Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-4/2023 08.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 nümayəndəsi – Nümayəndə, müdafiəçilər - Qəbələ rayon Vəkil Bürosunun vəkilləri - Müdafiəçi1, Müdafiəçi2 və X3, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1986-cı ildə Ucar rayonu, Təzə Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qəbələ rayon Mərkəzi Xəstəxanasında təmizləyici işləyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Soltan Nuxa kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə və xx.xx.1985-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 16 aprel 2022-ci il tarixdə saat 15 radələrində özünə məxsus Mıtsubıshı Pajero minik markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmə hüququ olmadan Qəbələ şəhəri 28 may küçəsində “Qoz bağı” adlanan ərazinin yaxınlığından keçən hissədə rayonunun Həmzəlli kəndi istiqamətinə 110 km/saat sürətlə idarə edərək hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 50-ci maddəsinin 1-ci hissəsinin və həmin maddənin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini və vəziyyətini, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən, eyni zamanda yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və bu qaydalardan 50-ci maddənin 1-ci hissəsində və həmin maddənin 2-ci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, həmin qaydaları kobud surətdə pozub, avtomobili idarə etmə hüququ verən sürücülük vəsiqəsi olmadan, yaşayış məntəqəsi daxilində maksimum sürət həddi 60 km/saat həddində nəzərdə tutulmuş yolda sürət həddini 50 km/saat həddində aşaraq 110 km/saat sürətlə idarə etməklə əks istiqaqmətli qarşı sol hərəkət zolağına çıxaraq ötmə əməliyyatını yerinə yetirərkən ondan qarşıda eyni istiqamətdə sağ hərəkət zolağı ilə hərəkət edən və sola doğru istiqamətlənərək qarşı sol hərəkət zolağına çıxmaqla manevr edib 2-ci dərəcəli yola dönmək istəyən Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes Benz E 220 minik markalı ** LA *** dövlət nömrə nişanlı avtomobilin sola tərəf istiqamətlənib onun hərəkəti istiqamətində qarşısına çıxdığını və bununla da hərəkəti üçün təhlükə yaratdığını görsə də, cinayətkarcasına özünə güvənmə və etinasızlığı nəticəsində idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan və ya hadisənin qarşısını almaq üçün digər alternativ tədbirləri görmədiyindən idarə etdiyi Mıtsubıshı Pajero minik markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes Benz E 220 minik markalı ** LA *** dövlət nömrə nişanlı avtomobilin qabaq sol qanad hissəsindən vurması, daha sonra idarə etməni itirərək avtomobili yolun sol kənarına aşırması nəticəsində ehtiyyatsızlıqdan idarə etdiyi avtomobildə sərnişin qismində olan şəxslər, Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, 12-ci döş və 1-ci bel fəqərəsinin yerdəyişən fəsadlaşmış sınığı və həmin səviyyədə onurğa beyinin ağır dərəcədə əzilməsi, travmatik şok, döş qəfəsinin soldan, 6-cı, 7-ci və 8-ci, sağdan 9-cu və 10-cu qabırğaların sınıqları, başın arxa ənsə nahiyyəsinin geniş əzilmiş-cırılmış yarası, sol budun arxa yuxarı 1/3-nin, sol baldırın bayır orta 1/3-nin, alının sol yuxarı hissəsinin qançırı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağalamlığa Ağır zərər vuran bədən xəsarətləri, Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol bazu sümüyünün qapalı sınığı, sol bud sümüyünün açıq qəlpəli sınığı, sol qamış və incik sümüklərinin qapalı sınığı, çanaqda saş qalça sümüyünün açıq qəlpəli yerini dəyişmiş sınığı, sağ kürək sümüyünün akromial çıxıntısının qapalı sınığı, döş sümüyünün və sol əng sümüyünün qapalı yerdəyişməyən sınığı, travmatik və qanitirmədən sonrakı şok, qarının sağ qalça çuxuru nahiyyəsində qarın boşluğuna nüfuz edən açıq əzilmiş-cırılmış yarası, sol budun arxa səthinin əzilmiş-cırılmış yaraları, üzün və alının sağ tərəfinin, boyunun sağ aşağı hissəsinin, sol əlin üst səthinin, sağ diz oynağının bayır tərəfinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağalamlığa Ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 16 aprel 2022-ci il tarixdə saat 15 radələrində özünə məxsus Mercedes Benz E 220 minik markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobili Qəbələ şəhəri 28 may küçəsində “Qoz bağı” adlanan ərazinin yaxınlığından keçən hissədə rayonunun Həmzəlli kəndi istiqamətinə 50-60 km/saat sürətlə idarə edərək hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni manevri təhlükəsiz və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamaqla yerinə yetirməli olduğu halda və bu tələbə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, qanunun həmin tələbini kobud surətdə pozub, ondan arxada və ondan öncə qarşı sol hərəkət zolağına çıxmaqla ötmə əməliyyatını yerinə yetirərək hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi Mıtsubıshı Pajero minik markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin artıq ondan öncə qarşı sol hərəkət zolağına çıxıb ötmədə olmaqla ona yaxınlaşdığını, həmin avtomobilə yol vermədən sola istiqamətlənib qarşı hərəkət zolağına daxil olmaqla manevrin təhlükəli olduğunu nəzərə almadan və bu cür manevr etməməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, cinayətkarcasına özünə güvənmə və etinasızlıq edərək 2-ci dərəcəli yola dönmək üçün idarə etdiyi avtomobilin sürətini aşağı salaraq sola doğru istiqamətləndirib qarşı hərəkət zolağına, eyni zamanda həmin zolaqda hərəkətdə olmaqla ona yaxınlaşan Ellada Abdurahamanovanın idarə etdiyi Mıtsubıshı Pajero minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxaraq təhlükəli manevr etdiyindən qarşı sol hərəkət zolağında idarə etdiyi avtomobilin qabaq sol qanad hissəsi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi Mıtsubıshı Pajero minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ hissəsinin toqquşması, daha sonra sonuncunun idarə etdiyi avtomobilin yolun sol kənarına aşması nəticəsində ehtiyyatsızlıqdan Mıtsubıshı Pajero minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 daxili qanaxma, qara ciyərin və bağırsaqların cırılmış yaraları, qanaxmadan və travmadan sonrakı şok, sol 5-ci, 6-cı, 7-ci 8-ci, 9-cu və 10-cu qabırğaların sınıqları, oma sümüyünün yerini dəyişmiş sınığı, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci bel fəqərələrinin köndələn çıxıntılarının yerini dəyişmiş sınığı, sol qasıq sümüyünün yerini dəyişmiş sınığı, qarının ön sol hissəsinin qarın boşluğuna nüfuz edən geniş əzilmiş-cırılmış yarası, alının orta yuxarı, sağ aşağı hissəsinin, sol əlin üst səthinin, sol dizin ön səthinin və sol bel nahiyyəsinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağalamlığa Ağır zərər vuran bədən xəsarətləri, eryni zamanda həmin avtomobildə sərnişin qismində olan şəxslər, Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, 12-ci döş və 1-ci bel fəqərəsinin yerdəyişən fəsadlaşmış sınığı və həmin səviyyədə onurğa beyinin ağır dərəcədə əzilməsi, travmatik şok, döş qəfəsinin soldan, 6-cı, 7-ci və 8-ci, sağdan 9-cu və 10-cu qabırğaların sınıqları, başın arxa ənsə nahiyyəsinin geniş əzilmiş-cırılmış yarası, sol budun arxa yuxarı 1/3-nin, sol baldırın bayrır orta 1/3-nin, alının ol yuxarı hissəsinin qançırı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağalamlığa Ağır zərər vuran bədən xəsarətləri, eləcə də Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol bazu sümüyünün qapalı sınığı, sol bud sümüyünün açıq qəlpəli sınığı, sol qamış və incik sümüklərinin qapalı sınığı, çanaqda saş qalça sümüyünün açıq qəlpəli yeri dəyişmiş sınığı, sağ kürək sümüyünün akromial çıxıntısının qapalı sınığı, döş sümüyünün və sol əng sümüyünün qapalı yerdəyişməyən sınığı, travmatik və qanitirmədən sonrakı şok, qarının sağ qalça çuxuru nahiyyəsində qarın boşluğuna nüfuz edən açıq əzilmiş-cırılmış yarası, sol budun arxa səthinin əzilmiş-cırılmış yaraları, üzün və alının sağ tərəfinin, boyunun sağ aşağı hissəsinin, sol əlin üst səthinin, sağ diz oynağının bayır tərəfinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağalamlığa Ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində işlədiyi Qəbələ rayon Mərkəzi xəstəxanasından işdən çıxıb özünə məxsus olan Mitsubishi Pajero minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ şəhərinin mərkəzindən Bum dayanacağı istiqamətindən 28 may küçəsi ilə üzü Həmzəlli kəndi istiqmətinə doğru hərəkət etmişdir. İdarə etdiyi avtomobildə özündən başqa iş yoldaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olmuşlar. Aytən ön sağ oturacaqda, Sevil isə arxa oturacaqda əyləşmişlər. Yolun sağ kənarındakı Qəbələ şəhər Mərkəzi stadionu ilə üzbə-üz yerləşən “Soil” yanacaqdoldurma məntəqəsini keçdikdən sonra ondan öndə hərəkətdə olan gümüşü rəngli sonradan sürücüsü məlum olan Anar Cavadovun idarə etdiyi Mersedes Benz minik markalı avtomobili soldan manevr edib keçməklə hərəkətini yolun sol hərəkət zolağında davam etdirməyə başlamışdır. Çünki həmin vaxtı yolun sağ hərəkət zolağında təxminən 80-100 metr irəlidə Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes Benz E 220 minik markalı ** LA *** dövlət nömrə nişanlı avtomobil hərəkətdə olmuşdur. Avtomobili saatda təxminən 100-110 km sürətlə hərəkət etdirərək Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili soldan ötüb keçmək istəmişdir. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə çatmağa təxminən 6-7 metr məsafə qalmış Seymur idarə etdiyi avtomobillə yolun sağ hərəkət zolağından sola istiqamətlənərək sola tərəfə ara yola dönmüşdür. Lakin Seymurun idarə etdiyi avtomobili soldan ötüb keçə bilməmiş, idarə etdiyi avtomobilin ön sağ hisəsi Seymurun idarə etdiyi avtomobilin ön sol tərəfindən toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonra idarə etdiyi avtomobil yoldan çıxıb sol tərəfə aşmaqla hərəkətsiz vəziyyətdə dayanmışdır. Hadisə zamanı özü, eləcə də idarə etdiyi avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bədən xəsarətləri alaraq həmin gün Qəbələ rayon Mərkəzi xəstəxanasına yerləşdirilmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində qardaşı Elnur Fərziyevə məxsus etibarnamə ilə idarə etdiyi Mersedes Benz E 220 minik markalı ** LA *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ şəhəri 28 may küçəsi ilə saatda təxminən 60 km sürətlə Qəbələ şəhərinin mərkəzi istiqamətindən Qəbələ rayon Həmzəlli kəndi istiqamətinə doğru asfalt örtüklü yolun sağ hərəkət zolağı ilə 28 may küçəsində yerləşən özünə məxsus torpaq sahəsində yeni yaşayış evi inşa etdirdiyi üçün oradakı ustalara baş çəkməyə getmişdir. Həmin vaxt avtomobildə özündən başqa heç kim olmamışdır. İdarə etdiyi avtomobillə hərəkətdə olub yeni inşa edilən Qəbələ rayon Mərkəzi xəstəxanasının inzibati binasına çatmağa təxminən 350-400 metr məsafə qalmış sol tərəfə ara yola dönmək üçün 15-20 metr məsafədən avtomobilin sol yan güzgüsündən arxadan digər nəqliyyat vasitəsinin gəlib-gəlmədiyinə baxaraq sola dönmə işığını yandırmış, həmin vaxtı qarşıdan hər hansı bir nəqliyyat vasitəsinin gəlmədiyini, lakin arxadan yolun sol hərəkət zolağı ilə təxminən 80-100 metr uzaqlıqdan sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs1 idarə etdiyi Mitsubishi minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobilin yüksək surətlə gəldiyini görmüşdür. Fikirləşmiş ki, həmin avtomobil uzaqdadır, o gələrək avtomobilinə çatana kimi əsas yoldan ara yola dönər. Buna görə hərəkətini davam etdirib sola istiqamətlənərək ara yola dönmək istəyirmiş ki, təxminən 60-70 metr məsafə qalmış Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə onun idarə etdiyi avtomobilin sol yan tərəfini ortalamaqla vuracaqdır, buna görə idarə etdiyi avtomobilin əyləcini basıb saxlamış ki, o gələrək avtomobilin ön tərəfindən keçəcəkdir. Bundan 2-3 saniyə keçmiş sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin ön sağ tərəfi onun idarə etdiyi avtomobilin ön sol tərəfindən toqquşmaqla yol nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra idarə etdiyi avtomobil təxminən 20-30 metr irəliyə gedərək hərəkətsiz vəziyyətdə dayanmış, digər sürücü Elladanın idarə etdiyi avtomobil isə toqquşma yerindən sol tərəfdəki səkinin üzərinə çıxıb təxminən 30-40 metr irəliyə hərəkətdə olub sol tərəfə çökəkliyə aşıb hərəkətsiz vəziyyətdə dayanmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində sürücü Ellada, avtomobilində olan Aytən və Sevil adlı şəxslər bədən xəsarətləri almışlar. Məhkəmə Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilməsinə və Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsinə dair ifadələrinə tənqidi yanaşır, onlar tərəfindən bu cür ifadənin verilməsini özlərini müdafiə xarakteri kimi qiymətləndirir və hesab edir ki, bu cür ifadə verməklə onlar törətmiş olduqları cinayət əməlindən və məsuliyyətdən yayınmaq məqsədi daşıyırlar. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi iş üzrə toplanmış, məntiqi baxımdan biri-birini tamamlayan və məhkəmə istintaqında tədqiq olunmuş aşağıdakı sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Qəbələ rayon Mərkəzi xəstəxanasında Tibb bacısı işləyir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində işdən çıxıb Təqsirləndirilən şəxs1 idarə etdiyi Mitsibusi Pajero minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobilinin ön sağ oturacağında sərnişin qismində əyləşib Qəbələ şəhəri 28 may küçəsi ilə Bum dayanacağı istiqamətindən üzü Həmzəlli kəndi istqamətinə doğru hərəkət etmişlər. Həmin vaxt digər iş yoldaşları Zərərçəkmiş şəxs2 avtomobilin arxa sərnişin oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə saatda təxminən 100-110 km sürətlə Qəbələ şəhər mərkəzi stadionu ilə üzbə-üz yerləşən “Soil” yanacaqdoldurma məntəqəsini keçdikdən sonra ondan öndə yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan sürücüsünü və dövlət nömrə nişanını xatırlamdığı gümüşü rəngli Mercedes Benz E 240 minik markalı avtomobili soldan manevr edib ötüb keçməklə yolun sağ hərəkət zolağına keçməyib hərəkətini yolun sol zolağı ilə davam etdirərək “777” adlı çay evini keçdikdən sonra anidən Elladanın idarə etdiyi avtomobil yolun sağından soluna tərəf dönmək istəyən Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes Benz minik markalı avtomobilin ön sol tərəfindən toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonra Elladanın idarə etdiyi avtomobil zərbənin təsirindən yoldan çıxıb sol tərəfə ehtiyyat hissəyə aşaraq hərkətsiz vəziyyətdə dayanmışdır. Hadisə zamanı xəsarət almaqla huşunu itirmiş, sonradan nə baş verdiyi xatırlamır. Hadisədən dörd gün keçdikdən sonra ayıldanda görmüşdür ki, onu Bakı şəhəri 1 saylı xəstəxanaya yerləşdiriblər. O, hər iki təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, bununla bağlı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi Mitsibusi Pajero minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobilinin arxa sağ oturacağında sərnişin qismində əyləşərək Qəbələ şəhəri 28 may küçəsi ilə Bum dayanacağı istiqamətindən üzü Həmzəlli kəndi istqamətinə doğru hərəkət etmişlər. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə saatda təxminən 110-120 km sürətlə Qəbələ şəhər mərkəzi stadionunu keçdikdən sonra ondan öndə yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan sürücülərini və dövlət nömrə nişanlarını tanımadığı Mercedes Benz E 240 minik markalı və ağ rəngli Vaz 2107 markalı avtomobilləri soldan manevr edib ötüb keçməklə hərəkətini həmin yolla davam etdirərək “777” adlı çay evini keçdikdən sonra mobil telefonuna zəng gəldiyi üçün başı mobil telefona qarışmış, bir vaxtı anidən Elladanın idarə etdiyi avtomobil sonradan ona adı məlum olan Seymur adlı şəxsin idarə etdiyi avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermiş, hadisədən sonra Elladanın idarə etdiyi avtomobil yolun sağ tərəfinə aşmaqla xəsarət alaraq özündən getmişdir. Ayılanda onu Qəbələ rayon Mərkəzi xəstəxanasına yerləşdirdiklərini görmüşdür. Zərərçəkmiş şəxs2 ifadəsində bir neçə aydır mülaicə olunmasına baxmayaraq sağlamlığının yaxşı olmadığını, yataq şəraitində olduğunu, müalicəsinə maddi vəsait tələb edildiyini bildirməklə, hər iki təqsirləndirilən şəxsdən şikayətçi olduğunu qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə ifadəsində Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Eyni zamanda bacısının təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmiş, sağlamlığının bərpa edilməsini tələb etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 15:15 radələrində idarə etdiyi Vaz 2107 minik markalı ** BK *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ şəhərində işlədiyi qapı pəncərə sexində sifariş əsasında qapı pəncərə hazırlayıb avtomobilinə yükləməklə Qəbələ rayonunun Xırxatala kəndinə aparmışdır. Qəbələ şəhəri istiqamətindən Həmzəlli kəndi istiqamətinə hərəkətdə olarkən Qəbələ şəhəri 28 may küçəsində yolun sağ hərəkət zolağı ilə saatda təxminən 60-70 km surətlə hərkətdə olmuşdur. Qəbələ şəhər mərkəzi stadionundan təxminən 50-60 metr irəlidəki döngəni keçdikdən sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi Mitsibusi Pajero minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobillə onunla eyni istiqamətdə hərəkətdə olub arxadan gələrək idarə etdiyi avtomobili soldan ötüb keçib yolun solu ilə hərəkətini davam etdirmişdir. Həmin vaxtı yolun sol tərəfində yerləşən 777 adlı çay evinin qarşısında hərəkətdə olarkən idarə etdiyi avtomobildən təxminən 100 metr irəlidə sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes Benz minik markalı ** LA *** dövlət nömrə nişanlı minik avtomobili ilə yolun sağından soluna doğru istiqamətlənib sol tərəfə ara yola dönmək istəyərkən həmin vaxtı Ellada idarə etdiyi avtomobillə Seymurun idarə etdiyi avtomobili soldan ötüb keçə bilməyərək Elladanın idarə etdiyi avtomobilin ön sağ hissəsi Seymurun idarə etdiyi avtomobilin ön sol tərəfindən dəyib toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra Seymurun idarə etdiyi avtomobil təxminən 20-30 metr irəliyə gedərək yolun sol hərəkət hissəsində, digər sürücü Elladanın isə idarə etdiyi avtomobil toqquşma yerindən sol tərəfdəki səkinin üzərinə çıxıb təxminən 30-40 metr irəliyə hərəkətdə olub sol tərəfə çökəkliyə aşıb hərəkətsiz vəziyyətdə dayanmışdır. Hadisə nəticəsində sürücü Ellada və avtomobilində olan 2 nəfər sonradan adları ona məlum olan Aytən və Sevil adlı sərnişinlər bədən xəsarətləri aldıqları üçün 103 Təcili Tibbi yardım avtomobilinə zəng vuraraq məlumat vermişdir. Daha sonra ətrafa toplaşmış şəxslərin köməkliyi ilə həmin şəxsləri avtomobildən bayıra çıxarıb köməklik etdikdən sonra hadisə yerindən çıxıb getmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Qəbələ şəhəri 28 may küçəsində “Qoz bağı” adlanan ərazidə yol nəqliyyat hadisəsinin baş verməsi barədə şöbənin Novbətçi Hissəsindən ona verilmiş məlumat əsasında hadisə yerinə getmişdir. Hadisə yerinə getdikdən sonra ona məlum olmuşdur ki, Qəbələ şəhəri istiqqmətindən üzü Həmzəlli kəndi istiqamətinə doğru hərəkətdə olan Təqsirləndirilən şəxs1 idarə etdiyi Mıtsubıshı Pajero minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobillə onunla eyni istiqamətdə hərəkətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes Benz E 220 minik markalı ** LA *** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş veribdir. Hadisədən sonra Mercedes Benz E 220 minik markalı ** LA *** dövlət nömrə nişanlı avtomobil toqquşma yerindən üzü Həmzəlli kəndi istiqamətinə doğru yolun sol hərəkət zolağında təxminən 20 metr irəlidə ön sol qanad hissəsi əzilmiş halda hərəkətsiz vəziyyətdə dayanmış, Mıtsubıshı Pajero minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobil isə toqquşma yerindən təxminən 30 metr irəlidə yolun sol ehtiyyat hissəsində ön sağ, dam hissəsi əzilmiş və şüşələri qırılmış vəziyyətdə aşmışdır. Mıtsubıshı Pajero minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobildə olan 3 nəfər qadın hadisə zamanı almış olduqları xəsarətlər ciddi olduğu üçün hadisə yerinə 103 təcili tibbi yardım avtomobili gələrək onların hər üçünü avtomobildən çıxarıb Qəbələ RMX-na aparmışdır. Mercedes Benz E 220 minik markalı ** LA *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 isə səhhəti normal olduğundan hadisə yerində baxışda iştirak etmişdir. Baxış Qəbələ şəhəri 28 May küçəsində üzü Qəbələ rayon Həmzəlli kəndi istiqamətində keçirilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yer yolun solunda üzü Həmzəlli kəndi istqamətində baş vermişdir. Hadisə baş vermiş yerdə heç bir tormoz izi olmamışdır. Baxış zamanı baxış keçirilməsi haqqında protokol, hadisə yerinin sxemi tərtib edilmiş, həmçinin foto şəkillər çəkilmişdir. Tərəfindən baxış protokoluna və hadisə yerinin sxeminə imza edilmişdir. Şahid qismində dindirilmiş YPXB-ünü inspektoru Şahid2 ifadəsində əlavə olaraq onu da qeyd etmişdir ki, hadisə Mercedes Benz E 220 minik markalı ** LA *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün yolun soluna tərəf təhlükəli manevr etməsi, Mıtsubıshı Pajero minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün isə yaşayış məntəqəsi daxilində avtomobili yüksək sürətlə idarə etməsi nəticəsində baş vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15:10 radələrində atası Rahim Cavadova məxsus etibarnamə əsasında idarə etdiyi Mercedes Benz E 240 minik markalı ** FB *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ rayon Mərkəzi Poçtunun qarşısı ilə hərəkətdə olub Qəbələ rayon polis şöbəsinin qarşısındakı yol ayrıcı dairəyə çatarkən orada sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi Mitsibusi Pajero minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobillə rastaşmışdır. Hər ikisi yol ayrıcı dairədən dönərək Qəbələ şəhərinin mərkəzindəki Bum dayanacağı istiqmətinə hərəkətdə olub oradakı işıqfordan üzü Qəbələ rayon Həmzəlli kəndi istiqamətinə hərəkətə başlamışlar. Qəbələ şəhər 28 may küçəsi ilə Həmzəlli kəndi istiqamətinə doğru hərəkətdə olub Bum dayanacağını təxminən 20-30 metr irəliyə keçib soldan manevr edərək Elladanın idarə etdiyi avtomobili ötüb keçmişdir. Bundan sonra hər ikisi hərəkətlərini davam etdirərək eyni istiqamətə hərəkətdə olmaqla Ellada idarə etdiyi avtomobillə Qəbələ şəhəri mərkəzi stadionunun qarşısında yolun sağ kənarında olan yeni inşa edilən yanacaq doldurma məntəqəsinin qarşısında onun idarə etdiyi avtomobili arxadan surətlə gəlib soldan manevr edərək keçməklə yolun sol hərəkət zolağı ilə hərəkətini davam etdirməyə başlamışdır. Çünki həmin vaxt yolun sağ hərəkət zolağı ilə sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes Benz minik markalı ** LA *** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olmuşdur. Qəbələ rayon Mərkəzi xəstəxanasının yeni inşa edilən binasına çatmağa təxminən 350-400 metr məsafə qalmış Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə ona çatmağa təxminən 60-70 metr məsafə qalmış sola dönmə işığını yandıraraq yolun sağ hərəkət zolağından sol hərəkət zolağına daxil olub sol tərəfə ara yola dönmək istəyərkən Ellada idarə etdiyi avtomobillə Seymurun idarə etdiyi avtomobili soldan ötüb keçə bilməyərək Elladanın idarə etdiyi avtomobilin ön sağ hissəsi Seymurun idarə etdiyi avtomobilin ön sol tərəfindən dəyib toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra Seymurun idarə etdiyi avtomobil təxminən 20-30 metr irəliyə gedərək üzü Həmzəlli kəndi istiqamətinə doğru, digər sürücü Elladanın isə idarə etdiyi avtomobil isə toqquşma yerindən sol tərəfdəki səkinin üzərinə çıxıb təxminən 30-40 metr irəliyə hərəkətdə olub sol tərəfə çökəkliyə aşıb hərəkətsiz vəziyyətdə dayanmışdır. Sürücü Ellada və onun avtomobilində olan 2 nəfər sərnişin bədən xəsarətləri aldıqları üçün 103 Təcili Tibbi yardım avtomobili ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılmışlar. Cinayət işində olan 16 aprel 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə hadisə yerinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, hadisə Qəbələ şəhəri ərazisində Qəbələ şəhəri, 28 May küçəsində, yeni tikilməkdə olan Xəstəxananın binasının yaxınlığında olmuşdur. Baxış Qəbələ şəhəri istiqamətindən üzü Qəbələ rayon Həmzəlli kəndi istiqamətində keçirilmişdir. Yolun hərəkət hissəsi düz olmaqla heç bir görünüş məhdudiyyəti olmamışdır. Örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti isə quru olmuşdur. Yol örtüyünün eni 12 metr, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni isə 12 metr təşkil etmişdir. Hərəkət hissədə əks istiqamətli hərəkət zolaqlarını biri-birindən ayıran yolun orta hissəsində ağ rəngli qırıq-qırıq “1.7” üfüqi nişanlama xətti vardır. Hərəkət hissəyə sağdan və soldan piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki və soldan şəhər tipli tikililər birləşir. Hərəkətin nizamlanma üsulu öz-özünə, hadisənin baş verdiyi yer yaşayış məntəqəsi olmaqla maksimum sürət həddi 60 km/saat sürət nəzərdə tutulmuşdur. Toqquşma yeri Həmzəlli kəndi istiqamətində əks istiqamətli nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş sol hərəkət zolağında yerləşmişdir. Yolun sağ kənarından toqquşma yerinə 9 metr, sol kənarından sağ tərəfə doğru 2.60 metr, toqquşma yerindən səkinin üzərində olan işıq dirəyinə qədər isə 11 metr məsafə təşkil etmişdir.Yolun ümumi eni isə 12 metr olmuşdur. Hadisə yerində Mercedes Benz E 220 minik markalı ** LA *** dövlət nömrə nişanlı avtomobil sol hərəkət zolağında Həmzəlli kəndi istiqamətində lakin bir qədər sola meyilli, digər Mıtsubıshı Pajero minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobil yolun sol tərəfində olan dərədə aşmış vəziyyətdə dayanmışdır. Toqquşma yerindən Mercedes Benz E 220 minik markalı arxa sağ təkərinədək uzanan, asfalt səth üzərində sürtünmə izləri vardır. Hadisə baş vermiş yerdə heç bir tormoz izi olmamışdır. Bundan başqa yol nəqliyyat hadisəsinin iştirakçıları olmuş Mercedes Benz E 220 markalı avtomobilin sol qanad hissəsinin, Mıtsubıshı Pajero minik markalı avtomobilin isə ön sağ və dam hissəsinin zədələndiyi müəyyən edilmişdir. İstintaq materiallarında olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Mercedes Benz E 220 minik markalı ** LA *** dövlət nömrə nişanlı və Mıtsubıshı Pajero minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobillərə baxış keçirilərkən Mercedes Benz E 220 minik markalı avtomobilin sol qanad hissəsinin, Mıtsubıshı Pajero minik markalı avtomobilin ön sağ və dam hissəsinin toqquşmanın təsirindən zədələndiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş hadisə baş vermiş yerin yaxınlığında təxminən 120 metr geridə olan “777” adlı çay evinin çöl müşahidə kamerasından götürülərək 01 ədəd “CD” diskə köçürülmüş 14 saniyə davam edən video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verməzdən əvvəl yol nəqliyyat hadisəsinin baş verdiyi yerə çatmağa təxminən 120 metr məsafə qalmış “777” adlı çay evinin qarşısından Qəbələ şəhəri istiqamətindən Həmzəlli kəndi istiqamətinə asfalt örtüklü yol ilə Mercedes Benz E 220 minik markalı avtomobilin öndə, yolun sağ hərəkət zolağı ilə hərəkətdə olduğu, ardınca isə Mıtsubıshı Pajero minik markalı avtomobilin yolun sol hərəkət zolağı ilə Mersedes Benz markalı avtomobillə eyni istiqamətdə sürətli şəkildə hərəkət etməsi, daha sonra sağ hərəkət zolağı ilə başqa bir Mersedes və vaz 2107 markalı avtomobillərin hərəkət etməsi aydın şəkildə müşahidə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X10 rayon şöbəsinin verdiyi 08 iyun 2022-ci il tarixli 158 nömrəli rəyə əsasən Təqsirləndirilən şəxs1 bədəni üzərində daxili qanaxma, qara ciyərin və bağırsaqların cırılmış yaraları, qanaxmadan və travmadan sonrakı şok, sol 5-ci, 6-cı, 7-ci 8ci, 9-cu və 10-cu qabırğaların sınıqları, oma sümüyünün yerini dəyişmiş sınığı, 1-ci, 2-ci, 3cü, 4-cü və 5-ci bel fəqərələrinin köndələn çıxıntılarının yerini dəyişmiş sınığı, sol qasıq sümüyünün yerini dəyişmiş sınığı, qarının ön sol hissəsinin qarın boşluğuna nüfuz edən geniş əzilmiş-cırılmış yarası, alının orta yuxarı, sağ aşağı hissəsinin, sol əlin üst səthinin, sol dizin ön səthinin və sol bel nahiyyəsinin sıyrıqları xəsarətləri vardır, qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən 16 aprel 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, həmin xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vuran bədən xəsarətinə aiddir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X10 rayon şöbəsinin verdiyi 09 iyun 2022-ci il tarixli 159 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, 12-ci döş və 1-ci bel fəqərəsinin yerdəyişən fəsadlaşmış sınığı və həmin səviyyədə onurğa beyinin ağır dərəcədə əzilməsi, travmatik şok, döş qəfəsinin soldan, 6-cı, 7-ci və 8-ci, sağdan 9-cu və 10-cu qabırğaların sınıqları, başın arxa ənsə nahiyyəsinin geniş əzilmiş-cırılmış yarası, sol budun arxa yuxarı 1/3-nin, sol baldırın bayır orta 1/3-nin, alının sol yuxarı hissəsinin qançırı kimi xəsarətlər vardır, qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən 16 aprel 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, həmin xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vuran bədən xəsarətinə aiddir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X10 rayon şöbəsinin verdiyi 09 iyun 2022-ci il tarixli 160 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol bazu sümüyünün qapalı sınığı, sol bud sümüyünün açıq qəlpəli sınığı, sol qamış və incik sümüklərinin qapalı sınığı, çanaqda saş qalça sümüyünün açıq qəlpəli yerini dəyişmiş sınığı, sağ kürək sümüyünün akromial çıxıntısının qapalı sınığı, döş sümüyünün və sol əng sümüyünün qapalı yerdəyişməyən sınığı, travmatik və qanitirmədən sonrakı şok, qarının sağ qalça çuxuru nahiyyəsində qarın boşluğuna nüfuz edən açıq əzilmiş-cırılmış yarası, sol budun arxa səthinin əzilmiş-cırılmış yaraları, üzün və alının sağ tərəfinin, boyunun sağ aşağı hissəsinin, sol əlin üst səthinin, sağ diz oynağının bayır tərəfinin sıyrıqları kimi xəsarətlər vardır, qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən 16 aprel 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, həmin xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vuran bədən xəsarətinə aiddir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2022-ci il tarixli 8/1974 saylı rəyindən görünür ki, nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma Mercedes Benz E 220 markalı ** LA *** dövlət nömrə nişanlı avtomobilin qabaq sol qanad hissəsi ilə Mitsubishi Pajero markalı 99 BP 61 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi arasında təxminən 35-40 dərəcə bucaq altında baş vermişdir. Toqquşma yerinin kordinatlarına və ilkin kontakt anında avtomobillərin bir-birinə nəzərən qarşılıqlı vəziyyətlərinə əsasən toqquşma anında Mitsubishi Pajero markalı avtomobil Həmzəlli kəndi istiqamətində qarşı sol hərəkət zolağında, Mercedes Benz E 220 markalı avtomobil isə sağ hərəkət zolağından sola istiqamətlənmiş vəziyyətdə qabarit uzunluğunun əsas hissəsi qarşı sol hərəkət zolağında olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz E 220 markalı ** LA *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mitsubishi Pajero markalı 99 BP 61 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və Yol hərəkəti haqqında ”Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluq hadisəsnin baş verməsi arasında səbəbli əlqəsi olmuşdur. Sürücü Təqsirləndirilən şəxs1 Mitsubishi Pajero markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2022-ci il tarixli 8/3148-8/3171 saylı rəyindən görünür ki, Mıtsubıshı Pajero markalı və Mercedes-Benz E220 markalı avtomobillərin baxışa təqdim edilməsi mümkün olmadığından həmin avtomobillərə yenidən baxış keçirilməsi mümkün olmamış, lakin 21 sentyabr 2022-ci il tarixli 8/1974 nömrəli rəydə nəqliyyat vasiytələrinə baxış keçirilərək nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma Mercedes Benz E 220 markalı avtomobilin qabaq sol qanad hissəsi ilə Mıtsubıshı Pajero markalı avtomobilin qabaq sağ hissəsi arasında təxminən 35-40 dərəcə bucaq altında baş vermişdir. Toqquşma yerinin kordinatlarına və ilkin kontakt anında avtomobillərin bir-birinə nəzərən qarşılıqlı vəziyyətlərinə əsasən toqquşma anında Mıtsubıshı Pajero markalı avtomobil Həmzəlli kəndi istiqamətində qarşı sol hərəkət zolağında, Mercedes Benz E 220 markalı avtomobil isə sağ hərəkət zolağından sola istiqamətlənmiş vəziyyətdə qabarit uzunluğunun əsas hissəsi qarşı sol hərəkət zolağında olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz E 220 markalı ** LA *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mıtsubıshı Pajero markalı 99 BP 61 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və Yol hərəkəti haqqında ”Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluq hadisəsnin baş verməsi arasında səbəbli əlqəsi olmuşdur. Sürücü E.G.X4 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” X11in 29 aprel 2022-ci il tarixli 1399/K nömrəli məhkəmə-kimiyəvi rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 31 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs2 hadisə baş verən tarixdə 16 aprel 2022-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. İşdə olan Qəbələ RPŞ-nin DYPB-in rəisi polis mayoru Aydın Heydərovun 14 oktyabr 2022-ci il tarixli raportundan görünür ki, sürücü Təqsirləndirilən şəxs2 adına AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Bazasında “B1,B,C1C” kateqoriyalı BC 600648 nömrəli (xx.xx.2021-xx.xx.2031) sürücülük vəsiqəsinin qeydə alınmış, hadisə törətdiyi vaxtı ona məxsus sürücülük vəsiqəsində heç bir məhdudiyyətin qoyulmamış və sürücülük vəsiqəsi qüvvədədir. İşdə olan Qəbələ RPŞ-nin DYPB-nin rəisi polis mayoru Aydın Heydərovun xx.xx.2022ci il tarixli raportundan görünür ki, sürücü Təqsirləndirilən şəxs1 adına BDYPİ-nin Mərkəzi bazasında sürücülük vəsiqəsi qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası İTSÜDA “Tibbi ərazi X6” X11 Qəbələ Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 6.52-2-2022-118 nömrəli məktubunda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 “narkoloji və ruhi əsəb” kabinetində hər hansı bir xəstəliklə qeydiyyatda olmadıqları göstərilmişdir. İstintaq materiallarında olan X12 MMC avtomobil təmiri sexindən təqdim edilmiş 10 may 2022-ci il tarixli arayışdan görünür ki, Mercedes Benz E 220 markalı ** LA *** dövlət nömrə nişanlı və Mıtsubıshı Pajero minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobillərə baxış keçirilmiş, baxış zamanı avtomobillərin tormoz, sükan və digər idaretmə mexanizmlərində hər hansı bir nasazlığın olmadığı, yol nəqliyyat hadisəsi zamanı hər iki avtomobilin tam saz vəziyyətdə olduğu müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ziyan aktlarından görünür ki, sürücü Təqsirləndirilən şəxs1 məxsus Mıtsubıshı Pajero minik markalı ** BP *** dövlət nömrə nişanlı avtomobil hadisə nəticəsində tam yararsız vəziyyətə düşmüş, sürücü Təqsirləndirilən şəxs2 etibarnamə ilə sahibliyində olan Mercedes Benz E 220 minik markalı ** LA *** dövlət nömrə nişanlı avtomobilin hadisə zamanı zədələnməsi nəticəsində 2840 manat maddi ziyan dəymişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayən əməlləri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə Təqsirləndirilən şəxs1 nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlığından zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi cinayətini və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlığından zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətmələri tamamilə sübuta yetirildi. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263- 1.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli isə düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini, himayəsində azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 450 (dörd yüz əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan “Mersedes Benz E220” minik markalı ** LA *** dövlət qeydiyyat nişanlı və “Mitsibishi Pajero” minik markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinin sərəncamında saxlanılmış hesab edilməlidir. İş üzrə mülki iddia olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 450 (dörd yüz əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan “Mersedes Benz E220” minik markalı ** LA *** dövlət qeydiyyat nişanlı və “Mitsibishi Pajero” minik markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinin sərəncamında saxlanılmış hesab edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-4/2023
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-4/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver