Məhkəmə qərarları › İş №1(025)-5/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-5/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-5/2021 03.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 13:15 radələrində, Qəbələ rayonu Zarağan kəndində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi yük avtomobillərinin təmiri sexinin arxa tərəfində yerləşən dəmirdən olan kiçik giriş qapısını açaraq təmir sexinin həyətinə gizli yolla daxil olub, təmir sexinin boyük dəmir darvazasını arxadan açdıqdan sonra, həmin darvazadan idarə etdiyi vaz 21011 markalı ** BR *** dövlət nömrə nişanlı minik avtomobili ilə sexin içərsinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 1985 və 1986-cı il istehsalı olan “Kamaz” markalı yük avtomobilinin istismar olunmuş, lakin istifadəyə yararlı hər birinin qiyməti 350 (üç yüz əlli) manat olmaqla iki ədəd 700 (yeddi yüz) manat dəyərində diferlərini, hər birinin qiyməti 5 (beş) manata olmaqla 10 (on) ədəd cəmi 50 (əlli) manat dəyərində istismar olunmuş hazırda istifadəyə yararlı yük avtomobili üçün nəzərdə tutulmuş “paçemnik”ləri, eləcədə Shaqman markalı yük avtomobilinin istismar olunmuş istifadəyə yararlı 40 (qırx) manat dəyərində “peredok” hissələrini oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 790 (yeddi yüz doxsan) manat dəyərində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2-3 ildir ki, tanıyır. xx.xx.2020-ci il tarixdə dəmir almaq məqsədi ilə yaşadığı Yevlax rayonundan idarə etdiyi Vaz 21011 markalı ** BR *** dövlət nömrə nişanlı minik avtomobili ilə Ağdaş-Zarağan magistral yolu ilə Qəbələ rayonu ərazisinə daxil olaraq Zarağan kəndi ərazisinə saat 13 radələri gəlmişdir. Zərərçəkmiş şəxs avtomobil təmiri sexinə gələrək sexin giriş tərəfinə yaxınlaşanda böyük darvazanın bağlı olduğunu görmüş, qapı bağlı olduğundan nahar vaxtı olduğu üçün Səxavətin nahar yeməyinə getdiyini sexdə heç kimin olmadığını bu səbəbdən də sexdən oğurluq etmək fikrinə düşmüşdir. Səxavətdən bir neçə dəfə dəmir aldığı üçün sexdə yenə dəmir parçaları və ya avtomobil ehtiyyat hissəslərinin olmasını bilmiş, sexin arxa tərəfdən yəni servis tərəfdən balaca əl qapısının əvvəlcədən olduğunu bilərək oranı yoxlamaq qərarına gələrək idarə etdiyi avtomobili sexin arxa tərəfinə servis tərəfə sürmüş, avtomobildən düşüb kənara baxaraq servisdə də heç kimin olmadığına və onu heç kimin görmədiyinə əmin olduqdan sonra balaca əl qapısı açıq olsa sakitcə sexə daxil olub içəridən böyük darvazanın qapısını arxadan açsın, buna görə balaca əl qapısına yaxınlaşıb qapının üzərinə təxminən 15-20 sm uzunluğunda keçirilmiş dəmiri yerindən çıxarmaqla qapını açıb içəri daxil olmuşdur. Sexin həyətinə daxil olub böyük darvazaya yaxınlaşıb arxa tərəfdən darvazanın kilidini dəmir keçəçəyi açmış, daha sonra balaca əl qapısına tərəf qayıdıb çölə çıxıb avtomobilinə əyləşib avtomobilini işə salaraq böyük darvazaya tərəf gəlmiş, böyük darvazanı açaraq avtomobilini sexin həyətinə salıb sexə tərəf sürməklə sexin içinə salmış, oradan iki ədəd kamaz markalı yük avtomobilinin diferlərini, Shaqman markalı avtomobilin peredok hissələrini və təxminəın 10 ədəd yük avtomobilinin paçemniklərini idarə etdiyi avtomobilin arxa yük yerinə yükləyərək xəlvəti oradan çıxıb oğurlamışdır. Onları Yevlax rayonuna gətirmiş, Yevlax şəhərinə gəldikdən sonra oğurlanmış dəmirləri Yevlax şəhərində dəmir alqısı ilə məşğul olan Nizami adlı şəxsə 1 kq 26 qəpiyə satmağa razılaşmış, oğurladığı dəmirlərin çəkisi 300 kq olmuş, dəmirləri Nizamiyə 78 manata satmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qəbələ rayonu Zarağan kəndində kəndin məscidinin yaxınlığında yerləşən yük avtomobillərinin təmiri sexində avtomobil təmiri ustası işləyir, həmin avtomobil təmiri sexi Qəbələ rayonu Aydınqışlaq kənd sakini Şahid3 məxsusdur ki, oranı icarəyə götürmüş, sexə daxil olmaq üçün iki taylı böyük dəmir qapı və bir taylı balaca əl qapısı var, böyük iki taylı dəmir qapı sexin ön tərəfində yerləşir ki, həmin qapıdan yük maşınlarının sexin içərsinə daxil olmaq üçün, balaca dəmir əl qapısı isə sexin arxa tərəfində yerləşir ki, həmin qapıdan sexə ancaq piyada keçmək üçündür. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində avtomobil təmiri sexinə gəlib sexi açmış, lakin iş olmadığı üçün saat 13 radələrinə sexin qapılarını bağlayaraq nahar vaxtı olduğu üçün Zarağan kəndində yerləşən yaşadığı evə gəlmişdir. Nahardan sonra iş yerinə getməmiş, ertəsi gün xx.xx.2020-ci il tarixdə saat 10 radələrində işlədiyi avtomobil təmiri sexinə gələrkən balaca əl qapısına yaxınlaşanda qapının arxasına vurulmuş kilid üçün nəzərdə tutulan dəmirin yerində olmadığını, qapının açıq vəziyyətdə olduğunu görmüş, sexin həyətinə daxil olanda sex ilə üzbə-üz yerləşən iki taylı dəmir darvazanın isə yarı açıq vəziyyətdə olmuşdur. Anlamışdır ki, kimsə sexinə daxil olaraq oğurluq edibdir. Bunun üçün sexin içərsinə nəzər saldıqda sexin sol tərəfinə əvvəlcədən yığaraq qoyduğu yük avtomobilləri üçün nəzərdə tutulmuş 1985 və 1986-cı il istehsalı olan Kamaz markalı yük avtomobilinin istismar olunmuş, lakin istifadəyə yararlı 2 (iki) ədəd diferlərini, Shaqman markalı yük avtomobilinin istismar olunmuş istifadəyə yararlı peredok hissələrini və istismar olunmuş istifadəyə yararlı yük avtomobili üçün nəzərdə tutulmuş 10 (on) ədəd paçemnikləri yerində yoxdur həmin ehtiyyat hissələr oğurlanıbdır. İşlədiyi sexin arxa tərəfində yerləşən avtomobil təmiri ustalarından maraqlandıqda həmin vaxt avtomobil təmiri ustası işləyən Şəhriyar ona qırmızı rəngli vaz 21011 markalı dövlət nömrə nişanını bilmədiyi avtomobilin sürücüsünün ona yaxınlaşaraq dəmir aldığını lakin həmin şəxsin tanımadığını bildirmişdir. Ona məxsus avrtomobil təmiri sexindən ehtiyyat hissələri oğurlayan şəxsin kimliyini müəyyən etmək üçün Natiqin avtomobil ehtiyyat hissələri satışı mağazasına yerləşdirilmiş görüntü kamerasına baxmaq qərarına gələrək görüntü kamerasına baxmış, görüntü kamerasından qırrmızı rəngli vaz 21011 markalı ** BR *** dövlət qeydiyat nişanlı minik avtomobilinin sürücüsünün Qaraməryəm-İsmayıllı-Şəki magistral yolu ilə Zarağan kəndi istiqamətindən gələrək işlədiyi avtomobil təmiri sexinin arxa tərəfindən daxil olub avtomobildən yerə düşməklə balaca darvazanın kilitini açıb həyətə daxil olmuş və sexin ön tərəfindəki iki taylı böyük darvazanı açdıqdan sonra geri qayıdaraq avtomobilini işə salıb avtomobili idarə edərək sexin ön tərəfindəki böyük qapıdan içəri daxil olub ona məxsus ehtiyyat hissələri idarə etdiyi avtomobilə yükləyib oğurlamalqla sexin həyətindən çıxaraq oradan uzqaqlaşmışdır. Sexindən avtomobil təmiri ehtiyyat hissələrini oğurlayan şəxsi müəyyən edə bilmədiyindən oğurluq edən şəxsin kimliyini müəyyən etmək üçün Qəbələ RPŞ-yə rəsmi qaydada müraciət etmiş, müraciəti əsəsında polis şöbəsində araşdırma aparılaraq işlədiyi sexdən ona məxsus avtomobil təmiri ehtiyyat hissələrini Yevlax rayon sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Sonda isə təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 oğlu ifadəsində göstərmişdir ki, Yevlax şəhərində köhnə şəkildə olan dəmirlərin alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs Allhqulu oğlunu və Zərərçəkmiş şəxs məlum hadisədən sonra tanımışdır. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində iş yeri olan köhnə dəmirlərin alqısı ilə məşğul olduğu yerdə imiş, həmin vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi vaz 21011 markalı ** BR *** dövlət nömrə nişanlı minik avtomobili ilə arxa yük yerində dəmir dolu yük ilə dəmir satmaq üçün yanına gəlmişdir. Davaninin satmaq üçün gətirdiyi dəmirlər Kamaz markalı yük avtomobilinə aid 2 (iki) ədəd difer, Shaqman markalı yük avtomobilinə aid peredok hissələri və yük avtomobili üçün nəzərdə tutulmuş 10 (on) ədəd paçemniklərdən ibarət olmuş ki, Davani həmin dəmirlərin özünə məxsus olduğunu maddi imkanının zəif olduğundan pula ehtiyacı olduğu üçün satdığını bildirmiş, onun dəmirin 1 kq 26 qəpiyə alaraq Davani həmin qiymətə dəmiri satmağa razılaşmış, dəmirlərin ümumi çəkisi 300 kq etməklə Davaniyə 78 manat pul vermiş, 1-2 gün sonra həmin dəmirləri Bakı şəhəri metal əritmə zavoduna verərək oraya satmışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, hal-hazırda Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə xidməti ərazisi olan Qəbələ rayonu Zarağan kənd sakini Zərərçəkmiş şəxs ona zəng vuraraq işlədiyi Zarağan kəndi ərazisindəki məscidin yaxınlığında yerləşən yük avtomobillərinin təmiri sexindən xx.xx.2020-ci il tarixdə naməlum şəxs ona məxsus yük avtomobilinə aid ehtiyyat hissələrini oğurlanması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs Qəbələ RPŞ-yə gedərək hadisə barəsində rəsmi qaydada müraciət etməsini bildirmiş, baş vermiş hadisə ilə bağlı Qəbələ RPŞ-də araşdırma aparılarkən məlum olmuş ki, Zərərçəkmiş şəxs işlətdiyi yük avtomobillərinin təmiri sexindən ona məxsus yük avtomobilinin ehtiyyat hissələrini Yevlax rayon sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. xx.xx.2020-ci il tarixdə oğlu Davani ondan dəmir yığmaq məqsədi ilə Qəbələ rayonuna getmək üçün vaz 21011 markalı ** BR *** dövlət nömrə nişanlı minik avtomobilini istəmiş, bu məqsədlə öz razılığı ilə avtomobilini etibarnamə olmadan vermişdir. Sonradan ona oğlu Davaninin idarə etdiyi vaz 21011 markalı ** BR *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ rayonu Zarağan kəndinə gələrək Zərərçəkmiş şəxs aid yük avtomobillərinin təmiri sexindən yük avtomobilinə aid ehtiyyat hissələri oğurlayaraq gətirib Yevlax rayonunda satdığı məlum olmuşdur. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs işlətmiş olduğu yük avtomobillərinin təmiri sexi ona məxsusdur. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs ona şifahi müraciət edərək sexdən ona məxsus yük avtomobilinə aid ehtiyyat hissələrin oğurluq etmiş şəxs və ya şəxslərin müəyyən edilməsi üçün sexin ətrafındakı ona məxsus avtomobil ehtiyyat hissələrinin daxilində olan görüntü kamerasına baxmağını xahiş etmişdir. Görüntü kamerasına baxış zamanı Zərərçəkmiş şəxs məxsus yük avtomobilinə aid ehtiyyat hissələri qırmızı rəngli Vaz 21011 markalı ** BR *** dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsü sonradan tanıdığı Təqsirləndirilən şəxs oğurlamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/4014 saylı rəyindən görünür ki, 2020-ci ilin sentyabr ayı üçün 1985 və 1986-cı il istehsalı olan Kamaz markalı yük avtomobilinin istismar olunmuş, lakin istifadəyə yararlı 2 ədəd diferləri hər birinin qiyməti 350 manat olmaqla 700 manat, istismar olunmuş istifadəyə yararlı yük avtomobili üçün nəzərdə tutulmuş 10 ədəd paçemniklər 5 manat olmaqla 50 manat müəyyən olunur. Shaqman markalı yük avtomobilinin istismar olunmuş istifadəyə yararlı peredok hissəlləri haqqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İşdə olan Qəbələ şəhəri Nəsimi küçəsində yerləşən yük avtomobillərinin ehtiyyat hissələrinin satışı mağazasının məktubundan görünür ki, Shaqman markalı yük avtomobilinin istismar olunmuş istifadəyə yararlı peredok hissələrinin 2020-ci ilin sentyabr ayı üçün satış qiyməti 40 (qırx) manatdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayətin törədilməsini, əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində üç azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu, zərərçəkmiş şəxsin dəymiş maddi ziyanı ödəməsini və ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həbsdə olduğu müddət, yəni 02 (iki) gün həbsdə saxlamanın müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə olduğu müddət, yəni 02 (iki) gün həbsdə saxlamanın müddəti ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar