Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-51/2021 20.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 həbsdə olan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yerləşən “Təndir torpağı” adlanan ərazidə yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini yığaraq qanunsuz olaraq əldə edib, qurutmaqla kustar üsulla hazırlayıb şəxsi istehlak miqdarından artıq miqdarda saxladığı ümumi təmiz çəkisi 5.60 qram olan narkotik vasitə-qurudulmuş marixuananın 0,46 qram hissəsini ayrı-ayrılıqda çəkiləri 0,21 qram və 0.25 qram olmaqla iki kağız bükümdə 31.07.2021-ci il tarixdə saat 19 radələrində Qəbələ rayonu Bum qəsəbəsində yaşadığı evin qarşısındakı yolda ünvan 1 ünvanında yaşayan tanışı Şahid1 oğluna 30 manat pul vəsaiti müqabilində satmış, həmin eyni tərkibli narkotik vasitə-qurudulmuş marixuananın digər özündə qalan 5,14 qram hissəsini isə ayrı-ayrılıqda təmiz çəkiləri 0,21 qram, 0,26 qram, 0,17 qram, 0,51 qram, 0,27 qram, 0,23 qram,0,25 qram, 0,24 qram, 0,25 qram, 0,23 qram, 0,19 qram, 0,28 qram, 0,24 qram, 0,21 qram, 0,13 qram, 0,19 qram, 0,31 qram, 0,22 qram, 0,21 qram, 0,15 qram, 0,17 qram, 0,22 qram olmaqla 22 ədəd kağız kəsiyi bükümündə qablaşdırılmış halda satış məqsədi ilə idarə etdiyi VAZ2106 minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşıyarkən, 03 avqust 2021-ci il tarixdə saat 10 radələrində Qəbələ şəhəri 28 may küçəsində həmin avtomobillə hərəkət edən zaman Qəbələ rayon polis söbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinin inzibati ərazisinə gətirilib, orada avtomobilə baxış keçirilən zaman yuxarıda qeyd olunan 22 ədəd kağız bükümdə olmaqla ümumilikdə təmiz çəkisi 5.14 qram olan narkotik vasitə-qurudulmuş marixuana avtomobilin salonunun ön şitinə birləşik çəkməcədən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan marixuanadan çəkərək istifadə edir, lakin onun heç bir günahı yoxdur, heç bir cinayət törətməmişdir, heç kimə narkotik satmamışdır. İlham adlı şəxslə bir dəfə birlikdə narkotik vasitə istifadə etmiş, ona nəşə satmamışdır. Eləcə də X8, X5 və X6 narkotik vasitə satmamışdır. Avtomobilindən aşkar edilmiş nəşə onun deyil, həmin nəşəni polis işçiləri onun avtomobilinə qoymuşlar. Marixuana çəkəndir, ancaq heç kimə satmır. VAZ2106 minik markalı, **-BV-*** nömrə nişanlı avtomobili idarə etmək üçün sürücülük hüququ yoxdur, eləcə də avtomobilə dair etibarnaməsi də yoxdur. Həmin gün polis əməkdaşları Şahdağ yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı sveteforun qırmızı işığı yanan zaman saxlayaraq polis şöbəsinə avtomobili ilə birlikdə, yəni özü VAZ2106 minik markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilin salonunun ön sərnişin oturacağında, tanımadığı polis əməkdaşı isə avtomobilin sürücü oturan hissəsində olmaqla gətirmişdirlər. Əvvəlki ifadələrində işinin yüngülləşəcəyini və buraxılacağını düşündüyü üçün narkotikanın özünə məxsus olduğunu və Şahid1 narkotik satdığını etiraf etmiş, lakin həbs edildiyi üçün həmin narkotikanın ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında ifadəsinə əlavə etmişdir ki, ara-sıra avtomobilinə yanacaq almaq və digər ehtiyaclarını ödəmək məqsədi ilə tanımadığı şəxlərə özünün istifadəsi üçün əldə etdiyi marixuanadan satmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2 il bundan əvvəldən narkotik vasitə olan marixuana istifadə etməyə başlamışdır. “Qoçu” ləqəbli Firdovsi adlı şəxsi uzun müddətdir ki, üzdən tanıyır, lakin narkotik vasitəni onda almaq üçün tanıdığı 1- 2 ay müddətdir. Firdovsi ilə Qəbələ şəhərində tanış olmuşdur. Firdovsiyə onunla ayrı-ayrı vaxtlarda söhbət edən zaman narkotik vasitə istifadə etdiyini demişdir. Firdovsi isə onda narkotik vasitə olan marixuana olduğunu və satdığını bildirmişdir. 31.07.2021-ci il tarixdə Firdovsiyə zəng edərək öz istifadəsi üçün narkotik vasitə lazım olduğunu bildirmiş. Firdovsi isə onda narkotik vasitə olan marixuana olduğunu, axşam ona zəng etməli olduğunu və ona yer dedikdən sonra gələ biləcəyini bildirmişdir. 31.07.2021-ci il tarixdə saat 19 radlərində Firdovsiyə zəng etmiş, Firdovsi ona yaşadığı Bum qəsəbəsindəki evinə gəlməsini bildirmişdir. Özü tək Qəbələ rayon Bum qəsəbəsinə Firdovsinin yaşadığı evə getmiş, Firdovsini çağırmış, Firdovsi həyətin giriş qapısının qarşısına gəlmiş, ona demiş ki, varsa 4-5 büküm marixuana versin. Firdovsi isə əynində olan gödəkcənin cib hissəsindən şəffaf qutunu çıxardaraq orada çoxlu sayda, yəni təxminən 30-40 bükümün içərisindən 3 büküm çıxararaq 3 bükümdən artıq verə bilməyəcəyini bildirmişdir. Firdovsidən bükümlərin birinin qiymətini soruşduqda, ona bükümün birinin 10 manat olduğunu bildirmişdir. Həmin vaxt Firdovsiyə hər büküm üçün 10 manat olmaqla 30 manat pul vermişdir. Firdovsi isə ona 3 ədəd ağ rəngli kağızda bükülü olan marixuana vermişdir. Marixuananı aldıqdan sonra evinə qayıtmışdır. Narkotik vasitəni gündəlik olaraq istifadə etmir. İşə gedən zaman bir qədər istifadə edirmiş ki, rahat işləyə bilsin. 03.08.2021-ci il tarixdə səhər saatlarında Qəbələ şəhərində Z.Əliyeva parkında oturacaqda oturub Firdovsi adlı şəxdən aldığı marixunanın bir bükümünü istifadə etmiş, həmin vaxt iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlamış və onlar polis əməkdaşı olduqlarını bildirərək üzərində nakotik vasitə olduğundan və narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməli olduğunu bildirmişlər. Həmin vaxt narkotik vasitə qəbul etdiyini bildirmiş və həmin ərazi gediş-gəlişli olduğu üçün onlardan şəxsi nüfuzunun düşməməsi məqsədi ilə baxışı Qəbələ rayon polis şöbəsinin inzibati ərazi dairəsində keçirilməsini xahiş etmişdir. Sonra Qəbələ rayon polis şöbəsinə gəlmişlər. Qəbələ RPŞ-nin inzibati ərazi dairəsində onun vəkili Firidun Osmanovun və hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilmiş, həmin vaxt üzərində olan tünd göy rəngli şalvarın arxa sağ cibindən şəffaf sellofanda olan 2 ədəd balaca ağ kağıza bükülü olan narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi 2 ədəd ağ kağıza bükülü olan narkotik vasitə tərəzi vasitəsi ilə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 03 avqust 2021-ci il tarixdə saat 11 radələrində polis əməkdaşlarının dəvəti ilə öz könüllü razılığı əsasında Qəbələ rayon polis şöbəsinə gələrək orada narkotik vasitə ilə qanunsuz məşğul olmaqda şübhəli bilinərək polis şöbəsinə gətirilmiş Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Ondan başqa baxışda polis əməkdaşları, digər hal şahidi və Firdovsinin vəkili iştirak etmişdir. Həmçinin video və foto çəkilişdən istifadə olunmuşdur. Baxış polis şöbəsinin inzibati binasının arxa hissəsində keçirilmişdir. Təhqiqatçı əvvəlcə Firdovsidən üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, əgər varsa çıxarıb təqdim etməsini təklif etmişdir. Firdovsi isə bildirmiş ki, narkotik çəkən olsa da üzərində hazırda heç bir narkotik yoxdur. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə təqdim etməsi təklif edildikdə, o, əyinindəki tünd göy rəngli şalvarın qabaq sol cibində siqaretinin olduğunu bildirmiş, sol əlini şalvarının qabaq sol cibinə salaraq həmin cibindən maqna adlı siqaretini çıxararaq önündəki masanın üzərinə qoymuş və özünə məxsus olduğunu bildirmişdir. Daha sonra isə Firdovsi Zeynelov üzərində olan tünd göy rəngli gödəkcənin ön cibindən 5 manatlıq, 10 manatlıq, 1 manatlıq əskinaz olmaqla ümumilikdə 97 manat pul çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2106 markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, baxış zamanı avtomobilin əvvəlcə yük yerinə, daha sonra isə avtomobilin sərnişinlər üçün nəzərdə tutulmuş salon hissəsinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs avtomobilində hər hansı narkotik vasitənin olub-olmadığı soruşulmuş, lakin Təqsirləndirilən şəxs avtomobilində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs məxsus Vaz 2106 markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirən zaman avtomobilin salonunun ön hissəsində yerləşən şitə birləşik qara rəngli qabda kağıza bükülü olan bükümlər aşkar edilmişdir. Bükümlər açıldıqda içərisində yaşıl rəngli kütlələrin olduğu müəyyən edilmişdir. Qabdakı ümumilikdə 22 ədəd olmaqla ağ damalı və yazılmış kağıza bükülü vəziyyətdə kütlələr avtomobilin ön hissəsindəki dəmir qabla birlikdə avtomobilin arxa hissəsindəki stolun üzərinə qoyularaq kağız bükümləri ilə birgə elektron tərəzidə çəkilmişdir. 22 ədəd kütlənin hər birinin ayrı-ayılıqda 0,2-0,5 qram aralığında olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitə olan marixuanaya bənzər yaşıl kütlə olan 22 ədəd bükümlər zərfə qoyularaq möhürlənmiş, qablaşdırılmış, üzəri tərəflərindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, həmin bükümdə olan narkotik vasitələr ona aid deyildir. Təqdim edilmiş əşyalar polis əməkdaşları tərəfindən götürülmüş və təhqiqatçı tərəfindən baxış protokolu tərtib edilərək ucadan oxunmuş, yenə də tərəflərində, polis əməkdaşları, həmçinin Fizuli Zeynalov və onun vəkili tərəfindən imzalanmışdır. Firdovsi isə avtomobilindən aşkar edilmiş narkotikadan xəbərinin olmadığını əsas gətirib protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, 03 avqust 2021-ci il tarixdə saat 07:30 radələrində Qəbələ şəhərində yerləşən Z.Əliyeva adına parkda bir nəfər şəxsin narkotik vasitə istifadə etməsi barədə məlumat almış, onun narkotik vasitə olan marixuananı əldə edib, hazırlayıb, daşımaqla saxlamaqda şübhəli olmasına dair daxil olmuş məlumat əsasında həmin gün saat 08 radələrində Qəbələ RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid9la Qəbələ rayon ərazisində yerləşən Z.Əliyeva adına parka getmişlər. Park ərazisində bir nəfər şəxsin şübhəli hərəkətlər etdiyini görmüş və ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsin narkotik vasitənin təsiri altında olması və aşkar şəkildə siqaret vasitəsilə narkotik vasitəni istifadə etməsi onlarda əsaslı şübhələr yaratmışdır. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib ondan üzərində narkotik vasitə olub-olmadığını şifahi sorğu etmiş, bu zaman həmin şəxs əynindəki tünd göy rəngli şalvarın cibindən iki ədəd sellafon torbadakı bükümləri göstərib onun içərisində narkotik tərkibli bitki olan marixuana olduğunu bildirmiş, lakin həmin yer ictimai yer olduğundan narkotik vasitəni polis əməkdaşlarına Qəbələ rayon polis şöbəsində təqdim etmək istədiyini bildirib üzərinə baxışın Qəbələ rayon polis şöbəsində aparılmasını xahiş etmişdir. Şəxsiyyəti onlara sonradan məlum olan Şahid1 xahişini nəzərə alaraq onunla birgə Qəbələ rayon polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində təhqiqatçının otağına gəlmişlər, orada Şahid1 və hal şahidlərinə hüquq və vəzifələri izah edilmiş, sonra müdafiəçisinin və hal şahidlərinin iştirakı ilə Şahid1 üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmazdan əvvəl Şahid1 üzərində narkotik vasitə olub-olmaması sorğu edilmiş, Şahid1 bildirmiş ki, onun əyinindəki tünd göy rəngli cins şalvarın sağ arxa cibində narkotik vasitə olan qurudulmuş marixuana vardır. Şahid1 həmin narkotik vasitəni təqdim edilməsi istənildikdə, o, könüllü olaraq sağ əlini şalvarının sağ arxa cibinə salaraq cibindən şəffaf sellafon torbada 2 ədəd ağ kağıza bükülünü təqdim etmişdir. Təqdim edilmiş sellafon torbadakı bükümlər açıldıqda içərisindən yaşıl rəngli kəskin iyə malik qurudulmuş marixunaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkildikdə ağ kağız ilə birgə çəkisinin 0.8 qram olduğu müəyyən edilmişdir. Şahid1 təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütləni haradan əldə etməsi barədə şifahi sorğu edildikdə, o, bildirmiş ki, şəffaf sellafon torbada 2 ədəd ağ kağıza bükülü olan narkotik vasitəni 31.07.2021-ci il tarixdə əvvəllər tanıdığı Qəbələ rayon Bum qəsəbə sakini “Qoçu” ləqəbli şəxsdən 30 manat müqabilində ancaq öz şəxsi istifadəsi üçün almışdır. Bundan sonra təqdim edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlələr təhqiqatçı tərəfindən qablaşdırılaraq üzəri möhürlənmiş, hal şahidləri və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, təhqiqatçı tərəfindən tərtib edilmiş axtarış və götürmə protokolu da ucadan oxunmuş, doğruluğu Şahid1, hal şahidləri, həmçinin, iştirak edən polis əməkdaşları tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı video və foto çəkiliş aparılmışdır. Bununla yanaşı Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparıldıqdan sonra şöbənin digər əməliyyat müvəkkilləri Elçin İsmayılov və digər polis işçiləri Şahid5 və Şahid6 ilə birlikdə Qəbələ şəhər ərazisində yerləşən Şahdağ yanacaqdoldurma məntəqəsinin yanına getmişlər. Orada “Qoçu” ləqəbli, Təqsirləndirilən şəxs adlı şəxsin avtomobilini sveteforun qırmızı işığında saxladığını gömüş və avtomobilə yaxınlaşmışlar. Qoçu ləqəblıi Firdovsi adlı şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər, eləcə də Firdovsidən nəqliyyat vasitəsini idarə etmək hüququnun olub-olmadığını soruşulmuşdur. Firdovsi isə sürücülük vəsiqəsinin olmadığını bildirmiş, buna görə də onun ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə edərək polis şöbəsinə kimi gətirmişdir. Həmin vaxt Firdovsi avtomobilin ön sərnişin oturacağında oturmuşdur. Beləliklə Təqsirləndirilən şəxs avtomobili ilə birlikdə polis şöbəsinə gətirərək təhqiqatçıya təhvil vermişlər. Daha sonra şəxsin üzərinə və avtomobilinə şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və baxış başlanmışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz vasitə olan narkotik vasitənin olub-olmadığı soruşulduqda, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını bildirmiş, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə təqdim etməsi təklif edildikdə o, əynindəki tünd göy rəngli şalvarın qabaq sol cibində siqaretinin olduğunu bildirmiş və sol əlini şalvarının qabaq sol cibinə salaraq həmin cibindən maqna adlı siqaretini çıxararaq önündəki masanın üzərinə qoymuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli gödəkcənin ön sol cibindən sağ əli ilə 11 ədəd 5 manatlıq, 4 ədəd 10 manatlıq, 2 ədəd 1 manatlıq əskinaz olmaqla ümumilikdə 97 manat pul çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2106 markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keşirilməsinə etirazının olmadığını bildirmiş, baxış zamanı avtomobilin əvvəlcə yük yerinə, daha sonra isə avtomobilin sərnişinlər üçün nəzərdə tutulmuş salon hissəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilində hər hansı narkotik vasitənin olub-olmadığı soruşulmuş, lakin Təqsirləndirilən şəxs avtomobilində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus Vaz 2106 markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirən zaman avtomobilin salonunun ön hissəsində yerləşən şitə birləşik qara rəngli qabda kağıza bükülü olan bükümlər aşkar edilmişdir. Bükümlər açıldıqda içərisində yaşıl rəngli kütlələrin olduğu müəyyən edilmişdir. Qabdakı ümumilikdə 22 ədəd olmaqla ağ damalı və yazılmış kağıza bükülü vəziyyətdə kütlələr avtomobilin ön hissəsindəki dəmir qabla birlikdə avtomobilin arxa hissəsindəki stolun üzərinə qoyularaq kağız bükümləri ilə birgə elektron tərəzidə çəkilmişdir. 22 ədəd kütlənin hər birinin 0,2-0,5 qram aralığında olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitə olan marixuanaya bənzər yaşıl kütlə olan 22 ədəd bükümlər zərfə qoyularaq möhürlənmiş, qablaşdırılmış, üzəri hal şahidləri tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, həmin bükümdə olan narkotik vasitələr ona aid deyildir. Təqdim edilmiş əşyalar polis əməkdaşları tərəfindən götürülmüş və təhqiqatçı tərəfindən baxış protokolu tərtib edilərək ucadan oxunmuş, yenə də özü, hal şahidləri və polis əməkdaşları, həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən imzalanmışdır. Baxış zamanı baxışı qeyd etdiyi ardıcıllıqla əks etdirən fotoşəkillər çəkilmiş, həmçinin baxışın əvvəlindən sonuna kimi videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün narkotik vasitənin avtomobilinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Məhkəmə iclasında şahidlər Şahid7 və Şahid9 Şahid8 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri qismində çalışır. Firdovsi təhqiqat bölməsinə təqdim edildikdən sonra onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi istintaq hərəkətində o, digər polis əməkdaşları, iki hal şahidi, Firdovsinin vəkili iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü surətdə təqdim etməsi təklif edildikdə, o, əyinindəki tünd göy rəngli şalvarın qabaq sol cibində siqaretinin olduğunu bildirmiş və sol əlini şalvarının qabaq sol cibinə salaraq həmin cibindən “Maqna” adlı siqaretini çıxararaq önündəki masanın üzərinə qoymuş və siqaretin özünə məxsus olduğunu bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli gödəkcənin ön sol cibindən sağ əli ilə 11 ədəd 5 manatlıq, 4 ədəd 10 manatlıq, 2 ədəd 1 manatlıq əskinaz olmaqla ümumilikdə 97 manat pul çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2106 markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, baxış zamanı avtomobilin əvvəlcə yük yerinə, daha sonra isə avtomobilin sərnişinlər üçün nəzərdə tutulmuş salon hissəsinə baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs avtomobilində hər hansı narkotik vasitənin olub-olmadığı soruşulmuş, lakin Təqsirləndirilən şəxs avtomobilində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus Vaz 2106 markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirən zaman avtomobilin salonunun ön hissəsində yerləşən şitə birləşik qara rəngli qabda kağıza bükülü olan bükümlər aşkar edilmişdir. Bükümlər açıldıqda içərisində yaşıl rəngli kütlələrin olduğu müəyyən edilmişdir. Qabdakı ümumilikdə 22 ədəd olmaqla ağ damalı və yazılmış kağıza bükülü vəziyyətdə kütlələr avtomobilin ön hissəsindəki dəmir qabla birlikdə avtomobilin arxa hissəsindəki stolun üzərinə qoyularaq kağız bükümləri ilə birgə elektron tərəzidə çəkilmiş, 22 ədəd kütlənin hər birinin ayrı-ayrılıqda 0,2-0,5 qram aralığında olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitə olan marixuanaya bənzər yaşıl kütlə olan 22 ədəd bükümlər zərfə qoyularaq möhürlənmiş, qablaşdırılmış, üzəri hal şahidləri tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, həmin bükümdə olan narkotik vasitələr ona aid deyildir. Təqdim edilmiş əşyalar polis əməkdaşları tərəfindən götürülmüş və təhqiqatçı tərəfindən baxış protokolu tərtib edilərək ucadan oxunmuş, yenə də özü, hal şahidləri və polis əməkdaşları, həmçinin Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən imzalanmışdır. Baxış zamanı baxışı qeyd etdiyi ardıcıllıqla əks etdirən fotoşəkillər çəkilmiş, həmçinin baxışın əvvəlindən sonuna kimi videoçəkiliş aparılmışdır. Məhkəmə iclasında şahidlər Şahid10 və Şahid11 Şahid5 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2021-ci il tarixli, 17/572 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Hal şahidləri. 1/imza/ Şahid4, 2./imza/ Şahid12, Vəkil /imza/ Firidun Osmanov..” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdəki 02 (iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,25 qram və 0,21 qram, ümumi təmiz çəkisi - 0.46 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, üzərində “Hal şahidi. 1./imza/ İlqar.C. 2./imza/ Əjdər.Ə Vəkil /imza/ Səfəralı. S...” oğlu sözləri və imzalar yazılmış zərfin içərisindəki 22 (iyirmi iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,21 qram, 0,26 qram, 0,17 qram, 0,51 qram, 0,27 qram, 0,23 qram, 0,25 qram, 0,24 qram, 0,25 qram, 0,23 qram, 0,19 qram, 0,28 qram, 0,24 qram, 0,21 qram, 0,13 qram, 0,19 qram, 0,31 qram, 0,22 qram, 0,21 qram, 0,15 qram, 0,17 qram, 0,22 qram, ümumi təmiz çəkisi - 5,14 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 01 ədəd zərfdəki sellofana bükülmüş 02 (iki) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar ilə digər 01 (bir) ədəd zərfdəki 22 (iyirmi iki) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonra 5,12 qram qurudulmuş marixuana qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X2 Məcburi X3 Komissiyasının 06 oktyabr 2021-ci il tarixli, 1203 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” 03 avqust 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdə saat 10:30-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qəbələ Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 4(025)-12/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin 29.05.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 263.2 və 264-cü maddələrinə əsasən və barəsində CM-nin 66.3 və 66.4-cü maddələri tədbiq edilməklə 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 22.10.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın çəkilməmiş 05 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 29 may 2014-cü il tarixli 1(025)-14/2014 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşdə olan Qəbələ rayon İcra və Probasiya şöbəsinin 24 noyabr 2021-ci il tarixli 95/77 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli 7(007)-1330/2018 saylı qərarı ilə ona təyin edilmiş əsas cəzasının çəkilməmiş 05 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, əlavə cəzası olan 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti isə 18.06.2021-ci il tarixdə bitmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən ehtiyatsızlıqdan və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə əvvəllər məhkum olunmuş şəxslər tərəfindən yenidən qəsdən cinayətin törədilməsi zamanı residivin müəyyən edilməsi nəzərə alınmır. Məhkəmə hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 29 may 2014-cü il tarixli 1(025)- 14/2014 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratmır. Lakin, məhkəmə hesab edir ki, 14.06.2018-ci il tarixdə əsas cəzasının çəkilməmiş 05 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən, yəni 18.06.2021-ci il tarixdən hesablandığından, məhkumluğu ödənilməmişdir (Azərbaycan Respublikası CM-nin 83.3.2-1 və 83.4-1 maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 03 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 5,12 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 5,12 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-51/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-51/2021
20.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver