Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-56/2021 29.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Şəki rayonu, Qorxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəki rayonu, Qorxmuq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 oktyabr 2021-ci il tarixdə, saat təxminən 20 radələrində Qəbələ rayon, Yeni Dızaxlı kənd sakini Zərərçəkmiş şəxs məxsus 3800 (üç min səkkiz yüz) manat dəyərində olan “VAZ2107” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun satmaq məqsədi ilə üzərinə “satılır” elanı yazaraq saxladığı Qəbələ şəhər ərazisində yerləşən, “Star Petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında magistral yolun kənarında açıq ərazidən avtomobilin sürücü tərəfdən pəncərəsini sındırıb və açar hissəsini söküb vintaçan alət vasitəsilə işə salmaqla gizli yolla talayıb özü idarə edərək əvvəlcə Şəki şəhərinə yaşadığı həyətə aparmış, avtomobilin qapısının şüşəsini və açar hissəsini təmir etdikdən sonra həmin tarixdə avtomobilin oğurluq yolla əldə edilməsindən məlumatı olmayan Ağdam rayon Dördyolbir qəsəbə sakini Şahid1 1350(bir min üç yüz əlli) manat pul vəsaiti müqabilində satmış, bununla da Zərərçəkmiş şəxs məxsus ümumilikdə 3800 (üç min səkkiz yüz) AZN dəyərində əmlakı gizli yolla talayıb əvəzsiz və qanunsuz ələ keçirməklə oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şəki şəhərində qeydiyyatda olmaqla Şəki şəhəri Qorxmuq kəndində yaşayır. Rəsmi iş yeri olmadığından avtomobil alveri ilə məşğul olur. Belə ki, müxtəlif şəxslərdən avtomobil aldıqdan sonra həmin avtomobili təmir etdirib 200- 300 manat artıq qiymətə satır. 09.10.2021-ci il tarixdə özünə məxsus olan **-BV-*** nömrəli, VAZ21012 markalı avtomobili satmaq məqsədilə tək şəkildə Sumqayıt şəhərində yerləşən avtomobil bazarına getmişdir. 10.10.2021-ci il tarixdə isə qeyd etdiyi avtomobilini Sumqayıt şəhərində yerləşən avtomobil bazarında 8600 manat müqabilində satmış, daha sonra isə tanımadığı taksi ilə Bakı şəhərindən Şəki şəhərinə doğru hərəkət etməyə başlamışdır. Sumqayıt şəhərindən gələn zaman Xeyrəddin adlı tanışına zəng etmiş, çünkü Şamaxı şəhəri ərazisində üzü Şəki şəhər istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan Nissan markalı avtomobilin içərisində bir nəfər qadının ona baxdığını görmüş, eləcə də Şamaxı şəhərində həmin qadınla çay da içmişdir. Lakin, həmin qadının telefon nömrəsini ala bilməmiş, buna görə də Xeyrəddindən həmin qadının telefon nömrəsini almaq üçün xahiş etmiş və həmin qadının oturduğu taksi sürücüsünün idarə etdiyi avtomobilin nömrəsi 36 seriyası ilə başladığından həmin şəxsin idarə etdiyi avtomobilin Qəbələ rayon avtomobili olduğunu bilmişdir. Buna görə də tanışı Xeyrəddin Qəbələ şəhər sakini olduğundan həmin qadının nömrəsini almasını ondan xahiş etmişdir. Xeyrəddin isə həmin qadını tanımadığını, problem yarana biləcəyini və həmin qadının nömrəsini ala bilməyəcəyini bildirmişdir. Xeyrəddin adlı şəxslə telefon əlaqəsi bununla bitmişdir. Tanımadığı taksi ilə Şəki şəhəri istiqamətində gedərkən Qəbələ şəhər ərazisində yerləşən “Star Petrol” adlı yanacaqdoldurma məntəqəsinin qarşısından keçdikdə həmin yanacaqdoldurma məntəqəsinin yaxınlığında açıq sahəlikdə qırmızı rəngli “Vaz2107” markalı avtomobil saxlanıldığını və həmin avtomobilin üzərində “satılır” elanının yazıldığını görərək taksi sürücüsündən avtomobili saxlamasını xahiş etmiş və həmin taksi sürücünün gediş haqqını verərək yola salmışdır. Özü isə saat təxminən 16-17 radələrində tək şəkildə avtomobilin yaxınlığına yaxınlaşmış, avtomobilə baxan zaman Vaz2107 minik markalı, 36BL483 dövlət qeydiyyat nişanlı minik avtomobilinin bütün qapıları bağlı olmuş, avtomobilə baxan zaman avtomobilin qapılarının dördünün də açıq olub-olmadığını yoxlamışdır. Avtomobilə baxdıqdan sonra avtomobilin yanından uzaqlaşmış və orada tanımadığı taksi ilə Şəki şəhərinə doğru getmişdir. Şəki şəhərinə yaşadığı Qorxmuq kəndindəki evinə getmiş, evdə geyimini dəyişmiş, daha sonra isə evdə olan zaman “Star Petrol” adlı yanacaqdoldurma məntəqəsində gördüyü VAZ2107 minik markalı, **-BL-*** dövlət nömrə nişanlı minik avtomobilini oğurlayaraq sonradan satmağı qərarlaşdırmışdır. Buna görə də 10.10.2021-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı evdən çıxmış və tanımadığı taksi sürücüsü ilə Zarağan kəndinə gəlmişdir. Zarağan kəndində taksidən düşmüş, Zarağan kəndi ərazisindən Qəbələ şəhəri ərazisində yerləşən “Star petrol” adlı yanacaqdoldurma məntəqəsinə kimi piyada şəkildə gəlmişdir. VAZ2107 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yanına saat 20 radələrində çatmış, həmin vaxt avtomobilin yaxınlığında heç kimin olmadığını dəqiqləşdirdikdən sonra avtomobilin yanında olan daşlardan birini əlinə götürüb avtomobilin sürücü tərəfdən olan şüşəsini sındırmış və avtomobilin qapısını açmış, sürücü oturacağında oturmuş, avtomobilin açarı olmadığı üçün oturacağın sol hissəsində polda olan vintaçan aləti əlinə götürüb avtomobilin açar hissəsini sökmüş və həmin vintaçan alət ilə avtomobili işə salaraq əvvəlcə Oğuz rayonuna, daha sonra Şəki şəhərinə doğru irəliləmişdir. Evə getmədən tanıdığı şəxslərə, yəni avtomobil alverçilərinə zəng etmiş və satılıq avtomobil olduğunu, lakin sənədlərində problem olduğundan sadəcə söküntüyə yararlı olduğunu bildirmişdir. Tanıdığı şəxslərin içərisində Ağdam rayon sakini olan Vüqar adlı şəxsə də zəng etmiş, Vüqara satılıq avtomobil olduğunu, avtomobilin sənədlərinin düzgün olmadığını, etibarnaməsinin müddətinin bitdiyini və bu səbəblə də satdığını bildirmişdir. Vüqar da ona avtomobili özünün maddi imkanı zəif olduğundan almaq istəmədiyini, lakin Malik adlı şəxsə bu cür avtomobilin olduğunu deyə biləcəyini bildirmişdir. Malik adlı şəxslə Vüqara məxsus mobil telefon vasitəsilə əlaqə saxlamış, əlaqə zamanı Malikə avtomobilə dair etibarnaməsinin müddətinin bitdiyini, avtomobili öz adına keçirə bilmədiyini, sahibinin öldüyünü, avtomobilin sahibinin ailəsinin isə Rusiya Federasiyasında olduğunu, buna görə də sənədləşmə işində çətinlik çəkdiyini və avtomobilin “spisat”a, yəni söküntüyə yaradığını demişdir. Əlaqə zamanı hər ikisi Yevlax rayonu Malbinəsi kəndində görüşəcəklərini demişlər və belə olub avtomobili satmaq üçün Yevlax rayonuna getmişdir. Yevlax-Bərdə magistral yolunun 9-cu kilometrliyində Yun zavodunun yanında, Malbinəsi kəndi nişanının yanına tək getmişdir. Malikin yanına çatdığı zaman Malikin onu VAZ21015 markalı avtomobillə gözlədiyini görmüşdür. Malik avtomobildən düşüb onun oğurladığı VAZ2107 markalı, ** BL *** nömrəli avtomobilin yanına gəlmiş və avtomobilə baxmışdır. Həmin vaxt Malikin avtomobilində əyləşən Vüqar adlı şəxs avtomobildən yerə düşməmişdir. Vüqarla uzaqdan salamlaşmışdır. Malik ondan avtomobili nə üçün satdığını soruşmuş, o da Malikə avtomobili iki ay əvvəl Qəbələ şəhərindən etibarnamə ilə aldığını, avtomobilin sənədlərinin qaydasında olmadığını, yəni etibarnamənin müddətinin bitdiyini, avtomobilin qeydiyyat şəhadətnaməsində adı keçən sahibinin öldüyünü, həmin şəxsin ailəsinin isə Rusiyada olduğunu, buna görə də sənədləşmə apara bilmədiyini, avtomobilin sadəcə spisat edilərək söküntüyə yararlı olduğunu bildirmişdir. Malik də ona avtomobilə 1000 manat verəcəyini bildirmiş, Maliklə razılaşmamış, Malikə bildirmiş ki, avtomobilin spisat edilməsi üçün xərci çıxacaq, buna görə də 1800 manata satır. Daha sonra isə Malik onunla razlaşsa da, avtomobilə 1350 manat pul verəcəyini, yerdə qalan 450 manat pulu isə “spisat”, yəni siyahıdan çıxarma sənədini ona verdikdən sonra ödəyəcəyini bildirmişdir. Maliklə razılaşmış, Malik ondan Ağdam rayon Dördyolbir qəsəbəsinə gələ bilibbilməyəcəyini soruşmuş, Malikin arxası ilə Dördyolbir qəsəbəsi istiqamətində hərkət edərək avtomobili Ağdam rayon Dördyolbir qəsəbəsinə kimi gətirmişdir. Ağdam rayonun Dördyolbir qəsəbəsinin girişində avtomobili Malikdən 1350 manat pul alaraq Malikə satmışdır. Malikə avtomobili satan zaman ona avtomobilin oğurluq olması barədə heç bir məlumat verməmişdir. Eləcə də avtomobili satmazdan qabaq avtomobilin üzərində olan dövlət qeydiyyat nişanlarını da söküb götürmüşdür ki, Malik avtomobili sürən zaman avtomobili tanımasınlar. Lakin nömrələri sökən zaman Malikə nömrələri avtomobilin spisat edilməsi, yəni siyahıdan çıxarılması üçün lazım olduğunu demişdir. Malik dəfələrlə ondan avtomobilin oğurluq olubolmaması barədə soruşsa da, ona dəfələrlə avtomobilin özünə məxsus oduğunu, avtomobili yaxın vaxtlarda aldığını, lakin problemləri olduğu üçün ucuz qiymətə satdığını, avtomobilin oğurluq olmadığını bildirmişdir. Malikdən 1350 manat pulu 10.10.2021-ci il tarixdə saat təxminən 23:30 radələrində almışdır. Malik həmin vaxt ondan avtomobili nə üçün gecə vaxtı satdığını soruşmuş, o isə Malikə yol gələn zaman polis əməkdaşları avtomobili sənədləri qaydasında olmadığından saxlamamaları üçün gecə vaxtı satdığını bildirmişdir. Pulu Malikdən aldıqdan sonra avtomobilin 3 ədəd etibarnaməsini və dövlət qeydiyyat nişanlarını da özü ilə birlikdə görünməyən göy rəngli sellofan torbaya qoymaqla tanımadığı taksi ilə Şəki şəhərinə öz yaşadığı evə gətirmişdir. Daha sonra ona 15.10.2021-ci il tarixdə Qəbələ rayon polis şöbəsindən zəng gəldiyi üçün özündə olan VAZ2107 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin iki ədəd nömrə nişanını, 3 ədəd etibarnaməsini və qeydiyyat şəhadətnaməsini Qəbələ RPŞ-yə gətirib gəlmiş və etdiyi əməli etiraf etmişdir. Vüqar adlı şəxsin alverçi olduğunu bildiyi üçün və ona oğurladığı avtomobili satmaq üçün zəng etmişdir. Vüqarın avtomobilin oğurluq olmasından məlumatı olmamışdır. Xeyrəddin adlı şəxsə isə Sumqayıt şəhərindən Şəki şəhəri istiqamətində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolu ilə gələn zaman ondan qabaqdakı avtomobildə olan qadının nömrəsini alması üçün zəng etmiş, Xeyrəddinin avtomobil oğurlamasından məlumatı olmamışdır. Ağdam rayonu ərazisində Malik adlı şəxsə avtomobili satdıqdan sonra avtomobilin nömrələrini avtomobildən söküb üzərindəki çipləri onu izləmək mümkün olmaması üçün atmışdır. Avtomobili Malik adlı şəxsin sürməməsi üçün və Malik avtomobilin nömrə nişanlarını bilsə əgər avtomobilin kimə məxsus olduğunu öyrənməsi ehtimalı olduğu üçün nömrələri sökmüşdür. Avtomobili oğurlamaqda məqsədi avtomobili satıb qazanc əldə etmək olmuşdur. Malik adlı şəxsə 10.10.2021-ci il tarixdə VAZ2107 markalı, qırmızı rəngli, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili satan zaman avtomobilin əvvəlcədən oğurlayan zaman sındırdığı şüşəsini və yararsız hala saldığı açar hissəsini Malik adlı şəxs görməmişdir. Malikin avtomobilin şüşəsinin sınıq olmasından və açar hissəsinin yararsız halda olduğundan məlumatı olmamışdır, çünkü avtomobili oğurlayıb Şəki şəhərinə apardıqda Şəki şəhərində olan zaman avtomobilin pəncərəsini və açar hissəsini özü həyətdə dəyişmişdir. Avtomobili Malikə satan zaman pəncərə və açar hissəsi saz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirib, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərdi ki, Qəbələ rayon Yeni Dızaxlı kəndində yaşayır və Qəbələ rayon Yeni Dızaxlı kəndində daimi pasport qeydiyyatındadır. VAZ2107 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili 2020-ci ilin fevral ayında Bərdə rayonunda yerləşən avtomobil bazarına gedərək oradan 3300 manat müqabilində almış, həmin avtomobili aldıqdan sonra onu təmir etdirmişdir. Lakin, ona pul lazım olduğuna görə avtomobili satmaq qərarına gəlmiş, buna görə də 08.10.2021-ci il tarixdə saat təxminən 13 radələrində avtomobilini idarə edərək Qəbələ şəhəri ərazisində yerləşən “Star Petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı açıq ərazidə saxlamışdır. Avtomobili həmin yerdə saxlayan zaman üzərinə “satılır” elanı da vurmuşdur. Avtomobili saxlayan zaman avtomobilin qapılarını da bağlamışdır. 11.10.2021-ci il tarixdə qardaşı Vüqar ona zəng edərək avtomobilini satdığına görə təbrik etmiş, o da Vüqara avtomobilini satmadığını bildirmişdir. Avtomobilinin oğurlandığını düşünərək dərhal avtomobilini saxladığı “Star Petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığıdakı sahəliyə gəlmişdir. Həmin vaxt orada sadəcə qardaşı Vüqar olmuşdur. Avtomobili saxladığı yerə getmiş və orada avtomobilinə dair şüşə qırıntılarını aşkar etmişdir. Bununla da avtomobilinin oğurlandığını dəqiqləşdirmiş və DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, əslən Kəlbəcər rayonundandır, lakin 2006-cı il tarixdən etibarən Ağdam rayonunda yaşayır. Ağdam rayon Su idarəsində işləsə də, Ağdam rayonun Dördyolbir qəsəbəsində yaşamaqla həmin qəsəbədə yerləşən kiçik ölçülü avtomobil təmiri sexində avtomobil təmiri ilə məşğul olur. **-JM- *** dövlət qeydiyyat nişanlı, VAZ21154 minik markalı avtomobil dostu X2 adına olsa da, həmin avtomobili etibarnamə ilə idarə edir. Ağdam rayon sakini olan, onunla eyni qəsəbədə qalan Şahid3 adlı şəxsi uşaqlıqdandır ki, tanıyır. Şahid3 ona 10.10.2021-ci il tarixdə saat təxminən 19-20 radələrində xatırladığı qədər ***-***-**-** mobil nömrə ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək bir nəfər Arzuman adlı şəxsin köhnə və ucuz avtomobil satdığını bildirmiş, ondan avtomobil almaq istəyib-istəmədiyini soruşmuşdur. Vüqara avtomobilə baxıb bəyəndikdən sonra ala biləcəyini bildirmişdir. Həmin avtomobili almaqda məqsədi avtomobilin ehtiyat hissələrini satmaq olmuşdur. Buna görə də 10.10.2021-ci il tarixdə saat təxminən 20 radələrində tanışı Şahid3 ilə birlikdə yaşadığı Dördyolbir qəsəbəsində görüşmüşlər. Vüqarın mobil telefonu ilə Arzuman adlı avtomobil satan şəxslə danışmış, əlaqə zamanı Arzuman ona avtomobilin qeydiyyat şəhadətnaməsində olan avtomobilin sahibinin öldüyünü, buna görə də avtomobili sata bilmədiyini, eləcə də avtomobilin sahibinin ailəsinin Rusiyada olduğunu, buna görə də avtomobili adına keçirə bilmədiyi üçün satdığını bildirmişdir. Arzumanla Yevlax rayonun Malbinəsi kəndi ərazisində görüşmək üçün razılaşmış, belə ki, Arzuman ona Yevlax rayon Malbinəsi kəndində qonaq gəldiyini bildirmiş və onu da həmin kəndin giriş hissəsinə dəvət etmişdir. Daha sonra isə Vüqarla birlikdə Yevlax rayonu, Malbinəsi kəndinin giriş hissəsinə gedərək orada Arzuman adlı şəxsi gözləmiş, təxminən 5-10 dəqiqə Arzumanı gözlədikdən sonra Arzuman adlı şəxs Vaz2107 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli avtomobili idarə edərək kəndin giriş hissəsinə gəlmişdir. Öz avtomobilindən yerə düşüb Arzuman adlı şəxsin idarə etdiyi VAZ2107 markalı, qırmızı rəngli, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin yanına yaxınlaşmışdır. Vüqar isə onun avtomobilindən yerə düşməmişdir. Avtomobilə baxan zaman Arzuman avtomobili təxminən iki ay əvvəl Qəbələ şəhər sakinindən aldığını, avtomobilin etibarnaməsinin müddətinin keçdiyini, eləcə də avtomobilin sahibinin, yəni qeydiyyat şəhadətnaməsində adı keçən sahibinin öldüyünü, buna görə də avtomobilə dair etibarnamə əldə edə bilmədiyini, bu səbəblə də avtomobili rəsmi qaydada sata bilmədiyini, avtomobili yalnız ehtiyat hissələrinə ayırmaqla satmaq mümkün olduğunu bildirmiş və avtomobili təxminən 15 gün müddətində sıradan çıxaracağını, spisat edəcəyini bildirmişdir. Avtomobilin salon hissəsinə və çöl hissəsinə baxaraq avtomobili bəyənmiş, Arzumandan avtomobili 15 gün müddətində siyahıdan silinmə sənədini ona çatdıracağı halda avtomobili ondan ala biləcəyini demişdir. Arzuman da ona avtomobilin siyahıdan silinmə sənədlərini 15 gün ərzində ona çatdıracağını bildirmiş, Arzumandan avtomobili nə üçün gecə vaxtı satdığını soruşduqda o, qaynatası gilə, yəni Yevlax rayon Malbinəsi kəndinə qonaq gəldiyi üçün satdığını qeyd etmiş, Arzuman orada ondan avtomobilə nə qədər pul verə biləcəyini dəfələrlə soruşmuş, lakin avtomobilə qiymət təyin etməmişdir. Arzumana bildirmiş ki, özü ona avtomobilin qiymətini, neçəyə satdığını desin. Arzuman isə ona 1800 manat müqabilində avtomobili sata biləcəyini bildirmiş, Arzumana avtomobili 1000 manata ala biləcəyini demiş, Arzuman isə ona avtomobili siyahıdan silinməsi zamanı xərcinin çıxacağını bildirmiş, buna görə də 1800 manat müqabilində avtomobili almaq üçün razılaşmışlar. Lakin, Arzumana 1350 manat pul vermiş, yerdə qalan 450 manat pulu isə ona sözü gedən siyahıdan çıxarma sənədini ona təqdim etdikdən sonra verəcəyini bildirmiş, beləliklə razılaşmışlar. Üstündə nəğd pul olmadığı üçün və özünə məxsus olan maaş kartında pul olduğu üçün Ağdam rayon ərazisində yerləşən Kapital Banka məxsus bankomatdan 1499 manat pul çəkmiş, daha sonra isə Ağdam rayonun Dördyolbir qəsəbəsinin mərkəzi hissəsinə gəlmiş, Arzuman onu həmin qəsəbədə gözləyirmiş, çünkü Malbinəsi kəndindən onun yaşadığı Dördyolbir qəsəbəsinin arasında məsafə çox olmuş, Ağdam rayonun Dördyolbir qəsəbəsinin giriş hissəsində onu gözləyən Arzumanın yanına yaxınlaşmışdır. O, ** BL *** dövlət qeydiyyat nişanlı, Vaz2107 minik markalı avtomobilin içərisində onu gözləyirmiş, idarə etdiyi VAZ21154 minik markalı, **-JM-*** nömrəli avtomobildən düşərək Vaz2107 minik markalı, qırmızı rəngli avtomobilin qarşısına gəlmiş, həmin vaxt Arzuman adlı şəxs də Vaz2107 minik markalı avtomobilin qarşısında olmuş, Dördyolbir qəsəbəsinin girişində 1350 manat pulu sayaraq Arzumana vermiş, Arzuman da pulu sayaraq öz cibinə qoymuşdur. Həmin vaxt Arzuman da avtomobilin nömrə nişanlarını sökmüş, eləcə də avtomobilin texpasportunu, yəni qeydiyyat şəhadətnaməsini və etibarnamələrini də özü ilə birlikdə götürmüş, ondan soruşmuş ki, nə üçün nömrələri sökür, Arzuman da ona nömrələri spisat etdirmək üçün lazımalı olduğunu demişdir. Daha sonra Arzuman nömrələri və avtomobilin sənədlərini özü ilə birlikdə götürüb Malbinəsi kəndi istiqamətində getmişdir. Birbaşa olaraq avtomobili həyətinə gətirmiş, lakin avtomobili bu günə qədər heç bir hissəsini dəyişmədən və əl vurmadan avtomobili həyətində saxlamış ki, Arzuman ona həmin avtomobilin spisat (siyahıdan silinmə) sənədini verdikdən sonra avtomobili hissələrə ayırıb satsın. 15.10.2021-ci il tarixdə isə Qəbələ RPŞ-dən ona zəng gəldikdən sonra ona məlum olmuş ki, həmin avtomobili Arzuman oğurlayaraq ona satıbdır. Lakin, həmin avtomobilin oğurluq olması barədə məlumatı olmamışdır. 15.10.2021-ci il tarixdə həmin ** BL *** dövlət qeydiyyat nişanlı, VAZ2107 markalı, qırmızı rəngli minik avtomobilini özü idarə edərək könüllü şəkildə Qəbələ RPŞ-yə gətirib təhvil vermişdir. Vaz2107 minik markalı avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. 10.10.2021-ci il tarixdə Arzuman adlı şəxsdən Vaz2107 minik markalı, qırmızı rəngli avtomobili alan zaman avtomobilin şüşə hissəsi qırıq vəziyyətdə və avtomobilin açar hissəsi nasaz vəziyyətdə olmamışdır. Arzuman adlı şəxsdən avtomobili alan zaman avtomobilin müqabilində 1800 AZN pul qarşılığında razlaşmış və Arzumana 1350 manat pul vermiş, avtomobilin ucuz olması onda avtomobilin oğurluq olması barədə şübhə yaratmamış, çünkü Arzumanın özündən də soruşmuş ki, avtomobil oğurluqdur, ya yox, Arzuman da ona avtomobilin oğurluq olmadığını, avtomobilin özünə məxsus olmaqla iki ay əvvəl Qəbələ şəhər sakinindən aldığını bildirmiş, eləcə də Arzuman ona avtomobilin sahibi öldüyündən və sənədləşmə işini apara bilməyərək heç kimə sata bilmədiyindən spisat etdirərək ucuz satdığını bildirmişdir. Həmçinin həmin avtomobilin sənədləri düzgün olsaydı onun qiyməti təxminən 3 min manat olarmış, o da həmin avtomobilin qarşılığında 1350 manat pul Arzumana vermiş və 450 manat da pulu Arzuman ona avtomobilin “spisat”, yəni siyahıdan çıxarma sənədini verdikdən sonra verəcəkmiş. Arzumana ümumilikdə 1350 manat pul vermiş, lakin sonradan Arzuman onun 1350 manat pulunu geri qaytarmışdır. Buna görə də heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, əslən Ağdam rayonundandır. Şəki şəhər sakini Arzuman adlı şəxsi təxminən 5 ildir ki, tanıyır. Arzuman adlı şəxsin avtomobil alveri ilə məşğul olduğunu Bərdə rayonu ərazisində yerləşən avtomobil bazarında avtomobil alveri ilə məşğul olduğu üçün tanımışdır. Belə ki, özü də ara-sıra avtomobil alveri ilə məşğul olur. 10.10.2021-ci il tarixdə Arzuman adlı şəxs ona zəng edərək spisata gedən avtomobil satdığını bildirmiş və ondan avtomobil almaq istəyib-istəmədiyini soruşmuşdur. O isə ona avtomobil almaq üçün maddi imkanının olmadığını bildirmiş, lakin tanışı Malik adlı şəxsdən avtomobil almaq istəyib-istəmədiyini soruşa biləcəyini Arzumana bildirmişdir. Beləliklə, tanışı Malikdən spisata gedən avtomobili almaq fikrinin olub-olmadığını soruşmuş, Malik isə avtomobilə baxdıqdan sonra alıb-almayacağına qərar verəcəyini bildirmiş, belə olub 10.10.2021-ci il tarixdə Maliklə Dördyolbir qəsəbəsində görüşmüşdür. Malik onun mobil telefonu vasitəsilə Arzuman adlı şəxslə əlaqə saxlamış, ona da həmin vaxt məlum olmuş ki, Arzuman adlı şəxsin satmaq istədiyi avtomobilin qeydiyyat şəhadətnaməsində olan avtomobilin sahibi ölmüş, buna görə də avtomobili sata bilmir, eləcə də avtomobilin sahibinin ailəsi də Rusiyadadır, buna görə də avtomobili adına keçirə bilmir, avtomobili spisat edərək satır. Daha sonra isə Maliklə birlikdə Yevlax rayonu, Malbinəsi kəndinin giriş hissəsinə gedərək orada Arzuman adlı şəxsi gözləmişlər, təxminən 5-10 dəqiqə Arzumanı gözlədikdən sonra Arzuman adlı şəxs Vaz2107 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli avtomobili idarə edərək kəndin giriş hissəsinə gəlmişdir. Malik avtomobildən yerə düşüb Arzuman adlı şəxsin idarə etdiyi VAZ2107 markalı, qırmızı rəngli, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına yaxınlaşmışdır. O isə həmin vaxt ağrıdığı üçün Malikin avtomobilindən yerə düşməmişdir. Malik və Arzuman yerdə təxminən 5 dəqiqə söhbət etdikdən sonra Malik yenidən avtomobilə gəlmiş və avtomobili idarə edərək Dördyolbir qəsəbəsi istiqamətində sürmüşdür. Həmçinin Arzuman adlı şəxs də VAZ2107 markalı, qırmızı rəngli avtomobili özü sürərərək Dördyolbir qəsəbəsinə gətirmişdir, Malik orada maaş kartından pul çıxartmışdır. Belə olub Arzuman avtomobili Dördyolbir qəəbəsinin girişində qoymuş, özü isə yenidən geri qayıtmışdır. Malikdən avtomobili neçəyə aldığını soruşduqda o, avtomobilin alınması müqabilində Arzumanla 1800 manata razılaşdığını, lakin 1350 manat pulu Arzumana verdiyini, Arzuman ona spisat kağızını, yəni avtomobilin siyahıdan silinmə kağızını verdikdən sonra Arzumana yerdə qalan 450 manat pulu da verəcəyini bildirmişdir. Daha sonra evinə getmişdir. 10.10.2021-ci il tarixdə Arzuman adlı şəxs ona zəng edərək satılıq avtomobil olduğunu bildirsə də, avtomobilin oğurluq olduğunu deməmişdir. 10.10.2021-ci il tarixdə Arzuman adlı şəxsdən Vaz2107 minik markalı, qırmızı rəngli avtomobili Malik adlı tanışı alan zaman avtomobilin şüşə hissəsinin qırıq vəziyyətdə olduğunu və avtomobilin açar hissəsinin nasaz vəziyyətdə olduğunu görməmişdir. Arzuman və Malik avtobilin satışı ilə əlaqədar ona hər hansı bir məbləğdə pul vəsaiti verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Qəbələ rayon Yeni Dızaxlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs özünə məxsus VAZ2107 minik markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili 2020-ci ilin fevral ayında Bərdə rayonu ərazisində yerləşən avtomobil bazarından 3300 manat müqabilində almış, lakin sonradan avtomobili təmir etdirmişdir. Buna baxmayaraq qardaşı İlqarın pula ehtiyacı olduğundan 08.10.2021-ci il tarixdə həmin VAZ2107 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədilə Qəbələ şəhər ərazisində yerləşən “Star Petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı açıq sahəliyə qapılarını bağlamaq şərti ilə saxlamışdır. Həmin avtomobilin oğurlandığını özü aşkar etmişdir. Belə ki, 11.10.2021-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı evdən çıxıb özünə məxsus VAZ2106 minik markalı avtomobil ilə üzü Qəbələ şəhəri istiqamətində yerləşən ASAN xidmət mərkəzinə gedən zaman “Star Petrol” adlı yanacaqdoldurma məntəqəsinin yanından keçdikdə qardaşı İlqara məxsus avtomobilin yerində olmadığını görmüş və düşünmüş ki, qardaşı İlqar avtomobili satıb, buna görə qardaşı İlqara saat 16 radələrində zəng edərək onu təbrik etmək istədikdə qardaşı İlqar ona avtomobili satmadığını bildirmiş, beləliklə onda şübhə yaranmış ki, həmin avtomobil oğurlanmışdır. Belə olub dərhal idarə etdiyi Vaz2106 markalı avtomobil ilə qardaşı İlqara məxsus Vaz2107 markalı, qırmızı rəngli avtomobilin əvvəlcədən yerləşdiyi yerə, yəni “Star Petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı açıq sahəliyə getmişdir. Həmin vaxt tək olmuşdur. Daha sonra həmin yerə qardaşı İlqar da gəlmiş, avtomobilin əvvəlcədən saxlandığı yerdə şüşə qırıqlarını görüb DİN-in “102” xidmətinə zəng etmiş, daha sonra onlara məlum olmuş ki, həmin avtomobili oğurlayan şəxs Şəki şəhər sakini Arzuman adlı şəxsdir. Daha sonra polis şöbəsinin əməkdaşları tərəfindən qardaşı İlqara məxsus olan avtomobil ona geri qaytarılmış və qardaşına dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14.10.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qəbələ şəhər ərazisində yerləşən “Star Petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı açıq sahəlikdən Zərərçəkmiş şəxs məxsus VAZ2107 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin oğurlanması ilə əlaqədar Qəbələ RPŞ-nin inzibati ərazisində Şahid1 könüllü olaraq RPŞ-yə gətirdiyi VAZ2107 minik markalı, qırmızı rəngli üzərində dövlət nömrə nişanları olmayan avtomobilə baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd olunan VAZ2107 minik markalı, qırmızı rəngli avtomobili Ağdam rayon sakini Şahid1 10.10.2021-ci il tarixdə Ağdam rayon ərazisində Şəki şəhər sakini Arzuman adlı şəxsdən 1350 manat müqabilində almış, Şahid1 avtomobilin alqısatqısında 1800 manat pul müqabilində razılaşmış, Arzuman adlı şəxs Şahid1 avtomobilin etibarnaməsinin müddəti bitməsi səbəbi ilə və avtomobilin sahibinin ölməsi səbəbi ilə adına keçirə bilmədiyindən avtomobilin siyahıdan çıxarılacağını bildirdiyi üçün yerdə qalan 450 manat pulu Arzuman “spisat”, yəni siyahıdan çıxarılma sənədini Şahid1 verdikdən sonra verəcəkmiş, buna görə də Şahid1 avtomobilin heç bir hissəsini sökməmiş, Arzumanın ona “spisat”, yəni siyahıdan çıxarılma sənədini verməsini gözləmişdir. Şahid1 bildirmiş ki, Arzuman ona avtomobili satan zaman avtomobilin pəncərəsi və açar hissəsi nasaz olmamışdır. Baxış keçirilən zaman Şahid1 avtomobilin dövlət qeydiyyat nişanlarının nə üçün üzərində olmadığı barədə soruşulduqda o, nömrələri Arzuman adlı şəxs avtomobili ona satan zaman avtomobilin üzərindən sökdüyünü, “spisat”, yəni siyahıdan çıxarılma üçün nömrələrin də lazım olduğunu dediyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 16 oktyabr 2021-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkətinin keçirilməsi zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əyani şəkildə 10.10.2021-ci il tarixdə oğurladığı VAZ2107 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığı Qəbələ şəhər ərazisində yerləşən “Star Petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı açıq sahəliyi, daha sonra VAZ2107 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobilin yerləşdiyi yeri, avtomobilin özü tərəfindən sındırılmış pəncərəsinin sınıqlarını göstərmiş və həmin şüşə sınıqlarının oğurladığı VAZ2107 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən göndərilmiş 19 noyabr 2021-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/7834 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1991-ci il buraxılışlı, VAZ2107 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 3800,00 manat müəyyən edilmişdir. İş materiallarında olan Şəki RMX PHŞ-dən daxil olmuş 03.12.2021-ci il tarixli, 1219/1 saylı məktubdan görünür ki, Şəki şəhəri, Qorxmuq kəndində qeydiyyatda olan, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs RMX-nın PHŞ-nin poliklinika şöbəsinin narkoloji xəstəlikləri kabinetlərində qeydiyyatda deyildir. İş materiallarında olan Şəki rayon psixiatriya xəstəxanasından daxil olmuş 04.12.2021-ci il tarixli, 1317 saylı məktubdan görünür ki, Şəki şəhəri, Qorxmuq kəndində qeydiyyatda olan, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki rayon psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Şəki şəhər İcra Hakimiyyətinin Başçısının Qoxmuq kənd nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Şəki şəhər İcra Hakimiyyətinin Başçısının Qoxmuq kənd nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli, 750 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Qoxmuq kəndində qeydiyyatda olmaqla həmin kəndində yaşayır. Ailə tərkibi atası X6, anası X4, arvadı X5 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs gizli yolla özgə əmlakını talayaraq oğurluq cinayətini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər sübutlarla tam təsdiqini tapır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. Bundan başqa, Plenumun həmin Qərarında göstərilir ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində zərərçəkmiş şəxsə vurulmuş ziyanın aradan qaldırmasını və onunla barışıq əldə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs həmin gün saat 17:40-da şübhəli şəxs qismində tutulmuş və 17 oktyabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həmin gün saat 15:00-da saxlandığı Qəbələ RPŞ-nin MSY-dən azad edilmişdir. Ona görə də onun şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azırbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günün islah işləri növündə cəzanın dörd gününə hesablamaqla təyin olunan islah işləri cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış “VAZ 2107” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibnə qaytarılmasını nəzərə alır. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 06 (altı) ay müddətə islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixdən 17 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin islah işləri cəzasının dörd gününə hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmanın başlandığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “VAZ 2107” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-56/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-56/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver