Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-8/2024 12.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Abdu oğlunun, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1980-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, 15 saylı X22 X4 meşəbəyisi vəzifəsində işləyən, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3 və 308.1-ci maddələri ilə, xx.xx.1990-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3 və 308.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin direktorunun 147/K əmrinə əsasən X34 X9 Meşəbəylinin meşəbəyisi vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən meşəbəyliyə rəhbərlik edərək meşə ərazisində istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etməklə meşələrin məhsuldarlığı və keyfiyyətini yüksəltməklə meşələrin qanunsuz qırılmasının və başqa meşə pozuntularının qarşısını almalı olan vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Qəbələ X22 X4 5 saylı meşə dolayının meşə gözətçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Qəbələ rayonunda yaşamaqla sosial problemlərinin həllinə ehtiyacı olan 4 ailənin ilin soyuq aylarında istiliklə təmin olunmalarından ötrü odun tədarükündə köməklik göstərilməsi ilə bağlı özünə və Təqsirləndirilən şəxs2 müraciət etməsi ilə əlaqədar şəxsi nüfuzlarını yüksəltmək məqsədilə, Qəbələ Regional X15 mülkiyyətinə aid olan Vəndam meşəbəyliyinin 5 saylı dolayı ərazisində, meşə fonduna daxil olan ağacların mövcud olduğu yaşıllıq hissəsindən qanunsuz kəsilməsini həyata keçirilməsi üçün qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 avqust 2018-ci il traixli 529/ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşələrin İnkişafı Departamentinin Qəbələ X22 Mərkəzi haqqında” Əsasnaməsinin 3.1.5-ci bəndinə əsasən əhalinin və qeyri-əhalinin oduncaqla təmin edilməsi Qəbələ X22 Mərkəzi tərəfindən mövcud şərait nəzərə alınmaqla həyata keçirilməli olduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 38 saylı Azərbaycan Respublikasında köküstü oduncaq buraxılışı qaydaları təsdiq edilməsi haqqında qərarının 1.2-ci bəndinə əsasən meşələrdən aparılan qırmalar ancaq təsdiq olunmuş layihələr və aparılan işlərin texniki şərtlərinə uyğun olaraq yalnız meşəqırma bileti və orderi əsasında aprılmalı olduğu halda rəhbərliyə bununla əlaqədar qəsdən müraciət etməyib göstərilən zəruri tələblərə riayət etmədən həmin meşə ərazisində olan ağacların bir hissəsinin kəsilərək məhv edilməsi üçün şərait yaradaraq 2022-ci ilin sentyabr ayının ortalarından 2022-ci ilin dekabr ayının əvvəllərinədək Qəbələ X22 X4 5 saylı dolayı ərazisindən Qəbələ rayonunda yaşayan və onlara verilən icazənin qanunsuz olduğunu dərk etməyən şəxslərə, o cümlədən, Şahid2, Şahid4, Şahid3, Şahid1 vermiş olduğu qanunsuz icazələrlə əlaqədar torpaq sahəsində mövcud olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarının tələblərinə uyğun olaraq ümumi dəyəri 2102.00 manat təşkil edən 06 ədəd 36 sm, 07 ədəd 40 sm, 11 ədəd 44 sm, 02 ədəd 48 sm, 01 ədəd 52 sm, 01 ədəd 56 sm diametrliklərində olmaqla 28 ədəd palıd cinsli, 05 ədəd 36 sm, 01 ədəd 40 sm, 02 ədəd 44 sm, 02 ədəd 52 sm, 01 ədəd 20 sm, 01 ədəd 28 sm, 02 ədəd 32 sm, diametrliklərində olmaqla 14 ədəd ağcaqayın cinsli, 02 ədəd 20 sm, 02 ədəd 24 sm, 03 ədəd 36 sm, 01 ədəd 40 sm, 04 ədəd 44 sm, 01 ədəd 48 sm, 01 ədəd 64 sm diametrliklərində olmaqla 14 ədəd fıstıq cinsli, 02 ədəd 36 sm, 01 ədəd 52 sm, 01 ədəd 24 sm diametrliklərində olmaqla 4 ədəd vələs cinsli, 01 ədəd 32 sm diametirliyində olmaqla görüc cinsli, ümumilikdə 61 ədəd yaş kök üstə, bioloji inkişafda olan ağacları qanunsuz olaraq verdiyi icazələr əsasında yuxarıda adları qeyd edilən və vəzifəli şəxslər tərəfindən verilmiş icazə əsasında qanuni hərəkət etdiklərini güman edən şəxslər vasitəsilə kəsilib öz ehtiyyacları üçün istifadə etmələri üçün götürülməklə, adları qeyd edilən şəxslərin Qəbələ RMTN-nin 5 saylı meşə dolayına giriş və çıxışına şərait yaratması üçün verdiyi qanunsuz göstəriş icra edən meşə gözətçisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla ümumilikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə 2102.00 manat məbləğində meşə fonduna daxil olan ağacları kəsmiş, həmin hərəkətləri ilə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsi, qorunması, bərpası və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlərdən ibarət yaşıllıqların mühafizəsinə zidd həmin əməlləri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 259.3 və 308.1ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı departamentinin Qəbələ Regional X15 direktorunun 079/K əmrinə əsasən Qəbələ X22 X4 5 saylı meşə dolayının meşə gözətçisi vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən gözətçisi olduğu meşə dolayında yanğından mühafizə qaydalarının, qanunsuz olaraq meşələrin qırılmasının, dolay ərazisində qanunsuz ot biçininin, mal-qara otarılmasının, müxtəlif növ oğurluqların, meşə istifadəsində pozuntuların aradan qaldırılması və qarşısının alınması tədbirlərini görməklə meşələrin və ona təhkim olunmuş əmlakın mühafizəsini təmin etməli olan vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Qəbələ X22 X4 meşəbəyisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Qəbələ rayonunda yaşamaqla sosial problemlərinin həllinə ehtiyacı olan 4 ailənin ilin soyuq aylarında istiliklə təmin olunmalarından ötrü odun tədarükündə köməklik göstərilməsi ilə bağlı özünə və Təqsirləndirilən şəxs1 müraciət etməsi ilə əlaqədar şəxsi nüfuzlarını yüksəltmək və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş qanunsuz ağac kəsilməsi ilə əlaqədar icazələri icra etmək məqsədilə, Qəbələ Regional X15 mülkiyyətinə aid olan meşə gözətçisi olduğu Vəndam meşəbəyliyinin 5 saylı dolayı ərazisində, meşə fonduna daxil olan ağacların mövcud olduğu yaşıllıq hissəsindən qanunsuz kəsilməsini həyata keçirilməsi üçün qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 avqust 2018-ci il tarixli 529/ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşələrin İnkişafı Departamentinin Qəbələ X22 Mərkəzi haqqında” Əsasnamənin 3.1.5-ci bəndinə əsasən əhalinin və qeyri- əhalinin oduncaqla təmin edilməsi Qəbələ X22 Mərkəzi tərəfindən mövcud şərait nəzərə alınmaqla həyata keçirilməli olduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 38 saylı Azərbaycan Respublikasında köküstü oduncaq buraxılışı qaydaları təsdiq edilməsi haqqında qərarının 1.2-ci bəndinə əsasən meşələrdən aparılan qırmalar ancaq təsdiq olunmuş layihələr və aparılan işlərin texniki şərtlərinə uyğun olaraq yalnız meşəqırma bileti və orderi əsasında aparılmalı olduğu halda zəruri tələblərə riayət etmədən həmin meşə ərazisində olan ağacların bir hissəsinin kəsilərək məhv edilməsi üçün şərait yaradaraq 2022-ci ilin sentyabr ayının ortalarından 2022-ci ilin dekabr ayının əvvəllərinədək Qəbələ X22 X4 5 saylı dolayı ərazisindən Qəbələ rayonunda yaşayan və aldıqları icazənin qanunsuz olduğunu dərk etməyən şəxslərə, o cümlədən, Şahid2, Şahid4, Şahid3, Şahid1 Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş qanunsuz icazələrlə əlaqədar torpaq sahəsində mövcud olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarının tələblərinə uyğun olaraq ümumi dəyəri 2102.00 təşkil edən 06 ədəd 36 sm, 07 ədəd 40 sm, 11 ədəd 44 sm, 02 ədəd 48 sm, 01 ədəd 52 sm, 01 ədəd 56 sm diametrliklərində olmaqla 28 ədəd palıd cinsli, 05 ədəd 36 sm, 01 ədəd 40 sm, 02 ədəd 44 sm, 02 ədəd 52 sm, 01 ədəd 20 sm, 01 ədəd 28 sm, 02 ədəd 32 sm, diametrliklərində olmaqla 14 ədəd ağcaqayın cinsli, 02 ədəd 20 sm, 02 ədəd 24 sm, 03 ədəd 36 sm, 01 ədəd 40 sm, 04 ədəd 44 sm, 01 ədəd 48 sm, 01 ədəd 64 sm diametrliklərində olmaqla 14 ədəd fıstıq cinsli, 02 ədəd 36 sm, 01 ədəd 52 sm, 01 ədəd 24 sm diametrliklərində olmaqla 4 ədəd vələs cinsli, 01 ədəd 32 sm diametirliyində olmaqla görüc cinsli, ümumilikdə 61 ədəd yaş kök üstə, bioloji inkişafda olan ağaclar qanunsuz olaraq Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş icazələr əsasında yuxarıda adları qeyd edilən şəxslər vasitəsilə kəsilib öz ehtiyacları üçün istifadə etmələri üçün adları qeyd edilən və vəzifəli şəxslər tərəfindən verilmiş icazə əsasında qanuni hərəkət etdiklərini güman edən şəxslərin Qəbələ RMTN-nin 5 saylı meşə dolayına giriş və çıxışına maneələri aradan qaldırmaqla şərait yaratmış bununla da Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla ümumilikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə 2102.00 manat məbləğində meşə fonduna daxil olan ağacları kəsmiş, həmin hərəkətləri ilə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsi, qorunması, bərpası və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlərdən ibarət yaşıllıqların mühafizəsinə zidd həmin əməlləri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 259.3 və 308.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 259.3 və 308.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qəbələ rayonu Zarağan kəndində ailəsi ilə birlikdə yaşayır. O, Qəbələ X22 Mərkəzində 2019-cu ildən işləyir. 2020-ci ilin aprel ayının 15-dən isə Vəndam meşəbəyliyinin meşəbəyisi vəzifəsinə keçirilmişdir. Vəzifə borcu 15 saylı Regional X15 ərazisinə daxil olan və 8606 ha sahəsi olan Vəndam meşəbəylinin mühafizə olunmasından, plan proqnoza uyğun əkin sahələrinin salınmasından, dövriyyədə olan əkinlərin qorunmasından, qırma sahələrinin ayrılmasından, ayrılmış qırma sahələrində sanitar qırmanın həyata keçirilməsini və emal edilməsinin həyata keçirilməsindən, ümumən meşəbəyliyə rəhbərlik edərək meşə ərazisində istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etməklə meşələrin məhsuldarlığı və keyfiyyətini yüksəltməklə meşələrin qanunsuz qırılmasının və başqa meşə pozuntularının qarşısını alınmasından ibarətdir. Təqsirləndirilən şəxs2 işlədiyi müddətdə tanımışdır. O, meşə idarəsinə əvvəlcə iş üçün müraciət etmiş və 2022-ci ilin may ayından onun ərazisinə daxil olan Vəndam meşəbəyliyinin 5 saylı meşə dolayına gözətçi təyin edilmişdir. 2022-ci ilin sentyabr-dekabr ayları ərzində bir neçə qazi və sosial rifahı yaxşı olmayan ailələr ona yaxınlaşaraq evlərinin isidilməsi üçün odun istəmişlər. O da həmin şəxslərə meşəyə gedərək əsasən quru odun gətirmələri üçün qanunsuz icazə vermişdir. Bu şəxslər Vəndam qəsəbə sakinləri, qazilər Hamid və Rəşid, eyni zamanda gözətçi Qəribin qonşusu Məmmədşah və Tikanlı kəndi sakini Elməddin olmuşdur. Həmin şəxslərə odunların verilməsi ilə bağlı həmçinin o, Qəribə də göstərişlər vermişdir. Çünki həmin şəxslərin çoxu Qəribin həmkəndliləri olmuşlar. Qərib də onlara odun verilməsi xahişi ilə ona dəfələrlə müraciət etmişdir. Qəribə də şiafahi göstəriş vermişdir ki, həmin şəxslərin meşəyə gedib odun aparmalarına köməklik göstərsin. Çünki meşəyə onun və gözətçinin razılığı olmadan heç kəs girib çıxa bilməz. Belə ki, meşələrin içərisinə gedən yollarda şlaqbaumlar quraşdırlıb və şlaqbaumların açarı yalnız gözətçilərdə olmuşdur. Lakin ağacların birbaşa qırılmasında birbaşa iştirak etməmişdir. Həmin şəxslər Vəndam meşəbəyliyinin 5 saylı dolayından ağacları kəsməklə odun aparmışlar. Məsələ belə olmuşdur ki, onun göstərişi əsasında Qərib müvafiq şlaqbaumları açaraq həmin şəxslərin meşə ərazisinə girməsinə şəriat yaratmış və daha sonra onlar çıxdıqda şlaqbaumları bağlamışdır. Lakin 5 saylı dolaydan ağacların qanunsuz kəsilməsi ilə bağlı odun aparmasına icazə verdiyi Qəbələ sakinlərindən və ya digər şəxslərdən pul və ya digər maddi nemət almamışdır. Eləcə də bu barədə ona nəsə vəd edilməmişdir. 01 yanvar 2023-cü il tarixdə mərkəzin meşə mühəndisi Özal ona Meşə təsərrüfatı X4 05 saylı dolayında gəzərkən maşın izlərinə rast gəldiyini demişdir. X23 daha sonra Özalın məruzəsi əsasında 05 yanvar 2023-cü ildə 5 saylı dolayın ərazisində yoxlama keçirilməsi barədə əmr vermişdir. Yoxlamada Özal, kadastr üzrə baş mühəndis Məmmədaraz Ələkbərov, o və 05 saylı dolayın gözətçisi Təqsirləndirilən şəxs2 iştirak etmişlər. Yoxlama zamanı tərəflərindən qanunsuz olaraq kəsilmiş müxtəlif diametirli 14 ədəd ağcaqayın, 04 ədəd vələs, 18 ədəd fıstıq, 24 ədəd palıd, 01 ədəd görüc cinsindən cəmi 61 ədəd ağacların kəsilməsi aşkar edilmişdir. Bununla da meşə örtüyünə ümumilkdə 3284,64 manat ziyanın dəyməsi faktı təsdiq edilmişdir. Ağac kəsilməsi faktları ilə bağlı tərəflərindən akt tərtib edilmiş və iştirakçılar, həmçinin o, aktı imza etmişdir. Daha sonra araşdırma materiallarını Ekologiya və X11, onlar isə Azərbaycan Respublikası Baş Prokurorluğa göndərmişlər. İlkin olaraq Baş prokurorluqdan gələn araşdırma zamanı o, həmin ağacların kəsilməsindən məlumatlı olmadığımı bildirmişdir. Çünki məsuliyyətə cəlb ediləcəyini bilmişdir. Lakin qeyd etdiyi kimi hadisə barədə əslində məlumatlı olmuşdur. Çünki həmin şəxslər ilk ağacların kəsilməsindən əvvəl ona müraciət etmişlər. O da onların müharibə iştirakçısı, qazi və sosial rifahı yaxşı olmayan insanlar olmasını nəzərə alıb Qəriblə əvvəlcədən razılaşmaqla onlara odun aparmaları üçün icazə vermişdir. Lakin başqa niyyəti olmamış, Qəriblə niyyətləri yalnız həmin şəxlsərə kömək etmək olmuşdur. Ancaq baş verənlər barədə X28a və başqa şəxslərə məlumat verməmişlər. Hadisəni yalnız Qərib və o bilmişdir. Çünki etdiyi əməlin qanunsuz olduğunu, meşədə o qədər quru odun olmadığını və həmin şəxslərin əslində yaş ağacları da kəsib aparacağını da dərk etmişlər. Ancaq onların çox hissəsinə də demişdir ki, çalışsınlar yalnız qırıntı və quru ağaclar aparsınlar. 2023-cü ilin yanvar ayının əvvəlində yoxlama da isə görmüşdür ki, həmin şəxslər əsasən yaş kökü üstə 61 ədəd ağacı kəsib aparmışlar. Etdiyi əməldən peşmandır. Çünki sadəcə olaraq həmin şəxslərə yardım etmək məqsədilə bu qanunsuz əməllərə yol vermişdir. Təqsirləndirilən şəxs1 ifadəsində törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxs 15 saylı X22 Mərkəzinə dəymiş ziyanı tam olaraq ödənildiyini, zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini və ailəsini dolandıran yeganə şəxs olmasını göstərməklə məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 259.3 və 308.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qəbələ rayonu Vəndam qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Evlidir və 1 azyaşlı övladı var. 2022-ci ilin may ayının 16 da o, Qəbələ X22 X3 5 saylı dolayın meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. Həmin dövr Meşəbəyi Təqsirləndirilən şəxs1, meşə idarəsinin müdiri isə Ramin Lətifov olmuşdur. Meşədən qanunsuz ağac kəsilməsi faktında iştirakı ilə bağlı müvafiq sənədlərlə tanış olmuşdur. O, müxtəlif vaxtlarda meşəbəyi Kənanın göstərişi ilə ona və özünə müraciət edən şəxslərə gözətçisi olduğu dolaydan odun kəsilməsinə və aparılmasına şərait yaratmışdır. O və Kənan onun yaxın dostu və qonşusu Məmmədşaha 3 dəfə imkan yaratmışlar ki, gedib meşədən odun gətirib qışda yandırsınlar. Məsələ belə olmuşdur ki, Məmmədşah ona yaxınlaşıb körpə uşaqlarının olduğunu, qışın soyuq keçməsi səbəbindən evində olan sobada yandırmaq ucun oduna ehtiyacı olduğunu, meşədən gedib odun gətirmək istədiyini demişdir. Bundan sonra Məmmədşaha özünün razı olduğunu, lakin meşəbəyi Kənanın da icazə verməli olduğunu demişdir. Məmmədşah da gedib Kənanla danışmış, bundan sonra Kənan razılıq vermişdir. Həmçinin Kənan ona Məmmədşahla yanaşı qış aylarında yandırmaq üçün Vəndamdan olan qazi Rəşidə, Hamidə və Tikanlı kəndi sakini yük maşını sürücüsü Elməddinə də gözətçisi olduğu dolaydan qışda yandırmaq üçün ağac kəsib aparmasına şərait yaratmasını, yəni onlar meşəyə gedib gəldikdə şalqbaumları açaraq yardım etməsini demişdir. O da razılaşmışdır. Çünki həmin inansların həqiqətən də həmin odunlara ehtiyacları olmuşdur. Belə olub sentyabrdekabr aylarında Elməddinə 3 dəfə gözətçisi olduğu meşədən ağac kəsib aparması üçün şərait yaratmışdır. Belə ki, Elməddin özünə məxsus yük maşını ilə meşəyə gəlib ağacları kəsib yük maşınına yükləməklə aparmışdır. Hər dəfəsində isə qardaşı Niyaməddin ilə gəlmişdir. Elməddin və Niyaməddin yük maşınına hər dəfəsində 6-7 ədəd yaş kökü üstə palıd və vələs ağacı kəsib yükləyib aparmışlar. Həmçinin o, müxtəlif vaxtlarda yuxarıda qeyd etdiyi qonşusu Məmmədşaha, həmkəndlisi qazi Rəşidə, qazi Hamidə meşədən odun kəsib aparmaları üçün şərait yaratmışdır. Məmmədşah 3 dəfəyə olmaqla 2022-ci ilin oktyabr ayında onun Kənanın xəbəri olmaqla şlaqbaumdan meşəyə girməklə Şəhərgə ərazisindən hər dəfəsində 5-6 ədəd vələs, fıstıq, ağcaqayın və palıd ağacları olmaqla ümumilikdə 16-17 ədəd ağac kəsib yandırmaq üçün evinə aparmışdır. Həmçinin Vəndamdan olan qazi Rəşid də oktyabr noyabr aylarında hər dəfəsində 6 ədəd olmaqla 2 dəfəyə 12 ədəd yaş köküstə ağacları Kənanın və onun razılığı əsasında kəsib yandırmaq üçün aparmışdır. Üstəlik 1 dəfə də Vəndam sakini Hamidə də meşədən 1 yük maşını odun aparmasına şərait yaratmışlar. Çünki o da onlara müraciət edərək yandırmaq üçün odun istəmişdir. Hamid də onun gözətçisi olduğu dolaydan 6 ədəd yaş kök üstə vələs, palıd və ağcaqayın cinsinə məxsus ağac kəsərək yük maşınına yükləyib aparmışdır. Bundan sonra isə 01 yanvar 2023-cü il tarixdə mərkəzin meşə mühəndisi Özal ona Meşə təsərrüfatı X4 05 saylı dolayında gəzərkən maşın izlərinə rast gəldiyini demişdir. X28 isə daha sonra Özalın məruzəsi əsasında 05 yanvar 2023-cü ildə 5 saylı dolayın ərazisində yoxlama keçirilməsi barədə əmr vermişdir. Yoxlamada Özal, kadastr üzrə baş mühəndis Məmmədaraz Ələkbərov, o və meşəbəyi Kənan iştirak etmişlər. Yoxlama zamanı qanunsuz olaraq kəsilməsinə şərait yaratdıqları müxtəlif diametirli 14 ədəd ağcaqayın, 04 ədəd vələs, 18 ədəd fıstıq, 24 ədəd palıd, 01 ədəd görüc cinsindən cəmi 61 ədəd ağacların kəsilməsi aşkar edilmişdir. Bununla da meşə örtüyünə ümumilkdə 3284,64 manat ziyanın dəyməsi faktı təsdiq edilmişdir. Ağac kəsilməsi faktları ilə bağlı Özal tərəfindən akt tərtib edilmiş, iştirakçılar, həmçinin o, aktı imza etmişdir. O, ilkin olaraq hadisədən xəbəri olmadığını demiş, lakin araşdırma zamanı Kənan ona ağacları kəsməsi yönündə izahat verməsini deyərək ciddi bir problem olmayacağına, işində qalıb işləyəcəyini və xırda bir cərimə ilə məsələnin bağlanacağına inandırmışdır. O da Kənan tövsiyyəsi ilə 7 ədəd palıd cinsindən ağac kəsib satdığını etiraf etməsi yönündə izahat yazmış, lakin Kənanın baş vermiş hadisədən xəbərdar olması barədə heçnə deməmişdir. Araşdırma zamanı o, 3284.64 manat cərimə olunmuş, daha sonra barəsində materiallar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmiş və özü də işdən azad edilmişdir. Qanunsuz olaraq Qəbələ RMTM-nin 5 saylı dolayından ağacların kəsilib aparılması ilə bağlı meşəbəyi Təqsirləndirilən şəxs1 tərəfindən aldığı göstərişlər barədə müvafiq olaraq dirketor Ramin Lətifova və digər rəhbər şəxslərə yazılı və ya şifahi məlumat verməmişdir. Çünki etdikləri işlərin qanunsuz olduğunu dərk etmiş, ona görə də bu barədə rəhbərliyə məlumat verməmişdir. Rəhbərlik tərəfindən isə dəfələrlə onlara qeyd edilən ərazilərin qorunması və ağac kəsiminə imkan verilməməsi ilə bağlı tapşırıqlar verilmişdir. Ancaq ağacları kəsib aparan şəxslərlə münasibətinin olması səbəbindən qeyd edilən əməllərə yol vermişdir. Ağacları kəsib aparan şəxslər Rəşid, Hamid, Məmmədşah və Elməddinə etdiyi hərəkətləri qanunsuz olması barədə bildirməmiş, əksinə sənədləşmə işlərinin özləri tərəfindən aparılmasını demişdir. Törətdiyi əməldən peşmandır və ona yazılmış cəriməni də tamamilə ödəyərək buna dair qəbzləri də baş prokurorluğa təqdim etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxs 15 saylı X22 Mərkəzinə dəymiş ziyanının tam olaraq ödənildiyini, zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini, himayəsində azyaşlı uşağının olduğunu göstərməklə məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Abdu oğlu vermiş olduğu ifadəsində göstərdi ki, vəzifə borcu əsasən Regional X15 ərazisində qanunsuz ağac kəsmə və qanunsuz torpaq zəbtlərinin qarşısının alınmasından, meşələrin qorunub mühafizə olunmasına nəzarət edilməsindən ibarətdir. 2023-cü ilin may ayında işlədiyi mərkəzin adı 15 saylı X22 mərkəzi olaraq dəyişdirilmişdir. Tabeliyində 2 mühəndis vardır. Qəbələ rayonu üzrə mühəndis X17, Oğuz rayonu üzrə isə Valeh Məmmədovdur. Hazırkı faktla bağlı onu deyə bilər ki, bayram günləri meşələrdən oğurluq ağac kəsimi halları artdığı üçün tərəflərindən yoxlamalar intensivləşdirilir. Əməkdaşlar ərazilərə gəzintiyə çıxır və ərazilərə baxırlar. 03 yanvar 2023-cü il tarixdə Özal İbrahimov ona Meşə Təsərrüfatı X4 05 saylı dolayında gəzərkən maşın izlərinə rast gəldiyini demişdir. Bu barədə rəhbərliyə şifahi məlumat verib axşama yazılı sürətdə xidməti məruzə etmişlər. Daha sonra Özalın məruzəsi əsasında 05 yanvar 2023-cü ildə 5 saylı dolayın ərazisində direktor Rəmin Lətifovun əmri ilə yoxlama keçirilmiş, yoxlamada Özal, kadastr üzrə baş mühəndis Məmmədaraz Ələkbərov, meşəbəyi Təqsirləndirilən şəxs1 və 05 saylı dolayın gözətçisi Təqsirləndirilən şəxs2 iştirak etmişlər. Yoxlama zamanı yoxlama qrupu tərəfindən qanunsuz olaraq kəsilmiş müxtəlif diametirli 14 ədəd ağcaqayın, 04 ədəd vələs, 18 ədəd fıstıq, 24 ədəd palıd, 01 ədəd görüc cinsindən ağacların kəsilməsini aşkar edilmiş və bununla da meşə örtüyünə ümumilkdə 3284,64 manat ziyanın dəyməsi faktı təsdiq edilmişdir. Ağac kəsilməsi faktları ilə bağlı tərəflərindən akt tərtib edilmiş və iştirakçılar aktı imza etmişlər. Orada Təqsirləndirilən şəxs2 onlara xəstəsi olduğu üçün 07 ədəd ağacı kəsib müxtəlif şəxslərə satdığını və aldığı pulu ehtiyacı üçün xərclədiyini demişdir. Təqsirləndirilən şəxs1 də ağac kəsimlərindən xəbəri olmadığını deyib məsələyə münasibət bildirməmiş və niyə səhlənkarlıq edib nəzarət edə bilmədiyini izah edə bilməmişdir. Lakin təlimata əsasən ağacların qanunsuz kəsilməsinə həmçinin meşəbəyi kimi onun məsul olması ona bildirilmişdir. Daha sonra toplanmış materialları Ekologiya və X11, onlar isə Azərbaycan Respublikası Baş Prokurorluğa göndərmişlər. Bundan sonra isə öyrənmişdir ki, Təqsirləndirilən şəxs2 gedən araşdırma zamanı ilkin olaraq aparılan araşdırmada yalan ifadə verdiyini, əslində meşəbəyi Təqsirləndirilən şəxs1 göstərişləri ilə həmin 61 ədəd ağacların kəsilməsi və müxtəlif şəxslər tərəfindən aparılmasına şərait yaratmaları barədə bildirmişdir. Həmçinin öyrənmişdir ki, ağacları kəsib aparan şəxslər Kənan və Qəribə müraciət edən şəxslər Vəndam sakinləri Məmmədşah, Hamid, Rəşid və Tikanlı kəndi sakini Elməddin olmuşdur. Həmçinin araşdırma zamanı dəymiş ziyan mərkəzə tam həcmdə ödənilmişdir. Qeyd edilən ağacların qanunsuz kəsilməsi barədə, ona müəssisənin direktoru Ramin Lətifov və digər vəzifəli şəxslərə heç bir məlumat verilməmişdir. Qazilər və sisoal yardıma ehtiyacı olan ailələrə odun verilməsi mərkəzin rəhbərliyi tərəfindən anbarlardan yığılmış ehtiyat odunlardan verilməkdədir. Həmin 61 ədəd ağac isə qanunsuz yaş köküstə kəsilən ağaclar olmuşdur. Həmin ağaclar texniki və sanitar qırma üçün nəzərdə tutulsaydı, onlar damğalanaraq bu barədə müvafiq akt tərtib edilməli imiş. Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə Abdu oğlu həmçinin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, X35na dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Qəbələ rayonu Vəndam qəsəbəsində ailəsi ilə birlikdə daimi yaşayır. Hazırda işsizdir. Ailəlidir, 1 övladı var. Maddi vəziyyəti çox pisdir və dolanışığını çətinliklə təmin edir. Özünə məxsus ** BA *** nömrə nişanlı QAZ 52 markalı yük avtomobili vardır. Həmin avtomobili o, 2010-cu ildə almışdır. O, fərdi olaraq həmin yük avtomobili ilə yük daşıması ilə məşğul olur. Qış ayları ərzində yaşadığı evdə isitmə üçün mavi qaz yandırmağa maddi imkanı olmadığı üçün əsasən odun sobası il evini isidir. Vəndam meşəbəyliyində gözətçi işləmiş Təqsirləndirilən şəxs2 isə onun qonşusudur. Onu uzun müddətdir tanıyır və aralarında dostluq münasibətləri vardır. Meşə İdarəsinin Vəndam meşəbəyliyinin meşəbəyisi Təqsirləndirilən şəxs1 də 3 ildir ki, tanıyır. Qərib təxminən 2022-ci ilin may ayından kəndin yaxınlığındakı meşədə gözətçi işləməyə başlamışdır. 2022-ci ilin sentyabr-oktyabr ayılarında o, 3 dəfə meşədən odun gətirmişdir. Belə ki o, evində başqa alternativ isitmə olmadığı üçün qışda sobada yandırmaqlıq odun üçün qonşusu Qəribə odun üçün müraciət etdikdə Qərib meşəbəyi Kənana müraciət etməyi, özünün odun vermək üçün səlahiyyəti olmadığını ona demişdir. O da Kənana müraciət edərək Qəribin dostu olduğunu, maddi vəziyyətinin pis olduğunu, körpə uşaqlarının olması ilə bağlı evində olan odun sobasında yandırmaq üçün oduna ehtiyacı olduğunu bildirmişdir. Kənan isə onu Meşə İdarəsinə dəvət etmiş və orada xidməti otaqda söhbət zamanı bildirmişdir ki, o, Qəribə tapşıracaq və ona gedib meşədən bir neçə dəfə ağac kəsib gətirilməsi üçün şərait yaradılacaq. Lakin buna qarşılıq ondan heç bir vəsait tələb etməmiş və almamışdır. Bundan sonra Qəribin yanına gəlib ona baş verənlər haqda demiş və Qərib vəziyyəti Kənanla dəqiqləşdirdikdən sonra ona meşəyə gedib ağac kəsib gətirə biləcəyi haqda demişdir. Sonra isə növbəti günlərdə meşəyə Şəhərgə tərəf deyilən Qəribə məxsus əraziyə gedib 5-6 ədəd yaş köküstə palıd və vələs ağacı kəsib Asim adlı qonuşusunun köməyi ilə həmin ağacları Qaz 52 maşına doldurub yığıb öz həyətinə gətirib boşaltmışdır. Meşəyə girişdə və meşədən çıxışda Qərib gəlib şlaqbaumu açıb ona rahat giriş-çıxış üçün şərait yaratmışdır. Bundan sonra ikinci dəfə 10 gün keçmiş o, yenə də eyni qayda da təxminən həmin istiqamətə gedib özünə məxsus ** BA *** markalı həmin Qaz 52 markalı maşının yük yerinə Asimlə birlikdə 6-7 ədəd yaş kökü üstə vələs və palıd, ağcaqayın, fıstıq cinsinə məxsus ağac kəsib odunları avtomobilə doldurub həyətinə gətirmişdir. Bundan təxminən 1 ay keçmiş o, yenə eyni qaydada meşəyə gedib yenə yük maşının arxası ilə bir doldurub odun gətirmişdir. O, heç kimə odun gətirməyə qarşılıq pul verməmişdir. Sadəcə 3 azyaşlı övladı olduğu üçün və evində isitmə üçün odun istifadə etdiyindən Kənandan və Qəribdən xahiş edib meşədən odun gətirmələri üçün şərait yaratmalarını demiş, onlar da ona bu şəriaiti yaratmışlar. Nə Kənana, nə Qəribə hər hansı vəsait verməmiş, nə də ki onlar heç zaman ondan hər hansı pul vəsaiti tələb etməmişlər. Qərib və Kənan tərəfindən ona və ya digər şəxslərə odun satılmasının, eyni zamanda digər qanunsuz hərkətlətləri edilməsinin şahidi olmamışdır. Eydiyi hərəkətlərin qanunsuz olmasını dərk etməmiş, çünki Kənan və Qərib ona icazə verərək meşə biletinə ehtiyac olmadığını demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Qəbələ rayonu Vəndam qəsəbəsində ailəsi ilə birlikdə daimi yaşayır. Hazırda işsizdir. Ailəlidir və 2 övladı var. Özü İ Qarabağ müharibəsində iştirak edib yaralanmışdır. İİİ qrup ömürlük əlildir. Oğlu Məhəmməd 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Təqsirləndirilən şəxs2 o, bir Vəndam qəsəbəsi sakini kimi tanımışdır. Qərib yetim bir uşaqdır və əvvəllər meşədə gözətçi işləmişdir. Bundan başqa o, meşəbəyi Kənanı da uzun müddətdir meşədə işlədiyi dövrdə tanımışdır. 2022-ci ilin noyabr-dekabr aylarında bir neçə dəfə Kənan tərəfindən ona meşədən odun verilib. Belə ki, o, Kənanın icazəsi ilə meşəyə gedib Təqsirləndirilən şəxs2 gözətçi olduğu ərazidən odun qırıb gətirmişdir. Həmin odunları isə qış aylarında sobada yandırmışlar. Odunları o və oğlu Məhəmməd adını bilmədiyi kənd sakinin yük maşını ilə gedib həmin yük maşınına hər dəfəsində 5-6 ədəd ağac kəsib yükləməklə gətirmişlər. Ümumlikdə 2 dəfə o meşəyə oğlu ilə getmiş, orada meşə gözətçisi Təqsirləndirilən şəxs2 şlaqbaumları açaraq onlara şrəait yaratmışdır. Hər dəfəsində o, ağcaqayın, palıd vələs və başqa yaş köküstə ağaclardan doğrayıb meşəyə gedəndə uyğun olan maşın tapıb həmin yük maşınına yükləyib həyətinə gətirib qış aylarında yandırmışdır. Kəsdiyi ağaclar yaş köküstə ağaclar olmuşdur. Odunları əsasən “Şəhərgah” deyilən ərazidən kəsmişdir. Ancaq bu barədə dəqiq birşey deyə bilmir. Təqsirləndirilən şəxs1 meşə idarəsinin işçisi kimi tanımış, Kənana və digər şəxslərə ona odun verməsi üçün hər hansı vəsait verməmiş, nə də Kənan ondan hər hansı vəsait tələb etməmişdir. Törətdiyi hərəkətlərin qanunsuz olmasını dərk etməmiş, çünki Kənan və Qərib tərəfindən ona icazə verilərək meşə biletinə ehtiyac olmadığı bildirilmişdir. Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 kimlərəsə hansı formada qanunsuz odun satmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs2 daha əvvəl verdiyi izahatında göstərdiyi Təqsirləndirilən şəxs1lə razılaşmaqla müxtəlif vaxtlarda Kənana 100, 100 və 80 manat pul verməklə meşədən odun aparması barədə xüsustlar yalandır. O müxtəlif vaxtlarda 2 dəfə Qəribin gözətçi olduğu meşə dolayından odun aparsa da, buna qarşılıq heç kimə pul verməmişdir. Çünki qazi olduğu üçün həmin odunlar ona pulsuz Kənanın göstərişi əsasında verilmişdir. O, ancaq meşəyə gedib odunları doğrayıb yük maşınına yığıb gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Qəbələ rayonu Tikanlı kəndində ailəsi ilə birlikdə daimi yaşayır. Evlidir və 4 övladı var. Sosial və maddi durumu çox pisdir. Özünə məxsus ** BA *** nömrə nişanlı ZİL 131 markalı yük avtomobili var və həmin avtomobili o, 2009-cu ildə almışdır. Əsasən fərdi olaraq həmin yük avtomobili ilə yük daşıması ilə məşğul olur. Təqsirləndirilən şəxs1 3 ildir ki tanıyır. O Meşə İdarəsində Vəndam meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyir. O, dəfələrlə Kənanın sifarişi ilə müxtəlif qazi və şəhid ailələrinə qarşılıqsız odun aparmışdır. Belə olub münasibətləri yaranıb. 2022-ci ilin sentyabr ayının əvvəllərində o, Kənana oduna ehtiyyacı olduğun demişdir. Çünki meşənin işlərində çox köməklik etmişdir. Üstəlik onun evində yandırılan qaz pulu çatdıra bilmədiyi üçün odun sobası yandırır. Qışı ancaq belə keçirə bilir. Kənan da ona demişdir ki, “narahat olma arabir icazə verəcəm get Qəribin ərazisindən ağac kəs apar yandır”. Belə olub əvvəlcədən razılaşdıqları kimi 2022-ci ilin sentyabr-dekabr aylarında o, 3 dəfə meşəyə odun gətirməyə getmişdir. Hər dəfəsində isə əsasən vələs, palıd və digər yaş kökü üstə ağaclardan 6-7 ədəd kəsib yük maşınına yığıb gətirib evdə yandırmışdır. O, meşəyə gedərkən isə Qərib şlaqbaumları açıb qayıdanda bağlamışdır. Yəni Qərib də ona şərait yaratmışdır. Çünki Kənan bu barədə Qəribə tapşırmışdır. Qərib və Kənan ona meşədən odun gətirməsi üçün icazə verdiklərini demişlər. O da onlara arxeyin olub gedib meşədən odun kəsib gətirmişdir. Həmçinin ağacları kəsərkən yanında qardaşı Niyaməddin də olmuşdur. Daha sonra isə Qəribin qanunsuz ağac kəsilməsi faktı ilə bağlı işdən çıxarılması haqqında eşitmişdir. Qeyd edilən ağacların kəsilməsinə qarşılıq Kənan və Qəribə hər hansı vəsait verməmiş və ya vəd etməmişdir. Sadəcə sosial vəziyyətinin pis olması səbəbindən Kənandan ona odun verməsini xahiş etmişdir. Buna qarşılıq ondan hər hansı vəsait tələb edilməmiş və alınmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən hər hansı qanunsuz ağac kəsilməsi və ya satılması barədə digər faktların şahidi olmamışdır. Törətdiyi hərəkətlərin qanunsuz olmasını dərk etməmiş, çünki Kənan və Qərib tərəfindən ona icazə verilərək meşə biletinə ehtiyac olmadığı bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Hal-hazırda işsizdir. Ailəlidir və 3 övladı var. Özü İ Qarabağ müharibəsində iştirak etmişdir. X12 İİ Qarabağa müharibəsi qazisi, Osmanov Məhəmməd isə İİ Qarabağ müharibəsi veteranıdır. Təqsirləndirilən şəxs2 Vəndam qəsəbəsi sakini kimi tanımışdır. O, bir müddət Vəndam meşəbəyliyində gözətçi işləmişdir. Bundan başqa o, meşəbəyi Kənanı 1 ildir tanıyır. Kənan Zarağan kəndi sakinidir və Vəndam meşəbəyliyinin meşəbəyisidir. 2022-ci ilin sentyabr-oktyabr ayında o evdə yandırmaq üçün oduna ehtiyacı olduğundan Vəndam meşəbəyliyinin meşəbəyisi Təqsirləndirilən şəxs1 müraciət etmiş və Kənan tərəfindən ona 1 maşın odun verilmişdir. Çünki yaşadığı yerdə qaz xətti yoxdur. O, Qarabağ müharibəsi veteranı, oğlu da İİ Qarabağ müharibəsi qazisi olduğu üçün Kənan bunu heç bir qarşılıqsız etmişdir. Həmin odunu da o, gedib Təqsirləndirilən şəxs2 gözətçi olduğu ərazidən gətirmişdir. Çünki Kənan ona orada gətirməyimi demişdir. Həmin odunları da o, yandırmışdır. Hadisə belə olmuşdur ki, o, adını xatırlamadığı bir nəfər kənd sakini ilə həmin şəxsin yük maşını ilə Qəribin gözətçi olduğu dolaya gedib oradan 6-7 ədəd yaş kök üstə palıd, vələs və digər ağaclar kəsib yük maşının yük hissəsinə doldurub gətirmişdir. Girişdə və çıxıda da Qərib şlaqbaumu açıb ona köməklik göstərmişdir. Təqsirləndirilən şəxs1 və Qərib Xabalıyevə ona odun verməsi üçün hər hansı vəsait verməmiş, nə də ondan hər hansı vəsait tələb etməmişdir. Evinə gətirdiyi ağacların yerini dəqiq göstərə bilməsə də, həmin ərazinin Şəhərgah ərazisi adlandırıldığını bilir. Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 kimlərəsə hansı formada qanunsuz odun satmasının şahidi olmamışdır. O, yuxarıda qeyd etdiyi kimi Qəribin gözətçi olduğu meşə dolayından odun aparsa da, buna görə heç kimə pul verməmişdir. Çünki veteran və qazi atası olduğu üçün həmin odunlar ona pulsuz verilmiş və oda kəsib gətirib qışda yandırmışdır. Törətdiyi əməllərin qanunsuz olmasını dərk etməmiş, çünki Kənan və Qərib tərəfindən ona icazə verilərək meşə biletinə ehtiyac olmadığı bildirilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 259.3 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini hər birinin törətmələri özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İngişafı Departamentinin 15 saylı Regional X15 Qəbələ rayonu üzrə meşə mühafizə mühəndisi vəzifəsində işləyən X13 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 003940 nömrəli, xx.xx.2022-ci il tarixli 003428 nömrəli, xx.xx.2022-ci il tarixli 03340 nömrəli və xx.xx.2022-ci il tarixli aktlar, həmin aktlara əlavə edilmiş həcm-qiymət cədvəllərindən görünür ki, kadastr üzrə baş mühəndis Məmmədaraz Ələkbərovun, meşəbəyi Təqsirləndirilən şəxs1 05 saylı dolayın gözətçisi Təqsirləndirilən şəxs2 iştirakı ilə 15 saylı X22 X4 5 saylı dolayına baxış keçirilərək dolay ərazisindən 06 ədəd 36 sm, 07 ədəd 40 sm, 11 ədəd 44 sm, 02 ədəd 48 sm, 01 ədəd 52 sm, 01 ədəd 56 sm diametrliklərində olmaqla 28 ədəd palıd cinsli, 05 ədəd 36 sm, 01 ədəd 40 sm, 02 ədəd 44 sm, 02 ədəd 52 sm, 01 ədəd 20 sm, 01 ədəd 28 sm, 02 ədəd 32 sm, diametrliklərində olmaqla 14 ədəd ağcaqayın cinsli, 02 ədəd 20 sm, 02 ədəd 24 sm, 03 ədəd 36 sm, 01 ədəd 40 sm, 04 ədəd 44 sm, 01 ədəd 48 sm, 01 ədəd 64 sm diametrliklərində olmaqla 14 ədəd fıstıq cinsli, 02 ədəd 36 sm, 01 ədəd 52 sm, 01 ədəd 24 sm diametrliklərində olmaqla 4 ədəd vələs cinsli, 01 ədəd 32 sm diametirliyində olmaqla görüc cinsli yaş köküüstə biloji inkişafda olan ağacların qanunsuz olaraq kəsilməsi aşkar edilmiş və bunun da 3284.64 manat ziyan müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 9/3808 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, Azərbaycan Respublikası ETSN yanında Meşələrin İnkişafı xidmətinin X34 X9 meşəbəyliyi 5 saylı meşə dolayısı tərəfindən tərtib edilmiş aktda və ona əlavə edilmiş cədvəldən istifadə edilməklə, ümumilikdə 61 ədəd müxtəlif diametrli müxtəlif cinsli ağacların kəsilməsinə görə AR-nın Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 2102,00 manat müəyyən edilmişdir. Həmin ağacların ayrı-ayrılıqda adları, diamterləri,həcmləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş məktubdan görünür ki, Qəbələ X22 X4 5 saylı dolayında GPS aləti vasitəsi ilə baxış keçirilməsi üçün mütəxəssis ayrılması və həmin torpaq sahəsinin hansı mülkiyyət növünə aid olması müəyyən edilərək məlumat verilməsi barədə xx.xx.2023- cü il tarixli məktuba Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X30 9 saylı Qəbələ Ərazi idarəsində baxılmış, Qəbələ X22 X4 5 saylı dolayında yerləşən, məktubda qeyd edilmiş torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatları Ərazi İdarəsinin mütəxəssisləri ərəfindən GPS aləti vasitəsi ilə təyin edilmişdir. Kameral qaydada “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X30 9 saylı Qəbələ Ərazi İdarəsinin istifadəsində olan elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, sözügedən ərazi X35 torpaqlarına aiddir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 147/k nömrəli “əmək müqaviləsinin bağlanması barədə” əmrdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 27 mart 2020-ci il tarixli 975 nömrəli fərmanı ilə təsdiq edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamənin 5.4.3. və 5.4.6-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsnə Vəndam Meşəbəyliyinə meşəbəyi vəzifəsinə (14-cü dərəcə ilə) təyin edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 079/k nömrəli “əmək müqaviləsinin bağlanması barədə” əmrdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 03 avqust 2018-ci il tarixli 529/Ü nömrəli əmri ilə təsdiq edilmiş Meşələrin İnkişafı Xidmətinin “Qəbələ X22 Mərkəzi haqqında” Əsasnamənin 5.3.3. və 5.3.5-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsnə Vəndam Meşəbəyliyinin 05 saylı dolayının meşə gözətçisi vəzifəsinə (9-cu dərəcə ilə) 03 ay müddətinə təyin edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 131/k nömrəli “Təqsirləndirilən şəxs2 meşə gözətçisi vəzifəsinə təyin edilməsi barədə” əmrdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 03 avqust 2018-ci il tarixli 529/Ü nömrəli əmri ilə təsdiq edilmiş Meşələrin İnkişafı Xidmətinin “Qəbələ X22 Mərkəzi haqqında” Əsasnamənin 5.3.3. və 5.3.5-ci bəndlərinə əsasən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsnə Vəndam Meşəbəyliyinin 05 saylı dolayının meşə gözətçisi vəzifəsinə (9-cu dərəcə ilə) təyin edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Qəbələ RMTM-nin X6 iclasının 1 nömrəli protokolundan görünür ki, iclas çıxışları və Qəbələ RMTM-nin direktoru R.Lətifovun xx.xx.2023-cü il tarixli 3-14-27/2/2-005/2023 saylı təqdimatını nəzərə alaraq Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən onunla bağlanmış əmək müqaviləsinə “Xitam” verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, X7 Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2023-cü il tarixdə 1502,00 manat, xx.xx.2023-cü il tarixdə 501,00 manat, xx.xx.2023-cü il tarixdə 801,00 manat, xx.xx.2023-cü il tarixdə 201,00 manat və xx.xx.2023-cü il tarixdə 285,00 manat olmaqla ümumilikdə 3290 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qəbələ rayon RMX-dan daxil olmuş məktubdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 RMX-nın PHŞ-nin poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda deyildir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxslərdir. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli, 5-59-23/2-27-2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi həyat yoldaşı X18, uşaqları xx.xx.2005ci il təvəllüdlü X19 və xx.xx.2009-cu il təvəllüdlü X1 ibarətdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli, 5-59-23/2-27-2024 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Vəndam qəsəbə İnzibati Ərazi nümayəndəliyi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli, 5-59-15/2-43/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi anası X14, həyat yoldaşı X5, uşağı xx.xx.2019-cu il təvəllüdlü X8 ibarətdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları vahid niyyətlə qanunsuz olaraq kəsməklə məhv etmişlər və onların Azərbaycan Respublikası CM-nin 259.3 və 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3 və 308.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə vurumuş ziyanı könüllü olaraq tam ödəməsini, onunla barışıq əldə etməsini əməlində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində göstərilən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs törədilməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, bu əməlləri törədərkən heç bir maddi marağının olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 259.3 və 308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan əsas cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin həm 259.3-cü maddəsinin, həm də 308.1-ci maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə bildirir ki, CM-nin 46-cı maddəsindən görünür ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası həm əsas cəza, həm də əlavə cəzadır. CM-nin 308.1-ci maddəsinin dispozisiyasından isə məlum olur ki, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əsas cəzadır. Təqsirləndirilən şəxs1 isə CM-nin 308.1-ci maddəsi ilə əsas cəza kimi məhkəmə tərəfindən cərimə cəzası təyin edildiyindən yenidən əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il qərarına əsasən əlavə cəza müstəqil olaraq tətbiq oluna bilməz, o, əsas cəzaya birləşdirilir və onun fərdiləşdirilməsi vasitəsi kimi çıxış edir. Buna görə də bu cəza əsas cəzadan mahiyyətcə fərqlənir. Əlavə cəza əsas cəzadan ağır ola bilməz. Məhz bu səbəbdən də qanunverici CM-in 46.3-cü maddəsində cəza növlərindən ən yüngülü olan cərimə cəzasına ondan daha ağır olan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə olaraq təyin edilməsini nəzərdə tutmamışdır. CM-in 58.1-ci maddəsinin mənasına görə isə CM-in 46.3-cü maddəsinin müddəaları cəza təyin edilərkən mütləq nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 42 və 46.3-cü maddələrinin tələbləri baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əlavə cəza kimi cərimə cəzasına təyin edilə bilməz. Beləliklə, Konstitusiya Məhkəməsinin sözügedən plenium qərarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 259.3-cü maddəsi ilə cərimə cəzası verildiyindən, həmin cəzaya əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının verilməsi yolverilməzdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 259.3 və 308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi və Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cərimə növündə cəza təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurumuş ziyanı könüllü olaraq tam ödəməsini, onunla barışıq əldə etməsini əməlində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində göstərilən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs törədilməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, bu əməlləri törədərkən heç bir maddi marağının olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 259.3 və 308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan əsas cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin həm 259.3-cü maddəsinin, həm də 308.1-ci maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə bildirir ki, CM-nin 46-cı maddəsindən görünür ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası həm əsas cəza, həm də əlavə cəzadır. CM-nin 308.1-ci maddəsinin dispozisiyasından isə məlum olur ki, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əsas cəzadır. Təqsirləndirilən şəxs2 isə CM-nin 308.1-ci maddəsi ilə əsas cəza kimi məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən yenidən əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının verilməsi yolverilməzdir. Eyni zamanda Cinayət Məcəlləsinin 259.3-cü maddəsinə əsasən bu Məcəllənin 259.1-ci və ya 259.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə - doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə qeyd edir ki, CM-nin 259.3-cü maddəninin dispozsiyasından məlum olur ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə əlavə cəzası məhkəmə tərəfindən yalnız azadlıqdan məhrumetmə cəzası tətbiq edildiyi halda tətbiq edilə bilər. Hazırki iş üzrə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edildiyindən təqsirləndirilən şəxsə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 259.3 və 308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi və Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 150 (bir yüz əlli) məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil Müdafiəçi1 tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 60 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10000 (on min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3000 (üç min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 11000 (on bir min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X10, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs2 göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 60 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-8/2024
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-8/2024
12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver