Məhkəmə qərarları › İş №1(025)-53/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-53/2021

06.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-53/2021 06.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 və barəsində xüsusi ittiham qaydasında şikayət olunan X4 vəkili Müdafiəçi iştirakı ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasmda şikayətlə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayəti onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi Bakı şəhər sakini X7 əvvəlcədən tanıyır. 2018-ci ilin əvvəllərində İlkin Hüseynov ona Qəbələ şəhəri ərazisində iki ədəd fərdi yaşayış evi tikmək istədiyini, həmin evlərin tikintisində işlərin aparılmasına onun rəhbərlik etməyini xahiş etdi. Dövlət qulluqçusu olduğu üçün kommersiya işləri ilə məşğul ola bilməyəcəyini bildirmişdir. Buna görə tanışı iş icraçısı X18 Hüseynov ilə tanış etdi. Həmin vaxt onlara hər ikisinədə hesab işlərinin aparılmasında dəqiq olmasını dedi. 2018-ci ilin may ayından Qəbələ şəhər, A.Cavadov küçəsində iki ədəd fərdi yaşayış evinin tikintisinə başlanılmış, onların razılaşmasına görə X19 Hüseynova bir il müddətinə hər iki evi tikib təhvil verəcəyini demişdir. 2019-cu ilin may ayında Şahin Həsənov bir evi tam hazır edərək, digərini isə natamam vəziyyətdə İlkin Həsənova təhvil vermişdir. Sonra isə hesabat etmişlər, hesabat zamanı İlkin Hüseynov evlərin tikintisi zamanı israfçılığa yol verildiyini bildirmişdir, ilkin Hüseynov bir müddətində ona müxtəlif vaxtlarda müxtəlif miqdarda cəmi 8500 manat pul göndərmişdir. Həmin pulu Şahin Həsənova vermişdir. İlkin Hüseynovun onun 40000 manat pulunu mənimsəməsi ilə bağlı məlumatı şər böhtandır. 01.11.2019-cu il tarixdə Qəbələ şəhər sakinləri X8, X11 və digərləri X2 şəhərində tikdirdiyi evlərdə onları aldadıb fəhlə və usta qismində işlədərək 15000 manat pullarını ödəməkdən boyun qaçıraraq dələduzluq etməsi barədə ərizələri Qəbələ rayon prokurorluğuna daxil olmuş, həmin ərizə araşdırılması üçün Qəbələ RPŞ-nə göndərilmişdir. Həmçinin 05.11.2019-cu il tarixdə Bakı şəhər sakini X12 ona Qəbələ şəhərində ev tikmək üçün pul verdiyini, lakin onun 40000 manat pulunu mənimsəyərək usta və fəhlələrin pulunu verməməyim barədə Qəbələ RPŞ-nə ərizəsi daxil olmuşdur. Sözügedən ərizələr araşdırılmış və 11 noyabr 2019-cu il tarixdə Qəbələ rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X5 tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bundan sonra X12 onun barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli yalan məlumatları yayıb kütləvi nümayiş etdirməklə barəsində cəmiyyət arasında mənfi ictimai rəyi yaratmağa, cəmiyət arasında şərəf və ləyaqətini, nüfuzunu ləkələməyə başlamışdır. Belə ki, X12 onun barəsində həqiqətə uyğun məlumatları 24.10.2021-ci il tarixdə “ZAMANTV.az” internet saytında yaymışdır. Daha sonra İlkin Hüseynov 25.10.2021-ci il tarixdə “MUMTV” internet saytında barəsində böhtan xarakterli yalan məlumatları yayıb, cəmiyət arasında şərəf və ləyaqətimi, nüfuzunu ləkələməyə başlamışdır. Belə ki, yuxarıda adı qeyd etdiyi “ZAMANTV.az”, “MUMTV” internet saytlarında “hər bir dövlət məmurunun vəzifə borcu xalqına, dövlətinə layiqincə xidmət eləməkdir. Lakin bəzi məmurlar vəzifə səlahiyyətlərini aşaraq vətəndaşların inam və etibarından sui-istifadə edib onları dələduzluq yolu ilə aldadırlar. Belə məmurlardan bəziləri zamanında layiqli cəzalarını alsalarda, çox təəssüflər olsun ki, bəziləri yenə də öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Beləliklə xalqın dövlətə, hakimiyyətə olan inamını sarsıltmağa məruz qoyurlar. Bakı şəhər Qaradağ rayon Müşviq qəsəbə sakini X10 redaksiyaya müraciət edərək bildirir ki, 2017-ci ildə Qəbələ rayonunda fərdi yaşayış üçün torpaq sahəsi almaq istəyib. Tanışlarından biri ona Qəbələ RİH-də memarlıq şöbəsinin mütəxəsisi X3 ilə görüşüb tanış olmağı məsləhət görürlər. Əlimirzəyev Tahirlə tanış olaraq onun vasitəçiliyi ilə həyətyanı torpaq sahəsidə alır. Aralarında səmimi, isti münasibət quraraq tez-tez telefon əlaqələri saxlayırlar. Bu səmimiyyətdən əmələ gələn inam, etibarın nəticəsində Hüseyinov İlkin fərdi evinin tikintisini Tahir Əlimirzəyevə həvalə edir. Evin tikintisi üçün lazım olan bəzi inşaat materialları və digər xərclər üçün lazımı məbləğləri Tahirin istədiyi vaxtlarda zamanında göndərir. Beləliklə inam-etibardan sui-istifadə edən qarşı tərəf İlkin Hüseyinovun ümumilikdə əlli üç min manatını mənimsəyir. Bu məsələ ilə bağlı İlkin Hüseyinov 05.11.2019-cu il tarixində Qəbələ RPŞ-nə müraciət olunduqda ona, bu məsələnin cinayət xarakterli, işdə cinayət tərkibi olmadığını bildirdilər. Çarəsiz və pulsuz qalan Tahir Hüseyinov aidiyyatı qurumlardan kömək istəməklə bərabər mediadanda dəstək gözləyir. Məsələnin qaranlıq tərəflərini aydınlatmaq üçün mövzuya yenidən qayıdacağıq. Qarşı tərəf kimi Tahir Əlimirzəyevində mövqeyini işıqlandırmağa hazırıq” məzmunlu məlumat yayılmışdır. Göründüyü kimi “ZAMANTV.az” və “MUMTV” internet saytlarında X12 tərəfindən yayılmış məlumatlar Qəbələ rayon Polis şöbəsində araşdırılmış və 11 noyabr 2019-cu il tarixdə Qəbələ rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X5 tərəfindən “cinayət işinin? başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Yəni onun X9 dələduzluq edərək pulunu mənimsəməyi öz təsdiqini tapmamışdır. Sübuta yetirilməmiş hallarla bağlı onun haqqında belə məlumatların yayılması həmin məlumatların böhtan olmasına dəlalət edir. X12 bu əməllərindən əl çəkmir, onun barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli yalan məlumatları yayıb kütləvi nümayiş etdirməklə barəsində cəmiyyət arasında mənfi ictimai rəyi yaratmağa, cəmiyət arasında şərəf və ləyaqətimi, nüfuzumu ləkələməyə davam edir. Belə ki, yuxarıda qeyd etdiyi kimi X12 onun haqqında yalan olduğunu biləbilə, onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan onun dələduzluq etdiyini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakı ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) kimi cinayətin tərəfimdən törədildiyimi məlumatları kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında yayaraq ona böhtan atmaqla Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Beləliklə də, barəsində şikayət verilən şəxs X12 onun barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli yalan məlumatları yayıb kütləvi nümayiş etdirməklə barəsində cəmiyyət arasında mənfi ictimai rəyi yaratdığı üçün, mənim çalışdığı iş yeri üzrə və yaşadığı yer üzrə sakinlər arasıda nüfuzdan salan hərəkətlərə yol verdiyindən, şərəf və ləyaqətini, nüfuzunu ləkələdiyindən, onu az ağır cinayətlərin törətməkdə ittiham etməklə ona böhtan atdığından Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalanmalıdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması məhkəmədən xahiş olunur. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilmiş barəsində xüsusi ittiham qaydasında şikayət olunan X12 məhkəmənin hazırlıq iclasında iştirak etməmiş, lakin məhkəmə onun iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayətin materiallarını araşdırıb, hesab edir ki, xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X3 və barəsində xüsusi ittiham qaydasında şikayət olunan X4 vəkili Müdafiəçi xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Belə ki, xüsusi ittiham qaydasında şikayətin məzmunundan görünür ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilən məqalə “ZAMANTV.az” və “MUMtv.az” internet portalında dərc olunmuşdur. Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” bölməsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, “ZAMANTV.az” domeni internet portalı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (qanuni təmsilçi X13) adına qeydiyyatdan keçmişdir və qeydiyyat zamanı hüquqi ünvanı: “ünvan 1mçinin, Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” bölməsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, “MUMtv.az” domeni internet portalı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı altında (qanuni təmsilçi X14) adına qeydiyyatdan keçmişdir və qeydiyyat zamanı hüquqi ünvanı: “ünvan 2espublikası CPM-nin 67.3-cü maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, hər bir rayon şəhər məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. «Xüsusi İttiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 №-li qərarının 12-ci bəndindən görünür ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası CPM-nin 299.3.1-ci maddəsinə əsasən, məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxır. Həmin Məcəllinin 299.4.4-cü maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında müvafıq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin sonrakı hərəkəti barədə məsələlər həll edilir. Həmin Məcəllinin 300.1.4-cü maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 75, 299, 300.1.4-cü maddələrinin rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar