Məhkəmə qərarları › İş №1(025)-8/2025

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-8/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-8/2025 28.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü ildə Qəbələ şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qediyyatda olmaqla yaşayan, 28 yanvar 2025-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin 4(025)-2/2025 nömrəli qərarı ilə “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 dekabr 2024-cü il tarixdə saat təxminən 20:50 radələrində Qəbələ rayonu Hacallı kəndinin mərkəzində ictimai iaşə və ticarət obyektlərinin qarşısında insanların sıx toplaşdığı ictimai yerdə alkoqol sərxoşluğu vəziyyətində əvvəllər Qəbələ rayon polis şöbəsinin xidmət üzrə rəis müavini işləmiş, hazırda təqaüddə olan Zərərçəkmiş şəxs1 xidmətdə olduğu zaman, yəni 2023-cü ilin may ayında onun Qəbələ şəhərində yerləşən çay evi ilə bağlı inzibati xəta haqqında protokol yazdıraraq cərimə etdirməsinin qanunsuz olduğunu cüzi səbəb kimi bəhanə edərək, sonuncunun qohumlarına məxsus Hacıalılı kəndinin mərkəzində yerləşən yeni tikilməkdə olan mağazanı yandırmaq, şüşələrini vurub sındırmaqla, eləcə də ona sair formada maddi ziyan vurmaq məqsədi ilə həmin ünvana gedib orada Zərərçəkmiş şəxs1la rastlaşmış, heç bir əsaslı səbəb olmadan ətrafda insanların olmasına məhəl qoymayaraq onların şüurunda özünü müstəsna və başqalarından fərqlənən şəxsiyyət kimi hesab edib, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, yəni ucadan Zərərçəkmiş şəxs1 ünvanına ləyaqətini alçaldan, həmçinin ünvansız nalayiq söyüşlər söyərək onun üzərinə hücum çəkib yaxasından tutaraq dartmış, yumuruqla sifətinin sağ tərəfinə çənə hissədən bir dəfə vurmuş, onu özünə sıxaraq başının təpə hissəsindən dişləmiş, sonuncu əli ilə onun sifətindən kənara etmək istədikdə sol əlinin İ barmağını dişləməklə qəsdən fiziki zor tətbiq edib ona sol əlin İ barmağının əsas falanqasının üst səthinin və başın təpə nahiyyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri edərkən bu haqda məlumat alan və həmin ərazidə Chevrolet Niva markalı, ** PG *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə dislokasiya üzrə xidmət aparan Qəbələ rayon polis şöbəsinin post patrul xidməti bölüyünün əməkdaşları, polis serjantları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, eləcə də xidmətdən çıxıb xidməti geyim formasında şəxsi avtomobili ilə yaşadığı evə gedərkən hadisənin şahidi olan Qəbələ rayon polis şöbəsinin post patrul xidmətinin polis nəfəri, polis sıravısi Zərərçəkmiş şəxs3 həmin yerə yaxınlaşaraq Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinə son qoymasını tələb edərək araya girib onu Zərərçəkmiş şəxs1 ayırmaq istəmiş, bu zaman Təqsirləndirilən şəxs ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi olan yuxarıda qeyd edilən polis əməkdaşlarına müqavimət göstərməklə onlardan polis serjantı Zərərçəkmiş şəxs2 sifətinə başı ilə zərbə vurmağa cəhd etmiş, onun sağ əlinin İİ barmağını dişləməklə qəsdən fiziki zor tətbiq edib ona sağ əlin İİ barmağının orta falanqasının üst səthinin sıyrığı kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri, polis sıravisi Zərərçəkmiş şəxs3 sol əlinin İİİ barmağını dişləməklə ona sol əlin İİİ barmağının dırnaq falanqasının üst səthinin sıyrığı kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, həmçinin, əynindəki xidməti polis qış geyim formasını dartıb cırmış, polis serjantı Zərərçəkmiş şəxs4 əl-qol atıb qəsdən vurmaqla fiziki ağrı yetirmiş, eyni zamanda Zərərçəkmiş şəxs1, polis əməkdaşlarının ünvanına, eləcə də ünvansız söyüşlər söyməyə davam etmiş, bununla da ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və zor tətbiq edilməsi hədəsi ilə, habelə, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələrinə müqavimət göstərməklə, eləcə də ətrafa toplaşmış vətəndaşların narahatçılığına səbəb olan və təxminən 20-30 dəqiqə ərzində davam edən qərəzli xuliqanlıq hərəkətləri törətmiş, onun bu cür qanunsuz əməllərinə polis əməkdaşları tərəfindən son qoyulmaqla saxlanılıb Qəbələ rayon polis şöbəsinə gətirilmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İİİ dərəcəli əlildir, buna görə də dövlət ona 150 manat sosial müavinət verir. Qəbələ rayon Şəfili kənd sakini Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır. Aralarında əvvəllər heç bir ədavət, düşmənçilik olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs1 2023-cü ildə Qəbələ rayon polis şöbəsində rəis müavini işləyən zaman onun Qəbələ şəhərinin məkəzində çay evi varmış. 2023-cü ilin may ayında Qəbələ rayon polis şöbəsinin əməkdaşları onu çay evində tütün çəkilməsinin qarşısını almadığı üçün 500 manat, həmçinin, çay evində işləyən 2 nəfər işçilərini yaşayış yeri və olduğu yer üzrə qeydiyyatsız yaşadıqları üçün hər birini 30 manat, əlavə olaraq yenə də onu həmin işçiləri əmək müqaviləsi olmadan çay evində işlətdiyi üçün 3700 manat cərimə edilməsi barədə protokollar yazmışlar. Həmin protokollar sahə rəisləri tərəfindən yazılmışdır. Sahə rəisləri də Zərərçəkmiş şəxs1 tabe işçilər olduğu üçün Aləddinin qəsdən, qərəzli olaraq onu cərimələtməsi qənaətinə gəlmiş, buna görə də aralarındakı münasibətlər pisləşmişdir. Aləddinə zəng etmiş, nə üçün onu cərimələtdiyini soruşduqda Aləddin ona “əcəb etmişəm” deyə cavab vermişdir. Həmin cərimələrin əsassız olması qənaətinə gələrək sosial şəbəkədə Aləddin barədə müxtəlif təhqiredici yazılar paylaşmış, Aləddinin yazdırdığı cərimlərin pulunu özünün ödəməsini ondan tələb etmişdir. Çünki, həmin cərimələri ödəyə bilmədiyi üçün artıq sosial müavinətindən pullar tutulmağa başlamışdır. Aləddin ona müxtəlif tanışları vasitəsilə xəbər göndərərək paylaşımları silməyi xahiş etmiş, cərimələri özünün ödəyəcəyini bildirmişdir. Razı olmuş, lakin, bir neçə ay keçsə də Aləddin cərimə pulunu ödəməmiş, telefonlarına cavab verməmişdir. Buna görə də 21 dekabr 2024-cü il tarixdə saat təxminən 20 radələrində bu məsələlərə görə bərk əsəbiləşmiş, Aləddinin Hacıallı kəndinin mərkəzində yeni tikdiyi mağaza obyektinin 2 ədəd şüşə pəncərəsini sındıraraq ondan heyf çıxmaq qərarına gəlmişdir. BMW 750 markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək Hacıllı kəndinə istiqamət almış, Hacıallı kəndinin mərkəzinə çatmışdır. Saat təxminən 20:30 radələri olarmış. Avtomobili saxlamış, avtomobilin içərisində təxminən 150 qram spirtli içki araq içərək yerə düşmüşdür. Bu zaman Aləddin yolun əks tərəfindən gəlmiş, “sən burda nə edirsən” deyə soruşmuşdur. Aləddinə “mənə söz verdiyin pulu verməmisən, obyektini dağıtmağa, şüşələrini sındırmağa gəlmişəm.”deyə cavab vermişdir. Bu zaman qarşılıqlı olaraq bir-birilərinin paltarının yaxasından tutmuşlar, bir-birilərinə əl-qol ataraq qarşılıqlı olaraq dalaşmağa başlamışlar. Aləddin bu zaman onu özünə sıxmışdır. Yəqin ki, sifətinə xəsarət yetirə bilməməyi üçün belə etmişdir. Aləddinin başının ortasını təpə hissəsini dişləmiş, bir-birinin ünvanına nalayiq söyüşlər işlətmişlər. Bu vaxt oraya 2 nəfər polis əməkdaşı gəlmiş, daha sonra polislərin sayının 3 nəfər olduğunu görmüşdür. Polislər onunla Aləddinin arasına girərək ayırmağa cəhd etmişlər. Aləddinlə bir-birini qarşılıqlı olaraq vurmağa cəhd edərək əl-qol atmışlar. Hətta Aləddinə tərəf baş zərbəsi də atdığını xatırlayır. Ancaq zərbə Aləddinə dəyməmişdir. Daha sonra polis əməkdaşları onu Aləddindən tam olaraq aralamışlar. Aləddini vurmaq üçün polislərin əlindən dartınırmış. Bu vaxt polis əməkdaşları onu yerə uzadaraq əllərini qandallamışlar, üzü aşağı yerə uzanmış vəziyyətdə imiş. Bundan sonra polis əməkdaşları ona su vermiş, əl üzünü yumuşlar. Daha sonra ayağa qalxaraq xidməti avtomobilə oturmağını istəmişlər. Özü sakitcə heç bir etiraz etmədən polislərin avtomobillinə oturub onlarla birgə rayon mərkəzi xəstəxanasına gəlmiş, orada sərxoşluğu müayinə edilmiş, oradan da rayon polis şöbəsinə gəlmişdir. Polis əməkdaşlarının avtomobilinə əyləşərkən heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu sakitləşdirmək istəyən zaman onlara heç bir müqavimət göstərməmiş, ümumiyyətlə polis əməkdaşalarına qarşı heç bir fiziki zor tətbiq etməmiş, onları vurmamış və ya vurmağa cəhd etməmişdir. Davası Aləddinlə olmuşdur. Polis əməkdaşları onu Aləddindən ayırdıqdan sonra Aləddinin üzərinə getməyə cəhd etmişdir. Polislərin xidməti avtomobili olan “Şevrolet Niva” markalı avtomobilə qəsdən hər hansı bir formada təpiklə vurmamış, belə ki, polis əməkdaşları onu ayıran zaman arxa-arxaya getmiş, müvazinətini itirib arxaya yıxılmamağı üçün ayağını qoyaraq dayanmışdır. Bədəni üzərindəki xəsarətləri polis əməkdaşları onu yerə uzadıb qandal vuran zaman, həmçinin, əsəbiləşərək özü sifətini bir dəfə yerə vurmağı nəticəsində almışdır. Polis əməkdaşları onu vurmamışdır, heç bir xəsarət yetirməmişlər. Ancaq Aləddinlə bir-birinin yaxasından tutanda Aləddin ona tərəf əl-qol atmış, hər hansı bir xəsarət yetirməmişdir. Polis əməkdaşları onu vurmamış, ancaq fiziki qüvvə tətbiq edərək yerə uzadıb əllərini qandallamışlar. Aləddinin ünvanına, eləcə də ünvansız nalayiq söyüşlər söymüş, polis əməkdaşlarının ünvanına heç bir nalayiq ifadə işlətməmişdir. Davadalaş təxminən 15 dəqiqə davam etmiş, kənardan səsə tanımadığı şəxslər toplaşmış, ancaq kimliklərini bilmir, həmin şəxslər müdaxilə etməmişlər. Dava zamanı Aləddinin əl barmağını dişləməsini xatırlamır, dava zamanı özünün və ya Aləddinin əlində silah, eləcə də başqa bir əşya olmamışdır. Polis əməkdaşlarının əl barmağını dişləyərək, əl-qol ataraq vurub xəsarət yetirməsini, xidməti geyim formasını cırmağını xatırlamır. Ancaq olara qarşı heç bir qəsdi olmamış, onu Aləddindən ayıran zaman edə biləcəyini düşünür. Zərərməkmiş şəxs Zərərçəkmiş şəxs1 etdiyi hərəkətə görə üzr istəmişdir. Digər zərərçəkmiş şəxslərin ondan şikayət və tələbləri yoxdur. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmalarını və onlarla barışıq əldə etməsini, həmçinin İİİ qrup əlil olmaqla daim dərmanlarla yaşamasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübütlarla öz təsdiqini tapır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2018-ci ilin 20 yanvar tarixdən 2024-cü ilin mart ayına kimi Qəbələ rayon polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində işləmiş, 20 avqust 2024-cü il tarixdə təqaüdə çıxmışdır. Təqsirləndirilən şəxs Qəbələ şəhər sakini kimi uzun müddətdir ki, tanımış, əvvəllər, yəni məlum hadisəyə kimi heç bir ədavəti olmamışdır. Təqsirləndirilən şəxs 2022-2023-cü illərdə, yəni rəis müavini işlədiyi zamanlardan Qəbələ şəhərində çay evi işlədirmiş. Ancaq çay evində əmək müqaviləsi olmadan işçi işlətdiyi üçün sahə inspektoru tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 192-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 3700 manat məbləğində inzibati cərimə olunmuşdur. Bundan sonra Səfa onunla ədavət aparmağa başlamış, hətta təqaüdə çıxandan sonra da bu ədavəti davam etdirmişdir. Bir neçə dəfə onu sosial şəbəkədə söyüb təhqir etmiş, Hacıalılı kəndində qohumuna məxsus kafeyə gələrək münaqişə yaratmış, kafeni yandıracağını demişdir. 21 dekabr 2024-cü il tarixdə saat təxminən 20:40 radələrində Hacıallı kəndinin mərkəzində olan zaman xatırlamadığı bir tanışı Səfanın idarə etdiyi avtomobillə qohumunun mağazasını yandırmaq, dağıtmaq məqsədilə gəlməsi barədə məlumat vermişdir. Dərhal həmin yerə, Hacıallı kəndində qohumuna məxsus mağazanın qarşısına gəlmiş, bu barədə Qəbələ rayon polis şöbəsinin növbətçi hissəsinə məlumat verərək yaxınlıqdakı post-patrul xidmətini istəmiş, onlara da məlumat versin ki, Səfa oraya gəlib qanunsuz hərəkətlər etdikdə müdaxilə etsinlər. Post patrul xidməti əməkdaşları Fuad və Yusif adlı şəxslərlə orada qısa görüşüb məlumat vermiş, bu zaman Səfanın idarə etdiyi BMW markalı avtomobillə mağazanın qarşısına gəlib dayandığını görmüş, öz avtomobilindən yerə düşmüşdür. Səfa da telefonla danışaraq yerə düşmüş, telefon danışığında kimsənin ondan geri qayıtmağını istədiyini hiss etmişdir. Səfa ilə üzbəüz dayanmış, Səfanı görüb ona “məni axtarmısan” deyə bildirmişdir. Səfa “mənim pulumu ver” deyə tələb etmişdir. Belə ki, cərimənin pulunu istəyirmiş. Səfaya “sən kimsənki, sənə pul verim” deyə cavab vermişdir. Səfa barəsində bəzi video və şəkillər olduğunu deyərək oları yayıb məni biabır edəcəyini demişdir. Səfaya “nə varsa yay” demiş, aralarında mübahisə düşmüşdür. Səfa qəflətən üzərinə gələrək paltarının yaxasından yapışmış, yumuruqla sifətinin sağ tərəfinə çənə hissəsindən vurmuşdur. Təkrar olaraq onu yumuruqla vurmaq istədikdə özünü Səfaya yaxınlaşıdırb onun paltarından tutub başını sinəsinə tutmuş ki, sifətinə zərbə vura bilməsin. Bu zaman Səfa yumuruqla ardıcıl olaraq bir necə dəfə başına vurmuş, eləcə də başının ortasını dişləməyə başlamışdır. Səfanın boyu ondan uzun olduğu üçün başını rahat dişləyə bilirmiş. Əli ilə Səfanın başını kənara çəkmək istədikdə Səfa qəsdən onun sol əlinin baş barmağını dişləmiş, zorla əlini ağzından çıxartmışdır. Bu anda post patrul xidməti əməkdaşları oraya gəlmiş, onlar Səfaya polis əməkdaşları olduğunu bildirib dərhal sakitləşməsini tələb etmişlər. Lakin, Səfa onu buraxmamış, polis əməkdaşlarının da ünvanına ucadan nalayiq söyüşlər söymüşdür. Bu na görə də polis serjantları Fuad və Yusif dərhal araya girərək Səfanı aralamağa başlamış, birtəhər Səfanı ondan kənara çəkmişlər. Lakin, Səfa qanunsuz hərəkətlərinə davam edərək onların əlindən çıxaraq üzərinə gəlmək istəmiş, ucadan söyüşlər söymüş, eləcə də evini yandıracağı ilə hədələmişdir. Polis əməkdaşları Səfanı sakitləşdirmək istədikdə Səfa polis əməkdaşlarına müqavimət göstərməyə, onlara da əl qola ataraq vurmağa başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 xidməti avtomobildən əl qandalı götürmək üçün kənarlaşmış, Səfa isə Yusifin əlindən çıxaraq polisin xidməti “Şevrolet Niva” markalı avtomobilin üzərinə gedərək onun sol qabaq krelindən və qabaq sol qapısından təpikləməyə başlamışdır. Artıq həmin vaxt oraya yol ötən və hadisəni görən digər polis əməkdaşı, polis sıravisi Zərərçəkmiş şəxs3 gəlmişdir. O da müdaxilə edərək Səfanı sakitləşdirmək istədikdə Səfa Fuadın əlini, eləcə də Zərərçəkmiş şəxs3 əlini dişləmiş, onları söyüb təhqir etmişdir. Həmçinin, Yusifin paltarından tutaraq dartıb cırmış, eləcə də polis əməkdaşlarına əl-qol ataraq vurmuş, ucadan söyüb təhqir etmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs polis əməkdaşlarına, ona, eləcə də xidməti avtomobilə maddi ziyan vurmasının qarşısının alınması məqsədi ilə ona fənd tətbiq edərək yerə yıxıb hər iki əllərini əl qandalı ilə bağlamışlar. Səfanın ağzı aşağı vəziyyətdə imiş. Səfa həmin vəziyyətdə sifətini bir neçə dəfə yerə vurmuş, yerə sürtüb “özümə xəsarət yetirib sizi həbs etdirəcəyəm” demişdir. Oraya əlavə olaraq post patrul xidmətinin digər əməkdaşları köməyə gəlmiş, Səfanı oradan aparmışlar. Dava təxminən 25-30 dəqiqə davam etmiş, səsə kənardan tanımadığı təxminən 10 nəfər adam toplaşmış, onlardan Sahil və Qurbanın oğlunu xatırlayır. Özü, eləcə də polis əməkdaşları Səfanı vurmamış, ona heç bir xəsarət yetirməmişlər. Zərərçəkmiş şəxs1 həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs etdiyi əmələ görə ondan üzr istəmişdir. Tək istəyi Təqsirləndirilən şəxs ondan əl çəkməsidir. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Qəbələ şəhər sakini kimi əvvəllər tanımış, onunla heç bir ədavəti olmamışdır. Zərərçəkmiş şəxs1 da uzun müddətdir ki, tanıyır, belə ki, o, işlədiyi Qəbələ rayon polis şöbəsində xidmət üzrə rəis müavini vəzifəsində işləmiş, hazırda təqüddədir. 21 dekabr 2024-cü il tarixdə saat təxminən 20:45 radələrində Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs4lə birgə dislokasiya üzrə Qəbələ rayon Hacıallı kəndində “Şevrolet Niva” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə imiş. Sürücü olmuşdur. Bu zaman Qəbələ rayon polis şöbəsinin növbətçi hissəsindən məsul növbətçi Tofiq Bağırov mobil telefonuna zəng edərək Qəbələ rayon Hacıalılı kəndinin mərkəzindəki “Batabat” adlı kafenin yanında münaqişə olduğunu, ora yaxınlaşmalarını istəmişdir. Həmin vaxt Yusiflə birgə qeyd olunan yerdən təxminən 100-150 metr məsafədə imiş. Belə ki, həmin kafe üzü Ağdaş rayonu istiqamətdə yolun sağında asfaltdan kənarda yerləşir. Avtomobili idarə edərək Yusiflə oraya yaxınlaşmışdır. Həmin yer “Batabat” adlı kafedən 80-100 metr Ağdaş rayonu istiqamətdə imiş. Zərərçəkmiş şəxs1 avtomobillərini görüb yaxınlaşmışdır. Başqa kimsə orada yox imiş. Aləddin “Səfa adlı şəxs ona xəbər yollamış ki, kafeni, mağazanı dağıdacağam, yandıracağam” deyə bildirmiş, sonra Aləddin onun mobil nömrəsini Səfa oraya gələrsə və orada qanunsuz hərəkətlər edərsə onlara məlumat vermək məqsədilə götürmüşdür. Bundan sonra Aləddin avtomobilinə əyləşib təxminən 100 metr məsafədə Ağdaş rayonu istiqamətdə uzaqlaşmışdır. Həmin vaxt Aləddin ona zəng edərək təcili ona yaxınlaşmaqlarını istəmiş, Səfanın orada olduğunu demişdir. Belə ki, Aləddinin ağ rəngli Santafe markalı avbtomobilini görmüşlər. Dərhal Aləddinin bildirdiyi yerə yaxınlaşıb avtomobili saxlayıb yerə düşdükdə Səfa və Aləddini hər ikisi ayaüstə, bir-biri ilə qucaqlaşmış, yaxasından tutmuş vəziyyətdə görmüşlər. Səfa Aləddinə əl qol ataraq onun bədəninə və başına vurmuş, həmçinin, ucadan Alədinin ünvanına nalayiq ifadələr işlədirmiş. Polis əməkdaşları olduqlarını bildirib Səfanı sakitləşməyə, qanunsuz hərəkətlərinə son qoymağa tələb etmişlər. Ancaq Səfa məhəl qoymamış, Aləddin isə Səfanın zərbələrindən yayınmaq, onu saxlamağa cəhd edirmiş. Yusiflə birgə dərhal müdaxilə edərək onların arasına girib aralamağa cəhd etmişlər. X15 buraxmırmış. Bu zaman Səfa ona doğru baş zərbəsi atmış, lakin, sifətini kənara etdiyi üçün zərbə alınmamışdır. Səfanın başından tutub kənara çəkmək istədikdə Səfa sol əlinin şəhadət barmağını dişləmiş, əlini ağzından çıxartmışdır. Həmin vaxt oraya işdən çıxıb evinə gedən və hadisəni görən polis sıravisi Zərərçəkmiş şəxs3 yaxınlaşmış, hər üçü X6 ayırmağa çalışmışlar. Həmin dartışma zamanı Elvinin xidməti geyim forması da Səfanın dartması nəticəsində cırılmışdır. X6 aralayıb bir qədər kənarlaşdırmışlar. Lakin, Səfa dartınıb Aləddinə hücum etməyə cəhd edirmiş. Aləddin isə kənarda sakit dayanmışdır. Bu zaman Səfanı zərərsizləşdirmək üçün əllərini qandallamaq qərarına gəlmişlər. Yusif və Elvin Səfanı saxlamış, “Şevrolet Niva” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobildən əl qandalını götürmək, eləvə də əlavə kömək çağırmaq üçün avtomobilə yaxınlaşmışdır. Həmin vaxt Səfa onların əlindən çıxaraq xidməti avtomobilin qabaq sol qapısından və qabaq sol krelindən təpiklə vurmuş, Səfa Elvinin və Yusifin əlindən dartınaraq Aləddinin üzərinə hücum etməyə cəhd edirmiş. Daha sonra fiziki qüvvə tətbiq edərək Səfanı sifəti aşağı formada yerə uzadıb əl qandalı ilə qollarını arxadan qandalla bağlamışlar. Həmin vaxt Səfa öz sifətini qəsdən asfalta vurmuş, hətta “özümə xəsarət yetirib hamını şərləyəcəyəm” deyə bildirmişdir. Səfanı yerdə oturdub su vermişlər, əl üzünü yumuşlar. Artıq Zarağan postunun “Fiat Doblo” avtomobili ilə polis əməkdaşları Şahid3 və Yunis Mamedov gəlmişilər. Lakin, onların köməyinə ehtiyac yox imiş. Çünki Səfa artıq sakitləşmiş, müqavimət göstərmirmiş, həmçinin, Aləddini vurmağa cəhd etmirmiş. Ancaq Aləddinin ünvanına nalayiq söyüşlər işlədirmiş. Aləddin isə kənarda dayanmış, Səfa sonra özü polislərin göstərişi ilə “Fiat Doblo” markalı avtomobilin arxasına yləşmiş, polis şöbəsinə doğru yola düşmüşdür. Hadisə yerində “Şevrolet Niva” markalı avtomobilin yanında dayanmış, az sonra polis şöbəsinə gəlmiş, bu barədə rayon polis şöbəsinin rəhbərinə raportla məruzə etmişdir. Zərərçəkmiş şəxs2 həmçinin bildirmişdir ki, dava təxminən 30 dəqiqə davam etmiş, kənardan səsə tanımadığı 4-5 nəfər şəxs toplaşmış, ancaq müdaxilə etməmişlər. Səfa xəsarətləri özü yerdə olan zaman başını, sifətini asfalta vuraraq özünə yetirmişdir. Dava zamanı Aləddin və Səfanın əlində silah və ya başqa bir əşya olmamışdır. Səfanın Zərərçəkmiş şəxs3 barmağını dişləməsini sonradan bilmişdir. Belə ki, Elvin Səfanının başından tutub saxlamaq istədikdə Səfa onun da barmağını dişləmişdir. Səfanı Aləddindən ayırandan sonra ona və digər polis əməkdaşlarına heç bir fiziki zor tətbiq etməmiş, sadəcə olaraq əlinizdən dartınıb çıxaraq Aləddinə hücum etmək istəmişdir. Özü və digər polis əməkdaşları, eləcə də Zərərçəkmiş şəxs1 Səfanı vurmamış, ona heç bir xəsarət yetirməmişlər. Sadəcə olaraq zərərsizləşdirmək üçün fənd tətbiq edərək yerə uzadıb əllərini qandallamışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 başını, əl barmağını dişləməsi görməmiş, çünki hadisə yerinə bir qədər sonradan gəlmişdir. Səfanın Zərərçəkmiş şəxs1 döyməsinə səbəb polis şöbəsində müavin işləyən zaman onun çay evinə protokol yazdırması olduğunu bilmişdir. Zərərçəkmiş şəxs2 həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, məhkəmədən şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Qəbələ şəhər sakini kimi əvvəllər tanımış, onunla heç bir ədavəti olmamışdır. Zərərçəkmiş şəxs1 da uzun müddətdir ki, tanıyır, belə ki, o, işlədiyi Qəbələ rayon polis şöbəsində xidmət üzrə rəis müavini vəzifəsində işləmiş, hazırda təqüddədir. 21 dekabr 2024-cü il tarixdə saat təxminən 20:45 radələrində polis serjantı Zərərçəkmiş şəxs2 ilə birgə dislokasiya üzrə Qəbələ rayon Hacıallı kəndində “Şevrolet Niva” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə imiş. Bu zaman Qəbələ rayon polis şöbəsinin növbətçi hissəsindən məsul növbətçi X10 mobil telefonuna zəng edərək Qəbələ rayon Hacıalılı kəndinin mərkəzindəki “Batabat” adlı kafenin yanında münaqişə olduğunu deyərək ora yaxınlaşmalarını istəmişdir. Fuad qeyd olunan yerdən təxminən 100-150 metr məsafədə imiş. Belə ki, həmin kafe üzü Ağdaş rayonu istiqamətdə yolun sağında asfaltdan kənarda yerləşir. Fuadla avtomobildə oraya yaxınlaşmışlar. Həmin yer “Batabat” adlı kafedən 80-100 metr Ağdaş rayonu istiqamətdə imiş. Bu zaman Aləddin onların avtomobilini görüb yaxınlaşmışdır. Başqa kimsə orada olmamışdır. Aləddin “Səfa adlı şəxs xəbər yollamış ki, kafeni, mağazanı dağıdacağam, yandıracağam” demişdir. Daha sonra Aləddin mobil nömrələrini Səfa oraya gələrsə, orada qanunsuz hərəkətlər edərsə məlumat vermək məqsədilə götürmüşdür. Bundan sonra Aləddin avtomobilinə əyləşib təxminən 100 metr məsafədə Ağdaş rayonu istiqamətdə uzaqlaşmış, bu vaxt Aləddin Fuada zəng edərək Səfanınorada olduğunu deyib təcili ona yaxınlaşmalarını istəmişdir. Dərhal Aləddinin bildirdiyi yerə yaxınlaşıb avtomobili saxlayaraq yerə düşdükdə Səfa və Aləddinin bir-biri ilə qucaqlaşmış, yaxalaşmış vəziyyətdə görmüşlər. Səfa əl-qol ataraq Aləddininin bədəninə, başına vururmuş, həmçinin, onun ünvanına ucadan nalayiq söyüşlər söyürmüş. Sərxoş olmağı aşkar hiss edilirmiş. Yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib Səfanı sakitləşdirməyə başlamışlar. Belə ki, Səfa ilə Aləddinin arasına girərək ayırmaq istəyirmişlər. Fuad Səfa ilə Aləddinin arasına girmiş, Səfanı tutub kənara çəkirmiş. Bu zaman Səfa Fuada doğru baş zərbəsi atmış, lakin, Fuad sifətini kənara etdiyi üçün zərbə alınmamışdır. Fuad Səfanın başından tutub kənara çəkmək istəmiş, həmin vaxt qışqıraraq “barmağımı burax” demiş, sonradan Səfanın Fuadın barmağını dişlədiyini bilmişdir. Artıq oraya işdən çıxıb evinə gedən və hadisəni görən polis sıravisi Zərərçəkmiş şəxs3 yaxınlaşmışdır. Elvin onlara kömək edərək Səfanı Aləddindən kənara çəkməyə çalışmış, hətta dartışma zamanı Elvinin xidməti qış geyim forması cırılmışdır. X6 aralayıb bir qədər kənarlaşdırmışlar. Lakin, Səfa əllərindən dartınıb Aləddinə hücum etməyə cəhd etmişdir. Aləddin isə kənarda sakit dayanmışdır. Səfanı zərərsizləşdirmək üçün əllərini qandallamaq qərarına gəlmişlər. Bu məqsədlə Səfanı saxlamış, Fuad “Şevrolet Niva” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobildən əl qandalını götürmək və əlavə kömək çağırmaq üçün avtomobilə yaxınlaşmışdır. Səfa əllərindən çıxaraq xidməti avtomobilin qabaq sol qapısından və qabaq sol krelindən təpiklə vurmuşdur. Bundan sonra fiziki qüvvə tətbiq edərək Səfanı sifəti aşağı formada yerə uzadıb əl qandalı ilə qollarını arxadan bağlamışlar. Bu zaman Səfa öz sifətini qəsdən asfalta vuraraq “özümə xəsarət yetirib hamını şərləyəcəyəm” demişdir. Bundan sonra Səfanı yerdə oturdub, su vermişlər, əl üzünü yumuşlar. Artıq Zarağan postunun “Fiat Doblo” avtomobili ilə polis əməkdaşları Şahid3 və Yunis Mamedov gəlmişlər. Lakin, onların köməyinə ehtiyac yox imiş, çünki, Səfa artıq sakitləşmiş, heç bir müqavimət göstərməmiş, həmçinin, Aləddini vurmağa cəhd etməmişdir.Aləddinin ünvanına nalayiq söyüşlər işlədirmiş. Aləddin isə kənarda dayanmışdır. Səfa sonra özü polislərin göstərişi ilə “Fiat Doblo” markalı avtomobilin arxasına əyləşmiş, rayon mərkəzi xəstəxanasına gedərək sərxoşluğu müayinə edilmiş, oradan rayon polis şöbəsinə gəlmişlər. Dava təxminən 30 dəqiqə davam etmiş, kənardan səsə tanımadığı 4-5 nəfər şəxs toplaşmış, ancaq müdaxilə etməmişlər. Səfa xəsarətləri özü yerdə olan zaman başını, sifətini asfalta vuraraq özünə yetirmişdir. Dava zamanı Aləddin və Səfanın əlində silah və ya başqa bir əşya olmamışdır. Heç bir xəsarət almamış, ancaq Səfanı Aləddindən ayıran zaman Səfa ona əl–qol ataraq bədəninə vurmuşdur. Səfanın Zərərçəkmiş şəxs3 barmağını dişləməsini sonradan bilmiş, belə ki, Elvin Səfanının başından tutub saxlamaq istədikdə Səfa onun barmağını dişlədiyini özündən eşitmişdir. Səfanı Aləddindən ayırandan sonra ona və digər polis əməkdaşlarına qarşı heç bir fiziki zor tətbiq etməmiş, sadəcə olaraq əllərindən dartınıb çıxaraq Aləddinə hücum etmək istəmişdir. Özü və digər polis əməkdaşları, eləcə də Zərərçəkmiş şəxs1 Səfanı vurmamış, ona heç bir xəsarət yetirməmişlər. Ancaq Səfanı zərərsizləşdirmək üçün fənd tətbiq edərək yerə uzadıb əllərini qandallamışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 başını, əl barmağını dişləməsi görməmiş, çünki hadisə yerinə bir qədər sonradan gəlmişdir. Səfa Aləddinlə davanın gedişində onlara fiziki zor tətbiq etmiş, xəsarət yetirmiş, ayırandan sonra isə heç bir müqavimət göstərməmiş, xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs4 həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, məhkəmədən şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Zərərçəkmiş şəxs1 da uzun müddətdir ki, tanıyır, belə ki, o, işlədiyi Qəbələ rayon polis şöbəsində xidmət üzrə rəis müavini vəzifəsində işləmişdir, hazırda təqüddədir. 21 dekabr 2024-cü il tarixdə saat təxminən 21 radələrində Qəbələ RPŞ-də xidmətdən çıxaraq idarə etdiyi Vaz 2106 markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillə evə gedirmiş. Hacıalılı kəndinin mərkəzində olan zamanı yolun sağ kənarında asfaltdan kənarda polis şöbəsinə məxsus “Şevrolet Niva” markalı avtomobilin dayandığını, orada xidmətdə olan polis əməkdaşlarının bir nəfər şəxsi sakitləşdirməyə, saxlamağa cəhd etdiklərini görmüşdür. Dərhal kömək üçün avtomobilini saxlayıb yerə düşmüş, polis əməkdaşlarının Təqsirləndirilən şəxs Aləddindən ayırmağa cəhd etdiklərini müyyən etmişdir. Onlara köməyə başlamış, araya girmiş, Səfanı sakitləşdirib kənara çəkmişdir. Bu zaman Fuad xidməti avtomobilə tərəf getmiş, Yusiflə Səfa ilə Aləddinin arasına girmiş, Səfanı kənarlaşdırmaq istəmişlər. Səfanın sifətindən tutub saxlamaq istəmiş, bu zaman sol əlinin orta barmağı Səfanın ağzına girmiş, Səfa barmağını dişləmişdir. Həmçinin, Səfa dartınaraq Aləddinə tərəf getmək istədikdə Səfanı saxlayarkən əynindəki xidməti polis geyim forması cırılmışdır. Yusiflə Səfanı tutub saxlamışlar. Fuad oraya gəlmiş, Səfanı Aləddindən aralamışlar. Belə ki, Fuad həmin vaxt avtomobildən qandal götürürmüş. Bu zaman Səfa təpiklə xidməti avtomobilin sol yan tərəfindən vurmuşdur. Səfanın hələ də Aləddinə tərəf hücum etməyə cəhd etməyinə görə Fuad əl qandalını gətirən kimi Səfanı yerə uzadıb qollarını arxadan qandalla bağlamışlar. Səfa ağzı aşağı yerə uzanmış vəziyyətdə sifətini yerə asfalta çırparaq özünə xəsarət yetirməklə onları şərləyəcəyini bildirmişdir. Səfanı əlləri arxda oturmuş vəziyyətdə saxlayaraq əl-üzünü yuyaraq içməsi üçün su vermişlər. X11 ünvanına söyüşlərinə davam edirmiş. Aləddin isə kənarda dayanmışdır. Az sonra Zarağan postunun “Fiat Doblo” avtomobili ilə polis əməkdaşları Şahid3 və Yunis Mamedov gəlmişlər. Səfa heç kimə müqavimət etmədən yeriyərək “Fiat Doblo” markalı atomobilin arxasına yaxınlaşaraq əyləşmiş, onu polis şöbəsinə yola salmışlar. Zərərçəkmiş şəxs3 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, dava təxminən 25 dəqiqə davam etmiş, davaya kənardan tanımadığı 4-5 nəfər şəxs toplaşmışdır. Ancaq müdaxilə etməmişlər. Aləddin, və ya orada olan polis əməkdaşları Səfanı vurmamış, ona heç bir xəsarət yetirməmişlər. Dava zamanı Aləddin və Səfanın əlində silah və ya başqa bir əşya olmamışdır. Səfanın Aləddinin barmağını, başını, Fuadın barmağını dişləyəməsini sonradan bilmişdir. Zərərçəkmiş şəxs3 həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, məhkəmədən şikayətinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Qəbələ şəhər sakini kimi əvvəllər tanımış, onunla heç bir ədavəti olmamışdır. Zərərçəkmiş şəxs1 da uzun müddətdir ki, tanıyır, belə ki, o, işlədiyi Qəbələ rayon polis şöbəsində xidmət üzrə rəis müavini vəzifəsində işləmiş, hazırda təqaüddədir. 21 dekabr 2024-cü il tarixdə saat təxminən 21 radələrində Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis sıravisi Yunis Mamedovla birgə dislokasiya üzrə Qəbələ rayon Zarağan kəndində “Fiat Doblo” markalı, ** AP *** dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə imiş. Bu zaman Qəbələ rayon Hacıalılı kəndində xidmət aparan Zərərçəkmiş şəxs2 əl rabitə vasitəsi ilə münaqişə olduğunu bildirib həmin ünvana kömək istəmişdir. Qəbələ rayon polis şöbəsinin növbətçi hissəsinin göstərişi ilə xidməti avtomobili idarə edərək həmin ünvana getmişdir. Oraya çatanda Təqsirləndirilən şəxs əlləri qandallı vəziyyətdə sakit, Zərərçəkmiş şəxs1 isə kənarda sakit dayandığını görmüşdür. Aralarında heç bir dava-dalaş yox imiş. Fuaddan, eləcə də xidmət aparan Yusif və orada olan Elvin adlı polis əməkdaşlarından bir qədər əvvəl Aləddin və Səfa arasında dava-dalaş baş verdiyini, Səfa Aləddinə xəsarətlər yetirdiyini, sakitləşmədiyi üçün onun əllərini qandalladıqlarını öyrənmişdir. Səfanın sərxoş olması aşkar görünürmüş. Fuadgilin avtomobili “Şevrolet Niva” olduğu üçün həmin avtomobillə şəxsi aparmaq mümkün olmadığından onların xidməti avtomobili ilə aparmaqlarını istəmişlər. Özü və digər polis əməkdaşları Səfadan avtomobilə əyləşməyi xahiş etmişlər. Səfa isə heç bir söz demədən, müqavimət etmədən sakitcə “Fiat Doblo” markalı avtomobilə əyləşmiş, oradan xəstəxanaya, daha sonra rayon polis şöbəsinə gəlmişlər. Səfa avtomobilə əyləşərkən heç bir müqavimət etməmiş, özü sakitcə avtomobilə əyləşmiş, həmçinin, hər hansı bir söyüşlər işlətməmişdir. Hadisə yerində yolun kənarında 5-7 nəfər adalarını bilmədiyi vətəndaşlar toplaşmış, sonradan Səfanın Fuada, Elvinə, Aləddinə xəsarət yetirdiyini, Elvinin xidməti geyim formasını cırdığını bilmişdir. Səfa ona və Yunisə heç bir xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs məlum hadisəyə kimi tanımamış, Zərərçəkmiş şəxs1 isə tanıyır, onunla normal münasibəti vardır. 21 dekabr 2024-cü il tarixdə saat təxminən 21 radələrində Qəbələ rayon Hacıalılı kəndinin mərkəzində yerləşən “Ulduz” marektdən çıxdıqda yolun əks tərəfindən, yəni, Ağdaş rayonu istiqamətdə asfalt yolun sağında ucadan qışqırıq səsləri eşitmişdir. Ancaq sözlər anlaşılmırmış. Səs gələn yerə adamlar da toplaşmışlar, həmçinin, polis avtomobilini də işıqlarından tanımışdır. Dərhal nə baş verdiyini bilmək üçün həmin yerə getmiş, Zərərçəkmiş şəxs1 kənarda dayanmış, orada olan sonradan tanıdığı Təqsirləndirilən şəxs isə polis əməkdaşlarının tutub saxladıqlarını, Təqsirləndirilən şəxs qışqıraraq “məni buraxın, buraxın” dediyini eşitmişdir. Aləddin isə Səfanın üzərinə getmir, eləcə də hər hansı ifadələr işlətmirmiş. Həmin yerə 4-5 nəfər toplaşmış, ancaq kimliklərini xatırlamır. Lakin, Zauru xatırlayır. Səfa polis əməkdaşlarının əlindən Aləddin tərəfə dartınırmış. Polislər isə onun tutub saxlamışlar. Təxminən hadisə yerində 5-7 dəqiqə dayanmış, heç bir müdaxilə etməmişdir. Daha sonra isə oradan uzaqlaşıb evlərinə getmişdir. Hadisə yerinə çatdıqda orada nə Səfa Aləddini, nə də Aləddin Səfanı, eləcə də polis əməkdaşları Səfanı, Səfa da polis əməkdaşlarını vurması kimi bir halın şahidi olmamış, Səfanın öz sifətini yerə vurub xəsarət yetirməsini, həmçinin, Səfanın polislərin avtomobilinə təpiklə vurmağını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs məlum hadisəyə kimi tanımamış, Zərərçəkmiş şəxs1 isə tanıyır, onunla normal münasibəti vardır. 21 dekabr 2024-cü il tarixdə saat təxminən 21 radələrində Qəbələ rayon Hacıalılı kəndinin mərkəzində yerləşən “Ulduz” marektdən çıxmış, bu zaman yolun əks tərəfindən, yəni, Ağdaş rayonu istiqamətdə asfalt yolun sağında ucadan qışqırıq səsləri eşitmişdir. Səs-küy anlaşılmırmış. Yolun əks tərəfinə keçməmiş, yolu ayıran səkinin üzərinə kimi gəlmişdir. Orada yolun əks tərəfində təxminən 4-5 nəfər adamlar toplaşdığını görmüşdür. Polis əməkdaşları və polis avtomobili var imiş. Zərərçəkmiş şəxs1 da orada kənarda olmuş, hər hansı bir dava yox imiş. Ancaq orada olan Sahil yolun əks tərəfinə keçmişdir. Polis əməkdaşları adını sonradan bildiyi Səfa adlı şəxsi tutub saxlamış, ancaq Səfa hər hansı bir müqavimət etmir, ayaqüstə dayanmışdır. Az sonra Sahil də qayıtmış, ondan nə baş verdiyini soruşduqda polis əməkdaşlarının Aləddinlə dalaşan Səfanı saxladıqlarını demişdir. Hadisə yerində 5-7 dəqiqə dayandıqdan sonra uzaqlaşıb evinə getmişdir. Şahid2 ona verilənə əlavə suallara cavab olaraq bildirmişdir ki, hadisə yerinə çatdıqda orada nə Səfa Aləddini, nə də Aləddin Səfanı, eləcə də polis əməkdaşları Səfanı, Səfa da polis əməkdaşlarını vurması kimi bir halın şahidi olmamış, Səfanın öz sifətini yerə vurub xəsarət yetirməsini, həmçinin, Səfanın polislərin avtomobilinə təpiklə vurmağını görməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması zamanı tərtib edilmiş 26 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadələri təsdiq etmişdir. Müəyyən edilmişdir ki, hadisə yeri Ağdaş-Zarağan magistral yolunun Qəbələ rayon Hacıalılı kəndinin mərkəzindən keçən hissəsidir, ictimai yerdir. Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılan zaman verdiyi ifadələrlə istintaq zamanı verdiyi ifadələr arasında hər hansı bir ziddiyət müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 22 dekabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qəbələ rayon polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis sıravisi Zərərçəkmiş şəxs3 xidməti qış geyim formasını təqdim edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 fiziki zor tətbiq etdiyi zaman onu ayırarkən Təqsirləndirilən şəxs həmin geyim formasını dartıb cırdığını bildirmişdir. Paltara baxış zamanı polis qış geyim formasının üst hissədən sağ qolaltı hissəsinin cırıldığı müəyyən edilmişdir. Həmin geyim formasının üzərində başqa hər hansı bir zədə izləri aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 barəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2”X12 Qəbələ rayon şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 631 nömrəli “canlı şəxsin məhkəmə tibb ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ əlin İİ barmağın orta falanqasının üst səthinin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 21 dekabr 2024-cü ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 barəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X12 Qəbələ rayon şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 633 nömrəli “canlı şəxsin məhkəmə tibb ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində xəsarət aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 barəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2”X12 Qəbələ rayon şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 632 nömrəli “canlı şəxsin məhkəmə tibb ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində sol əlin İİİ barmağın dırnaq falanqasının üst səthinin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin(əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni, 21 dekabr 2024-cü ildə törənə bilər.Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 barəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2”X12 Qəbələ rayon şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 634 nömrəli “canlı şəxsin məhkəmə tibb ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol əlin İ barmağın əsas falanqasının üst səthinin və başın təpə nahiyəsinin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 21 dekabr 2024-cü ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Nərkəzi” X9 daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2025-ci tarixli, 26 saylı ambulator məhkəmə psixiatrik ekspertizası rəyinə əsasən:

1. Təqsirləndirilən şəxs əvvəllər ŞƏXSİYYƏTİN İSTERİK TİPLİ POZUNTUSU XTB- 10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış)F60.4 xəstəliyindən əziyyət çəkmişdir.O, hal-hazırda da ŞƏXSİYYƏTİN İSTERİK TİPLİ POZUNTUSU XTB- 10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış)F60.4 xəstəliyindən əziyyət çəkir.

2. Təqsirləndirilən şəxs ŞƏXSİYYƏTİN İSTERİK TİPLİ POZUNTUSU XTB-10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyi keçirməsinə baxmayaraq onda müşahidə olunan xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən onun hal-hazırda məvburi qaydada müalicəyə ehtiyacı yoxdur.

3. Təqsirləndirilən şəxs ŞƏXSİYYƏTİN İSTERİK TİPLİ POZUNTUSU XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyi keçirməsinə baxmayaraq onda müşahidə olunan xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, cinayəti törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət işi materiallaırna əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X7 daxil olmuş 21 dekabr 2024-cü il tarixli 385 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, baş vermiş dava-dalaş zamanı Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işi materiallaırna əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X7 daxil olmuş 28 dekabr 2024-cü il tarixli, 18-1-52/2-3709/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda deyildir, xx.xx.2006-cı ildən Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin psixiatrik kabinetində “şəxsiyyətin isterik pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxslərdir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(025)-34/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 15 (on beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(025)-2/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, ev dustaqlığının müddəti ibtidai istintaq müddət həddində, yəni 22 mart 2025-ci il tarixədək müəyyən edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli, 5-59-12/2-xx/xx/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X4, faktiki bir yerdə yaşadığı qasın- X5 və oğlu 2010-cu il təvəllüdlü Kərimov Abdullah- Rasim Səfa oğlundan ibarətdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, belə zorun tətbiq edilməsi hədəsi, habelə, ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri, onun özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi, ibtidai istintaq protokolları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir.” Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, üç zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, onlarla barışıq əldə etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və İİİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Digər tərəfdən, CM-in 9-cu (Humanizm prinsipi) maddəsinə əsasən, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin diferensasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur və təqsirləndirilən şəxslərlə barışıq əldə etmişlər. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, törədilmiş əməllə müqayisədə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi işin faktiki hallarına uyğun gəlmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan 21 deakbr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs 21 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 21 dekabr 2024-cü il saat 22:00-dan hesablanmış, 23 dekabr 2024-cü il tarixdə saat 22:00 radələrində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(025)-34/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 15 (on beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablanmışdır. Bundan əlavə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(025)-2/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, ev dustaqlığının müddəti ibtidai istintaq müddət həddində, yəni 22 mart 2025-ci il tarixədək müəyyən edilməsi qərara alınmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun 21 dekabr 2024-cü il tarixdən 23 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, eyni zamanda 25 dekabr 2024-cü il tarixdən 28 aprel 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 03 (üç) gün müddəti də cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 04 (dörd) ay 05 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 21 dekabr 2024-cü il tarixdən 23 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, eyni zamanda həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 03 (üç) gün, ümumilikdə isə 04 (dörd) ay 05 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablanmaqla 08 (səkkiz) ay 10 (on) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 01 (bir) il 03 (üç) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir.

Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar