Məhkəmə qərarları › İş №1(025)-45/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-45/2021

04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-45/2021 04.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1996-cı ildə Qəbələ rayon Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Qəbələ rayon Mıxlıqovaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 avqust 2020-ci il tarixdən 03 avqust 2020-ci il tarixə keçən gecə saat 01 radələrində və 2020-ci ilin avqust ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə gecə saatlarında yaşadığı Mıxlıqovaq kəndindəki evində aralarında 8 yaş fərqi olan və on altı yaşına çatmadığını bildiyi şəxs, əvvəlcədən tanıdığı xx.xx.2004-cü il təvəllüdlü, yəni, 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuş, həmçinin, onu öpməklə seksual xarakterli hərəkətlər etmiş, nəticədə Zərərçəkmiş şəxs hamilə qalmış və 01 iyun 2021-ci il tarixdə həmin hamiləlikdən doğuş baş vermişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019-cu ilin yay aylarında Qəbələ şəhərində Sahil küçəsində Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Fidanla tanışlıqdan sonra bir-birini sevmişlər və münasibətləri yaranmış, bir-biri ilə mobil telefonda əlaqə saxlamışlar, həm də bir neçə dəfə Fidanla Qəbələ şəhəri Sahil küçəsində çay kənarında görüşüb söhbət etmişlər. Fikrləri evlənmək olmuş, Fidanla görüşüb tanış olanda Fidanın xx.xx.2004-cü il təvəllüdlü olmasını, onun hələ 16 yaşının tamam olmadığını bilmişdir. Fidanla münasibəti və onunla evlənmək istəməyini nə özü, nə də Fidan evlərində bildirməmişdir. Fidanın Qəbələ şəhəri, H.Aslanov küçəsində anası və babasıgillə birgə yaşadığını öyrənmiş, Fidanın nikah yaşı tamam olan kimi evlənmək qərarına gəlmişlər. 2020-ci ilin mart ayının 23-də Fidan anası Fatmanın onu başqa şəxsə, yəni Ağdaş rayon sakini tanımadığı bir şəxslə nişanlamaq istədiyini demiş, hətta Fidan ona həmin şəxslə qeyd etdiyi tarixdə nişanı da olduğunu, buna baxmayaraq nişanlandığı oğlanı sevmədiyini, onu sevdiyini və onunla evlənmək istədiyini bildirmişdir. Bir müddət beləcə görüşüb telefonla danışmışlar. 29 iyul 2020-ci il tarixdə saat 22 radələrində Fidanla evlənmək məqsədi ilə onu götürüb qaçmaq barədə razılşmışlar. Fidan özü də buna razı olmuş, həmin gün axşam saatlarında Sahil küçəsinə çay kənarına atasına məxsus Vaz 21015 markalı avtomobili idarə edərək getmiş, Fidanı orada gözləmişdir. Fidanın ona qoşulub qaçacağını özünün və Fidanın ailəsindən kimsə bilməmişdir. Fidan az sonra gözlədiyi yerə gəlmiş və avtomobilə əyləşmiş, könüllü olaraq ona qoşulub evlənmək məqsədi ilə birgə tanımadığı avtomobillə Qəbələ rayonundan çıxıb Bakı şəhərinə Sulutəpə dairəsi döngə 14 ünvanına bibisigilə qonaq getmişlər. Bibisi X1 evlənmək məqsədi ilə qaçırmağını bilmişdir. Səhəri gün artıq Fidan evlərinə zəng edərək anası Fatmaya ona evlənmək məqsədi ilə qoşulub Bakı şəhərinə getdiyini bildirmişdir. 3 gün bibisigildə qonaq qalmışlar. 2020-ci ilin avqust ayının əvvəllərində tanımadığı taksi ilə Fidanla birgə Qəbələ rayon Mıxıqovaq kəndinə gəlmişlər. Bakı şəhərində Fidanla heç bir münasibəti olmamış, onunla cinsli əlaqədə olmamış, Fidana qarşı heç bir seksual xarakterli hərəkətlər etməmişdir. Bibisi evlərinə zəng edərək onun qız qaçırdığını demişdir. Mıxlıqovaq kəndində atası evində onlar üçün ayrılmış evdə yerləşmişlər. Artıq Fidanın anası da evlənmələrinə razılıq vermişdir. Ancaq həmin vaxt Covid 19 pandemiyası ilə bağlı toylar və mərasimlər qadağan edildiyi üçün Fidanla heç bir toy və ya nişan etməmişlər. 02 avqust 2020-ci ildən 03 avqust 2020-ci il tarixə keçən gecə saatlarında atası Elmanın evində onlar üçün ayrılmış otaqda Fidana yaxınlaşaraq onunla cinsi əlaqəyə girməyini təklif etmiş, Fidan da etiraz etməmiş, Fidanın könüllü razılığı əsasında ilk dəfə onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Ancaq el adəti ilə Fidana yengə də təyin edilməmişdir. Cinsi əlaqə zamanı Fidanın bakirəliyi pozulmuş, onun cinsiyyət orqanından qan gəlmişdir. Bundan sonra cinsi əlaqəni dayandırmışlar və təqribən avqust ayının sonlarına kimi Fidanla cinsi əlaqədə olmamışdır. 2020-ci ilin avqust ayının sonlarından etibarən də bir neçə dəfə Fidanla onun könüllü razılığı ilə yaşadığı Mıxlıqovaq kəndində atası evində öz otaqlarında təbii yolla cinsi əlaqədə olmuşdur. 2020-ci ilin noyabr ayının sonlarında Fidanın səhhətində narahatçılıq olmuş, onu Qəbələ rayon diqanostika mərkəzinə gətirmişlər, orada müayinə zamanı Fidanın 12-13 həftəlik hamilə olduğu müəyyən edilmişdir. Fidanı qaçırandan təxminən 20 gün sonra Fidanın anası və digər qohumları onlara qonaq gəlmiş, aralarında barışıq olmuşdur. Hazırda Fidan onların evində qalır və onunla ər-arvad münasibətində yaşayırlar. Zərərçəkmiş şəxs ilə onun könüllü razılığı əsasında cinsi əlaqəyə daxil olmuşdur. Onu aldatmaqla, hədə qorxu gəlmək, zor tətbiq etməklə cinsi əlaqədə olmamışdır. Fidanla cinsi əlaqəyə daxil olmamışdan öncə onun azyaşlı olduğunu və 16 yaşının tamam olmadığını bilmişdir. Fidanla ilk dəfə cinsi əlaqədə olan zaman onunla öpüşərək seksual xarakterli hərəkətlər etmişdir. Fidanla evlənəndən sonra onda psixi problemlə baş vermiş, bir qədər əsəbi olmuş, hətta bir dəfə əsəbiləşərək çoxlu dərman da qəbul etmiş, bununla bağlı Qəbələ rayon prokurorluğundan araşdırma aparılaraq cinayət işinin başlanılması rədd edilmişdir. Fidanla qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. 01 iyun 2021-ci il tarixdə Fidanın hamiləliyindən bir oğlan övladları doğulmuşdur. Fidanın yaşı tamam olanmadığından nikah bağlaya bilmirlər. Fidanın yaşı tamam olan kimi nikah bağlayacaqdır. Sonda təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən peşman olmadığını bildirərək məhkəmədən ona ədalətli cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, anası Fatma Ağdaş şəhərində atası Müzəffərdən 2 ildən artıqdır ki, boşanmış və Qəbələ şəhərinə babası Zaməddinin yanına köçmüşdür. Ailədə anası Fatma, 4 yaşlı bacısı Məryəm, 13 yaşlı bacısı Zilan, 5 yaşlı qardaşı Yusiflə birgə yaşayırlar. 2019-cu ilin yay aylarında Qəbələ şəhərində evlərinə yaxın olan Qəbələ şəhəri, Sahil küçəsində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onunla tanışlıqdan sonra bir-birini sevmişlər, münasibətləri olmuş, bir-biri ilə mobil telefonda əlaqəsi saxlaymışlar, həm də bir neçə dəfə Elmarla Qəbələ şəhəri Sahil küçəsində çay kənarında görüşüb oturub söhbət etmişlər. Fikirləri evlənmək olmuşdur. Elmarla görüşüb tanış olanda 16 yaşı tamam olmamış, bunu Elmara da bildirmişdir. Yəni, Elmar onun doğum tarixini tam gününə kimi bilmişdir. Elmarla münasibətini və onunla evlənmək istəməyini nə özü, nə də Elmar evlərində bildirməmişdir. Elmarla nikah yaşı tamam olan kimi evlənmək qərarına gəlmişlər. 2020-ci ilin mart ayının 23-də anası onu başqa şəxsə, yəni Ağdaş rayon sakini ilə nişanlamaq istədiyini demişdir. Ancaq o, həmin şəxsi sevməmiş, onunla nişanlanmaq istəməmiş və imtina etmişdir. Bir müddət Elmarla görüşüb telefonla danışmışlar. 29 iyul 2020-ci il tarixdə saat 22 radələrində Elmarla evlənmək məqsədi ilə ona qoşulub qaçmaq barədə razılaşmışlar. Razılığa əsasən Elmar atasının avtomobil ilə Sahil küçəsinin çay kənarına gəlməli, özü də evdən gizlin çıxıb onunla görüşüb birgə qaçmalı, Elmarın Bakı şəhərində yaşayan bibisigilə getməli imişlər. Həmin gün axşam saatlarında Elmar Sahil küçəsinə çay kənarına atasına məxsus avtomobillə gələrək ona zəng edib gözlədiyini bildirmiş, Elmara qoşulub qaçacağını ailələrindən kimsə bilməmişdir. Elmarın gözlədiyi yerə, yəni Sahil küçəsinə çay kənarına gəlmiş, avtomobilə əyləşmiş, könüllü olaraq Elmara qoşulub evlənmək məqsədi ilə onunla birgə Qəbələ rayonundan çıxıb Bakı şəhərinə Sulutəpə qəsəbəsinə Elmarın bibisigilə qonaq getmişlər. Elmara qoşulub gedən zaman özü təkcə şəxsiyyət vəsiqəsini götürmüşdür. Elmarın bibisi Cəmilə Elmarın onu evlənmək məqsədi ilə qaçırmağını bilmişdir. Getdikləri günün səhəri günü evlərinə zəng edərək anası Fatmaya evlənmək məqsədi ilə Elmar adlı şəxsə qoşulub Bakı şəhərinə getdiyini bildirmişdir. Cəmilə də Elmargilin evinə zəng edərək Elmarın qız qaçırdığını evlərinə demişdir. 3 gün Cəmiləgildə qonaq qalmışlar. Bakı şəhərində Elmarla heç bir münasibəti olmamış, onunla cinsi əlaqədə olmamış, Elmar ona qarşı heç bir seksual xarakterli hərəkətlər etməmişdir. 2020-ci ilin avqust ayının əvvəllərində Elmarla birgə Qəbələ rayon Mıxlıqovaq kəndinə gəlmişlər. Mıxlıqovaq kəndində Elmarın atasıgilin evində onlar üçün ayrılmış evdə yerləşmişlər. Artıq anasıgil də evlənmələrinə razılıq vermişdir. Ancaq həmin vaxt Covid19 pandemiyası ilə bağlı toylar və mərasimlər qadağan edildiyi üçün Elmarla heç bir toy və ya nişan etməmişlər. 02 avqust 2020-ci il tarixdən 03 avqust 2020-ci il tarixə keçən gecə saatlarında ilk dəfə Elmar onunla öz könüllü razılığı əsasında Elmargildə onlar üçün ayrılmış otaqda cinsi əlaqədə olmuşlar. Həmin vaxt otaqda ikisi olmuş, ancaq el adəti ilə ona yengə təyin edilməmişdir. Elmar ona yaxınlaşaraq ona cinsi əlaqəyə girmək istədiyini bildirmiş, etiraz etməmiş, özü də Elmara onunla cinsi əlaqəyə girmək istədiyini deyib könüllü razılığı əsasında Elmarla təbii yolla cinsi əlaqədə olmuşdur. Cinsi əlaqə zamanı bakirəliyi pozulduğu üçün cinsiyyət orqanından qan gəlmiş, Elmarın cinsi orqanı onun cinsiyyət orqanına daxil olmuşdur. Bundan sonra cinsi əlaqəni dayandırmışlar, təqribən avqust ayının sonlarına kimi cinsi əlaqədə olmamışlar. 2020-ci ilin avqust ayının sonlarından etibarən də bir neçə dəfə Elmarla könüllü razılığı ilə yaşadıqları Mıxlıqovaq kəndində Elmarın atasının evində öz otaqlarında təbii yolla cinsi əlaqədə olmuşlar. Hər dəfə də Elmar spermanı daxilinə boşaltmışdır. 2020-ci ilin noyabr ayının sonlarında səhhətində narahatçılıq olmuş, Elmar onu Qəbələ rayon diqanostika mərkəzinə gətirmiş, müayinə zamanı 12-13 həftəlik hamilə olduğu müəyyən edilmişdir. Elmara qoşulub qaçandan sonra təxminən 20 gün sonra anası Fatma, digər qohumları Elmargilə qonaq gəlmiş və aralarında barışıq olmuşdur. Hazırda Elmarla ər-arvad münasibətində yaşayırlar, yaşı tamam olan kimi nikah bağlayacaqlar. O, könüllü olaraq Elmara qoşulub ailə qurmaq üçün getmiş, Elmarın ona heç bir fiziki zor tətbiq etməmişdir. Elmarla könüllü razılığı əsasında cinsi əlaqəyə daxil olmuş və Elmar onu aldatmamış, ona hər hansı zor tətbiq etməmiş, hədələmişdir. Elmarla ancaq təbii yolla cinsi əlaqədə olmuş, başqa kimləsə heç zaman təbii və ya qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. Qızlıq pərdəsi Elmar tərəfindən pozulmuşdur. 27.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə qanuni nümayəndəsi Şahid1 tərəfindən də imzalanmış ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğma oğludur, onunla normal münasibəti vardır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. 2020-ci ilin avqust ayının əvvəllərində Elmar sonradan tanıdığı Fidanla evlərinə gəlmiş və Fidanın ona qoşulub gəldiyini, ailə quracaqlarını demişdir. Etiraz etməmiş, Fidan özü də heç bir etiraz etmirmiş və razı imiş. Fidanın zahiri görünüşündən onun təxminən 25 yaşlı olduğunu zənn etdiyi üçün və həmin yaşlı qıza bənzədiyi üçün Fidandan və Elmardan onun yaşı barədə nəsə soruşmamış, Elmar və Fidanın evlənməyinə etiraz etməmişdir. Ancaq həmin vaxt Covid 19 pandemiyası ilə bağlı toylar və mərasimlər qadağan edildiyi üçün toy və ya nişan etməmişlər. Təxminən 02 avqust 2020-ci ildən 03 avqust 2020-ci il tarixə keçən gecə saatlarında Elmar Fidanın könüllü razılığı əsasında onunla yaşadıqları Mıxlıqovaq kəndindəki evdə onlar üçün üçün ayrılmış otaqda cinsi əlaqədə olmuşdur. Həmin vaxt Fidana yengə təyin edilməmişdir. Fidanın ailəsi ilə münasibətləri yaxşı olmuş, aralarında heç bir söz-söhbət olmamış, hazırda da aralarında yaxşı münasibətləri vardır. 2020-ci ilin noyabr ayının sonlarında Fidanın səhhətində narahatçılıq olmuş və onu Qəbələ rayon diqanostika mərkəzinə aparmışlar. Orada müayinə zamanı Fidanın 12-13 həftəlik hamilə olduğu müəyyən edilmişdir. Hazırda Fidan və oğlu Elmar ər-arvad münasibətində yaşayırlar. Fidanın həmin hamiləlikdən 2021-ci ilin iyun ayının əvvəllərində 1 oğlan övladı dünyaya gəlmişdir. Fidanın 16 yaşının tamam olmamasını və Elmarın onunla 16 yaşına çatmadan cinsi əlaqədə olmasını Fidan hamilə qalanda bilmişdir, əgər əvvəlcədən bilsəydi o zaman Elmara onunla evlənməyə icazə verməzmiş. Əlavə olaraq bildirmişdir ki, Fidan hazırda uşaqla birlikdə öz anasıgildə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ rayon polis şöbəsinin X4 sahənin polis nəfəri polis kiçik serjantı Şahid4 ifadəsində göstərmişdir ki, Qəbələ rayon Mıxlıqovaq kəndi xidməti ərazisidir. Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır, onunla normal münasibəti vardır, heç bir ədavəti yoxdur. 18 avqust 2021-ci il tarixdə günortadan sonra Qəbələ RPŞ-nin İstintaq Bölməsində istintaqı aparılan cinayət işi üzrə baş müstəntiq tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə ifadələrinin yoxlanılmasında polisə ictimai dəstək X5 ilə birlikdə iştirak etmişdir. İfadəsi yoxlanılan Təqsirləndirilən şəxs ilk olaraq Mıxlıqovaq kəndinin aşağı hissəsində yerləşən həyətdəki birmərtəbəli hündür kürsülü olan 3 otaqlı evlərini təqdim edərək evin atasına məxsus olmasını, evlənmək məqsədi ilə qaçırdığı Zərərçəkmiş şəxs 2020-ci ilin iyul ayında Bakı şəhərinə apardığını, 3 gün sonra isə Fidanla birgə həmin evə gəldiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs pilləkənlə üzbəüz olan otağdakı 01 ədəd taxt formasında böyük ölçülü, üzərində müxtəlif rəngli adyal və yorğan döşək olan çarpayını təqdim edərək 02 avqust 2020-ci il tarixdən 03 avqust 2020-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində Fidanla həmin evdə Fidanın könüllü razılığı əsasında onunla təbii yolla cinsi əlaqədə olduğunu, nəticədə Fidanın qızlıq pərdəsi pozulduğunu, sonradan həmin ilin avqust ayının sonralarında da Fidanla cinsi əlaqədə olduğunu, Fidanın hamilə qaldığını, nəticədə 01 iyun 2021-ci il tarixdə həmin hamiləlikdən 1 oğlan övladları dünyaya gəldiyini demişdir. İfadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs heç bir fiziki və psixoloji zor tətbiq edilməmiş, sərbəst olaraq öz ifadələrini bildirmişdir. İfadələrin yerində yoxlanılması zamanı müstəntiq tərəfindən fotoşəkillər çəkilmiş, sonra ifadələrin yerində yoxlanılması haqqında protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, heç birə əlavə və düzəliş edilməmiş, Elmar Kərimli, özü, Şahid5 tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 oğlu digər Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən, zərərçəkmiş şəxsi, onun qanuni nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafından başqa, zərərçəkmiş şəxs, şahid ifadələri və digər sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan 18 avqust 2021-ci il tarixli “ifadənin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Qəbələ rayon Mıxlıqovaq kəndindəki atasına məxsus olan yaşayış evini təqdim edərək Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə ona qoşulub həmin evə gəldiklərini bildirmişdir. Təqdm edilmiş ev bir mərtəbəli, hündür kürsüdə yerləşir, üç otaqdan ibarətdir. Daha sonra Təqsirləndirilən şəxs evin pilləkəni ilə üzbəüz otağı təqdim edərək bildirmişdir ki, həmin otaqda 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə onun könüllü razılığı ilə cinsi əlaqədə olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs həmin otaqda böyük ölçülü, iki nəfər üçün nəzərədə tutulmuş çarpayını təqdim edərək Zərərçəkmiş şəxs ilə həmin çarpayıda cinsi əlaqədə olduğunu bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X7 23 mart 2021-ci il tarixli 85 saylı canlı şəxsin ekspertizası rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, qızlıq pərdəsinin tamlığı pozulmuşdur, qızlıq pərdəsinin tamlığının pozulma müddəti iki-üç həftədən artıqdır. O, hal-hazırda hamilədir və hamiləliyin müddəti 27-28 həftəyə uyğun gəlir. İş materiallarında olan Şəki RMX-nın X13 18 avqust 2021-ci il tarixli 95 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs 31.05.2021-ci il tarixdə Şəki PM-in Hamiləliyin Patalogiyası şöbəsinə daxil olmuş, 01.06.2021-ci il tarixdə qeysəriyyə əməliyyatı ilə 3000 qram çəkidə diri oğlan uşağı xaric edilmişdir. Xəstəlik tarixi N:0057880. 05.06.2021-ci il tarixdə ana uşaqla birlikdə kafi vəziyyətdə evə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X16 02.02.2021-ci il tarixli 3/162 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X16 polikilinika şöbəsinin narkoloji və ruhi əsəb kabinetində qeydiyyatda deyildir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X16 17.03.2021-ci il tarixli 3/313 nömrəli məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs Qəbələ RMX PHŞ-in Polikilinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetlərində qeydiyyatda deyil, lakin bir neçə dəfə psixiatrik müalicə almışdır. Diaqnoz:Uzanmış reaktiv vəziyyət. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəcnə Şəhər Psixonevroloji Dispanserinin 23 iyul 2021-ci il tarixli 400 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ona qarşı törədilən qanunazidd əməllər zamanı öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, həmçinin, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətində olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxxx 2004-cü ildə Ağdaş şəhərində anadan olmuşdur. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.03.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mıxlıqovaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli, 272 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası Şahid3, anası Şahid2 və qardaşı X6 ibarətdir. Beləliklə də, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.03.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». İş materiallarında olan 16 mart 2021-ci il tarixli protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs 16 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 16 mart 2021-ci il saat 10:00-dan hesablanmış, 16 mart 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda 13 avqust 2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulmuş, tutulmanın əvvəli isə 13 avqust 2021-ci il saat 23:5-dan hesablanmış, eyni zamanda 14 avqust 2021-ci il tarixdə saat 01:00-da barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilərək saxlandığı MSY-dən azad edilmişdir. Ona görə də onun saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə hazırki hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun 16 mart 2021-ci il tarixdə və 13 avqust 2021-ci il saat 23:50-dan 14 avqust 2021-ci il saat 01:00-dək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli həbsə alındığı 04 oktyabr 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar