Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-39/2023 18.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının sonlarında istintaqa məlum olmayan tarixdə Qəbələ rayon Bayramkoxa kəndində “Ferma yolu” deyilən yerdə arxın kənarında yabanı halda bitmiş narkotik tərkibli marixuana bitkisini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi çəkisi 320,0 qram əldə edib, yığaraq, həmin yerdə qurudub hazırlamış, 01 ədəd sellofan torbaya yığaraq Bum qəsəbəsindəki yaşadığı evin damında saxlamış, 27 avqust 2023-cü il tarixdə saat 19:20 radələrində qanunsuz yolla əldə etdiyi həmin narkotik vasitəni 01 ədəd sellafon torbada Qəbələ rayon Bum qəsəbəsinin mərkəzində dayanacaqda üzərində daşıyarkən həmin vaxt Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Qəbələ RPŞ-nə gətirilməklə inzibati binanın daxilində üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən üzərində daşıdığı 01 ədəd sellofan torbada təmiz çəkisi 320,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana polis şöbəsinin əməkdaşları tərəfindən aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 ildən artıqdır ki, səhhətində olan bəzi problemlərlə bağlı narkotik vasitə olan qurudulmuş marixuandan istifadə edir. 2023-cü ilin yay aylarında dəqiq xatırlamadığı gündə Bum qəsəbəsinə gəlmiş, Qəbələ rayon Bayramkoxa kəndində “Ferma yolu” adlanan yerdə yabanı halda narkotik vasitə olan marixuananın bitdiyindən məlumatlı olmuşdur. Qərara almış ki, həmin marixuana bitkisindən yığaraq qurudub özü üçün istifadə etsin. Bu məqsədlə 2023-cü ilin avqust ayının sonlarında tanımadığı bir taksi ilə Bayramkoxa kəndinə gəlmişdir. Piyada “Ferma yolu” deyilən yerə gəlmiş, orada arx kənarında həqiqətən də yabanı halda bitmiş narkotik tərkibli marixuana bitkilərini görmüşdür. Onlardan bir neçəsinin budaqlarını qıraraq yerə günəş düşən yerə qurutmaq məqsədi ilə sərmiş ki, quruduqdan sonra yığaraq özü üçün aparsın. Daha sonra çıxıb getmişdir. Təxminən 3-4 gün sonra, yenə də həmin yerə gəlmiş və qurumaq üçün sərdiyi marixuana bitkisini özü ilə gətirdiyi sellofan torbaya doldurmuşdur. Niyyəti torbaya yığdığı marixuananı götürüb oradan Bum qəsəbəsinə evinə gətirmək, Bakı şəhərinə getdikdə özü ilə Bakı şəhərinə aparmaq olmuşdur. Qurudub yığdığı marixuana kütləsini evlərinin damında saxlamışdır. 27 avqust 2023-cü il saat 19:30 radələrində Bakı şəhərinə getməli imiş. Torbada saxladığı yığıb qurutduğu marixuananı da özü ilə götürmüşdür. Əlində içərisində qurudulmuş marixuana olan torba ilə Bum qəsəbəsində dayanacaqda olan zaman polis əməkdaşları saxlamış və üzərində narkotik vasitə olduğundan şübhələndiklərini bildirmişlər. Polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları narkotik vasitəni təqdim etməsini istədikdə onlara camaat arasında təqdim edə bilməyəcəyini, polis şöbəsində təqdim etmək istədiyini bildirmişdir. Belə olub öz razılığı ilə birgə polis şöbəsinə gəlmiş, polis şöbəsində üzərinə axtarış keçirilən zaman üzərində gəzdirdiyi sellofan torbanın içərisindəki qurudub saxladığı marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidin ifadəsi, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 27 avqust 2023-cü il tarixdə Bum qəsəbə sakini Təqsirləndirilən şəxs Bum qəsəbəsində dayanacaqda olması, onun qanunsuz olaraq narkotik vasitə olan marixuananı əldə edib, daşımaqla saxlamasına dair daxil olmuş məlumat əsasında həmin gün saat 19 radələrində Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1lə birgə Bum qəsəbəsinin mərkəzinə dayanacağa getmişlər. Orada Təqsirləndirilən şəxs görüb və ona yaxınlaşaraq özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində narkotik vasitə olubolmadığını şifahi sorğu etmişlər. Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan torbanı göstərib onun içərisində narkotik tərkibli bitki olan marixuana olduğunu bildirmişdir. Narkotik vasitəyə baxış keçirilərək təqdim etməsi istənildikdə Təqsirləndirilən şəxs həmin yerin ictimai yer olduğundan narkotik vasitəni polis əməkdaşlarına Qəbələ rayon polis şöbəsində təqdim etmək istədiyini bildirib üzərinə baxışın Qəbələ rayon polis şöbəsində aparılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs xahişini nəzərə alaraq onunla birgə Qəbələ rayon polis şöbəsinə, təhqiqatçının otağına gəlmişlə. Orada Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması sorğu edilmişdir. Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demiş, ondan həmin sellofan torbanı təqdim edilməsi istənildikdə könüllü olaraq göy rəngli sellofan torbanı açmış, həmin torbanın da içərisində ağ rəngli sellofan torbanı təqdim etmişdir. Təqdim edilmiş sellofan torba açıldıqda içərisindən yaşıl rəngli kəskin iyə malik qurudulmuş marixunaya bənzər kütlə aşkarlanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütləni hardan əldə etməsi barədə sorğu edildikdə, o, 2023cü ilin avqust ayının sonlarında Bayramkoxa kəndində ”Ferma yolu” deyilən yerdə əkin sahəsinin kənarlarında yabanı halda bitmiş marixuana bitkisini yığıb qurudaraq əldə etdiyini, həmin gün isə onu özü ilə Bakı şəhərinə çəkməyə apardığını bildirmişdir. Bundan sonra təqdim edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə qablaşdırılaraq götürülmüş, üzəri möhürlənərək imzalanmışdır. Tərtib edilmiş protokolu imzalamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 28 avqust 2023-cü il tarixli, 17/646 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqə “İştirakçılar 1)Şübhəli şəxs./İmza/Təqsirləndirilən şəxs. 2.Vəkil/İmza/Müdafiəçi. İştirakçılar 3./İmza/Şahid2....” sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd göy rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi - 320,0 qram olan bitki kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra 319,9 qram qurudulmuş marixuana qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X2 X3 Ekspert Komissiyasının 02 oktyabr 2023-cü il tarixli, 1641 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Qəbələ rayon X9 X4 Müdiri, cinayət işi üzrə mütəxəssis qismində tanınmış X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarxli rəyə əsasən Qəbələ rayon Bayramkoxa kəndində “Ferma yolu” adlanan sahədə yabanı halda narkotik tərkibli bitkilərin yetişməsi üçün münbit torpaq sahəsi olub-olmamasını təftiş edilmiş, məlum olmuşdur ki, həmin ərazidə narkotik mənşəli çətənə bitkisinin bitməsi üçün münbit şərait vardır. Yabanı tərkibli narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azərbycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi ½ qədər yarıyadək azaldılmış, xx.xx.2009-cu ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 02 ay 25 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Bundan başqa, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə əməli CM-nin 237.1-ci maddəsinə tövsif edilərək cəzası 03 ilə endirilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, hazırlama, daşıma və saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən tutulub saxlandığı müddəti, yəni 02 (iki) gün istintaq dövründə tutulub saxlandığı müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 27 avqust 2023-cü il tarixdən 29 avqust 2023-cü il tarixədək hazırkı iş üzrə tutulub saxlandığı müddəti nəzərə alınmaqla Təqsirləndirilən şəxs hazırda təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 18 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 319,9 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli 18 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 319,9 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-39/2023
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-39/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver