 2-3 dəfəlik çəkmək üçün götürmüşdür. Şərti alıcının təqdim etdiyi narkotik vasitə tərəzidə çəkildikdə müəyyən olunmuş ki, 1 kibrit qutusunda olan narkotik vasitə kibrit qutusu ilə birlikdə 5.5, digər qutuda olan narkotik vasitə isə kibrit qutusu ilə birlikdə 5.1 qramdır. Ümumilikdə 10,6 qram olmuşdur. Sonra o, Həmzəlli çayında körpünün altında gizlədərək saxladığı qurudulmuş marixuananı da şöbənin əməkdaşlarına təqdim etmişdir. O, Hünərin üzərinə və körpünün altında narkotik vasitə saxladığı yerə baxış keçirilərkən iştirak etmədiyinə görə həmin vaxt Hünərin üzərindən və körpünün altından aşkar edilmiş narkotik vasitənin çəkisi barədə bilmir. Daha sonra o, Hünərə iki kibrit qutusu narkotik vasitəni satan şəxs, Ağdaş şəhər sakini Eldar adlı şəxsin yaxalanması əməliyyatında iştirak etmişdir. Belə ki, Eldar axtarışa verilmiş və 29 aprel 2021-ci il tarixdə şöbədən ona bildirmişlər ki, onun yeri müəyyən edilib və tutulmasında iştirak etmək üçün qrupun içərisində olan əməkdaşlardan biri də odur. 22 may 2021-ci il tarixdə saat 11 və ya 12 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı evin yanında saxlanılaraq Qəbələ rayon polis şöbəsinə gətirilərək istintaq bölməsinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, Şahid1 04 mart 2021-ci il tarixdə Qəbələ rayon polis şöbəsinə ərizə ilə müraciət edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs1 ifşa etmək üçün şərti alıcı qismində polisə köməklik etmək istəyir. Şərti alıcı Mehdi bildirmiş ki, Təqsirləndirilən şəxs1 ona bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana satmağı təklif edib və deyib ki, əgər pul olsa, ona Ağdaş rayonundan bir kibrit qutusunu 60 manata narkotik vasitə alıb gətirər. Təqsirləndirilən şəxs1 narkotika satması ilə əlaqədar cinayətkar əməllərini ifşa etmək, yəni nəzarət qaydasında ondan narkotika alınması üçün şərti alıcı qismində Şahid1 cinayət axtarış bölməsində iki hal şahidinin, onun və bölmənin digər əməkdaşlarının iştirakı ilə seriya və nömrələri qeyd olunaraq surətləri çıxarılmış 8 ədəd 20 manatlıq əskinazlardan ibarət ümumilikdə 160 (bir yüz altmış) manat pul verilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Bundan sonra şərti alıcı Şahid1 izah olunmuş ki, əgər Təqsirləndirilən şəxs1 ona narkotik vasitə satacağı təqdirdə həmin nömrələnmiş pulları ona versin və dərhal aldığı narkotikanı gətirib polis şöbəsinə təqdim etsin. Elə həmin gün şərti alıcı Şahid1 bölməyə məlumat verərək bildirmiş ki, Təqsirləndirilən şəxs1 ona narkotik vasitə alıb gətirmək üçün Ağdaş rayonuna gedib və getməmişdən əvvəl ona polis şöbəsində nömrələri qeyd edilərək verilmiş 160 manat pulu Hünərə verib və Hünər ona telefonda deyib ki, ona iki kibrit qutusunda narkotik vasitə marixuana alıb gətirir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 şöə əməkdaşları tərəfindən gecə saatlarında Zarağan kəndi ərazisində saxlanılaraq polis şöbəsnə gətirilmişdir. Eyni zamanda şərti alıcı Mehdi Hünərin ona Ağdaşdan alıb gətirdiyi iki kibrit qutusu marixuananı polis şöbəsinə təqdim etmiş, həmin narkotika təhqiqatçı tərəfindən götürülərək sənədləşdirildmişdir. O da həmin prosesdə iştirak etmişdir. Mehdinin təqdim etdiyi marixuana tərəzidə çəkildikdə ümumilikdə 10,6 qram olmuşdur. Şahid1 onu da bildirmiş ki, Hünər ona alıb verdiyi narkotik vasitənin üzərindən özü üçün də çəkmək üçün götürmüşdür. Çünki Hünər əvvəlcədən razılaşdıqları kimi narkotika alıb gətirməsi müqabilində kibrit qutusunun birinin içərisindən özü üçün bir neçə dəfə çəkimlik marixuana götürmüşdür. Baxdıqda aydın görünmüşdür kü, kibrit qutusunun birinin üzərindən bir qədər narkotika götürülüb. Hətta polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Hünərin narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək istiqamətində şöbə əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirildikdə onun həmin narkotikanı Ağdaş şəhər sakini Eldar adlı şəxsdən alması ilə bağlı məlumatlar əldə olunmuş və Eldar axtarışa verildikdən sonra o, 22 may 2021-ci il tarixdə yaşadığı Ağdaş şəhərində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin istintaq bölməsində müstəntiq tərəfindən onun üzərinə baxış keçirilmişdir. Baxışda o, polis şöbəsinin digər əməkdaşları, iki hal şahidi, Eldarın vəkili iştirak etmiş, həm də video çəkilişdən istifadə olunmuşdur. Baxış başlayarkən Eldar üzərində narkotik vasitə olmadığını iddia etsə də, onun üzərinə şəxsi axtarış keçirilən zaman şalvarlarının cibindən ayrı-ayrı kağız bükümlərdə ümumilikdə 8 qramdan bir qədər artıq marixuana aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə marixuana müstəntiq tərəfindən götürülüb zərfə qoyulmaqla qablaşdırılmış və zərflərin üzəri möhürlənmiş, zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Eldar isə zərfin üzərini imzalamaqdan imtina etmişdir. Eldar iddia etmişdir ki, üzərindən aşkar edilmiş narkotika ona məxsus deyil, həmin narkotikanı polis əməkdaşları onun cibinə qoyublar, hətta onu guya döyüblər. Lakin, o özü şəxsən onu döyməmiş, onun cibinə marixuana qoymamış və ya əməkdaşlardan kiminsə onu döydüyünü və ya üzərinə narkotika qoyduğunu görməmişdir. Onun fikrincə Eldar özünü müdafiə etmək üçün bu cür qeydlər etmişdir. Eldarın üzərinə baxış keçirilməsi haqqında sonda müstəntiq tərəfindən protokol tərtib edilib ucadan bütün iştirakçılara oxunmuş, doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmış, lakin Eldar protokolu imzalamaqdan imtina etmişdir. Bundan əlavə o, Hünərin ifadəsinin yerində yoxlanılmasında iştirak etmişdir. Həmin vaxt Hünər narkotik vasitəni Ağdaş şəhərində Eldardan aldığı yeri, Mehdiyə Zarağan kəndində dairənin yanında verdiyi yeri, körpünün altında özünə çəkmək üçün gizlədib saxladığı marixuananı Nic qəsəbəsində əkin sahəsinin kənarından yabanı halda bitmiş çətənə kollarından yığdığı yeri göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, Qəbələ rayon polis şöbəsinin cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Qəbələ rayonu Mirzəbəyli kənd sakini Şahid1 04 mart 2021-ci il tarixdə Qəbələ rayon polis şöbəsinə ərizə ilə müraciət edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məğul olan Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs1 bu cür cinayət əməllərini ifşa etmək üçün şərti alıcı qismində polis orqanına köməklik etmək istədiyini bildirmişdir. Bununla yanaşı cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuananın satışı ilə məşğul olması barədə məlumatlar əldə edilmişdir və onun yaxlanması istiqamətində tədbirlər görülürdü. Şərti alıcı Mehdi bildirmiş ki, Təqsirləndirilən şəxs1 ona bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana satmağı təklif edib və deyib ki, əgər pul olsa, bir kibrit qutusunu 60 manatdan olmaqla ona gedib Ağdaş rayonundan narkotik vasitə alıb gətirər. Təqsirləndirilən şəxs1 narkotika satması ilə əlaqədar cinayətkar əməllərini ifşa etmək, yəni nəzarət qaydasında ondan narkotika alınması üçün şərti alıcı qismində Şahid1 cinayət axtarış bölməsində iki hal şahidinin, onun və bölmənin digər əməkdaşlarının iştirakı ilə seriya və nömrələri qeyd olunaraq surətləri çıxarılmış 8 ədəd 20 manatlıq əskinazlardan ibarət ümumilikdə 160(bir yüz altmış) manat pul verilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Bundan sonra şərti alıcı Şahid1 izah olunmuş ki, əgər Təqsirləndirilən şəxs1 ona narkotik vasitə satacağı təqdirdə həmin nömrələnmiş pulları ona versin və dərhal aldığı narkotikanı gətirib polis şöbəsinə təqdim etsin. Elə həmin gün şərti alıcı Şahid1 bölməyə məlumat verərək bildirmiş ki, Təqsirləndirilən şəxs1 ona narkotik vasitə alıb gətirmək üçün Ağdaş rayonuna gedib və getməmişdən əvvəl ona polis şöbəsində nömrələri qeyd edilərək verilmiş 160 manat pulu Hünərə verib və Hünər ona telefonda deyib ki, ona iki kibrit qutusunda narkotik vasitə marixuana alıb gətirir. Təqsirləndirilən şəxs1 saxlanması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, gecə saatlarında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Eyni zamanda şərti alıcı Şahid1 polis şöbəsinə gələrək şərti alıcı qismində Təqsirləndirilən şəxs1 aldığı iki kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı polis şöbəsinə təqdim etmiş, həmin narkotika təhqiqatçı tərəfindən götürülərək sənədləşdirilmiş, tərəzidə çəkildikdə həmin marixuananın kibrit qutuları ilə birlikdə çəkisi ümumilikdə 10 qramdan artıq olmuşdur. Kibrit qutusunun birinin içərisində narkotik vasitə digərinə nisbətən az olmuşdur. Şərti alıcı Şahid1 kibrit qutusunun birinin tam dolu olmama səbəbini belə izah etmiş ki, Hünərin ona dediyinə görə yolda gələrkən həmin narkotikanın üzərindən götürüb çəkib, həm də narkotikanı Zarağan kəndində ona verərkən Hünər əvvəlcədən razılaşdıqları kimi narkotika alıb gətirməsi müqabilində kibrit qutusunun birinin içərisindən özü üçün bir neçə dəfə çəkimlik marixuana götürmüşdür. Daha sonra polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Həmin baxışda iştirak etmişdir. Ondam başqa polis şöbəsinin PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid13, polis kiçik serjantı İlkin Göyüşov, iki hal şahidi, Hünərin vəkili də iştirak etmiş, həm də video çəkilişdən istifadə olunmuşdur. Baxış zamanı Hünərin üzərindən bir ədəd kağız bükümdə və bir ədəd sellofan bükümdə narkotik vasitə marixuana aşkar edilmişdir. Həmin narkotikanı Hünər özü şalvarının ciblərindən çıxarıb təqdim etmişdir. Bildirmiş ki, həmin narkotikanı Mehdiyə narkotika alıb gətirməsi müqabilində özünə çəkmək üçün Mehdiyə verdiyi və iki kibrit qutusunda olan marixuananın üzərindən götürmüşdür. Həmin narkotikanı Ağdaş şəhərindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Hünərin üzərindən aşkar edilmiş marixuana bükümləri elektron tərəzidə çəkildikdə kağız bükümdə olanı bükümlə birlikdə 0.6 qram, sellofan bükümdə olanı isə 6.6 qram olmuşdur. Aşkar edilmiş marixuana götürülərək ayrı-ayrılıqda kağız zərfin içərisinə qoyulub qablaşdırılmış və üzəri möhürlənmişdir. Hünərin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında təhqiqatçı tərəfindən protokol tərtib edilərək iştirakçılara oxunmuş və protokolun doğruluğu imzaları ilə təsdiq edilmişdir. Daha sonra Hünər ifadəsində bildirmiş ki, əlavə olaraq özünə istifadə etmək üçün yay aylarında Qəbələ rayonu ərazisində yabanı halda bitmiş çətənə kollarından yığıb qurudaraq Həmzəlli çayında körpünün altında marixuana gizlədib və həmin marixuananı təqdim edə bilər. Bununla əlaqədar, onun, digər polis əməkdaşlarının, iki hal şahidinin, Hünərin vəkilinin iştirakı, eləcə də video çəkilişdən istifadə edilməklə Hünərin təqdim etdiyi əraziyə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Hünər göstərdiyi marşurut üzrə Həmzəlli çayının girişində yerləşən eyni adlı çayın üzərindəki körpüyə çatanda Hünər bildirmiş ki, körpünün sol tərəfindən çayın içərisinə düşüb körpünün alt hissəsinə getmək lazımdır. Onlar körpünün altına çatdıqda Hünər körpünün alt hissəsində beton dirəyinin dibində kolluq hissədə gizlətdiyi sellofan torbanı çıxarıb təqdim etmişdir. İçərisinə baxdıqda görmüş ki, içərisində qurudulmuş marixuana var. Həmin marixuana götürülərək tərəzidə çəkildikdə sellofan torba ilə birlikdə çəkisi 103 qram olmuşdur. Hünər bir daha qeyd etmiş ki, həmin narkotikanı satmaq üçün deyil, vaxtaşırı özünə çəkmək üçün saxlayırmış, ailə üzvüləri bilməsin deyənə həmin yerdə gizlətmişdir. Hünərin körpünün altında təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana həmin sellofanda qablaşdırılıb üzəri möhürlənmişdir. Bu barədə yenə də protokol tərtib edilib iştirakçılara oxunmuş və protokolun doğruluğu baxışda iştirak edən bütün iştirakçılar, eləcə də onun tərəfindən imzalanmışdır. Hünərin şərti alıcı Mehdiyə satdığı iki ədəd kibrit qutusunda olan marixuananı əldə etdiyi mənbəni müəyyən etmək istiqamətində bölmə əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirildikdə onun həmin narkotikanı Ağdaş şəhər sakini Eldar adlı şəxsdən alması ilə bağlı məlumatlar əldə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Qəbələ rayon polis şöbəsinin cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 may 2021-ci il tarixdə narkotik vasitələrin satışında şübhəli bilinərək Qəbələ rayon polis şöbəsinə gətirilmiş Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs2 üzərinə müstəntiq tərəfindən şəxsi axtarış aparılan zaman iştirak etmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış saat təxminən 15 radələrində aparılmışdır. Şəxsi axtarışda ondan başqa cinayət axtarış bölməsinin əməliyyat müvəkkiləri Şahid11, Şahid12, polis nəfəri Şahid13, iki hal şahidi və Eldarın vəkili iştirak etmiş, həmçinin video çəkiliş aparılmışdır. İstintaq hərəkəti başlamazdan əvvəl müstəntiq iştirakçılara, eləcə də şübhəli şəxsə hüquq və vəzifələrini izah etmiş, hər kəsə aydın olduqdan sonra şəxsi axtarış başlamışdır. Əvvəlcə Eldar üzərində narkotik vasitə olubolmadığı soruşulmuş, əgər varsa könüllü çıxarıb təqdim etməsi təklif edilmişdir. Eldar üzərində narkotika olmadığını iddia etmiş, əgər üzərində narkotika aşkar edilərsə, həmin narkotikanı polis əməkdaşlarının onun üzərinə qoyduğunu bildirmişdir. Bundan sonra müstəntiqin göstərişi ilə tərəflərindən Eldarın üzərinə axtarış keçirilməyə başlanmışdır. İlk olaraq Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın arxa sol cibindən bir ədəd ağ rəngli kağız büküm aşkar edilərək içərisi açılıb baxıldıqda orada qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Həmin narkotika bükümlə birlikdə tərəzidə çəkildikdə 3.7 qram təşkil etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ arxa cibinə şəxsi axtarış aparılan zaman oradan yenə də bir ədəd ağ rəngli kağız büküm aşkar edilmişdir. Kağız büküm açılaraq içərisinə baxıldıqda orada qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Bükümlə birlikdə çəkildikdə 4.6 qram olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs2 mütəmadi olaraq narkotik vasitədən istifadə etdiyini bildirsə də, üzərindən aşkar edilmiş narkotik vasitələrdən xəbərinin olmadığını, onu şərləmək üçün polis əməkdaşlarının üzərinə narkotik vasitə qoyduqlarını iddia etmiş və aqressiv halda özü əlini şalvarının sağ ön cibinə salıb, oradan iki ədəd balaca ağ rəngli kağız büküm çıxarıb stolun üzərinə atmışdır. Bu vaxt bükümlərin hər iksi açılmış və içərisindən az miqdarda qurudulmuş marixuana stolun üzərinə səpilmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotikanın da polis əməkdaşlarının onun cibinə qoyduğunu iddia etmişdir. Təqsirləndirilən şəxs2 özünün şalvarının qabaq sağ cibindən iki ədəd balaca kağız bükümdə çıxararaq stolun üzərinə tökdüyü marixuana elektron tərəziyə qoyulub çəkilsə də, onun çəkisini müəyyən etmək mümkün olmamış, monitor sıfırı göstərmiş, çünki çəki çox aşağı imiş. Eldarın üzərinə axtarış aparılarkan başqa narkotika və ya digər cinayət xarakterli əşya aşkarlanmamışdır. Beləliklə Eldarın üzərindən cəmi 8.3 qram narkotik vasitə marixuana aşkar edilərək götürülmüş və kağız zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən narkotik vasitələrdən xəbərinin olmadığını, həmin narkotikanı onun cibinə polis əməkdaşlarının qoyduğunu bildirmiş və bunu əsas gətirərək zərfin üzərini imzalamaqdan imtina etmişdir. Göstərilənlərlə bağlı müstəntiq tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, doğruluğu iştirakçılar tərəfindən imzalanmış, lakin Təqsirləndirilən şəxs2 protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 Şahid7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyini təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X21 Bölməsinin eksperti, ali biologiya təhsilli, 11.8 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi” ixtisası üzrə ixtisaslaşmış, 2015-ci ildən ekspert iş təcrübəsinə malik olan, İ dərəcəli ədliyyə qulluqçusu X14 ifadəsində bildirmişdir ki, ona təqdim olunmuş bitki mənşəli kütlələrin təbiətini, tərkibində narkotik tərkibə malik komponentlərinkannabinoidlərin olub-olmadığını və onların bir-birilə və təqdim olunmuş qurudulmuş marixuanalar ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək üçün botaniki və nazik təbəqəli xromatoqrafiya tədqiqatları aparılmışdır. Qeyd etmişdir ki, təhqiqat zamanı ona təqdim olunmuş narkotik vasitələr 15 dəqiqə 60 dərəcə selsi temperaturda qızdırır, qızdırandan sonra ondan mikro pipetka vasitə ilə nümunə götürülüb sillefon lövhəyə məsafə ilə eni 2 mm-dən çox olmamaq şərtilə damızdırılır. Həmin damızdırılmış lövhə şüşə bankada sistemə qoyulur. Bundan sonra nəmlənmə səviyyəsi sillefon lövhənin axırına çatdıqda həmin sillefon lövhə götürülür. Daha sonra göy duz məhsulu sillefon lövhəyə çilənir və sonra fen vasitəsilə qurudulur. Həmin yerdə 3 ləkə əmələ gəlir. Ortada əmələ gələn ləkələrin diametrlərinə və start xəttindən həmin ləkələrin mərkəzinə qədər olan məsafəyə görə eynilik verilir. Yəni ləkələr eyni diametrdə və eyni hündürlükdə əmələ gəlirsə ona görə eynilik verilir. Həmçinin proses iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, eynilik nisbi məsələdir. Eyni topraq sahəsində iki kannabis bitkisinin tərkibi eyni də ola bilər, müxtəlifdə. Həmçinin fərqli ərazilərdə olan, lakin eyni toxumlu və eyni qaydada qulluq göstərilən narkotik vasitələrin tərkibi eyni ola bilər. Bəzən praktikada fərqli ərazidən yığılmış narkotik vasitələrin eyni tərkibli olması mümkün olmuşdur. Buna səbəb isə eyni hava şəraiti, eyni qulluq və s. olur. Həmçinin suala cavab olaraq qeyd etmişdir ki, aralarında vaxt intervalı ilə (iki ay) yığılmış iki çətənə (kannabis) bitkisinin tərkibləri eyni ola bilməz. Hazırki iş üzrə Təqsirləndirilən şəxs2 saxlanıldığı zaman üzərindən aşkar olunmuş ümumilikdə təmiz çəkisi 7,52 qram olan qurudulmuş marixuana ilə, onun Təqsirləndirilən şəxs1 satdığı ümumilikdə təmiz çəkisi 15,43 qram olan qurudulmuş marixuananın eyni tərkibli olması onların eyni vaxtda yığılmasını təsdiq edir. İttiham aktının siyahısında şahid kimi göstərilən X25 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. X15 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, Qəbələ şəhər sakini, hazırda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbsdə olan Hünəri 4 il olar ki, tanıyırmış. Hünərlə ilk tanışlığı Qəbələ şəhərində olub, belə ki, 4 il əvvəl o, bir qrup dostları ilə Qəbələyə istirahətə gəlmiş, onlara bir neçə günlük kirayə qalmağa ev lazım olmuş və Hünər onlara ev tapmışdır. Bundan sonra Hünərlə bir-birinin telefon nömrələrini götürmüşlər və aralarındada dostluq yaranmışdır. Sonuncu dəfə 2021-ci ilin mart ayının əvvəli, dəqiq xatırlamadığı tarixdə Hünər Ağdaşda axşam çağı görüşərkən bildirmiş ki, şəxsi işi var, Ağdaşdan nəsə alıb aparmalıdır, buna görə ona 120 manat pul lazımdır, həmin pulu ondan borc istəmişdir. O da həmin gün Hünərə 120 manat borca pul vermişdir. Hünər demiş ki, bir həftəyə borcunu qaytaracaq. Bundan 2-3 gün sonra dəqiq yadında qalmayan tarixdə Hünər gecə vaxtı ona zəng vurub demiş ki, işi ilə bağlı Ağdaşa gəlib və gəlmişkən istəyir ki, görüşüb çay içsinlər, həm də ona olan borcunu qaytarsın. Hünərlə onların kəndi yaxınlığında Ağdaş- Qəbələ yolunun üstündə yerləşən çayxanada oturub çay içib, xeyli söhbət etmişlər. Hünər bir nəfər Mersedes Benz 190 markalı avtomobili idarə edən adını bilmədiyi taksi sürücüsü ilə gəlmişdir. Taksi sürücüsü də onlarla birlikdə çay içirmiş. Sonra onlar çayxanadan durub gedəndə maşının içərisində Hünər ona hamısı 20 manatlıq olmaqla 120 manat pul verərək borcunu qaytarmışdır. Sonra onun yaşadığı kənmdə gedən yolun üstündə onu düşürərək getmişlər. Bundan təxminən 2 ay sonra o eşitmiş ki, Hünər narkotik vasitə satışında ittiham olunaraq Qəbələ polisi tərəfindən tutulub. Elşən Şirinov ifadəsində həmçinin, istər əvvəllər, istərsə də, sonuncu dəfə Hünərlə görüşərkən ona, narkotik vasitə satmadığını bildirmişdir. (iş vər.: İİ cild, 159-166). Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitəni əksər hallarda Ağdaş rayonundan müxtəlif üzdən tanıdığı şəxslərdən alıb, eləcə də Qəbələ rayonu ərazisində yabanı halda bitmiş sahələrdən yığıb qurudaraq çəkmişdir. Şahid1 təxminən 7-8 ay bundan qabaq tanımışdır. O, Mehdi ilə Qəbələ şəhərində çayxanada tanış olmuşdur. Mehdi də onun narkotik vasitə aldığını və çəkdiyini bilirmiş, Mehdiyə də demiş ki, əgər çəkmək istəsə ona da təşkil edə bilər. 4 mart 2021-ci il tarixdə Mehdi ona zəng edərək demiş ki, qonaqları var, ona narkotik vasitə lazımdır və ona narkotik vasitə marixuana tapa biləcəyini soruşmuşdur. O da Mehdiyə demiş ki, pulunu versin, gedib ona Ağdaşdan marixuana alıb gətirsin. Mehdi ondan iki kibrit qutusu marixuana istəmişdir. Ona demiş ki, iki kibrit qutusu marixuana üçün 130 manat pul lazımdır. Əlavə olaraq 20 manat taksiyə verməlidir, 10 manat da özünə qalsın ki, yolda xərcliyi olsun. Buna görə də Mehdidən ümumilikdə 160 manat pul istəmişdir. Bundan əlavə demiş ki, ona marixuana alıb gətirməsi müqabilində həmin marixuanadan 2-3 dəfəlik çəkmək üçün ona da verər. Çünki özünün maddi imkanı olmadığından ala bilmirmiş. Lakin onu da qeyd etmiş ki, o bundan 2-3 gün əvvəl təxminən mart ayının 1-də Ağdaş şəhərinə gedib orada Təqsirləndirilən şəxs2 adlı şəxsdən təxminən axşam saat 10-da dar küçələrin birində 120 manat verib iki kibrit qutusunda marixuana alıb evinə gətirmiş və gizlədib saxlayırmış ki, ailə üzvləri bilməsin. Üzərindən 1 və ya 2 dəfə çəkmişdir. Həmin kibrit qutularını özünə çəkmək üçün saxlayırmış. Mehdi ondan marixuana istədikdə əvvəlcə özündə olanı satmaq istəmiş, lakin fikirləşmiş ki, özünə çəkməyə lazım olacaq, sonra tapa bilməyəcək. Ona görə də qərara gəlmiş ki, həmin iki karopkada olanı üstündə götürüb Ağdaşa getsin, yenə Eldarla görüşsün, əgər Eldarı tapsa, ondan alıb gətirsin, yox əgər Ağdaşdan ala bilməsə üstündə olan 2-3 gün əvvəl Eldardan aldığı iki kibrit qutusunda olan nəşəni Mehdiyə satar. Mehdi bildirmiş ki, pul tapıb ona gətirəcək. Həmin gün axsam saat 8 və ya 9-da Qəbələ rayon Zarağan kəndində Mehdi ilə görüşüb ondan 8 ədəd 20 manatlıq əskinazlardan ibarət ümumilikdə 160 manat pul götürüb Təbriz adlı Taksi sürücüsü ilə danışıb onun mercedes 190 markalı avtomobil ilə Ağdaşa getmişdir. Taksi sürücüsü onun narkotik dalınca getdiyini bilmirmiş. Ağdaşa gedib Eldara zəng vurmuş, lakin Eldar zənglərə cavab verməmiş, onu axtarmış, lakin tapa bilməmiş, beləliklə onunla əlaqə yarada bilməmişdir. Buna görədə qərara gəlmiş ki, Eldardan iki gün əvvəl aldığı 2 kibrik qutusunda olan nakotik vasitəni aparıb Mehdiyə versin, sonra Eldardan özü üçün yenə alar. Ağdaşda olarkən fikirləşmiş ki, gəlmişkən Mehdidən ona karkotik almaq üçün götürdüyü 160 manat puldan tanışı Ağdaş rayon sakini Elşən adlı şəxsə olan 120 manat borcunu qaytarsın. Çünki, iki gün əvvəl Eldardan marixuana almaq üçün 120 manat pulu Elşəndən borc adı ilə almış, Elşən həmin pulla marixuana alacağını bilmirmiş. Buna görə də Ağdaşda olarkən Elşənə zəng edib, onunla görüşüb yolun kənarında çay içib söhbət etmiş və ona olan 120 manat borcunu Təbrizin yanında maşının içərsində ona vermişdir. Elşənə verdiyi pullar 6 ədəd 20 manatlıq əskinazalardan ibarət imiş. Bundan sonra da qayıdıb Qəbələyə gəlmişlər. Yoldan Mehdiyə aldığı narkotikanın üzərindən götürüb bir dəfə çəkmişdir. Taksi sürücüsü buna narazı olduqda ona demiş ki, onluq bir şey yoxdur, çəkənidir. Sonra Qəbələ rayon Zarağan kəndinə gəlib gecə saat 2 yaxud 3 olarmış ki, Mehdi ilə Zarağan dairəsinin yaxınlığında 2 kibrit qutusunda olan narkotik vasitəni ona vermişdir. Əvvəlcədən danışdıqları kimi həmin narkotikanın üstündən 2-3 dəfəlik istifadə etməyə götürmüşdür. Bir qədər götürərək bir hissəsini sellofon torbaya, bir hissənin siqaret kağızına bütük şalvarının cibinə qoymuşdur. Daha sonra Mehdidən ayrılıb Təbriz ilə birlikdə onun idarə etdiyi avtomobil ilə Qəbələ şəhəri istiqamətində gəlmişlər. Təbrizin onun narkotika almasından, eləcədə, Mehdiyə verməsindən məlumatı yox imiş. Ona demiş ki, bir nəfər tanışından pul götürməyə gedir. O yolda onun narkotika çəkməyini görəndən sonra bilmiş ki, narkotika almışdır. Buna narazı olanda demiş ki, onluq bir iş yoxdur, onun problemidir. Mehdidən uzaqlaşıb Qəbələ şəhəri istiqamətinə gələrək Zarağan kəndində “Həyat” adlanan şadlıq sarayının qarşısına çatdıqda YPX-nin əməkdaşı Təbrizə işarə verib saxlatmışdır. Təbriz avtomobili saxlamış, o da maşından düşmüşdür. Bu zaman yanlarında maşın dayanmış və polis əməkdaşları onları saxlamışdır. Ona üzərində narkotik vasitə olduğundan şübhələndiklərini bildirib, araşdırma aparmaq üçün onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının müşayəti ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş, ona vəkil təyin edilmiş, sonra həmin vəkilin və iki hal şahidinin iştirak ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirilmişdir. O, şalvarının cibində olan və Mehdiyə aldığı marixuananın üstündən götürüb ciblərində saxladığı marixuananı çıxarıb təqdim etmişdir. Həmin marixuanalar ayrılıqda tərəzi vasitəsi ilə çəkildikdə sellofon torbadakının 6.6 qram, kağız bükümdəkinin isə 0.6 qarm gəldiyini məlum olmuşdur. Həmin marixuanalar götürülərək kağız zərf içərisinə qoyulub qablaşdırılmış və üzəri möhürlənmişdir. Qeyd olunanlar barədə protokol yazılmış və protokolun doğruluğu onun tərəfindən imzalanmışdır. Daha sonra ondan izahat alınarkən əlavə olaraq Həmzəlli kəndinin girişindəki körpünün altında özünə aid narkotik vasitə olan qurudulmuş marixuana gizlətdiyini bildirmişdir. Həmin marixuananı o, bu ilin yay aylarında Qəbələ rayon Nic qəsəbəsində boş sahədə yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından yığıb qurudaraq əldə etdiyini və özü istifadə etmək üçün saxlayırmış. Həmin marixuana keyfiyyətsiz olduğu üçün ondan az istifadə edirmiş, pulu olmayıb başqa şəxslərdən narkotika ala bilmədikdə həmin marixuanadan çəkirmiş. Mehdi də həmin marixuananı bəyməyəcəyi üçün ona gedib Ağdaşdan almışdır. Polis əməkdaşları ona körpünün altında gizlətdiyi marixuannı təqdim etməyi təklif etdikdə onları həmin yerə aparıb körpünün altında, kolluqda sellofon torbanın içərsinə qoyduğu yerdə onlara təqdim etmişdir. Həmin vaxtı baxışda vəkili və 2 hal şahidi iştirak edirmiş, həmçinin videoçəkiliş aparılırmış. Təqdim etdiyi həmin marixuana tələzidə çəkildikdə 103 qram gəlmişdir. Körpünün altında gizlətdiyi marixuana da götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib edilərək iştirakçılara oxunmuş, protokolun doğruluğu onun tərəfindən də imzalanaraq təsdiq olunmuşdur. Əvvəlki ifadələrində Mehdiyə satdığı narkotikanı Ağdaşda tanımadığı şəxsdən həmin gün aldığını qeyd etsə də sonradan düzünü danışaraq həmin narkotikanı Eldar adlı şəxsdən aldığını bildirmişdir. Eldardan əvvəllər də 1 və 2 dəfə nəşə aldığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr məhkəmə baxışında elan edilərək tədqiq edilmişdir. Həmin ifadələrdən gürünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan narkotik vasitələrin ona aid olduğunu, həmin narkotik vasitələri Ağdaş rayonunda Eldar adlı şəxsdən aldığını, həm istifadə etmək, həm də satış məqsədi ilə saxladığını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadələr sərbəst ifadələrdir, həmin ifadələri hər hansı fiziki və ya psixi təsir altında verməmişdir, ona görə də həmin ifadələrin mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyinə görə sübut növü kimi qəbul edilməli və məhkəmə istintaqında təqdiq olunan bütün sübutların məcmusu ilə birlikdə qiymətləndirilməlidir. Eyni zamanda işdə olan Qəbələ Rayon Məhkəməsinin 4(025)-2/2021 nömrəli, 06.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində "xxxx" qətimkan tədbirinin seçilməsinə dair prokurorun təqdimatına baxıldığı zaman məhkəmə baxışında o, özünün təqsirli olduğunu etiraf etmiş və polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmadığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 20.05.2021-ci il tarixli “şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi kimi 2021-ci ilin mart ayının əvvəllərində ona Ağdaş şəhəri ərazisində iki kibrit qutusunda narkotik vasitə-qurudulmuş marixuana satan Eldar kimi tanıdığı şəxsi müəyyənləşdirmək məqsədi ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaqda şübhəli olduğu müəyyən olunan ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 fotoşəkillər üzrə tanınmaya təqdim edilmiş, tanınmalı olan Təqsirləndirilən şəxs2 fotoşəkili tanınmada istifadə edilən masa üzərinə düzülmüş oxşar 03 şəxsin fotoşəkillərinin arasında Təqsirləndirilən şəxs1 baxacağı istiqamətdə soldan sağa 2-ci yerdə qoyulmuşdur. Tanıyan şəxs Təqsirləndirilən şəxs1 təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirib, soldan sağa 2-ci yerə qoyulmuş Təqsirləndirilən şəxs2 fotoşəklini göstərib, 5 mart 2021-ci il tarixdə, yəni polis əməkdaşları tərəfindən tutulduğu gün Mehdi adlı şəxsə verdiyi iki kibrit qutusunda olan, eləcə də həmin gün Qəbələ rayon polis şöbəsində üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuananı tutulmamışdan iki gün əvvəl Ağdaş şəhərində 120 manat müqabilində ona satan və Eldar kimi tanıdığı şəxsin dəqiq olaraq həmin şəxs olduğunu bildirmişdir. İşdə olan 22 may 2021-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan videoçəkiliş aparılmaqla onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı Mehdi adlı şəxsə satdığı 2 kibirti qutusunda narkotik vasitə qurudulmuş marixuananı 120 manat müqabilində Ağdaş şəhərində ondan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə bunu inkar edərək ümumiyyətlə Hünər adlı şəxsi tanımadığını və ona narkotik vasitə satmadığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 25 may 2021-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində qeyd etdiyi xüsusatları yerində əyani şəkildə göstərərək Ağdaş şəhərində Təqsirləndirilən şəxs2 Mehdi adlı şəxsə vermək üçün iki kibrit qutusunda narkotik vasitə marixuananı aldığı yeri, daha sonra Qəbələ rayonu Zarağan kəndində Mehdi ilə görüşüb ona həmin marixuananı verdiyi yeri, eləcə də körpünün altında gizlədərək saxladığı marixuananı Nic qəsəbəsində "Təndir torpağı" adlanan yerdə yabanı halda bitmiş çətənə kollarından yığdığı yerləri göstərmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 iki kibrit qutusu marixuananı Eldardan Ağdaş şəhərində onun yaşadığı Nəsimi küçəsində evinin yaxınlığında ara küçədə almış, daha sonra Qəbələ rayonu Zarağan kəndinin mərkəzində dairəvi yolayrıcının yaxınlığında şərti alıcı Şahid1 satmışdır. Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən onun ifadəsində göstərdiyi xüsusatlarla ifadəsinin yerində yoxlanılması zamanı göstərdiyi xüsusatlar tam uyğun gəlmişdir.Qeyd olunan istintaq hərəkətinin keçirilməsinə dair tərəfimdən protokol tərtib edilmiş və həmin vaxt çəkilmiş fotoşəkillər fotocədvəl formasında protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ rayonu Mirzəbəyli kənd sakini Şahid1 Əlfsər oğlunun Qəbələ rayon polis şöbəsinə yazmış olduğu 04 mart 2021-ci il tarixli ərizədən görünür ki, o, müraciət edərək ona narkotik maddə olan qurudulmuş marixuana satmağı təklif edən Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün onun cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə şərti alıcı qismində polis orqanına köməklik etmək istədiyini bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən tərtib edilmiş 04 mart 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 müraciətinə əsasən Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat tədbirlərinin keçirilməsi, yəni Təqsirləndirilən şəxs1 şərti alıcı qismində narkotik vasitə-qurudulmuş marixuana alması üçün nömrələri qeyd olunaraq 8 (səkkiz) ədəd 20 (iyirmi) manatlıq pul əskinazlarından ibarət 160 (bir yüz altmış) manat pul verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Cavidan Əhmədli tərəfindən tərtib edilmiş 05 mart 2021-ci il tarixli “əşyaların könüllü təqdim edilməsi zamanı götürmə haqqında” protokoldan görünür ki, şərti alıcı Şahid1 Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs1 aldığı 02 ədəd kibrit qutusunda olan narkotik vasitəni Qəbələ RPŞ-nin inzibati binasında təhqiqata təqdim etmişdir. Təqdim edilmiş kibrit qutularının içərisinə baxış keçirilən zaman hər birinin içərisində narkotik vasitəqurudulmuş marixuanaya oxşar kəskin iyə malik bitki kütlələrinin olduğu müəyyən edilmiş, kibrit qutuları “1” və “ 2” rəqəmləri ilə nömrələnmiş, ayrı-ayrılıqda “Aosai” markalı elektron tərəzidə çəkildikdə “1” nömrəli qutunun çəkisi 5.5 qram, “2” nömrəli qutunun çəkisi isə 5.1 qarm təşkil etmişdir. Təqdim edilmiş ümumilikdə iki ədəd kibrit qutusunda olan narkotik vasitəqurudulmuş marixuanaya oxşar kəskin iyə malik bitki kütlələri iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək kağız zərfə qoyulmaqla qablaşdırılmış və zərfin üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Götürmə zamanı “Redmi” markalı mobil telefonla foto şəkillər çəkilmiş, protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış, çəkilmiş foto şəkillərin əksi çıxarılaraq protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 05.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə Qəbələ rayon polis şöbəsinin inzibati binasında şübhəli şəxs qismində təhqiqatçı Cavidan Əhmədli tərəfindən şəxsi axtarış və götürmə aparılarkən tərtib edilmiş protokoldan, həmin protokola əlavə edilmiş foto və video görüntülərdən aydın olur ki, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə narkotik vasitə-qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib saxlamasına, üzərində daşıyaraq gəzdirməsinə və satmasına əsaslı şübhələr olduğundan 05.03.2021-ci il tarixdə polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərinə təhqiqatçı Cavidan Əhmədli tərəfindən şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əvvəlcə üzərində olan əşyaları könüllü surətdə təqdim etmək təklif edilmiş və sonuncu təklifi qəbul edərək üzərində olan əşyaları könüllü təqdim edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Mehdi adlı şəxsə vermək üçün Ağdaş şəhərindən adını bilmədiyi şəxsdən aldığı və əynindəki şalvarın sağ cibində bir ədəd kağız bükümdə, həmçinin şalvarının sol cibində sellofan torbanın içərisində narkotik vasitəqurudulmuş marixuana olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd kağız büküm, həmçinin şalvarının sol cibindən bir ədəd sellofan büküm çıxararaq içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra həmin büküm və sellofan torba açılaraq içərisinə baxıldıqda orada kəskin iyə malik, narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olduğu müəyyən edilmişdir.Həmin kağız bükümdə və sellofan torbada olan narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütlələri ayrı-ayrılıqda “Aosai” markalı elektron tərəzidə çəkildikdə kağız büküm ilə birlikdə 0.5 qram, sellofan torbada olan isə torba ilə birlikdə 6.6 qram çəkidə olmuşdur.Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd kağız bükümdə və bir ədəd sellofan torbada aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütləsi iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək ayrı-ayrılıqda bir ədəd kağız zərfə qoyulmaqla qablaşdırılmış və zərfin üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir.Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütləsini Mehdi adlı şəxsə verdiyi iki ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananın üzərindən sonuncuya narkotik vasitə verməsinin əvəzində götürdüyünü bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 05 mart 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 05 mart 2021-ci il tarixdə təhqiqatçı Cavidan Əhmədli tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi və özünün deməsinə görə narkotik vasitəni gizlətməklə saxladığı Qəbələ rayonu Həmzəlli kəndinin girişindəki çayın üzərində yerləşən körpünün altına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 gizlətmiş olduğu narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütləsini körpünün beton dirəyinin arxasından üzəri yapışqan lentlə bağlanmış sellofan torbada çıxardaraq təqdim etmişdir. Yapışqan lent kəsilərək sellofan torba açılıb içərisinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 torbanın içərisindəki marixuananı yabanı halda Qəbələ rayonu ərazisində yerləşən meşəlikdən yığdığını bildirmişdir. Sellofan torbanın içərisindəki narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütləsi sellofan torba ilə birlikdə elektron tərəziyə qoyularaq çəkildikdə ümumi kütləsi 103 qram təşkil etmişdir. Daha sonra həmin bitki kütləsi götürülərək həmin sellofan torbanınü zərindəki yapışqan lentlə bağlanıb digər qara rəngli sellofan torbaya qoyulmaqla qablaşdırılmış və üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, həmin vaxt qeydə alınmış video və foto görüntülər fotocədvəl şəklində və elektron daşıyıcı diskə köçürülməklə protokola əlavə edilmişdir. İşdə olan Qəbələ RPŞ-nin CAB-dən daxil olmuş 28.04.2021-ci il tarixli 27/144-12761- 1121 nömrəli raportdan görünür ki, verilmiş əməliyyat tapşırığı əsasında Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olması ilə bağlı keçirilmiş əməliyyataxtarış tədbirlər nəticəsində əldə edilmiş məlumatlar istintaq bölməsinə təqdim edilmişdir. Həmin materiallardan görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında keçirilmiş kompleks əməliyyat axtarış tədbirləri çərçivəsində Qəbələ rayon məhkəməsinin 02 fevral 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 istifadə etdiyi 051 448-98-42 saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlara qulaq asma nəticəsində əldə edilmiş danışıq mətinlərindən aydın olur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş yuxarıda qeyd olunan mobil telefon nömrəsi ilə X7 məxsus, lakin Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 050 732 61 69 saylı mobil telefon nömrəsi vasitəsi ilə onların arasında bir neçə dəfə, sonuncu dəfə isə 01 mart 2021-ci il tarixdə narkotik vasitənin alış-verişi mövzusunda söhbətlər aparılmışdır. İşdə olan və məhkəmə baxışında proses iştirakçıları ilə birlikdə Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli “telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi” haqqında qərarına əsasən AR DİD BİKİ vasitəsi ilə iş üzrə AR CM-nin 234.2-ci maddələri ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən 01.01.2021-ci il tarixdən 05.03.2021ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısına, mesajların məzmununa, daxil olan və çıxan zənglərin anten dairələrinə və abunəçilərə dair əldə edilərək 02.04.2021-ci il tarixli, 25/1- 2354 nömrəli məktubla göndərilmiş və 1 (bir) ədəd CD formatlı diskə yerləşdirilmiş məlumatlara baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 732 61 69 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 051 448-98-42 saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlara qulaq asma nəticəsində əldə edilmiş danışıq mətnlərindən Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında əvvəlcədən tanışlıq olduğu və narkotik satışı barəsində danışıq getməsi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 05.03.2021-ci il tarixli 17/173 saylı rəyində aşağıdakılar göstərilmişdir: -Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1” oğlu sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd qara rəngli kağız bükümdə və 01 (bir) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,40 qram və 4,63 qram, ümumi təmiz çəkiləri - 5,03 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş, üzərində “Şahid1” oğlu sözləri və imzalar yazılmış zərfin içərisindəki “1” və “2” rəqəmləri ilə nömrələnmiş 02(iki) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri - 5,41 qram və 4,99 qram, ümumi təmiz çəkiləri - 10,40 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş, üzərinə yapışıdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs1...hal şahidləri.” sözləri və imzalar yazılmış qara rəngli sellofan torbanın içərisində təmiz çəkisi - 91,94 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş 01 ədəd kağız qara rəngli kağız bükümdə, 01 ədəd şəffaf sellofan bükümdə və 02 ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. -Tədqiqata təqdim olunmuş 01 bir ədəd qara rəngli sellofan torbada olan qurudulmuş marixuana tərkibinə görə 01 ədəd qara rəngli kağız bükümdə, 01 ədəd şəffaf sellofan bükümdə və 02 ədəd kibrit qutularında olan qurudulmuş marixuanalardan fərqlənir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmə bioloji ekspertizasının 23 may 2021-ci il tarixli, 17/367 saylı rəyində aşağıdakılar qeyd edilmişdir. - Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən (arxa sağ cibindən) bir ədəd kağız bükümdə aşkar edilərək götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi -4.14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi -3,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynindəki şalvarının sağ ön cibindən aşkar edilərək götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 0,14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Tədqiqata təqdim olunmuş 03 (üç) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar ilə 01 (bir) ədəd kağız bükümdə, 01 (bir) ədəd şəffa sellofan bükümdə və 02 (iki) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ rayon X29 X5 baş məsləhətçisi X16 tərəfindən verilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs1 yabanı halda narkotik vasitə yığdığı yer kimi göstərdiyi əraziyə baxış keçirilməsində mütəxəssis qismində iştirak edərək Təqsirləndirilən şəxs1 göstərdiyi, Qəbələ rayonu Nic qəsəbəsində Qəbələ-Oğuz yolundan təxminən 300-400 metr sağa dorğu məsafədə ”Təndir Torpağı” adlanan ərazinin yabanı halda narkotik tərkibli bitkilərin yetişməsi üçün münbit torpaq sahəsi olub-olmamasını təftiş etmiş və baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə kanal ətrafında boş sahələrdə narkotik mənşəli çətənə bitkisi bitə bilər, ərazi narkotik tərkibli bitkilərin yabanı halda yetişməsi üçün xarakterikdir və bunun üçün münbit şərait vardır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 may 2021-ci il tarixli 503 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannaobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2021-ci il tarixli, 808 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannaobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ RMX PHŞ-dən daxil olmuş 17.03.2021-ci il tarixli, 3/312 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 RMX-nın PHŞnin poliklinika şöbəsinin psixiatriya və narkoloji kabinetlərində qeydiyyatda deyildir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş RMX PHŞ-dən daxil olmuş 23.06.2021-ci il tarixli, 858 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş RMX-nın PHŞ-nin poliklinika şöbəsində “epizodik həşiş qəbulu” diaqnozu ilə profilaktik narkoloji qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli 1(014)- 80/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna cavab olaraq Ağdaş rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli məktubda göstərilmişdir ki, məhkum Təqsirləndirilən şəxs2 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasından 3 ay 16 gününü çəkmiş, onun çəkilməmiş 01 il 08 ay 10 gün cəzası qalmışdır. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Ağdaş Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli 1(014)-80/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materillarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materillarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materillarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli, 1973 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş şəhər, İ.Nəsimi küçəsi, 8 nömrəli evdə tək yaşayır. İş materillarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29.03.2021-ci il tarixli, 72 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi anası X2, qardaşları 1991-ci il təvəllüdlü X3 və 2002-ci il təvəllüdlü X1 ibarətdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir.» Həmin Qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Həmin qərarın 13-cü bəndində qeyd edilmişdir ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ilə istinad edilən cinayət əməlini təqsirli olaraq törətməsi onun istintaq dövründə videoçəkiliş aparılmaqla verdiyi ifadələri, şahid ifadələri, şərti alıcının cinayət əməlinin ifşa edilməsində köməklik etməsini xahiş etməsi barədə ərizəsi, 04.03.2021-ci il tarixli pul əskinaslarının nəzarət qaydasında şərti alıcıya verilməsi ilə bağlı tərtib edilmiş protokol, 05.03.2021-ci il tarixli şərti alıcının narkotik vasitə olan marixuananı təqdim etməsi ilə bağlı tərtib edilmiş protokol və fotocədvəl, 05.03.2021-ci il tarixli Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılması keçirilərkən tərtib edilmiş protokol, həmin protokola əlavə edilmiş foto və video görüntülər, 05.03.2021-ci il tarixli Təqsirləndirilən şəxs1 körpünün altında narkotik vasitəqurudulmuş marixuananı təqdim edərkən tərtib edilmiş baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş foto və video görüntülər, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılması keçirilərkən tərtib edilmiş protokol, həmin protokola əlavə edilmiş foto və video görüntülər, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə ilə əlaqədar tərtib edilmiş protokol, həmin protokola əlavə edilmiş foto və video görüntülər, 25.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması istintaq hərəkətinin keçirilməsi zamanı tərtib edilmiş protokol, həmin protokola əlavə edilmiş fotocədvəl, Qəbələ rayon X29 X5 baş məsləhətçisinin 25.05.2021-ci il tarixli rəyi, məhkəmə bioloji ekspertizasının müvafiq olaraq 05.03.2021-ci il tarixli 17/173 saylı və 23 may 2021-ci il tarixli, 17/367 saylı rəyləri, məhkəmə narkoloji ekspertizasının müvafiq olaraq 05 may 2021-ci il tarixli 503 saylı və 08 iyul 2021-ci il tarixli, 808 saylı rəyləri, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən 01.01.2021-ci il tarixdən 05.03.2021ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısına dair əldə edilmiş məlumatlar və həmin məlumatlara baxış keçirilməsi haqqında tərtib edilmiş 05.04.2021-ci il tarixli protokol, keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində məhkəmə qərarı əsasında əldə edilmiş Təqsirləndirilən şəxs1 istifadə etdiyi 051 448-98-42 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadə etdiyi mobil nömrəsi arasında aparılan danışıqlara qulaq asma nəticəsində əldə edilmiş məlumatlar və istintaq zamanı əldə edilmiş digər mötəbər sübutlarla təsdiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə növündə qəti cəza təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 barəsində Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 3 ay həddində "xxxx" qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 mart 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 05 mart 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqında tədqiq olunmuş ibtidai istintaq zamanı təyin edilmiş narkoloji Dispanserinin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs1 oğlunun narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istinad edilən cinayət əməlini təqsirli olaraq törətməsi Təqsirləndirilən şəxs1 ifadələri, şahid ifadələri, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılması keçirilərkən tərtib edilmiş protokol, həmin protokola əlavə edilmiş foto və video görüntülər, Təqsirləndirilən şəxs1 oğlu ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə protokolu, həmin protokola əlavə edilmiş video görüntülər, Təqsirləndirilən şəxs1 iştirakı ilə keçirilmiş fotoşəkillər üzrə tanınmaya təqdim etmə protokolu, 25.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması istintaq hərəkətinin keçirilməsi zamanı tərtib edilmiş protokol, həmin protokola əlavə edilmiş fotocədvəl, məhkəmə bioloji ekspertizasının müvafiq olaraq 05.03.2021-ci il tarixli 17/173 saylı və 23 may 2021-ci il tarixli, 17/367 saylı rəyləri, məhkəmə narkoloji ekspertizasının müvafiq olaraq 05 may 2021-ci il tarixli 503 saylı və 08 iyul 2021-ci il tarixli, 808 saylı rəyləri, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən 01.01.2021-ci il tarixdən 05.03.2021-ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısına dair əldə edilmiş məlumatlar və həmin məlumatlara baxış keçirilməsi haqqında tərtib edilmiş 05.04.2021-ci il tarixli protokol, keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində məhkəmə qərarı əsasında əldə edilmiş Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadə etdiyi mobil nömrəsi arasında aparılan danışıqlara qulaq asma nəticəsində əldə edilmiş məlumatlar və istintaq zamanı əldə edilmiş digər mötəbər sübutlarla təsdiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əsassız olaraq tutulması, özünü təqsirli bilməməsi, ona edilmiş ittihamın əsassız olması, heç kimə narkotik vasitə satmaması, üzərindən aşkar edilmiş narkotik vasitəni onun ciblərinə polis əməkdaşlarının qoyması barədə qeydləri özünün müdafiəsi üçün gətirdiyi dəlillər hesab edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs2 polis şöbəsində ona işgəncə verildiyini qeyd etmiş, bu səbəbdən məhkəmə tərəfindən Qəbələ rayon prokurorluğuna məlumat verilmişdir. İstintaq materiallarına əlavə edilmiş Qəbələ rayon prokurorluğunun müstəntiqi Şahmurad Sadıqlı tərəfindən qəbul edilmiş 08 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 25.05.2021-ci il tarixdə Qəbələ rayon məhkəməsinin sədri Abbas Əliyevin rayon prokurorluğuna AR CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 24 may 2021-ci il tarixdə məhkəmə iclasında polis əməkdaşları tərəfindən döyülməsi barədə qeyd etməsi ilə əlaqədar yazdığı məktubuna, eləcə də Təqsirləndirilən şəxs2 xəsarət aşkar edilməsi və həmin xəsarətləri Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən yetirilməsi barədə qeydi ilə əlaqədar həbsdə saxlanıldığı X6 rayon prokurorluğuna daxil olmuş 02.06.2021-ci il tarixli 2281 nömrəli məktuba əsasən müstəntiq Şahmurad Sadıqlı tərəfindən 71c-20 saylı materialın araşdırma aparılmış və araşdırmanın nəticəsində Təqsirləndirilən şəxs2 Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və üzərinə narkotik vasitə qoyulması barədə xüsusatlar öz təsdiqini tapmadığından və bununla da toplanmış materialda cinayət hadisəsi aşkar edilmədiyindən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 onun Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və üzərinə narkotik vasitə qoyulması barədə qeydlərinin öz təsdiqini tapmaması nəzərə alınmalı və onun bu cür qeydləri özünü müdafiə xarakterli hesab edilməlidir. Bundan əlavə məhkəmə o halı da nəzərə alır ki, məhkəmə iclaslarında Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs2 AR CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın əsassız olduğunu, elan edilmiş ittihamla razı olmadıqlarını, belə ki, ittihamın ehtimallara əsaslandığını, heç bir əsaslı sübutun mövcud olmadığını bildirərək, iş üzrə Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdirlər. Lakin Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs2 050 732 61 69 saylı mobil telefon nömrəsinin onun istifadəsində olmamasını etiraf etməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında aparılan telefon danışıqlarının sonuncu tərəfindən aparılmadığını qeyd etmişlər. 050 732 61 69 saylı mobil telefon nömrəsinin sahibi X11 iş üzrə istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, “dayısı Təqsirləndirilən şəxs2 təxminən 1 il əvvəl ondan xahiş etmişdir ki, şəxsiyyət vəsiqəsinin müddəti keçdiyinə görə öz adına mobil telefon nömrəsi ala bilmir, bu səbəddən öz adına ona mobil telefon nömrəsi alıb versin. O da dayısı Eldarın xahişini nəzərə alaraq Ağdaş şəhərində yerləşən mağazaların birindən öz şəxsiyyət vəsiqəsini təqdim etməklə 050 732 61- 69 saylı mobil telefon nömrəsi alaraq Eldara vermişdir. Yediyar Mustafayev ifadəsində onu da qeyd etmişdir ki, həmin nömrədən özü istifadə etməmiş və dayısı Eldarın kiminlə hansı mövzuda danışıq aparmasından məlumatlı deyil.” Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 050 732 61 69 saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 051 448-98-42 saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlara qulaq asma nəticəsində əldə edilmiş danışıq mətinlərinin ona aidiyyətinin olmaması barədə qeydlərinin həqiqətə uyğun olmamaqla real gerçəkliyi əks etdirməməsi nəzərə alınmaqla özünü müdafiə xarakterli hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 Ağdaş Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli 1(014)-80/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələrin qanunsuz saxlaması ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, lakin həmin cəzadan lazımi nəticə çıxarmamış, yenidən cinayət törətmişdir. Bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən haldır və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının məqsədini, yəni məhkumun islah edilməsini, həm özünün, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs2 çətin islah olunan şəxs olduğuna dəlalət edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkumluğunun olmasına diqqət yetirir, onun azadlıqdan məhrum edilmədən islah oluna bilməməsi qənaətinə gəlir. Nəticədə Əzizov Təqsirləndirilən şəxs2 məhkumluğunun ödənilmədən, təyin olunmuş cəzanı çəkib qutarmadan yenidən cinayət törətməsi onun şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir ki, bu baxımdan onun barəsində daha sərt cəza tətbiq olunmalıdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli 1(014)-80/2020 nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün hissəsi Azərbaycan Respublikası CM-nın 68.1.1.-1-ci maddəsinin tələblərinə riayət etməklə, yəni azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 10 (on) ay 5 (beş) gün, cəzaları qismən birləşdirmək yolu ilə ona qəti cəza təyin edilməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 barəsində Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 3 ay həddində "xxxx" qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 may 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 22 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarın» 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji dispanserin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan 114,29 qram narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-cı maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 05 mart 2021-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Ağdaş Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 1(014)-80/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1.-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 10 (on) ay 5 (beş) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərində çəkilməmiş qalan 10 (on) ay 5 (beş) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 22 may 2021-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X10, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan 114,29 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar