Məhkəmə qərarları › İş №1(025)-52/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-52/2021

29.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-52/2021 29.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi X4, müdafiəçilər – Qəbələ rayon Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1949-cu ildə Qəbələ rayonu, Nic kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə və xx.xx.1979-cu ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs2 qanunsuz ağac kəsib sataraq qazanc əldə etmək məqsədi ilə Qəbələ rayon Nic qəsəbəsinin Yalğaşlı adlanan məhəlləsində yerləşən Nic bələdiyyəsinin mülkiyyətinə məxsus qəbiristanlıqda bitmiş iki ədəd göyrüş cinsinə mənsub ağacların onun mərhum qohumlarının qəbrlərinin üzərinə yıxılmaq təhlükəsinin olmasını bəhanə gətirərək, həmin ağacları Qəbələ rayon Vəndam qəsəbə sakini Təqsirləndirilən şəxs1 300 (üç yüz) manat pul müqabilində kəsdirib satmaq barədə razılığa gəldikdən sonra 11.02.2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin qəbiristanlıq ərazisinə gələrək Təqsirləndirilən şəxs1 ağacları kəsib doğrayaraq yük avtomobilinə yığıb aparmaq üçün özü ilə gətirdiyi motorlu mişar işlədən Şahid1, fəhlələr Şahid3, Şahid2 və sürücü Şahid4 ağacları qanuni şəkildə rəsmi icazə ilə kəsməsi barədə yalan məlumat verib və orada bitmiş 01 (bir) ədəd 76 sm və 01 (bir) ədəd 84 sm diametrində göyrüş cinsinə mənsub ağacları Təqsirləndirilən şəxs1 ilə birlikdə onlara göstərib, saat 10 radələrindən 16 radələrinə kimi qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan ağacların qanunsuz kəsilməsindən məlumatlı olmayan Ramil Məmmədova motorlu-mişarla kəsdirməklə, digər fəhlə kimi gətirdiyi yuxarıda qeyd edilən şəxslərə götüzdürməklə, meşə fonduna aid olmayan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən Təqsirləndirilən şəxs1 birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmi 02 (iki) ədəd olmaqla 4800,00 (dörd min səkkiz yüz) manat dəyərində göyrüş cinsinə məxsus ağacları qanunsuz kəsərək Zərərçəkmiş şəxsnə xeyli miqdarda ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs1 qanunsuz ağac kəsib sataraq qazanc əldə etmək məqsədi ilə Qəbələ rayon Nic qəsəbəsinin Yalğaşlı adlanan məhəlləsində yerləşən Nic bələdiyyəsinin mülkiyyətinə məxsus qəbiristanlıqda bitmiş iki ədəd göyrüş cinsinə mənsub ağacı qəsəbə sakini Təqsirləndirilən şəxs2 həmin ağacların onun mərhum qohumlarının qəbrlərinin üzərinə yıxılmaq təhlükəsinin olması bəhanəsi ilə satmasından istifadə edərək, sonuncudan 300 (üç yüz) manat pul müqabilində alaraq kəsib götürmək barədə razılığa gəldikdən sonra 11.02.2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin qəbiristanlıq ərazisinə gələrək ağacları kəsib doğrayaraq yük avtomobilinə yığıb aparmaq üçün özü ilə gətirdiyi matorlu mişar işlədən Şahid1, fəhlələr Şahid3, Şahid2 və sürücü Şahid4 ağacları qanuni şəkildə rəsmi icazə ilə kəsməsi barədə yalan məlumat verib və orada bitmiş 01 (bir) ədəd 76 sm və 01 (bir) ədəd 84 sm diametrində göyrüş cinsinə mənsub ağacları Təqsirləndirilən şəxs2la birlikdə onlara göstərib, saat 10 radələrindən 16 radələrinə kimi qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan ağacların qanunsuz kəsilməsindən məlumatlı olmayan Ramil Məmmədova 25 manat zəhmət haqqı kimi pul müqabilində motorlu-mişarla kəsdirib, digər fəhlə kimi gətirdiyi yuxarıda qeyd edilən şəxslərə 15 manat zəhmət haqqı kimi pul müqabilində götüzdürüb aparmış, bununla da meşə fonduna aid olmayan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən Təqsirləndirilən şəxs2la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmi 02 (iki) ədəd olmaqla 4800,00 (dörd min səkkiz yüz) manat dəyərində göyrüş cinsinə məxsus ağacları qanunsuz kəsərək Zərərçəkmiş şəxsnə xeyli miqdarda ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qəbələ rayon Nic qəsəbəsinin Yalğanışlı məhləsində yerləşən qəbiristanlıqda mərhum qohumlarının məzarları yerləşir ki, həmin məzar yerlərinin yerləşdiyi ərazidə təhlükəli vəziyyətdə olan ağaclar var. Atası Nuru ilə vaxtilə həmin qəbir daşlarının ətrafını daşla hasara alsalar da, hal-hazırda qəbir yerlərinin kənarındakı hasarlar ağaclar tərəfindən yararsız vəziyyətə düşmüşdür. Həmin ağaclar qəbirlərə təhlükə yaratdığından belə qərara gəlmiş ki, ağacları kəsib satsın və nə qədər pul əldə etsə həmin pulun üzərinə əlavə pul qoyaraq qəbirləri yenidən bərpa etdirsin. Bu məqsdlə tanışı İkrama sözügedən ağacları kəsib satmağı barədə adam tapmasını xahiş etmiş. İkram ona ağacları satmaq üçün Vəndam qəsəbə sakini Təqsirləndirilən şəxs1 tapmışdır. Yavər ağaclara baxıb orada kəsiləsi 3 ədəd göyrüş cinsinə məxsus yaş köküstə ağaclar olmuş ki, Yavər həmin ağacları kəsib götürməklə ona 400 manat pul verəcəyini deməklə ağacların kəsilməsi üçün icazənin olub olmamasını soruşmuş, Yavərə rəsmi icazə sənədinin olmadığını, lakin nəsə problem yaranarsa Nic Bələdiyyəsi ilə şifahi olaraq danışıb məsələni yoluna qoyacağını bildirmişdir. 11 fevral 2021-ci il tarixdə Yavər özü ilə birgə gətirdiyi motorist və iki nəfər fəhlə ilə qəbiristanlıq ərazisindən iki ədəd diametrlərini dəqiq bilmədiyi göyrüş cinsinə aid ağacları dib hissədindən kəsib götüzdürmuş və ona ümumilikdə 300 manat pul vermişdir. Lakin hava qaraldığından və eləcədə həmin ağacın olduğu yer münasib yerdə olmadığından ağacın kəsilməsinə çətinlik yaratdığı üçün qeyd olunan ağacı kəsə bilməmişdir. Yavər həmin günü onun göstərişi ilə kəsdirmiş olduğu ağacların kötüklərini yığaraq özü ilə aparıb getmişdir. Sonradan həmkəndlisi Şahid6 qeyd olunan ağacların kəsməsi barədə polisə şikayət etdiyini bilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 fevral 2021ci il tarixdə tanışı Qəbələ rayonu Nic qəsəbə sakini Şahid7 ona zəng vuraraq Qəbələ rayon Nic qəsəbəsinin Yalağaşlı məhləsinin qəbirstanlığında uzaq qohumu olan Təqsirləndirilən şəxs2 adlı şəxsin ölülərinin məzar yerlərində 3 ədəd göyrüş cinsinə məxsus ağaclar olduğunu həmin ağacların qəbirlərə təhlükə yaratdığından onları 400 manata satmasını demişdir. Ağacları kəsib satan Mübariz ilə mobil telefonda danışaraq ondan ağacları kəsmək üçün icazənin olub olması barədə soruşarkən Mübariz ona rəsmi icazə sənədinin olmadığını nəsə problem yaranarsa Nic Bələdiyyəsi ilə danışaraq məsələni özü yola qoyacağını bildirmişdir. Bu barədə ağac alışı ilə məşğul olan həmkəndlisi Aqilə demiş, Aqil ondan ağacların harada olmasını və kəsmək üçün rəsmi icazəsinin olub olmamasını soruşarkən Aqilə ağacların Nic qəsəbəsinin qəbiristanlıq ərazisində və ağacları kəsmək üçün rəsmi icazənin olduğunu demişdir. Aqil ağacları almaq üçün ona 400 manat pul vermişdir. 11 fevral 2021-ci il tarixdə saat 10 radələrində ağacları kəsib gətirmək üçün motorist kimi, həmkəndliləri Ramil, fəhlə kimi Qafqaz və Müşviq ilə birlikdə Nic qəsəbəsinə getmişlər. Nic qəsəbəsində Təqsirləndirilən şəxs2 ilə görüşərək Mübariz onları ağacların olduğu qəbiristanlıq ərazisinə aparmışdır. Matorist Ramilə və fəhlələr Qafqaz və Habilə ağacları kəsib götürülərək aparılması üçün rəsmi icazə alındığını bildirmişdir. Bundan sonra Ramil özünə məxsus matorla iki ədəd diametrlərini dəqiq bilmədiyi göyrüş cinsinə aid yaş kök üstə olan ağacları dib hissədən kəsərək aşırıb onun göstərişi ilə standart ölçülərə doğramışdır. Fəhlələr Müşviq və Qafqaz isə kötükləri bir kənara yığaraq toplamışlar. Axşam saat 17 radələrində hava qaraldığından eləcədə digər kəsiləsi 3-cü ağac çətin mövqedə olduğundan onu kəsdirə bilməmişdir. Bundan sonra kəsdirdiyi ağacların kötüklərini yığaraq aparmaq üçün digər həmkəndlisi Səbuhiyə zəng vuraraq məlumat vermişdir. Az sonra həmkəndlisi Səbuhi idarə etdiyi Ford markalı yük avtomobili ilə gələrək ağacların kötüklərini Səbuhinin yük avtomobilinə yüklədərək onları apararaq Aqilin həyətinə boşaltmışdır. Kəsdirmiş olduğu ağaclara görə Təqsirləndirilən şəxs2 300 manat pul vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələrini onların özlərinin etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyi həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X5 ifadəsində göstərmişdir ki, Qəbələ rayon Nic Bələdiyyəsində işləyir. Nic qəsəbəsi ərazisində 9 ədəd qəbirstanlıq var ki, həmin qəbirstanlıqlar Nic Bələdiyyəsinin mülkiyyətinə aiddir. 2021-ci ilin yanvar ayında Nic qəsəbə sakini Təqsirləndirilən şəxs2 Nic Bələdiyyəsinin sədrinə şifahi olaraq Nic qəsəbəsinin Yalğaşlı məhləsində yerləşən qəbirstanlıqda olan ölülərinin məzarlarına kənarında olan ağacların təhlükə yaratdığını buna görə həmin ağacları kəsmək istədiyini bildirmişdir. Bələdiyyənin sədri Təqsirləndirilən şəxs2 həmin ağacların kəsilməsinə razı olmayaraq ona bu barədə rəsmi olaraq Nic Bələdiyyəsinə müraciət etməsini, bundan sonra tərəfindən həmin məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəsmi olaraq müraciət edəcəyini və oradan icazə veriləcəyi halda həmin ağacları kəsməsini demişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs2 həmin məsələ ilə bağlı Nic Bələdiyyəsinə rəsmi qaydada müraciət etməmiş, 11.02.2021-ci il tarixdə Qəbələ RPŞ-nin TB-nin baş təhqiqatçısı X7 qəsəbəsi ərazisinə gələrək Yalğanışlı məhləsinin qəbirstanlıq ərazisindən qanunsuz olaraq göyrüş cinsinə məxsus ağacların kəsilməsi ilə bağlı qəsəbə sakini Şahid6 AR DİN-nin 102 xidmətinə zəng vuraraq mələmat verdiyini, bununla bağlı araşdırma aparıldığını bildirmişdir. Qəbirstanlıq ərazisinə gedib baxdıqda həqiqətəndə, qəbirstanlıq ərazisindən Təqsirləndirilən şəxs2 2 ədəd göyrüş cinsinə məxsus yaş köküstə olan ağacları qanunsuz olaraq kəsdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 11 fevral 2021-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs1 ona Qəbələ rayon Nic qəsəbəsi ərazisində olan qəbristanlıq ərazisində göyrüş cinsinə məxsus ağaclar olduğunu və həmin ağacları başqasından almaqla kəsilməsi üçün rəsmi icazəsinin olduğunu və onları kəsməsini xahiş etmişdir. Həmin tarixdə özünə məxsus motorlu mişarı götürməklə Nic qəsəbəsinə qəbirstanlıq ərazisinə getmişdir. Oraya getdikdən sonra Nic qəsəbə sakini Təqsirləndirilən şəxs2 ona qəbiristanlıq ərazisində olan ağacların ölülərinin qəbirlərinə təhlükə yaratdığını və buna görə ağacları kəsmək üçün Nic Bələdiyyəsindən rəsmi icazə aldığını və ağacları kəsib satmaqla həmin qəbirlərin kənarını təmir edəcəyini bildirmişdir. Buna görə Yalğanışlı məhləsində yerləşən qəbiristanlıq ərazisindən müxtəlif diametr və ölçüdə 2 ədəd yaş köküstə göyrüş cinsinə məxsus ağacları dib hissəsindən kəsib aşırmaqla Yavərin göstərişi ilə müxtəlif hissələrə doğrayıb təhvil vermişdir. Sözügedən iki ədəd ağacı kəsməsi müqabilində Yavər ona 25 manat pul vermiş. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayının əvvəllərində uzaq qohumu Nic qəsəbə sakini Təqsirləndirilən şəxs2 ona Qəbələ rayon Nic qəsəbəsinin Yalağaşlı məhəlləsinin qəbirstanlıq ərazisində bitmiş ağacların onun ölülərinin qəbirlərinə təhlükə yaratdığını bu səbəbdən həmin ağacları kəsmək üçün Nic Bələdiyyəsindən rəsmi olaraq icazə aldığını, həmin 3 ədəd göyrüş cinsinə məxsus ağacları kəsib satmaqla əldə olunmuş pula məzərların kənarlarını təmir etdirəcəyini və həmin ağacları satmaq üçün müştəri tapmasını xahiş etmişdir. Belə olub o, ağac alışı ilə məşğul olan əvvəlcədən tanıdığı Qəbələ rayon Vəndam qəsəbə sakini Yavər Abdullayevə zəng vuraraq bu barədə məlumat vermişdir. 11.02.2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs1 Nic qəsəbəsinin Yalağaşlı məhəlləsinin qəbiristanlıq ərazisinə gələrək özü ilə gətirdiyi motoristə 2 ədəd göyrüş cinsinə məxsus ağacları kəsdirib hissələrə doğratmış, fəhlələrə isə kötükləri bir kənara yığdırmışdır. Axşam olduğundan eləcədə digər 3-cü ağac çətin mövqedə yerləşdiyi üçün həmin ağacı kəsmək mümkün olmadığından Yavər həmin ağacı kəsdirə bilməmişdir. Axşam saat 17 radələrinə kimi Təqsirləndirilən şəxs1 2 ədəd ağacı kəsib qurtardıqdan sonra ağacların kötüklərini aparmaq üçün zəng vuraraq oraya yük maşını çağırmışdır. Az keçmiş yük maşını gələrək Yavər ağacların kötüklərini yük avtomobilinə yükləməklə özü ilə aparmışdır. İki ədəd kəsdirmiş olduğu ağaca görə Təqsirləndirilən şəxs2 300 manat pul vermişdir. Həmin 2 ədəd ağacın icazəsiz kəsilməsindən əvvəlcədən xəbəri və məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, 11 fevral 2021-ci il tarixdə saat 10 radələrində etibranbamə ilə idarə etdiyi Vaz 2107 markalı ** FM *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ rayon Vəndam qəsəbəsinin mərkəzində yerləşən Kapital banka aid bonkamatdan pul çıxarmağa getmişdir. Həmin vaxtı əvvəlcədən tanıdığı Qəbələ rayon Vəndam qəsəbə sakini Təqsirləndirilən şəxs1 Qabil oğlu onu görərək Qəbələ rayon Nic qəsəbəsi ərazisinə kəsib gətirilməsi üçün ağaclar olduğunu motorist Ramili, fəhlələr Müşfiqi və Qafqazı Nic qəsəbəsi ərazisinə aparmasını xahiş etmişdir. Yavərin xahişini nəzərə almaqla Yavəri motorist Ramili, fəhlələr Qafqazı və Müşviqi idarə etdiyi avtomobil ilə düşürdərək geri qayıtmışdır. Sonradan ona məlum olmuş ki, Nic qəsəbə sakini Təqsirləndirilən şəxs2 qəbirstanlıq ərazisində olan 2 ədəd göyrüş cinsinə məxsus ağacları Təqsirləndirilən şəxs1 qanunsuz satmış və Yavər həmin ağacları qanunsuz olaraq kəsdirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 11.02.2021-ci il tarixdə səhər saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs1 ona müraciət edərək Qəbələ rayon Nic qəsəbəsi ərazisində ağac aldığını və həmin ağacları fəhlə kimi yığaraq gətirməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 həmin ağacları harada olmasını və icazəsinin olub olmamasını soruşmuş. Yavər həmin ağacları Qəbələ rayon Nic qəsəbəsinin Yalğanışlı məhləsində qəbirstanlıq ərazisində olduğunu həmin ağacların göyrüş cinsinə məxsus olmaqla qəsəbə sakini Təqsirləndirilən şəxs2 ölülərinin məzarlarına təhlükə yaradaraq ziyanlıq gətirdiyini buna görə həmin ağacları kəsib satdığını və ağacların kəsilməsi üçün aidiyyəti qurumlardan rəsmi icazə alındığını bildirərək bunun üçün ona heç bir problem yaranmayacağını demişdir. Həmin tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs1 digər fəhlə Şahid3, motorist Ramil Məmmədov və Təqsirləndirilən şəxs1 Almaz adlı şəxsin idarə etdiyi vaz 2107 markalı avtomobili ilə Qəbələ rayon Nic qəsəbəsinə ağacların olduğu yerə gəlmişlər. Ramil Məmmədov motorlu mişar ilə 2 ədəd göyrüş cinsinə məxsus yaş şəkildə olan ağacları kəsib yerə yıxmaqla Yavərin göstərişi ilə hissələrə ayırmışdır. Onunla Müşviq isə kəsilmiş ağclardan doğranmış kötükləri kənara toparlamışlar. Sonra Yavər həmin kötükləri aparmaq üçün həmkəndlisi Səbuhiyə zəng vurmuş və az keçmiş Səbuhi idarə etdiyi Ford markalı avtomobil ilə oraya gələrək kötükləri həmin avtomobilə yükləmişlər. Buna görə Yavər Abbasələliyev ona fəhlə kimi 15 manat pul vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, 11 fevral 2021-ci il tarixdə saat 17 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 ona zəng edərək Qəbələ rayon Nic qəsəbəsi ərazisində ağaclar aldığını və həmin ağacları kəsib doğratdığını onları aparmasını bildirmişdir. Ford Transit yük markalı ** GK *** dövlət nömrə nişanlı avtomobil ilə Nic qəsəbəsinin Yalğanışlı məhləsinə gəlib Təqsirləndirilən şəxs1 ilə görüşərək, Yavər özü ilə əvvəlcədən gətirdiyi Müşviq və Qafqaz adlı şəxslər ilə birlikdə qəbirstanlıq ərazisindən göyrüş cinsinə məxsus ağaclardan kəsilərək doğranmış kötükləri onun idarə etdiyi yük avtomobilinə yüklədikdən sonra həmin kötükləri Təqsirləndirilən şəxs1 göstərişi ilə Qəbələ rayon Vəndam qəsəbə sakini Aqil Niftəliyevə məxsus həyətə gətirərək boşaltmışdır. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona Qəbələ rayon Nic qəsəbə sakini Mübariz adlı şəxsin qəsəbə ərazisində 3 ədəd göyrüş cinsinə məxsus ağacları 400 manata satdığını deyərək onları almağı təklif etmişdir. Yavərdən həmin ağacların harada olmasını və kəsmək üçün rəsmi icazənin olub olmamasını soruşarkən Yavər ona həmin ağacların Nic qəsəbəsinin ərazisində qəbiristanlıq ərazisində olduğunu və ağacların kəsilməsi üçün Ekologiya İdarəsindən və Nic Bələdiyyəsindən rəsmi olaraq icazə alındığını bildirmişdir. Belə olub Yavərə ağacları almaq üçün 400 manat pul vermişdir. Yavər 11.02.2021-ci il tarixdə motorist Ramili, fəhlələr Müşviqi və Qafqazı götürüək Nic qəsəbəsi ərazisinə gedərək 2 ədəd göyrüş cinsinə məxsus ağacları kəsməklə sürücü Səbuhinin yük avtomobili ilə gətirərək həyətinə boşaltmışdır. Yavər ona digər kəsiləsi 3-cü ağac çətin mövqedə yerləşdiyindən eləcədə hava qaraldığından onu kəsmək mümkün olmamış və kəsdirmiş olduğu 2 ədəd ağaca görə Mübarizə 300 manat pul verdiyini demişdir. Həmin ağacların kötüklərindən pilləkən fiquru düzəltməklə onları tanımadığı şəxsə satmış, 2 ədəd ağacın icazəsiz kəsilməsindən əvvəlcədən xəbəri və məlumatı olmamışdır. İşdə olan 02 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş 25 nömrəli məktubdan, həmin məktuba əlavə edilmiş maddi ziyanın hesablanması cədvəlindən görünür ki, Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yerləşən bələdiyyə mülkiyyətinə məxsus qəbiristanlıqdan 01 (bir) ədəd 84 sm və 01 (bir) ədəd 76 sm diametrində olmaqla cəmi 2 (dörd) ədəd göyrüş cinsinə mənsub ağaclarının köküstə yaş halda qanunsuz olaraq kəsilməsi nəticəsində dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 saylı qərarı ilə hesablanaraq 4800,00 (dörd min səkkiz yüz) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2021-ci il tarixli, 9/3695 saylı rəyindən görünür ki, Qəbələ rayon Nic Bələdiyyəsinin balansına aid qəbiristanlıqdan 2 ədəd göyrüş cinsinə məxsus ağacların qanunsuz kəsilməsi nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli 421 saylı qərarına əsasən təbiətə dəymiş ziyanın məbləği 4800,00 (dörd mün səkkiz yüz) manat müəyyən edilir. O, cümlədən 1.Göyrüş 84 sm 1x 2600,00 manat. 2.Göyrüş 76 sm 1x 2200,00 manat. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək barələrində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərinin ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdikləri etirafedici ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onların meşə fonduna daxil olmayan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onların əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət törətməsini, törətdiyi əməli etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, yaşlı olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət törətməsini, törətdiyi əməli etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində dörd azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar