Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-6/2023 01.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X5 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X7, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, "xxxx" MMC-də xidmətlər üzrə koordinator işləyən, subay, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ev 43 C, korpus 6/2, mənzil 112 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdə, saat 08 radələrində, ayıq vəziyyətdə, idarə etmə hüququ olmaqla Qəbələ rayonunun Həmzəlli kəndi ərazisində maksimum sürət həddi 60 km/saat nəzərdə tutulmuş yolda özünə məxsus idarə etdiyi “MİTSUBİSHİ PAJERO” minik markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonunun Həmzəlli kəndi istiqamətindən Qəbələ şəhəri istiqamətinə yolun sağ hərəkət hissəsi ilə 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda və adı çəkilən qanunun yuxarıda sadalanan tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, cinayətkarcasına özünə güvənmə və etinasızlığı səbəbindən həmin qaydaları kobud surətdə pozub, Qəbələ rayonunun Həmzəlli kənd tam orta məktəbinin qarşısında piyada keçidinin üstündə yolun sağından soluna tərəf keçən və 6,10 metr məsafə qət etmiş Qəbələ rayonunun Həmzəlli kənd sakini xx.xx.1970-ci il təvəllüdlü X6 həmin piyada keçidinin üzərində avtomobilin ön sol hissəsi ilə vurmuş və ehtiyyatsızlığından sonuncunun hadisə zamanı aldığı koma İV tip, travmatik şok, baş beyin toxumasının əziyi, sol ağ ciyərin əzilməsi, sol tərəfli hemopnevmatoraks, sol ön qoltuq altı xətt üzrə, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX orta kürək xətt üzrə İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ, Xİİ qabırğalarının yerini dəyişən sınığı, İ boyun fəqərəsinin sol ön qövsünün yerdəyişən sınığı, sağ arxa qövsünün xətti sınığı, sağ yuxarı artikulyar oynaqda yerdəyişən sınıq, fəqərə stabilliyinin pozulması, atlasın dislokasiyası, İ bel fəqərə cisminin üst körpüsünün ön hissəinin yerdəyişən sınığı, V bel və oma fəqərə cisimlərinin sol yan çıxıntılarının sınığı, sağ bud sümüyünün distal diafizinin yerdəyişən sınığı, burunun əzilmişcırılmış yarası, başın yumuşaq toxumasına qansızma, qarının ön divarının, sol saidin bayır yuxarı 1/3-nin, sol dizin ön səthinin, hər iki əllərinin üst səthinin sıyrıqları, döş qəfəsinin və qarının ön hissəsinin qançırı kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aid bədən xəsarətlərindən xx.xx.2022-ci il tarixdə saat 06:30 radələrində müalicə aldığı Bakı şəhəri 1 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, anket məlumatlarda göstərilən ünvanda yaşayır. ünvan 4a həmin yerə gəlir. Hadisədən təxminən 2-3 gün əvvəl evinə baş çəkmək üçün özünə məxsus MİTSUBİSHİ Pajero minik markalı ** OL *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərindən Qəbələ rayonunun Xırxatala kəndinə gəlmişdir. Qəbələ rayonunda bir neçə gün qaldıqdan sonra Bakı şəhərinə getmək üçün həyətindən meyvə toplayıb avtomobilinə yükləyib qonşusu Asimlə birlikdə 25 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində kənd ərazisindən çıxıb idarə etdiyi MİTSUBİSHİ Pajero minik markalı ** OL *** dövlət nömrə nişanlı avtomobillə Həmzəlli kəndinin ərazisindən keçməklə Qəbələ şəhəri istiqamətinə hərəkət etmişdir. Həmin vaxt qonşusu Asim onun idarə etdiyi avtomobilin ön sağ oturacağında əyləşmiş, ikisindən başqa avtomobilidə heç kim olmamışdır. Avtomobilini Həmzəlli kəndinin ərazisində asvalt örtüklü yolun sağ hərəkət hissəsi ilə saatda təxminən 50-60 km sürətlə hərəkət etdirmiş və Qəbələ rayonu Həmzəlli kənd tam orta məktəbinin qarşısında olarkən gözünə günəş işığı düşdüyü üçün yolu görə bilməyib piyada keçidinin üzərində yolun sağından soluna tərəf keçən piyada, sonradan şəxsiyyəti ona məlum olan Mehparə Muxtarovanı idarə etdiyi avtomobilin ön sol tərəf ilə ehtiyatsızlıqdan bədəninin sol tərəfindən vurmuş və zərbədən sonuncu asvalt üzərinə düşərək bədən xəsarəti almışdır. Hadisədən sonra dərhal avtomobilini saxlayıb yerə düşərək piyadaya ilk tibbi yardım göstərmiş, bundan sonra hadisə yerinə 103 Təcilli Tibbi yardım avtomobili çağıraraq X13 rayon Mərkəzi xəstəxanasına göndərmişdir. Daha sonra isə hadisə yerində dayanaraq polis əməkdaşlarının gəlməsini gözləmiş, bi qədər sonra hadisə yerinə gələn Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən keçirilən hadisə yerinin baxışında iştirak etmişdir. Baxışdan sonra sərxoşluq müayinəsindən keçmək üçün Qəbələ rayon mərkəzi xəstəxanasına gedərək narkoloq həkim tərəfindən yoxlanılmış, eləcə də tibb bacısı tərəfindən ondan qan nümunəsi götürülmüşdür. Ardınca Qəbələ RPŞ-nə gələrək mövcud hadisə ilə bağlı müstəntiq tərəfindən izahatı alınmışdır. Mehparə Muxtarova bir neçə gün sonra müalicə olunması üçün tərəfindən Bakı şəhərinə aparılmış, bir neçə gün həkim nəzarətində qalsa da, onun həyatını xilas etmək mümkün olmamış və sonuncu aldığı xəsarətlərdən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 1 saylı xəstəxanada ölmüşdür. X14 əvvəlcədən tanımamış, onunla heç bir düşmənçilik münasibətləri və ədavəti olmamışdır. Mehparə Muxtarovanı baş vermiş hadisədən sonra tanımış, hadisədən əvvəl spirtli içki və pisxatrop maddə qəbul etməmiş, hadisə zamanı ayıq vəziyyətdə olmuş, avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. Hadisədən öncə idarə etdiyi avtomobildə heç bir nasazlıq baş verməmiş, avtomobili tam saz vəziyyətdə olmuşdur. İdarə etdiyi avtomobil ilə piyada Mehparə Muxtarovanı vurmamışdan əvvəl piyada keçidini təxminən 80-100 metr məsafədən görmüş, lakin gözünə günəş işığı düşdüyündən piyada Mehparə Muxtarovanın piyada keçidinə daxil olmasını əvvəlcədən görə bilməmiş, sonuncunun yolu keçməsini təxminən 15 metr məsafədən görmüş, onu vurmamaq üçün avtomobilin əyləcini basmış, lakin hadisənin qarşısını ala bilməyib onu ehtiyyatsızlıqdan vurmuşdur. Hadisədən sonra Mehparə Muxtarovanının müalicə xərclərini, eləcə də öldükdən sonra dəfn xərclərini qarşılamış, onun ailə üzvlərinə maddi və mənəvi dəstək olmuş, X14n hüquqi varisi olan əri Bağır Muxtarovla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirməklə, himayəsində azyaşlı uşağının və 1947-ci il təvəllüdlü anasının olmasını, Mehparə Muxtarovanın hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübütlarla öz təsdiqini tapır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərdi ki, Qəbələ rayonunun Həmzəlli kəndində yaşayır və orada pasport qeydiyyatındadır. X2 arvadı olmuşdur. Mehparə Muxtarova ilə 1991-cı ildə ailə qurmuş və həmin müddətdən etibarən birlikdə yaşamışlar. 28 avqust 2022-ci il tarixdə işləmək məqsədi ilə Rusiya Federasiyasına getmişdir. Rusiya Federasiyasında olarkən 25 oktyabr 2022-ci il tarixdə saat təxminən 10 radələrində qızı Gülşən Qasımova ona zəng vuraraq arvadı X13 rayon Həmzəlli kənd tam orta məktəbinin qarşısında avtomobil vurduğunu, xəsarət aldığı üçün Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyini məlumat vermişdir. Bundan bir neçə gün sonra, yəni 05 noyabr 2022-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına geri qayıtmış, həmin vaxt arvadı Bakı şəhəri 1 saylı şəhər Kliniki Xəstəxanasında müalicədə olmuşdur. Daha sonra ona məlum olmuşdur ki, arvadı Mehparə Muxtarova 25 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində nəvəsi Yusif Xasıyevi təhsil aldığı Qəbələ rayonunun Həmzəlli kənd orta məktəbinə qoyub məktəbin qarşısında olan piyada keçidi ilə yolun sağından soluna doğru keçib evlərinə gələrkən həmin vaxtı Həmzəlli kəndinin mərkəzi istiqamətindən Qəbələ şəhəri istiqamətinə doğru hərəkət edən Cəmil adlı şəxs idarə etdiyi “MİTSUBİSHİ PAJERO” minik markalı avtomobillə arvadını ehtiyatsızlıqdan vurmuşdur. Həmin hadisədən 20 gün keçdikdən sonra, yəni 14 noyabr 2022-ci il tarixdə arvadı Mehparə Muxtarova müalicə aldığı Bakı şəhəri 1 saylı şəhər Kliniki Xəstəxanasında ölmüşdür. Daha sonra onu Qəbələ rayonunun Həmzəlli kəndinə gətirərək kənd qəbiristanlığında dəfin etmişlər. Bağır Muxtarov həmçinin göstərdi ki, təqsirləndirilən şəxs və qohumları arvadının yas mərasimlərində iştirak etmişlər, onlara maddi və mənəvi cəhətdən köməklik göstərmişlər, bu səbəbdən Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, onunla barışmışdır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmiş, sonuncuya yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yaşayır, lakin Qəbələ rayonunun Xırxatala kəndində pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs Qəbələ rayonunun Xırxatala kəndində onunla qonşudur. Qəbələ rayonunun Həmzəlli kənd sakini X6 isə baş vermiş hadisədən sonra tanımışdır. 2022-ci ilin avqust ayından yaşadığı Bakı şəhərindən Qəbələ rayonunun Xırxatala kəndinə gəlmişdir. Xırxatala kəndindəki evində bir neçə ay qaldıqdan sonra 2022-ci ilin oktyabr ayının sonlarında Bakı şəhərinə qayıtmalı olmuşdur. Qonşusu Təqsirləndirilən şəxs həmin vaxt Xırxatala kəndindəki evinə gəldiyi üçün onunla aralarında olan söhbət zamanı Bakı şəhərinə qayıdacağını deyərkən Cəmil ona 1-2 gün ərzində Bakı şəhərinə gedəcəyini, lazım gələrsə onuda apara biləcəyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Xırxatala kəndindən çıxaraq Təqsirləndirilən şəxs idarə etdiyi MİTSUBİSHİ Pajero minik markalı ** OL *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ rayonunun Həmzəlli kəndindən keçməklə Bakı şəhəri istiqamətində hərəkət etmişlər. Həmin vaxt o, Cəmilin idarə etdiyi avtomobilin ön sağ oturacağında əyləşmiş, ikisindən başqa avtomobildə heç kim olmamışdır. Qəbələ rayonunun Həmzəlli kəndinin ərazisinə daxil olub üzü Qəbələ şəhəri istiqamətinə asvalt örtüklü yolun sağ hərəkət hissəsi ilə saatda təxminən 50-60 km surətlə hərəkət edib, Qəbələ rayonunun Həmzəlli kənd tam orta məktəbinin qarşısında olarkən Təqsirləndirilən şəxs gözünə günəş işığı düşdüyü üçün piyada keçidi ilə yolun sağ tərəfindən sol tərəfinə keçən piyada Mehparə Muxtarovanı görməyərək ehtiyatsızlıqdan avtomobilin ön sol tərəf ilə onun bədəninin sol tərəfindən vurmuş və zərbənin təsirindən piyada asvalt üzərinə önə tərəf yıxılmışdır. Təqsirləndirilən şəxs dərhal avtomobilini saxlamış, hər ikisi avtomobildən yerə düşmüş, Mehparə Muxtarova xəsarət aldığı üçün Cəmil 103 Təcili Tibbi yardım xidmətinə zəng vurub hadisə yerinə həkim briqadası çağırmışdır. Bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları Mehparə Muxtarovanı təcili yardım avtomobilinə qoyub Qəbələ rayon Mərkəzi xəstəxanasına aparmışlar. Daha sonra oraya Qəbələ RPŞ-nin əməkdaşları gəlib hadisə yerinin baxışını aparmış və sürücü Təqsirləndirilən şəxs həmin baxışda iştirak etmişdir. Hadisədən 20 gün keçdikdən sonra Mehparə Muxtarovanın almış olduğu bədən xəsarətlərindən oldüyü ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 08:30 radələrində şöbənin Növbətçi Hissəsindən ona xidməti ərazisi olan Qəbələ rayonunun Həmzəlli kənd tam orta məktəbinin qarşısında avtomobilin piyadanı vurması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat verilmiş, o, xidməti Kia markalı ** YP *** dövlət nömrə nişanlı yol patrul xidməti avtomobili ilə hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqdan sonra qızılı rəngli MİTSUBİSHİ Pajero minik markalı ** OL *** dövlət nömrə nişanlı avtomobilin yolun sağ hərəkət zolağında üzü Qəbələ şəhəri istiqamətinə doğru ön sol tərəfi zədələnərək hərəkətsiz vəziyyətdə dayandığını və eyni zamanda həmin avtomobilin sürücüsünün sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs orada olduğunu görmüşdür. Sonradan şəxsiyyəti ona məlum olan vurulmuş piyada Həmzəlli kənd sakini Mehparə Muxtarovanı orada görməmiş, çünki hadisə nəticəsində o, bədən xəsarətləri aldığı üçün 103 Təcili Tibbi yardım avtomobili ilə Qəbələ rayon Mərkəzi xəstəxanasına aparılmışdır. Bir qədər sonra hadisə yerinə şöbənin müstəntiqi polis mayoru Emil Niyazov gələrək hadisə yerinə baxış keçirmiş və həmin baxışda iştirak etmişdir. Baxışda iştirak edən sürücü Təqsirləndirilən şəxs hadisə yerində bildirmişdir ki, idarə etdiyi MİTSUBİSHİ Pajero minik markalı ** OL *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ rayonunun Xırxata kəndindən çıxıb Bakı şəhərinə getmək üçün Həmzəlli kəndi istiqamətindən Qəbələ şəhərinin mərkəzi istiqamətinə doğru saatda təxminən 50-60 km sürətlə hərəkət edərkən Həmzəlli kənd tam orta məktəbinin qarşısında gözünə günəş işığı düşdüyündən piyada keçidi ilə yolun sağından soluna tərəf keçmək istəyən Mehparə Muxtarovanı görməyib idarə etdiyi avtomobilin ön sol tərəfi ilə ehtiyatsızlıqdan onu vurmuş və bədən xəsarətləri aldığı üçün hadisə yerinə gəlmiş 103 Təcili Tibbi yardım avtomobili ilə Qəbələ rayon Mərkəzi xəstəxanasına aparılmışdır. Hadisədən sonra avtomobilin ön sol tərəfi zədələnmişdir. Piyadanın vurulduğu yer Qəbələ şəhəri istiqamətinə doğru yolun sağ hərəkət hissəsində hər iki yolu ayıran düz qoşa xəttə çatmamış 1-ci və 2-ci zolaqların ortasında piyada xəttinin üzərində baş vermişdir. Hadisə baş vermiş yerdə heç bir tormoz izi olmamışdır. Baxış zamanı baxış keçirilməsi haqqında protokol və hadisə yerinin sxemi tərtib edilmiş, həmçinin foto şəkillər çəkilmişdir. Tərəfindən baxış protokoluna və hadisə yerinin sxeminə imza edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Qəbələ rayonun Həmzəlli kəndi ərazisində Həmzəlli kənd tam orta məktəbinin qarşısında baş vermişdir. Baxış aydın-günəşli hava şəraitində üzü Qəbələ şəhərinin mərkəzi istiqamətinə keçirilmişdir. Hadisə yeri MİTSUBİSHİ PAJERO minik markalı **-OL-*** dövlət nömrə nişanlı avtomobilinin sürcüsü Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt beton və örtüyün vəziyyəti quru olmuşdur. Yol örtüyünün ümumi eni 14.70 m hərəkət zolaqlarının sayı 02, hərəkət hissəsinin eni isə 7.20 m təşkil etmişdir. Hərəkət hissədə əks istiqamətli hərəkət zolağını bir-birlərindən ayıran ağ rəngli düz qoşa xətt vardır. Hərəkət hissəyə sağdan və soldan üzəri köbə daşları ilə döşənmiş piyada səkisi birləşir. Ətrafda kənd tipli tikililər olmaqla yolun sağ tərəfində Həmzəlli kənd məktəbinin binası və həmin binanın həyətyanı sahəsinə giriş darvazası vardır. Hadisə baş vermiş yer piyada keçidi və yaşayış məntəqəsi yol nişanı təsiri altındadır. Piyadanın vurulduğu yer Qəbələ şəhərinin mərkəzi istiqamətində yolun sol hərəkət zolağında, piyadaların hərəkəti üçün nəzərdə tutularaq asfalt səth üzərində nişanlanmış piyada keçidi zolaqlarının üzərində, ortada olan qoşa xəttə sağ tərəfdən yaxın sonuncu 2-ci və 1-ci zolaqların üzərində yerləşmişdir. Yolun sağ tərəfindən piyadanın vurulduğu yerə qədər 6.10 metr, ortada olan qoşa xətdən yolun sağ tərəfinə doğru 1 metr məsafə təşkil etmişdir. Nəqliyyat vasitəsinin hadisə yerində vəziyyəti ön tərəfi mərkəz istiqamətində olmaqla sağ hərəkət zolağında, ön kapotun sol tərəfi əzilmiş və ön sol işıq farasının üzəri sınmış və çatlamış vəziyyətdə hərəkətsiz vəziyyətdə dayanmışdır. Piyadanın vurulduğu yerdə, yaxud ətrafında heç bir tormozlama izləri aşkar edilməmişdir. Bundan başqa hadisəyə səbəb olmuş MİTSUBİSHİ PAJERO minik markalı **-OL-*** dövlət nömrə nişanlı avtomobilin salonunda olan video kamerada hadisənin qeydə alındığı həmin görütü tərəfimdən hadisə yerində götürülmüşdür. Baxış zamanı baxış keçirilməsi haqqında protokol, hadisə yerinin sxemi tərtib edilmiş, həmçinin foto şəkillər çəkilərək əksləri çıxarılıb protokola əlavə edilmişdir. İş materiallarında olan piyada hadisənin qeydə alındığı MİTSUBİSHİ PAJERO minik markalı **-OL-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsindən qurlaşdırılmış və yolu müşahidə edən “video qeydiyyat” qurğusundan götürülərək CD diskə köçürülmüş videogörüntüyə baxış keçiriən zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd videogörüntü vardır və 1 dəqiqə olduğu müəyyən olmuşdur. Videogörüntünün 1-ci saniyyəsində avtomobilin yolun sağ hərəkət zolağı ilə hərəkətdə olması, 2-ci saniyyəsində asfalt səth üzərində nışanlanmış piyada keçidi xətlərinin aydın şəkildə və maneəsiz görünməsi, həmçinin piyada keçidinin üzəri ilə piyadanın iti yerişlə yolun sağından soluna tərəf keçməsi, piyada yolun sağından soluna tərəf qoşa xəttə çatmağa az qalmış yəni qoşa xəttə tərəf sonuncu piyda zolağında piyadanı avtomobilin ön sol hissəsi ilə vurması, piyadanın həmin anda zərbənin təsirindən havada tərsinə fırlanaraq yerə düşməsi və avtomobilin biraz getdikdən sonra yolun orta hissəsində dayanması aydın şəkildə müşahidə edilir. Baxışda iştirak edən şəxs MİTSUBİSHİ PAJERO minik markalı **-OL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə zamanı avtomobili özü idarə etdiyini və həmin vurduğu piyada sonradan adını bildiyi Mehparə Muxtarova olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2022ci il tarixli 8/3147 nömrəli ekspert rəyindən görünür ki, MİTSUBİSHİ PAJERO minik markalı **- OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında ”Azərbaycan Respublikasının Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X19 rayon şöbəsinin verdiyi 03 dekabr 2022-ci il tarixli 34 nömrəli meyitin ekspertizasının rəyində göstərilmişdir ki, X1 meyitində koma İV tip, travmatik şok, baş beyin toxumasının əziyi, sol ağ ciyərin əzilməsi, sol tərəfli hemopnevmatoraks, sol ön qoltuq altı xətt üzrə, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX orta kürək xətt üzrə İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ, Xİİ qabırğalarının yerini dəyişən sınığı, İ boyun fəqərəsinin sol ön qövsünün yerdəyişən sınığı, sağ arxa qövsünün xətti sınığı, sağ yuxarı artikulyar oynaqda yerdəyişən sınıq, fəqərə stabilliyinin pozulması, atlasın dislokasyası, İ bel fəqərə cisminin üst körpüsünün ön hissəinin yerdəyişən sınığı, V bel və oma fəqərə cisimlərinin sol yan çıxıntılarının sınığı, sağ bud sümüyünün distal diafizinin yerdəyişən sınığı, burunun əzilmişcırılmış yarası, başın yumuşaq toxumasına qansızma, qarının ön divarının, sol saidin bayır yuxarı 1/3-nin, sol dizin ön səthinin, hər iki əllərinin üst səthinin sıyrıqları, döş qəfəsinin və qarının ön hissəsinin qançırı kimi xəsarətləri vardır, həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən törənildiyi, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aid olduğu, qeyd olunan xəsarətlər 25 oktyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində minik avtomobilinin piyadanı vurması nəticəsində törənməsinə uyğun gəlir. X1 ölümünə səbəb travmatik şok, baş beyin toxumasının əziyi, sol ağ ciyərin əzilməsi, sol tərəfli hemopnevmatoraks, sol ön qoltuq altı xətt üzrə, İİ, İİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX orta kürək xətt üzrə İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ, Xİİ qabırğalarının yerini dəyişən sınığı, İ boyun fəqərəsinin sol ön qövsünün yerdəyişən sınığı, sağ arxa qövsünün xətti sınığı, sağ yuxarı artikulyar oynaqda yerdəyişən sınıq, fəqərə stabilliyinin pozulması, atlasın dislokasiyası, İ bel fəqərə cisminin üst körpüsünün ön hissəinin yerdəyişən sınığı, V bel və oma fəqərə cisimlərinin sol yan çıxıntılarının sınığı, sağ bud sümüyünün distal diafizinin yerdəyişən sınığı ilə müşayət olunan ağır dərəcəli koma olmuşdur və hadisə vaxtı aldığı bədən xəsarətləri ilə birbaşa səbəbli əlaqəsi vardır. X1 bədəni üzərində aşkar edilən xəsarətlər küt alətin (əşyaların) təsirindən 25 oktyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənmişlər. Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aiddir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X15” X23 15 noyabr 2022-ci il tarixli 4091/K nömrəli məhkəmə-kimyəvi rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar, və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 161 nömrəli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verən tarixdə yəni, 25 oktyabr 2022-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ RPŞ-nin DYPB-in rəisi polis mayoru Aydın Heydərovun 12 yanvar 2023-cü il tarixli raportunda göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs adına AR-sı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Bazasında BC kateqoriyalı AD 104200 saylı (xx.xx.2013 və xx.xx.2023) sürücülük vəsiqəsinin qeydə alındığı, hadisə törətdiyi vaxtı ona məxsus sürücülük vəsiqəsində heç bir məhdudiyyətin qoyulmadığı və Qəbələ rayonunun Həmzəlli kəndinin ərazisindən keçən yolda maksimum sürət 60 km/saat olduğu göstərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X9” X25 Qəbələ Rayon Mərkəzi Xəstəxanasının 16 yanvar 2023-cü il tarixli PHŞ/6.52/2-54/2023 nömrəli məktubunda X1 və zərçəkmiş şəxsin hüquqi varisi X7 “psixatirik və narkoloji” kabinetində hər hansı bir xəstəliklə qeydiyyatda olmadıqları göstərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş AR Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X23 05 yanvar 2023-cü il tarixli 86 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. Cinayət işi materiallarına əlavə edilmiş X26 MMC avtomobil təmiri sexindən təqdim edilmiş 29 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, 2003-cü buraxılış ili olan MİTSUBİSHİ PAJERO minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin tormoz, sükan və digər idaretmə mexanizmlərində hər hansı bir nasazlıq aşkar edilməmişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobilin tam saz vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş AD323287 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2003-cü buraxılış ili olan “MİTSUBİSHİ PAJERO” minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarına əlavə edilmiş AD seriyalı 104200 nömrəli xx.xx.2013-cü il tarixdə verilmiş və xx.xx.2023-cü il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs «BC» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ mövcuddur. İş materiallarına əlavə edilmiş "xxxx" MTK tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 6/2-ci giriş, 3-cü mərtəbəsində olan, 2 otaqlı, 112 saylı mənzildə ailə üzvləri anası 1947-ci il təvəllüdlü X12 və oğlu xx.xx.2009-cu il təvəllüdlü X17 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİ seriyalı, 269943 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 30 mart 2009-cu il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X3. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış keçirilməsinə dair protokol və digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, sonuncuya yüngül cəza verilməsini xahiş etmişdir. İşdə olan "xxxx" MTK tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan "xxxx" MTK tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 6/2-ci giriş, 3-cü mərtəbəsində olan, 2 otaqlı, 112 saylı mənzildə ailə üzvləri anası 1947-ci il təvəllüdlü X12 və oğlu xx.xx.2009-cu il təvəllüdlü X17 ilə birlikdə yaşayır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə etməsini, himayəsində bir azyaşlı övladının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 60.1. maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış MİTSUBİSHİ PAJERO” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılmasını nəzərə alır. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “MİTSUBİSHİ PAJERO” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X10, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-6/2023
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-6/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver