Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-5/2023 18.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi Şahid3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hazırda Bakı şəhəri, Goradil qəsəbəsi, quşçuluq massivində yerləşən “X6”ndə stasionar müalicə alan, barəsində “başqa yerə getməmə barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 08 radələrində sahibliyində olan idarə etdiyi vaz-21011 minik markalı ** BC *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 Qəbələ şəhəri Elçin Kərimov küçəsində yerləşən həyətyanı sahəsinin qarşısına gələrək həmin yaşayış sahəsinin daş hasarının çöl tərəfində qarşısında əkdiyi ağacların qorunması üçün kənarına bağladığı 08 ədəd kustar üsulla hazırlanmış dəmir hasar-məhəccərlərin hamısını oğurlamaq qərarına gəldikdən sonra onları bir dəfəyə avtomobilinə yığaraq apara bilməyəcəyi səbəbindən ilk olaraq həmin vaxt hər birinin uzunluğu 3 metr və 1 metrinin qiyməti 10 (on) AZN təşkil edən 06 ədədini, bundan sonra xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində isə hər birinin uzunluğu 2 metr və 1 metrinin qiyməti 10 (on) AZN təşkil edən 02 (iki) ədədini, ümumilikdə isə Zərərçəkmiş şəxs1 məxsus 22 (iyirmi iki) metr uzunluğunda 08 (səkkiz) ədəd kustar üsulla hazırlanmış dəmir hasar-məhəccərləri vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli yolla talayıb, qanunsuz və əvəzsiz ələ keçirdikdən sonra hər dəfəsində idarə etdiyi sahibliyində olan vaz- 21011 markalı avtomobilə yığıb oğurluğu törətdiyi tarixlərdə Qəbələ şəhərində fəaliyyət göstərən metal qəbulu məntəqəsinə aparmaqla həmin məntəqəni işlədən dəmir hasarməhəccərlərin oğurluq olmasından məlumatlı olmayan Şahid1 qara metal kimi sataraq əldə etdiyi gəliri öz şəxsi ehtiyaclarına xərcləmiş və Zərərçəkmiş şəxs1 ümumilikdə 220 (iki yüz iyirmi) AZN maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 07 radələrində sahibliyində olan idarə etdiyi “Vaz 21011” minik markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobillə Qəbələ rayonunun Hacallı kənd sakini Zərərçəkmiş şəxs2 Qəbələ rayonunun Hacallı kəndindəki yaşadığı həyət evinin qarşısına gələrək həmin yaşayış sahəsindən yol tərəfdə olan Qaz 53 yük markalı və Qaz 24 minik markalı avtomobil ehtiyyat hissələrinin hamısını oğurlamaq qərarına gəldikdən sonra onları bir dəfəyə avtomobilinə yığaraq apara bilməyəcəyi səbəbindən ilk olaraq həmin vaxt 01 ədəd Gaz-53 markalı nəqliyyat vasitəsinə məxsus istifadə olunmuş işlək vəziyyətdə qiyməti 300 (üç yüz) AZN təşkil edən sürət qutusunu, 01 ədəd Gaz-24 markalı nəqliyyat vasitəsinə məxsus istifadə olunmuş işlək vəziyyətdə qiyməti 200 (iki yüz) AZN təşkil edən sürət qutusunu, 01 ədədinin qiyməti 20 (iyirmi) AZN təşkil edən 02 (iki) ədəd Gaz-53 markalı nəqliyyat vasitəsinə məxsus diskiləri, bundan sonra xx.xx.2022-ci il tarixdə saat 08 radələrində 01 ədəd Gaz-53 markalı nəqliyyat vasitəsinə məxsus istifadə olunmuş işlək vəziyyətdə qiyməti 150 ( bir yüz əlli) AZN təşkil edən su nasosunu və 01 ədəd ədəd Gaz-24 markalı nəqliyyat vasitəsinə məxsus istifadə olunmuş işlək vəziyyətdə qiyməti 40 (qırx) AZN təşkil edən səsboğucunu vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli yolla talayıb, qanunsuz və əvəzsiz ələ keçirdikdən sonra hər dəfəsində idarə etdiyi sahibliyində olan vaz-21011 markalı avtomobilə yığıb oğurluğu törətdiyi tarixlərdə Ağdaş şəhərində fəaliyyət göstərən metal qəbulu məntəqəsinə aparmaqla həmin məntəqəni işlədən avtomobil ehtiyyat hissələrinin oğurluq olmasından məlumatlı olmayan Şahid2 qara metal kimi sataraq əldə etdiyi gəliri öz şəxsi ehtiyaclarına xərcləmiş və Zərərçəkmiş şəxs2 ümumilikdə 730 (yeddi yüz otuz) AZN maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qəbələ şəhəri X11 küçəsi ev 89 ünvanında yaşayır və orada pasport qeydiyyatındadır. Hal-hazıra isə Bakı şəhəri, Goradil qəsəbəsi, quşçuluq massivində yerləşən “X6”ndə stasionar müalicə alır. 2022-ci ilin aprel ayının ortalarında Qəbələ şəhərinin Pasdar məhləsində yaşayan tanışı Səfa Ələkbərovun evinə gedərkən yolun kənarında bir həyətin qala hasarının dibində yol tərəfdə ağacların kənarına vurulmuş dəmir hasarlar görmüş və xərcləməyə pulu olmadığı üçün həmin dəmir hasarları oradan oğurlayıb satmaq fikrinə düşmüşdür. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat təxminən 07 radələrində etibnarnamə ilə idarə etdiyi Vaz 21011 minik markalı ** BC *** dövlət nömrə nişanlı avtomobillə özü tək həmin yerə gəlmiş və görmüş ki, orada dəmirlər çoxdur. Bundan sonra fikirləşmiş ki, həmin dəmirlərin hamısını oğurlayıb apara bilməyəcək, buna görə dəmirlərin bir hissəsini həmin gün, qalanını isə digər vaxta oğurlasın. Səhər tezdən olduğu üçün ətrafa göz gəzdirərək onu heç kimin görmədiyinə əmin olduqdan sonra 6 ədəd təxminən uzunluğu 3 metr, hündürlüyü 1 metrdən artıq olan dəmir hasarları söküb avtomobilə yükləyərək onları Qəbələ şəhərində metal almaqla məşğul olan Pərviz Eyvazovun metal qəbulu məntəqəsinə gətirib metal kimi 1 kloqramını 35-40 qəpik arasında ona satmışdır. Bundan 2 gün sonra təkrarən oğurluq etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 20:30 radələrində özü tək idarə etdiyi Vaz 21011 minik markalı ** BC *** dövlət nömrə nişanlı avtomobillə dəmir hasarların olduğu yerə gələrək ətrafa nəzər salıb hava qaraldığından onu heç kimin görmədiyinə əmin olaraq oradan 02 ədəd təxminən 02 metr uzunluğunda 01 metr hündürlüyündən artıq dəmir hasarları söküb avtomobilinə yükləyib apararaq onları metal kimi bir kloqramını 35-40 qəpik arasında Qəbələ şəhər sakini metal alan Şahid1 satmışdır. Pərviz ümumilkdə həmin 08 ədəd dəmir hasarlara görə ona 91 manat pul vermiş və həmin pulu öz şəxsi sərfiyyatına xərcləmişdir. Sonradan bilmiş ki, oğurlayıb satdığı həmin dəmir hasarlar Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Bundan 2-3 gün sonra etibarnamə ilə idarə etdiyi vaz 21011 minik markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilə Ağdaş rayonundan gələrkən Qəbələ rayonun Hacallı kəndində yolun kənarında yaşayış evinin həyətyanı sahəsindən yol tərəfdə yük və minik avtomobillərinə aid dəmirlər görmüş və qərara gəlmiş ki, həmin dəmirləri oğurlayıb satsın və pul əldə etsin. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat təxminən 07 radələrində idarə etdiyi vaz 21011 minik markalı avtomobillə özü tək həmin yerə gəlmişdir.Görmüş ki, orada dəmirlər çoxdur və fikirləşmiş ki, onların hamısını oğurlayıb apara bilməyəcək. Buna görə belə qərara gəlmiş ki, dəmirlərin bir hissəsini həmin gün, qalanını isə digər vaxtı oğurlasın. Ətrafa nəzər salıb baxdıqdan sonra onu heç kimin görmədiyinə əmin olub oradan 02 ədəd Qaz 53 markalı yük avtomobilinə aid diski, 01 ədəd Qaz 53 markalı yük avtomobilinə aid sürət qutusu və 01 ədəd Qaz 24 markalı minik avtomobilə aid sürət qutusu oğurlayıb avtomobilinin yük yerinə qoyub gətirərək Ağdaş rayonunda metal alan Ceyhun adlı şəxsə satmış, sonra Qəbələ rayonuna geri qayıtmışdır. Təkrarən oğurluq ertmək məqsədi ilə ertəsi gün xx.xx.2022-ci il tarixdə saat təxminən 08 radələrində idarə etdiyi vaz 2111 minik markalı avtomobil ilə tək həmin yerə gəlmiş, oradan gizilicə 01 ədəd Qaz 53 markalı yük avtomobilinə aid su nasosunu və 01 ədəd Qaz 24 minik markalı avtomobilə aid səsboğucunu oğurlayıb avtomobilinə qoymaqla onları gətirərək Ağdaş rayonunda metal almaqla məşğul olan Ceyhun adlı şəxsə metal kimi satıb yenidən Qəbələ rayonuna qayıtmışdır. Ümumilikdə qeyd olunan avtomobil ehtiyyat hissələrini sataraq təxminən 100 manata yaxın pul əldə etmiş və həmin pulu öz şəxsi ehtiyacına xərcləmişdir. Sonradan oğurladığı avtomobil ehtiyyat hissələrinin Qəbələ rayonunun Hacallı kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olduğunu bilmişdir. Zərərçəkmiş şəxs1 məxsus dəmir hasar-məhəccərləri və Zərərçəkmiş şəxs2 məxsus avtomobil ehtiyyat hissələrini oğurlayarkən həmin oğurluğu özü tək etmiş, oğurluqda ona heç kim kömək etməmiş, yuxarıda adları qeyd olunan şəxslərə məxsus oğurladığı əşyaları Şahid1 və Şahid2 satarkən Pərviz və Ceyhun onların oğurluq olduğunu bilməmiş, çünki onlara öz əmlakı kimi təqdim edərək satmışdır. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmadığını, himayəsində azyaşlı uşaqlarının olduğunu bildirib, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, hazırda Goradil qəsəbəsi, quşçuluq massivində yerləşən “X6”ndə stasionar müalicə alır. Qərar qəbul ediləkən həmin halın da nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində göstərdi ki, Qəbələ rayonunun Hacallı kəndində yaşayır və pasport qeydiyyatındadır. Qəbələ rayonunun Hacallı kəndində yaşadığı həyətyanı sahədən çöldə yol tərəfdə həytinin giriş qapısının qarşısında işlək vəziyyətdə olmayan Qaz 53 markalı avtomobil, həmin avtomobildən sökülmüş işlək vəziyyətdə ehtiyyat hissələr, eyni zamanda işlək vəziyyətdə olmayan Qaz 24 markalı avtomobil, həmin avtomobildən sökülmüş işlək vəziyyətdə ehtiyyat hissələri vardır. xx.xx.2022ci il tarixdə saat təxminən 10 radələrində həyətindən çöldə yol tərəfdə ona məxsus 1 ədəd 300 manat dəyəri olan Qaz 53 markalı avtomobilə aid su nasosu, 1 ədəd 200 manat dəyəri olan Qaz 53 markalı avtomobilə aid sürət qutusu, 2 ədəd 20 manat dəyəri olan avtomobil diski, 1 ədəd Qaz 24 markalı avtomobilə aid 100 manat dəyəri olan sürət qutusu, 01 ədəd Qaz 24 markalı avtomobilə aid 01 ədəd səsboğucu oğurlanıbdır. Buna görə özünə məxsus avtomobil ehtiyyat hissələrinin yerini müəyyən etmək üçün Qəbələ rayon ərazisində və eləcədə qonşu rayon ərazisində metal qəbulu məntəqələrini gəzib baxarkən özünə məxsus oğurlanmış avtomobil ehtiyyat hissələrinin çox bir hissəsini Ağdaş rayon sakini Ceyhun adlı şəxsin metal qəbulu məntəqəsindən aşkar etmişdir. Sonradan ona məlum olmuş ki, ona məxsus avtomobil ehtiyyat hissələrini Qəbələ şəhər sakini Asəf adlı şəxs iki dəfəyə oğurlayıb Ceyhuna satmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus oğurlanmış 01 ədəd təxminən 300 manat dəyərində olan Qaz-53 markalı avtomobilə aid su nasosu tünd göy rəngdə, 01 ədəd təxminən qiyməti 200 manat olan Qaz-53 markalı avtomobilə aid sürət qutusunun metallik rəngdə, üzərində heç bir yazı olmayan, üzərinə yağ ləkələri dağılmış, 02 ədəd hər birinin qiyməti təxminən 20 manat olan Qaz-53 markalı avtomobilə aid diskilərin biri qara rəngdə, digərinin isə üzəri paslamış formada, təxminən 40 manat dəyəri olan Qaz 24 markalı avtomobilə aid səsboğucu isə üzəri paslamış vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən əvəllər ona qarşı heç bir oğurluq hadisəsi törədilməmişdir. Asəf tərəfindən avtomobil ehtiyyat hissələrinin oğurlandığı Qaz 53 markalı avtomobil 1982-ci il istehsalı, Qaz 24 markalı avtomobil 1985 ci il istehsalı olmuş, Qaz 53 markalı avtomobili bir il öncə metallum kimi Yulət adlı şəxsdən 1.000 manata almış, Qaz 24 markalı avtomobil isə mərhum atası Şakirdən qalmış, həmin avtomobillərin qeydiyyat şəhadətnamələri itdiyi üçün istintaqa təqdim edə bilməmiş, qeyd olunan avtomobilləri hissələrə doğrayıb Gəncədə metal əritmə zavoduna satmışdır. Zərərçəkmiş şəxs2 həmçinin göstərdi ki, ona dəymiş ziyan tam olaraq ödənilmiş və bu barədə ərizəsini Qəbələ rayon Polis şöbəsinə təqdim etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi Şahid3 vermiş olduğu ifadəsində göstərdi ki, Qəbələ şəhəri 28 may küçəsində yaşayır, lakin Qəbələ rayonunun Bum qəsəbəsində pasport qeydiyyatındadır. Zərərçəkmiş şəxs1 onun uzaq qohumudur. Zərərçəkmiş şəxs1 Bakı şəhərində yaşayır və orada pasport qeydiyyatındadır. Zərərçəkmiş şəxs1 məxsus Qəbələ şəhərində fərdi yaşayış evi var ki, o, gələrək həmin evdə ancaq yay aylarında yaşadığı üçün yaşayış evinə nəzarəti o, edir. xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 10 radələrində Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinə nəzarət etməyə gedərkən həmin vaxtı onun yaşayış evindən çöl tərəfdə həyətyanı sahənin kənarının hasarın ətrafında olan ağacları qorumaq məqsədi ilə kənarına bağladığı dəmir məhəccərlərin yerində olmadıqlarını görmüş, beləki məhəcərlər naməlum şəxs və ya şəxslər tətəfindən yerindən çıxarılaraq oğurlanmışdır. Bu barədə zəng vuraraq məhəccərlərin sahibi Zərərçəkmiş şəxs1 məlumat vermişdir. 3 gün sonra yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində yenidən Almaza məxsus yaşayış evinə nəzarət etmək üçün gedərkən həmin yerdən əlavə 2 ədəd dəmir məhəcərlərin yerində olmadığını və onların oğurlandığını müəyyən edərək xx.xx.2022-ci il tarixdə məhəcərlərin oğurlanması barədə Qəbələ RPŞ-yə ərizə ilə müraciət etmişdir. Həmin oğurlanmış məhəccərlər 6 ədədi 3 metr, 2 ədədi isə 2 metr uzunluğunda hündürlükləri isə 1.20 sm, ümumilikdə qiyməti təxminən 1200 manat olmuşdur. Oğurlanmış məhəccərlərin yerini müəyyən etmək üçün Qəbələ şəhəri ərazisində olan metal qəbulu məntəqələrinə baxdığı zaman həmin oğurlanmış məhəccərləri metal qəbulu ilə məşğul olan Şahid1 məxsus məntəqədə aşkarlamışdır. Şahid1 həmin məhəcərləri haradan əldə etdiyini soruşarkən onları Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs ona satdığını və məhəcərləri ondan aldığını bildirmişdir. Bundan sonra ona məlum olmuş ki, Zərərçəkmiş şəxs1 məxsus məhəcərləri Təqsirləndirilən şəxs oğurlamışdır. Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi Şahid3 həmçinin göstərdi ki, Zərərçəkmiş şəxs1 dəymiş ziyan tam olaraq ödənilmiş və sonuncu bu barədə ərizəsini Qəbələ rayon Polis şöbəsinə təqdim etmişdir. Nümayəndəsi olduğu Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, ünvan 4 ünvanında yaşayır və pasport qeydiyyatındadır. Qəbələ şəhərində yaşadığı evin həyətyanı sahəsində əlvan və qara metalların alqısı ilə məşğul olur. Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs çoxdandır ki, tanıyır, onunla heç bir düşmənçilik və ədavəti yoxdur. xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli vaz 21011 markalı ** BC *** dövlət nömrə nişanlı avtomobil ilə gətirərək ona özünə məxsus olduğunu bildirərək satmaq üçün hər biri 3 metr uzunluğunda olmaqla 06 ədəd və hər biri isə 02 metr uzunluğunda olmaqla 02 ədəd dəmir hasar-məhəccərlər gətirmiş, həmin məhəccərləri metal kimi bir kloqramını Asəfdən 35-40 qəpik arasında alıb ümumilikdə ona 91 manat pul vermişdir. Sonradan bilmiş ki, Asəfin gətirərək ona satdığı dəmir məhəccərlər ona məxsus olmamış, məhəccərlər Almaz adlı qadına məxsus olmuşdur ki, Asəf onları oğurlayıb gətirərək özünə aid olduğunu bildirib ona satmışdır. Təqsirləndirilən şəxs dəmir məhəcərləri gətirərək ona özü tək satmış, onun yanında kimsə olmamış, Asəfdən məhəccərləri alarkən onların əvvəlcədən oğurluq olduqlarını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Ağdaş rayonunda yaşayır və orada pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs əvəllər tanımamış, onu baş vermiş məlum hadisədən sonra tanımışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli Vaz 21011 minik markalı ** BC *** dövlət nömrə nişanlı minik avtomobili ilə gətirərək ona Qaz 53 markalı yük avtomobilinə aid işlənmiş 01 ədəd sürət qutusu, Qaz 24 minik markalı avtomobilə aid 01 ədəd işlənmiş sürət qutusu və Qaz 53 markalı yük avtomobilinə aid 02 ədəd diski satmış, həmin dəmirləri Təqsirləndirilən şəxs metal kimi almışdır. Bir neçə gün ərzində ayrı-ayrı şəxslərdən alıb yığdığı dəmirləri aparıb satarkən Asəfdən aldığı diskinin birini satmışdır. Ertəsi gün xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs təkrarən onun matal qəbulu məntəqəsinə idarə etdiyi vaz 21011 minik markalı avtomobil ilə Qaz 53 markalı yük avtomobilinə aid işlənmiş 01 ədəd su nasosu və Qaz 24 minik markalı avtomobilə aid köhnə işlənmiş 01 ədəd səsboğucu gətirərək satmış, həmin dəmirləri Asəfdən metal kimi almışdır. xx.xx.2022-ci il tarixdə nahar vaxtından sonra Qəbələ rayon Hacallı kənd sakini Zərərçəkmiş şəxs2 ona məxsus metal qəbulu məntəqəsinə gəlib həmin dəmirlərə baxarkan onun olduğunu və onların oğurlandığını bildirmişdir. Bundan sonra bilmiş k, Təqsirləndirilən şəxs ona satdığı avtomobil ehtiyyat hissələri özünə məxsus olmamış və həmin dəmirlər Zərərçəkmiş şəxs2 məxsus olmuş, Asəf onları oğurlayıb gətirib ona özünə məxsus olmasını bildirməklə metal kimi satmışdır.xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ona məxsus dəmirlərin oğurlanması ilə bağlı etdiyi şikayət əsasında metal qəbulu məntəqəsinə Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən baxış keçirlərkən həqiqətəndə Təqsirləndirilən şəxs oğurlayıb gətirərək ona satdığı işlənmiş 01 ədəd Qaz 53 markalı yük avtomobilinə aid sürət qutusu, 01 ədəd su nasosu, 01 ədəd diski və Qaz 24 markalı minik avtomobilinə məxsus işlənmiş 01 ədəd sürət qutusu və 01 ədəd səsboğucu aşkar edilmiş və saxlanması üçün ona təhvil verilmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində əlavə olaraq onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs avtomobil ehtiyyat hissələrini alarkən onların oğurluq olmasını bilməmiş, Asəf yuxarıda göstərdiyi avtomobil ehtiyyat hissələrindən başqa digər avtomobil ehtiyyat hissəsi eləcə də başqa metal satmamış, Asəfdən aldığı yuxarıda qeyd olunan avtomobil ehtiyyat hissələrinə görə ümumilikdə ona 100 manat pul vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus həyətyanı sahəsindən yol tərəfdən dəmir məhəccərlərin oğurlanması ilə bağlı hadisə yerinə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs1 06 ədəd 03 metr, 02 ədəd isə 02 metr ümumilikdə 22 metr uzunluğunda dəmir məhəccərlərin oğurlanması müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qəbələ şəhər sakini Şahid1 məxsus metal qəbulu məntəqəsinə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 məxsus oğurlayıb Şahid1 satdığı hündürlükləri 1.20 sm, 06 ədəd 03 metr, 02 ədəd isə 02 metr ümumilikdə 22 metr uzunluğunda dəmir məhəccərlər aşkar edilmişdir. Həmin dəmir məhəccərlər saxlanması üçün Şahid1 təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus yük və minik avtomobillərinə aid ehtiyyat hissələrinin oğurlanması ilə bağlı hadisə yerinə Zərərçəkmiş şəxs2 iştirakı ilə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı ona məxsus Qaz 53 markalı avtomobilə aid 01 ədəd sürət qutusunun, 01 ədəd su nasosunun, 02 ədəd diskinin, Qaz 24 markalı minik avtomobilinə aid 01 ədəd sürət qutusunun, 01 ədəd səsboğucunun oğurlanması müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Ağdaş şəhər sakini Şahid2 məxsus metal qəbulu məntəqəsinə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs2 məxsus Qaz 53 markalı avtomobilə aid 01 ədəd sürət qutusu, 01 ədəd su nasosu, 01 ədəd diski, Qaz 24 markalı minik avtomobilinə aid 01 ədəd sürət qutusu və 01 ədəd səsboğucu aşkar edilmişdir. Həmin yük və minik avtomobillərinə aid ehtiyyat hissələr saxlanması üçün Şahid2 təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus həyətyanı sahəsindən yol tərəfdə yük və minik avtomobillərinə aid ehtiyyat hissələrin oğurlanması ilə bağlı hadisə yerinə Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 məxsus Qaz 53 markalı avtomobilə aid 01 ədəd sürət qutusu, 01 ədəd su nasosu, 02 ədəd diski, Qaz 24 markalı minik avtomobilinə aid 01 ədəd sürət qutusu və 01 ədəd səsboğucu oğurlanması müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5414 nömrəli, xx.xx.2022-ci il tarixli 9/8446 nömrəli və xx.xx.2022-ci il tarixli 9/9163 nömrəli ekspert rəylərindən görünür ki, ekspertiza təyini haqqında qərarlarda göstərilən dəmir məhəccərlərin, dəmir şverllerlərin və yük və minik avtomobillərinə aid ehtiyyat hissələrin 2022ci ilin aprel may ayları üçün diamteri 16 sm, qalınlığı 5 mm olan 1 metr dəmir şvellerin 1 metrinin qiyməti 15 manat, 01 ədəd Gaz 53 markalı nəqliyyat vasitəsinə məxsus istifadə olunmuş işlək vəziyyətdə sürət qutusu 300 manat, 01 ədəd Gaz 53 markalı nəqliyyat vasitəsinə məxsus istifadə olunmuş işlək vəziyyətdə su nasosu 150 manat, 01 ədəd Gaz 53 markalı nəqliyyat vasitəsinə məxsus istifadə olunmuş işlək vəziyyətdə diski 20 manat, 01 ədəd Gaz 24 markalı nəqliyyat vasitəsinə məxsus istifadə olunmuş işlək vəziyyətdə sürət qutusu 200 manat, 01 ədəd Gaz 24 markalı nəqliyyat vasitəsinə məxsus istifadə olunmuş səsboğucu 40 manat, kustar üsulla hazırlanmış dəmir hasar- məhəccərin 1 metrinin uzunluğu 10 manat olduğu göstərilmişdir. İş materiallarında olan cinayət işinin istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən Qəbələ rayon polis şöbəsinə verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı törətmiş oğurluq nəticəsində dəymiş maddi ziyanı tamamı ilə ödənildiyini, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan cinayət işinin istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən Qəbələ rayon polis şöbəsinə verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı törətmiş oğurluq nəticəsində dəymiş maddi ziyanı tamamı ilə ödənildiyini, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Qəbələ RMX PHŞ-dən alınmış 05 avqust 2022-ci il tarixli PHŞ/6.52-2-2022-117 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs, RMX PHŞ-in Poliklinika şöbəsinin “narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, 280 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, 281 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda yaşayır və ailə tərkibi həyat yoldaşı X4, oğlanları 2010-cu il təvəllüdlü X7 və 2013-cü il təvəllüdlü X5 ibarətdir. İş materiallarında olan “X6” tərəfindən verilmiş arayışda göstərilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs oğu müalicə olunması üçün xx.xx.2023-cü il tarixdə X2 müraciət etmiş və onun müalicəsi xx.xx.2023-cü il tarixə qədər davam edəcəkdir. Müalicə müddəti ərzində Təqsirləndirilən şəxs Goradil qəsəbəsi, quşçuluq massivində yerləşən “X6”ndə stasionar qaydada müalicə olunacaqdır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə digər sübutlarla tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. Bundan başqa, Plenumun həmin Qərarında göstərilir ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakı qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və dəymiş ziyanı tamamilə aradan qaldırmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, zərərçəkmiş şəxslərə hadisə nəticəsində dəymiş maddi ziyanı ödəmiş, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsi bağışlamış, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin şəxsin şikayətinin, iddiasının və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, yaşayış yerindəm müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını), cinayət xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin məqsəd və motivi, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması məqsədə müvafiqdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edəcəkdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış və müalicə aldığı yer üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yeri və müalicə aldığı yeri tərk etməmək, cəza çəkdiyi müddətdə Abşeron rayonunu və Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqıda iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 29 noyabr 2022-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulmuş, tutmanın əvvəli isə 29 noyabr 2022-ci il saat 12:10-dan hesablanmış, 29 noyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmə barədə iltizam” qətimkan tədbiri seçilməklə həmin gun saat 14:30-da saxlandığı MSY-dən azad edilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs1 məxsus və saxlanması üçün Şahid1 verilmiş hündürlükləri 1.20 sm, 06 ədəd 3 metr, 02 ədəd isə 02 metr ümumilikdə 22 metr uzunluğunda dəmir hasar-məhəccərlər Şahid1 alınaraq Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 məxsus və saxlanması üçün Şahid2 verilmiş Qaz 53 markalı avtomobilə aid 01 ədəd sürət qutusu, 01 ədəd su nasosu, 01 ədəd diski, Qaz 24 markalı minik avtomobilinə aid 01 ədəd sürət qutusu və 01 ədəd səsboğucu Şahid2 alınaraq Zərərçəkmiş şəxs2 verilməlidir. İş üzrə ekspertiza xərci 150 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 11 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 11 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 66 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun tutulub saxlandığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri və müalicə aldığı yer üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Abşeron rayonunu və Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus və saxlanması üçün Şahid1 verilmiş hündürlükləri 1.20 sm, 06 ədəd 3 metr, 02 ədəd isə 02 metr ümumilikdə 22 metr uzunluğunda dəmir hasar-məhəccərlər Şahid1 alınaraq Zərərçəkmiş şəxs1 təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus və saxlanması üçün Şahid2 verilmiş Qaz 53 markalı avtomobilə aid 01 ədəd sürət qutusu, 01 ədəd su nasosu, 01 ədəd diski, Qaz 24 markalı minik avtomobilinə aid 01 ədəd sürət qutusu və 01 ədəd səsboğucu Şahid2 alınaraq Zərərçəkmiş şəxs2 verilsin. İş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs göstərilmiş 11 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 66 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-5/2023
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-5/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver