Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-44/2021 04.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 aprel 2021-ci il tarixdən 15 aprel 2021-ci il tarixə keçən gecə saat 01 radələrində onunla birgə yaşayan anası Şahid4 səhhətində yaranmış narahatlıqla bağlı yaşadıqları evə çağırılmış Qəbələ Rayon Mərkəzi X7 X19 Yardım şöbəsinin əməkdaşlarının çağırışa gec gəlməsini iddia edərək yüngül dərəcəli sərxoş vəziyyətdə X20 şöbəsinin növbətçi sürücüsü Zərərçəkmiş şəxs ilə yaşadığı evin həyətinin qarşısında mübahisə edib onun ünvanına nalayiq söyüşlər söyməklə avtomobilinin yük hissəsində olan dəmir əsaslı materialdan olan armaturla sonuncunun sol ayağının bud hissəsindən iki dəfə qəsdən vuraraq ona sol budun bayır orta 1/3-nin əzilmiş-deşilmiş yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 14 aprel 2021-ci il tarixdən 15 aprel 2021-ci il tarixdə keçən gecə anası Südabə yaşadığı evdə ürəyindən narahat olduğu üçün “103” xidmətinə zəng edərək X20 çağırmışdır. X20a zəng edəndə saat təqribən gecə 12 radələri olarmış. Bir neçə dəfə də zəng etsə də, X20 avtomobili gəlib çıxmamış, hər dəfə də “göndərmişik, çıxıblar” demişlər. Təcili tibib yardım təxminən 1 saatın tamamına gəlib çıxmış, həmin avtomobili evinin yanında öz avtomobilini idarə edərək qarşılamışdır. Feldşer Nurlanla həmin vaxt həyətə, evə keçmişlər ki, Nurlan anasına tibbi yardım etsin. Evi Nurlana göstərib tez geri qayıtmış, Nurlan evdə qalmışdır. Həyət qapısında sonradan adını bildiyi sürücü Kamil adlı şəxsə “nə üçün gec gəldiniz? 1 saatdır ki mən çağırış etmişəm” deyə irad bildirmiş, bu zaman Kamil “nə olub ə, nəyə tələsirsən? ölmədiki gözləyə bilmirsənmi?” deyə cavab vermişdir. Həmçinin, Kamil idarə etdiyi TTY-ın Qaz 3110 markalı avtomobilini göstərib “otur gör bu andıra qalmışı işə sala bilirsənmi? maşın işləmir” demiş, Kamilə “işləmirsə o zaman başqa avtomobil göndərsinlər” deyə cavab qaytarmışdır. Bu mövzuda aralarında mübahisə düşmüşdür. Hadisədən əvvəl spirtli içki qəbul etdiyindən sərxoş olmuş və buna görə də mübahisə zamanı Kamilin ünvanına nalayiq ifadə işlətmiş, mübahisə zamanı Kamil ona təpik atmışdır. Ancaq təpiyin ona dəyib-dəyməməsini xatırlamamış, cavab olaraq Kamilə tərəf yumuruq və təpik atmışdır. Lakin, Kamili vura bilməmiş, bu zaman evin həyət qapısının yanındakı dəmir armaturu götürüb onunla 2 dəfə Kamilin sol ayağının bud nahiyyəsinə vurmuşdur. Kamil də oradan qaçıb uzaqlaşmışdır. Həmin vaxt feldşer Nurlan onu həyətə çağıraraq anasının xəstəxanaya getməli olduğunu demişdir. Nurlana “sürücü Kamillə dalaşdım, Kamil qaçıb” demiş, buna görə də Nurlan başqa sürücüyə zəng etmiş və az sonra Camal adlı digər sürücü gəlmişdir. Artıq həyət qapısına polis əməkdaşları da gəlmişdir. Camal TTY avtomobilinə oturmuş və işə salmış, Camala “bəs Kamil bildirir ki, avtomobil işə düşmür” demiş, Camaldan yerə düşməyi və Kamilin gəlib avtomobili işə salmağını tələb etmişdir. Bunu demək üçün avtomobilin sürücü tərəfdən qapısını açmış, bu tələbi deyərək evdən götürüb cibində saxladığı mətbəx bıçağını sol biləyinə dirəmiş ki, özünə xəsarət yetirsin, Kamil gəlib avtomobili işə salsın. Bu zaman Kamillə bir-birinin üzərinə dalaşmaq üçün getmişlər, ancaq polislər buna imkan verməmişlər. Onu avtomobillə polis şöbəsinə aparmışlar. Səhəri gün bıçaq və armaturu polis şöbəsində təhqiqatçıya təqdim etmişdir. Hadisə zamanı orada anası Südabə, bacısı Aygün, feldşer Nurlan, köməkçi sürücü Camal və polis əməkdaşları, həmçinin, evə istiqamət verib TTY əməkdaşlarına tanıdan qonşusu Əsgər adlı şəxs olmuşdur. Kamillə aralarındakı dava-dalaşın təxminən 4-5 dəqiqə çəkmiş, gecə olduğundan hadisə yerinə kənar şəxslər toplaşmışdır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsdən dəfələrlə üzr istəyərək barışığa cəhd etdiyini, lakin buna nail ola bilmədiyini, Zərərçəkmiş şəxs bədən xəsarətlərini anasının səhhətində yaranmış ciddi nasazlıqla əlaqədar özünün gərgin hala düşməsi ilə yetirdiyini, himayəsində 3 azyaşlı uşağının olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərdi ki, 14 aprel 2021-ci il tarixdə Qəbələ RMX-nin TTY-də növbətçi sürücü imiş. Növbətçilik yarım gün ərzində olmaqla 12 saatdır. 14 aprel 2021-ci il tarixdə axşam saat 21 radələrində növbəyə gəlmişdir. 15 aprel 2021-ci il tarixdə gecə saat təxminən 01 radələrində Qəbələ şəhərindən Pasdar məhləsinə çağırış olmuşdur. Dərhal xəstəxanadan Feldşer Şahid1la birgə yola düşmüşlər. Yol boyu çağırış olunan ünvanla mobil telefonda danışa-danışa gəlib Pasdar məhləsində çağırış olan həyətdə onları qarşılamışlar. Çağırışa xəstəxanadan 7-8 dəqiqəyə çatmışlar. Çağırış edib çağıran qadın imiş, ancaq onları bir oğlan qarşılamış, həmin şəxsin adını orada X11 olduğunu bilmişlər. Xəyal Vaz 21011 markalı avtomobili ilə onları qarşılamış, onun arxası ilə göstərdiyi ünvana, yəni evlərinə getmişlər. Xəyal çağırış edənin anası olduğunu bildirmişdir. Xəyalgilin həyət qapısının qarşısında Nurlanla avtomobildən yerə düşmüşlər. Bu vaxt Xəyal da avtomobilindən düşüb ünvanına ağır söyüşlər söyə-söyə üzərinə gəlib “siz gec gəlmisiniz” demiş, ona gec deyil, vaxtında gəldiklərini bildirmişdir. Bu zaman Xəyal söyüşlərinə davam edərək Nurlanı içəri evlərinə aparmış, həyət qapsında bayırda gözləmişdir. Nurlan və Xəyal isə içəri evə getmiş, Xəyalın söyüş səsləri hələ də həyətdən eşidilirmiş. Ancaq həmin anda aralarında heç bir dava-dalaş olmamış, sadəcə mübahisə olmuşdur. Xəyalın həmin vaxt sərxoş olması da aşkar hiss edilirmiş. Təxminən 3 dəqiqə sonra Xəyal həyətdən nalayiq söyüşlər söyərək həyət qapısından bayıra çıxıb üzərinə gəlmişdir. Xəyal RMX-nın Qaz 31 markalı avtomobilinin qapısını dartmağa başlamış, nalayiq söyüşlər söyərək gec gəldiklərini iddia edirmiş. Xəyal anidən avtomobilin qapısını dartıb açaraq onu qırmaq istəmiş, lakin qıra bilmədiyi üçün qapını əksinə çevirib onu qaytarıcı mexanizmini qırmışdır. Xəyala nə etmək istədiyini soruşanda Xəyal “bu dəqiqə sənə deyəcəm” deyib təxminən 1 metr məsafədə olan öz avtomobilinə tərəf getmiş, avtomobilinin yük yerini açaraq oradan əlində bir dəmir ona yaxınlaşmış, qəflətən həmin dəmirlə onun sol ayağının sol bud hissəsindən 2 dəfə güclü zərbə vurmuşdur. Növbəti dəfə Xəyal yenə də həmin dəmirlə onu vurmaq istədikdə qaçmağa başlamış, Xəyaldan aralanıb bir qədər kənardan polisin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Xəyal orada TTY-ın avtomobilinə 1-2 yumuruq vurub həyətlərinə daxil olmuş, küçənin başına qədər gedib post patrul xidmətinə yol göstərib onların avtomobilinə oturub Xəyalgilin qapısına gəlmişdir. Polislər Xəyalı bayıra çıxartmış, post patrul xidməti maşınında yerə düşmüş, artıq oraya Qəbələ RPŞ-nin əməliyyat-istintaq qrupu da gəlmiş, Nurlan artıq evdən bayırda imiş. Xəyalın anası, bacısı da bayıra çıxmış, avtomobilini ayağı ağrıdığı üçün oradan apara bilməyəcəyinə görə oraya digər sürücü Camalı zəng edərək çağırmış ki, avtomobili idarə edərək aparsın. Polislər Xəyalı avtomobillərinə mindirməyə çalışırmışlar, Camal isə TTY avtomobilini arxya idarə edib çıxmaq istəyən zaman Xəyal qaçıb TTY avtomobilinə sürücü tərəfdən yaxınlaşmış, avtomobilin heç yana getməyəcəyini deyərək qapını açıb sürücünün yanından içəri daxil olmuş, əlini açar tərəfə ataraq avtomobilin açarını çıxartmaq istəmiş, ancaq açarı tapa bilməmiş, əvəzində Xəyal əllərini basaraq avtomobilin dönmə işıqlarını işə salan hissələrini, faraların işə salma düymələrini sındırmışdır. Xəyal həmin vaxt onu axtarırmış və onu yerdə görüb üzərinə gəlmiş, içkili vəziyyətdə yaxasından tutmuş, qarşılıqlı olaraq dartışmağa başlamışlar. Ancaq Xəyalı vurmamış, sadəcə olaraq ondan uzaq olması üçün onu itələmişdir. Xəyal isə əl çəkmirmiş, bu anda polislər onu tutub avtomobillərinə mindirib oradan aparmışlar, işə qayıtmışlar. Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş qaydada aşağı cəza ilə cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid6 ifadəsində göstərmişdir ki, 14 aprel 2021-ci il tarixdən 15 aprel 2021ci il tarixdə polis nəfəri X16 şəhərində post patrul xidməti aparırmış. Saat 01 radələrində şöbənin növbətçi hissəsindən Pasdar məhləsində Təqsirləndirilən şəxs adlı şəxsin həyətinin qarşısında dava-dalaş olması bildirilmiş, oraya yaxınlaşmaqlarına göstəriş verilmişdir. Abid Nəbiyevlə oraya yaxınlaşanda artıq onlarla birgə şöbənin növbətçi hissəsinin əməliyyat qrupu da oraya gedirmiş. Hadisə yerinə çatanda Təqsirləndirilən şəxs adlı vətəndaşın evinin qapısının qarşısında Qəbələ RMX-nın X20 avtomobilinin sürücüsü Kamillə Xəyal arasında mübahisə olduğunu görmüşlər. Xəyalın sərxoş olması hiss olunurmuş və orada Xəyalı polis şöbəsinə aparmaq istədikdə o qəflətən Kamilin üzərinə onu vurmaq üçün hücum etmiş, Kamilin üzərinə gedib onunla dartışıb Kamilə əl-qol atanda onu tuturaq avtomobilə mindirib polis şöbəsinə gətirmişlər. Orada olduqda Xəyal Kamili armaturla vurmamış, Kamilin özü Xəyalın onu armaturla vurduğunu demişdir. Həmçinin, Xəyalın TTY avtomobilini zədələməsini də görməmişlər, bu hadisələrin onlar gələnə qədər baş vermiş ola biləcəyini düşünmüşdür. Xəyal Kamilin üzərinə gedib onu vurmaq istədikdə, Kamilin ondan aralanmaq üçün özünü müdafiə etmək məqsədi ilə onu itələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X12 doğma oğludur. 14 aprel 2021-ci il tarixdən 15 aprel 2021-ci il tarixdə keçən gecə yaşadıqları evdə ürəyi narahat olduğu üçün Xəyal “103” xidmətinə zəng edərək X20 çağırmış, Xəyal X20a zəng edəndə saat təqribən gecə 12 radələri olarmış. Bir neçə dəfə də zəng etsə də, X20 avtomobili gəlib çıxmamış, hər dəfə də “göndərmişik, çıxıblar” deyirmişlər. Lakin, təcili tibib yardım təxminən 1 saat tamamına gəlib çıxmış və feldşer ona evdə tibbi yardım edərək xəstəxanaya getmək lazım olduğunu demişdir. Həyətdə olan zaman bayırda dava dalaş səsi eşitmiş, bayıra çıxanda polislər gəldiyini, Xəyal və TTY sürücüsü Kamil arasında dava-dalaş olduğunu, ancaq onların bir-biri ilə mübahisə etdiklərini, Xəyalın həmin vaxt bıçaqla özünü hədələyərək “özümü öldürəcəm, Kamil atama söyüb” demişdir. Polis əməkdaşları Xəyalı oradan polis şöbəsinə aparmışlar. Xəyalın Kamilin ayağına armaturla vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X12 doğma qardaşıdır. 14 aprel 2021-ci il tarixdən 15 aprel 2021-ci il tarixdə keçən gecə anası Südabə yaşadıqları evdə ürəyindən narahat olduğu üçün Xəyal “103” xidmətinə zəng edərək X20 çağırmışdır. Xəyal X20a zəng edəndə saat təqribən gecə 12 radələri olarmış. Bir neçə dəfə də zəng etsə də, X20 avtomobili gəlib çıxmırmış. Hər dəfə də “göndərmişik, çıxıblar” deyirmişlər. Təcili tibib yardım təxminən 1 saat tamamına gəlib çıxmış, Xəyal onları evlərinin yanında öz avtomobilini idarə edərək qarşılamışdır. Bir sürücü və bir feldşer gəlmiş, Xəyal onlara “arvad öləndən sonra gələcəkdinizmi?” demiş, Nurlan onunla, Xəyalla birgə evə gəlmiş ki, anasına tibbi yardım etsin. Sürücü Kamil isə həyət qapısında qalmışdır. Nurlanı evə gətirəndən sonra Xəyal bayıra qapıya tərəf getmiş, Xəyalın arxası ilə getmiş, bu zaman həyət qapısında Xəyalın Kamilin ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Həmin vaxt Kamil də Xəyalın ünvanına nalayiq ifadə işlədərək onun üzərinə gəlmiş ki, Xəyalı vursun. Kamil həmin vaxt Xəyala əl-qol ataraq onu vurmağa başlamış, Xəyal da ona qarşılıqlı olaraq təpik və yumuruq ataraq vurub qarşılıqlı dalaşmağa başlamışlar. Bu zaman Xəyal qaranlıqda yerdən nəsə ağac ya dəmir olduğunu bilmədiyi bir əşya götürüb onunla Kamilin sol ayağına vurmuş, Kamil oradan qaçıb uzaqlaşmışdır. Artıq evdən səsə anası Südabə, gəlinləri Sədaqət gəlmişlər. Həmçinin yolda TTY avtomobilinə yol göstərən qonşuları Əsgər adlı şəxs var imiş. Oraya polis əməkdaşları, digər TTY sürücüsü gəlmiş, polislər Xəyalı avtomobilləri ilə polis şöbəsinə aparmışlar. Hadisə zamanı orada adlarını çəkdiyi şəxslər olmuş, kənar şəxslər olmamış, dava-dalaş təxminən 5 dəqiqə çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 aprel 2021-ci il tarixdən 15 aprel 2021-ci il tarixdə keçən gecə Qəbələ RMX-nin TTY-də növbətçi feldşer imiş. Növbətçilik yarım gün ərzində olmaqla 12 saatdır. 14 aprel 2021-ci il tarixdə axşam saat 21 radələrində növbəyə gəlmişdir. 15 aprel 2021-ci il tarixdə gecə saat təxminən 01 radələrində Qəbələ şəhərindən Pasdar məhləsinə çağırış olmuş, dərhal xəstəxanadan sürücü Kamillə birgə çağırış olan ünvana yola düşmüşlər. Yol boyu çağırış olunan ünvanla mobil telefonda danışa-danışa gəlib Pasdar məhləsinə çağırış olan həyətə xəstəxanadan 7-8 dəqiqəyə çatmışlar, çağırış edən oğlan onları qarşılamışdır. Həmin şəxsin adını orada X11 olduğunu bilmişdir. O, Vaz 21011 markalı avtomobili ilə onları qarşılamışdır. Onun arxası ilə göstərdiyi ünvana, yəni evlərinə getmişlər, çağırış edənin anası olduğunu bildirmişdir. Xəyalgilin həyət qapısının qarşısına çatmışlar. Orada Kamil avtomobildən yerə düşmüş, bu vaxt Xəyal da avtomobilindən düşüb ünvanlarına ağır söyüşlər söyə-söyə üzərlərinə gəlmiş, “siz gec gəlmisiniz” demiş, Kamil isə ona gec deyil, vaxtında gəldiklərini bildirmiş, söyüş söyməməyi tələb etmişdir. Bu zaman Xəyal söyüşlərinə davam edərək Kamilə “səninlə sonra danışacağam” demiş, Xəyal onu içəri evlərinə aparmışdır. Evdə Xəyalın anası Südabə adlı şəxsə tibbi yardım etmiş, belə ki, onun sinir sistemi problemi varmış. Xəyal isə evdə dayanmayaraq bayıra çıxmış, təxminən 5 dəqiqə sonra adını sonradan bildiyi Əsgər adlı şəxs oraya gələrək ”gəl kömək et, mən ayıra bilmirəm, Xəyal sürücünü öldürür” demiş, Xəyalın Kamillə dava etdiyini bilmişdir. Buna görə də dərhal həyətdən bayıra çıxmış, bayıra çıxan zaman Xəyal və Kamilin mübahisə etdiklərini görmüş, Xəyal Kamili vurmaq üçün onun üzərinə getmək istəyirmiş. Xəyalı yola gətirməyə çalışmaq üçün onun sakitləşdirmək istəmiş, oraya polislər gəlmiş, Xəyal Kamilin üzərinə getmişdir. Kamillə bir-birinin yaxasından tutub dartışmışlar, Xəyal Kamilə əl-qol atırmış. Xəyalın sərxoş olması aşkar hiss olunurmuş. Kamil isə özünü müdafiə etmək üçün Xəyalı özündən kənara itələmiş, həmin vaxt içəridə olan zaman Xəyalın Kamilin sol ayağına dəmirlə vuraraq xəsarət yetirdiyini, Kamilin gəzə bilmədiyini bilmiş, buna görə də TTY avtomobilini oradan aparmaq üçün digər növbətçi sürücü Camalı çağırmışdır. Camal oraya gəlib Kamilin idarə etdiyi avtomobilə əyləşmiş ki, avtomobili idarə edib oradan aparsın. Bu zaman Xəyal həmin avtomobilə hücüm edərək sürücü oturacağının yanından özünü avtomobilin içərisinə ataraq avtomobilin açarını çıxartmaq istəmiş, ancaq avtomobil açarı tapa bilməmiş, əvəzində Xəyal əllərini basaraq avtomobilin dönmə işıqlarını işə salan hissələrini, faraların işə salma düymələrini sındırmışdır. Polislər Xəyalı aparmaq istədikdə o üzərindən bıçaq çıxarıb qollarına dirəyib özünə xəsarət yetirməklə hədələmişdir. Ancaq hər hansı bir xəsarət yetirməmiş, polis əməkdaşları Xəyalı oradan aparmış, özləri də xəstəxanaya qayıtmışlar. Hadisə zamanı orada Xəyal, anası, bacısı, Kamil, köməkçi sürücü Camal və polis əməkdaşları olmuşdur. Xəyalın əlində armatur görmüş, evdə olduğundan Xəyalın armaturla Kamili vurmasını görməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Qəbələ rayon Mərkəzi xəstəxanasının X20 şöbəsinin baş həkimi vəzifəsində işləyir. Şöbədə ondan əlavə çağırış həkimi və feldşerlər işləyirlər. O, həmin şöbədə baş həkim olduğundan çağırışlara getmir və onun çağırışlara getməsi vəzifə səlahiyyətlərində nəzərdə tutulmamışdır. X20 şöbəsində həkim vakansiyaları olsa da, hal-hazırda həmin şöbədə işləməyə həkimləri cəlb edə bilmirlər. Bu səbəbdən həkim çatışmazlığı olduğundan çağırışlara feldşerlər gedirlər. Zərərçəkmiş şəxs X20 şöbəsində sürücü vəzifəsində işləyir. Sürücü Zərərçəkmiş şəxs 15.04.2021-ci il tarixdə feldşer Şahid1 ilə idarə etdiyi **-AA-*** dövlət nömrə nişanlı təcili yardım avtomobili ilə çağırış üçün çıxmışlar. Qeydiyyat jurnalında çıxış 01:12-də qeydə alınıb və qayıdış 01:56-da qeydə alınmışdır. Sürücü Zərərçəkmiş şəxs uzun müddətdir ki, X20 şöbəsində sürücü işləyir və vətəndaşları münasibəti həmişə normal olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İş materiallarında olan 15 aprel 2021-ci il tarixli “əşyanın götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdə aralarında düşən mübahisə zamanı Zərərçəkmiş şəxs vurduğu 01 ədəd dəmir materialdan olan armatur parçasını təhqiqata təqdim etmişdir.Təqdim edilmiş 01 ədəd armatur qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 29.04.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Naziriyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X18 129 saylı tibbi müayinə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol budun orta 1/3-nin əzilmiş-deşilmiş yarası kimi xəsarəti vardır. Həmin xəsarət küt alətin (əşyanın) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə yəni, 15 aprel 2021-ci ildə törənə bilər. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. İş materiallarında olan Qəbələ RMX PHŞ tərəfindən təqdim edilmiş 49 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman orta dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 25 iyun 2021-ci il tarixli 3/990 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd predmet zavod üsulu ilə istehsal edilmiş dəmir parçasıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X15 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X9 daxil olmuş 3/520 nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin psixiatrik, narkoloji və nevroloji kabinetində qeydiyyatda deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyətinin Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyun 2021-ci il tarixli, 178 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyətinin Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyun 2021-ci il tarixli, 178 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. Ailə tərkibi yoldaşı X4, oğlanları 2014-cü il təvəllüdlü X13, 2016-ci il təvəllüdlü X8 və 2018-ci il təvəllüdlü X3 ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 18 avqust 2021-ci il tarixli protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuş, eyni zamanda həmin tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilərək saxlandığı MSY-dən azad edilmişdir. Ona görə də onun qətimkan tədbirinin şərtlərini pozduğuna görə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan 01 ədəd dəmir parçası hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun 18 avqust 2021-ci il tarixdə qətimkan tədbirinin şərtlərini pozduğuna görə saxlandığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan 01 ədəd dəmir parçası hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-44/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-44/2021
04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver