Məhkəmə qərarları › İş №1(025)-6/2025

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-6/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-6/2025 14.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1967-ci il tarixdə Qəbələ rayonu Tüntül kəndində anadan olmuş, Qəbələ rayonu Tüntül kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, barəsində Qəbələ rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN-nin Penitensiar xidmətinin Şəki Penitensiar müəssisəsində həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, xx.xx.1960-cı il tarixdə Qəbələ rayonu Tüntül kəndində anadan olmuş, Qəbələ rayonu Tüntül kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, barəsində Qəbələ rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN-nin Penitensiar xidmətinin Şəki Penitensiar müəssisəsində həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2024-cü ilin sentyabr ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə saat 19 radələrində satış məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı Qəbələ rayonunun Tüntül kəndi ərazisindəki evin həyətinin qarşısında yol tərəfdə Təqsirləndirilən şəxs2 ona olan 100 (yüz) manat pul vəsaiti borcunun əvəzində təmiz çəkisi 9.28 qram olan xeyli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı almaqla qanunsuz olaraq əldə edib saxlamış, həmin narkotik vasitəni əvvəllər tanıdığı X1 məqsədi ilə üzərində gəzdirməklə sonuncuya apararkən, 27 oktyabr 2024-cü il tarixdə Qəbələ şəhəri Heydər Əliyev prospektində Bakcell MMC-nin inzibati binasının qarşısında Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb həmin yerdə əməliyyat-axtarış tədbirini keçirən cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən video çəkiliş aparılmaqla saat 16:37 dəqiqədən etibarən üstünə yoxlama aparılan zaman həmin 9.28 qram çəkidə xeyli miqdarda narkotik maddə olan qurudulmuş marixuana əynindəki qəhvəyi rəngli qış gödəkçəsinin sağ yan cibindən aşkarlanaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 2024-cü ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonunun Tüntül kəndində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq kultivasiya etdiyi narkotik tərkibli çətənə bitkisinin yarpaqlarından yığıb qurudaraq, bununla da kustar üsulla hazırlayıb satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 432,28 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, eləcə də narkotik tərkibli çətənə bitkilərinin 06 (altı) ədəd hissəsini yaşadığı evin həyətyanı sahəsində yarımtikilinin altında saxlamış, həmin narkotik vasitə-qurudulmuş marixuanadan 9.28 qram çəkidə olan xeyli miqdarda hissəsini 2024-cü ilin sentyabr ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə, saat 19 radələrində Qəbələ rayonunin Tüntül kəndinin ərazisində yaşadığı evin həyətinin qarşısındakı yolda qardaşı Təqsirləndirilən şəxs1 100 (bir yüz) manat borcunun əvəzində satmış, həmin satdığı 9.28 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana 27 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ şəhəri Heydər Əliyev prospektində Bakcell MMC-nin inzibati binasının qarşısında üzərində gəzdirərkən Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb həmin yerdə əməliyyat-axtarış tədbirini keçirən cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən video çəkiliş aparılmaqla saat 16:37 dəqiqədən etibarən üstünə yoxlama aparılan zaman Təqsirləndirilən şəxs1 qış gödəkçəsinin sağ yan cibindən aşkarlanaraq götürülmüş, bundan sonra o özü narkotik vasitələrin qanunsuz dövriyyəsində, o cümlədən narkotik vasitəni qardaşı Təqsirləndirilən şəxs1 satmaqda şübhəli bilinməklə tutularaq öz razılığı ilə 27 oktyabr 2024-cü il tarixdə saat 21:20 dəqiqədən başlayaraq yaşadığı Qəbələ rayonunun Tüntül kəndi ərazisindəki həyətinə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib 9.28 qram hissəsini qardaşı Təqsirləndirilən şəxs1 satdıqdan sonra həyətindəki yardımçı tikilinin içərsindəki divara söykənmiş taxtanın alt hissəsində gizlətdiyi tərkiblərinə görə eyni olan 02 ədəd siqaret qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 10.24 qram, 7.76 qram və 01 ədəd göy rəngli sellofan torbanın içərsində təmiz çəkisi 405,0 qram olmaqla cəmi 423 qram çəkidə xeyli miqdarda tərkibində narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də 01 ədəd ağ rəngli sintetik torbanın içərsindən qanunsuz olaraq kultivasiya etdiyi 95 sm-dən 175 sm-dək uzunluqda, quru vəziyyətdə 256.41 qram təmiz çəkidə olmaqla yuxarıda qeyd edilən narkotik vasitə-qurudulmuş marixuanalarla tərkibinə görə eynilik təşkil edən və əkilib-becərilməsi qadağan olunmuş 06 (altı) ədəd narkotik tərkibli çətənə bitkilərinin hissələri aşkarlanaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2 və 237.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 234.2 və 237.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitəni qardaşından almışdır, ancaq pul qarşılığında almamışdır. İki dəfə Bəxtiyara vermişdir. Bir dəfə qardaşının özündən götürmüşdür, bir dəfə özü götürmüşdür. Narkotik vasitəni qardaşıgilin həyətində işləyəndə görmüşdür, ondan 1 həftə sonra da tutulmuşdur. Bəxtiyarı usta kimi tanıyırmış. 27 oktyabr 2024-cü il tarixdə Bəxtiyar ona zəng vurub demiş ki, “narkotik vasitə götür gəl, özümüzə çəkmək üçün”. Onlar Ukraynaya işləmək üçün gedəsi imişlər, oturub o barədə söhbət etməli imişlər. O, bundan əvvəl də Bəxtiyara narkotik vasitə vermişdir. 2-ci dəfə aparanda tutulmuşdur. Onu tutub polis şöbəsinə aparmışlar. Orda Elçin müəllim ona narkotik vasitəni hardan alması barədə sual vermişdir. O da demiş ki, kənddə bir yer var, ordan almışdır. Elçin müəllim narkotik vasitəni ona satılıb-satılmamağını soruşmuş, o isə yox demişdir. Həmin vaxt əlləri arxadan bağlı imiş, iki nəfər də qolundan tutmuşdur. Elçin müəllim onun sifətinə sağ tərəfdən yumruqla vurmuş, o da yıxılmışdır. Onu qaldırmışlar, Elçin müəllim yenidən ona təpiklə vurmuşdur. O isə şikayət edəcəyini bildirmişdir. Elçin müəllim ona demiş ki, “sən harasa müraciət etsən, mən də sənə elə maddə ilə ittiham verəcəm ki, polisə müqavimət verməklə sənə 10-15 il iş verdirəcəm”. Sonra yenə ona hədə-qorxu gəlmiş, bildirmiş ki, o deyənləri yazmasa cəza çəkdiyi yerdə də rahatlıq verməyəcəkdir. Sonra onu kameraya salmışlar, həmin vaxt Elçin müəllim hər gün ona yemək, siqaret gətirmiş ki, onun dedikləri kimi izahat versin. Ona demiş ki, onların deyənləri elə, 10-15 sutka inzibati qaydada həbs yatıb çıxacaqdır. Polis şöbəsində onu döyərək izahat almışlar. Bu səbəbdən polis şöbəsində fərqli izahat vermişdir. Məhkəmə çıxışı zamanı məhkəməyə vəsatət təqdim edərək göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs2 narkotik vasitəni hədə-qorxu gələrək almışdır. Polis şöbəsində içkili vəziyyətdə olduğundan əməliyyatçılar bundan istifadə edərək izahat almışlar. Polis şöbəsində verdiyi ifadəsinin əsassız sayılmasını, vəsatətdə göstərdiyi ifadənin nəzərə alınmasını xahiş edir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2 və 237.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə satmamışdır. O, həyətində 4 ədəd narkotik vasitə əkmişdir. Qardaşı Arif spirtli içki qəbul edirmiş. Arif onun həyətində işləmiş, Arifin pulun vermişdir. Arif bir dəfə içib gəlmiş, narkotik vasitə verməsini tələb etmişdir. O da belə olub qardaşı Arifə narkotik vasitə vermişdir. Narkotik vasitəni qorxusundan yetişməmiş yığmış ki, qardaşı şikayət edər. Narkotik vasitəni yığıb qoymuş ki, yoldaşı evdə olmayanda yandırıb çəksin, lakin o da qismət olmamışdır. İşə getmiş, işdən gələndə görmüş ki, ailə üzvləri hamısı çöldədir, həyətə girmiş, görmüş ki, polisin əməliyyat müvəkkilləri həyətdədirlər. Həyətdə onun qollarını bağlamışlar, sonra da polis şöbəsinə gətirmişlər. Narkotik vasitəni də polis şöbəsinə gətirmişlər. Məhkəmə çıxışı zamanı məhkəməyə vəsatət təqdim edərək göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs1 ondan narkotik vasitəni hədə-qorxu gəlməklə əldə etmişdir. Məcburiyyət qarşısında qalıb qardaşına narkotik vasitə vermişdir. Bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. O, heç kimə narkotik vasitə satmamışdır və buna görə özünü təqsirli bilmir. Narkotik vasitə əkdiyinə görə isə əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, müvəqqəti olaraq Qəbələ şəhərində yaşayır, lakin Qəbələ rayonunun Yeni Dızaxlı kəndində daimi pasport qeydiyyatındadır. Uzun illərdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs1 hadisədən təxminən bir ay əvvəl, Təqsirləndirilən şəxs2 isə məlum hadisədən sonra tanımışdır. Onlarla heç bir düşmənçilik və ədavəti olmamışdır. Hadisədən təxminən 1 ay öncə Qəbələ şəhərində rayonun Tüntül kənd sakini Təqsirləndirilən şəxs2 ilə aralarında olan söhbət zamanı ona qurudulmuş marixuanadan istifadə etdiyini dedikdə Təqsirləndirilən şəxs1 onda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, pul müqabilində həmin narkotik maddədən sata biləcəyini bildirmişdir. 2024-cü ilin sentyabroktyabr aylarında tam günü və tarixi yadına gəlmir, Təqsirləndirilən şəxs1 ilə Qəbələ şəhəri ərazisində görüşərək ona hər dəfəsində 5, 10 və 15 manat nəğd şəkildə pullar verərək müxtəlif bükümlərdə qurudulmuş marixuana alaraq istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1 zəng edərək onda qurudulmuş marixuana olub-olmamasını, olduğu halda pul müqabilində quruldulmuş marixuana almaq istədyini demişdir. Arif ona cəmi bir bükümdə marixuana olduğunu, 10 manat pul müqabilində sata biləcəyini, hal-hazırda Qəbələ rayonunun Nic qəsəbəsində olduğunu, yaşadığı evə gedərək həmin narkotik vasitəni götürüb Qəbələ şəhərinə gəlib Qəbələ şəhəri ərazisində görüşüb verəcəyini bildirmişdir. Ariflə razılaşıb görüşmək üçün ona zəng vuraraq xəbər verməsini demişdir. Bundan bir neçə saat keçdikdən sonra Arifin ona zəng vurmadığını görüb onunla görüşmək üçün ona zəng vursa da, mobil telefonuna zəng çatmamışdır. Ertəsi gün xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onu Qəbələ rayon polis şöbəsinə dəvət etdikdə Təqsirləndirilən şəxs1 narkotik vasitə satışında şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Qəbələ şəhəri ərazisində saxlanıldığını bilmişdir. Polis şöbəsində dindirilərkən həqiqətəndə Təqsirləndirilən şəxs1 bir neçə dəfə pul müqabilində özü istifadə etmək üçün qurudulmuş marixuana aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Qəbələ RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. Qəbələ rayonunun Tüntül kənd sakini Təqsirləndirilən şəxs1 narkotik vasitə olan qurudulmuş marixuana satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 27 oktyabr 2024-cü il tarixdə, saat təxminən 16:30 radələrində Qəbələ şəhəri Heydər Əliyev prospekti Bakcell mağazasının qarşısında saxlanılmışdır. Özlərini ona təqdim edərək onun narkotik vasitə satmaqda şübhəli olduğu üçün tərəflərindən saxladığını və üzərində narkotik vasitə olub-olmadığı soruşarkən Arif üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, onu Bəxtiyar adlı şəxsə satmaq istədiyini bildirmişdir. Bundan sonra həmin yerdə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş, baxış zamanı o, əynində olan gödəkcənin sağ yan cibindən bəzəkli sollafan büküm çıxardaraq içərsində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və tərəflərindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Müdafiəçi1 dəvət edilərək təhqiqatçı Fərid Nizamlı tərəfindən Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilməklə şübhəli şəxs qismində tutulub üzüərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərində gəzdirdiyi Bəxtiyar adlı şəxsə satacağı sellofan bükümdə olan qurudulmuş marixuananı təqdim edərək həmin narkotik vasitəni 2024-cü ilin sentyabr ayında qardaşı Qəbələ rayonunun Tüntül kənd sakini Təqsirləndirilən şəxs2 100 (yüz) manat pulun qarşılığında aldığını, həmin narkotik vasitə olan qurudulmuş marixunadan özü istifadə etdiyini, eləcə də 2-3 dəfə Bəxtiyar adlı şəxsə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik maddə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərək maddi sübut kimi qablaşdırılıb üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra orada olan polis əməkdaşları, Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır.Baxış zamanı video və foto çəkiliş aparılmışdır. Şahid3 ifadəsində əlavə olaraq onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 qarşı hadisə yerində, eləcə də rayon polis şöbəsində üzərinə baxış zamanı polis əməkdaşları tərəfindən hər hansı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Qəbələ rayonunun Tüntül kənd sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 27 oktyabr 2024-cü il tarixdə saat təxminən 20 radələrində Qəbələ rayon polis şöbəsinə gətirilərək təhqiqatçı Fərid Nizamlı tərəfindən tutulub üzərinə baxış keçirilərkən həmin baxışda iştirak etmişdir. Baxış zamanı onun üzərindən hər hansı bir narkotik vasitə aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda narkotik vasitə olan marixuana saxladığını bildirmiş, öz razılığı ilə yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı Qəbələ rayonunun Tüntül kəndinə yaşadığı ünvana gedillərək təhqiqatçı Fərid Nizamlı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı həyətdə yarımtikilidən olan taxtanın altından 01 ədəd sellofan torbada, 02 ədəd siqaret qutusunda qurudulmuş marixuana, eləcə də 01 ədəd ağ sintetik kisənin içərsindən 06 ədəd narkotik vasitə olan marixuananın hissələri aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni öz həyətində əkib-becərdiyini və ondan həm özü üçün istifadə etdiyini həmçinin də müəyyən qədər hissəsini qardaşı Təqsirləndirilən şəxs1 100 (yüz) mant pul müqabilində satdığını bildirmişdir. Həmin narkotik maddələr elektron tərəzidə çəkilərək maddi sübut kimi qablaşdırılıb üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra orada olan polis əməkdaşları, Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır.Baxış zamanı video və foto çəkiliş aparılmışdır. Şahid2 ifadəsində əlavə olaraq onu da qeyd etmişdir ki, baxış zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Qəbələ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs1 Qəbələ şəhəri “Bakcell”in qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs1 tutulan kimi üzərinə baxış keçirilmişdir. Ona hüquq və vəzifələri izah edilmiş, vəkilin hüquqi yardımından istifadə etməsi təklif edilmişdir. Üzərində narkotik vasitə olması soruşulduqda özü könüllü olaraq üzərində narkotik vasitə olduğunu, qardaşı Zakirdən 100 manat müqabilində aldığını, Bəxtiyar adlı şəxsə 2 dəfə satdığını, üçüncü dəfə satmaq istədiyini bildirmişdir. Bəxtiyar Qocayev adlı şəxsdən və Təqsirləndirilən şəxs2 xəbərləri olmamışdır. Bu məlumatları Təqsirləndirilən şəxs1 özü bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 da videogörüntü vasitəsi ilə izahatı alınmış, o da cinayət əməllərini könüllü olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qəbələ rayon Polis şöbəsində onun tərəfindən və ya başqa şəxslər tərəfindən hər hansı təzyiq olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri özlərinin qismən etirafları, şahidlərin ifadələri, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 27 oktyabr 2024-cü il tarixli Qəbələ RPŞnin CAB-nin rəisi Elçin İsmayılov tərəfindən tərtib edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Qəbələ şəhəri Heydər Əliyev prospektində saxlanılaraq üzərinə öz razılığı əsasında saat 16:37 dəqiqədən 16:44 dəqiqəyədək olan müddətdə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd rəngli sellofan bükümdə, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin narkotik maddə olan qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə 11.93 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik maddəni bir ay öncə qardaşı Təqsirləndirilən şəxs2 aralarında olan pul borcunun qarşılığında aldığını, həmin narkotik maddədən 3 dəfə pul müqabilində Bəxtiyar adlı şəxsə satdığını, qalan narkotik vasitəni həmin tarixdə Bəxtiyar adlı şəxsə satmaq istədiyini bildirmişdir. Qeyd olunan narkotik vasitə olan qurudulmuş marixuana sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı mobil telefon vasitəsilə videoçəkiliş aparılmış və görüntülər 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 27 oktyabr 2024-cü il tarixli Qəbələ RPŞnin TB-nin təhqiqatçısı Fərid Nizamlı tərəfindən tərtib edilmiş “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi, onların götürülməsi və şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, 27 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə öz razılığı əsasında müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə təkrar baxış zamanı üzərindən hər hansısa bir əşya aşkar edilməmiş, Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş predmetə baxış keçirilən zamanı ilk olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 ədəd ağ rəngli, üzərində iştirakçıların imzası olan, 103 möhürlə möhürlənmiş zərfin içərisi açılmış, zərfin içərisində 1 ədəd sarı, ağ və boz rəngli selofan torbaya bükülmüş vəziyyətdə olan kəskin iyə malik, marixuanaya bənzər qurudulmuş yaşıl kütələlər olduğu aşkar edilmiş, Təqsirləndirilən şəxs1 həmin bitki kütləsinin həqiqətən də onun üzərindən aşkar edilərək götürüldüyünü, təxminən 1 ay əvvəl həmin kütlələri qardaşı Təqsirləndirilən şəxs2 100 manat pul borcunun qarşılığında satmaq məqsədilə aldığını, 5, 10 və 15 manata olmaqla 3 dəfəyə Bəxtiyar adlı şəxsə satdığını, qalan hissəsini də satmaq üçün gətirən zaman Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığını, əlavə olaraq heç yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş narkotik maddə olan qurudulmuş marixuana təkrar olaraq elektron tərəzidə çəkilib sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılıb götürülərək üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı mobil telefon vasitəsilə video və fotoşəkillər çəkilmiş, fotoşəkillərin əksi çıxarılıb, videoçəkiliş isə 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 27 oktyabr 2024-cü il tarixli Qəbələ RPŞnin TB-in təhqiqatçısı Fərid Nizamlı tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, 27 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən hər hansı narkotik vasitə və ya digər cinayət xarakterli əşya aşkar edilməmiş, lakin o, təxminən 10-15 gün əvvəl borclu olduğu 100 manatın qarşılığında həqiqətən də qardaşı Təqsirləndirilən şəxs1 özünün əkib-becərmiş olduğu qurudulmuş marixuna satdığını, eləcə də həmin marixuananın bir hissəsini Qəbələ rayon Tüntül kəndində yerləşən yaşadığı həyətdə saxladığını, onları könüllü şəkildə təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı mobil telefon vasitəsilə video və fotoşəkillər çəkilmiş, fotoşəkillərin əksi çıxarılıb, video çəkiliş isə 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Fərid Nizamlı tərəfindən tərtib edilmiş 27 oktyabr 2024cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş foto və video görüntülərdən aydın olur ki, Təqsirləndirilən şəxs2 yaşadığı Qəbələ rayonunun Tüntül kəndindəki həyətyanı sahəsinə sonuncunun razılığı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 məxsus həyətdəki yarımtikilidə kvadrat şəkilli taxtanın altından 01 ədəd göy rəngli sellofan torbada 438 qram, 2 ədəd “Pirima” markalı siqaret qutularında 14 qram və 17 qram və 01 ədəd ağ rəngli sintetik kisədən hazırlanmış zənbildə 06 ədəd 334 qram narkotik maddə olan qurudulmuş marixuanaya oxşar bitki kütlələri aşkarlanaraq götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 həmin bitki kütləsinin narkotik maddə olan marixuana olduğunu bildirib onları həyətində əkib becərdiyini bildirmişdir. Qeyd olunan qurudulmuş marixuanaya oxşar bitki kütlələri maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək qablaşdırılmışdır. Baxış zamanı, baxış protokolu tərtib edilmiş, fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş, həmçinin baxış zamanı video çəkilişdən istifadə edilməklə həmin video görüntü 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 28 oktyabr 2024-cü il tarixli Qəbələ RPŞnin TB-in təhqiqatçısı Fərid Nizamlı tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, 28 oktyabr 2024-cü il tarixdə saat 09:10 radələrində şübhəli şəxs qismində tutulmuş X4 üzərinə müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Bəxtiyar Qocayevin üzərinə şəxsi axtarış keçirilən zaman hər hansı bir narkotik vasitə və ya digər cinayət xarakterli əşya aşkar edilməmiş, lakin, baxış zamanı Şahid1 2024-cü ilin sentyabr-oktyabr aylarında Təqsirləndirilən şəxs1 özü istifadə etmək üçün 10 manat, 5 manata və 15 manata olamqla 3 dəfə qurudulmuş marixuana aldığını, xx.xx.2024-cü il tarixdə təkrar marixuana almaq məqsədilə Təqsirləndirilən şəxs1 zəng etdiyini, lakin onlar görüşənədək Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanıldığını, narkotik vasitələrin satışını həyata keçirmədiyini, evində və ya digər yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı mobil telefon vasitəsilə video və fotoşəkillər çəkilmiş, fotoşəkillərin əksi çıxarılıb, videoçəkiliş isə 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs2 Bədrədidn oğlunun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək 2024-cü ilin sentyabr ayının sonlarında xatırlamadığı tarixdə saat 19 radələrində Qəbələ rayonunun Tüntül kəndində yaşadığı evin həyətyanı sahəsindən yol tərəfdə qardaşı Təqsirləndirilən şəxs1 ilə görüşərək ona borclu olduğu 100 (yüz) manat pulun qarşılığında ona bir sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı satdığı hadisə yerini göstərmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək 2024-cü ilin sentyabr ayının sonlarında xatırlamadığı tarixdə saat 19 radələrində Qəbələ rayonunun Tüntül kəndində qardaşı Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətyanı sahəsindən yol tərəfdə Təqsirləndirilən şəxs2 ilə görüşərək sonuncunun ona borclu olduğu 100 (yüz) manat pulun qarşılığında ondan bir sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı aldığı yeri göstərmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin X18 təqdim etdiyi 28 oktyabr 2024-cü il tarixli 17/848 nömrəli bioloji rəyində göstərilmişdir ki: - Tədqiqata təqdim olunmuş, üzərində “İştirakçıların siyahısı. 1.Şübhəli şəxs /imza/ Təqsirləndirilən şəxs1. 2. Müdafiəçi /imza/ Müdafiəçi1” adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərsindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-9.28 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış “İştirakçıların siyahısı.1.Şübhəli şəxs /imza/ Təqsirləndirilən şəxs2. 2. Müdafiəçi /imza/ Müdafiəçi2” adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərsindəki 02 (iki) ədəd siqaret qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri -10.24qr, 7.76qr ümumi təmiz çəkisi-18.00 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır - Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “İştirakçıların siyahısı.1.Şübhəli şəxs /imza/ Təqsirləndirilən şəxs2. 2. Müdafiəçi /imza/ Müdafiəçi2” adlar və imzalar yazılmış 01 (bir) ədəd göy rəngli sellofan torbanın içərsindəki təmiz çəkisi-405,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Tədqiqata təqdim olunmuş, üzərində “İştirakçıların siyahısı. 1.Şübhəli şəxs /imza/ Təqsirləndirilən şəxs2. 2. Müdafiəçi /imza/ Müdafiəçi2 ” adlar və imzalar olan 01 (bir) ədəd ağ rəngli sintetik torbanın içərsindəki 06 (altı) ədəd uzunluqları 95 sm-dən 175 sm-dək quru vəziyyətdə ümumi təmiz çəkiləri-256,41 qram olan bitki hissələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. - Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 9.28 qram, 02 (iki) ədəd siqaret qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 10.24 qram, 7.76 qram, və 01 (bir) ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 405,0 qram olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. - Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd ağ rəngli sintetik torbada olan 06 (altı) ədəd çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər. - Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd ağ rəngli sintetik torbada olan 06 (altı) ədəd çətənə (kannabis) bitkisinin hissələri ilə 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 9,28 qram, 02 (iki) ədəd siqaret qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 10,24 qram, 7.76 qram və 01 (bir) ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 405,0 qram olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 06 noyabr 2024-cü il tarixli “maddi sübutun tanınması və saxlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, təmiz çəkisi 9,28 qram olmuş, tədqiqatlara sərf edilmiş 0,02 qram hissə çıxıldıqdan sonra qalıq çəkisi 9,26 qram olmuş narkotik vasitə olan qurudulmuş marixuana, eyni zamanda Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, təmiz çəkisi 10,24 qram olmuş, tədqiqatlara sərf edilmiş 0,02 qram hissə çıxıldıqdan sonra qalıq çəkisi 10,22 qram, təmiz çəkisi 7,76 qram olmuş, tədqiqatlara sərf edilmiş 0,02 qram hissə çıxıldıqdan sonra qalıq çəkisi 7,74 qram, təmiz çəkisi 405,0 qram olmuş, tədqiqatlara sərf edilmiş 0,05 qram hissə çıxıldıqdan sonra qalıq çəkisi 404,95 qram olmuş narkotik vasitə olan qurudulmuş marixuana və ümumi təmiz çəkisi 256,41 qram olmuş, tədqiqatlara sərf edilmiş 0,12 qram hissə çıxıldıqdan sonra qalıq çəkisi 256,29 qram çətənə bitkisinin hissələri cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla saxlanması üçün Qəbələ RPŞnin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 31 oktyabr 2024-cü il tarixli aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 həyətində narkotik vasitələri kultivasiya etdiyi yer kimi təqdim etdiyi torpaq sahəsinin narkotik tərkibli çətənə bitkilərinin yetişdirilməsi üçün münbit torpaq sahəsi olduğu qeyd edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin təqdim etdiyi 09 dekabr 2024-cü il tarixli 1959 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən sui istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyi, yaşı 60 dan yuxarı olduğu üçün məcburi müalicə tətbiq edilə bilmədiyi, narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyü bildirilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin təqdim etdiyi 09 dekabr 2024-cü il tarixli 1960 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac olduğu, narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyü bildirilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X7” X24 Qəbələ Rayon Mərkəzi Xəstəxanasının 19 noyabr 2024-cü il tarixli PHŞ-in 18-1-52/2-3304/2024 nömrəli məktubunda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs1 həmin xəstəxananın psixonevroloji və narkoloji kabinelərdə də hər hansı bir xəstəliklə qeydiyyatda olmadıqları göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxslərdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(025)-30/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(025)-31/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Tüntül kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Tüntül kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Tüntül kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli, 5-59-36/2-310/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi həyat yoldaşı X10 və oğlu xx.xx.1999-cu il təvəllüdlü X12 ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Tüntül kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli, 5-59-36/2-311-2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Qəbələ rayonu Tüntül kəndində yaşayır və ailə tərkibi həyat yoldaşı X2 və oğlu xx.xx.1990-cu il təvəllüdlü X6 ibarətdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələr ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndində məhkəmələrə izah edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.. Həmin qərarın 21-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, . CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. 29 Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməmələri, heç kimə narkotik vasitə satmamaları barədə qeydləri özlərinin müdafiəsi üçün gətirdiyi dəlillər hesab edilməlidir. Bundan əlavə məhkəmə o halı da nəzərə alır ki, əvvəlki məhkəmə iclaslarında Qurbanov X11 Qocayevə narkotik vasitə olan marixuana verdiyini, lakin pul qarşılığında vermədiyini qeyd etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 da qardaşı Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuananı pul qarşılığında deyil, təmannasız şəkildə verdiyini qeyd etmişdir. Beləliklə də təqsirləndirilən şəxslər bu səbəbdən özlərini CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməmişlər. Beləliklə, məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyriəmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Ali Məhkəmənin sözügedən plenum qərarından göründüyü kimi Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 X5 narkotik vasitəni verdiyini, həmçinin Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 narkotik vasitə verdiyini istər ibtidai istintaqda, istərsə də məhkəmə zamanı etiraf etmişlər. Bundan əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə vəsatətlər təqdim etmişlər. Təqsirləndirilən şəxs1 vəsatətində qardaşı Təqsirləndirilən şəxs2 hədə-qorxu gələrək ondan narkotik vasitə aldığını, Təqsirləndirilən şəxs2 isə vəsatətində qardaşı Təqsirləndirilən şəxs1 ondan hədə-qorxu gələrək narkotik vasitə tələb etdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyə təqdim etdikləri vəsatətlərə tənqidi yanaşır. Belə ki, sonuncular ya ibtida istintaqda, ya da məhkəmə iclasında verdikləri ifadələrində bununla bağlı heç nə bildirməmişlər. Belə ki, təqsirləndirilən şəxs polis şöbəsində onlardan izahat alınan zaman döyüldüklərini qeyd etsələr də, hazırkı cinayət işi üzrə məhkəmə baxışı zamanı sərbəst ifadələri alınmış, lakin ifadələrində narkotik vasitənin Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 hədə-qorxu vasitəsi ilə verilməsinə dair heç bir ifadə işlətməmişlər, bununla bağlı hər hansı bir sübut təqdim etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, vəsatətdə qeyd edilənlər Təqsirləndirilən şəxs2 özünün müdafiəsi üçün gətirdiyi dəlillər hesab edilməlidir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 barəsində Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 3 ay həddində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 27 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, Məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3- cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin ətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. İbtidai istintaq zamanı təyin edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji dispanserin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 234.2 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi və Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 barəsində Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 3 ay həddində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 27 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, Məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3- cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin ətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. İbtidai istintaq zamanı təyin edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji dispanserin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Lakin, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASİ NAZİRLƏR KABİNETİNİN 9 fevral 2006-cı il tarixli, 39 nömrəli qərarının 3.7-ci bəndinə əsasən 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara məcburi müalicə tətbiq oluna bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində məcburi müalicə təyin edilməməlidir. Lakin, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 35,97 manat (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, təmiz çəkisi 9,28 qram olmuş, tədqiqatlara sərf edilmiş 0,02 qram hissə çıxıldıqdan sonra qalıq çəkisi 9,26 qram olmuş narkotik vasitə olan qurudulmuş marixuana, eyni zamanda Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, təmiz çəkisi 422.91 qram olmuş narkotik vasitə olan qurudulmuş marixuananın və ümumi təmiz çəkisi 256,41 qram olmuş, tədqiqatlara sərf edilmiş 0,12 qram hissə çıxıldıqdan sonra qalıq çəkisi 256,29 qram olan 06 (altı) ədəd çətənə bitkisinin hissələri hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 27 oktyabr 2024-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 27 oktyabr 2024-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 manat (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X8, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, təmiz çəkisi 9,28 qram olmuş, tədqiqatlara sərf edilmiş 0,02 qram hissə çıxıldıqdan sonra qalıq çəkisi 9,26 qram olmuş narkotik vasitə olan qurudulmuş marixuana, eyni zamanda Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, təmiz çəkisi 422.91 qram olmuş narkotik vasitə olan qurudulmuş marixuananın və ümumi təmiz çəkisi 256,41 qram olmuş, tədqiqatlara sərf edilmiş 0,12 qram hissə çıxıldıqdan sonra qalıq çəkisi 256,29 qram olan 06 (altı) ədəd çətənə bitkisinin hissələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar