Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-5/2022 23.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2rəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 09.11.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı Qəbələ şəhəri, Mikayıl Müşfiq küçəsi, ev 65 ünvanında yerləşən evin həyətyanı sahəsində arvadı Zərərçəkmiş şəxs ilə arasında sonuncunun atası evinə ondan icazəsiz getməsi səbəbindən baş vermiş mübahisə zamanı əvvəlcə Zərərçəkmiş şəxs boğaz nahiyyəsindən tutub baş nahiyyəsindən bir dəfə vurmuş, daha sonra isə burun nahiyyəsindən yumruqla bir dəfə zərbə vuraraq, Zərərçəkmiş şəxs burun qanaxması, burun tənəffüsünün çətinliyi ilə müşayiət olunan burun sümüyünün və burun çəpərinin yerdəyişən sınığı kimi, ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2005-ci il tarixdə rəsmi qaydada evlənmiş və birgə nikahlarından biri qız, biri oğlan olmaqla iki övladı vardır. 09 noyabr 2021-ci il tarixdə saat 17 radələrində işdən evə gələrkən yolda arvadı Leyla ilə üzbəüz gəlmiş, belə olub yaşadıqları Mikayıl Müşfiq küçəsindəki evə birlikdə getmişlər. Həmin vaxt arvadı Zərərçəkmiş şəxs yanında azyaşlı övladı Şahid1 da olmuşdur. Evə gedərkən öz aralarında söhbət etmişlər, həyətə daxil olduqdan sonra isə arvadı Leyladan haradan gəldiyini soruşmuş, Leyla isə ona atası Nüsrətgildən gəldiyini bildirmişdir. Leylaya ondan icazəsiz atasıgilə getdiyi üçün iradını bildirmiş, Leyla isə atasıgilə getdiyi üçün özünə haqq qazandırmış, Leyla onun iradını səmimi qəbul etmədiyi üçün işdən gələrkən özü ilə birlikdə gətirdiyi və həyətə daxil olan zaman da əlində olan sellofan torbanın içərisində olan dəmir qazanı və tutma bankasını əlindəki sellofan torba ilə birlikdə Leylanın üstünə tərəf atmışdır. Atdığı sellofan torbanın içərisində olan yemək qazanı Leylanın burun nahiyyəsinə dəymiş, bu zaman Leylanın burun nahiyyəsindən qan axmağa başlamışdır. Həmin vaxt azyaşlı övladı Nihad da onların yanında olmuşdur. Daha sonra, oğlu Nihadla evə daxil olmuş, Leyla isə həyətdə 5-10 dəqiqə gözlədikdən sonra, evə daxil olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09.11.2021-ci il tarixdə əri Rəşaddan qızı Əliyə vasitəsilə icazə alaraq ata evinə, yəni Şahid3 evinə saat 14 radələrində qızı Əliyə və oğlu Nihadla birlikdə getmişdir. Həmin gün saat 17 radələrində oğlu Nihadla birlikdə yaşadığı Qəbələ şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən evinə gələn zaman evə təxminən 15 metr məsafə qalmış əri Rəşadı küçədə görmüş, Rəşaddan qarşıda gedib həyətin giriş qapısından həyətə daxil olmuş, Rəşad isə oğlu Nihadla birlikdə arxadan gəlirmişlər. Həyətə daxil olub həyətdə yerləşən yaşayış evinin giriş qapısı istiqamətində hərəkət etmiş, həmin vaxt da Rəşad və oğlu Nihad ondan arxada imişlər, evin giriş qapısına çatıb evin qapısını açarla açmaq istədikdə Rəşad qapının yanına gəlmiş, qapını əli ilə tutub saxlamış və onu evə daxil olmağa qoymamışdır. Bu zaman isə onu sorğu sual etməyə başlamış, Rəşad ondan ata evinə kimdən icazə alıb getdiyini soruşmuş, ona qızı Əliyəyə ona bu barədə məlumat verməsi üçün bildirdiyini demiş, Rəşad isə ona “mən Əliyəyə demişdim ki, olmaz” sözünü demiş, Rəşada Əliyənin ona bu barədə heç bir məlumat vermədiyini bildirmiş, bu zaman isə Rəşad əlində olan göy rəngli sellofan torbanı həyətin ortasına atmış və həyətin ortasında onun üzərinə hücum çəkmişdir. İki əli ilə boğaz nahiyyəsindən tutmuş, qışqıran zaman isə Rəşad onun baş nahiyyəsindən sağ əli ilə yurmuqla bir dəfə, daha sonra isə burun nahiyyəsindən yumruqla bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Rəşad onun burun nahiyyəsindən yumruqla vuran kimi burun nahiyyəsindən qan axmağa başlamış, bu zaman Rəşad ondan uzaqlaşıb evin qapısını açıb evə daxil olmuşdur. Oğlu Nihad təxminən 5-10 dəqiqə dayandıqdan sonra soyuq olduğu üçün evə getmiş, həyətdə təxminən yarım saat gözləmiş və evə daxil olduqdan sonra isə saat 19 radələrində qızı Əliyə də evə gəlmişdir. Əvvəlcə ərindən şikayət etmək istəmirmiş, buna görə də bu məsələ barədə təxminən iki gün heç kimə məlumat verməmişdir. Lakin sonradan qızı Əliyə babası Nüsrətə bu barədə bildirdiyi üçün Nüsrət də məsələdən agah olmuş, eləcə də burun nahiyyəsində ağrılar olduğu üçün Qəbələ rayon Diaqnostika mərkəzinə müraciət etmişdir. Daha sonra isə 11.11.2021-ci il tarixdə Qəbələ rayon polis şöbəsinə gələrək öz şikayətini bildirmişdir. Zərərçəkmiş şəxs oğlu məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirmiş, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 24.11.2021-ci il tarixli, 567 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun qanaxması, burun tənəffüsünün çətinliyi ilə müşayiət olunan burun sümüyünün və burun çəpərinin yerdəyişən sınığı kimi xəsarətlər vardır ki, həmin xəsarətlər hadisənin baş vermə tarixinə, yəni 09 noyabr 2019-cu il tarixə uyğun gəlməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləridir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 22.01.2022-ci il tarixli, 32 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun qanaxması, burun tənəffüsünün çətinliyi ilə müşayiət olunan burun sümüyünün və burun çəpərinin yerdəyişən sınığı kimi xəsarəti vardır. Həmin xəsarətlər yumruqla və qazanla vurulan zaman törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın üzun müddətə pozulmasına səsəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan xəsarətlər ekpertizaya təqdim olunan və yuxarıda əlamətləri qeyd edilən, içərisində kiçik şüşə banka olan, şüşə qapaqlı qazança təqdim olunmuş sellofan torbadan tutmaqla burun nahiyyəsinə zərbə ilə vurulması nəticəsində törənə bilər, lakin həmin içərisində qazança olan sellofan torbanı iki metr məsafədən atılması nəticəsində həmin xəsarətlərin törənməsi bir o qədər də inandırıcı görünmür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20.12.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, eləcə də əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün məhkəmə iclasında və istintaq zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onun zərərçəkmiş şəxsə qəsdən az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək törətdiyi əməli könüllü etiraf edərək əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq işin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadəsini dinləyib, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını və işin icraatına xitam verilməsi barədə xahişini, işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3.-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-5/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-5/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver