Məhkəmə qərarları › İş №1(025)-47/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-47/2021

25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-47/2021 25.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, müdafiəçilər – Qəbələ rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi4 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1991-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1994-cü ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1991-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə və xx.xx.1981-ci ildə Qəbələ rayonu, Uludaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş – X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs2 21.03.2021-ci il tarixdə saat 23:30 radələrində tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 qohumu X4 məxsus həyətin giriş qapısının qarşısına gələrək, giriş qapısı bağlı olduğu üçün qapıdan aşmaqla qanunsuz həyətə daxil olub, həyətdəki Zərərçəkmiş şəxs1 məxsus əlvan metalların qəbulu məntəqəsindən bir kiloqramı 10 manat təşkil edən 20,65 kiloqram mis metalını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 206.50 (iki yüz altı manat əlli qəpik) manat dəyərində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs4 19.01.2021-ci il tarixdə saat 20 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs1 Dünyamin oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Qəbələ rayonu Həmzəlli kəndi ərazisindəki çay yatğından keçən həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 1 metrinin qiyməti 12 manat təşkil edən 18.98 m uzunluğunda 159 mm diametrli 3 mm qalınlığında dəmir su borularını kəsib oğurlamaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 227.76 (iki yüz iyirmi yeddi manat yetmiş altı qəpik) manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 21.03.2021-ci il tarixdə saat 23:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 qohumu X4 məxsus həyətin giriş qapısının qarşısına gələrək, giriş qapısı bağlı olduğu üçün qapıdan aşmaqla qanunsuz həyətə daxil olub, həyətdəki Zərərçəkmiş şəxs1 məxsus əlvan metalların qəbulu məntəqəsindən bir kiloqramı 10 manat təşkil edən 20,65 kiloqram mis metalını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 206.50 (iki yüz altı manat əlli qəpik) manat dəyərində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 19.01.2021-ci il tarixdə saat 20 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədilə qardaşı Təqsirləndirilən şəxs4 və tanışı Təqsirləndirilən şəxs1 Dünyamin oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Qəbələ rayonu Həmzəlli kəndi ərazisindəki çay yatğından keçən həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 1 metrinin qiyməti 12 manat təşkil edən 18.98 m uzunluğunda 159 mm diametrli 3 mm qalınlığında dəmir su borularını kəsib oğurlamaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 227.76 (iki yüz iyirmi yeddi manat yetmiş altı qəpik) manat dəyərində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 19.01.2021-ci il tarixdə saat 20 radələrində özgə əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs4 Şərif oğlu və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Qəbələ rayonu Həmzəlli kəndi ərazisindəki çay yatğından keçən həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 1 metrinin qiyməti 12 manat təşkil edən 18.98 m uzunluğunda 159 mm diametrli 3 mm qalınlığında dəmir su borularını kəsib oğurlamaqla əmlakı gizli yolla talamış, nəticədə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 227.76 (iki yüz iyirmi yeddi manat yetmiş altı qəpik) dəyərində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21.03.2021-ci il tarixdə saat 21 radələrində Qəbələ şəhərində Sim-Sim deyilən yerdə yerləşən internet kluba getmiş, bir qədər vaxtdan sonra əvvəlcədən tanıdığı Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs4 həmin kluba gəlmişdir. Saat 23:10 radələrində internet klubdan çıxaraq həyətdə ikisinə söhbət zamanı Təqsirləndirilən şəxs4 ona Qəbələ şəhərində yerləşən Zərərçəkmiş şəxs1 məxsus əlvan metal alqı-satqı məntəqəsinə bir gün əvvəl alüminum satdığını və həmin vaxt orada mis gördüyünü, gedib misi oğurlayıb sataraq hər ikisinə pul əldə etməyi bildirmişdir. Təqsirləndirilən şəxs4 ona etdiyi təklif ilə razılaşıb ikisi birlikdə piyada Aydın adlı şəxsin Qəbələ şəhərindəki həyətin daxilindəki metal qəbulu məntəqəsinə getmişlər. Həyətin giriş qapısı bağlı olduğu üçün İqbal ona qapının qarşısında kiminsə gəlib-gəlməməsinə nəzarət etdiyini onun qapının üzərindən aşaraq həyətə daxil olub oradakı metal qəbulu məntəqəsindən misi oğurlamağı bildirmiş, onun qapının üzərindən aşaraq həyətə, daha sonra isə məntəqəyə daxil olub ağ rəngili kisə ilə dolu misi oğurlayıb qapının üzərindən çölə atmış yenidən qapının üzərindən tullanmaqla içərindən bayıra çıxmışdır. İqbal içərsi mis dolu kisəni götürüb öz yaşadığı ünvana aparmış ki, satıb hər ikisinə pul əldə etsinlər. 22.03.2021-ci il tarixdə nahardan sonra yenidən internet kluba gəlmiş və bir qədər sonra İqbal həmin internet kluba gələrək əvvəlcədən oğurladıqları misi Qəbələ rayun Hacallı kəndində sataraq gəldiyini bildirmiş, təxminən 1 saat sonra İqbal geri qayıdaraq oğurladıqları misin ümumi çəkisinin 17 kiloqram olmaqla bir kiloqramını 9 manat 20 qəpiyə satdığını deyərək yol xərcini nəzərə almaqla ona 70 manat pul vermişdir. Həmin pula özü üçün geyim paltarı almış, eləcədə öz şəxsi sərfiyyatına xərcləmişdir. Təqsirləndirilən şəxs4 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayında qardaşı Təqsirləndirilən şəxs3 ilə Həmzəlli kəndinin çayından keçib kəndin meşə ərazisinə qurumuş ağaclardan yandırmaq üçün odun gətirməyə gedən zaman çayın içərisində su xətti olan dəmir turba görmüşlər. 19.01.2021-ci il tarixdə belə qərara gəlmiş ki, həmin turbaları gedib oradan bir hissəsini kəsib oğurlasınlar. Buna görə saat 16 radələrində qardaşı Rahimə zəng edib bu barədə ona bildirərək Qəbələ şəhəri ərazisində yerləşən Qarant mağazasının yanına gəlməsini demişdir. 10-15 dəqiqə sonra qardaşı Rahim idarə etdiyi vaz 21011 markalı ** EZ *** dövlət nömrə nişanlı minik avtomobili ilə həmin yerə gəlmiş, sonra tanışı Raufa zəng edib bu barədə ona bildirərək özü ilə dəmir kəsən mişar götürüb Qarant mağazasının yanına gəlməsini bildirmişdir. Rauf özü ilə dəmirkəsən mişarın dətək hissəsini gətirərək oraya gəlmiş, Qarant məişət avadanlıqları satılan mağazaya daxil olub oradan 2 ədəd dəmir kəsən mişarın kəsici hissəsini almışdır. Təqsirləndirilən şəxs3 avtomobil ilə Həmzəlli çayına gəlmişlər. Oğurlayacaqları turbaları ayaq ilə ölçərək təxminən 6 metr uzunluğunda işarələdikdən sonra birlikdə dəmirkəsən mişar ilə turbaları bir neçə saat ərzində 3 hissəyə kəsmişlər. Sonra turbaları köməkli şəkildə Rahimin avtomobilin dam hissəsindəki baqaj yerinə yükləyib bağlayaraq birlikdə avtomobilə minib oradan asvalt yola çıxıb gələrkən yolda PPXB-nün polis əməkdaşları tərəfindən saxlanılmışlar. Bundan əlavə, 20.03.2021-ci il tarixdə o, Qəbələ şəhərində yerlşən Aydın İsrayilovun işlədiyi əlvan metal alqı-satqı məntəqəsinə alminum satarkən orada içərsi mis dolu kisə olduğunu görmüş, 21.03.2021-ci il tarixdə saat 21 radələrinə Qəbələ şəhəri Sim-Sim deyilən yerə yerləşən internet kluba getmiş, həmin vaxt klubda əvvəlcədən tanıdığı Azər adlı şəxs ilə qarşılşmış, saat 23:10 radələrində Azər ilə klubdan çıxıb həyətə düşüb söhbət edən zamanı Azərə Qəbələ şəhəri S.Vurqun küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus əlvan metal alqı-satqı məntəqəsində əvvəlcədən mis gördüyünü onu oğurlayaq satıb pul əldə etməyi bildirmişdir. Təqsirləndirilən şəxs2 onun təklifi ilə razılaşaraq birlikdə sözü gedən məntəqəyə tərəf gəlmişlər. Bayırda dayanmaqla kiminsə gəlib getməsinə nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə həyətin giriş qapısı bağlı olduğu üçün qapının üzərindən aşmaqla həyətə daxil olub məntəqənin içərsindən mis dolu ağ rəngli kisəni götürərək qapının üzərindən bayıra atmış, mis dolu kisəni götürərək yaşadığı ünvana aparıb orada gizlətmişdir. Ertəsi gün. 22.03.2021-ci il tarixdə saat 16 radlərində Qəbələ şəhərinin mərkəzinə gəlib orada əvvəlcədən tanıdığı taksi sürücüsü Əzizə yaxınlaşaraq onda satılası mis olduğunu onu Qəbələ şəhərində ucuz qiymətə aldıqlarını aparıb Hacallı kəndinə Məmmədxan adlı əlvan metal alan şəxsə satmağı bildirmişdir. Əziz onunla razılaşaraq Əzizin avtomobili ilə yaşadığı ünvana gəlib oğurlamış olduqları misi götürərək Qəbələ rayon Hacallı kəndinə getmişlər. Hacallı kəndi ərazisində avtomobildən yerə düşərək Əzizə Məmmədxana pul borcu olduğunu bu səbəbdəndə misi onun aparıb satmasını bildirmiş, Əziz misi Məmmədxanın yanına aparıb sataraq 20 kq 700 qram etdiyini və hər kiloqramını 10 manat 50 qəpiyə satmaqla ümumilkdə ona 217 manat pul vermişdir. Əzizin idarə etdiyi avtomobil ilə Qəbələ şəhərinə qayıdaraq həmin puldan Əzizə 15 manat taksi pulu, Təqsirləndirilən şəxs2 isə 70 manat pul vermiş, qalan məbləğdə olan pulu isə özü üçün xərcləmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında qardaşı Təqsirləndirilən şəxs4 ilə birlikdə Həmzəlli kəndinin ərazisindən keçən çay ilə Həmzəlli kəndinin meşə ərazisinə qurumuş ağaclardan odun gətirməyə gedərkən çay ərazisindən dəmir su borularının keçdiyini görmüşlər. 3-4 ay sonra 2021-ci ilin yanvar ayının ortalarında qardaşı Təqsirləndirilən şəxs4 və tanışı Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs1 ilə birlikdə Həmzəlli kəndinin meşə ərazisinə odun gətirməyə gedərkən çay ərazisindən keçən su borularını görərək nəzər salaraq su turbalarından su getmədiyini görərək nə vaxtsa birlikdə gələrək həmin dəmir su borularının müəyyən hissəsini kəsib oğurlamaqla satıb pul əldə etmək qərarına gəlmişlər. 19.01.2021-ci il tarixdə qardaşı İqbal ona zəng Raufada zəng vuraraq deyəcəyini birlikdə gedib həmin turbalardan kəsib gətirməyi bildirmişdir. Həmin gün saat 15 radələrində o, qardaşı İqbal və tanışı Rauf Qəbələ şəhərinin mərkəzində görüşmüşlər. Rauf dəmir boruları kəsmək üçün dəmir kəsən mişarın dəstək hissəsini özü ilə gətirmiş, qardaşı İqbal “Qarant” adlı məişət tikinti materiallarının satışı mağazasına daxil olaraq 2 ədəd dəmir kəsən mişarın kəsici hissəsini alıb sonra İqbal və Rauf ilə birlikdə idarə etdiyi Vaz 21011 markalı ** EZ *** dövlət nömrə nişanlı avtomobil ilə su borularını kəsib gətirmək üçün Qəbələ rayon Həmzəlli çayına getmişlər. Turbaları ayaq ilə təxminən 6 metr uzunluğunda ölçərək işarələdikdən sonra birlikdə dəmirkəsən mişar ilə turbaları növbəli şəkildə 2-3 saat ərzində kəsdikdən sonra 3 ədəd turbanı onun idarə etdiyi avtomobilin üst hissəində yerləşən yük yerinə yükləmişlər. Avtomobilə minib oradan asvalt yola çıxıb gələrkən yolda PPXB-nün polis əməkdaşları tərəfindən saxlanılmışlar. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayının ortalarında İqbal və İqbalın qardaşı Rahim ilə birlikdə Rahimin idarə etdiyi VAZ 21011 markalı avtomobil ilə Həmzəlli çayından İqbala odun gətirmək məqsədilə oraya getmişlər. Həmin vaxtı çay yatağından içərsindən su axmayan dəmir su borularının getdiyini görmüşlər. 19.01.2021-ci il tarixdə saat 16 radələrindən sonra İqbal ona zəng edərək Qəbələ şəhəri ərazisində Qarant adlı mağazanın qarşısında gözlədiyini, birlikdə gedərək əvvəlcədən Həmzəlli çayı ərazisində gördükləri turbaları kəsib oğurlamaqla gətirməyi və özü ilə dəmir kəsən mişar götürməyi bildirmişdir. İqbal ilə razılaşıb evindən olan iki ədəd dəmir kəsən mişarın dəstək hissələrini götürərək Qarant mağazasının yanına gəlmiş, oraya gələrkən İqbalın qardaşı Rahimdə orada olmuşdur. İqbal qarant mağazasına girərək oradan iki ədəd dəmir kəsən mişarın kəsici hissəsini aldıqdan sonra birlikdə Rahimin avtomobili ilə su borularını kəsib gətirmək üçün Qəbələ rayon Həmzəlli çayına getmişlər. Qar yağdığından ətrafa nəzər salıb onları heç kimin görmədiyindən əmin olaraq turbaları ayaq ilə təxminən 6 metr uzunluğunda ölçüb işarələyərək növbəli şəkildə 2-3 saat ərzində 3 hissəyə kəsdikdən sonra birlikdə kəsmişlər. Dəmir turbaları Rahimin avtomobilin belindəki baqaja yükləyərək birlikdə avtomobilə minib oradan asvalt yola çıxıb gələrkən yolda PPXB-nün polis əməkdaşları tərəfindən saxlanılmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri onların özlərinin etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 21.03.2021-ci il tarixdə saat 09 radələrində işə gəlib işdə olduğu vaxtda tanımadığı bir neçə nəfər şəxs əlvan metal satmış, axşam saat 19 radələrində metal qəbulu məntəqəsini bağlayaraq yaşadığı evə getmişdir. 22.03.2021-ci il tarixdə saat 09 radələrində metal qəbulu məntəqəsinə gələrkən məntəqənin içrəsində ağ rəngli üzərində “Ağ dağ” sözü yazılmış kisədə yığıb qoyduğu çəkisi təxminən 22 kq olan misin olduğu kisənin yerində olmadığını görmüş, ətrafa baxan zaman görmüş ki, həyətə giriş qapısının üzərində ağ rəngdə ləkə izləri var və başa düşmüş ki, kimsə ona məxsus metal qəbulu məntəqəsinə qanunsuz daxil olub və mis ilə dolu olan kisəni oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi ilə bağlı Qəbələ RPŞ-nə gələrək ərizə ilə müraciət etmiş, müraciəti əsasında araşdırma aparılarkən məlum olmuş ki, ona məxsus əlvan metalların qəbulu məntəqəsindən oğurluq hadisəsini Qəbələ şəhər sakinləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 etmişlər. Oğurlanmış misin ümumi çəkisi 22 kiloqram olmuş, 1 kiloqramı 8 manat 50 qəpiyə olmaqla ümumilikdə 187 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs1 06.10.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdə Qəbələ rayon Həmzəlli kəndinin ərazisindən keçib gedən Həmzəlli çayının yuxarı tərəfindən yaşadığı həyətə 159 mm diametrli dəmir turbalar ilə 1500 metr məsafədən içməli su xətti çəkmiş, həmin turbaların bir metrini təxminən 20 manata almış, turbalar Həmzəlli çayının kənarı ilə yerə basdırılmış formada çəkilmiş, turbaların üzərindəki torpaq sahəsinin bir hissəsini çay suyu yuyaraq açmış və turbaların bir hissəsi bayırda qalmışdır. 19.01.2021-ci il tarixdə saat 21 radələrində Qəbələ RPŞ-nin əməkdaşları məlumat verərək ona məxsus həmin su turbalarının bir hisəəsinin oğurlandığı bildirilmişdir. Turbalar oğurlanan yerə gedərək təxminən 20 metr dəmir turbanın kəsilərək oğurlandığını görmüş, sonra Qəbələ rayon polis şöbəsinə gələrək baş vermiş hadisə ilə əlqədar rəsmi şikayət etmiş, şikayət əsasında araşdırma aparılarkən məlum olmuş ki, yuxarıda qeyd olunan dəmir su borularının təxminən 20 metr uzunluğunda olan hissəsini Qəbələ şəhər sakinləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 kəsib aparmaqla oğurlamışlar. Zərərçəkmiş şəxs2 06.10.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Qəbələ rayon Bum qəsəbəsində yaşayır və daimi pasport qeydiyyatındadır, idarə etdiyi Vaz 21099 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili var ki, həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 22.03.2021ci il tarixdə saat 16 radələrində idarə etdiyi avtomobil ilə Qəbələ şəhərinin mərkəzində dayanaraq müştəri gözləyərkən, Təqsirləndirilən şəxs4 ona yaxınlaşaraq özü tərəfindən toplayaraq bir qədər mis yığdığını həmin misi Qəbələ şəhərində ucuz qiymətə aldıqlarından onu Qəbələ rayon Hacallı kəndinə Məmmədxan adlı şəxsə apararaq satmağı xahiş etmişdir. İqbal ilə İqbalın yaşadığı Qəbələ şəhər İnternat məktəbinin yataqxanasına gələrək İqbal avtomobildən yerə düşüb yaşadığı evə gedərək bir ədəd ağ rəngli sintetik kisədə olan misi gətirərək avtomobilin yük yerinə qoymuşdur. Sonra misi satmaq üçün ikisi birlikdə Qəbələ rayon Hacallı kəndinə getmişlər. İqbal ona metal qəbulu məntəqəsinə borcu olduğunu və misi onun satmasını deyərək avtomobildən yerə düşüb onu gözlədiyini bildirmişdir. Misi sözü gedən məntəqəyə aparıb Məmmədxan adlı şəxsə vermiş, misin çəkisi 20 kilqoram 700 qram olmuş, kiloqramını 10 manat 50 qəpiyə satmış, misin qiyməti ümumilikdə 217 manat təşkil etmişdir. İqbalın yanına gələrək birlikdə Qəbələ şəhərinə getmiş, İqbalı Qəbələ şəhəri ərazisində idarə etdiyi avtomobildən düşürmüş və İqbal ona 15 manat taksi pulu vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Qəbələ rayon Hacallı kəndində əlvan metalların qəbulu məntəqəsində əlvan metal alıb satmaqla məşğul olur. 22.03.2021-ci il tarixdə sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs4 zəng edərək onda satılası təxminən 20 kq mis olduğunu, həmin misi ala biləcəyini soruşmuş, İqbala həmin misi ala biləcəyini bildirmişdir. 30 dəqiqədən sonra adı ona məlum olan Şahid1 VAZ 21099 markalı ** BK *** dövlət nömrə nişanlı minik avtomobili ilə gələrək Təqsirləndirilən şəxs4 satılası misi ondan göndərdiyini bildirmişdir. Həmin mis ağ rəngli sintetik kisədə olmuş, misi tərəzidə çəkərək ümumi çəkisinin 20 kq 700 qram müəyyən etmiş və misin bir kiloqramı 10 manat 50 qəpik almaqla Əzizə 217 manat pul vermişdir. Həmin gün Qəbələ RPŞ-dən ona zəng vurularaq Qəbələ şəhəri ərazisindən Aydın adlı şəxsə məxsus metal qəbulu məntəqəsindən mis oğurlandığını və həmin misin ona satılıb satılmaması soruşulduqda Təqsirləndirilən şəxs4 tərəfindən ona mis satıldığını bildirmişdir. Polis əməkdaşları gələrək həmin mis dolu kisəni ondan gütürərək özləri ilə aparmışlar. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, hal-hazırda Qəbələ RPŞ-nin PPXB-ün polis nəfəri vəzifəsində işləyir. 19.01.2021-ci il tarixdə PPXB-ün polis nəfəri polis serjantı Pərvin Feruzlu ilə birlikdə Qəbələ rayon Həmzəlli kəndi ərazisində xidmətdə olarkən, saat 20:30 radələrində Həmzəlli çayından qırmızı rəngli Vaz 21011 markalı ** EZ *** dövlət nömrə nişanlı minik avtomobilinin üst baqaj yerində 3 ədəd təxminən 6 metr uzunluğunda dəmir turbalar apardığını görərək, həmin turbaların oğurluq olmasından şübhələnib, avtomobilin sürücüsünü işarə etməklə saxlatmışlar. Avtomobilin sürücüsü Rahim Babayev və onun yanında olan sonradan adları məlum olan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 olmuşlar. Onlardan dəmir turbaların onlara məxsus olub olmamasını və haradan apardıqlarını soruşduqda, onlar dəmir turbaları çay ərazisindən keçən yerdən qanunsuz kəsərək apardıqlarını bildirmişlər. Həmin şəxslər avtomobil ilə birlikdə Qəbələ RPŞ-nə gətirilmiş, həmin su turbaları Həmzəlli kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olması müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2021-ci il tarixli, 9/621 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Respublikada yerləşən inşaat materiallarının satışı məntəqələrində mövcud olan qiymətlərə və "xxxx" MMC tərəfindən tərtib edilmiş 21 yanvar 2021-ci il tarixli məktubda olan məlumatlara əsasən, tədqiq edilən diametri 159 mm və qalınlığı 3 mm olan, əvvəllər istismarda olunmuş bir metr dəmir su borusunun işlənmiş vəziyyətdə, 2021-ci ilin yanvar ayına, köhnəlməsini nəzərə alınaraq Respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 12,00 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2021-ci il tarixli, 6/1780-9/2714 saylı rəyindən görünür ki, 1 ədəd polimer kisədə təqdim edilmiş müxtəlif ölçülü, üzərində izolasiya qatının termiki təsir nəticəsində ərimiş izləri olan məftillərin metalı mis əsaslı ərintisindən hazırlanmışdır, təyinatı üzrə istifadəyə yqararsızdır, qırıntı hesab olunur, ümumi çəkisi təxminən 20, 65 kq-dır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq təqdim edilmiş misin 2021-ci ilin mart ayına olan qırıntı kimi qiyməti 206,50 manat müəyyən ediliri ( 1 kq-10,0 manat). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08.05.2021-ci il tarixli tələbnamədən və Qəbələ Rayon Məhkəməsinin 01.02.2017-ci il tarixli 1(025)-06/2017 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, barəsində CM-nin 66.5, 66.3 və 66.4-cü maddələri tədbiq edilməklə, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 20.11.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08.05.2021-ci il tarixli tələbnamədən və Qəbələ Rayon Məhkəməsinin 08.06.2016-cı il tarixli 1(025)-31/2016 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, barəsində CM-nin 70-ci maddəsi tədbiq edilməklə, təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ rayon İcra və probasiya şöbəsinin 22 oktyabr 2021-ci il tarixli 8974/4 saylı məktubundan görünür ki, cəza müddəti başa çatdığı üçün Təqsirləndirilən şəxs3 barəsində olan Qəbələ Rayon Məhkəməsinin 08.06.2016-cı il tarixli 1(025)-31/2016 saylı hökm 10.07.2018-ci il tarixdə qeydiyyatından çıxarılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08.05.2021-ci il tarixli tələbnamədən və Qəbələ Rayon Məhkəməsinin 10.04.2013-cü il tarixli 1(025)-14/2013 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 20.02.2014-cü il tarixli 1(107)-48/2014 saylı qərarı ilə Qəbələ Rayon Məhkəməsinin 10.04.2013-cü il tarixli 1(025)-14/2013 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. 24.06.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ rayon İcra və probasiya şöbəsinin 25 oktyabr 2021-ci il tarixli 8987/4 saylı məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 10.04.2013-cü il tarixli 1(025)-14/2013 saylı hökmü ilə məhkum olunmuş Təqsirləndirilən şəxs1 şəxsi işi 27.06.2019-cu il tarixdə arxiv materiallarına əlavə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin özlərinin ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdikləri etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onların irəli sürülmüş ittihamda cinayətlərin törətmələri tamamilə sübuta yetirildi. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü, Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir və onlar həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini və onunla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun ibtidai istintaq zamanı 19 iyun 2021-ci il tarixdən 21 iyun 2021-ci il tarixə kimi tutulub saxlandığı 02 (iki) gün müddəti cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 19 iyun 2021-ci il tarixdən 21 iyun 2021-ci il tarixədək tutulub saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəməsini və onlarla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs4 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlində cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş və Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanılma yeri Azərbaycan Respubilkası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X5 müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağın olmasını, İ-ci qrup əlil olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin dəymiş maddi ziyanı ödəməsini və onunla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini və onunla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə görə residivin müəyyən edilməsi zamanı ehtiyatsızlıqdan törədilmiş əməllərlə bağlı cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 10.04.2013-cü il tarixli 1(025)-14/2013 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratmır. Lakin, məhkəmə hesab edir ki, 24.06.2017-ci il tarixdə əsas cəzanı çəkib qurtarmış Təqsirləndirilən şəxs1 məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən, yəni 27.06.2019-cu il tarixdən hesablandığından, məhkumluğu ödənilməmişdir (Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-1 maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd mişar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 20,65 kq mis metal və üç ədəd dəmir boruları sahiblərinin sərəncamında saxlanılmış hesab edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 159 (bir yüz əlli doqquz) manat 50 (əlli) qəpik müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs4 həbsdə saxlanılma yeri Azərbaycan Respubilkası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X5 müəyyən edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan bir ədəd mişar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 20,65 kq mis metal və üç ədəd dəmir boruları sahiblərinin sərəncamında saxlanılmış hesab edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 159 (bir yüz əlli doqquz) manat 50 (əlli) qəpik müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar