Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-4/2021 01.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş Prokorluğunun Dövlət X1 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, evli, ali təhsilli, “xxxx” MMC-də inşaat mühəndisi vəzifəsində işləyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 1-ci mədən küçəsi ev 10-da qediyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 20:00 radələrində Qəbələ rayonu Hacıalılı kəndində yerləşən “Gilavar-999” adlı yeməkxanada Oğuz rayonu, Xaçmazqışlaq kəndində apardığı tikintidə işə cəlb etdiyi Hacıalılı kənd sakini Zərərçəkmiş şəxs1 ondan zəhmət haqqı borclarını verməyi xahiş edərkən sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 ləyaqətini alçaldan nalayiq söyüşlər söyüb təhqir edərək, qəsdən yumruqla onun sifətinə, alnına və təpiklə sol böyürünə, habelə bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurub döyməyə başlamış, yeməkxananın girişinin qarşısında bufetçi Şahid3 dava-dalaş və söyüş səslərinə yeməkxananın zalına qaçaraq orada olan yemək paylayan Zərərçəkmiş şəxs2 ilə birlikdə onların arasına keçib, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs zərbələrindən qorumaq üçün tutub yeməkxananın girişinə çıxarsalar da, qanunsuz hərəkətlərinin davam etdirən Təqsirləndirilən şəxs arxadan yenidən hücum edib, araya girmiş şəxslərin başlarının üstündən qolunu uzadıb Zərərçəkmiş şəxs1 baş nahiyyəsinə bir neçə zərbəvə pilləkənin üstündən isə sinəsindən təpiklə vuraraq, sonuncunun bədəni üzərində alının sol yuxarı, döş qəfəsinin ön orta yuxarı və sol bel nahiyyəsinin qançırı, üzün sağ tərəfində ağız boşluğunun içəri selikli qişasına qansızma kimi, sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, hətta o, təkrar nalayiq söyüşlərini davam etdirməklə, yenidən Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə hədələyərək vurmaq istədikdə, bu zaman onun qanunsuz həkətlərinin qarşısını alan və ona mane olan digər şəxs Zərərçəkmiş şəxs2 əlinin arxası ilə vurub kənara itələyərək müqavimət göstərməklə fiziki ağrı yetirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və zor tətbiq edilməsi hədəsi ilə, habelə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, eləcə də dava və söyüş səslərinə yeməkxananın qarşısındakı Ağdaş-Qəbələ magistral mərkəzi şosse yolundan keçən və hadisə yerinə toplaşmış vətəndaşların narahatçılığına səbəb olan, 15-20 dəqiqə ərzində yeməkxananın fəaliyyətinin və yeməkxanada yemək yeyən kənar şəxslərin istirahətlərinin pozulması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qəbələ rayon Hacıalılı kənd sakini Zərərçəkmiş şəxs1 2019-cu ilin yanvar ayından Hacıalılı kəndində Tərlan adlı şəxsin işlətdiyi Gilavar 999 adlı restoranda Tərlan vasitəsi ilə tanımışdır. Belə ki, həmin vaxtlar Qəbələ rayonu və ətraf rayonlarda modul tipli məktəblərin tikintisində iş icraaçısı kimi işləmişdir. Ona tikintidə işləmək üçün işçi qüvvəsi lazım olmuş, Anarla razılaşmış, Oğuzun Xaçmazqışlaq kəndinə orada tikiləcək məktəbə baxmaq üçün getmişlər. Anar işlə tanış olmuş, belə ki, Anar özü usta olduğundan özünə fəhlələr də tapmalı imiş. Baxdıqları məktəb yalnız modul tipli məktəb olmuş, modul tipli məktəbin divarları dəmirdən yığılır. Orada Anarla mətkəbi tam tikib təhvil verməsi üçün qiymət də razılaşmış, lakin çox zaman keçdiyi üçün neçəyə razılaşdıqlarını unutmuş, növbəti günlərdə Anar 4 nəfər adlarını xatırlamadığı fəhlələri ilə işə başlamış, təxminən 1 ay işləmişdir. Anargil mütəmadi olaraq işləmədikləri üçün artıq məktəbin tikintisinin bir sıra işləri yarımçıq qalmışdır. Anarın işə mütəmadi olaraq gəlməməsinin səbəbini bilməmiş, Anara işlərini gördükdən sonra onun haqqını verəcəyini demişdir. Lakin Anar səhlənkar olduğundan işi tam görməmiş, Anarın tapdığı işçilərlə əlaqə saxlayaraq onları təkrar işçi, fəhlə kimi götürmüş və onların zəhmət haqqlarını tam olaraq ödəmişdir. Bundan sonra Anar dəfələrlə onu Hacıalılı kəndində görmədiyi işə görə ondan 3745 manat pulu tələb etmişdir. Anara razılaşdıqları işi yekunlaşdırmadığı üçün pulu verməmiş, sonuncu dəfə Anarla xx xxxxxx 2019-cu il tarixdə axşam saat 20 radələrində yeməkxanada tanışları, həm də iş yoldaşları Şirvan, Xəzər, Baxşeyiş və Saslanla birgə Tərlanın yeməkxanasında kupedə çörək yeyirmişlər. Həmin vaxt təxminən 1 litr həcmində araq içmişlər, 1 saat sonra tanışlarından ayrılıb yeməkxananın zalına keçmiş, orada telefonla məşğul imiş. Bu zaman Anar ona yaxınlaşmış və 3745 manatı ödəməyini tələb etmiş, Anara “mən sənin pulunu tam ödəmişəm, sənə verəcəyim heç nə yoxdur” demişdir. Ancaq Anar təkid etmiş, əsəbiləşib Anarın ünvanına nalayiq söyüşlər söymüş, Anar da onun ünvanına nalayiq söyüş söyərək pulu tələb edib üzərinə gələrək onun sinəsindən arxaya itləmiş, cavab olaraq Anarın sinəsindən onu bir dəfə arxaya itələmiş, Anar arxaya getsə də yıxılmamış, bu zaman yeməkxananın qapısının içəri tərəfdən giriş hissəsində bir-birilərinin ünvanına qarşılıqlı olaraq nalayiq ifadələr işlətmişlər. Həmin vaxt yeməkxananı işlədən Tərlan və işçisi Adil araya girib onları sakitləşdirmiş, onları bir-birilərindən kənara etmiş, onunla birgə oturmuş adlarını qeyd etdiyi şəxslər çörək yedikləri yerdən istirahətlərini yarımçıq qoyub səs-küyə onların yanına gəlmiş, həmçinin yeməkxananın qarşısından keçən yol yerindən Anarın qardaşı Zaur və onunla olan adlarını bilmədiyi və tanımadığı 3-4 nəfər şəxs də səs-küyə, söyüş səslərinə toplaşmışlar. Artıq həmin vaxt Anarla dava etmirmiş, həmin şəxslər birbaşa davanı görməsələr də baş vermiş dava barədə xəbərdar olmuşlar. Bundan sonra yeməkxanadan çıxaraq evinə getmişdir. Anarla aralarında olan dava-dalaş zamanı Tərlan və orada olan adını sonradan bildiyi yeməkxananın işçisi Adil adlı şəxs araya girib onları sakitləşdirmişdir. Həmçinin, həmin vaxt yeməkxanada başqa şəxslərin olub-olmadığını xatırlamır. Baş vermiş dava-dalaşa görə yeməkxananın normal iş fəaliyyəti pozulmuş, orada yemək yeyərək istirahət edən əvvəl onunla birgə oturub yeməkxananın kupesində yemək yeyən şəxslər, yəni Şirvan, Xəzər, Baxşeyiş və Saslan oradan, kupedən yeməklərini yarımçıq qoyub dava yerinə gəlmişlər. Hətta səs-küyə yolu keçən Zaur və adlarını bilmədiyi şəxslərdə toplaşmışlar. Həmçinin, yeməkxananı işlədən Tərlan və Adil də davaya görə işlərini yarımçıq qoyub davanı aralamışlar. Anarı sinəsindən itələmiş, onu yumuruq və təpiklə vurmuşdur. Anar isə onu vurmamış və heç bir xəsarəti olmamışdır. Anarla aralarında baş verən dava–dalaş, mübahisə, qarşılıqlı söyüşlər, təhqirlər təxminən 7-8 dəqiqə davam etmişdir. Anarla dava zamanı onu sakitləşdirmək istəyən Adili əli ilə davaya qarışmaması üçün kənara itələmişdir. Dava-dalaş zamanı yeməkxanada heç bir əşya sınmamış, zədələnməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmışdır. Belə ki, zərərçəkmiş şəxslərin tələb etdiyi pul vasaitini ödəmişdir. Həmin şəxslərin ondan şikayət və tələbləri yoxdur. Sonda təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərin şikayətçi olmamalarını, himayəsində 2 azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən ona yüngül, həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən 2019-cu ilin yanvar ayında Tərlanın işlətdiyi yeməkxanada Tərlanın vasitəsi ilə Eşqinlə tanış olmuş, Eşqin ona Ağdaşın Dəhnə kəndində modul tipli məktəb tikdiyini, Nic qəsəbəsindən mişar sexində çəkilmiş qoz və qovaq ağaclarından olan 5-lik taxtaları Kamaza yükləmək lazım olduğunu bildirmişdir. 15 manata razılaşaraq gedib həmin taxtaları Kamaza yükləmiş, sonra Eşqin onun ustalığı bacardığını bilmiş və onunla birlikdə Oğuzun Xaçmazqışlaq kəndinə gedərək orada tikiləcək məktəbə baxmışdır. Həmin məktəbin yalnız dəmirdən karkasları yığılmış vəziyyətdə olmuş, sonradan kənddə 4 nəfər usta yoldaşları Elnur, Zaur, Tural, İlhamla binanın tam təmiri ilə birlikdə tikilişini Eşqinlə 9200 manata razılaşmışdır. Təxminən bir aya yaxın hər gün işləmişlər, yalnız məktəbin içinin malyar işi qalmışdır. İşlədiyi bu müddət ərzində Eşqin dəfələrlə onun üstünə qışqırırmış, işçilərin yanında onu nəsə bəhanə edib təhqir edərək alçatmışdır. Gördüyü işlərə görə Eşqin onlara 9200 manat əvəzinə malyar işini ona vermədiyinə görə malyar işinin pulunu çıxaraq 6100 manat pul verməli imiş. Lakin ona 2355 manat verdiyinə görə 3745 manat borclu qalmış, 2355 manatı da müxtəlif vaxtlarda, hissə-hissə ödəmişdir. Təxminən xx xxxxxx 2020-ci il tarixdə Eşqin onların pulunu qəsdən kəsmək üçün iş yoldaşlarının yanında heç bir səbəb olmadan bəhanə edərək onu nalayiq sözlərlə “alçaq”, “vicdansız”, “sən kişi deyilsən” kimi sözlərlə təhqir etdiyinə, onu qovduğuna görə məcbur olub yoldaşları ilə birlikdə işdən getmiş, sonra bir neçə dəfə həmin yoldaşlarla birlikdə yuxarıda qeyd etdiyi yeməkxanada Eşqini tapıb ondan pullarını tələb etdikdə o, müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırırmışdır. Sonuncu dəfə Eşqin yeməkxananın çölünə çıxaraq ona 2355 manatdan qalan axırıncı hissəsini, yəni 1000 manat pul vermiş, ona “bunu uşaqlar bilməsin və məndən qalan 3745 manatı tələb eləmə” demiş, o isə həmin pulu uşaqlarla paylaşmış və özünə cəmi 50 manat pul qalmışdır. Bundan sonra qalan pulu bir neçə dəfə iş yoldaşları ilə birlikdə Eşqindən yeməkxanada, küçədə və başqa-başqa yerlərdə tələb etsələr də, Eşqin müxtəlif bəhanələrlə onun üzünə duraraq guya pulu ona verdiyini bildirmiş, buna görədə iş yoldaşlarının yanında pis vəziyyətdə qalmışdır. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə təxminən axşam saat 20 radələrində “GİLAVAR 999” adlı yeməkxanada olarkən Eşqini sobanın yanında telefonla oynadığını görmüş, içəridə onlardan başqa Adil və Tərlan var imiş. Eşqinə yaxınlaşaraq ona “sonuncu dəfə mən sizin tələbinizlə taksi ilə Xaçmazqışlaq kəndinə getmişdim, heç olmasa taksinin qalan 10 manat pulunu ver” demiş, Eşqin isə cavabında ona “sən artıq qudurmusan” deyərək ayağa qalxmış, nalayiq söyüşlərlə onu söyərək yumruqla sifətinə, alnına və təpiklə sol böyrünə, bədəninin müxtəlif nahiyyələrinə vurmağa başlamışdır. Eşqinin ağzından araq iyi gəldiyindən onun içkili olduğunu hiss etmiş, bu zaman Adil və Tərlan araya girmiş, onu sakitləşdib çölə, yeməkxananın girişinə çıxartmışlar. Lakin, söyüş söyməmiş, nədə müqavimət göstərməmiş, Eşqin isə arxası ilə yeməkxananın girişinə gələrək yenidən ona hücum edib əvvəlcə sinəsinə təpiklə vurmuş, arxaya gedib divara dəymiş, Eşqinin boyu uca olduğuna görə həmin uşaqların başının üstündən əlini uzadıb bir-iki dəfə yumruqda da onu vurmuşdur. Eşqinin onu döyməsi nəticəsində sifəti şişmiş, sol gözünə qan sızmış, sol böyrü və sinəsi əzildiyindən ağrımışdır. Eşqin onu vurduqca həmdə nalayiq söyüşlər söyürmüş, hətta, hirsindən ağlayaraq atasını 1991-ci ildə itirdiyini, onu söyən olmadığını, sən niyə mənim atamı söyürsən? demiş, dava səslərinə yeməkxananın qarşısında, təsadüfən yolnan keçən qardaşı Zaur, qaynı Valeh, kəndçiləri Səxavət, Kənan və adlarını xatırlamadığı kənd sakinləridə gəlmiş, həmin hadisənin şahidi olmuş, üzündəki xəsarətlərin, yəni, Eşqinin onu döyməsi nəticəsində baş verməsini görmüşlər. Eşqinin ona qarşı xuliqanlıq hərəkətləri təxminən 15-20 dəqiqə davam etmiş, səsküyə həmdə zalın baş tərəfində olan kupedən Eşqinlə birlikdə onun tanışları, yəni, onunla yemək yeyib-içən Saslan, Şirvan, Xəzər, Bəxşeyiş gəlmiş, onu sakitləşdirib yeyib-içdikləri kupeyə aparmışlar və kabinetə keçib yeyib-içməklərinə davam etmişlər. Eşqin yenidən onu söyərək öz hərəkətini davam etdirib təkrar onu vurmaq istəyəndə, Tərlan və Adil ona mane olduqlarına görə, əlinin arxası ilə Adilə müqavimət göstərib, onu vurub kənara itələdiyindən Adil səndələmiş, ancaq yıxılmamışdır. Buna görədə Adil Eşqinin coşmasını görüb qorxusundan təkrar ona yaxın gəlməmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona gördüyü iş müqabilində tələb etdiyi pul vəsaitinin ödənildiyini, hazırda heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2019-cu ilin yanvar ayının əvvəllərində Hacıalılı kəndində “GİLAVAR 999” adlı yeməkxanada yemək paylayan işləyirmiş. Zərərçəkmiş şəxs1 həmkəndlisi kimi, Təqsirləndirilən şəxsonun işlədiyi yeməkxanaya gəldiyindən bir müştəri kimi tanıyırmış, onlarla heç bir ədavəti olmamışdır. Eşqinlə Anar arasında pul-borc məsələsi olduğunu bir neçə dəfə Eşqindən yeməkxanaya gəlib pullunu istədikdə Eşqinin hər dəfə bir bəhanə ilə boyun qaçıraraq vermədiyini eşitmiş, bir neçə dəfə Eşqinin Anar fəhlələrlə gələndə qaçıb gizlənməsini görmüşdür. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 20 radələrində Eşqin yanında Şirvan, Xəzər, Baxşeyiş və Saslanla adlı şəxslərlə birlikdə yeməkxanaya gəlmiş, zala girərək 8 şiş kabab və 4 butulkada litirlik araq sifariş vermişlər. Eşqin təxminən 1 saat sonra durub sərxoş vəziyyətdə zala keçmiş, çay içə-içə telefonla oynamağa başlamış, həmin vaxt divara söykənib televizora baxırmış. Bundan yarım saat sonra Anar yeməkxanaya gəlmiş və Eşqinin yanında oturaraq sakit tərzdə ondan uşaqları işlətdiyinə görə qalan pulu verməsini xahiş etmiş, Eşqində Anara “sən mənim işimi yarımçıq qoymusan, nə filanımadı ki, sənə pul verim” deyərək ayağa qalxıb Anara oturaq vəziyyətdə bir-iki yumruq vurmuş, bunu görüb onları ayırmağa başlamışdır. Anarı tutub çölə çıxardarkən qapının ağzında Eşqin pilləkənin üstündən Anara börəyinə təpiklə vurmuş, başlarının üstündən ona bir-iki yumruqda vurmuş, hətta o, söyüş söyə-söyəöz hərəkətini davam etdirib Anarı təkrar vurmaq istəyəndə Tərlanla ona mane olduğuna görə Eşqin əlinin arxası ilə müqavimət göstərib onu kənara itləmişdir. Bu zaman səndələyib az qalmış ki, yıxılsın, buna görə də təkrar onları aralamağa girməmiş, həmin vaxtı Eşqin onu əli ilə vurub kənara itələyəndə heç bir ciddi xəsarət almasa da, lakin sol qolunda bərk ağrı hiss etmiş, səs-küyə yeməkxananın qarşısından təsadüfən yolla keçən həmkəndliləri Kənan, Səxavət, Anarın qardaşı Zaur və qaynı Valehdə gəlmiş, bundan sonra Eşqin Anardan aralaşmış, söyüş söyməyi saxlamış və kənarda durmuşdur. Eşqin yeməkxananın qarşısında Anarı döyərək ona nalayiq söyüşlər söydüyündən yoldan keçən Səxavət və qeyriləri Eşqinin ucadan söyüş səslərini eşidib yeməkxanaya gəlmiş, Eşqin Anarın qohumlarını görüb qorxaraq sakitləşmiş, bu vaxt kabinetdə oturan Şirvan, Xəzər və Baxşeyişdə yeməklərini yarımçıq qoyub dava səsinə və Eşqinin söyüşlərini eşidib yeməkxananın girişinə gələrək Eşqini kabinetə aparmışlar və bundan sonra təxminən 1 saatda onlar yeyib-içməyə davam etmişlər. Anar Eşqini vurmamış, yalnız onun söyüşlərini özünə qaytarmışdır. Eşqinin qanuna zidd hərəkətləri başlanğıcdan sona kimi təxminən 15-20 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs hazırda şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 bacısının əridir. Anar 2019-cu ilin yanvar ayında digər usta yoldaşları Elnur, Zaur, Tural və İlhamla birlikdə Eşqin adlı iş icraçısının təklifi ilə Oğuzun Xaçmazqışlaq kəndində 1 aya yaxın məktəb tikintisində işləsələr də, Eşqin onları aldadıb onların pulunun 2355 manatını ödəmiş, qalan hissəsini isə müxtəlif bəhanələrlə ödəməkdən yayınmış, Anarın deməsinə görə dəfələrlə həmin uşaqlarla Eşqindən pullarını tələb etsələr də, o müxtəlif bəhanələrlə yayınmış, buna görə də Anar fəhlələrin yanında pis vəziyyətdə qalmış, çünki onlar işə Anarın vasitəsi ilə cəlb edilmişlər. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 20 radələrində yaşadığı həyətdə olan zaman evinin təxminən 70-80 metrliyində olan “Gilavar 999” adlı yeməkxanadan Anarın ucadan səs-küyünü eşitmiş, Anar qışqıraraq kiməsə “mən tək deyiləm, qardaşım var, məni niyə döyürsən? pulumu niyə vermirsən?” deyirmiş. Nə baş verdiyini bilmək üçün həyətdən çıxıb oraya yeməkxanaya gedəndə yolda Zaur, Kənan və Səxavətlə rastlaşmış, onlarda yol keçirmişlər və səs-küyə görə yeməkxanaya gedirmişlər. Birgə yeməkxananın qarşısına çatanda yeməkxananı işlədən Tərlanın Anarın qolundan tutub onu yeməkxananın qabağından çıxıb getməsi üçün uzaqlaşdırdığını görmüş, həmin vaxt yeməkxananın kupelərinin birində yemək yeyən 3-4 nəfər şəxs, yəni Saslan, Baxşeyiş, Şirvan da hadisə yerinə çatmışlar. Onların içkili, sərxoş olmasını görmüş, hadisə yerində yeznəsi Anarı, bufetçi Tərlanı və yemək paylayan Adili görmüş, lakin, Eşqini həmin yerdə görməmiş, yeməkxanaya daxil olmamış, həyətdə dayanmış, Anardan nə baş verdiyini soruşduqda Anar yeməkxananın içində olan Eşqinin onu sillə, yumuruq və təpiklə bədəninə və sifətinə vuraraq onu döydüyünü bildirmişdir. Həqiqətən də həmin vaxt Anarın üzünün sol tərəfi və gözü qızarmış, geri qayıdıb oradan uzaqlaşmışdir. Eşqinin Anarı və Adili vurmasını birbaşa görməmiş, ancaq dava sakitləşəndən sonra Anardan Eşqin onu döyən zaman Adilin onu sakitləşdirmək istədiyini, Eşqin isə onun qolundan vurub itələdiyini eşitmişdir. Hadisə yerinə gəldikdə baş vermiş münaqişə təxminən 10-12 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 qardaşıdır, Anar 2019-cu ilin yanvar ayında usta yoldaşları Elnur, Zaur, Tural və İlhamla birlikdə Eşqin adlı iş icraçısının təklifi ilə Oğuzun Xaçmazqışlaq kəndində 1 aya yaxın məktəb tikintisində işləsələr də, Eşqin onları aldadıb onların pulunun 2355 manatını ödəmiş, qalan hissəsini isə müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Qardaşı Anarın deməsinə görə dəfələrlə həmin iş yoldaşları ilə Eşqindən pullarını tələb etsələr də, Eşqin müxtəlif bəhanələrlə yayınmış, hətta bir dəfə onun yanında kobud, nalayiq ifadələrlə təhqir edib “mən sizə pul verməliyəm ki?” demiş, qardaşı vasitəsi həmin şəxslər işə cəlb edildiyi üçün Anar iş yoldaşlarının yanında pis vəziyyətdə qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə işlədiyi avtotəmir sexindən çıxıb, hava limanı şosse yolunun kənarı ilə yolda rastlaşdığı həmkəndliləri və qonşuları Valeh, Səxavət və Kənanla birlikdə axşam təxminən 20:00 radələrində evinə tərəf gedirmiş. Mərkəzi şosse yolunun kənarında yerləşən “GİLAVAR 999” adlı yeməkxananın yanından keçəndə yeməkxananın çıxış hissəsi tərəfdən söyüş, qışqırıq və ağlamaq və dava səsləri eşitmişlər. Həmin səslərin içərisində qardaşı Anarında səsini tanımış, ona görə tələsik yeməkxananın həyətinə çıxış hissəsinə gəlmişlər. Bu vaxt həmin dava-söyüş səslərinə yeməkxanın kupelərinin birində yemək yeyən 4-5 nəfər şəxsində tələsik onlarla birlikdə hadisə yerinə çatdıqlarını görmüş, hadisə yerində qardaşı Anarı, Eşqini, bufetçi Tərlanı və yemək paylayan Adili görmüşlər. Qardaşının üzünün sol tərəfi qızarmış və gözünə qan sızmış, qardaşından nə olduğunu soruşduqda Anar Eşqinin onu günahsız yerə döyüb və pulunu vermədiyini demiş, Eşqinə yaxınlaşaraq ona iradını bildirmək istədikdə kupedən çıxan Baxşeyiş, Saslan və Şirvan imkan verməmiş, qardaşı Anarda mane olub “polisə şikayət edəcəm tədbir görəcəklər” demişdir. Təxminən 15-20 dəqiqə adlarını çəkdiyi şəxslərlə aralarında Eşqinin Anarı günahsız döyməsinin mübahisəsi getmiş, sonra həmin kupedən çıxan yoldaşlar Eşqinidə aparıb kupedə yeməklərini davam etmiş, Anarı yeməkxanadan aparıb evə getmişlər. Eşqinin Anarı və Adili vurmasını birbaşa görməmiş, ancaq dava sakitləşəndən sonra Adil, Eşqin Anarı döyən zaman onu sakitləşdirmək istəyəndə Eşqinin onun sol qolundan vurub itələdiyini, ancaq heç bir ciddi xəsarət almadığını dediyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində Şahid3 ifadəsində göstərdi ki, 2017-ci ilin əvvəllərindən 2019-cu ilin iyul ayına kimi Qəbələ rayon Hacıalılı kəndində “GİLAVAR 999” adlı yeməkxananı icarəyə götürüb işlədirmiş. Yanında tanışı Zərərçəkmiş şəxs2 adlı şəxs də yeməkpaylayan işləyirmiş. Zərərçəkmiş şəxs1 Hacıalılı kənd sakini kimi, Təqsirləndirilən şəxs isə məlum hadisədən 5-6 ay əvvəldən yeməkxanaya gəlib-getdiyinə görə tanımış, onlarla heç bir qohumluğu və ədavəti olmamışdır. Eşitdiyinə görə Eşqin Böyük Əmili kənd sakini Şirvan adlı şəxslə Qaraçay deyilən yerdə çınqıl karyerində şərik işləyirmiş. Anar usta olsada o, iş axtarırmış, yaxşılıq etmək üçün Eşqinlə onu tanış etmişdir ki, Eşqin ona da iş versin. Sonradan eşitdiyinə görə Anar həmkəndliləri Elnur, Zaur, Tural və İlhamla birlikdə Eşqinin iş icraçısı olduğu Oğuz rayonunun Xaçmazqışlaq kəndində onunla razılaşıb işləyirmişlər, onlar arasında nə isə narazıçılıq olduğuna görə işlədikləri pullarının çox hissəsini müxtəlif bəhanələrlə vermirmiş, onların aralarında borc məsələsi var imiş. Hətta onlar bir neçə dəfə yeməkxanaya gəlib Eşqindən pullarını istəsələr də, Eşqin hər dəfə bir bəhanə ilə boyun qaçırırmış. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 8 radələrində Eşqin yanında Şirvan, Xəzər, Baxşeyiş və Saslanla birlikdə yeməkxanaya gəlmişlər, zala girərək 8 şiş kabab və 4 butulkada litirlik araq sifariş vermişlər. Təxminən 1 saat sonra Eşqin qalxıb sərxoş vəziyyətdə zala keçmiş, çay içəiçə telefonla məşğul imiş.Həmin vaxt yeməkxananın girişində manqalda kabab bişirirmiş. Bundan bir az sonra Anar gəlmiş, yeməkxananın zalına keçmiş, həmin vaxtı o, zalda əyləşən Eşqinin yanın da oturmuş, bu zaman söyüş, qışqırıq səsləri eşitmişvə manqalı yarımçıq qoyaraq zala keçmişdir. Eşqinin sərxoş halda Anarı yumruq təpiklə döydüyünü görmüş, Adil isə araya girərək onları aralamağa cəhd göstərirmiş, bunu görüb Adillə birlikdə onları aralamağa başlamış, Anarı tutub çölə çıxardarkən qapının ağzında Eşqin pilləkənin üstündən Anarın böyrək hissəsinə bir təpik, başlarının üstündən boyu uca olduğuna görə ona bir neçə yumruq vurmuş, hətta, o söyüşlərini davam etdirərək Anarı təkrar vuranda Adil ona mane olduqda o, qolunun arxası ilə Adilə müqavimət göstərib qolu ilə vurub onu kənara itələmişdir. Adildə fiziki cəhətdən zəif olduğundan səndələmişdir. Eşqinin sərxoş vəziyyətdə söyüşlərinə və səs-küyünə təsadüfən yeməkxananın qarşısından keçən həmkəndliləri Səxavət, Kənan, Zaur və Valeh gəlmiş, bundan sonra Eşqin Anarın qohumlarını görüb qorxaraq sakitləşmişdir. Anardan aralanmış, söyüş söyməyi saxlamış, qıraqda durmuş, bu vaxt kabinetdə oturan Şirvan, Xəzər və Baxşeyişdə yeməklərini yarımçıq qoyub dava səsinə və Eşqinin söyüşlərini eşidib yeməkxananın girişinə gələrək Eşqini kabinetə aparmışlar. Təxminən 1 saat onlar yeyibiçməyə davam etmişlər. Anar Eşqini vurmamış, yalnız onun söyüşlərini özünə qaytarmışdır. Eşqin Anarın özünə və valideynlərinin ünvanına nalayiq söyüşlər işlədəndə, Anar əsəbindən ağlamışdır. Eşqinin qanuzidd hərəkətlərinin başlanğıcdan sona kimi təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 qonşu kənd sakini kimi tanıyırmış, onunla heç bir qohumluğu və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs isə təxminən 1 ildir ki, tanıyırmış, o tez-tez Şirvanın yanına karyerə gəlibgedirmiş, Şirvanla dostluq edirmiş, onunlada heç bir qohumluğu və ədavəti olmamışdır. Eşitdiyinə görə Eşqin Anarın vasitəsi ilə məktəbdə işlətdiyi uşaqların pulunun bir hissəsini vermədiyinə görə onlar Eşqindən narazı qalmışlar. xx xxxxxx 2019-cu il tarixdə təxminən 19 radələrində Şirvan onlarla birlikdə işləyən uşaqlara zəng vurub “GİLAVAR 999” adlı yeməkxanaya yemək yeyməyə çağırmış, yeməkxanaya gəlmiş və Şirvanla Eşqini orada oturduqlarını görmüş, onlardan kimsə kabab sifariş vermiş, stola 8 şiş kabab, təxminən 3-4 butulka araq və salatda gətirmişlər. Orada hamısı Şirvan, Xəzər, Eşqin və Baxşeyiş yeyibiçirmişlər, sərxoş olmuşlar. Təxminən 40 dəqiqədən sonra Eşqin kupedən çıxıb yeməkxananın zalına keçmiş, Eşqinin nə üçün kupeyə çıxdığını bilməmiş, bundan təxminən 10 dəqiqə sonra yeməkxananın çıxışında dava, söyüş səsləri, Anarın ağlamaq səslərini eşidərək kupedən çıxmış və yeməklərini yarımçıq qoyub həmin yerə getmişlər. Çölə çıxanda Anarın qardaşı Zaur və 3-4 nəfər başqa kənd sakinləridə oraya gəldiyini görmüş, Eşqinlə Anar arasında mübahisə yaranmasını ancaq, Eşqinin Anarı döyməsini görməmiş, ancaq Anarın sol gözünün altı qızarmış və gözünə qan sızmasını görmüş, Zaurdan Eşqini döyməməsini xahiş etmişlər, Eşqin kupeyə keçərək yeyib-içməyə davam etmişlər. Eşqinin Anarı və yeməkxanada yeməkpaylayan Adili vurmasını birbaşa görməmiş, ancaq dava sakitləşəndən sonra X7 döyən zaman onu sakitləşdirmək istəyəndə Eşqinin onun sol qolundan vurub itələdiyini, lakin heç bir ciddi xəsarət almadığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 qonşu kənd sakini kimi tanıyırmış, onunla heç bir qohumluğu və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs isə təxminən 1 ildir olar ki, Şirvanla dostluq etdiyindən tanımışdır. Onunlada heç bir qohumluğu və ədavəti olmamışdır. Eşitdiyinə görə Eşqin Anarın vasitəsi ilə məktəbdə işlətdiyi usta və fəhlələrin pullarının bir hissəsini vermədiyinə görə onlar Eşqindən narazı qalmışlar. xx xxxxxx 2019-cu il tarixdə təxminən 19 radələrində Şirvan onunla birlikdə işləyən uşaqlara zəng vurub “GİLAVAR 999” adlı yeməkxanaya yemək yeməyə çağırmışdır. Həmin yeməkxanaya gəlmiş, Şirvanla Eşqinin orada oturduqlarını görmüşlər. Onlardan kimsə kabab sifariş vermiş, stola 8 şiş kabab və təxminən 3-4 butulka araq və salatda gətirmişlər. Orada hamısı Şirvan, Xəzər, Saslan, Eşqinlə yeyib içirmişlər. Hamısı spirtli içkidən sərxoş olmuşdur. Təxminən 40 dəqiqədən sonra Eşqin kupedən çıxıb yeməkxananın zalına keçmiş, Eşqinin nə üçün oradan çıxdığını bilməmiş, təxminən 10 dəqiqə sonra yeməkxananın çıxışında dava, söyüş səsləri, Anarın ağlamaq səslərini eşidərək yeməklərini yarımçıq qoyub həmin yerə çıxmışlar. Çölə çıxanda Anarın qardaşı Zaur və 3-4 nəfər kənd sakinlərinin də oraya gəlməsini görmüşlər. X8 arasında mübahisə yarandığını və Eşqinin Anarı döyməsini eşitmiş, həqiqətən Anarın sol gözünün altı qızardığını, gözünə qan sızmasını görmüş, Anar özü dəhəmin vaxt Eşqinin onu döydüyünü bildirmişdir. Eşqinin Anarı və yeməkxanada yeməkpaylayan Adili vurmasını birbaşa görməmiş, ancaq dava sakitləşəndən sonra X7 döyən zaman onu sakitləşdirmək istəyəndə Eşqinin onun sol qolundan vurub itələdiyini, lakin heç bir ciddi xəsarət almadığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2018 və 2019-cu illərdə Qəbələ rayonunda məktəblərdə tikintidə iş icraçısı kimi işləyən zaman tanımış, onunla münasibəti varmış. Eşqinin Anarın vasitəsi ilə məktəbdə işlətdiyi fəhlələrin pullarının bir hissəsini vermədiyinə görə onların Eşqindən narazı qaldığını eşitmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən 19 radələrində“GİLAVAR 999” adlı yeməkxanada Eşqinlə görüşüb oturmuşlar, kupedə yemək sifariş etmişlər, stola kabab, araq və salat gətirmişlər. Oraya tanışları Xəzər, Saslan, Bəxşeyiş də gəlmiş, birgəsağlıq deyib yeyib içirmişlər, o cümlədən Eşqində sərxoş imiş. Təxminən 40 dəqiqədən sonra Eşqin kupedən çıxıb yeməkxananın zalına keçmiş, oradan niyə çıxdığını bilməmiş, təxminən 10 dəqiqə sonra Eşqin kupeyə qayıtmış, Eşqin Anarla mübahisələrinin düşərək dalaşdıqlarını demiş, nə baş verdiyini Anardan soruşanda Anar Eşqinin ona pul borclu olduğunu demiş, nə qədər borclu olduğunu soruşanda Anar 10 manat olduğunu bildirmiş, söz-söhbət olmasın deyə özündən Anara 10 manat pul vermişdir. Eşqingillə birgə yeməkxanadan çıxaraq getmişlər. Eşqinin Anarı və yeməkxanada işləyən Adili vurmasını birbaşa görməmiş, Adilin sonradan Eşqini sakitləşdirmək istəyəndə Eşqinin onun sol qolundan itələdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində Şahid9 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 əmisioğludur, Təqsirləndirilən şəxs isə tanımırmış, onu ümumiyyətlə görməmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 20 radələrində Qəbələ rayon Hacallı kəndində “Ulduz” marketin yanından piyada qonşusu Səxavətlə birgə Qəbələ rayon Ovcullu kəndi istiqamətində evlərinə gedirmişlər. Bu zaman yolun əks tərəfindən, yəni təxminən 25 metr məsafədən “Gilavar 999” adlı yeməkxanadan səs-küy, dava-dalaş səsi eşitmişlər. Belə ki, səslər aydın olmadığından nə deyildiyi başa düşülmürmüş, ancaq dava-dalaş səs olduğu bilinirmiş. Səxavətlə nə baş verdiyini bilmək üçün həmin yeməkxananın qarşısına getmişlər, bu zaman Zərərçəkmiş şəxs1 qardaşı Zaurun yeməkxananın qarşısından onu yolun əks tərəfinə doğru keçirmək istədiyini görmüşlər. Belə ki, Anar sərxoş imiş. Anarı sakitləşdirib onu Səxavətlə birgə yolun digər tərəfinə keçirməyə başlamışlar. Anardan həmin vaxt nə baş verdiyini soruşduqda Anar Eşqin adlı şəxslə aralarında pul haqq hesabı olduğunu,ondan pulunu istədiyini, buna görə də Eşqinin onu təhqir edərək vurduğunu bildirmişdir. Qaranlıq olduğu üçün Anarın sifətində və bədənində heç bir xəsarət görməmiş, həmin vaxt yeməkxananın qarşısında demək olar ki, tanımadığı və adları yadında qalmayan təxminən 4-5 nəfər olmuşdur. Yeməkxana sahibi Tərlanı və həmkəndlisi Valehin orada olmasını xatıralayır. Anarı sakitləşdirib yolun digər tərəfinə keçirməkləri, onu Zaurla birgə evlərinə yola salmaqları təxminən7-8 dəqiqə davam etmişdir. Həmin vaxt yeməkxananın qarşısında Eşqini görməmişdir. Eşqinin Adili vurması barədə heç nə bilmir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafından başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə digər sübutlarla təsdiq edilir. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi Qəbələ rayon şöbəsinin 65 saylı tibbi müayinə rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədəni üzərində alının sol yuxarı, döş qəfəsinin ön orta yuxarı və sol bel nahiyyəsinin qançırı, üzün sağ tərəfində ağız boşluğunun içəri selikli qişasına qansızma kimi xəsarətləri vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, yəni, xx xxxxxx 2010-cu ildə törənə bilər və dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi Qəbələ rayon şöbəsinin 66 saylı tibbi müayinə rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin Qəbələ rayon şöbəsinin 33 saylı tibbi müayinə rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədəni üzərində xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli “zərərçəkmiş şəxsin ifadələrin yerində yoxlanılması” istintaq hərəkəti zamanı tərtib edilmiş protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadələrində olduğu kimi ardıcıllıqla Qəbələ rayon Hacıalılı kəndində yerləşən “Gilavar 999” adlı yeməkxananın arxa giriş qapısından içəri daxil olub yeməkxananın zalını təqdim edərək Təqsirləndirilən şəxs onu döydüyü yeri, həmçinin yeməkxananın arxa giriş qapısının pilləkənini təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən həmin yerdə də döyüldüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətindən görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək təsdiq etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan Bakı şəhəri, Suraxanı rayonu İHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Qədirov X5 qəsəbəsi 1-ci mədən küçəsi ev 10 ünvannıda qeydiyyatdadır, ailə üzvləri arvadı X2, oğlu X3, oğlu X4 ibarətdir. İşdə olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Qədirov X5 qəsəbəsi 1-ci mədən küçəsi, ev 10 ünvanında qeydiyyatdadır. İşdə olan “xxxx” MMC-nin xx xxxxxx 2021-ci il tarixli, 01 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən “xxxx” MMC-də İnşaat mühəndisi vəzifəsi üzrə çalışır. Onun orta aylıq əmək haqqı 300 (üç yüz) manatdır. Əmək haqqı əmək müqaviləsinə uyğun olaraq köçürmə yolu ilə ödənilir. İşdə olan xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə “xxxx” arasında xx.xx.2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanaraq o, inşaat mühəndisi vəzifəsinə təyin edilmişdir. Bildirişdə ona müəyyən olunmuş aylıq əmək haqqının məbləği 300 manat göstərilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, eləcə də dava və söyüş səslərinə 15-20 dəqiqə ərzində yeməkxananın iş fəaliyyətinin və yeməkxanada olan müştərilərin istirahətlərinin pozulması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətməsi, onun özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi, ibtidai istintaq protokolları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir.” Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarrın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, himayəsində 2 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə xx xxxxxx 2020-ci il saat 18:00-dan hesablanmış, xx xxxxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin gün saxlandığı Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı iki gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü islah işləri növündə cəzanın dörd gününə hesablamaqla təyin olunan islah işləri cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından 15 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin islah işləri cəzasının dörd gününə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə islah işləri cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmanın başlandığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiyaqurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-4/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-4/2021
01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver