Məhkəmə qərarları › İş №1(025)-7/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-7/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-7/2023 17.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X7 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ-cü dərəcəli hüquqşünas X10, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və X16, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Qəbələ rayonu, Həmzəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Həmzəlli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qəbələ rayonu Əmirvan kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək oğlu X28 Hallar Nazirliyinin X13 işlə təmin etdirəcəyinə dair yalan vədlər verərək həmin işi həll edəcək şəxslərə bunun müqabilində vermək adı ilə aldadıb, Zərərçəkmiş şəxs2 xx.xx.2019-cu il tarixdə istintaqa dəqiq məlum olmayan saatda Qəbələ şəhər ərazisində “Heydər Əliyev” adlı parkda 4000 (dörd min) manat, xx.xx.2019-cu il tarixdə isə eyni ünvanda istintaqa dəqiq məlum olmayan saatda 750 (yeddi yüz əlli) manat pulu götürüb verdiyi vədə əməl etmədən həmin pulları öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs2 ümumilikdə 4750 (dörd min yeddi yüz əlli) manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qəbələ rayonu Qəmərvan kənd sakini Zərərçəkmiş şəxs3 etibarından sui istifadə edərək, onu Qəbələ şəhəri, Muxtar Abduyev küçəsində FHN-in işçilərinə ayrılmış binada iki otaqlı mənzil ilə təmin etdirəcəyinə dair yalan vəd verərək həmin işi həll edəcək şəxslərə bunun müqabilində vermək adı ilə aldadıb, Zərərçəkmiş şəxs3 hissə-hissə olmaqla, ilk dəfə xx.xx.2019-cu il tarixdə saat 13:07 dəqiqədə 2800 (iki min səkkiz yüz) manat pulu X44 şəhəri ərazisində yerləşən filialı vasitəsi ilə öz adına köçürtməklə, bundan bir həftə sonra xx.xx.2019-cu il tarixdə saat 12 radələrində 1600 (bir min altı yüz) manat pulu Qəbələ şəhəri ərazisində yerləşən Sağlamlıq adlı kafedə Zərərçəkmiş şəxs3 götürməklə sonuncuya məxsus ümumilikdə 4400 (dörd min dörd yüz) manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirmiş və həmin pulu verdiyi vədə əməl etməyərək öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs3 4400 (dörd min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qəbələ rayonu Qəmərvan kənd sakini Zərərçəkmiş şəxs3 etibarından sui istifadə edərək, yeznəsi Şahid3 AR FHN-in X19 sürücü vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verərək həmin işi həll edəcək şəxslərə bunun müqabilində vermək adı ilə aldadıb, Zərərçəkmiş şəxs3 xx.xx.2019-cu il tarixdə saat 12 radələrində 2900 (iki min doqquz yüz) manat pulu Qəbələ şəhəri 28 May küçəsi ərazisində Bum qəsəbəsi dayanacağı adlanan ərazidə götürməklə verdiyi vədə əməl etməyərək öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs3 2900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qəbələ rayonu Həmzəlli kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək, onun kəsilmiş təqaüdünün bərpa ediləcəyinə köməklik göstərəcəyinə dair yalan vədlər verərək həmin işi həll edəcək şəxslərə bunun müqabilində vermək adı ilə aldadıb, Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla, yəni xx.xx.2021-ci il tarixdə Qəbələ şəhər H.Əliyev prospekti ərazisində günorta saatlarında 150 (bir yüz əlli) manat, xx.xx.2021-ci il tarixdə Qəbələ şəhər ərazisində yerləşən “Ana Abidəsi” adlanan ərazinin yaxınlığında səhər saatlarında 600 (altı yüz) manat, xx.xx.2021-ci il tarixdə Qəbələ rayon Mərkəzi Xəstəxanasının həyətində günorta saatlarında 250 (iki yüz əlli) manat pulu götürməklə, sonuncu dəfə isə 2021-ci ilin noyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və saatda Qəbələ şəhərinin mərkəzi hissəsində 100 (bir yüz) manat pulu Zərərçəkmiş şəxs1 qızı Şahid1 götürməklə Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 1100 (bir min bir yüz) manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirmiş və həmin pulu verdiyi vədə əməl etməyərək öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs1 1100 (bir min bir yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, üç nəfər şəxsin, yəni Əmirvan kənd sakini Zərərçəkmiş şəxs2, Qəmərvan kənd sakini Zərərçəkmiş şəxs3 və həmkəndlisi Zərərçəkmiş şəxs1 pullarını hər üç şəxsə müxtəlif vədlər verərək aldadaraq ələ keçirmişdir. Belə ki, ilk dəfə Rühəngizlə eyni avtomobildə hər ikisi sərnişin kimi Bakı şəhərinə gedən zaman tanış olmuşlar. Həmin vaxtdan etibarən Rühəngiz onunla telefon əlaqəsi saxlamış, həmçinin üz-üzə də Bakı şəhərində və Qəbələ rayonunda dəfələrlə görüşmüşlər. 2019-cu ilin fevral ayında Rühəngizlə Bakı şəhəri Şamaxinka deyilən ərazidə görüşən zaman Rühəngiz ona İ qrup əlil olduğu üçün Qəbələ rayon, M.Abduyev küçəsində yerləşən hərbi şəhərcikdə ev verilə biləcəyini, lakin həmin evin əldə edilməsi üçün sənədlər lazım olduğunu, həmçinin evi tez bir şəkildə əldə etmək üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirmişdir. Öz razılığını Rühəngizə bildirmişdir. Rühəngiz ona ev əldə etmək üçün şəxsiyyət vəsiqəsinin surəti, əlillik vəsiqəsinin surəti, əlillik vəsiqəsi olmasa isə arayış verməli olduğunu demişdir. Beləliklə 2019-cu ilin fevral ayının ortalarında Rühəngiz Qaragözovanın ona tanış etdiyi şəxs olan Elçin Əliheydərov adlı şəxslə Bakı şəhəri Nizami metrosunun yaxınlığında görüşmüşlər. Elçin Əliheydərov adlı şəxsin ata adını bilmir. O, uca boylu, qara buğdayı, popur saçlı, təxminən 55 yaşlarda imiş. Rühəngiz və Elçinlə Nizami metrosunun yaxınlığında söhbət edən zaman Rühəngiz Qaragözova ev məsələsini həll edən şəxsin Elçin Əliheydərov adlı şəxs olduğunu demişdir. Həmçinin Rühəngiz bildirmiş ki, özü də Elçinə ev almaq üçün sənədlərinin surətini vermişdir. Nizami metrosunun yaxınlığında Elçin Əliheydərov ona demiş ki, şəxsiyyət vəsiqəsinin və əlillik vəsiqəsinin surətini ona verməlidir. Nizami metrosunun yaxınlığında sənədlərin surətini çıxararaq Elçinə təqdim etmişdir. Təxminən 1 həftə sonra Rühəngiz ona zəng edərək Elçin adlı şəxsin yenidən görüşmək istədiyini bildirmiş, 2019-cu ilin fevral ayının 15-16-sı tarixində Elçin Əliheydərov və Rühəngiz adlı şəxslərlə Bakı şəhəri Nərimanov rayonu, Nənəmin təndiri deyilən kafenin qarşısında görüşmüş, Elçin ona 4 otaqlı evin 10000 manat müqabilində düzələcəyini bildirmiş, Elçinə razılığını bildirmiş və həmin gün Nərimanov rayonu ərazisində 5000 manat pulu Elçin Əliheydərov adlı ona X23 Şöbəsinin müdiri kimi işlədiyini deyən və Bakı şəhər Yasamal rayon ərazisində yaşayan şəxsə 5000 manat pul vermişdir. Elçinə 5000 manat pul verdiyini Rühəngiz Qaragözova da görmüşdür. Həmin vaxt Rühəngiz Qaragözova ilə söhbət edən zaman Rühəngiz ona özünün də 6000 manat pulu Elçinə iki otaqlı mənzil üçün verdiyini bildirmişdir. Təxminən 4-5 gün sonra isə X32 rayonu ərazisində yerləşən ATS telefon şöbəsinin qarşısında 5400 manat pul vermişdir. Elçin ona 3-4 ay sonra mənzil veriləcəyini demişdir. Həmin vaxt Elçin ona əlində olan bir məktubu oxumuş, məktubda onun 1999-cu il tarixdə əlil olduğu barədə məlumatlar yazılmış, həmin məktuba isə özü də imza çəkmişdir. 2019-cu ilin iyun ayının ortalarında Rühəngiz Qaragözova ona zəng edərək Qəbələ rayonunda qohumlarının olduğunu, həmin şəxslərin ona zəng edəcəyini, həmin şəxslərlə görüşməli olduğunu demişdir. Təxminən 5-6 gün sonra Qəbələ rayon Qəmərvan kənd sakini Şahid5 ona zəng etmiş, nömrəsini Rühəngiz adlı qohumundan aldığını demiş və onunla görüşmək istəmişdir. 2019-cu ilin iyun ayının sonlarında Şahid5la Qəbələ şəhərinin mərkəzində yerləşən Qəbələ Ticarət mərkəzinin arxasındakı Sağlamlıq adlı kafedə görüşmüşdür. Namizəd ona 1 otaqlı mənzil almaq istədiyini, mənzili övladı Pərvin üçün istədiyini, Pərvinin adına heç bir torpaq olmadığını bildirmişdir. Namizədə mənzil üçün özünün də Elçin adlı şəxsə pul verdiyini, həmçinin Rühəngiz Qaragözovanın da Elçinə 6000 manat pul verdiyini demişdir. 5 iyul 2019-cu il tarixdə Bakı şəhəri 20 yanvar prospektində Şamaxinka deyilən ərazidə yerləşən “Şəki” adlı kafedə Elçin Əliheydərov adlı şəxslə görüşmüşdür. Elçinə bir nəfər şəxsin olduğunu, həmin şəxsin dövlət işində işləməsinə baxmayaraq adına torpaq olmadığını, həmin şəxsin də onun kimi mənzil əldə etmək istədiyini demişdir. Elçin ona bir otaqlı mənzilin 4000 manata, 2 otaqlı mənzilin isə 7000 manata olduğunu deyərək ağ vərəqə şəxsiyyət vəsiqəsinin surəti, Torpaq idarəsindən şəxsin adına heç bir yerdə torpaq olmamasına dair arayış, iş yeri və yaşayış yeri haqqında arayış lazım olduğunu yazaraq ona vermişdir. 07 iyul 2019-cu il tarixdə həmin vərəqi Şahid5 Qəbələ Ticarət mərkəzinin qarşısında vermiş, ona 1 otaqlı mənzil üçün 4000 manat, 2 otaqlı mənzil üçün isə 7000 manat pul lazım olduğunu demişdir. Namizəd ona 3-4 gün ərzində cavab verəcəyini bildirmiş və 3-4 gün sonra oğlu Pərvinlə birlikdə Sağlamlıq adlı kafedə görüşmüşdür. Namizəd və Pərvin ona əvvəlcə 1 otaqlı mənzil istədiklərini, mənzilin əldə edilməsi müqabilində istənilən 4000 manat pulu isə bir həftə ərzində ona verəcəyini bildirmişdir. 14 iyul 2019-cu il tarixdə göz nahiyyəsindən əməliyyat olmuş, 16 iyul tarixində isə yenidən Qəbələ rayon Həmzəlli kəndinə geri qayıtmış, 19-20 iyul 2019-cu il tarixdə Namizəd ona zəng etmiş, Bankdan kredit götürdüklərini, pulun hazır olduğunu ona bildirmişdir. Pulu onun adına vurmasını Namizədə demişdir. İlk dəfə 2800 manat pulu Namizəd və Pərvin onun adına kapital bank vasitəsi ilə vurmuşlar. Daha sonra yaşadığı evdən çıxaraq Qəbələ şəhərində Bum qəsəbəsi dayanacağına gəlmiş, Pərvin və Namizəd onun adına pul vurulmasını təsdiq edən sənədi ona vermişlər, həmçinin Namizəd və Pərvin ona Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsinin surətini, Torpaq idarəsindən adına heç bir yerdə torpaq olmamasına dair arayış, iş yeri və yaşayış yeri haqqında arayışı vermişlər, Namizədə 26 iyul tarixində Bakı şəhərinə gedəcəyini bildirmiş, Namizəd də ona iki otaqlı mənzil istədiyini, Bakı şəhərinə gedən zaman isə yerdə qalan pulları ona verəcəyini bildirmişdir. 26 iyul 2019-cu il tarixdə Bakı şəhərinə getmişdir. Bakı şəhəri, Nərimanov rayon ərazisindəki Nənəmin təndiri kafesinin yaxınlığında Rühəngiz və Elçinlə görüşmüşdür. Orada Elçinə sənədləri və 4000 manat da pul vermiş, Şahid5 və Zərərçəkmiş şəxs3 ona verdiyi pulun üzərinə öz cibindən 1130 manat pul əlavə edərək Elçinə vermişdir. Həmin vaxt Elçindən öz evinin nə zaman hazır olacağını soruşmuş, Elçin ona 2019-cu ilin avqust ayının sonlarında evin hazır olacağını bildirmişdir. Şahid5 oğlu Zərərçəkmiş şəxs3 evinin isə 2019-cu ilin oktyabr ayında hazır olacağını demişdir. 2019-cu ilin avqust ayının ortalarında Rühəngiz Qaragözova ona zəng edərək Elçin Əliheydərovun ona zəng edərək Namizədin adına torpaq olduğunu bildirmişdir. Namizədə zəng edərək onun adına torpaq çıxdığını bildirmişdir. Namizəd də yenidən torpaq idarəsində adına torpaq olub-olmadığını yoxlatdırmış və özünün adına 7 sot torpaq olduğunu aşkar etmişdir. Təxminən 3 gün sonra Namizəd ona zəng edərək sistemdən həmin torpağı adından çıxaracağını demiş və əlavə olaraq da artıq 1 otaqlı mənzil deyil, iki otaqlı mənzil istədiyini bildirərək ondan Bakı şəhərinə nə zaman gedəcəyini soruşmuş, Namizədə təxminən iki gün sonra gedəcəyini demişdir. Beləliklə, Zərərçəkmiş şəxs3 ona Qəbələ rayon ərazisindəki Beynalxalaq Bankın qarşısında 2900 manat pulu 2019-cu ilin oktyabr ayında vermişdir. Bakı şəhərinə 2019-cu ilin oktyabr ayında gedərək Elçin Əliheydərov adlı şəxslə görüşmüş, Bakı şəhəri, Yasamal rayonu ərazisindəki ATS telefon şəbəkəsinin yaxınlığında Elçinə əlbəəl 3000 manat pul vermişdir. Elçin Əliheydərova özünə məxsus 10400 manat və Şahid5 məxsus 7000 manat pul verməsinə baxmayaraq Elçinin evlərin hazır olacağı tarixlərdə mənzillər hazır olmadığı üçün Rühəngizə və Elçinə dəfələrlə bu barədə bildirmişdir. Buna görə də 28 noyabr 2019-cu il tarixdə Elçin və Rühəngizlə Bakı şəhər Şamaxinka deyilən ərazidə görüşərək bu barədə onlarla söhbət etmişdir. Həmin vaxt Rühəngiz Qaragözova da Elçindən nə üçün bu vaxta kimi mənzillərin hazır olmadığını soruşmuşdur. Elçin həmin vaxt ona 15 dekabr 2019-cu il tarixdə mənzilinin veriləcəyini bildirmiş, ona mənzil verildikdən sonra isə Rühəngizə və Zərərçəkmiş şəxs3 ev veriləcəyini bildirmişdir. 14 dekabr tarixində yenidən Bakı şəhərinə gedərək Şamaxinka deyilən ərazidə Rühəngiz Qaragözova ilə görüşmüşdür. Rühəngiz Elçinə zəng vurmuş, Elçin əlaqə zamanı 2020-ci ilin 15-20 yanvar tarixlərində mənzillərin hazır olacağını demişdir. 22 yanvar 2020-ci il tarixdə Bakı şəhərinə gedib təkrar Rühəngizlə görüşmüş, Rühəngizə Əlillər cəmiyyətinə, daha sonra isə Prezident aparatına gedəcəyini demişdir. 2020-ci ilin yanvar ayının sonlarında Bakı şəhərində yerləşən Gözdən Əlillər Cəmiyyətinin binasına getmiş, binanın girişində ona 012 ilə başlayan bir nömrə vermişlər, xx.xx.2020-ci il tarixdə həmin nömrə ilə əlaqə saxlamış, əlaqə zamanı adına heç bir evin olmadığını bildirərək onu həmin cəmiyyətin binasına dəvət etmişlər, onu həmin cəmiyyətin binasının ikinci mərtəbəsində bir nəfər qadın qəbul etmiş, adına heç bir sənəd olmadığını bildirmişdir. X24 zəng edərək məsələni ona izah etmişdir. Rühəngiz ona Qəbələ rayonunda olduğunu bildirmişdir. 2020-ci ilin 5-6 fevral tarixində Bakı şəhərində 28 MALL ticarət mərkəzinin qarşısında Rühəngiz, Rühəngizin yanında olan tanımadığı şəxs, Elçin Əliheydərovla görüşmüşdür. Elçin onu aldatdığı üçün Rühəngiz əsəbləşərək Elçinin boğazından tutmuş, Elçin Rühəngizə əvvəllər ona yaxşılıq etdiyini bildirmişdir. Rühəngiz buna baxmayaraq Elçindən ümumilikdə 25 min manat pulları istəmişdir. Elçin isə Rühəngizə ondan ümumilikdə 23 min manat aldığını bildirmişdir. Rühəngiz isə əlavə olaraq 1600 manat da aldığını bildirmişdir. Rühəngiz Elçinə polis şöbəsinə getməsini demişdir. Elçin isə pulu geri qaytaracağını deyərək kiməsə zəng etmişdir. Təxminən 20 dəqiqə sonra 6 min manat pulu nömrəsini və markasını xatırlamadığı avtomobil ilə tanımadığı bir nəfər şəxs gətirib Elçinə vermişdir. Elçin isə 6000 manatı Rühəngizə geri qaytararaq evini hazır etdiyini, lakin Zərərçəkmiş şəxs3 pulunu 12 mart 2020-ci il tarixdə geri qaytaracağını, həmçinin onun da mənzili düzəlməsə pulunu 12 mart 2020-ci il tarixədək geri qaytaracağını bildirmişdir. 12 mart 2020-ci il tarixdə yenidən Bakı şəhərinə geri qayıtmışdır. 18 mart 2020-ci il tarixdə Rühəngizlə görüşmüşdür. Elçinin telefon nömrəsini itirdiyi üçün Prezident Aparatına zəng etmiş, oradan ona Elçin Əliheydərov adlı şəxsin orada işləmədiyini bildirmişlər. 18 mart 2020-ci il tarixdə Rühəngizlə görüşən zaman Elçinin pulları geri qaytarmadığını demişdir. Rühəngiz də ona nə edəcəyini bilmədiyini demişdir. Rühəngiz ona Zərərçəkmiş şəxs3 pulunun bir hissəsini geri qaytarmasını bildirmişdir. Pərvin və Namizəddən alaraq Elçin Əliheydərov kimi özünü təqdim edən şəxsə verdiyi ümumilikdə 7000 manat puldan isə hər ay 500 manat pulunu geri qaytaracağını Namizədə və Pərvinə bildirmişdir. Onlar əvvəlcə buna razı olmuşlar. 2020-ci ilin mart ayından sonra bir dəfə 500 manat pulu Pərvinə və Namizədə geri qaytarmışdır. Lakin, karantin rejimi olduğu üçün və işləmədiyinə görə yerdə qalan pulları geri qaytara bilməmişdir. Sonradan Pərvinə və Namizədə evini satdıqdan sonra onların pulunu geri qaytara biləcəyini bildirmişdir. Lakin hal-hazırda evini və torpağını sata bilmədiyi üçün Namizəddən aldığı ümumilikdə 7300 manatdan 6800 manatını hələ də geri qaytara bilməmişdir. Həmçinin Qəbələ rayon Qəmərvan kənd sakini Zərərçəkmiş şəxs3 ərizə və izahatında qeyd etdiyi Şahid3 şəxsən görməmişdir. 2019-cu ilin noyabr ayında Namizədlə Qəbələ şəhərində yerləşən Sağlamlıq adlı kafedə yemək yeyən zaman Namizəd ondan Şahid3 adlı qohumunun Fövqəladə Hallar Nazirliyində sürücü kimi işləyə bilib-bilməyəcəyini soruşmuş, Namizədə FHN-də tanışının olduğunu, Şahid3 sənədlərini ona verə biləcəyini bildirmişdir. Elə həmin ayda Elvinin sürücülük vəsiqəsinin surəti, şəxsiyyət vəsiqəsinin surətini Namizəddən götürmüş, daha sonra isə Bakı şəhərində FHN-də müavin işləyən Raqif adlı şəxsə vermiş, Raqif adlı şəxsi ona dostu Bakı şəhər sakini Marat adlı şəxs tanış etmişdir. Şahid3 məxsus sənədlərin surətini Raqif adlı şəxsə verdikdən sonra Raqif adlı şəxs ona Elvinin ən azı 5 il sürücülülk stajı olmadığı üçün işə düzələ bilməyəcəyini bildirmişdir. Elvinin sənədlərini yenidən Namizədə geri vermişdir. Namizəddən və ya sonuncunun oğlu Zərərçəkmiş şəxs3 Pərvinin yeznəsi Şahid3 FHN-də sürücü kimi işə düzəltmək üçün 2900 manat pul almamışdır. Ümumiyətlə isə Elvini FHN-də sürücü kimi işə düzəltmək üçün sadəcə olaraq Namizədin ona verdiyi Elvinə məxsus sənədlərin surətini almış, sonradan isə geri qaytarmışdır. Qəbələ rayon Əmirvan kənd sakini X3 təxminən 3 ildir ki, tanıyır. 2019-cu ilin yanvar ayının 14-ü tarixində Maarif Abdurrəhmanov ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Ona Qəbələ hotelin yaxınlığında “Söyüd” adlı çay evində olduğunu demişdir. Təxminən 30 dəqiqə sonra Əmirvan kənd sakinləri X5 və Şahid4 onun yanına gəlmişlər. Onunla söhbət edən zaman Maarif Abdurrəhmanov övladları Ağa və adını xatırlamadığı digər oğlunu işə düzəltmək istədiyini bildirmişdir. Marifə övladlarını işə düzəldə biləcəyini demişdir. Oradan Qəbələ şəhərində yerləşən restoranların birinə getmişlər və orada çörək yemişlər. Orada Marif ondan övladlarının işə düzəlməsi müqabilində nə qədər pul lazım olacağını soruşmuşdur. Marifə ümumilikdə 5000 manat pul lazım olduğunu demişdir. Marif ona bir gün ərzində cavab verəcəyini demişdir. 15 yanvar 2019-cu il tarixdə Marif ona zəng etmiş və pulunun olduğunu demişdiri. 17 yanvar 2019-cu il tarixdə Marif ona Heydər Əliyev parkının yaxınlığında yerləşən Elite adlı çay evinin qarşısında 4000 manat pulu övladlarının işə düzəlməsi müqabilində vermişdir. Marif ona 4000 manat verdiyi zaman övladlarının sənədlərini 18 yanvar tarixində verəcəyini bildirmişdir. xx.xx.2019cu il tarixdə Maarif Abdurrəhmanov ona oğlu Ağa Abdurrəhmanovun şəxsiyyət vəsiqəsinin əslini və hərbi biletinin əslini vermişdir. 24 yanvar 2019-cu il tarixdə isə Marif ona geridə qalan 750 manat pulu da Qəbələ şəhərində yerləşən “Oba” marketin yaxınlığındakı “Qəbələ” adlı kafenin qarşısında vermişdir. Həmin vaxt yaxınlıqda Şahid4 da var imiş. Ümumilikdə 4750 manat pulu və X17 məxsus şəxsiyyət vəsiqəsinin əslini, eləcə də hərbi biletin əslini Marif Abdurrəhmanovdan aldıqdan sonra 29-30 yanvar tarixində Bakı şəhərinə FHN-ə getmişdir. Yenidən Qəbələ rayonuna qayıdaraq 2019-cu ilin mart-aprel aylarında seçimlərin olacağını bildirmişdir. 2019-cu ilin mart-aprel aylarında seçimlər olan zaman FHN-də komissiyadan keçdikdən sonra Marifin ona verdiyi sənədləri götürəcəklərini bildirmişlər. Daha sonra isə FHNdə seçimlər saxlanıldığı üçün Maarif Abdurrəhmanovun övladlarının işə düzəldilməsi mümkün olmamışdır. Bunu eşidən Marif kiçik övladını Daxili Qoşunda işə düzəltmək istəmişdir. Marifin kiçik övladını Bakı şəhərinə aparmışdır. Orada komissiyadan keçirmişdir. Lakin Marifin kiçik övladının 5 sm boyu çatmadığına görə o, Daxili Qoşunda işə düzələ bilməmişdir. Bakı şəhər Daxili Qoşunda olan zaman orada ona və yanında olan Marifin kiçik övladına Türkiyə Respublikasına 6 aylıq oxumaq üçün göndərə biləcəklərini demişlər. Lakin, Marifin övladı bunu istəməmişdir. Birlikdə Qəbələ rayonuna gəlmişlər. Marif Abdurrəhmanov ona özünə məxsus 23 BB *** nömrəli avtomobilinin etibarnaməsinin müddətinin və sığortasının bitdiyini, həmin etibarnamənin və sığortanın yenidən alınması zərurəti olduğunu demişdir. Göyçay şəhərinə gedərək Zərərçəkmiş şəxs2 avtomobilinin etibarnaməsini almış, həmçinin onun avtomobilini sığorta da etdirmiş. 2019-cu ilin noyabr ayında isə Marif ondan yerdə qalan pullarını istəmiş, Marifə dekabr ayına kimi gözləməsini bildirmişdir. 2020-ci ilin 6 yanvar tarixində Mariflə Vəndam qəsəbəsində görüşmüş, orada birlikdə çörək yemişlər. Yenidən Marifə seçimlərin halhazırda olmadığını bildirmiş, Marif isə ona inandığını bildirmişdir. Marifə FHN-də seçimlər olana kimi gözləməli olduğunu bildirmişdir. Marif də bununla razılaşmışdır. 2020-ci ilin mart ayında isə karantin rejimi başlamışdır. 2020-ci ilin 4-5 aprel tarixində Marif ona telefonun işləmdiyini bildirmiş, telefon almaq istədiyini demişdir. 2020-ci ilin aprel ayında Qəbələ şəhərinin mərkəzində yerləşən Kontakt Home mağazalar şəbəkəsindən 412 manatlıq Samsung A 10 markalı mobil telefonu öz adına kreditə almış, lakin Marif telefonun kreditini ödəməmişdir. Telefon onun adına olduğu üçün telefonun kreditini özü ödəmişdir. Həmçinin 2020-ci ilin avqust ayında yenidən Marif Abdurrəhmanovun avtomobilinə oğlu Ağanın adına etibarnamə və sığorta alaraq pulunu özü ödəmişdir. X2 övladı X18 FHN-də işə düzəltmək üçün aldığı ümumilikdə 4750 manat pulu imkanı olmadığı üçün geri qaytara bilməmişdir. Marifən aldığı pulları öz şəxsi işləri üçün istifadə edərək xərcləmişdir. Özü heç bir yerdə işləmir. Əvvəlcə fikirləşmiş ki, həmin şəxsləri seçim vasitəsilə işə düzəldər, həmin şəxslərə istiqamət verər və gördüyü işin müqabilində də pullar ona qalar. Pulu öz xərcləri üçün almışdır. Konkret olaraq heç kimə verməyəcəkmiş. Sadəcə bəzi müraciətlər ediləsi yerləri bildiyi üçün bu işi həll edəcəkmiş. Lakin həll edə bilməmişdir. Həmçinin FHN-də heç bir tanışı yoxdur. Marifdən adlığı 4750 manat pulu konret olaraq heç kimə verməyəcəkmiş. Sadəcə seçimlər olduqda onun uşaqlarını Bakı şəhərinə aparıb gətirmişdir. Lakin yenə də konret olaraq FHN-də hər hansı şəxsə pul verməmişdir. Eləcə də orada heç bir tanışı yoxdur. Bundan başqa, Zərərçəkmiş şəxs1 əvvəlcədən tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. Zərərçəkmiş şəxs1 2021-ci ilin iyun ayının 16-sı tarixində onun yanına Qəbələ şəhəri ərazisində yaxınlaşaraq ona dövlət tərəfindən verilən təqaüdün kəsildiyini bildirmiş və kəsilmiş təqaüdünün yenidən bərpa olunması üçün köməklik etməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ona köməklik edəcəyini, lakin bu işdə müəyyən qədər pul vəsaitinin lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 əlavə olaraq isə bildirmiş ki, onun təqaüdünün bərpa olunması üçün növbəyə durmaq lazımdır. Zərərçəkmiş şəxs1 ilk dəfə ondan bu cür köməklik etməsini xahiş edən zaman Raisənin yanında onun qızı Şahid1 da olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs1 bildirmiş ki, növbəyə dayanmaq üçün ilkin olaraq 150 manat pul lazımdır. Belə olub 17 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 onunla Qəbələ şəhərinin mərkəzində dəqiq xatırlamadığı ərazidə günorta saatlarında görüşərək ona 150 manat pul vermişdir. Pulu Raisədən alan zaman onun qızı Gülnar da yanında imiş. Təxminən 2 gün sonra isə Raisədən təqaüd üçün lazım olan sənədlərini, yəni epiqreslər, şəxsiyyət vəsiqəsinin surəti, eləcə də anket məlumatlarını ona verməsini bildirmişdir. Raisə də həmin sənədləri ona təqdim etmişdir. 150 manatı Raisədən aldıqdan sonra Bakı şəhərinə getmişdir. Bakı şəhəri ərazisində yerləşən Əlillərin Bərpa Cəmiyyəti adlanan idarəyə gedib Raisə üçün növbə götürmüşdür. Daha sonra yenidən Qəbələ rayonuna gələrək Raisəyə yenidən Bakı şəhərinə getdiyini, ola bilsin ki, ona pul lazım olacağını demişdir. Belə olub Raisədən 600 manat da Qəbələ şəhəri ərazisində yerləşən Ana Abidəsi adlanan ərazinin yaxınlığında qızı Gülnarın yanında səhər saatlarında vermişdir. Daha sonra 2021-ci ilin avqust ayının 5-i tarixində Raisəyə bildirmiş ki, Bakı şəhərinə getmək lazımdır. Belə olub Raisə və Gülnarı Bakı şəhəri ərazisində yerləşən Göz xəstəxanasının yaxınlığındakı Əlillərin Bərpa Cəmiyyəti adlanan idarəyə getmişdir. Raisə ilə birlikdə içəriyə daxil olmuşlar. Sənədləri qəbul şöbəsinə vermişlər. Qəbul şöbəsindən əlavə olaraq Forma 88 adlanan sənədin də lazım olduğunu demişlər. Orada bildirmişlər ki, Forma 88 adlanan sənədi Qəbələ rayonu ərazisindən elektron şəkildə göndərsinlər. Daha sonra birlikdə Qəbələ rayonuna qayıtmışlar. Zərərçəkmiş şəxs1 ona 100 manat da Bakı şəhəri ərazisində yerləşən Rahat adlı marketin yaxınlığında vermişdir. Çünkü o, yol haqqını verməyini nəzərədə tutmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs1 150 manat pulu Qəbələ rayon Diaqnostika mərkəzinin həyətində qızı Gülnarın yanında almışdır. Bundan sonra isə 100 manat pulu Raisənin qızı Gülnar Raisədən 100 manat istədiyi üçün vermişdir. Ümumilikdə 1100 manat pulu Zərərçəkmiş şəxs1 onun təqaüdünün bərpa olunması üçün almışdır. Bundan sonra yenidən Bakı şəhərinə gedərək Göz xəstəxanasına getmişdir. Orada artıq Zərərçəkmiş şəxs1 adına növbə götürmüşdür. Orada 2022-ci ilin mart ayına cavablar çıxacağını bildirmişdir. Göz xəstəxanasından epiqres sənədini gətirib 25 aprel 2022-ci il tarixdə Raisəyə təqdim etmişdir. Ona epiqresi Qəbələ RMX-dan elektron şəkildə Bakı şəhərinə göndərməli olduğunu bildirmişdir. Lakin, Raisə həmin sənədi göndərməmişdir. Çünkü Raisənin 05 may tarixində 62 yaşı tamam olduğu üçün və həmin vaxt 62 yaşlı olanlara təqüd veriləcəyi barədə qərar çıxmışdır. Sonradan isə Zərərçəkmiş şəxs1 onun həyətinə 15 may 2022-ci il tarixdə gəlmiş, ondan verdiyi 1100 manat pulu az-az geri qaytarmasını istəmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayının əvvəllərində həmkəndlisi Şahid4 vasitəsilə tanımışdır. Belə ki, Şahid4 onun sinif yoldaşı olduğu üçün onunla birlikdə kənd ərazisində yerləşən çay evində oturub söhbət edən zaman Akif ona Həmzəlli kəndində Mahir adlı şəxsin olduğunu, həmin şəxsin Fövqəladə Hallar Nazirliyində oğlu Ağa Abdurəhmanovu işə düzəldə biləcəyini bildirmiş, söhbət zamanı Şahid4 ona həmçinin Mahir adlı şəxsin onun oğlu Asifi də bu qaydada işə düzəltməsi üçün ondan pul aldığını demiş, Akifin dediklərinə inanaraq Təqsirləndirilən şəxs əlaqə nömrəsinə zəng etmiş və daha sonra isə Qəbələ şəhərinin mərkəzində yerləşən restoranların birində görüşmüşlər. Mahirlə görüşən zaman yanında Şahid4 da var imiş. Restoranda oğlu X29 Hallar Nazirliyinin X13 xilasedici kimi işə düzəltmək istədiyini Mahirə bildirmiş, Təqsirləndirilən şəxs isə ona qeyd etdiyi işin müqabilində 4750 manat pul verməli olduğunu və oğlu Ağa Abdurrəhmanovun şəxsiyyət vəsiqəsinin lazım olduğunu bildirmişdir. Restoranda razılığa gəlmişlər, Mahirə inanmış ki, o, oğlu Ağanı işə düzəldəcək, bu minvalla 15 yanvar 2019-cu il tarixdə Təqsirləndirilən şəxs zəng etmiş, daha sonra Qəbələ şəhərində yerləşən “Heydər Əliyev” adlı parkda Mahirlə görüşmüş və parkın içərisindən 4000 manat pulu Təqsirləndirilən şəxs vermiş, pulu verən zaman Mahir ona geridə qalan 750 manat pulu da verdikdən sonra yanvar ayının sonlarında oğlu Ağa Abdurrəhmanovun işə çıxacağını demişdir. Mahirin dediklərinə inanaraq 17 yanvar 2019-cu il tarixdə eyni qaydada “Heydər Əliyev” adlı parkda 750 manat pulu Mahirə əlbəəl vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 4750 manat pul verdikdən sonra Mahir ona ən geci bir ay müddətində oğlu X30 Hallar Nazirliyinin X13 xilasedici kimi işə düzəldəcəyini demişdir. Təxminən 1 ay müddət keçdikdən sonra Təqsirləndirilən şəxs zəng etmiş, ondan işin necə və hansı mərhələdə olduğunu soruşmuş, Mahir ondan hər ay növbəti ay üçün vaxt istəmiş, Mahirin oğlu Ağanı işə düzəltməyəcəyini bildikdən sonra 2020-ci ilin yanvar ayından etibarən Həmzəlli kənd sakini Təqsirləndirilən şəxs ona verdiyi 4750 manat pulu geri istəmişdir. Mahirə 4750 manat pul verdikdən sonra Mahir ona oğlu Ağa Abdurrəhmanovun şəxsiyyət vəsiqəsinin və Attestatının da iş üçün lazim olduğunu bildirmiş, oğlu Ağanın şəxsiyyət vəsiqəsini və Attestatının əslini ona vermişdir, lakin pulunu Mahirdən geri istədikdə Mahir həmin sənədləri ona geri qaytarmışdır. Qaytaran zaman da Mahir yenə də oğlu Ağanın işə düzələcəyini bildirmişdir. Buna görə əvvəlcə həmkəndlisi Akifə məlumat vermiş, Akif ona oğlu Asifin işə düzəlməsi üçün Mahirə verdiyi pulu ondan tamamilə geri aldığını bildirmiş və onun da pulunu geri almalı olduğunu demişdir. Lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs onu aldadaraq və yalandan oğlu X11 Fövəladə Hallar Nazirliyinin X13 xilasedici kimi işə düzələcəyini vəd edərək ümumilikdə 4750 manat pulunu ələ keçirmiş, lakin bu günə qədər nə oğlu Ağa işə düzəlmişdir, nə də ki, Mahirə verdiyi 4750 manat pul geri qayıtmamışdır. Həmin dəymiş ziyanı tələb edir, vermiş olduğu mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayında Bakı şəhərində yaşayan mərhum qohumu Qəbələ rayon Bum qəsəbəsində anadan olan X4 ona zəng etməsi nəticəsində tanımışdır. Belə ki, Rühəngiz Qaragözova onun X33 Xidmətinin Qəbələ rayon DYMH-də yanğınsöndürən vəzifəsində işlədiyini bildiyi üçün ona həmin tarixdə zəng edərək Qəbələ şəhəri, Muxtar Abduyev küçəsində yerləşən “Qaradok” adlı yaşayış məntəqəsinin ərazisində DYMH-də yanğınsöndürən vəzifəsində işlədiyi üçün mənzil ala biləcəyini, iki otaqlı mənzilin qiymətinin isə 4000 manat olduğunu bildirmiş, bu sözləri ona rayonun Həmzəlli kənd sakini Təqsirləndirilən şəxs dediyini də qeyd etmişdir. Mənzil alınmasında isə ona Qəbələ rayon Həmzəlli kənd sakini Təqsirləndirilən şəxs köməklik edə biləcəyini əlavə etmişdir. Rühəngiz Qaragözovaya öz razılığını bildirmiş, Rühəngiz isə Təqsirləndirilən şəxs əlaqə nömrəsini ona vermiş, Mahirin əlaqə nömrəsi olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, Mahirə onun nömrəsini qohumu Rühəngiz adlı şəxsdən aldığını və onunla qeyd edilən məsələ ilə bağlı görüşmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə telefon əlaqəsi zamanı Rühəngiz Qaragözova ilə özünün danışdığını, məsələdən agah olduğunu demişdir. Beləliklə Təqsirləndirilən şəxslə ilk dəfə 2019-cu ilin iyul ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Qəbələ şəhərinin mərkəzində yerləşən çay evlərinin birində oturmuşlar və mənzillə bağlı söhbət etmişlər. Həmin vaxt yaxınlıqda heç kim yox imiş, əvvəlcə Təqsirləndirilən şəxs ona mərhum qohumu Ruhəngiz ilə gediş-gəlişinin olduğunu, Rühəngiz Qaragözova ilə dostluq münasibətlərinin olduğunu, eləcə də Rühəngizin bir çox işlərini gördüyünü bildirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona Muxtar Abduyev küçəsində yerləşən “Qaradok” yaşayış məntəqəsinin ərazisindəki binalardan hər hansısa birinin 3-cü mərtəbəsində 2 otaqlı evin alınmasında köməklik edə biləcəyini bildirmiş, qarşılığında isə şəxsiyyət vəsiqəsinin sürətini, yaşayış yeri haqqında arayışı və iş yerindən arayışı da istəmişdir. Əlavə olaraq da, Mahir ondan soruşmuş ki, mənzilinin qiymətini Rühəngiz ona bildirmişdirmi? Mahirə Rühəngizin ona 2 otaqlı mənzilin qiymətinin 4000 manat olduğunu dediyini bildirmişdir. Mahir də Rühəngizin dediklərini təsdiq etmiş və bildirmiş ki, Rühəngizə bu məlumatları özü vermişdir. Həmin vaxt razılaşmışlar. Təqsirləndirilən şəxs ilə ilk görüşündən təxminən 1 həftə sonra 23 iyul 2019-cu il tarixdə Mahirə təkrar zəng edərək 4000 manat pulu tam şəkildə hazır edə bilmədiyini, lakin 2800 manat pul hazır etdiyini, həmin 2800 manat pulu ona vermək istədiyini bildirmişdir. Mahirlə Qəbələ şəhərində yerləşən Qəbələ Ticarət mərkəzinin sol tərəfindəki Bum qəsəbəsinə gedən dayanacaqda görüşmüşlər, Mahirdən 2800 manat pulu ona hansı formada verməni soruşmuş, Mahir ona pulu əlbəəl də verə biləcəyini, həmçinin pulu onun adına Kapital Bankdan küçürə biləcəyini bildirmiş, o isə Kapital Bankdan köçürməyi üstün tutmuş, Mahir ona öz şəxsiyyət vəsiqəsini dayanacaqda vermiş, şəxsiyyət vəsiqəsinin şəklini öz mobil telefonuna çəkmişdir. Mahir özünün banka səhhəti ilə əlaqədar gedə bilmədiyini demiş, belə olub Kapital Banka tək şəkildə getmişdir. Qəbələ şəhərində yerləşən Kapital Bank mərkəzinə daxil olaraq Təqsirləndirilən şəxs adına bank vasitəsilə 2800 manat pulu 23 iyul 2019-cu il tarixdə köçürmüşdür. Pulu köçürdükdən sonra təkrar Bum qəsəbəsinə gedən dayanacağa geri qayıtmış, Mahir hələ də orada onu gözləyirmiş, pulun köçürülməsinə dair qəbzi Mahirə göstərmiş, Mahir də qəbzin arxasına öz əlyazması ilə “Mən Təqsirləndirilən şəxs 2800 manat pulu aldım 2 otaqlı ev üçün” sözlərini yazmış, Mahirə geridə qalan 1200 manat pulu da az vaxtda ona verəcəyini bildirmişdir. Mahirə 2800 manat pulu verdikdən təxminən 1 həftə sonra Mahir ona zəng edərək evin sənədlərinin qaydaya salınması üçün 1200 manat puldan əlavə olaraq 400 manat da pul verməli olduğunu bildirmişdir. Elə həmin gün yəni 2019-cu ilin iyul ayının sonlarında dəqiq xatırlamadığı günündə 1600 manat pulu rayon mərkəzində yerləşən dəqiq ünvanını bilmədiyi çay evlərinin birində əlbəəl vermişdir. 2019-cu ilin iyul ayında Mahirə ümumilikdə 4400 manat pul verdikdən sonra Mahir ona 2019-cu ilin sentyabr ayına kimi sözü gedən evin onun adına rəsmiləşdiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayına kimi gözləmiş, sentyabr ayının sonlarında Mahirin istifadəsində olan ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələr ilə əlaqə saxlamış, lakin Mahir hər dəfəsində bir bəhanə gətirərək ondan iki-üç gün vaxt istəyirmiş. 2019-cu ilin noyabr ayının əvvəllərində Mahirlə ilk görüşdüyü çay evində, yəni Qəbələ şəhərinin mərkəzində yerləşən adını bilmədiyi çay evində görüşmüşdür. Həmin vaxt Mahirdən ev məsələsinin necə və hansı mərhələdə olduğunu soruşmasına baxmayaraq Mahir ona yenə də yalandan vədlər verərək az vaxtda evin sənədlərinin hazır olacağını bildirmişdir. Həmin vaxt söhbət əsnasında Mahir ona FHN-nin X13 sürücülük işinin olduğunu və həmin işə adam axtardığını bildirmiş, ondan münasib adam olubolmadığını soruşmuş, Mahirə evdə ailə üzvləri arasında bu məsələni müzakirə etdikdən sonra ona cavab verə biləcəyini demişdir. Beləliklə Təqsirləndirilən şəxs yeznəsi Şahid3 sürücülük vəsiqəsinin olduğunu və onun FHN-nin X13 sürücü kimi işləmək istədiyini bildirmişdir. Mahir ondan yeznəsi Elvinin sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini istəmiş, Mahirə yeznəsinin sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini təqdim etmiş, Təqsirləndirilən şəxs yeznəsi Elvinin işə düzəlməsi müqabilində nə qədər pul lazım olduğunu soruşmuşdur. Mahir ona ümumilikdə yeznəsi Elvinin işə düzəlməsi üçün 7000 manat pul lazım olduğunu demiş, Mahirə hal-hazırda 7000 manat pul çox olduğu üçün yeznəsi Elvində qeyd edilən məbləğdə pulun olmadığını bildirmiş, Mahir ona heç olmasa 3000 manatını indi verməsini, yerdə qalan 4000 manat pulu isə yeznəm Elvin işə düzəldikdən sonra verə biləcəyini demiş, o da yeznəsi Şahid3la qeyd edilən məsələ ilə bağlı danışmış, yeznəsi ona pulunun olmadığını yenə bildirmiş, o da yeznəsinə kredit alıb onun yerinə pulu verəcəyini, işə düzəldikdən sonra isə pulunu geri qaytaracağını demiş, yeznəsi Elvin onunla razılaşmışdır. Beləliklə 18 noyabr 2019-cu il tarixdə öz adına Kapital Bank ASC-dən 3000 manat pulu iki il müddətinə kreditə almışdır. Elə həmin gün saat təxminən 12-13 radələrində 2900 manat pulu Təqsirləndirilən şəxs Qəbələ Ticarət mərkəzinin sol hissəsində yerləşən Bum qəsəbəsinə gedən yolun üzərindəki dayanacaqda əlbəəl vermişdir. Həmin vaxt Mahir ona 2020-ci ilin yanvar ayında yeznəsi Şahid3 FHN-nin X13 sürücü kimi işə düzələcəyini və onun da M.Abduyev küçəsində yerləşən binalardan birində mənzil ilə təmin olunacağına dair söz vermişdir. 2020-ci ilin yanvar ayında təkrar Mahirə zəng etdikdə hər ay növbəti ay üçün işin həll olunacağını bildirərək vaxt istəmişdir. Xeyli müddət keçməsinə baxmayaraq nə yeznəsi Elvinin işində, nə də onun işində müsbət nəticə olmadığı üçün yeznəsi Elvinin sənədlərini Təqsirləndirilən şəxs geri tələb etmişdir. 2020ci ilin yanvar ayından 3 ay müddət keçdikdən sonra Mahir yeznəsinin sənədlərini ona geri vermişdir. Mahirin ona verdiyi vədləri yerinə yetirməyəcəyinə tamamilə əmin olduqdan sonra 2020-ci ilin mart-aprel aylarında ümumilikdə Mahirə verdiyi 7300 manat pulunu ona zəng edərək geri istəmiş, Mahir isə ona “işinin düzələcəyini, bir az da gözləməyini” bildirirmişdir. Lakin bütün bunlara baxmayaraq Mahirin dediklərinin heç bir nəticəsi olmurmuş. Mahirdən pulunu geri istədiyi üçün Mahir ona 300 manat pulu 2020-ci ilin may ayının sonlarında Qəbələ şəhərinin mərkəzində yerləşən Bum qəsəbəsinə gedən yolun üzərindəki dayanacaqda vermiş, 2020-ci ilin iyun ayında Mahir ona zəng edərək 200 manat pulu geri qaytarmaq istədiyini demiş, X45 yanında Qəmərvan kəndinin dayanacağına yaxın məsafədə yerləşən Qamət adlı dostunun işlədiyi bərbərxanaya qoymasını bildirmiş, Mahir də 200 manat pulu sözü gedən bərbərxanaya qoymuş, 200 manatı sonradan Qamətdən götürmüşdür. Mütəmadi olaraq Mahirə zəng edərək geridə qalan pulunu¸ yəni 6800 manatını istəmiş, lakin Mahir pulunu geri qaytarmağına söz versə də, geri qaytarmamışdır. Aralarında hazırda ümumilikdə 6800 manat pul qalmışdır. Həmin dəymiş ziyanı tələb edir, vermiş olduğu mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Qəbələ rayon Həmzəlli kəndində qızı Şahid1 ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 2021-ci ilin aprel ayına kimi ürəyində xəstəlik olduğu üçün İİ qrup əlil kimi 205-305 manat arası təqaüd alırmış. Lakin, 2021-ci ilin aprel ayından etibarən aylıq verilən 305 manat təaqüd dövlət tərəfindən kəsilmişdir. Belə ki, təqaüdünün kəsilmə səbəbini öyrənmək üçün Qəbələ rayon Mərkəzi xəstəxanasına gəldikdə, xəstəlikdən yatmalı olduğunu bildirmişlər. Xəstəxanada yatmadığı üçün təqaüdünü bərpa etməmişlər. Lakin 2021-ci ilin iyun ayının əvvəllərində kənd camahatından eşitmiş ki, həmkəndlisi Təqsirləndirilən şəxs təqaüdləri kəsilmiş şəxslərə köməklik edərək onların təqaüdlərini yenidən bərpa edir. Buna görə də 2021-ci ilin iyun ayının 16-sı tarixində həmkəndlisi Təqsirləndirilən şəxs rayon ərazisində görərək ona yaxınlaşmış, ona “eşitdim sən təqaüd bərpa edirsən” sözünü demişdir. Təqsirləndirilən şəxs də ona “bəli, bərpa edirəm, mənlikdir o iş” sözünü demişdir. Həmin vaxt qızı Şahid1 da yanında imiş. Təqsirləndirilən şəxs məlumat verərək bildirmiş ki, onun da təqaüdü kəsilmiş və onu bərpa etməkdə köməklik lazımdır. Mahir də təaqüdünü yenidən bərpa edə biləcəyini bildirmiş və əlavə olaraq qeyd etmiş ki, bunun üçün növbəyə dayanmaq lazımdır, növbə üçün də 150 manat pul lazımdır. Belə olub xx.xx.2021-ci il tarixdə o və qızı Şahid1 həmkəndlisi Təqsirləndirilən şəxslə Qəbələ şəhər ərazisində görüşərək ona əlbəəl 150 manat pulu günorta saatlarında vermişdir. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək işinin hansı mərhələdə olduğunu soruşmuşdur. Əvvəlcə gözləməli olduğunu, onu növbəyə yazdığını bildirmiş, daha sonra isə sənədləri düzəltdiyini, Bakı şəhərinə getdiyini, bunun üçün də 600 manat pul lazım olduğunu demişdir. Belə olub xx.xx.2021-ci il tarixdə qızı Şahid1 ilə birlikdə Qəbələ şəhər ərazisində yerləşən “Ana Abidəsi” adlanan ərazinin yaxınlığında Təqsirləndirilən şəxs əlbəəl 600 manat pul səhər saatlarında vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs tək olsa da, onun yanında qızı Şahid1 var imiş. Daha sonra 2021-ci ilin avqust ayının 5-i tarixində Təqsirləndirilən şəxs ona Bakı şəhəri ərazisində yerləşən xəstəxanaya getməli olduğunu bildirmiş və onunla qızı Şahid1 Bakı şəhərinə Göz xəstəxanası adlanan xəstəxananın qarşısına aparmışdır. Həmin gün Təqsirləndirilən şəxs ondan “Epiqris” sənədini, şəxsiyyət vəsiqəsinin surətini, ərinin ölüm haqqında şəhadətnaməsinin surətini də almışdır. Lakin xəstəxanaya həmin vaxt daxil olmamış, Mahir özü xəstəxanaya girib çıxmış və ona “həə, oldu, düzəldi” sözlərini demişdir. Elə oradan birbaşa Qəbələ rayonuna qayıtmışlar. Daha sonra Mahir ona zəng edərək sənədlərin hazırlanması üçün əlavə olaraq 250 manat da pul lazım olduğunu bildirmişdir. Belə olub xx.xx.2021-ci il tarixdə Qəbələ rayon Diaqnostika Mərkəzinin həyətində 250 manat pulu qızı Şahid1 yanında Mahirə vermişdir. 2021-ci ilin noyabr ayının əvvəllərində isə Təqsirləndirilən şəxs ondan 100 manat da sənədlərin hazırlanması adı ilə istəmişdir. Həmin 100 manat pulu isə 2021-ci ilin noyabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə qızı Şahid1 onun tapşırığına əsasən Təqsirləndirilən şəxs Qəbələ şəhərinin mərkəzi hissəsində vermişdir. Beləliklə ümumilikdə 1100 (bir min yüz) manat pulunu Təqsirləndirilən şəxs kəsilmiş təaqüdünü bərpa edəcəyi adı ilə aldadaraq ondan dələduzluq yolu ilə ələ keçirmişdir. Sonda isə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın ödənilməsini bildirmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası X33 Xidmətinin Qəbələ rayon DYMH-də yanğınsöndürən vəzifəsində işləyir. Təqsirləndirilən şəxs oğlu Pərvin 2019-cu ilin iyul ayında Bakı şəhərində yaşayan mərhum qohumu Qəbələ rayon Bum qəsəbəsində anadan olan X4 ona zəng etməsi nəticəsində tanımışdır. Belə ki, X8 X33 Xidmətinin Qəbələ rayon DYMH-də yanğınsöndürən vəzifəsində işlədiyini bildiyi üçün ona həmin tarixdə zəng edərək Qəbələ şəhəri, Muxtar Abduyev küçəsində yerləşən “Qaradok” adlı yaşayış məntəqəsinin ərazisində DYMH-də yanğınsöndürən vəzifəsində işlədiyi üçün mənzil ala biləcəyini, iki otaqlı mənzilin qiymətinin isə 4000 manat olduğunu bildirmişdir. Mənzil alınmasında isə ona Qəbələ rayon Həmzəlli kənd sakini Təqsirləndirilən şəxs köməklik edə biləcəyini əlavə etmişdir. Oğlu Pərvin də Rühəngiz Qaragözovaya öz razılığını bildirmiş, Rühəngiz isə Təqsirləndirilən şəxs əlaqə nömrəsini oğlu Pərvinə vermiş, Pərvin Mahirin əlaqə nömrəsi olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, Mahirə onun nömrəsini qohumu Rühəngiz adlı şəxsdən aldığını və onunla qeyd edilən məsələ ilə bağlı görüşmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə telefon əlaqəsi zamanı Rühəngiz Qaragözova ilə özünün danışdığını, məsələdən agah olduğunu demişdir. Beləliklə oğlu Pərvin Təqsirləndirilən şəxslə ilk dəfə 2019-cu ilin iyul ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Qəbələ şəhərinin mərkəzində yerləşən çay evlərinin birində oturmuşlar və mənzillə bağlı söhbət etmişlər, həmin vaxt oğlu Pərvinlə birlikdə imiş, əvvəlcə Təqsirləndirilən şəxs oğlu Pərvinə mərhum qohumu Ruhəngiz ilə gediş-gəlişinin olduğunu, Rühəngiz Qaragözova ilə dostluq münasibətlərinin olduğunu, eləcə də Rühəngizin bir çox işlərini gördüyünü bildirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs oğlu X43 küçəsində yerləşən “Qaradok” yaşayış məntəqəsinin ərazisindəki binalardan hər hansısa birinin 3-cü mərtəbəsində 2 otaqlı evin alınmasında köməklik edə biləcəyini bildirmiş, qarşılığında isə şəxsiyyət vəsiqəsinin sürətini, yaşayış yeri haqqında arayışı və iş yerindən arayışı da istəmişdir. Əlavə olaraq da, Mahir ondan soruşmuş ki, mənzilinin qiymətini Rühəngiz ona bildirmişdirmi? oğlu X26 2 otaqlı mənzilin qiymətinin 4000 manat olduğunu dediyini bildirmişdir. Mahir də ona Rühəngizin dediklərini təsdiq etmiş və bildirmiş ki, Rühəngizə bu məlumatları özü vermişdir. Həmin vaxt razılaşmışlar. Təqsirləndirilən şəxs ilə ilk görüşülərindən təxminən 1 həftə sonra 23 iyul 2019-cu il tarixdə oğlu Pərvin Mahirə təkrar zəng edərək 4000 manat pulu tam şəkildə hazır edə bilmədiyini, lakin 2800 manat pul hazır etdiyini, həmin 2800 manat pulu ona vermək istədiyini bildirmişdir. Mahirlə Qəbələ şəhərində yerləşən Qəbələ Ticarət mərkəzinin sol tərəfindəki Bum qəsəbəsinə gedən dayanacaqda görüşmüş, Mahirdən 2800 manat pulu ona hansı formada verməyini soruşmuş, Mahir ona pulu əlbəəl də verə biləcəyini, həmçinin pulu onun adına Kapital Bankdan küçürə biləcəyini bildirmiş, oğlu Pərvin də Kapital Bankdan köçürməyi üstün tutmuş, Mahir ona öz şəxsiyyət vəsiqəsini dayanacaqda vermiş, Pərvin şəxsiyyət vəsiqəsinin şəklini öz mobil telefonuna çəkmiş, Mahir özünün banka səhhəti ilə əlaqədar gedə bilmədiyini demiş, belə olub X46 tək şəkildə getmişdir. Mahirlə orada dayanaraq Pərvini gözləmişlər, Pərvin pulun köçürülməsinə dair qəbzi Mahirə göstərmiş, Mahir də qəbzin arxasına öz əlyazması ilə “Mən Təqsirləndirilən şəxs 2800 manat pulu aldım 2 otaqlı ev üçün” sözlərini yazmış, Mahirə geridə qalan 1200 manat pulu da az vaxtda ona verəcəyini bildirmişdir. Mahirə 2800 manat pulu verdikdən təxminən 1 həftə sonra Mahir oğluna zəng edərək evin sənədlərinin qaydaya salınması üçün 1200 manat puldan əlavə olaraq 400 manat da pul verməli olduğunu bildirmişdir. Elə həmin gün yəni 2019-cu ilin iyul ayının sonlarında dəqiq xatırlamadığı günündə Pərvin 1600 manat pulu rayon mərkəzində çay evlərinin birində əlbəəl Mahirə onun yanında vermişdir. Pərvin 2019-cu ilin iyul ayında Mahirə ümumilikdə 4400 manat pul verdikdən sonra Mahir ona 2019-cu ilin sentyabr ayına kimi sözü gedən evin oğlu Pərvinin adına rəsmiləşdiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayına kimi gözləmişlər, sentyabr ayının sonlarında Pərvin Mahirin istifadəsində olan ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələr ilə əlaqə saxlamış, lakin Mahir hər dəfəsində bir bəhanə gətirərək ondan iki-üç gün vaxt istəmişdir. 2019-cu ilin noyabr ayının əvvəllərində Mahirlə ilk görüşdükləri çay evində, yəni Qəbələ şəhərinin mərkəzində yerləşən adını bilmədiyi çay evində görüşmüşlər. Həmin vaxt Mahirdən ev məsələsinin necə və hansı mərhələdə olduğunu soruşmalarına baxmayaraq Mahir yenə də yalandan vədlər verərək az vaxtda evin sənədlərinin hazır olacağını bildirmiş, elə həmin vaxt söhbət əsnasında Mahir onlara FHN-nin X13 sürücülük işinin olduğunu və həmin işə adam axtardığını bildirmiş, onlardan münasib adam olub-olmadığını soruşmuş, beləliklə Təqsirləndirilən şəxs kürəkəni Şahid3 sürücülük vəsiqəsinin olduğunu və onun FHN-nin X13 sürücü kimi işləmək istədiyini bildirmişlər. Mahir onlardan Elvinin sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini istəmiş, Mahirə sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini təqdim etmişlər. Təqsirləndirilən şəxs Elvinin işə düzəlməsi müqabilində nə qədər pul lazım olduğunu soruşmuşlar, Mahir ümumilikdə Elvinin işə düzəlməsi üçün 7000 manat pul lazım olduğunu demiş, ona hal-hazırda 7000 manat pul çox olduğu üçün Elvində qeyd edilən məbləğdə pulun olmadığını bildirmişlər, Mahir isə heç olmasa 3000 manatını indi verməli olduqlarını, yerdə qalan 4000 manat pulu isə Elvin işə düzəldikdən sonra verə biləcəklərini demişdir. Şahid3la qeyd edilən məsələ ilə bağlı danışmışlar, Elvin pulunun olmadığını yenə bildirmiş, Pərvin isə Elvinə kredit alıb onun yerinə pulu verəcəyini, işə düzəldikdən sonra isə pulunu geri qaytaracağını demişdir. Elvin isə Pərvinlə razılaşmışdır. Beləliklə 18 noyabr 2019-cu il tarixdə Pərvin öz adına Kapital Bank ASC-dən 3000 manat pulu iki il müddətinə kredit almışdır. Elə həmin gün saat təxminən 12-13 radələrində 2900 manat pulu Təqsirləndirilən şəxs Qəbələ Ticarət mərkəzinin sol hissəsində yerləşən Bum qəsəbəsinə gedən yolun üzərindəki dayanacaqda əlbəəl vermişlər. Həmin vaxt Mahir onlara 2020-ci ilin yanvar ayında Şahid3 FHN-nin X13 sürücü kimi işə düzələcəyini və oğlu Pərvinin də M.Abduyev küçəsində yerləşən binalardan birində mənzil ilə təmin olunacağına dair söz vermişdir. 2020-ci ilin yanvar ayında oğlu Pərvin təkrar Mahirə zəng etdikdə hər ay növbəti ay üçün işin həll olunacağını bildirərək vaxt istəmişdir. O da dəfələrlə Mahirə zəng edərək ondan məsələnin hansı mərhələdə olduğunu soruşmuşdur. Xeyli müddət keçməsinə baxmayaraq nə Elvinin işində, nə də oğlu Pərvinin işində müsbət nəticə olmadığı üçün Elvinin sənədlərini Təqsirləndirilən şəxs geri tələb etmişlər. 2020-ci ilin yanvar ayından 3 ay müddət keçdikdən sonra Mahir Elvinin sənədlərini geri qaytarmışdır. Mahirin onlara verdiyi vədləri yerinə yetirməyəcəyinə tamamilə əmin olduqdan sonra 2020-ci ilin mart-aprel aylarında ümumilikdə Mahirə verdikləri 7300 manat pulu ona zəng edərək geri istəmişlər, Mahir isə “işlərinin düzələcəyini, bir az da gözləməli olduqlarını” bildirmişdir. Lakin bütün bunlara baxmayaraq Mahirin dediklərinin heç bir nəticəsi olmamışdır. Mahirdən pulunu geri istədiyi üçün Mahir oğlu Pərvinə 300 manat pulu 2020-ci ilin may ayının sonlarında Qəbələ şəhərinin mərkəzində yerləşən Bum qəsəbəsinə gedən yolun üzərindəki dayanacaqda vermiş, Mahir daha sonra 200 manat pulu da qaytarmışdır. Mütəmadi olaraq Mahirə zəng edərək geridə qalan pulu, yəni 6800 manatı istəmiş, lakin Mahir pulu geri qaytarmağına söz versə də, geri qaytarmamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Qəbələ rayon Həmzəlli kənd sakini Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayının əvvəllərində tanımışdır. Belə ki, qohumu Zərərçəkmiş şəxs3 ona deməsinə görə Təqsirləndirilən şəxs onu FHN-nin X13 sürücü vəzifəsində işə düzəltməli idi. Belə ki, 2019-cu ilin oktyabr ayında qaynı Zərərçəkmiş şəxs3 ona FHN-nin X13 sürücü kimi işləmək istəyib-istəmədiyini soruşmuşdur. Qaynı Pərvinə FHNdə sürücü kimi işləmək istədiyini bildirmişdir. Qaynı Pərvin isə bu işdə ona Təqsirləndirilən şəxs köməklik edəcəyini, lakin işə düzəlmək üçün Mahirin ümumilikdə 7000 manat pul istədiyini bildirmişdir. Pərvinə hal-hazırda pulunun olmadığını, işə düzəldikdən sonra pulu hissə-hissə verə biləcəyini demişdir. Pərvin də Təqsirləndirilən şəxs pulu işə düzəlməmişdən qabaq istədiyini demişdir. Daha sonra Pərvin ona bildirmiş ki, özü kredit alacaq və Mahirin pulunu verəcək. O işə düzəldikdən sonra isə Pərvinin pulunu geri qaytaracaq. Bir sözlə Pərvin özü onu işə düzəltmək üçün 18 oktyabr 2022-ci il tarixdə Kapital Bank ASC-dən 3000 manat kredit almış, həmin gün də 2900 manat pulu onu FHN-nin X13 sürücü kimi işə düzəltmək üçün Təqsirləndirilən şəxs vermiş və bu barədə onu məlumatlandırmışdır. Mahir ondan qaynı Pərvinin vasitəsi ilə sürücülük vəsiqəsini, hərbi biletini və şəxsiyyət vəsiqəsini də almışdır. Həmin vaxt qaynı Pərvin ona bildirmiş ki, Mahir ona bildirmiş ki, 2020-ci ilin yanvar ayında FHN-nin X13 sürücü kimi işə düzələcək. Hər dəfə işlə bağlı qaynı Pərvindən soruşduqda o, bildirmiş ki, Mahir az vaxtda işin alınacağını deyir. Lakin Təqsirləndirilən şəxs onu da işə düzəltmədiyi üçün 2020-ci ilin yanvar ayından 3 ay müddət keçdikdən sonra sənədlərini geri qaytarmışdır. Məhkəmə iclasında şahid X27 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayının əvvəllərində atası Marif evə gəlib onu işə düzəltmək istədiyini dedikdən sonra adını eşitmiş, lakin real olaraq onu görməmişdir. Özü işsiz olduğu üçün atası Marifin onu FHN-nin Şimal X36 xilasedici kimi işə düzəltməsinə razılıq vermişdir. Atası Marif də onu işə düzəltmək üçün həmin Təqsirləndirilən şəxs adlı şəxsə ümumilikdə 4750 manat pul vermiş, lakin bu günə qədər nə işə düzəlmiş, nə də atası Marifin Təqsirləndirilən şəxs verdiyi 4750 manat pul geri qayıtmışdır. Lakin atası Marif Təqsirləndirilən şəxs pul verən zaman, eləcə də onlar söhbət edən zaman yanlarında olmamışdır. Məsələdən real olaraq məlumatı yoxdur. Sadəcə olaraq Mahirin atası Marifin 4750 manat pulunu onu işə düzəltmək üçün aldığını və pulu geri qaytarmadığını atası Marifdən eşitmişdir. Eləcə də bir dəfə 2019-cu ilin dəqiq xatırlamadığı ayında və günündə atası Maarif ona bildirmiş ki, Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsini, hərbi biletini, eləcə də doğum haqqında şəhadətnaməsini istəyir. Təqsirləndirilən şəxs atası Maarifə bildirmiş ki, həmin sənədləri Qəbələ rayon Bum qəsəbəsi dayanacağı adlanan ərazidə yerləşən meyvə tərəvəz satılan yerə qoysun, o da həmin sənədləri sözü gedən yerə qoyduqdan təxminən 5 ay sonra elə həmin yerdən də götürmüşdür. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayının əvvəllərində kənd sakinlərindən onun işə düzəldən şəxs olduğunu eşitdiyi üçün həmkəndlisi Marif Abdurrəhmanovla birlikdə söhbət edən zaman o, oğlu Ağanın işsiz olduğunu bildirdiyindən Qəbələ rayon Həmzəlli kənd sakini Mahir adlı şəxsin işə düzəltməklə məşğul olduğunu eşitdiyini Maarifə bildirmişdir. Maarif də həmin şəxsin mobil nömrəsini taparaq ona zəng etmiş və onlar telefon əlaqəsi saxlamışlar. Daha sonra isə həmin Qəbələ şəhərinin mərkəzində yerləşən restoranların birində görüşmüşlər. X1 Abdurrəhmanovu Fövəladə Hallar Nazirliyinin X13 xilasedici kimi işə düzəltmək istədiyini Mahirə bildirmiş, Təqsirləndirilən şəxs isə Marifə qeyd etdiyi işin müqabilində 4750 manat pul verməli olduğunu və oğlu Ağa Abdurrəhmanovun şəxsiyyət vəsiqəsinin lazım olduğunu bildirmişdir. Restoranda Marif və Mahir razılığa gəlmişlər, məlumatı olduğu qədəri ilə Maarif Abdurrəhmanov 15 yanvar 2019-cu il tarixdə 4000 manat pulu Təqsirləndirilən şəxs vermiş, daha sonra isə 17 yanvar 2019-cu il tarixdə eyni qydada “Heydər Əliyev” adlı parkda 750 manat pulu Mahirə vermişdir. Marif Abdurrəhmanov ümumilikdə Təqsirləndirilən şəxs 4750 manat pul vermişdir. Mahir X9 Ağa Maarif oğlunu FHN-nin X13 xilasedici kimi işə düzəldəcəyi adı ilə ondan ayrı-ayrılıqda xx.xx.2019-cu il tarixdə 4000 manat və xx.xx.2019-cu il tarixdə isə 750 manat olmaqla, ümumilikdə 4750 manat pul almışdır. Təqsirləndirilən şəxs Maarif Abdurrəhmanov 4000 manat pulu verən zaman yaxınlıqda o var imiş, lakin 750 manat pulu verən zaman onların yanında olmamışdır. Mahirə bir manat belə olsun verməmişdir. Belə ki, Mahirlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq kənd camahatından eşitmiş ki, o müxtəlif şəxsləri işə düzəldir. Təqsirləndirilən şəxs pul verməmişdir. Oğlu Asifi işə düzəltmək fikri olmuşdur, lakin həmin ərəfələrdə pulu olmadığı üçün Mahirə pul verə bilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2022-ci il tarixli, 4/1753 saylı ekspert rəyindən görünür ki, əksi ekspertizaya təqdim edilmiş, Təsdiq olunan yazılar və imza, əksi ekspertizaya təqdim edilmiş xx.xx.2019-cu il tarixli “Qəbz”in kserosurətinin arxa tərəfində “Mən Təqsirləndirilən şəxs 2800 manat pulu aldım 2 otaqlı ev üçün” sözləri olan yazılar və həmin yazıların aşağı hissəsində olan imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, ekspert rəyi, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətinin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs İ-ci qrup əlil olmasını, zərərşəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 sentyabr 2022-ci il tarixdən 11 sentyabr 2022-ci il tarixədək və 29 noyabr 2022-ci il tarixdən saat 11:30-dan həmin gün saat 13:10-dək hazırki iş üzrə tutulub saxlanıldığı müddəti nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan iki ədəd CD disklər cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 124 (bir yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilən mülki iddiadan görünür ki, mülki iddiaçı baş vermiş hadisə ilə bağlı dəymiş maddi ziyana görə 4750 manat pul vəsaitini Təqsirləndirilən şəxs tutulub ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxs və mülki iddiaçı X31 tərəfindən verilən mülki iddiadan görünür ki, mülki iddiaçı baş vermiş hadisə ilə bağlı dəymiş maddi ziyana görə 6800 manat pul vəsaitini Təqsirləndirilən şəxs tutulub ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddialar təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 4750 manat məbləğində pul tutularaq mülki iddiaçı – Zərərçəkmiş şəxs2 ödənilməlidir. Bunda başqa, mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 6800 manat məbləğində pul tutularaq mülki iddiaçı – zərərçəkmiş şəxs X21 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan iki ədəd CD disklər cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş ziyana görə cəmi 4750 manat məbləğində pul tutularaq mülki iddiaçı – Zərərçəkmiş şəxs2 ödənilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı X31 tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş ziyana görə cəmi 6800 manat məbləğində pul tutularaq mülki iddiaçı – zərərçəkmiş şəxs X21 ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar