Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-39/2025 21.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini və təkrarən saxlanc yerinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, o, Qəbələ Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Poliklinika şöbəsinin tibb bacısı vəzifəsində işləyən zaman işlədiyi vəzifə ilə əlaqədar ona verilmiş səlahiyyətlərdən istifadə edərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Qəbələ rayon Həmzəlli kənd sakini Zərərçəkmiş şəxs1 ilə aralarındakı tanışlıq münasibətlərindən irəli gələn etibarından sui istifadə edərək, onu Qəbələ Rayon Mərkəzi X3 Yardım Şöbəsində sürücü kimi işə qəbuluna köməklik göstərəcəyinə dair yalan vəd verib həmin işin həll olunması müqabilində ümumilikdə 12000(on iki min) manat pul vəsaitini Qəbələ RMX-nin direktoru X2 vermək adı ilə aldadaraq 2022-ci ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və saatda Qəbələ rayon Həmzəlli kəndində yerləşən evində Zərərçəkmiş şəxs1 5000(beş min) manat pulu nəğd şəkildə bilavasitə götürməklə, 7000 (yeddi min) manat hissəsini isə 2023-cü ilin mart ayında istintaqa dəqiq məlum olmayan tarixdə və saatda Qəbələ şəhəri Abbas Səhhət küçəsində yerləşən əvvəlki iş yeri olan Qəbələ RMX-nin həyətində Zərərçəkmiş şəxs1 nəğd şəkildə bilavasitə götürməklə, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 12000(on iki min) manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə qanunsuz və əvəzsiz ələ keçirib öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs1 12000 (on iki min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə əmisi oğlu Zərərçəkmiş şəxs2 torpaq sataraq xeyli miqdarda pul vəsaiti əldə edib ünvan 1 ünvanında yaşayan bibisi Şahid3 saxlaması üçün verdiyindən məlumatlı olduqdan sonra, həmin pul vəsaitini oğurlamaq qərarına gələrək 05 avqust 2023-cü il tarixdə saat 18 radələrində evdə heç kimin olmadığından istifadə edib qeyd edilən ünvanda yerləşən birmərtəbəli köhnə tikili evin açıq qapısından gizli olaraq evə daxil olub evin yataq otağında olan qapağı qıfıl ilə bağlanmış ağ rəngli sandığın arxa hissəsini özü ilə əvvəlcədən gətirdiyi dəmir kəsən qayçı ilə sındırıb qanunsuz olaraq başqa saxlanc yeri hesab olunan sandığın içərisinə daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus olan və sonuncu tərəfindən Şahid3 saxlaması üçün verilmiş 100-lük pul əskinazlarından ibarət 30000 (otuz min) manat nəğd şəkildə xeyli miqdarda pulu gizli yolla talayaraq əvəzsiz və qanunsuz ələ keçirməklə oğurluq cinayətini başa çatdırmış, bundan sonra oğurluq yolla ələ keçirdiyi 30000(otuz min) manat pul vəsaitindən 900 manat hissəsini Zərərçəkmiş şəxs2 əvvəlcədən borclu olduğu üçün qaytarmış, 6000 manat hissəsini digər istintaqa məlum olmayan şəxslərə borclarını qaytarmasına sərf etmiş, 15000 manat hissəsini oğurluq hadisəsinin tərəfindən edildiyi bilindiyi üçün Zərərçəkmiş şəxs2 geri qaytarmış, yerdə qalan 8100 manat hissəsini isə öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs2 məxsus olan 30000 (otuz min) AZN pul vəsaitini gizli yolla talayaraq oğurluq cinayətini xeyli miqdarda ziyan vurmaqla törətmişdir. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçi qismində təyin olunacaq vəkilin hüquqi yardımından istifadə edib-etməməsi məsələsinin həlli üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qəbələ rayon Vəkil Bürosunun vəkilləri sırasından vəkil Müdafiəçi1 məhkəməyə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 hüquqi yardımından imtina edərək, ibitdai istintaq dövründə də onun müdafiəçisi kimi Müdafiəçi1 adının qeyd olunduğunu, lakin həmin vəkili ümumiyyətlə görmədiyini və tanımadığını, ibitadi istintaq dövründə aparılan araşdırmalar zamanı onun sənəd üzərində dövlət hesabına vəkillə təmsil olunduğunu, lakin bunun ancaq sənəd üzərində olduğunu və reallıqda ümumiyyətlə vəkillə təmsil olunmadığını bildirmiş, həmin vəkili yalnız bu gün məhkəmə iclasında gördüyünü qeyd etmiş və məhkəməyə vəkil Müdafiəçi1 imtina etməsi barədə ərizə təqdim etmişdir. Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 da Təqsirləndirilən şəxs tanımadığını, ilk dəfə hazırki məhkəmə iclasında gördüyünü bildirmişdir. Həmçinin verilən suallara cavab olaraq, cinayət işi materiallarına ibtidai istintaq dövründə əlavə olunmuş vəkil orderinin ona məxsus olduğunu, həmçinin iş materiallarındakı imza nümunələrinin onun tərəfindən icra edildiyini bildirmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərarı ilə Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs dövlət hesabına vəkil təyin olunmuşdur. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı bildirdi ki, ötən məhkəmə hazırlıq iclaslarından müəyyən olunmuşdur ki, cinayət işi materiallarında müdafiəçinin iştirakı qeyd olunsa da, təqsirləndirilən şəxslə Müdafiəçi1 bir-birlərini ümumiyyətlə tanımadıqlarını bildirmişlər. Belə olduğu halda hesab edir ki, cinayət işi Azərbaycan Respublikası CPM-in 301.1.3-cü maddəsində göstərilən pozuntulara, yəni müdafiə hüququnun kobud halda pozulması halına görə məhkəmə hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 işin ibitadi istintaqa qaytarılmasına etiraz etmədiyini bildirmişdir. İş üzrə digər Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iclasının Zərərçəkmiş şəxs1 iştirakı olmadan keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs işin ibitadi istintaqa qaytarılmasını məhkəmədən xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 bildirdi ki, işin ibtidai istintaqa qaytarılmasını xahiş edir. Belə ki, təqsirləndirilən şəxsin müdafiə ibtidai istintaq zamanı kobud şəkildə pozulmuşdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən ibtidai araşdırma orqanı tərəfindən ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), başqa sözlə cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi öyrənilərkən Qəbələ rayon Polis şöbəsinin İstintaq şöbəsinin müstəntiqi İlkin Göyçəli tərəfindən prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına riayət edilməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Həmin Məcəllənin 19.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək, hüquqlarını izah etmək, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq, onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 85.2.3-cü maddəsinə əsasən müstəntiq bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsin tutulduğu, ittiham elan olunduğu və ya həbsə alındığı andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etməlidir (bu Məcəllənin 153.2.5-153.2.8-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq). Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Həmin Məcəllənin 91.5.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada həbsə alındığı və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq hüququ vardır. Həmin Məcəllənin 91.5.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada müdafiəçinin yardımından pulsuz istifadə etmək hüququ vardır. Hazırki cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs dövlət hesabına vəkil təqdim olunmuş və onun müdafiə təmin olunmuşdur. Lakin məhkəmə hazırlıq iclasında müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsin müdafiə hüququ ibtidai istintaq dövründə formal şəkildə təmin olunmuşdur, Təqsirləndirilən şəxs və Müdafiəçi1 bir-birlərini ümumiyyətlə tanımırlar və heç vaxt görüşməmişdirlər, onunla aparılan isitntaq hərəkətlərində madafiəçi iştirak etməmiş, müvafiq sənədlərə sonradan imza etmişdir. Göründüyü kimi cinayət işinin materialları formal şəkildə tərtib olunmuş, təqsirləndirilən şəxsin müdafiə hüququ ümumiyyətlə təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 301.1.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda, həmçinin CPM-nin 301.1.2-ci maddəsinə əsasən ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə və CPM-nin 301.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmədən aparıldıqda, məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir. Lakin hazırda cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular olduğundan, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Belə ki, yuxarıda sadalanan Azərbaycan Respublikası CPM-nin maddələrində nəzərdə tutulmuş kobud prosessual pozuntuya yol verildikdə Azərbaycan Respublikası CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Göstərilən hallar 303.3.1-ci maddəsinin tələblərinin kobud pozuntusu olduğundan cinayət işinin baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı ibtidai araşdırma orqanı tərəfindən yol verilmiş pozuntular əhəmiyyətli və kobud olduğundan və aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından hazırkı cinayət işinin baxılmasına xitam verilməli və qeyd olunan pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarırmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə cinayət işi üzrə CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Qəbələ RPŞ-nin İB-nin polis müstəntiqi İlkin Göyçəlinin 19 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barələrində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 306.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barələrində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300.1.5, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barələrində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-39/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-39/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver