Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-7/2024 28.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Qəbələ rayonu, Zalam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Mollaşıxalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayon Tövlə kənd sakini Zərərçəkmiş şəxs ümumilikdə 4500 (dörd min beş yüz) manat pul vəsaitini hissə-hissə, lakin vahid niyyətlə əhatə olunmuş qəsd formasında onun etibarından sui-istifadə etmək və aldatma yolu ilə ələ keçirmək barədə qərara gəlib, Zərərçəkmiş şəxs xx.xx.2008-ci il tarixdən etibarən İİ dərəcə əlilliyinə və Prezident təqaüdünə görə aldığı lakin xx.xx.2021-ci il tarixdən etibarən dayandırılmış təqaüdlərini yenidən bərpa etdirəcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq özünə inandırmaqla ondan guya qeyd olunan məsələlərin həlli üçün bu sahədə vəzifədə olan özündən uydurduğu tanışlarına vermək adı ilə 2023-cü ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixlərdə hissə-hissə, yəni ilk dəfə Qəbələ rayon Mərkəzi Xəstəxanasının həyətində 500 (beş yüz) manat, bundan 2 gün sonra 2023-cü ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayon Əmilli kəndi ərazisində yerləşən kafedə 1500 (bir min beş yüz) manat və sonuncu dəfə isə bundan 4 gün sonra 2023-cü ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayon Tövlə kəndi ərazisində Zərərçəkmiş şəxs həyətində 2500 (iki min beş yüz) manat olmaqla ümumilikdə 4500 (dörd min beş yüz) AZN məbləğində pul vəsaitini bilavasitə götürmüş, lakin verdiyi vədə əməl etmədən və ya bu istiqamətdə hər hansı real hərəkətlər etməyərək həmin pulları öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs məxsus ümumilikdə 4500 (dörd min beş yüz) AZN məbləğində pul vəsaitini aldatma və sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, aprel ayının əvvəllərində oğlu Şahid1 ona bildirmişdir ki, Tövlə kənd sakini Zərərçəkmiş şəxs adlı şəxs var, Zərərçəkmiş şəxs təqaüdü kəsilmişdir, onun təqaüdünü bərpa etməkdə ona köməklik edə bilərmi?. Sənaniyə bildirmişdir ki, bu işdə köməklik edə bilər. Belə ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, müraciət ediləsi yerləri bilirmiş. Bundan sonra 2023-cü ilin aprel ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək onunla bu məsələ ilə bağlı görüşmək istədiyini bildirmişdir. Belə olub Zərərçəkmiş şəxsla ilk dəfə Qəbələ rayon Böyük Əmilli kəndi ərazisində yerləşən çay evlərinin birində görüşüb onunla bu mövzuda söhbət etmişdir. Ona yalandan bildirmiş ki, xəstəxanada tanışları var, onun təqaüdünü ümumilikdə 5000 manata bərpa etdirə bilər, lakin Əhəd bildirmiş ki, maddi durumu yaxşı deyil, buna görə də onunla 4500 manata razılaşmışdır. Bu işdə köməklik edəcək tanışlarına isə təqaüdün bərpası üçün ilkin olaraq 500 manat pul verməli olduğunu bildirmişdir. Belə olub 2023-cü ilin aprel ayının əvvəllərində 500 manat pulu Zərərçəkmiş şəxs Qəbələ RMX-nın yaxınlığında yerləşən çay evlərinin birində almışdır. Əhədə bildirmiş ki, tanışına zəng edəcək. Belə olub, tanışı ilə əlaqə saxlamış, lakin həmin tanıdığı şəxs, lakin adını bilmədiyi şəxs sonradan işdən çıxmış və pulu ona verə bilməmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs onun kəsilmiş təqaüdünün bərpa edilməsi adı ilə 1500 manat da istəyərək sonuncudan Qəbələ rayon Kiçik Əmili kəndində yerləşən kafedə görüşərək əlbəəl almışdır. Həmin 1500 manatı da heç kimə verməmişdir. Öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan sonra isə Əhədin yaşadığı ünvana, yəni Tövlə kəndinə getmiş və orada ondan əlavə olaraq 2500 manat almışdır. 2500 manat pulu alan zaman isə ümumilikdə 4500 manat pul almağı ilə bağlı riyaziyyat vərəqinə öz əlyazma yazısını da yazaraq imza atmışdır. Zərərçəkmiş şəxs aldığı 4500 manatı heç kimə verməmiş və verməyəcəkmiş, çünkü heç bir tanışı yoxdur. Sadəcə olaraq müraciət ediləsi yerləri bildiyi üçün bu işə girişmiş ki, həmin 4500 manat özünə qalsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2008-ci il tarixdən etibarən İ Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək qarın nahiyyəsindən xəsarət aldığı üçün İİ qrup əlil kimi aylıq 470 manat təqaüd, eləcə də hər ay Prezident təqaüdü kimi 350 manat müavinət alırmış. Həmin təqaüd və müavinət isə 2021-ci ilin dekabr ayında kəsilmişdir. Bundan sonra isə 2023-cü ilin aprel ayının əvvəllərində Qəbələ rayon Hacallı kəndi ərazisində yerləşən çay evlərinin birində əyləşib Şahid1 adlı Mollaşıxalı kənd sakini ilə birlikdə çay içərkən stol arxasında oturub təqaüdünün kəsilməsi barədə danışmışdır. Bu zaman Şahid1 ona bildirmiş ki, onun da təqaüdü kəsilibmiş və atası Təqsirləndirilən şəxs ona kəsilmiş təqaüdünün bərpası ilə bağlı köməklik etmiş və Sənaninin təqaüdü bərpa edilmişdir. Belə olub Sənanidən xahiş etmiş ki, kəsilmiş təqaüdünün bərpası ilə bağlı atası Əbülfəz ona da köməklik etsin. Çünkü bununla bağlı müraciət edilməli olan orqanları bilmirmiş. Şahid1 isə ona həmin vaxt atası Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Şahid1lə bu söhbətindən təxminən 1 saat sonra tək şəkildə olan zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng etmişdir. Əlaqə zamanı Əbülfəzə bildirmiş ki, nömrəsini oğlu Sənanidən almış və ona təqaüdünün kəsilməsi barədə məlumat vermişdir. Əlaqə zamanı Təqsirləndirilən şəxs ona bildirmiş ki, 5000 manat pul vəsaiti hesabına kəsilmiş təqaüdünü bərpa edə bilər. Vəziyyətinin yaxşı olmadığını bildirmiş, Əbülfəz də belə olub 4500 manata onun kəsilmiş təqaüdünü bərpa etdirə biləcəyini demişdir. Bundan 2 gün sonra isə Təqsirləndirilən şəxs ona zəng edərək bildirmiş ki, Qəbələ RMX-dan kəsilmiş təqaüdünün bərpası ilə bağlı hər hansısa bir sənəd almalıdır və bunun üçün ondan 500 manat ilkin olaraq pul istəmişdir. Buna görə də onu Qəbələ RMX-nın poliklinika şöbəsinə çağırmışdır. Poliklinika şöbəsinə gəlmiş, orada xəstəxananın həyətində gözləmiş, Təqsirləndirilən şəxs isə Qəbələ RMX-nin inzibati binasına daxil olmuşdur. Lakin onun hansı həkimin yanına getdiyindən, hər hansı bir həkimin yanına gedib-getmədiyindən məlumatı olmamışdır. Sadəcə təxminən 30 dəqiqə sonra Əbülfəz həyətə düşmüş və onun yanına gələrək demiş ki, 500 manatı ona versin ki, o da 500 manatı guya hansısa bir həkimə verəcək. Qəbələ RMX-nin həyətində 500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bu zaman yaxınlıqda üçüncü bir şəxs yox imiş. Pulu almış, Qəbələ RMX-nın poliklinika şöbəsinə daxil olmuş, təxminən üç dəqiqə sonra yenidən qayıdıb onun yanına gəlmiş və demiş ki, pulu hansısa bir həkimə veribdir. Lakin həmin vaxt başa düşməmiş ki, Əbülfəz pulu heç kimə verməmişdir. 500 manat pul ilə bərabər Müdafiə Nazirliyinin təqaüd kəsilməsi ilə bağlı qərarını, epikriz sənədini, eləcə də digər xatırlamadığı sənədləri Təqsirləndirilən şəxs vermişdir. 500 manatı verərkən Təqsirləndirilən şəxs ona demiş ki, əlavə olaraq 1500 manat da pul lazım olacaq. 500 manat pulu Əbülfəzə verdikdən 2 gün sonra, 2023-cü ilin aprel ayının əvvəllərində Əbülfəz ona zəng edərək həmin 1500 manat pulun da lazım olduğunu demişdir. 1500 manat pulu 2023-cü ilin fevral ayının əvvəllərində Qəbələ rayon Əmilli kəndi ərazisində yerləşən dairənin yaxınlığındakı kafedə Təqsirləndirilən şəxslə görüşüb ona vermişdir. Bundan təxminən 4 gün sonra isə Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş və təqaüdünün bərpası üçün ilkin olaraq istədiyi 4500 manat pulun yerdə qalan 2500 manatını istəmişdir. Bundan sonra isə 2023-cü ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs öz həyətində arvadı Şahid2 yanında 2500 manat pul vermişdir. Beləliklə Təqsirləndirilən şəxs ümumilikdə 2023-cü ilin aprel ayının əvvəllərində ilk dəfə 500 manat, ikinci dəfə bundan 2 gün sonra 1500 manat, üçüncü dəfə isə bundan 4 gün sonra 2500 manat pul olmaqla, ümumilikdə 4500 manat pul vermişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etmədiyi üçün aldadıldığını başa düşmüş və bu barədə Qəbələ RPŞ-nə ərizə ilə müraciət etmişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, ona daha ağır cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Əri Zərərçəkmiş şəxs 2008-ci il tarixdən etibarən İ Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək qarın nahiyyəsindən xəsarət aldığı üçün İİ qrup əlil kimi aylıq 470 manat təqaüd, eləcə də hər ay Prezident təqaüdü kimi 350 manat müavinət alırmış. Həmin təqaüd və müavinət isə 2021ci ilin noyabr ayında kəsilmişdir. Bundan sonra isə əri Zərərçəkmiş şəxs kəsilmiş təqaüdünün bərpası üçün Təqsirləndirilən şəxs ilə görüşüb onunla razılaşmış ki, əri Əhədin kəsilmiş təqaüdünü bərpa edəcək, bunun müqabilində isə 4500 manat pulu əri Əhəddən alacaq. Belə ki, bu məqsədlə əri Zərərçəkmiş şəxs ilk dəfə Qəbələ RMX-nin həyətində 500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan 2 gün sonra, 2023-cü ilin aprel ayının əvvəllərində Qəbələ rayon Əmilli kəndi ərazisində yerləşən dairənin yaxınlığındakı kafedə Təqsirləndirilən şəxslə görüşüb ona vermişdir. Belə ki, həmin gün əri Əhəd evdən 1500 manatı götürüb Əbülfəzə verəcəyini demiş və getmişdir. Bundan təxminən 4 gün sonra isə Təqsirləndirilən şəxs yaşadıqları evə gəlmiş və Ərinin təqaüdünün bərpası üçün ümumilikdə 5000 manat verməli olduğunu demişdir. Əri Əhəd də Əbülfəzlə ümumilikdə 4500 manata razılaşmışdır. Bundan sonra isə əri Əhəd 2023-cü ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs öz həyətində onun yanında 2500 manat pul vermişdir. Bundan sonra görmüşlər ki, Təqsirləndirilən şəxs verdiyi vədə əməl etmir, buna görə də ona həm o, həm də əri Əhəd zəng edərək pulu geri istəmişlər, verməyəcəyi halda isə polisə məlumat verəcəyini bildirmişlər. Həmin ərəfələrdə isə, yəni xx.xx.2023-cü il tarixdə Əbülfəz yenidən onlara gəlmiş və pulu az vaxtda geri qaytaracağına dair söz vermiş, buna görə də həyətdə damalı vərəqə “Mən Təqsirləndirilən şəxs Qəbələ rayon Tola kənd Zərərçəkmiş şəxs 4500 manat pul almışam, Pulu xx.xx.2023-cü il tarixdə tam olaraq 4500 bütöv şəkildə qaytaracam, imza” sözlərini yazmışdır. Lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etmədiyi üçün aldadıldıqlarını başa düşmüşlər və əri Əhəd bu barədə Qəbələ RPŞ-nə ərizə ilə müraciət etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir vərəqədən ibarət əlyazma və bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadrə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir vərəqədən ibarət əlyazma və bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-7/2024
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-7/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver