Məhkəmə qərarları › İş №1(025)-6/2024

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-6/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-6/2024 21.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Qəbələ rayonu, Laza kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, “Azərsu" Açıq Səhmdar Cəmiyyətində aparatçı (xlorlama) vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Laza kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 2023-cü ilin avqust ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Qəbələ rayon Nic qəsəbəsində yerləşən “Təndir torpağı” adlanan ərazidən yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yarpaqlarını yığaraq, qurudub qanunsuz olaraq kustar üsulla hazırlayıb əldə etdiyi 200,14 qram çəkidə olmaqla xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananın 199.03 qram hissəsini Qəbələ şəhəri Əfqan Abdurrahmanov küçəsində yerləşən nömrəsiz evdə yataq otağında saxlamış, 1,11 qram çəkidə olan hissəsini isə ayrı-ayrı 3 ədəd qurğuşun kağız bükümlərdə üzərində gəzdirərkən 24 oktyabr 2023-cü il tarixdə saat 11:50 radələrində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək şəhərin Heydər Əliyev prospektində piyada hərəkət edən zaman saxlanılıb rayon polis şöbəsinə gətirilməklə şöbənin inzibati binasında şübhəli şəxs qismində müdafiəçisinin iştirakı və video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilən zaman həmin üzərində gəzdirdiyi 0,37 qram, 0,32 qram, 0,42 qram olmaqla ayrı-ayrı 3 ədəd qurğuşun kağız bükümlərdə ümumi təmiz çəkisi 1,11 qram narkotik vasitə qurudulmuş marixuana əyinindəki tünd göy rəngli gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüş, eləcə də həmin tarixdə saat 14:02 dəqiqədən başlayaraq onun yaşadığı, Qəbələ şəhəri Əfqan Abdurrahmanov küçəsində yerləşən nömrəsiz evə öz razılığı ilə baxış keçirilən zaman yuxarıda qeyd edilən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı və üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə tərkibinə görə eynilik təşkil edən 148,12 qram, 14,58 qram, 29,57 qram və 6,76 qram olmaqla 4 ədəd ayrı-ayrı sellofan bükümlərdə ümumi təmiz çəkisi 199.03 qram çəkidə xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuana həmin evdə özünün qaldığı otaqda yerləşən çarpayının alt hissəsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında Qəbələ rayon Nic qəsəbəsində yabanı halda bitən narkotik vasitə olan marixuananı yığaraq toplamış, sonra qurudaraq Qəbələ şəhərində yerləşən evində saxlayırmış ki, öz şəxsi istifadəsi üçün istifadə edər. Əvvəlki illərdə sözü gedən yerdən yabanı halda bitən narkatik vasitə olan marixuananı yığaraq istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə yığıb evində saxladığı narkotik vasitə olan marixuanadan öz istifadəsi üçün 3 ədəd ağ rəngli kağıza bükülmüş halda olan xırda bükümləri cibinə qoymuş və Qəbələ şəhəri 3 saylı tam orta məktəbdə təhsil alan azyaşlı qızını məktəbdən çıxan zaman götürüb evə aparmaq üçün getmişdir. Məktəbin qarşısında uşağını gözləyirmiş, həmin vaxt polis əməkdaşları ona yaxınlaşmış və özlərini ona təqdim edərək polis əməkdaşları olduğunu və onun narkotik vasitə istifadəcisi olmağı, eyni zamanda üzərində narkotik tərkibli maddələrin olmasında əsaslı şübhələrinin olduğunu bildirmişlər. Həmin vaxt üzərində narkotik təkibli maddənin olduğunu bildirmiş, həmin ərazinin gediş-gəlişli olduğu üçün onlardan şəxsi nüfuzunun düşməməsi məqsədi ilə baxışı Qəbələ rayon polis şöbəsində keçirilməsini xahiş etmişdir. Sonra polis əməkdaşları ilə birlikdə Qəbələ rayon polis şöbəsinə gəlmişdir. Qəbələ RPŞ-də vəkili və polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilmiş, həmin vaxt üzərində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən ağ rəngli kağıza bükdüyü 3 ədəd xırda bükümdə olan narkotik tərkibli maddəni təqdim etmişdir. Üzərində olan şabalıdı rəngli şalvarın sağ cibindən 68 manat pul, şalvarın sol cibindən bir ədəd “VEST” markalı siqareti, bir ədəd üzəri sarı rəngli olan alışqan, bir ədəd kirbit və əl dəsmalı aşkar edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş 3 ədəd bükümdə marixuana götürülüb qablaşdırılmışdır. 68 manat pul, “Vest” markalı siqareti, kirbit, alışqan və dəsmal isə ona geri qaytarılmışdır. Bununla bağlı protokol tərtib olunmuşdur. Bundan sonra saat 14 radələrindən başlayaraq yaşadığı Qəbələ şəhəri Ə.Abdurrahmanov küçəsində yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı 2023-cü ilin avqust ayında Qəbələ rayon Nic qəsəbəsi ərazisində yerləşən “Təndir torpağı” adlanan ərazidən yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından yığaraq qurudub saxladığı narkotik vasitə-marixuana aşkar edilərək götürülmüşdür. Narkotik vasitə-marixuananı satış məqsədi ilə əldə etməmiş və başqa şəxslərə satmamış, yalnız özü istifadə etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadəsi, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2023-cü il tarixdə saat 11:50 radələrində Qəbələ şəhəri, Heydər Əliyev prospektində Qəbələ rayon Laza kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində narkotik vasitə olması barədə daxil olmuş əməliyyat məlumatları əsasında, o və digər Qəbələ RPŞ-nin polis əməkdaşları ilə birlikdə Qəbələ şəhəri Heydər Əliyev prospektinə getmişlər. Təqsirləndirilən şəxs prospektdə piyada şəkildə hərəkət etdiyini görmüşlər və ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, ondan üzərində narkotik vasitə olub-olmadığını şifahi sorğu etmişlər. Bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olduğunu bildirmiş, lakin həmin yer ictimai yer olduğundan və şəxsi nüfuzuna xələl gəlməməsi üçün narkotik vasitəni Qəbələ rayon polis şöbəsində təqdim etmək istədiyini bildirib üzərinə baxışın Qəbələ rayon polis şöbəsində aparılmasını xahiş etmişdir. Belə olub həmin şəxsi Qəbələ RPŞ-yə gətirərək təhqiqatçıya təhvil vermişlər. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2023-cü il tarixdə saat 11:50 radələrində Qəbələ şəhəri, Heydər Əliyev prospektində Qəbələ rayon Laza kəndində qeydiyyatda olmaqla Qəbələ şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində narkotik vasitə olması barədə daxil olmuş əməliyyat məlumatları əsasında, o və digər Qəbələ RPŞ-nin polis əməkdaşları ilə birlikdə Qəbələ şəhəri Heydər Əliyev prospektinə getmişlər. Təqsirləndirilən şəxs prospektdə piyada şəkildə hərəkət etdiyini görmüşlər və ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, ondan üzərində narkotik vasitə olub-olmadığını şifahi sorğu etmişlər. Bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olduğunu bildirmiş, lakin həmin yer ictimai yer olduğundan və şəxsi nüfuzuna xələl gəlməməsi üçün narkotik vasitəni Qəbələ rayon polis şöbəsində təqdim etmək istədiyini bildirib üzərinə baxışın Qəbələ rayon polis şöbəsində aparılmasını xahiş etmişdir. Belə olub həmin şəxsi Qəbələ RPŞ-yə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, həmin baxışda o da iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərindən 03 ədəd bükümlərdə marixuanaya bənzər bitki kütlələri aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Daha sonra saat 14 radələrində Təqsirləndirilən şəxs yaşadığı Qəbələ şəhəri Əfqan Abdurrahmanov küçəsində yerləşən evinə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Həmin baxış zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, yaşadığı evin yataq otağındakı çarpayının alt hissəsindən qara və ağ rəngli sellofanlarda narkotik vasitə-marixuana vardır. Həmin marixuanalar da aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 25 oktyabr 2023-cü il tarixli, 17/764 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs.. İştirakçılar: Şahid2. Sərxan B.. Tərtib etdi: təhqiqatçı E.Qasımov” yazılar və imzalar yazılmış zərfin içərisindəki 03(üç) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,37 qram, 0,32 qram və 0,42 qram, ümumi çəkiləri - 1.11 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış kağızda “İştirakçılar: Şahid3, Şahid2. Sərxan Bəşirzad.. Şübhəli şəxs Təqsirləndirilən şəxs.. Hüquq müdafiəçisi Müdafiəçi Tərtib etdi: Elşən Qasımov” yazısı və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 148,12 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış kağızda “İştirakçılar: Şahid3, Şahid2. Sərxan Bəşirzad.. Şübhəli şəxs Təqsirləndirilən şəxs.. Vəkil Müdafiəçi.. Tərtib etdi: E. Qasımov” yazısı və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbanın içərisindəki 03 (üç) ədəd şəffa sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri- 14,58 qram, 29,57 qram və 6,76 qram, ümumi çəkiləri- 50,91 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd kağız bükümlərdə və 04 (dörd) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonra 199,79 qram qurudulmuş marixuana qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X2 X3 Ekspert Komissiyasının 06 dekabr 2023-cü il tarixli, 1989 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan Qəbələ rayon X9 X4 Müdiri, cinayət işi üzrə mütəxəssis qismində tanınmış X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarxli rəyə əsasən həqiqətən 18 dekabr 2023-cü il tarixdə Qəbələ rayon Nic qəsəbəsi ərazisində meşəlik sahədə yabanı halda narkotik tərkibli bitkilərin yetişməsi üçün münbit torpaq sahəsi olub-olmaması təftiş edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə arxların kənarında boş sahələrdə narkotik mənşəli çətənə bitkisi bitə bilər. Yabanı tərkibli narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, daşıma və saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən tutulub saxlandığı müddəti, yəni 02 (iki) gün istintaq dövründə tutulub saxlandığı müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 24 oktyabr 2023-cü il tarixdən 26 oktyabr 2023-cü il tarixədək hazırkı iş üzrə tutulub saxlandığı müddəti nəzərə alınmaqla Təqsirləndirilən şəxs hazırda təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 199,79 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 199,79 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar