Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-41/2025 09.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 17 iyul 2025-ci il tarixdə saat təxminən 11 radələrində Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən “Kapital Bank ASC”-nin Qəbələ rayon filialının qarşısındakı həmin banka məxsus bankomatda əməliyyatlar edən zaman oraya gələrək həmin bankomata bitişik, təxminən 1,5 metr məsafədə yerləşən digər bankomatda özünə məxsus 4169 7388 1798 6460 hesab nömrəli bank kartı ilə balansında olan 1990 (bir min doqquz yüz doxsan) manat pul məbləğini nəğdləşdirməyə çalışan, lakin pulu çıxara bilmədiyindən etdiyi əməliyyatların uğursuz olduğunu güman edərək əslində əməliyyatları düzgün edib, sadəcə olaraq pulun bankomatdan xaric olmasını gözləmədən bank kartını götürüb oradan uzaqlaşan Zərərçəkmiş şəxs məxsus 1990 (bir min doqquz yüz doxsan) manat pulun bankomatdan xaric olduğunu görüb həmin pulu gizli yolla talayaraq evdən çıxıb getmiş, pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, bununla da zərərçəkmişə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. xx.xx.2025-ci il tarixdə saat təxminən 11:15 radələrində Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx"a məxsus filialın yaxınlığındakı bankomatdan kart vasitəsilə pul çıxararkən tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs ondan təxminən 1,5-2 metr məsafədə yerləşən digər bankomata pul çıxarmaq üçün yaxınlaşmış, istifadəsində olan bank kartını bankomata salaraq bir neçə dəfə əməliyyat etməyə cəhd etmiş, ancaq bilmədiyi səbəbə görə bankomatdan pul çıxmamış və pul çıxarmaq üçün etdiyi əməliyyatın uğursuz olduğunu güman edərək kartını çıxarıb oradan təxminən 15-20 metr Zarağan istiqamətində piyada uzaqlaşmışdır. Zərərçəkmiş şəxs uzaqlaşdıqdan qısa müddət sonra o, bankomatdan pul çıxdığını görüb bankomatdan uzaqlaşaraq Zərərçəkmiş şəxs səsləmiş, lakin Zərərçəkmiş şəxs onu eşitməyərək yoluna davam etmiş və o, qayıdaraq Zərərçəkmiş şəxs bankomatdan çıxmış pullarını götürüb cibinə qoyaraq onun arxasınca getmişdir. Zərərçəkmiş şəxs çatıb ondan bankomatdan pul çıxarıbçıxarmadığını soruşduqda Zərərçəkmiş şəxs ona pul çıxarmadığını deyərək çıxıb getmiş, o da pulu qaytarıb şirinlik almaq məqsədilə iki saata yaxın pulun sahibini orada gözləmiş, lakin kimsə yaxınlaşmamışdır. Həmin vaxt bankomatdan götürdüyü 1990 manat barədə polisə, banka və ya digər orqanlara məlumat verməmiş, maddi imkanı aşağı olduğundan həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. İş üzrə Təqsirləndirilən şəxs daha sonra ifadəsində Zərərçəkmiş şəxs məxsus olan 1990 manatı qaytararaq onunla barışdığını bildirmiş və əməlindən peşman olduğunu ifadə etmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 11 radələrində özünə məxsus **********986460 saylı "xxxx"a aid kartını götürərək hesabında olan 1990 manat pulu çıxarmaq üçün Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən bakomata yaxınlaşmış, kartı bankomata salaraq bir neçə dəfə pulu topa şəkildə bir dəfəyə çıxarmağa cəhd etsə də əməliyyatın uğursuz olduğunu ehtimal edərək kartını bankomatdan çıxarmış, həmin müddət ərzində bankomatdan pul xaric olmadığını görərək kartını götürüb oradan uzaqlaşmış və banka daxil olaraq bu barədə məlumat vermişdir. Bankda ona 5 iş günündən sonra məlumat veriləcəyini bildirilmiş və o, çıxıb evinə getmişdir. 22 iyul 2025-ci il tarixdə “Birbank” tətbiqinə daxil olduqda kartında olan 1990 manat pulun kart hesabından çıxarıldığını görərək banka müraciət etmiş, bankdan kartında olan 1990 manat pulun Qəbələ şəhərində H.Əliyev prospektində yerləşən "xxxx" filialının yanındakı bankomatdan çıxarılması barədə çıxarış almışdır. Həmin vaxt bankomatda pul çıxarma əməliyyatını düzgün etdiyini, pulun çıxmağını gözləməyərək getdikdən sonra pulun bankomatdan xaric olduğunu bilmiş və Qəbələ RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Polis şöbəsində araşdırma zamanı Təqsirləndirilən şəxs pulu oğurladığını etiraf edərək şəxsi ehtiyaclarına xərclədiyini təsdiq etmiş və müəyyən müddət keçəndən sonra 1990,0 manatı ona qaytarmışdır. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə dostluq edir. 2025-ci ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs Qəbələ şəhərində "xxxx"ın yanındakı bankomatdan 1990 manat pul çıxarmaq istəməsi , lakin əməliyyatın uğursuz olduğunu düşünərək kartını alaraq getməsi və sonradan kartda olan 1990 manat pulun tanımadığı şəxs tərəfindən oğurlandığı barədə bildirmiş, o da Zərərçəkmiş şəxs bu barədə polisə şikayət etməyi məsləhət görmüşdür. Zərərçəkmiş şəxs Qəbələ rayon polis şöbəsinə müraciət etdikdən sonra oğurluğu edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Onunla görüşərkən Nofəl pulu oğurladığını etiraf etmiş, ancaq xərcələdiyini bildirərək qaytarmamışdır. İşdə olan «Baxış keçirilməsi haqqında» xx.xx.2025-ci il tarixli Protokola əsasən X6 şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Qəbələ rayon filialının qarşısındakı həmin banka məxsus bankomatı göstərərək 17 iyul 2025-ci il tarixdə özünün kartı vasitəsilə həmin yerdə əməliyyatlar etdiyini, Zərərçəkmiş şəxs isə ona bitişik digər bankomatdan pul çıxarmaq istədiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bankomatı göstərərək Zərərçəkmiş şəxs məxsus 1990 (bir min doqquz yüz doxsan) manat pulu oradan oğurladığını bildirmişdir. (c.i. səh: 9- 12). İşdə olan AR DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (c.i. səh: 44-46) İşdə olan 22 iyul 2025-ci il tarixli Kapital Bank ASC-nin ödəniş kartı üzrə Çıxarışa əsasən Zərərçəkmiş şəxs məxsus Kapital Banka aid **********986460 saylı kart hesabından 17 iyul 2025-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən Kapital Banka məxsus Bankomatdan 1990 (bir min doqquz yüz doxsan) manat məbləğində pul məxaric edilmişdir. (c.i. səh: 7) Azərbaycan Respublikası CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. İşdə olan Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mİ Departamentinin Qəbələ MKİS-nin rəisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 24/144-893/250590047 saylı arayışa əsasən Təqsirləndirilən şəxs evlidir və himayəsində 4 nəfər yetkinlik yaşına çatmayan uşağı (xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X2) vardır. ( c.i.səh:90) İşdə olan Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mİ Departamentinin Qəbələ MKİS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. ( c.i.səh:92) Azərbaycan Respublikası CM-nın 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nın 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nın 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmçinin bu Məcəllənin .... 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən əməl törətməsini, iş üzrə zərərçəkmiş tərəflə barışmasını və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişini nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilərək barəsində olan iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 321-ci maddəsini rəhbər tutaraq QƏRARVERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət məsuliyyətindən azad edilsin və işin icraatına xitam verilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(025)-41/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-41/2025
09.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver