Məhkəmə qərarları › İş №1(025)-8/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-8/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-8/2023 12.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2sində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində idarəetmə hüququ olmadan atasının sahibliyində olan Mercedes Benz 190 minik markalı ** CS *** dövlət nömrə nişanlı avtomobillə yaşadığı Qəbələ rayonunun Zarağan-2 məcburi köçkün şəhərciyindən çıxarkən, yolun dar hissəsində onunla əks istiqamətdə hərəkətdə olmaqla yolu birinci keçmək üstünlüyünə malik olan Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 2106 minik markalı ** CF *** dövlət nömrə nişanlı minik avtomobilinə yol verməməsi səbəbindən əvvəlcə sonuncu ilə ətrafa toplaşan şəhərcik sakinlərinin yanında mübahisə edib, Zərərçəkmiş şəxs sifət nahiyyəsindən sillə ilə bir dəfə vurub, daha sonra isə aralarında baş vermiş qarşılıqlı dava zamanı həmin mübahisənin gedişində hərəkətsiz vəziyyətdə olan yuxarıda qeyd olunan avtomobilin sürücü yerində oturmuş Zərərçəkmiş şəxs üzərinə hücum çəkib yumruq və təpiyi ilə başına, sifətinə və bədəninin müxtəlif nahiyyələrinə qəsdən ardıcıl bir neçə dəfə zərbələr vuraraq ona burun sümüyünün yerini dəyişməyən sınığı, hər iki gözaltının, sol baldırın bayır orta 1/3-nin, sağ baldırın arxa aşağı 1/3-nin qançırı, alt dodağın selikli qişasına qansızma, sol gözün buynuz qişasına qansızma, üzün sağ yanaq hissəsinin, boyunun sol aşağı nahiyyəsinin, döş qəfəsinin ön sol hissəsinin, sağ dirsək oynağının bayır tərəfinin, sağ baldırın ön orta 1/3-nin sıyrıqları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmiş, həmçinin Zərərçəkmiş şəxs məxsus avtomobilin salonundakı güzgünü əli ilə vurub sındırmaqla sonuncuya 15 (on beş) manat maddi ziyan vurmuş, daha sonra isə ucadan ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və əmlakın zədələnməsi ilə müşayiət edilən 30 dəqiqə müddət ərzində qərəzli xuliqanlıq hərəkətlərini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Kəlbəcər rayonunun məcburi köçkünü kimi Qəbələ rayonunun Zarağan-2 köçkün şəhərciyində müvəqqəti yaşayır. Zərərçəkmiş şəxs tanıyır və onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs da həmin şəhərcikdə məcburi köçkün kimi müvəqqəti yaşayır. xx.xx.2022-ci il tarixdə Qəbələ rayonunun Mıxlıqovaq kəndində şəhid dəfnində iştirak edib axşam saat 22 radələrində oradan çıxıb yaşadığı Zarağan-2 qaçqın şəhərciyinə qayıdaraq gəlmişdir. Bundan bir neçə saat keçdikdən sonra səhhətində narahatlıq hiss etdiyi üçün xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində tanışı Şahid11 ilə birlikdə idarə etdiyi atası Şahid3 məxsus Mercedes Benz 190 minik markalı ** CS *** dövlət nömrə nişanlı avtomobili ilə Qəbələ rayon mərkəzi xəstəxanasına getmək üçün şəhərciyin ərazisindən çıxarkən şəhərciyin çıxışında Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 2106 minik markalı ** CF *** dövlət nömrə nişanlı avtomobili ilə qarşılaşmışdır. Yol dar olub keçmək mümkün olmadığından idarə etdiyi avtomobilin işıqları ilə Zərərçəkmiş şəxs işarə vermiş ki, ona yol versin və əvvəlcə özü keçib getsin. Lakin Elşən avtomobili arxaya verməyərək əksinə asta qazla üzərinə sürmüş, daha sonra avtomobilini arxaya verən barədə söyüş söydüyü üçün idarə etdiyi avtomobildən düşüb Elşənin avtomobilinə yaxınlaşıb ona iradını bildirmiş ki, söyüş söyməsin, bura yaşayış sahəsidir, ətrafda böyük-kiçik var. Həmin vaxt Elşənin zahiri görünüşündən və hərəkətlərindən sərxoş olduğu hiss edildiyindən o, ünvansız söyüşlərini davam etdirmişdir. Elşənin ondan uzaq olması üçün və aralarında söz-söhbət olmasın deyə dostu Şahid11 xahiş etmişdir ki, idarə etdiyi avtomobili arxaya versin və Elşən idarə etdiyi avtomobillə keçib getsin. Təbrizə yol dar olduğu üçün avtomobili arxaya verməsi üçün yol göstərəkən Elşən idarə etdiyi avtomobilə yüksək qaz verib yerindən götürməklə ətrafa səs-küy salıb üzərinə qəsdən sürmüş, bu zaman Elşənin avtomobilinin qarşısından onu vurmaması üçün qaçdıqda onun idarə etdiyi avtomobilin ön sol təkəri ayağının üzərindən keçərək ona fiziki ağrı yetirmişdir. Elşənin avtomobilinin qarşısından qaçmadığı təqdirdə onun ayaqlarını vurub sındırmaq ehtimalı olmuşdur. Elşənin ona qarşı etdiyi hərəkətlərə dözə bilməyib onun idarə etdiyi avtomobilə yaxınlaşıb Elşəni vurmaq istədikdə bu zaman Elşən avtomobilinin içərsindən vintaçan götürərək vintaçanla onun sol əlinə vuraraq ona xəsarət yetirmişdir. O, istəmiş ki, həmin vintaçanı onun əlindən alsın, həmin vaxtı ehtiyyatsızlıqdan əli avtomobilin salonundakı orta güzgüsünə dəyərək güzgü sınmış, lakin bunu bacara bilmədiyi üçün yumruq və təpiklə Elşənin baş, sifət və eləcədə bədəninin müxtəlif nahiyyələrinə ardıcıl bir neçə dəfə zərbələr vurmuşdur. Mübahisə səsinə şəhərcikdə yaşayan təxminən 15-20 nəfərə yaxın şəxslər toplaşmışlar. Hadisədən sonra bu barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Belə ki, atası Rafiq onun yanında 102 xidmətinə zən etmiş, əvvəlcə o, özünü təqdim etmiş, sonra isə telefonu ona vermiş və hadisə barədə özü məlumat vermişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün qismən etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022ci il tarixdə saat 23 radələrində atası X2 məxsus etibarnamə və sürücülük vəsiqəsi əsasında sərxoş vəziyyətdə idarə etdiyi VAZ 2106 minik markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu, Zarağan-2 ünvanının giriş hissəsi ilə yaşadığı binaya getmək üçün hərəkətdə olmuşdur. Həmin yaşayış məntəqəsi “Qaçqın şəhərciyi” adlanmaqla şəhərciyin giriş hissəsi dardır, eləcə də girişdə digər avtomobillər dayandığı üçün yalnız bir avtomobilin giriş-çıxışı üçün yer vardır. Şəhərciyə sözü gedən hissədən avtomobili ilə girərkən qarşıdan Mersedes 190 markalı avtomobilin gəldiyini görmüşdür. Həmin vaxt şəhərciyə ilk olaraq girən şəxs o, olduğu üçün yol üstünlüyünün onda olduğunu bildirmişdir. Bu zaman həmin Mersedes 190 markalı avtomobilin qabaq sağ sərnişin oturacağında əyləşən əvvəlcədən tanıdığı Şahid11 avtomobildən yerə düşmədən pəncərədən əlini çölə çıxararaq ondan avtomobilini arxaya verməsini tələb etmişdir. Yol onun olduğu üçün avtomobilini arxaya verməmiş və onlara avtomobili arxaya verənə söyüş söymüşdür. Bu zaman Təbriz və Mersedes 190 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomaşınından yerə düşüb onun avtomaşını istiqamətinə gəlmişlər. Həmin vaxt avtomobillərin arasında təxminən 10-15 metr məsafə var imiş. Əvvəlcə onun avtomobilinin yanına Təqsirləndirilən şəxs yaxınlaşmış və ona yenə də iradını bildirmiş ki, avtomobilini arxaya etsin. Bu zaman avtomobilindən yerə düşmək istəmiş, lakin Əkbər və Təbriz buna imkan verməmişdir. Əkbər Təbrizə bildirmişdir ki, öz avtomobilini arxaya etsin. Yolun açıldığını görərək avtomobildən düşməmiş və avtomobilin qaz pedalına basmışdır. İçkili olduğu üçün həmin vaxt Təqsirləndirilən şəxs ayağının üzərindən keçibkeçmədiyini görməmişdir. Lakin, bildiyi qədəri onun ayağının üzərindən keçməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilinin qabaq hissəsi tərəflərdə imiş. Daha sonra Təqsirləndirilən şəxs onun avtomobilinin yanına təkrar yaxınlaşmışdır. Bu zaman Əkbər onun sifətindən və baş nahiyyəsindən bir neçə dəfə yumruqla zərbə endirmişdir. Eləcə də avtomobilinin salon hissəsindəki güzgüsünü vuraraq sındırmışdır. Həmin vaxt Təbriz isə onun avtomobilini təpikləyirmiş. Daha sonra hadisə yerinə Əkbərin qardaşı Fəxri də gəlmişdir. Həmin vaxt etdikləri münaqişəyə təxminən 15-20 nəfər şəxs kənardan, eləcə də yaxınlıqda olan çay evindən gələrək şahidlik etmişlər, eləcə də onları ayırmağa köməklik etmişdir. Əkbər onu döydüyü üçün DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Qəbələ RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmişlər və Qəbələ RPŞyə gedərək bu barədə rəsmi ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxslə arasında olan münaqişə və mübahisə təxminən 30 dəqiqə müddət davam etmişdir. Əlində hər hansı kəsici və ya deşici, eləcə də vintaçan alət olmamışdır. Sonda isə təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid10 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 00 radələrində şəhərciyin giriş hissəsində yerləşən işlətdiyi çay evinin çölündə dayanaraq siqaret çəkən zaman ilk olaraq Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes 190 markalı avtomobillə şəhərcikdən çıxmaq üçün çıxışda hərəkət etdiyini görmüşdür. Bu zaman isə Zərərçəkmiş şəxs da idarə etdiyi Vaz2106 markalı avtomobillə şəhərciyə daxil olmuşdur. Həmin yol dar olduğundan və şəhərciyin çıxışı istiqamətində yolun sağ tərəfində digər tanımadığı avtomobillər saxladığı üçün artıq bir avtomobilin giriş çıxışı üçün yer qalmışdır. Əkbərin idarə etdiyi Mersedes markalı avtomobilin içərisində, yəni qabaq sərnişin oturacağında Şahid11 da var imiş. Onlar təxminən 6 saniyə ərzində bir-birilərinə yol vermək üçün, yəni birinin digərinə yol verməsi üçün avtomobildə gözləmişlər. Lakin hər ikisi arxaya edərək yol vermədiyindən hər üçü avtomobildən yerə düşmüşlər. Əkbər Zərərçəkmiş şəxs soruşmuş ki, nə üçün yol vermir. Elşən isə ucadan nalayiq ifadə işlədərək avtomobili arxaya edənin ünvanına söyüş söymüşdür. Bu zaman Əkbərlə Elşən bir anlıq bir-birilərinin üstünə gedərək əlbəyaxa olmuşlar. Lakin bir-birilərini vurmamışlar. Belə ki, Elşəni yaxınlıqda olan şəxlsərin köməkliyi ilə ayıraraq şəhərciyin çıxışı istiqamətinə aparmışdır. Əkbəri isə kimin apardığını görməmişdir. Bu zaman Təbriz Əkbərin avtomobilini arxaya sürmüş, Əkbər də həmin zaman isə öz avtomobilinin ön hissəsi tərəfdə imiş. Həmin vaxt artıq yol açılmışdır. Yəni Elşənin keçib getməsi üçün yol açılmışdır. Lakin Zərərçəkmiş şəxs keçib getmək əvəzinə Əkbərin üzərinə avtomobili sürmüş və Əkbərin yanında avtomobili saxlamışdır. Avtomobilin Əkbərə dəyib dəymədiyini görməmişdir. Çünkü ondan təxminən 30 metr aralı imiş. Bu zaman Əkbər avtomobilini hərəkətsiz vəziyyətdə saxlamış Zərərçəkmiş şəxs sürücü tərəfdən avtomobilinə yaxınlaşmış, qapını açmış və Elşənə zərbələr endirməyə başlamışdır. Şəhərcik sakinləri onların yanına gedib Əkbəri Elşəndən ayırmışlar. Əkbərin atası hadisə yerinə gəlmiş və Əkbəri özü ilə birlikdə aparmışdır. Hadisənin sakitləşdiyini görüb işlətdiyi çay evinə getmişdir. Lakin çay evində artıq heç kim yox imiş. Çünkü çay evində olan şəxslər də çay evini tərk edərək münaqişə yerinə gəlmişlər. Həmin vaxt isə obyektinin, yəni çay evinin də iş fəaliyyəti dayanmış, həmçinin çay pulunu verməli olan şəxslər də çay pulunu verməmişlər. Hadisə zamanı Əkbərin əlinin üstündən qan axdığının, əlinin üstünün cırıldığını görsə də, Elşənin əlində vintaçan alət olduğunun şahidi olmamışdır. Şahid11, Fəxri və ya qeyrisi Elşənin avtomobilinə təpiklə vurmamışdır. Məhkəmə iclasında şahidlər Şahid6, Şahid4 və Şahid7 Şahid10 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə saat 00 radələrində dostu Qənbər, Eliş və Sərvanla birlikdə şəhərciyin giriş hissəsində yerləşən Şahid10 işlətdiyi çay evində domino oynayan zaman qardaşı Əkbər yan masada Səbutay və digər tanımadığı şəxslərlə əyləşib domino oynayırmışlar. Təxminən bir neçə dəqiqədən sonra qardaşı Əkbər ayağa qalxaraq çay evini tərk etmiş və qaldığı binanın qarşısında saxlanılan atasına məxsus Mersedes 190 markalı avtomobilin yanına getmiş və avtomobili işə salmış, dostu Təbrizi evlərinə aparmaq məqsədi ilə avtomobillə şəhərciyin çıxışında daha dəqiq isə Vasifin işlətdiyi mağazanın qarşısında avtomobili saxlamış və Təbriz avtomobilə əyləşmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs da idarə etdiyi Vaz2106 markalı avtomobili ilə şəhərciyə daxil olurmuş. Elşən idarə etdiyi Vaz2106 markalı avtomobili qardaşının idarə etdiyi avtomobilin qarşı tərəfinə sürərək saxlamış, qardaşı isə işıq işarələri ilə işarə edərək Elşəndən yol istəmiş, lakin Elşən isə ara-ara avtomobilə sürət verən pedalı basaraq avtomobilini qardaşının avtomobilinin üzərinə sürmüş, bu səbəbdən isə qardaşı Əkbər bir ayağını avtomobildən bayıra qoyaraq başını avtomobildən çıxarıb Elşəndən yol istəmiş və ona tələsdiyini izah etmişdir. Elşən isə qardaşına lotu olduğunu və yol verməyəcəyini bildirmişdir. Onun səsi ucadan olduğundan aydın şəkildə eşidilirmiş. Qardaşı isə ondan yenidən yol istədikdə Zərərçəkmiş şəxs avtomobilini geriyə edənin ünvanına nalayiq ifadələr işlədərək yol verməyəcəyini bildirmişdir. Qardaşı Əkbər də öz növbəsində həmin söyüşləri ona geri qaytararaq Elşənin sifətindən bir dəfə sillə ilə vurmuşdur. Elşənlə qardaşının arasındakı davanın böyüyəciyini görən şəhərcik sakinləri onları ayırmışlar. Sonradan Təbriz atasına məxsus avtomobilə əyləşərək avtomobili geriyə sürmüş ki, Elşənin keçib getməsi üçün yol açılsın. Lakin Elşən özünə məxsus avtomobillə yolu keçib getmək əvəzinə Kazım adlı şəxsin mağazasının yaxınlığında üzü şəhərciyin çıxışı istəqamətində yolun sağ hissəsində saxlamış atasına məxsus Mersedes markalı avtomobilin üzərinə, eləcə də həmin vaxt ayaq üstdə olan qardaşı Əkbərin üzərinə sürməyə başlamışdır. Həmin vaxt qardaşı Əkbər iki avtomobilin arasında qalmamaq üçün qaçdığı zaman qardaşının sol ayağı Elşənin idarə etdiyi avtomobilin qabaq sol təkərinin altında qalmışdır. Bundan qəzəblənən qardaşı Əkbər Elşənin avtomobilinə tərəf getmiş, çünkü Elşən artıq avtomobilini saxlamışdır. Belə ki, o, avtomobilini sürməyə davam etsəydi atasına məxsus avtomobillə toqquşacaqmış. Bu zaman Elşən təkrar nalayiq ifadələr işlətdiyi üçün qardaşı Əkbər onu avtomobilində yerə düşməmiş şəkildə yumruqla sifət nahiyyəsindən bir neçə dəfə vurmuşdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə Qəbələ RPŞ-nin əməliyyat qruppasında iş yoldaşı Şahid2la birlikdə imiş. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 00 radələrində ona Qəbələ RPŞ-nin DYPB-nin baş inspektoru Asif Əliyarov zəng edərək Qəbələ şəhəri Zarağan-2 ünvanında hadisə baş verdiyini və içkili şəxsin avtomobil idarə etdiyini vətəndaş Şahid11 ona zəng edərək məlumat verdiyini bildirmiş və onlara hadisə yerinə getməli olduqlarını demişdir. Həmin əraziyə, yəni şəhərciyin giriş hissəsinə getmişdir. Həmin əraziyə çatdıqda görmüş ki, artıq münaqişə sona yetmişdir, Zərərçəkmiş şəxs üz və göz nahiyyəsi qan içində və şişmiş vəziyyətdədir. Eləcə də onun spirtli içki qəbul etdiyi aydın şəkildə müşahidə edilirmiş. Vaz 2106 markalı avtomobil şəhərciyin girişindən girdikdə təxminən 30- 40 metr içəridə üzü şəhərcik istiqamətində yolun sol hissəsində hərəkətsiz vəziyyətdə dayanmışdır. Lakin buna baxmayaraq həmin şəxs, yəni Zərərçəkmiş şəxs ucadan nalayiq ifadələr işlətməyə davam edirmiş, eləcə də onun dava etdiyi şəxs də, yəni adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs də ucadan nalayiq ifadələr işlədirmiş. Daha sonra isə hadisə yerinə Qəbələ RPŞ-nin təhqiqatçısı gəlmişdir. Yaxınlıqda olan ət dükanının kamera görüntülərinə baxmışlar, kamerada VAZ2106 markalı avtomobilin hərəkətdə olduğu, eləcə də manevr edərək sürüb qarşıda solda dayandığını müəyyən etmişlər. Buna görə də Zərərçəkmiş şəxs avtomobilini Qəbələ RPŞ-yə gətirmişlər. Avtomobili o, idarə etmiş, Zərərçəkmiş şəxs isə Qəbələ RPŞ-nin digər əməkdaşları şöbəyə aparmışlar. Qəbələ RPŞ-də onu sərxoşluq müayinəsindən keçirmişlər, Zərərçəkmiş şəxs sərxoş olduğu üçün onun barəsində AR İXM-nin 333.1-ci maddəsi ilə inzibati protokol tərib etmişlər. Zərərçəkmiş şəxs da qərarla razılaşmış və imza çəkmiş, buna görə də Zərərçəkmiş şəxs 400 manat miqdarında cərimə edilmişdir. Hadisə yerinə gələn zaman ona bildirmişlər ki, Zərərçəkmiş şəxs içkili şəkildə VAZ2106 markalı avtomobili idarə edərək Təqsirləndirilən şəxs üzərinə sürmüş, onun ayağının üstündən keçmiş, Təqsirləndirilən şəxslə bir-birilərini döymüşlər, onlar bir-birilərini ucadan nalayiq ifadələrlə təhqir etmişlər. Həmin yer yaşayış yeridir, ictimai yerdir. İnsanların istirahət hüququ pozulmuşdur. Dəfələrlə onları, yəni Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs nizam inzitama dəvət etmişlər. Lakin onlar yenə də bir-birilərini ucadan söyüşlərlə təhqir edirmişlər. Həmin epizodda sağdan gələn avtomobil üstünlüyə malikdir. Yəni sağdan avtomobili ilə hərəkət edən Zərərçəkmiş şəxs olduğu üçün üstünlük onda imiş. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid11 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə saat 00 radələrində Əkbər atasına məxsus Mersedes 190 markalı avtomobil ilə şəhərciyin çıxışı istiqamətində hərəkətdə olarkən çıxışda Əkbərin idarə etdiyi avtomobilin qabaq sərnişin oturacağında oturmuşdur. Həmin avtomobillə şəhərciyin çıxışı istiqamətində bir qədər irəliləmişlər ki, qarşı tərəfdən Zərərçəkmiş şəxs idarə etdiyi VAZ2106 markalı avtomobili ilə şəhərciyə daxil olduğu zaman ondan yol verməsini istəmişlər, çünkü həmin vaxt Elşən təxminən 50 sm arxaya avtomobili hərəkət etdirsəymiş onlar şəhərcikdən rahat çıxacaqlarmış. Lakin Elşənin şəhərciyə daxil olması üçün Əkbər avtomobilini təxminən 20 metr arxaya doğru hərəkət etdirməli imiş. Bu səbəbdən ondan yol istəmişlər. Belə ki, əvvəlcə Əkbər avtomobilindən yerə düşmüş, yerdə ona sözlə yol verməli olduğunu demiş, daha sonra isə o, avtomobildən yerə düşmədən pəncərədən ona əli ilə yol verməsini işarə etmişdir. Lakin Elşən onlara yol vermədiyi üçün o da avtomobildən yerə düşmüşdür. Təkrarən Elşəndən onlara yol verməsini sözlə xahiş etmişlər. Zərərçəkmiş şəxs isə onlara yol vermək əvəzinə yol verən barəsində nalayiq ifadə işlətmiş, yəni ucadan söyüş söymüşdür. Onun hərəkətlərindən və danışığından aydın şəkildə hiss olunurmuş ki, o, sərxoş vəziyyətdədir. Bu səbəbdən Əkbər Elşənin üzərinə gedərək onunla təxminən 2 dəqiqə müddət ərzində sözlü mübahisə etmiş, lakin yaxınlıqda yerləşən çay evində olan şəhərcik sakinləri, eləcə də ərazidə olan digər şəxslər Elşən və Əkbəri aralamışlar. Daha sonra Əkbəri çay evindən hadisə yerinə gələn Fəxri kənara çəkmiş və Əkbərin idarə etdiyi Mersedes markalı avtomobili arxaya sürməsini xahiş etmiş ki, Elşən şəhərciyə daxil ola bilsin. Bu səbəbdən Əkbərin atasına məxsus Mersedes 190 markalı avtomobili təxminən 15-20 metr məsafə arxaya doğru sürmüşdür. Əkbər də onun idarə etdiyi avtomobilin qarşısında avtomobili tərəfə piyada gəlirmiş. Əkbərə bildirmiş ki, avtomobilə əyləşsin və şəhərciyin digər çıxışından çıxsınlar. Həmin vaxt Əkbər avtomobilə tərəf gələn zaman həmin an Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə idarə etdiyi avtomobili qəsdən Əkbərin üzərinə sürmüş və Əkbər “ay ayağım” deyə qışqırmış və səsə əvvəlcədən şəhərciyə toplaşmış sakinlər Əkbərin yanına yaxınlaşmışlar. Təqsirləndirilən şəxs də Elşənin bu hərəkətindən əsəbləşdiyi üçün sonuncu avtomobildə əyləşdiyi zaman onun üzərinə hücum çəkib onu yunruqla Elşənin sifət nahiyyəsindən bir neçə dəfə vurmuş, Elşən də avtomobilindən vintaçan alət götürərək Əkbərin üzərinə hücum çəkmiş, bu zaman isə səsə toplaşmış təxminən 15-20 nəfər şəhərcik sakinləri Elşənə maneə olmuşlar. Həmin vaxt Zərərçəkmiş şəxs ucadan nalayiq ifadələr işlədirmiş. Daha sonra ara bir qədər sakitləşmişdir. Ara sakitləşdikdən sonra şəhərciyin çıxışında dayandığı zaman və telefonla Elşənin içkili şəkildə avtomobil sürməsinin qarşısını almaq üçün Qəbələ RPŞnin DYPB-nin əməkdaşı Asif Əliyarova, daha sonra isə Asifin ona verdiyi xidmətdə olan yol polis əməkdaşı olan Ruslan adlı polis əməkdaşına zəng edib danışarkən Elşən nalayiq ifadə işlədərək üzərinə hücum çəkib ona sağ qulaq nahiyyəsindən bir dəfə vurmuş, o da özünü müdafiə etmək məqsədi ilə Elşənin üzərinə getmiş və onun sifət nahiyəsindən deyil, sinə nahiyyəsindən itələmişdir. Təxminən bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Bununla da dava sona çatmışdır. Məhkəmə iclasında Şahid5 Saməddin oğlu ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Qəbələ rayon Zarağan-2 ünvanında Şahid10 işlətdiyi çay evində Şahid7 və digər iki nəfər tanışı ilə birlikdə domino oyunu oynayırmışlar. Qəbələ şəhəri, Zarağan-2 ünvanının giriş hissəsi, yəni Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs münaqişə etdikləri yer onların əyləşdiyi çay evindən görünürmüş. Həmin vaxt ilkin olaraq görmüş ki, Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes 190 markalı avtomobil ilə Zarağan-2 ünvanından, yəni şəhərcikdən çıxır, həmin vaxt isə Zərərçəkmiş şəxs idarə etdiyi Vaz2106 markalı avtomobillə şəhərciyə daxil olurmuş. Təqsirləndirilən şəxs həmin vaxt avtomobilin pəncərəsindən boylanaraq Elşəndən ona yol verməsini istəmiş, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs yol verməyəcəyini bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs və onun yanında olan Təbriz birlikdə avtomobildən düşərək Elşənə tələsdiklərini bildirərək yenidən ondan yol verməsini istəmişlər. Lakin Elşən bu zaman yol verənin ünvanına nalayiq ifadə işlədərək Təqsirləndirilən şəxs yol verməmişdir. Bu zaman Təqsirləndirilən şəxs Elşənin sifətinin sol tərəfinə şillə ilə bir dəfə vurmuş, bunu görən Təbriz davanın böyüməməsi üçün Təqsirləndirilən şəxs Elşəndən ayırmış və onlar da köməyə getmək üçün domino oynunu yarımçıq qoyaraq həmin tərəfə, yəni şəhərciyin giriş hissəsinə doğru getmişlər. Həmin vaxt onunla yanaşı çay evində əyləşərək çay içən və domino oynayan digər şəhərcik sakinləri, yəni təxminən 10-15 nəfər şəxs də əyləşdikləri masanı tərk edərək münaqişənin baş verdiyi yerə yaxınlaşmışlar. O isə həmin vaxt şəxsən Zərərçəkmiş şəxs ayıraraq təxminən 10 metr şəhərciyin çıxışı istiqamətinə aparmışdır. Həmin vaxt da Elşən onunla birlikdə kənara çəkildiyi müddət ərzində də ünvanlı şəkildə ucadan nalayiq ifadələr işlədirmiş. Həmin vaxt Elşənin sərxoş vəziyyətdə olduğu aydın şəkildə müşahidə edilirmiş. Elşəni bir qədər sakitləşdirdikdən sonra Təqsirləndirilən şəxs tərəf getmiş və Əkbərdən avtomobilini kənara etməsini, Elşənə yol verməsini xahiş etmişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs davanı ayırmaq üçün gələn şəhərcik sakinləri tutub saxladıqları üçün Əkbərin idarə etdiyi avtomobili Əkbər özü deyil, Təbriz sükan arxasında əyləşərək geriyə sürmüşdür. Həmin vaxt araya bir anlıq sakitlik çökdüyü üçün tanışlarına bildirmiş ki, gedək daminoya davam edək. Bu zaman Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə əyləşərək avtomobili işə salmış, əvvəlcə avtomobilini sola doğru çəkmişi, düşünmüş ki, Elşən Əkbərgilə yol verməklə öz yaşadığı bina istiqamətində gedəcək. Lakin Zərərçəkmiş şəxs zəndinə əks olaraq avtomobilini sükan arxasında Təbriz olan Əkbərin atasına məxsus Mersedes markalı avtomobilin üzərinə sürmüş və həmin vaxt isə Əkbərin “ay, ay” deyə ucadan qışqırıq səsini eşitmişdir. Bu səbəbdən o və şəhərcik sakinləri həmin yerə getmişlər və avtomobilə çatdıqları zaman görmüşk ki, Elşənin baş və sifət nahiyyəsinə Elşən öz avtomobilində oturmuş vəziyyətdə Əkbər yumruqla zərbələr yetirir. Elşən də avtomobildə oturmuş vəziyyətdə Əkbərə əl və qolları ilə müdaxilə edir, yəni ona fiziki güc tətbiq edir. Həmin vaxt Təbriz də Əkbərin idarə etdiyi avtomobildən düşərək digər şəhərcik sakinləri kimi Elşən və Əkbərin davasını kənardan izləmişdir. O və digər şəhərcik sakinləri çox çətinliklə Əkbəri Elşəndən ayırmışlar və bununla da dava sona çatmışdır. Məhkəmə iclasında Şahid3 təqsirləndirilən şəxsin yaxın qohumu – atası olduğu üçün ifadə verməkdən imtina etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 25 sentyabr 2022-ci il tarixli 533 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun sümüyünün yerini dəyişməyən sınığı, hər iki gözaltının, sol baldırın bayır orta 1/3-nin qançırı, alt dodağın selikli qişasına qansızma, sol gözün buynuz qişasında qansızma, üzün sağ yanaq hissəsinin, boyunun sol aşağı nahiyyəsinin, döş qəfəsinin ön sol hissəsinin, sağ dirsək oynağının bayır tərəfinin, sağ baldırın ön orta 1/3-nin sıyrıqları kimi xəsarətlərin olduğu, qeyd olunan xəsarətlərin küt alətin(əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 13 sentyabr 2022-ci il tarixdə törənə bilər. Dərəcəsinə görə həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Müstəntiqin xx.xx.2023-cü il tarixli “sübütların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Şahid11 əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin tərkibi olmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilməklə barəsində material ayrılmışdır. Müstəntiqin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işindən Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadələri, zərər çəkmiş və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş maddi ziyanı tam olaraq aradan qaldırmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini onun əməlində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tutulub saxlandığı 01 (bir) gün müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 dekabr 2022ci il tarixdə saat 10:30-dan həmin gün saat 12:30-dək tutulub saxlandığı 01 (bir) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut olan iki ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan iki ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərcləri yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar