Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-4/2022 14.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10 oğlunun, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Bakı şəhərində “Qurd qapısı” restoranında bağban işləyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Yenikənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs 27.10.2021-ci il tarixdə saat 14:30 radələrində Ağdaş-Zarağan magistral yolunun Qəbələ rayonu Soltan Nuxa kəndinin ərazisindən keçən və yaşayış məntəqəsi hesab olunan hissəsində idarəetmə hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi baş etibarnamə ilə sahibliyində olan Renault Megane minik markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri istiqamətindən Ağdaş rayonu istiqamətinə yolun sol hərəkət zolağı ilə 110 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və həmin maddənin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini və vəziyyətini, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, eləcə də yaşayış məntəqələri daxilində nəqliyyat vasitəsini saatda 60 kilometrdən çox olmayan sürətlə sürməli olduğu halda və bu qaydalara riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yol hərəkəti haqqında qanunun yuxarıda göstərilən tələblərinə riayət etməməklə həmin qaydaları kobud surətdə pozmaqla yaşayış məntəqəsi daxilində maksimum sürət həddi 60 km/saat sürətində nəzərdə tutulmuş yolda sürət həddini 50 km/saat həddində aşaraq avtomobili 110 km/saat sürətlə idarə edərkən Soltan Nuxa kəndinin İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısından keçən hissəsində 1956-cı il təvəllüdlü X4 ondan qarşı tərəfdə soldan sağa doğru piyada yolu keçməyə başladığını və bununla da hərəkət üçün təhlükə yarandığını görmüş, lakin həmin andan piyadanın vurulma yerinə çatana kimi piyada ilə arasında kifayət qədər məsafə olmasına baxmayaraq, hərəkəti üçün bu cür təhlükənin yarandığı andan avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmədiyindən yolun sol hərəkət zolağında idarə etdiyi avtomobilin ön sol tərəfi ilə Narıngül Səbzalıyevanı vurmuş, nəticədə ehtiyyatsızlığından sonuncunun hadisə zamanı aldığı travmatik və post hemoragik şok, başın yumuşaq toxmusına qansızma, sol yuxarı ətrafın dirsək oynağından bazu və said sümüklərinin qəlpəli sınığı ilə müşayət olunan natamam, hər iki aşağı ətraflarda bud və baldır sümüklərinin diz oynaqları səviyyəsindən qəlpəli sınıqları ilə müşayət olunan tam tarvmatik amputatsiya (gövdədən ayrılması) sağ bud sümüyünün orta 1/3-nin qapalı qəlpəli sınığı, sol ağ ciyərin zədələnməsi, soldan 3-cü, 4-cü, 5-ci, 6-cı 7-ci və 8-ci qapırğaların sınığı, sol qoltuqaltı nahiyyəsinin, qarının ön sağ aşağı hissəsindən qarın boşluğuna nüfuz edən əzilmiş-cırılmış yarası, başın sol təpə nahiyyəsinin, alının sol və sağ qaşüstü nahiyyələrinin, qarının sol orta hissəsinin, qarının sağ aşağı qalça nahiyyəsinin, sol bazunun arxa orta və yuxarı səthinin və sol kürək hissəsinin sıyrıqları kimi aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, baş etibarnamə ilə idarə etdiyi Renault Megane minik markalı ** SA *** dövlət nömrə nişanlı minik avtomobili ilə Bakı-Qəbələ reysi üzrə sərnişin daşımaqla məşğul olmuşdur. 27.10.2021-ci il tarixdə Bakı şəhərinə getmək üçün Qəbələ şəhərində taksi dayanacağında dayanaraq sərnişin gözləyərkən, saat 14:15 radələrində arvadı Liza Babayevanın ona zəng vuraraq azyaşlı uşaqları Raul Cənnətovun xəstələndiyini və hərarəti olduğu üçün onu həkimə aparmağını bildirmişdir. O, Qəbələ şəhərindən çıxaraq Ağdaş-Zarağan magistral yolu ilə idarə etdiyi avtomobillə Qəbələ rayonu Yenikənd kəndinə getmişdir. Saat 14:30 radələrində avtomobili təxminən 110 km saat sürətlə idarə etdib Qəbələ rayonu Soltan Nuxa kəndi ərazisinə çatarkən, kəndin İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında yolun sağ hərəkət zolağında digər nəqliyyat vasitəsi hərəkətdə olduğu üçün onu soldan manevr edib keçməklə yolun sol hərəkət zolağı ilə hərəkətini davam etdirmiş, təxminən 100 metr məsafədən Narıngül Səbzalıyevanın yolun sol tərəfindən sağ tərəfinə keçdiyini görmüşdür. Narıngül Səbzalıyeva onun idarə etdiyi avtomobili görərək asvalt yolda təxminən 2-3 saniyə dayandıqdan sonra geriyə qayıtmaq istəmiş, o, piyadanı vurmamaq üçün idarə etdiyi avtomobili yolun sağ hissəsinə çəkmiş, lakin hadisədən yayına bilməyərək idarə etdiyi avtomobilin ön sol tərəfinin bufer hissəsi ilə Narıngül Səbzalıyevanı vurmuşdur. Zərbənin təsirindən o, avtomobilin ön kapot hissəsinə düşərək təxminən 70-80 metr avtomobilin üzərində irəliyə gedikdən sonra asvalt səth üzərinə düşmüş, bundan sonra idarə etməni itirməklə avtomobil yoldan çıxaraq yolun sağ ehtiyyat hissəsinə çıxıb müəyyən məsafə qət edib aşmışdır. Avtomobil zədələnərək yararsız vəziyyətə düşmüş özü isə müxtəlif bədən xəsarətləri almışdır. Avtomobildən çıxaraq vurduğu piyada Narıngül Səbzalıyevanı xəstəxanaya aparmaq üçün ona yaxınlaşmış, lakin Narıngül Səbzalıyevanın hadisə yerində öldüyünü müəyyən etmişdir. Bundan sonra hadisə yerinə ətrafda olan insanlar toplaşmış, təcili yardımın həkim briqadası və polis əməkdaşları gəldikdən sonra o, polis əməkdaşları ilə birlikdə Qəbələ rayon Polis şöbəsinə getmişdir. Hadisə zamanı idarə etdiyi avtomobildə tək olmuş, idarə etdiyi avtomobili texniki cəhətdən tam saz vəziyyətdə olmuş, hadisəni törədən zaman ayıq vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi hadisə ilə əlaqədar peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsin dəfn və hüzür mərasimlərinə lazımi diqqət göstərdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini bildirməklə ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, mərhum X7 onun arvadı olmuş, Narıngül Səbzalıyeva ilə 1975-ci il tarixdə ailə həyatı qurmaqla, hazırda 3 övladları vardır və birgə yaşayırdılar. 27.10.2021-ci il tarixdə saat 14:15 radələrində yaşadığı həyətdə olarkən çöldə Zarağan-Ağdaş magistral yolunda səs-küy gəldiyini eşitmiş, buna əhəmiyyət verməyib öz işi ilə məşğul olmuşdur. Bir qədər sonra qonşusu Çingiz ona arvadı Narıngülü avtomobil vurması barədə məlumat vermişdir. Həyətindən yola tərəf çıxmış, yola tərəf çıxarkən arvadı X8-Zarağan magistral yolunda üzü Ağdaş rayon istiqamətinə asvalt səth üzərində yerə uzanıqlı, göy rəngli Megan markalı dövlət nömrə nişanını bilmədiyi avtomobili isə yolun sağ kənarında ehtiyyat hissədə aşmış vəziyyətdə görmüşdir. Asvalt səth üzərində isə bir neçə yerdə qana bənzər ləkələr olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Qəbələ şəhəri istiqamətindən Ağdaş şəhəri istiqamətinə yüksək sürətlə hərəkətdə olmuş, həmin vaxtı mərhum arvadı Narıngül Səbzalıyeva yaşadıqları evdən çıxaraq yolun sol tərəfindən sağ tərəfinə keçib bağlarına getmək istəyərkən onu vurmuş, nəticədə arvadı hadisə yerində ölmüşdür. O, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Qəbələ rayonu Soltan Nuxa kəndinin Bələdiyyə sədri vəzifəsində işləyir. 27.10.2021-ci il tarixdə saat 14:30 radələrində kəndin İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid1 və müavini Şahid3 ilə birlikdə kəndin İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısında üzü Qəbələ şəhəri istiqamətinə doğru yolun sağ ehtiyyat hissəsində dayanmaqla aralarında söhbət edib yolun digər tərəfində üzü Ağdaş şəhəri istiqamətinə doğru sağ kənarda yerləşən çayxanaya çay içməyə getməyə hazırlaşmışlar. Həmin vaxtı Qəbələ rayon Yenikənd kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Renault Megane minik markalı ** SA *** dövlət nömrə nişanlı minik avtomobili ilə təxminən saatda 120-130 km sürətlə Ağdaş-Zarağan magistral yolu ilə yolun sağ hərəkət zolağı ilə Qəbələ şəhəri istiqamətindən üzü Ağdaş şəhəri istiqamətinə hərəkət etdiyini görmüş, yolun sağ hərəkət zolağı ilə sürücüsünü və dövlət nömrə nişanını tanımadığı Mercedes Benz markalı avtomobil yavaş sürətlə təxminən saatda 60-70 km sürətlə idarə etdiyindən Təqsirləndirilən şəxs ondan öndə hərəkət edən idarə etdiyi avtomobil ilə həmin avtomobili soldan manevr etməklə ötüb keçərək hərəkətini davam etdirmişdir. Bu zaman Soltan Nuxa kənd sakini Narıngül Səbzalıyeva yaşadığı ev istiqamətdən piyada gələrək yolun sol tərəfindən sağ tərəfinə keçmişdir. Narıngül yolun sol kənarından asvalt yola təxminən 3-4 mertr daxil olaraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin gəldiyini görüb istəmişdir ki, geri qayıtsın, lakin həmin vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön tərəfi ilə onu yolun sol hərəkət zolağında vurmuş, zərbənin təsirindən Narıngül Səbzalıyeva vurulduğu yerdən təxminən 80-85 metr irəliyə düşmüşdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etməni itirmiş və avtomobil asvalt örtüklü yoldan çıxaraq müəyyən məsafədə gedib yolun sağ ehtiyyat hissəsində aşmaqla dayanmışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır və daimi pasport qeydiyyatındadır, hazırda Qəbələ RPŞ-nin DYPB-in inspektoru vəzifəsində işləyir. 27.10.2021-ci il tarixdə Qəbələ rayon Solta Nuxa kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı şöbənin Növbətçi Hissəsinə daxil olmuş məlumat əsasında hadisə yerinə getmişdir. Hadisənin Ağdaş-Zarağan magistral yolunun Soltan Nuxa kəndi ərazisindən keçən hisəssində kəndin İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yaxınlığında baş verdiyini müəyyən etmişdir. Ora çatdıqdan sonra ona Qəbələ rayon Yenikənd kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Renault Megane minik markalı ** SA *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ şəhəri istiqamətindən Ağdaş şəhəri istiqamətinə hərəkətdə olarkən həmin vaxtı yolun solundan sağına tərəf yolu keçmək istəyən həmin kəndin sakini X5 idarə etdiyi avtomobil ilə ehtiyyatsızlıqdan vurması, nəticədə piyada Narıngül Səbzalıyevanın hadisə yerində ölməsi məlum olmuş, baş vermiş hadisə ilə bağlı müstəntiq Emil Niyazov tərəfindən hadisə yerinə baxış keçirilərkən həmin baxışda iştirtak etmiş, Baxış zamanı müəyyən edilmişdir ki, yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti isə quru, yol örtüyünün ümumi eni 8.60 metr, hərəkət zolaqlarının sayı 02 metr, əks istiqamətli hərəkət zolaqlarını bir birindən ayıran üzəri köbə daşları ilə döşənilmiş, 0.20 metr hündürlüyündə və 2 metr enliyində ayıran səki, hərəkət hissəyə sağdan və soldan daşlı-çınqıllı ehtiyyat hissə birləşir, hərəkətin nizamlanma üsulu özözünə olmaqla hadisə yeri yaşayış məntəqəsi yol nişanı təsiri altında olduğu üçün surrət həddi 60 km saatda nəzərdə tutulmuş, nəqliyyat vasitəsinin hərəkət istiqaməti əlamətləri yolun sağ tərəfində olan daşlı-çınqıllı ehtiyyat hissədə avtomobilin aşdığı yerə kimi uzanan sürtünmə izləri olmuş, piyadanın vurulduğu yer üzü Ağdaş rayonu istiqamətində sol hərəkət zolağında, yolun sol tərəfində olan səkidən yolun sağına tərəf 2.30 metr, yolun sağ tərəfindən yolun soluna tərəf 6.30 məsafədə olduğu müəyyən edilmiş, piyadanın vurulduğu yerdə, asfaltın üzərində meyitə məxsus qanabənzər ləkələr, piy və ət qırıntıları, piyada vurulduğu yerdən 89 metr irəlidə, yolun sağ hərəkət zolağında, asfaltın üzərində çəpəki vəziyyətdə, dizdən aşağı hər iki ayaq hissəsi qoparaq bədəndən ayrılmış vəziyyətdə olmuş, meyidin yerləşdiyi yerdən yolun sağ tərəfinə 3 metr, yolun sol tərəfinə isə 4.30 metr məsafə təşkil etmiş, bədəndən ayrılaraq qopmuş meyitə məxsus hər iki ayağın yolun sağında olan daşlı-çınqıllı ehtiyyat hissədə avtomobilə məxsus sürtünmə izlərinin üzərində olduğu müəyyən edilmiş, ehtiyyat hissədə yerləşən birinci qopmuş ayaqdan meyitə qədər 16.50 metr, ikinci qopmuş ayaqdan meyitə qədər isə 6.50 metr məsafə təşkil etmiş, avtomobil piyadanın vurulduğu yerdən asfaltdan çıxaraq ehtiyyat hissəyə düşdüyü yerə kimi 57 metr məsafə, asvaltdan düşdüyü yerdən yolun sağ tərəfində, ehtiyyat hissədə yerləşən təxminən 0.70 metr dərinliyində, 3 metr radiusunda olan dərin çuxura dəydiyi yerə 36 metr, sağ yanı üstündə aşaraq dayanmış olduğu yerədək 74.80 metr məsafə təşkil etmiş, avtomobilin hadisə yerindəki vəziyyəti sağ yanı üstündə aşmış vəziyyətdə, ön alın şüşəsi çatlayaraq sınmış şəkildə, həmin şüşənin üzərində qanabənzər ləkələr olmaqla çatlamış şüşənin çat hissələrinin arasında piy və ət qırıntıları olmaqla həmin qırıntılar avtomobilin dam hissəsinə yayılmış vəziyyətdə üzü yola tərəf saat 07 yönündə dayanmış, baxış zamanı baxış keçirilməsi haqqında protokol, hadisə yerinin sxemi tərtib edilmiş, həmçinin foto şəkillər çəkilmiş, tərəfindən baxış protokoluna və hadisə yerinin sxeminə imza edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2021-ci il tarixli 8/2957 saylı rəyindən görünür ki, Renault Megane minik markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 110 km/saat sürətində idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmədiyindən onların hərəkətlərinin tədqiqi səlahiyyətlərinə aid deyildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 18 yanvar 2021-ci il tarixli 35 saylı rəyindən görünür ki, X1 meyitində travmatik və post hemoragik şok, başın yumuşaq toxmusasına qansızma, sol yuxarı ətrafın dirsək oynağından bazu və said sümüklərinin qəlpəli sınığı ilə müşayət olunan natamam, hər iki aşağı ətraflarda bud və baldır sümüklərinin diz oynaqları səviyyəsindən qəlpəli sınıqları ilə müşayət olunan tam tarvmatik amputatsiya (gövdədən ayrılması) sağ bud sümüyünün orta 1/3-nin qapalı qəlpəli sınığı, sol ağ ciyərin zədələnməsi, soldan 3-cü, 4-cü, 5-ci, 6-cı 7-ci və 8-ci qabırğaların sınığı, sol qoltuqaltı nahiyyəsinin, qarının ön sağ aşağı hissəsindən qarın boşluğuna nüfuz edən əzilmiş-cırılmış yarası, başın sol təpə nahiyyəsinin, alının sol və sağ qaşüstü nahiyyələrinin, qarının sol orta hissəsinin, qarının sağ aşağı qalça nahiyyəsinin, sol bazunun arxa orta və yuxarı səthinin və sol kürək hissəsinin sıyrıqları kimi xəsarətləri vardır. Həmin xəsarətlər 27 oktyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində minik avtomobilinin piyadanı vurması nəticəsində törənməsinə uyğun gəlir. X1 ölümünə səbəb travmatik şok olmuşdur və hadisə vaxtı aldığı bədən xəsarətləri ilə birbaşa səbəbli əlaqəsi vardır. X4 müyitində aşkar edilən xəsarətlər küt alətin (əşyaların) təsirindən 27 oktyabr 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyada törənə bilərlər.Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aid olduğu göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X11” X13 10 noyabr 2021-ci il tarixli 3557/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar, və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İşdə olan Qəbələ RPŞ-nin DYPB-in rəisi polis mayoru Aydın Heydərovun təqdim etdiyi 13.01.2022-ci il tarixli raportunda sürücü Təqsirləndirilən şəxs adına AR-sı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Bazasında AE 705762 saylı BC kateqoriyalı sürücülük vəsiqəsinin qeydə alındığı, ona məxsus sürücülük vəsiqəsində heç bir məhdudiyyətin olmadığı və sürücülük vəsiqəsinin 16.01.2024-cü il tarixədək qüvvədə olduğu göstərilmişdir. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 285 nömrəli protokolda, sürücü Təqsirləndirilən şəxs hadisə baş verən tarixdə, yəni 27.10.2021-ci il tarixdə ayıq vəziyyətdə olduğu müəyyən olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlığından zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan “Renault Megane” minik markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin sərəncamında saxlanılmış hesab edilməlidir. İş üzrə mülki iddia olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan “Renault Megane” minik markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin sərəncamında saxlanılmış hesab edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-4/2022
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-4/2022
14.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver