Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-40/2022 28.12.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X6 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X9, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-cı ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:36 radələrində idarə etdiyi özünə məxsus “Opel Astra”minik markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm- İsmayıllı-Şəki yolunun Qəbələ rayon mərkəzi bazarının qarşısından keçən hissəsində həmin bazardan çıxaraq Şəki istiqamətinə 60-70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci bəndinin 3-cü hissəsinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və həmin tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, həmin tələbləri kobud surətdə pozaraq, avtomobili idarə etdiyi halda salonun içərisində mobil telefonunu axtardığından diqqətini avtomobilin idarə olunmasından və yoldan ayırmış, bu səbəbdən həmin vaxt xx.xx.1963-cü il təvəllüdlü, Qəbələ şəhər sakini X8 ondan qarşıda yolun sol kənarından hərəkət hissəsinə daxil olub iti yerişlərlə yolun digər tərəfinə piyada keçdiyini və bununla da hərəkəti üçün təhlükənin yarandığını vaxtında diqqət edərək görməli olduğu halda görməmiş, sonradan yola baxdıqda piyadanın yolu keçdiyini və hərəkəti üçün təhlükə yarandığını görsə də, cinayətkarcasına etinasızlığı nəticəsində idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan və ya hadisənin qarşısını almaq üçün digər alternativ tədbirləri görmədiyindən idarə etdiyi “Opel Astra”minik markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəfi ilə yolun solundan sağına tərəf iti yerişlə 6.50 metr məsafə qət etmiş piyada X10 hərəkət hissəsinin sağ zolağında vurmuş, nəticədə ehtiyyatsızlığından sonuncunun hadisə zamanı aldığı açıq kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyinin qişalarına və toxumasına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, başın yumuşaq toxumasının arxa təpə-ənsə nahiyyəsində əzilmiş-cırılmış yarası, sol saidin bayır aşağı 1/3-nin sıyrığı kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yaşayır və orada daimi pasport qeydiyyatındadır. Qəbələ şəhər sakini X3nı baş vermiş məlum hadisədən sonra tanımış, Telli Eyvazova ilə əvvəlcədən heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 12:36 radələrində özünə məxsus idarə etdiyi Opel Astra minik markalı ** HA *** dövlət nömrə nişanlı minik avtomobil ilə Qəbələ rayon Mərkəzi bazarının yuxarı giriş qapısından çıxaraq Qaraməryəm-İsmayıllı-Şəki magistral yolu ilə Qəbələ şəhəri istiqamətindən üzü Zarağan kəndi istiqamətinə doğru yolun ortası ilə saatda təxminən 60-70 km sürətlə Qəbələ şəhərinin ərazisindəki “Star Petrol” yanacaq doldurma məntəqəsinin qarşısındakı yol ayrıcı dairəyə doğru hərəkət edib yol ayrıcı dairəyə daxil olub oradan üzü Qəbələ şəhərinə gəlmək istəyirmiş. Həmin vaxtı idarə etdiyi avtomobildə tək olmuş, özündən başqa kimsə olmamışdır. İdarə etdiyi avtomobillə Qəbələ rayon Mərkəzi bazarının orta giriş qapısına çatmağa təxminən 25-30 metr məsafə qalmış, həmin vaxtı özünə məxsus mobil telefonun harada olmasını müəyyən etmək üçün idarə etdiyi avtomobil hərəkətdə ola-ola əyilərək sağ oturacağın üzərindən mobil telefonunu axtarmağa başlamışdır. Bu səbəbdən yolun solundan sağına doğru bazara tərəf keçmək istəyən piyadalar Telli Eyvazovanı və onun yanında olan əri Məhəmməd Eyvazovu görməyərək idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə yolun ortasında Telli Eyvazovanı ehtiyyatsızlığından vurmuşdur. Zərbənin təsirindən piyada Telli Eyvazova yolun sağ kənarına bardürə tərəf düşmüş, cəld idarə etdiyi avtomobili saxlayıb yerə düşüb Telli Eyvazovaya yaxınlaşmış ki, onu həkimə aparsın. Lakin görmüş ki, Telli Eyvazova aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Bundan sonra hadisəyə kənar şəxslərin toplaşdıqlarını, mərhum Telli Eyvazovanın yaxınlarının səs-küy saldıqlarından və onu döyəcəklərindən ehtiyyat edib orada gizlin bir yerə çəkilib polisin gəlməsini gözləmişdir. Bir az keçmiş hadisə yerinə polis əməkdaşları və 103 təcili Tibbi yardım avtomobili gəlmiş və Telli Eyvazovanın meyidi hadisə yerindən götürülüb 103 təcili Tibbi yardım avtomobilinə qoyulmaqla oradan aparılmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və həmin baxışda iştirak etmişdir. Hadisədən öncə spirtli içki və pisxatrop maddə qəbul etməmiş, hadisə vaxtı ayıq vəziyyətdə olmuş, mobil telefonunu idarə etdiyi avtomobilin içərsindən axtararaq başı qarışdığı üçün mərhum Telli Eyvazovanı görməmiş, buna görə də onu vurmuşdur. Hadisənin qarşısını almaq üçün heç bir qabaqlayıcı tədbir görə bilməmiş, hadisə baş verməzdən əvvəl idarə etdiyi avtomobil tam saz vəziyyətdə olmuş və avtomobildə hər hansı nasazlıq olmamışdır. Hadisədən sonra X8 dəfn xərclərini qarşılamış, onun ailə üzvlərinə maddi və mənəvi dəstək olmuş, mərhum T.Eyvazovanın hüquqi varisi olan əri Məhəmməd Eyvazovla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübütlarla öz təsdiqini tapır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X16 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında yaşayır və orada daimi pasport qeydiyyatındadır. X3 onun arvadı olmuş və onlar birlikdə yaşamışlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 12:35 radələrində arvadı Telli Eyvazova ilə birlikdə alış-veriş etmək məqsədi ilə Qəbələ rayon Mərkəzi bazarının qarşısına gəlmişlər. Bundan sonra bazara daxil olmaq üçün piyada avtomobil yolunun solundan sağına tərəf hərəkət edib hər iki yolu ayıran işıq dirəklərinin olduğu səkidə dayanıb Qəbələ şəhəri istiqamətindən Zarağan kəndi istiqamətinə doğru hərəkət edən bir neçə avtomobilin keçməsini gözlədikdən sonra səkidən düşərək bazara daxil olmaq üçün o, sağda arvadı Telli Eyvazova isə ondan solda təxminən yarım metr arxada yolu çəpəki vəziyyətdə iti yerişlə keçməyə başlamışlar. Həmin vaxtı yolun ortasında, yolu ayıran ağ rəngli qırıq-qırıq xəttin üzərində Qəbələ şəhər istiqamətindən Zarağan kəndi istiqamətinə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra minik markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəfi ilə onun arvadı Telli Eyvazovanın bədəninin sağ tərəfindən vurmuşdur. Hadisə nəticəsində arvadı Telli Eyvazova yolun sağ ehtiyyat hissəsinə düşərək aldığı zərbədən hadisə yerində ölmüşdür. Bundan sonra arvadı Tellini Məhkəmə Tibbi ekspertizasının Qəbələ rayon şöbəsinə aparıb müayinə etdikdən sonra həmin gün dəfn etmişlər. M.Eyvazov həmçinin göstərdi ki, təqsirləndirilən şəxsin qohumları yas mərasimində iştirak etmiş, onlara maddi və mənəvi cəhətdən köməklik göstərmişlər. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X16 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Qəbələ rayonunun Zarağan kəndində yaşayır və orada daimi pasport qeydiyyatındadır. X3 onun qayınanası olmuş, sürücü Təqsirləndirilən şəxs isə baş vermiş hadisədən sonra tanımışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 12:40 radələrində Qəbələ rayonunun Zarağan kəndi ərazisində olarkən qayınatası X16 onun mobil telefonuna zəng vurub həyəcanlı şəkildə danışaraq az öncə arvadı Telli Eyvazova ilə birlikdə Qəbələ rayon mərkəzi bazarına daxil olmaq üçün piyada yolu keçmək istəyərkən Telli Eyvazovanı avtomobil vurduğunu və hadisə yerində öldüyünü bildirmişdir. Məlumat əsasında hadisə yerinə gəlmişdir. Hadisə yerinə gələrkən ətrafa çoxlu sayda adam toplaşdığını, mərhum Telli Eyvazovanın isə ölmüş vəziyyətdə, qana bulaşmış halda, yolun sağ kənarında üzü Zarağan kəndi istiqamətinə doğru yerdə uzanıqlı görmüşdür. Hadisə yerinə polisin gəlməsi üçün AR DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Az keçmiş hadisə yerinə polis əməkdaşları və eləcədə 103 Təcilli Tibbi yardım avtomobili gəlmişdir. 103 Təcili Tibbi yardım avtomobili mərhum Telli Eyvazovanın meyidini müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizasının Qəbələ rayon şöbəsinə aparmışdır. Sonradan hadisə yerində ona məlum olmuş ki, Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra minik markalı ** HA *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ rayon Mərkəzi bazarının yuxarı giriş qapısından çıxaraq Qəbələ şəhər istiqamətindən üzü Zarağan kəndi istiqamətinə hərəkətdə olarkən bazarın orta giriş qapısına çatmamış yolun ortasında piyada yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən Telli Eyvazovanı idarə etdiyi avtomobilin ön sağ tərəfindən ehtiyyatsızlıqdan vurmuş, nəticədə piyada Telli Eyvazova aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Qəbələ RPŞ-nin DYPB-in inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 12:55 radələrində Qəbələ RPŞ-nin xidməti Kia markalı ** YP *** dövlət nömrə nişanlı yol patrul avtomobili ilə Qəbələ şəhəri ərazisində xidmətdə olarkən Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayon mərkəzi bazarının qarşısından keçən hissəsində piyadanın vurularaq ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə şöbənin Novbətçi Hissəsindən ona verilmiş, məlumat əsasında hadisə yerinə getmişdir. Hadisə yerinə gedərkən üzü Şəki istiqamətinə doğru yer üstü piyada keçidinin yaxınlığında bir nəfər qadının yerdə bardürün sağ kənarında qana bulaşmış vəziyyətdə öldüyünü, piyadadan təxminən 15-20 metr irəlidə yolun ortasında bazarın orta giriş-çıxış qapısının qarşısında gümüşü metallik rəngdə Opel markalı avtomobilin dayandığını görmüşdür. Belə ki, həmin qadın piyadanı Opel markalı avtomobilin sürücüsü vurmuşdur. Az keçmiş hadisə yerinə müstəntiq gələrək onun iştirakı ilə baxış keçirilmiş və baxışda iştirak etmişdir. Baxış üzü Şəki istiqamətinə keçirilmişdir. Baxışda iştirak edərkən orada adı ona məlum olan hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs hadisə yerində bildirmişdir ki, idarə etdiyi Opel Astra minik markalı ** HA *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ rayon mərkəzi bazarının yuxarı giriş-çıxış qapısından çıxıb yolun ortası ilə Qəbələ şəhəri istiqamətindən Zarağan kəndi istiqamətinə hərəkətdə olarkən, həmin vaxtı avtomobilin idarə etməsinə nəzarəti itirməklə bazarın orta giriş qapısına çatmamış yolun ortasında piyda yolun solundan sağına bazara tərəf keçmək istəyən sonradan adı ona məlum olan Telli Eyvazovanı idarə etdiyi avtomobillə ehtiyyatsızlıqdan vurmuş, zərbənin təsirindən Telli Eyvazova yolun sağına tərəf bardürün kənarına düşərək aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Hadisədən sonra avtomobilin ön alın şüşəsinin sağ kənarı çatlamış, sağ yan güzgüsü isə sınmış vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yer hər iki eyni istiqmətli yolu ayıran ağ rəngli qırıq-qırıq xəttin üzərində üzü Şəki istqamətində baş vermişdir. Hadisə baş vermiş yerdə tormoz izi olmamışdır. Baxış zamanı protokol və hadisə yerinin sxemi tərtib edilmiş, həmçinin foto şəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayon mərkəzi bazarının qarşısından keçən hissəsində yerləşir. Baxış aydın günəşli hava şəraitində üzü Zarağan kəndi istiqamətində keçirilmişdir. Hadisə (piyadanın vurulduğu) yeri sürücü Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Hadisə yerində iki istiqamətli hərəkət yolu vardır ki, hər iki yolu birbirindən kənarları beton bardurla əhatələnmiş, üzərində şəhər elektrik işıqları və köbə daşlarla hörülmüş olan hissə ayırır. Hərəkət hissəsinin biri Zarağan kəndi istiqamətinə, digəri isə Qəbələ şəhərinin mərkəzi istiqamətinədir. Hadisə Zarağan istiqamətinə nəqliyyat axınını nəzərdə tutan hərəkət hissəsində baş vermişdir. Həmin hərəkət hissəsində piyadanın vurulduğu yerdə 2 hərəkət zolağı vardır ki, bir-birindən qırıq-qırıq xətlə ayrılır. Yol örtüyü asfaltbeton olmaqla, üfüqi, düz və quru olmuşdur. Hərəkət hissəyə sağdan piyada səkisi, soldan piyada səkisi, daha sağdan mərkəzi bazar, daha soldan əks istiqamətə hərəkəti nəzərdə tutan hərəkət hissəsi, daha soldan isə şəhər tipli tikililər yerləşir. Hadisə yeri yaşayış məntəqəsində yerləşir, maksimum sürət həddi 50 km/saat-dır. Piyadanın hərəkət istiqaməti yolun solundan sağına tərəf sola istiqamətlənməklə çəpəki vəziyyətdə olmuşdur. Yol örtüyünün ümumi eni 9.80 metrdir. Piyadanın vurulduğu yer Zarağan kəndi istiqamətində yolun sağ hərəkət zolağında yol ayrıcı səkidən yolun sağına tərəf 5.50 metr, yolun sağından soluna tərəf 4.40 metr məsafə, piyadanın vurulduğu yerdən yolun sağında yerləşən Telli Eyvazovanın meyitinədək olan məsafə 8.60 metr məsafə təşkil etmişdir. Piyadanın vurulmasına səbəb olmuş Opel Astra minik markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil eyni istiqamətli hərəkət zolaqlarını bir birindən ayıran asfalt səth üzərində nişanlanmış 1.7 üfiqi nişanlama xəttinin üzərində ön hissəsi üzü Zarağan kəndi istiqamətində hərəkətsiz vəziyyətdə dayanmışdır. Avtomobilin arxa sağ tərəfindən yolun sağına tərəf 4.25 metr, arxa sol tərəfindən yolun soluna tərəf isə 4.30 metr məsafədə olmuşdur. Piyadanın vurulduğu yerdən avtomobilə qədər olan məsafə 26.10 metr, meyitin yerləşdiyi yerdən avtomobilə qədər olan məsafə 19.70 metr məsafə təşkil etmişdir. Eyni zamanda piyadanın vurulmasına səbəb olmuş Opel Astra minik markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən sonra ön alın şüşəsi sağ tərəfdən çatlamış və sağ yan güzgüsü qırılaraq zədələnmişdir. Baxış zamanı baxış keçirilməsi haqqında protokol, hadisə yerinin sxemi tərtib edilmiş, həmçinin foto şəkillər çəkilərək əksləri çıxarılıb protokola əlavə edilmişdir. İş materiallarında olan piyada X2 Təqsirləndirilən şəxs tərəfindən idarə etdiyi avtomobilllə ehtiyyatsızlıqdan vuraraq ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verdiyi yerin yaxınlığında olan AR DİN-nin TŞX-nin QTŞ-014 nömrəli videomüşahidə qurğusunun 4-cü kamerasının yaddaş bölməsində hadisə anını özündə əks etdirən və CD diskə köçürülərək təqdim edilmiş video görüntüyə məhkəmə baxışında baxış keçirilərək müəyyən edilmişdir ki, baxış zamanı həmin videogörüntünün 1 dəqiqə 02 saniyə olduğu, havanın günəşli və ətrafın aydın şəkildə göründüyü, görüntüdə “Azpetrol” yanacaq doldurma məntəqəsində, magistiral yolda və bazarın qarşısında avtomobillərin həmçinin piyadların hərəkəti aydın şəkildə müşahidə edildiyi, videogörüntünün xx.xx.2022-ci il tarixdə 12:35:57-ci saniyəsində gümüşü metallik rəngli dövlət nömrə nişanı və markası görsənməyən minik avtomobilinin sürücüsünün Qəbələ şəhəri mərkəzi bazarının yuxarı giriş qapısından çıxmaqla sağa tərəf istiqamətlənib Qəbələ şəhəri istiqamətindən Zarağan kəndi istiqamətinə yolun ortası ilə hərəkət etməsi, bazarın orta giriş qapısına çatmamış yeraltı piyada keçidinin önündə iki nəfər piyadanın hər iki yolu ayıran səkinin üzərindən asvalt örtüklü yol ilə çəpəki vəziyyətdə yolun sol tərəfindən sağ tərəfinə bazara doğru hərəkət etmələri, videogörüntünün 12:36:13-cü saniyəsində qeyd olunan avtomobilin yolun ortasında avtomobilin sağ yan tərəfi ilə piayadaların birini vurması aydın şəkildə müşahidə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022ci il tarixli 8/30277 nömrəli ekspert rəyindən görünür ki, Opel Astra minik markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında ”Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdutlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdutlaşdırılmış yol sahəsində avtomobili 60 km/saat sürətindən daha artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdutlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmədiyindən piyadanın hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X20 rayon şöbəsinin verdiyi 14 oktyabr 2022-ci il tarixli 28 nömrəli meyitin ekspertizasının rəyində göstərilmişdir ki, X1 meyitində açıq kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyinin qişalarına və toxumasına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, başın yumuşaq toxumasının arxa təpə-ənsə nahiyyəsində əzilmiş-cırılmış yarası, sol saidin bayır aşağı 1/3-nin sıyrığı kimi xəsarətləri vardır, həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən dörənildiyi, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aid olduğu, qeyd olunan xəsarətlər 18 sentyabr 2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində minik avtomobilinin piyadanı vurması nəticəsində törənməsinə uyğun gəlir. X1 ölümünə səbəb baş bayin toxumasının ağır dərəcəli əzilməsi olmuşdur və hadisə vaxtı aldığı bədən xəsarətləri ilə birbaşa səbəbli əlaqəsi vardır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X18” X27in 03 oktyabr 2022-ci il tarixli 3520/K nömrəli məhkəmə-kimiyəvi rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar, və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 131 nömrəli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verən tarixdə, yəni 18 sentyabr 2022-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X16 tərəfindən Qəbələ rayon Polis şöbəsinə təqdim edilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ RPŞ-nin DYPB-in rəisi polis mayoru Aydın Heydərovun 28 noyabr 2022-ci il tarixli raportunda göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs adına AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Bazasında BC kateqoriyalı AE 710920 saylı (xx.xx.2014 və xx.xx.2024) sürücülük vəsiqəsinin qeydə alınmış, hadisə törətdiyi vaxtı ona məxsus sürücülük vəsiqəsində heç bir məhdudiyyətin qoyulmamış və Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayon mərkəzi bazarının qarşısından keçən yolda maksimum sürət 60 km/saat-dır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X11” X27 Qəbələ Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022ci il tarixli PHŞ/6.52-2-2022-971 nömrəli məktubunda Təqsirləndirilən şəxs, X1 və zərçəkmiş şəxsin hüquqi varisi X4 “narkoloji və ya ruhi əsəb” kabinetində hər hansı bir xəstəliklə qeydiyyatda olmadıqları göstərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş X28 MMC avtomobil təmiri sexindən təqdim edilmiş 23 sentyabr 2022-ci il tarixli arayışa əsasən Opel Astra minik markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin tormoz, sükan və digər idaretmə mexanizmlərində hər hansı bir nasazlıq aşkar edilməmişdir. Yol nəqliyyat hadisəsi zamanı avtomobilin tam saz vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş BD173619 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” minik markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarına əlavə edilmiş AE seriyalı 710920 nömrəli xx.xx.2014-cu il tarixdə verilmiş və xx.xx.2024-cü il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs «BC» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli, 233 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır və ailə tərkibi həyat yoldaşı X17, qızı 2016-cı il təvəllüdlü X13 və oğlu 2019cu il təvəllüdlü X7 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış keçirilməsinə dair protokol və digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X16 tərəfindən məhkəməyə təqdim edilmiş, eyni zamanda Qəbələ rayon Polis şöbəsinə təqdim edilmiş və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli, 230 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli, 233 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır və ailə tərkibi həyat yoldaşı X17, qızı 2016-cı il təvəllüdlü X5 ibarətdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə etməsini, himayəsində bir azyaşlı övladının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 60.1. maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış “Opel Astra” minik markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılmasını nəzərə alır. İş üzrə ekspertiza xərci 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 11 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 11 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 66 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “Opel Astra” minik markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X12, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs göstərilmiş 11 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 66 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-40/2022
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-40/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver