Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-9/2023 17.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas X2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində əri Şahid3 ilə birgə yaşadığı kənddə evinin yaxınlığındakı uzun müddətdir ki, onunla və ailə üzvləri ilə ədavətli, mütəmadi olaraq münaqişələri olan qaynı Zərərçəkmiş şəxs məxsus bağ sahəsində olarkən sonuncunun həmin bağ sahəsinin ona məxsus olduğunu bildirib oradan çıxıb getməsini tələb etdikdə bundan imtina edərək əlindəki ağacla onun baş nahiyyəsinə qəsdən bir dəfə zərbə ilə vurub ona başın alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxıldıqdan sonra qanunsuz hərəktlərinə davam edərək həmin ağacla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurmaqla həmin hissələrə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 04 oktyabr 2022-ci tarixdə günorta yeməyindən sonra saat 15 radələrində yaşadığı kənddə yerləşən və ailələrinə məxsus, evlərindən təxminən 2-3 km məsafədə yerləşən bağlarına təsərrüfat işləri görmək üçün getmişdir. 3 saat sonra saat 18 radələrində evə qayıdan zaman əri Şahid3 evin pilləkənində oturmuş görmüşdür. Habili həyəcanlı, narahat olduğunu hiss etmiş, nəsə baş verdiyini bilmişdir. Ondan nə baş verdiyini soruşmuş, Habil evlərinin yanındakı bağa getdiyini, həmin vaxt Ələddinin orada şabalıd ağacından yıxıldığını gördüyünü demişdir. Habil Ələddinin sifətinin, başının qanadığını gördüyünü ona bildirmişdir. Bundan əlavə Ələddin barədə nəsə soruşmamış, Habil həyəcanlı və qorxmuş olduğuna görə sakitləşməsi üçün ona təzyiq dərmanı vermişdir. Soradan eşitmişdir ki, Ələddin ondan və Habildən onu ağacla döyərək xəsarət yetirməsi barədə böhtan xarakterli şikayət etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır, onun tərəfindən bu cür ifadənin verilməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir və hesab edir ki, bu cür ifadə verməklə, o, törətmiş olduğu cinayət əməlindən və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi iş üzrə toplanmış, məntiqi baxımdan biri-birini tamamlayan və məhkəmə istintaqında tədqiq olunmuş aşağıdakı sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Şahid3 arvadıdır, onlarla uzun müddətdir ki, aralarında münaqişə vardır. Səbəbi isə odur ki, Mıxlıqovaq kəndində özünə və ailəsinə məxsus təxminən 80 sot pay torpaq sahəsi var. 04 oktyabr 2022-ci il tarixdə saat 15-16 radələrində evdə yemək yeyəndən sonra həyətindən həmin pay torpaq sahəsinə baxan zaman Habil və Əfqanənin orada şabalıd ağacının dibində əllərində təxminən 1,5 metr uzunluqda ağac parçası olduğunu, vedrəyə şabalıd yığdıqlarını görmüşdür. Onların yanına getmiş, təxminən 1 metr məsafəyə kimi yaxınlaşaraq Habilə “çıxın gedin burdan, bura sizin yeriniz deyil” demişdir. Bu zaman Habil ona “ehtiyacım var, yığacağam” deyə cavab vermişdir. Təkrar Habildən çıxıb getməsini tələb etmişdir. Bu zaman Əfqanə heç bir söz demədən əlindəki ağacı ona tərəf havaya qaldırıb iki əllə zərbə ilə həmin ağacı onun başının ortasından bir qədər sağ doğru nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən özünü saxlaya bilməyib oturmaqla aşağıya doğru yerə yıxılmışdır. Ayağa qalxmağa cəhd edə bilməmişdir. Yerdə olarkən Habil və Əfqanə hər ikisi əllərindəki ağacla onun bədəninin vurmağa başlamışlar. Habil həmin vaxt Əfqanəyə “qollarına, kürəyinə vur” deyirmiş. Yerdə olan zaman başının və köynəyinin qan içində olduğunu görmüşdür. Taqəti olmadığından kimisə köməyə çağıra bilməmiş, ancaq astadan “bəsdirin, vicdanınız olsun” kimi ifadələrini bildirmişdir. Bu zaman Habil və Əfqanə dayanmış, oradan çıxıb getmişlər. Bir qədər yerdə qalmış, özünə gəlib ayağa qalxmış, həyətlərinə gəlmişdir. Döyülməsi barədə polisin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Evlərinə tərəf gələndə və ya sonradan Habil və Əfqanəni görməmişdir. Polis əməkdaşları həyətinə gəlmiş, şikayət ərizəsi ilə müraciət etmiş, fotoşəkilləri çəkilmişdir. Həmçinin, təcili tibbi yardım çağırmış, təcili tibbi yardım gələrək onu xəstəxanaya aparmış, orada başına altı ədəd tikiş qoyulmuşdur. Sonda isə Təqsirləndirilən şəxs ilə barışmayacağını, ondan şikayətçi olduğunu və daha ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, Şahid3, sonuncunun arvadı Təqsirləndirilən şəxs Mıxlıqovaq kənd sakinləridir, onlarla normal münasibətləri var. Heç bir ədavəti yoxdur. Həmin şəxslər arasında uzun müddətdir ki, torpaqla, əmlakla bağlı mübahisələrin olduğundan xəbərdardır. Hər iki tərəflə bir neçə profilaktik söhbətlər etmişdir. Təxminən 2022-ci ilin oktyabr ayının əvvəli, dəqiq tarixini xatırlamadığı gündə axşam tərəfi saatlarda kənddə olan zaman Ələddin onun mobil telefonuna zəng edərək “Habilin arvadı Əfqanə ağacla mənim başımı vurub yarıb, xəstəxanaya gedirəm” demişdir. Ələddin bu barədə polisin “102” xidmətinə də məlumat verdiyini bildirmişdir. Hadisənin baş verməsinə səbəbi soruşduqda Ələddin Habil və Əfqanənin onun bağından şabalıd yığdığı üçün irad bildirdikdə Əfqanənin ağacla başına vurduğunu demiş, Ələddinə daha nəsə bildirməmiş, bu zəngdən təxminən 4-5 gün sonra Ələddini Mıxlıqovaq kəndində təsadüfən görmüşdür. Ələddin ona başındakı xəsarəti göstərib Əfqanənin ağacla vurduğunu bildirmiş, təxminən 1-2 gün sonra işdə olan zaman Habil özü iş yerinə gəlmiş, Ələddinin ondan şikayət etdiyini demiş, Habildən nə baş verdiyini soruşduqda Habil heç bir məlumatı olmadığını demiş, nə özü, nə də arvadı Ələddini vurmadığını bildirmiş, ancaq Habilin arvadını görməmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid3, sonuncunun arvadı Təqsirləndirilən şəxs Mıxlıqovaq kənd sakinləridir, onlarla normal münasibətləri var. Heç bir ədavəti yoxdur. Lakin, həmin şəxslər arasında uzun müddətdir ki, torpaqla, əmlakla bağlı mübahisələrin olduğundan xəbərdardır. Təxminən 2022-ci ilin oktyabr ayının əvvəli, dəqiq tarixini xatırlamadığı gündə kənd icra nümayəndəsi Şahid5la görüşən zaman İldırım ona bu yaxınlarda Ələddinin ona zəng edərək Əfqanənin ağacla başına vurduğunu demişdir. Ancaq Ələddini, Habili, nə də Əfqanəni görməmişdir. Onlardan və ya başqa kimsədən bu hadisə barədə nəsə eşitməmişdir. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, 04 oktyabr 2022-ci il tarixdə Qəbələ rayon polis şöbəsində qrafik üzrə əməliyyat istintaq qrupunun üzvü olmuşdur. Həmin gün saat 16- 17 radələri aralığında Qəbələ rayon Mıxlıqovaq kənd sakini Zərərçəkmiş şəxs qardaşı Habil və arvadı Əfqanə tərəfindən döyülməsi barədə Azərbaycan Respublikası DİN-in “102” xidməti zəng mərkəzi sisteminə verdiyi məlumat əsasında həmin vaxt özü və digər polis əməkdaşları ilə birgə növbətçi hissəsinin avtomobil ilə Zərərçəkmiş şəxs çağırdığı ünvana, yəni Mıxlıqovaq kəndinə onun həyətinə getmişlər. Həyətdə sonradan tanıdığı Zərərçəkmiş şəxs evinin pilləkənində oturmuş, başı, sifəti, paltarları qan içində imiş, başının ortasından bir qədər sağa tərəf hissədə bir çapıq varmış, qan axırmış. Ona yaxınlaşıb nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs bildirmişdir ki, bir neçə dəqiqə əvvəl özünə məxsus Mıxlıqovaq kəndində yerləşən pay torpağında qardaşı Habili və sonuncunun arvadı Əfqanəni əlində ağac şabalıd yığan görmüşdür. Onlara yaxınlaşıb torpağın və şabalıdın onlara məxsus olmadığı üçün yığmalarına irad bildirmişdir. Bu zaman Əfqanə qəflətən əlindəki ağacla onun başına qüvvətli zərbə vurmuş, zərbənin təsirindən yerə yıxılmış, daha sonra yerdə olan zaman Habil və Əfqanə ardıcıl olaraq ağacla onun bədəninin müxtəlif yerlərinə vuraraq onu döymüş, sonra çıxıb getmişlər. Bundan sonra Zərərçəkmiş şəxs bu barədə ərizə ilə müraciət etmiş, təhqqiatçı tərəfindən Zərərçəkmiş şəxs fotoşəkilləri çəkilmiş, bu barədə protokol yazılmışdır. Daha sonra həyətdən çıxaraq polis şöbəsi istiqamətdə yola düşən zaman Zərərçəkmiş şəxs həyətinə təcili tibbi yardım avtomobilinin getdiyini görmüşdür. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Şahid3, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşularıdır, onlarla yaxşı münasibətləri vardır. Xatırlayır ki, təxminən oktyabr ayının əvvəllərində dəqiq tarixini bilmədiyi gündə Əfqanə, Habil və Ələddin arasında nəsə davadalaş olmasını eşitmişdir. Bunu kənd camaatından eşitmiş, konkret olaraq kimdən eşitdiyini unutmuşdur. Ancaq nə baş verdiyini, kim kimi döyüb, döyülüb bilməmiş, sadəcə olaraq dava olduğunu eşitmişdir. Həmin vaxt Əfqanə özü ona bu hadisə barədə demiş və “mənim dava ilə heç bir əlaqəm olmayıb, mən dava baş verən zaman, 2 gün əvvəl sizdə olmamışam?” deyə ondan soruşmuşdur. 2 gün əvvəli yadına salmış və müəyyən etmiş ki, Əfqanə həmin gün onlarda olmamışdır. Əfqanəyə onlarda olmadığını demiş, Əfqanə isə “eləbelə izahat alacaqlar, problem yoxdur” deyə cavab vermişdir. Buna sadə bir iş kimi yanaşmış, heç nə deməmiş, Əfqanəyə nə razılıq vermiş, nə də etiraz etməmişdir. Ancaq Əfqanə dediyi zaman, yəni, hadisə baş verdiyini bildirdiyi zaman onlarda olmamışdır. Sanki Əfqanə bu sözü onun boynuna qoyurmuş ki, guya onlarda olmuşdur. Hadisənin tarixini və bu sözü Əfqanənin ona nə zaman dediyini gün olaraq xatırlamır, çünki üzərindən xeyli zaman keçmişdir. Əfqanə ona Ələddinlə olan dava-dalaşları barədə heç nə danışmamışdır. Ələddini görməmiş, onun xəsarət almasını da eşitməmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs böyük qardaşıdır. Onunla uzun müddətdir ki, aralarında münaqişə vardır. Səbəbi isə ata yurdundan qalan torpaq sahələrini ələ keçirmək istəməsi, orada olan meyvələri yığması və istifadə etməsidir. Halbuki, həmin torpaq sahələrinə özünün, bacıları Xatirənin, Nəcibənin, digər qardaşı Həsənağanın da payları olmalıdır. 04 oktyabr 2022-ci tarixdə saat 15-16 radələrində həmin bağ sahəsinə şabalıdların yetişib-yetişmədiyinə baxmaq üçün getmişdir. Bağ sahəsinə daxil olanda Ələddini bağda şabalıd ağacında, təxminən 4-5 metr hündürlükdə şabalıdları çırpıb yerə tökdüyünü görmüşdür. Ələddini bağda görüb onun olduğu ağacdan təxminən 2 metr məsafədən keçərək digər şabalıd ağaclarına baxmağa getmişdir. Ələddin də ona nəsə deməmiş, onu görüb-görmədiyini bilməmişdir. Bu zaman həmin bağ sahəsinin yuxarı hissəsinə kənd sakinlərinin qoyunlarının nəzarətsiz şəkildə bağa daxil olduğunu görmüşdür. Qoyunları çıxarmaq üçün bağın yuxarı hissəsinə getmiş, Ələddinin çırpdığı şabalıd ağacından təxminən 30 metr uzaqlaşmışdır. Bu zaman Ələddinin olduğu ağac tərəfdən “ayyy” deyə qışqırıq səsi gəlmişdir. Ancaq nə dediyi anlaşılmamış, qışqırtı qısa müddət çəkmişdir. Çevilib Ələddinin olduğu ağaca baxanda Ələddini ağacın dibində çöməlmiş vəziyyətdə görmüş, Ələddinə tərəf gəlmiş, ona təxminən 15 metrə kimi yaxınlaşanda Ələddinin başında, sifətində qan olduğunu görmüş, Ələddin bu zaman onu görmüş, ancaq yenə də ona nəsə deməmiş, özü də Ələddinə heç nə deməmişdir. Ələddin yıxılmağı barədə nəsə demirmiş. Ələddinə tərəf daha getməmiş, belə ki, özü ayağa qalxmış, evinə tərəf addımlamışdır. Öz evinə gəlmiş, pilləkəndə oturmuş, daha Ələddini görməmişdir. Arvadı Əfqanə evdə olmamış, təxminən 15-20 dəqiqə sonra Əfqanə evə gəlmiş, Ələddinin yıxılıb xəsarət almasına görə qorxmuş, Əfqanəyə baş verənləri danışmış, təzyiqi qalxdığı üçün, o, ona təzyiq dərmanı vermişdir. Sonradan Ələddinin polisə şikayət edərək yalandan onun və Əfqanə tərəfindən döyüldüyünü bildirməsini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə məhkəmə tənqidi yanaşır və qeyd eməyi zəruri hasab edir ki, həmin şahidin verdiyi ifadəsi ziddiyyətli olduğundan və inandırıcı olmadığından ifadəsi mötəbər sübut növü kimi qiymətləndirilməməlidir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X4 Şəxs Qəbələ rayon şöbəsinin 15 oktyabr 2022-ci il tarixli 588 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin arxa sol və sağ aşağı hissələrinin, sol çiyinin bayır tərəfinin, sağ bazunun arxa yuxarı 1/3-nin, sağ dirsək oynağının arxa səthinin, sağ budun bayır yuxarı, sol budun bayır orta 1/3-nin zolaq formasında, sağ əlin İ barmağın dırnaq falanqasının üst səthində və sol əlin üstündə İ daraq sümüyü nahiyəsində qeyri-müəyyən formada qançırları kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə yəni, 04 oktyabr 2022-ci ildə törənməsinə xarakterikdir. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan xəsarətlər ayrı-ayrılıqda dərəcəsinə görə başın alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə, döş qəfəsinin arxa sol və sağ aşağı hissələrinin, sol çiyinin bayır tərəfinin, sağ bazunun arxa yuxarı 1/3-nin, sağ dirsək oynağının arxa səthinin, sağ budun bayır yuxarı, sol budun bayır orta 1/3-nin zolaq formasında, sağ əlin İ barmağın dırnaq falanqasının üst səthində və sol əlin üstündə İ daraq sümüyü nahiyəsində qeyri-müəyyən formada qançırları isə sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan xəsarətlər yerləşmə nahiyəsinə, formasına və digər morfoloji xüsusiyyətlərinə görə yıxılma nəticəsində törənməsinə uyğun gəlmir və həmin xəsarətlər kənar şəxs və ya şəxslər tərəfindən küt alətlə (yumuruq, təpik, ağac və sairə ilə) vurulma əticəsində törənməsinə uyğun gəlir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-9/2023
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-9/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver