Məhkəmə qərarları › İş №1(025)-8/2022

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-8/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-8/2022 11.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs dünyada və ölkə ərazisində geniş yayılmış koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar 07 fevral 2022-ci il tarixdə Qəbələ rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin təcili tibbi yardım şöbəsinə müraciət edərək yaxma üsulu ilə koronavirus testi verərək iltizamnamə imzalanan tarixdən testin nəticəsi təsdiqlənən tarixədək olduğu yeri tərk etməmək, (COVİD-19) virus infeksiyası aşkar olunduqda testin nəticəsi çıxdığı tarixdən etibarən 07 gün ərzində olduğu yer üzrə təcrid olunmaq kimi qaydalara riayət etmək barədə öhdəliklər götürməsinə, həmin qaydalara riayət etmədiyi halda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyət daşımağı barədə iltizamı imzalamasına, 10 fevral 2022-ci il tarixdə keçirilmiş koronavirus (COVİD-19) infeksiyasının müayinə testinin nəticəsi pozitiv çıxmaqla koronavirus (COVİD19) infeksiyasına yoluxması faktının təsdiq olunmasına, bununla əlaqədar olaraq onun yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilməsi barədə ona 10 fevral 2022-ci il tarixdə istifadəsində olan 051 670 73 84 saylı nömrədə işləyən “Samsung A11” markalı mobil telefonuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən göndərilən mesaj vasitəsi ilə xəbərdarlıq edilməsinə baxmayaraq, koronavirus (COVİD19) infeksiyasına yoluxmasını bilə-bilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə 24 mart 2020-ci il tarixdə, saat 00:00-dan etibarən elan edilmiş və hazırda davam edən epidemiya əlehinə olan xüsusi karantin rejimini qəsdən pozaraq 11 fevral 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı evi tərk etməklə Qəbələ rayon Zarağan kəndinin mərkəzindəki əhalinin sıxlıq təşkil etdiyi ərazidə yerləşən işlədiyi “Yeni Market” adlı mağazaya gələrək koronavirus (COVİD-19) xəstəliyinin digər şəxlərə yayılmasına real təhlükə yaratmış və həmin tarixdə saat 13:20 radələrində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən (COVİD-19) xəstəliyinin yayılmasının qarşısını almaq istiqamətində həyata keçirilən tədbirlər nəticəsində saxlanılaraq yaşayış yerinə qaytarılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14.06.2021-ci il tarixdən Qəbələ rayon Zarağan kəndində yerləşən “Yeni Market” adlı ərzaq satışı mağazasında satıcı qismində işləyir. Buna görə hər ayın sonuynda 285 (iki yüz səksən beş) manat əmək haqqı pul alır. Hamıya məlum olduğu kimi ona da məlumdur ki, 2020-ci ilin əvvəllərindən başlayaraq dünyanın əksər dövlətlərində, eləcə də Azərbaycan Respublikası ərazisində yayılmış koronavirus (Covid-19) infeksiyasının qarşısını almaq məqsədi ilə ölkədə karantin rejimi tədbiq olunub və karantin qaydalarını pozan şəxslər barəsində isə məsuliyyət nəzərdə tutulub. 07.02.2022-ci il tarixdə səhətində narahtçılıq hiss etdiyi üçün həmin tarixdə səhər saat təxminən 10 radələrində Qəbələ rayon Mərkəzi xəstəxanasına gedərək orada koronavirus xəstəliyinə görə Covod-19 testi götürülməsini xahiş etmişdir. Ondan xəstəxanada həkimlər tərəfindən yaxma şəklində analiz götürərək eləcə də iltizam alaraq ona analizin nəticəsi barədə məlumat veriləcəyi bildirilməklə mobil telefon nömrəsini götürmüşlər. Test verdikdən sonra həkimlər ona testin nəticəsi çıxana kimi evdən bayıra çıxmamağı tövsiyyə etmişlər. Buna görə yaşadığı evə gəlib ondan analizin cavabı çıxana kimi bilməmiş ki, koronaviris xəstəsidir. Bundan 3 (üç) gün sonra yəni 10.02.2022-ci il tarixdə saat 13:47 radələrində istifadəsində olan Samsung A11 markalı və həmin mobil telefonda istifadə etdiyi 051 670 73 84 saylı mobil nömrəyə 1 ədəd İTS.GOV.AZ adresindən X3 Sizin 07.02.2022-ci il tarixdə Covid-19 ilə bağlı verdiyiniz testin nəticəsi Pozitivdir. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerini tərk etməyəsiniz.Karantin rejmini pozduğunuz təqdirdə, Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz mövzuda xəbərdarlıq mesajı gəlmişdir. Bundan sonra bilmiş ki, koronavirus xəstəsidir, 07 gün ərzində sağalana kimi yaşadığı evi tərk etməməlidir, çünki ətrafdakılarıda yoluxdura bilər. Buna görə ev şəraitində qalaraq müalicə olunmağa başlamışdır. Bu barədə işlədiyi mağaza müdriyyətinə heç bir məlumat verməmişdir. Vermiş olduğu testin nəticəsinin pozitiv çıxması barədə xəbərdarılıq mesajı gəlməsinə baxmayaraq özündə hər hansı bir xəstəliyin əlamətlərini hiss etməyərək özünü yaxşı hiss edib 11.02.2022-ci il tarixdə saat 13 radələrində işlədiyi Qəbələ rayon Zarağan kəndində yerləşən “Yeni Market” adlı ərzaq mağazasına işə getmişdir. İşə gəldikdən təxminən 15-20 dəqiqə sonra onun koronavirus xəstəsi kimi qeydiyyatda olduğu halda mağazaya gəldiyini görən kəndin polis sahə rəsisinin köməkçisi Şahid5 gəlib onu mağazada aşkarlayıb özünü təqdim edərək mobil telefonla vidogörütüsünü çəkib ona analizin nəticəsinin çıxdığı gündən 7 gün ərzində yaşadığı evi tərk etməməyi bildirərək yaşadığı evə qayıtmağını bildirmişdir. Bundan sonra işlədiyi mağazanı tərk edib yaşadığı ünvana gəlmiş və ev şəraitində qalmışdır. 17.02.2022-ci il tarixdə istifadəsində olan Samsung A11 markalı və həmin mobil telefonda istifadə etdiyi 051 670 73 84 saylı mobil nömrəyə 1ədəd İTS.GOV.AZ adresindən ona X3 və sizinle eyni evdə yaşayan şexslerin Covid-19 ilə bağlı evdə özünütəcrid müddəti bitmişdir. Sağlamlığınızı qoruyun mövzusunda xəbərdarlıq mesaj mətini gəlmişdir. Bundan sonra sağalmağından tam əmin olaraq yaşadığı evi tərk etməyə başlamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Qəbələ rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə polis nəfəri vəzifəsində işləyir. 11 fevral 2022-ci il tarixdə saat 13:20 radələrində (Covid-19) infeksiyasına qarşı proflaktiki tədbirlərin gücləndirilməsi məqsədi ilə vətəndaşlar tərəfindən tibbi maskadan istifadə edibetməmələrini, eləcə də koronavirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə olunan vətəndaşları yoxlamaq məqsədi ilə xidməti ərazisi olan Qəbələ rayon Zarağan kəndinin mərkəzindəki “Yeni Market” adlanan ərzaq mallarının satışı mağazasına daxil olaraq orada yoxlama apararkən həmin vaxtı Qəbələ rayon İcra Hakimiyyətindən rayon polis şöbəsinə daxil olmuş koronavirus (Covid-19) infeksiyasına yoluxmuş siyahısına əsasən ev şəraitində müalicədə olan koronaviris xəstəsi olan mağazada satıcı qismində işləyən Qəbələ rayon Aydınqışlaq kənd sakini Təqsirləndirilən şəxs işlədiyi mağazaya gələrək iş fəaliyyəti ilə məşğul olduğunu görüb ona yaxınlaşmışdır. Beləki Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdə Covid-19 xəstəsi kimi qeydiyyata götürülmüş və onun sağalması 07 gün müddəti 17 fevral 2022-ci il tarixdə başa çatdığı üçün mobil telefonu ilə video çəkiliş apararaq ona özünü təqdim edib onun aktiv koronavirus daşıyıcısı olduğunu, onun özü və ailəsi karantinə alındığı, 07 gün müddətində sağalana kimi yaşadığı evdən çıxmamağı, çünkü ətrafdakıları yoluxdurma təhlükəsi olduğu bildirmişdir. Təqsirləndirilən şəxs ona həqiqətəndə koronaviris xəstəsi kimi qeydiyyatda olduğunu, lakin özündə ciddi bir xəstəliyin olmadığını və bu barədə işlədiyi mağazanın müdriyyətinə heç bir məlumat vermədən mağazaya gələrək iş fəaliyyəti ilə məşğul olduğunu demişdir. Təqsirləndirilən şəxs 07 gün tamam olana kimi yaşadığı evi tərk etməməsini və evlərinə getməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs işlədiyi mağazadan evlərinə getmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Qəbələ rayon Zarağan kəndində “Yeni Market” adlanan ticarət mərkəzi var ki, həmin mağazanı icarəyə götürüb işlətməklə məşğul olur. İşlətdiyi ticarət mərkəzində ümumilkdə təxminən 40 yaxın işçisi var. Həmin işçilərdən biri də Qəbələ rayon Aydınqışlaq kənd sakini Təqsirləndirilən şəxsdur ki, Təqsirləndirilən şəxs həmin ərzaq mağazasında kassir köməkçisi kimi, həmdə firmalar tərəfindən mağazaya gətirilmiş ərzaqları vitirinlərə yığmaqla məşğul olur. 11.02.2022-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs mağazaya işə gəlmişdir. Həmin vaxtı kəndin sahə inspektorunun köməkçisi Şahid5 Musanın işlədiyi mağazaya gəldiyini görüb ona yaxınlaşmaqla özünü təqdim edərək mobil telefonla video çəkiliş aparmaqla Musanın aktiv koranaviris xəstəsi olduğunu onun ev şəraitində müalicə olunaraq sağalana kimi yaşayış evini tərk etməsinə icazəsinin olmadığını bildirməklə mağazadan çıxaraq evinə getməsini bildirmişdir. Bundan sonra bilmiş ki, işçisi olan Təqsirləndirilən şəxs aktiv koronavirus xəstəsidir, buna görə Musaya onun koronavirus xəstəsi olduğu halda bu barədə ona məlumat vermədən işə gəldiyinə iradını bildirərək evlərinə getməsini bildirmişdir. Bundan sonra Musa Hüseynov mağazanı tərk edərək evlərinə getmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, belə ki, onunla iş yoldaşıdır, hər ikisi Qəbələ rayon Zarağan kəndindəki “Yeni Market” adlanan ərzaq mağazasında işləyirlər. 11.02.2022-ci il tarixdə saat 13:20 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs ilə işlədikləri “Yeni Market” adlanan ərzaq mağazasında olarkən Qəbələ rayon polis şöbəsinin əməkdaşı kəndin sahə rəisinin köməkçisi sahənin polis nəfəri Şahid5 mağazaya daxil olaraq Təqsirləndirilən şəxs yaxınlaşıb məsafə saxlayıb özünü təqdim edərək mobil telefonla video çəkiliş aparmaqla onun koronavirius xəstəsi kimi qeydiyyatda olaraq yaşadığı evdə müalicə olunduğunu və nə səbəbə işlədiyi mağazaya gəldiyini və həmin xəstəliyi ətrafdakılara yoluxdura biləcəyini irad bildirərək ona 7 gün ərzində, yəni sağalana kimi yaşadığı evi tərk etməməsini deyərək evlərinə getməsini bildirmişdir. Bundan sonra iş yoldaşı Təqsirləndirilən şəxs mağazadan evlərinə getmişdir. Həmin vaxtı bilmiş ki, iş yoldaşı Təqsirləndirilən şəxs koronavirus xəstəsinin daşıyıcısıdır və o, xəstə ola-ola bu barədə müdriyyətə və eləcə də iş yoldaşlarına heç bir məluumat vermədən iş yerinə gəlmişdir. Şahid2 ifadəsində əlavə olaraq onu da qeyd etmişdir ki, iş yoldaşı Təqsirləndirilən şəxs iş yerinə gəldikdən sonra o, xəstəliklə bağlı 17.02.2022-ci il tarixdə test vermiş, testin nəticəsi pozitiv çıxdığı üçün müdriyyət ona işdən 7 gün ərzində icazə verərək 7 gün ərzində işə gəlməmiş və yaşadığı evdə müalicə olunub saxaldıqdan sonra işə gəlməyə başlamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, beləki onunla iş yoldaşıdır, hər ikisi Qəbələ rayon Zarağan kəndindəki “Yeni Market” adlanan ərzaq mağazasında işləyirlər. 11.02.2022-ci il tarixdə saat 13:20 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs ilə işlədikləri “Yeni Market” adlanan ərzaq mağazasında olarkən Qəbələ rayon polis şöbəsinin əməkdaşı kəndin sahə rəisinin köməkçisi sahənin polis nəfəri Şahid5 mağazaya daxil olaraq Təqsirləndirilən şəxs yaxınlaşıb məsafə saxlayıb özünü təqdim edərək mobil telefonla video çəkiliş aparmaqla onun koronavirius xəstəsi kimi qeydiyyatda olaraq yaşadığı evdə müalicə olunduğunu və nə səbəbə işlədiyi mağazaya gəldiyini və həmin xəstəliyi ətrafdakılara yoluxdura biləcəyini irad bildirərək ona 7 gün ərzində, yəni sağalana kimi yaşadığı evi tərk etməməsini deyərək evlərinə getməsini bildirmişdir. Bundan sonra iş yoldaşı Təqsirləndirilən şəxs mağazadan evlərinə getmişdir. Həmin vaxtı bilmiş ki, iş yoldaşı Təqsirləndirilən şəxs koronavirus xəstəsinin daşıyıcısıdır və o, xəstə ola-ola bu barədə müdriyyətə və eləcə də iş yoldaşlarına heç bir məluumat vermədən iş yerinə gəlmişdir. İşdə olan Qəbələ RMX PHŞ-dən daxil olmuş 26 fevral 2022-ci il tarixli 260 nömrəli məktubdan görünür ki, Qəbələ rayon Aydınqışlaq kənd sakini Təqsirləndirilən şəxs Qəbələ RMX-nın PHŞ-nin “Covid 19” virusuna yoluxmuş şəxslərin qeydiyyatı jurnalında 224-cü sırada 6-cı səhifədə qeydiyyata alınmışdır.Ondan 07.02.2022-ci ildə test nümunəsi götürülmüş, 10.02.2022-ci il tarixdə götürülmüş test nəticəsi pozitiv çıxmışdır. 10.02.2022-ci il tarixdə Təqsirləndirilən şəxs evdə təcrid olunmuşdur. 17.02.2022-ci il tarixdə evdə təcridin müddəti bitmişdir.Vətəndaşa iltizam forması tərtib olunub.Tərtib olunmuş iltizamın surətindən görünür ki Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdə iltizamı imzalamış və sənəd imzalanan tarixdən testin nəticəsi təsdiqlənən tarixədək olduğu yeri tərk etməmək, “Covid19” infeksiyasına yoluxduğu aşkar olunduğu halda 07 gün ərzində olduğu yer üzrə təcrid olunmaq vəzifəsi götürür və bu öhdəlikləri pozduğu halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət daşımağı barədə xəbərdar edilir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsinin 17.03.2022-ci il tarixli 020-4200-1222 nömrəli məktubunda Təqsirləndirilən şəxs Covid-19 virusuna yoluxduğu və 07.02.2022-ci il saat 12:44:18-dən 14.02.2022-ci il saat 12:44:18-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə X5 Agentliyinin Təbib Ərazi X2 (TƏBİB) informasiya sistemi tərəfindən 10.02.2022-ci il 09:20:02-də Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürüldüyü bildirilmişdir. İşdə olan 28 mart 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 051 670 73 84 saylı mobil nömrədə işləyən Samsung A11 markalı mobil telefonun “mesajlar” bölümünün “gələn mesajlar” qutusuna daxil olub, oradakı İTS.GOV.AZ saytından gələn mesajları təqdim etmiş və mesajlara baxış keçirildikdə müəyyən edilmiş ki, həmin mobil telefona İcbari Tibbi Sığortaya aid İTS.GOV. AZ saytından 1542 saylı nömrəsindən 10 fevral 2022-ci il tarixdə saat 13:47 dəqiqədə “Hormetli MUSA HUSEYNOV. Sizin 07.02.2022-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin neticesi POZİTİVDİR. Xahish olunur, siz və aile üzvüleriniz yashayish yerinizi terk etmeyesiniz.Karantin rejimini pozdugunuz teqdirde, Azerbaycan Respublikasının İnzibati Xetalar ve Cinayet mecellelerinde nezerde tutulmuş qaydada mesuliyyete celb oluna bilersiniz.tel:1542” məzmunlu və 17.02.2017-ci il tarixdə saat 18:50 dəqiqədə isə “Hormetli MUSA HUSEYNOV. Siz ve sizinle eyni evdə yashayan shexslerin COVİD-19 ilə bağlı evde ozunutecrid muddeti bitmishdir. Saglamliginizi qoruyun.” məzmunlu mesajlar daxil olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar