Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-9/2024 06.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6, müdafiəçi - Qəbələ Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 həbsdə olan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində oğurluq etmək məqsədi ilə özü ilə kəndir götürərək yaşadığı evdən çıxıb tək piyada Qəbələ rayonunun Nic qəsəbəsinin “Alça bağı” adlı meşəlik ərazisinə gələrək həmin qəsəbə sakini Zərərçəkmiş şəxs1 məxsus nəzarətsiz qalaraq otlayan 1800,00 (bir min səkkiz yüz) manat dəyərində 01 (bir) baş inəyini həmin yerdə tutub özü ilə gətirdiyi kəndirlə ağaca bağladıqdan sonra, xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində etibarnamə ilə idarə etdiyi Ford Transit yük markalı ** KL *** dövlət nömrə nişanlı avtomobillə həmin yerə gəlib, qeyd olunan Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) baş inəyi gizli yolla idarə etdiyi avtomobilə özü tək mindirib oğurlamaqla həmin tarixdə Bərdə rayonunun mal bazarına gətirərək orada kimliyi istintaqa məlum olmayan və heyvanın oğurluq olmasından məlumatlı olmayan şəxsə 1000 (bir min) manat dəyərində satıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, nəticədə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 1800,00 (bir min səkkiz yüz) manat dəyərində 01 (bir) baş dişi cinsli inəyi gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində oğurluq etmək məqsədi ilə özü ilə kəndir götürərək yaşadığı evdən çıxıb tək piyada Qəbələ rayonunun Nic qəsəbəsinin “Alça bağı” adlı meşəlik ərazisinə gələrək həmin qəsəbə sakini Zərərçəkmiş şəxs2 məxsus nəzarətsiz qalaraq otlayan 1300,00 (bir min üç yüz) manat dəyərində 01 (bir) baş inəyini həmin yerdə tutub özü ilə gətirdiyi kəndirlə ağaca bağladıqdan sonra, xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində etibarnamə ilə idarə etdiyi Ford Transit yük markalı ** KL *** dövlət nömrə nişanlı avtomobillə həmin yerə gəlib, qeyd olunan Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) baş inəyi gizli yolla idarə etdiyi avtomobilə özü tək mindirib oğurlamaqla həmin tarixdə Bərdə rayonunun mal bazarına gətirərək orada kimliyi istintaqa məlum olmayan və heyvanın oğurluq olmasından məlumatlı olmayan şəxsə 850 (səkkiz yüz əlli) manat dəyərində satıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, nəticədə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus 1300,00 (bir min üç yüz) manat dəyərində 01 (bir) baş dişi cinsli inəyi gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2023-cü il tarixdə saat 15 radələrində oğurluq etmək məqsədi ilə özü ilə kəndir götürərək yaşadığı evdən çıxıb tək piyada Qəbələ rayonunun Nic qəsəbəsinin “Alça bağı” adlı meşəlik ərazisinə gələrək həmin qəsəbə sakini Zərərçəkmiş şəxs3 məxsus nəzarətsiz qalaraq otlayan 2200,00 (iki min iki yüz) manat dəyərində 01 (bir) baş inəyini həmin yerdə tutub özü ilə gətirdiyi kəndirlə ağaca bağladıqdan sonra, xx.xx.2023cü il tarixdə gecə saat 02 radələrində etibarnamə ilə idarə etdiyi Ford Transit yük markalı ** KL *** dövlət nömrə nişanlı avtomobillə həmin yerə gəlib, qeyd olunan Zərərçəkmiş şəxs3 məxsus 01 (bir) baş inəyi gizli yolla idarə etdiyi avtomobilə özü tək mindirib oğurlamaqla həmin tarixdə Bərdə rayonunun mal bazarına gətirərək orada kimliyi istintaqa məlum olmayan və heyvanın oğurluq olmasından məlumatlı olmayan şəxsə 950 (doqquz yüz əlli) manat dəyərində satıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, nəticədə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus 2200,00 (iki min iki yüz) manat dəyərində 01 (bir) baş dişi cinsli inəyi gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2023-cü il tarixdə saat 16 radələrində oğurluq etmək məqsədi ilə özü ilə kəndir götürərək yaşadığı evdən çıxıb tək piyada Qəbələ rayonunun Nic qəsəbəsinin “Alça bağı” adlı meşəlik ərazisinə gələrək həmin qəsəbə sakini Zərərçəkmiş şəxs4 məxsus nəzarətsiz qalaraq otlayan 1900,00 (bir min doqquz yüz) manat dəyərində 01 (bir) baş dişi cinsli inəyini həmin yerdə tutub özü ilə gətirdiyi kəndirlə ağaca bağladıqdan sonra, xx.xx.2023-cü il tarixdə səhərə yaxın saat 05 radələrində etibarnamə ilə idarə etdiyi Ford Transit yük markalı ** KL *** dövlət nömrə nişanlı avtomobillə həmin yerə gəlib, qeyd olunan Zərərçəkmiş şəxs4 məxsus 01 (bir) baş inəyi gizli yolla idarə etdiyi avtomobilə özü tək mindirib oğurlamaqla həmin tarixdə Şəki rayonunun mal bazarına gətirərək orada kimliyi istintaqa məlum olmayan və heyvanın oğurluq olmasından məlumatlı olmayan şəxsə 950 (doqquz yüz əlli) manat dəyərində satıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, nəticədə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus 1900,00 (bir min doqquz yüz) manat dəyərində 01 (bir) baş dişi cinsli inəyi gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2023-cü il tarixdə saat 15 radələrində oğurluq etmək məqsədi ilə özü ilə kəndir götürərək yaşadığı evdən çıxıb tək piyada Qəbələ rayonunun Nic qəsəbəsinin ərazisində yerləşən Oğuz rayonu istiqamətinə doğru asfalt örtüklü magistral yolun sağ tərəfindəki əkin sahəsinə gələrək həmin qəsəbə sakini Zərərçəkmiş şəxs5 məxsus nəzarətsiz qalaraq otlayan ümumilikdə 5800,00 (beş min səkkiz yüz) manat dəyərində 02 (iki) baş dişi cinsli inəyini həmin yerdə tutub özü ilə gətirdiyi kəndirlə ağaca bağladıqdan sonra, xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində etibarnamə ilə idarə etdiyi Ford Transit yük markalı ** KL *** dövlət nömrə nişanlı avtomobillə həmin yerə gəlib, qeyd olunan Zərərçəkmiş şəxs5 məxsus 02 (iki) baş inəyi gizli yolla idarə etdiyi avtomobilinə özü tək mindirib oğurlamaqla həmin tarixdə Şəki rayonunun mal bazarına gətirərək orada inəyin birini heyvanları oğurluq olmasından məlumatlı olmayan iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olan Şahid1 850 (səkkiz yüz əlli) manat, digərini isə Şahid3 900 (doqquz yüz) manat dəyərində satıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, nəticədə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 məxsus 5800,00 (beş min səkkiz yüz) manat dəyərində 02 (iki) baş dişi cinsli inəyi gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2023-cü il tarixdə saat 15 radələrində oğurluq etmək məqsədi ilə özü ilə kəndir götürərək yaşadığı evdən çıxıb tək piyada Qəbələ rayonunun Nic qəsəbəsinin ərazisində yerləşən “Gilan Holdingə“ məxsus meyvə bağının yerləşdiyi kənarları açıq şəkildə olan örüş sahəsinə gələrək həmin ərazidə nəzarətsiz qalaraq otlayan Oğuz rayon Dəymədağalı kənd sakinləri Zərərçəkmiş şəxs7 məxsus 2300,00 (iki min üç yüz) manat dəyərində 1 (bir) baş inəyini və 1100,00 (bir min yüz) manat dəyərində 1 (bir) baş dişi cinsli danasını və Zərərçəkmiş şəxs6 məxsus 2300,00 (iki min üç yüz) manat dəyərində olan inəyini həmin yerdə tutub özü ilə gətirdiyi kəndirlə ağaca bağladıqdan sonra, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində etibarnamə ilə idarə etdiyi Ford Transit yük markalı ** XR *** dövlət nömrə nişanlı avtomobillə həmin yerə gəlib, qeyd olunan Zərərçəkmiş şəxs7 məxsus 1 (bir) baş inəyi və 1 (bir) baş dişi cinsli dananı, eləcə də Zərərçəkmiş şəxs6 məxsus 01 (bir) baş inəyi gizli yolla idarə etdiyi avtomobilə özü tək mindirib oğurlamaqla həmin tarixdə Şəki rayonununa gətirərək orada iribunuzlu heyvanların alqı-satqısı ilə məşğul olan heyvanların oğurluq olmasından məlumatlı olmayan Şahid4 ümumilikdə 2100 (iki min bir yüz) manat dəyərində satmış, əldə etdiyi puldan 1300 (bir min üç yüz) manatını öz şəxsi ehtiyaclarına sərf etmiş, 800 (səkkiz yüz) manat isə faktla bağlı aparılan ibtidai araşdırma zamanı xx.xx.2023-cü il tarixdə ondan aşkar edilərək götürülmüş, nəticədə o, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs7 məxsus 2300,0 (iki min üç yüz) manat dəyərində 1 (bir) baş inəyi və 1100,0 (bir min yüz) manat dəyərində 1 (bir) baş dişi cinsli dananı, eləcə də Zərərçəkmiş şəxs6 məxsus 2300,0 (iki min üç yüz) manat dəyərində olan inəyi gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri üzrə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, pula ehtiyacı olduğu üçün 2023-cü ilin avqust ayının əvəllərində qərara gəlmiş ki, Qəbələ rayonunun Nic qəsəbə sakinlərinin şəxsi təsərrüfatlarına məxsus örüş və meşəlik ərazisinə otlamaları üçün sahibsiz şəkildə buraxdıqları iribuynuzlu heyvanları oğurlayıb satıb pul əldə etsin. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində həyətindən kəndir götürərək piyada özü tək kənd camaatının heyvanlarını otlamaları üçün buraxdığı Nic qəsəbəsinin “Alça bağı” deyilən meşə ərazisinə gəlmişdir. Ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra oğurluq etmək məqsədi ilə təxminən 4-5 baş inəyi kolluq əraziyə sürüb onlardan həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus 01 baş dişi cinsli boğaz inəyi tutub başına kəndiri keçirdikdən sonra həmin inəyi orada olan ağacların birinə bağlamışdır. Bundan sonra qayıdaraq evlərinə gəlmişdir. Axşam olduqdan sonra gecə saat 02 radələrində etibarnamə ilə idarə etdiyi Ford Transit yük markalı ** KL *** dövlət nömrə nişanlı avtomobili ilə Qarriyə məxsus inəyi oğurladığı yerə gəlmişdir. Avtomobildən düşüb inəyi tutub bağladığı yerə yaxınlaşıb inəyi açıb kəndir qarışıq sürə-sürə avtomobilin yanına gətirmişdir. İnəyi satmaq üçün oradan bir başa Bərdə rayonunun mal bazarına gətirmişdir. Həmin inəyi özünə məxsus olmasını bildirərək orada tanımadığı şəxsə 1000 (bir min) manat dəyərində satmış, geri qayıtmışdır. Əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 14 radələrində həyətindən kəndir götürərək piyada özü tək kənd camaatının heyvanlarını sahibsiz otlamaları üçün buraxdığı Nic qəsəbəsinin “Alça bağı” deyilən meşə ərazisinə gəlmişdir. Ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra oğurluq etmək məqsədi ilə təxminən 5-6 baş inəyi kolluq əraziyə sürüb onlardan həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus 01 baş dişi cinsli inəyi tutub başına kəndiri keçirdikdən sonra inəyi orada olan ağacların birinə bağlamışdır. Bundan sonra qayıdaraq evlərinə gəlmişdir. Axşam olduqdan sonra gecə saat 01 radələrində etibarnamə ilə idarə etdiyi Ford Transit yük markalı ** KL *** dövlət nömrə nişanlı avtomobillə Sevana məxsus inəyi oğurladığı yerə gəlmişdir. Avtomobildən düşüb inəyi tutub bağladığı yerə yaxınlaşıb oradan inəyi açıb kəndir qarışıq sürə-sürə avtomobilin yanına gətirib özü tək maşına mindirib oğurlamışdır. İnəyi satmaq üçün oradan bir başa Bərdə rayonunun mal bazarına gətirib inəyin özünə məxsus olmasını bildirərək orada tanımadığı şəxsə 850 (səkkiz yüz əlli) manat dəyərində satıb yaşadığı yerə geri qayıtmışdir. Əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra sonra təkrar oğurluq etmək qərarına gəlib xx.xx.2023-cü il tarixdə saat 15 radələrində həyətindən kəndir götürərək piyada özü tək kənd camaatının heyvanlarını sahibsiz otlamaları üçün buraxdıqları Nic qəsəbəsinin “Alça bağı” deyilən meşə ərazisinə gəlmişdir. Ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra oğurluq etmək məqsədi ilə həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus 01 baş dişi cinsli inəyi həmin qaydada kolluq yerə qısıb tutaraq başına kəndiri keçirdikdən sonra orada olan ağaca bağlamış, sonra qayıdaraq evlərinə gəlmişdir. Gecə saat 02 radələrində etibarnamə ilə idarə etdiyi Ford Transit yük markalı ** KL *** dövlət nömrə nişanlı avtomobillə Fidelə məxsus inəyi oğurladığı yerə gəlmişdir. Avtomobildən düşüb inəyi tutub bağladığı yerə yaxınlaşıb oradan açıb kəndir qarışıq sürə-sürə avtomobilin yanına gətirib özü tək maşına mindirmişdir. İnəyi satmaq üçün oradan bir başa Bərdə rayonunun mal bazarına gətirib inəyin özünə məxsus olmasını bildirərək orada tanımadığı şəxsə 950 (doqquz yüz əlli) manat dəyərində satdıqdan sonra yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində həyətindən kəndir götürərək piyada özü tək kənd camaatının heyvanlarını otlamaları üçün sahibsiz buraxdığı Nic qəsəbəsinin “Alça bağı” deyilən meşə ərazisinə gəlmişdir. Oğurluq etmək məqsədi ilə təxminən 3 baş inəyi kolluq əraziyə sürüb onlardan həmkəndlisi Zərərçəkmiş şəxs4 məxsus 01 baş dişi cinsli inəyi tutub başına kəndiri keçirdikdən sonra həmin inəyi orada olan ağacların birinə bağlamışdır. Bundan sonra evlərinə gəlmişdir. Səhərə yaxın saat 05 radələrində etibarnamə ilə idarə etdiyi Ford Transit yük markalı ** KL *** dövlət nömrə nişanlı avtomobillə Ernestə məxsus inəyi oğurladığı yerə gəlmişdir. İnəyi tutub bağladığı yerə yaxınlaşıb onu açıb kəndir qarışıq sürəsürə gətirərək özü tək avtomobilə mindirib oğurlamışdır. İnəyi satmaq üçün oradan bir başa Şəki rayonunun mal bazarına gətirib inəyin özünə məxsus olmasını bildirərək orada tanımadığı şəxsə 950 (doqquz yüz əlli) manat dəyərində satıb yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində özü ilə kəndir götürərək piyada Nic qəsəbəsinin ərazisindəki Oğuz rayonuna gedən asfalt örtüklü magistral yolun sağ tərəfindəki kənd camaatının sahibsiz heyvanlarını otlamaları üçün buraxdığı əkin sahəsinə gəlmişdir. Həmin yerdə 4-5 baş inək olmuş ki, onlar həmkəndlisi Zərərçəkmiş şəxs5 məxsus olmuşlar.Ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra Albertə məxsus 02 baş inəyi bir-bir tutub başlarını özü ilə gətirdiyi kəndirlə bağlayıb ayrı-ayrılıqda orada olan ağaclara bağlamışdır. Bundan sonra evlərinə gəlmişdir. Gecə saat 01 radələrində etibarnamə ilə idarə etdiyi Ford Transit yük markalı ** KL *** dövlət nömrə nişanlı avtomobillə Albertə məxsus 02 baş inəyi oğurladığı yerə gəlmişdir. İdarə etdiyi avtomobilin arxasını orada çökək bir yerə verib salaraq oğurladığı inəkləri bir-bir avtomobilə mindirib onları Şəki rayonunun mal bazarına apararaq orada heyvanların özünə aid olduğunu bildirərək inəyin birini sonradan tanıdığı İlqar adlı şəxsə 850 (səkkiz yüz əlli) manata, digərini isə Fəxri adlı şəxsə 900 (doqquz yüz) manata satmışdır. Bundan sonra evə qayıtmışdır. Əldə etdiyi pullardan 500 manatını oğurluqda istifadə edərək idarə etdiyi Ford Transit yük markalı ** KL *** dövlət nömrə nişanlı avtomobilin aylıq icarə haqqı pulunu avtomobilin sahibi Röyal adlı şəxsə göndərmiş, qalan pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurlayacağı heyvanları daşımaq üçün avtomobili olmadığından xx.xx.2023-cü il tarixdə “Lalafo” saytına girib oraya icarəyə verilən yük avtomobilləri axtarmağa başlamışdır. Həmin vaxtı orada Seymur adlı şəxsin Ford Transit markalı ** XR *** dövlət nömrə nişanlı yük avtomobili icarəyə verərək mobil telefon nömrəsini yerləşdirdiyini görüb ona zəng vurmuşdur. Seymur adlı şəxs ilə mobil telefonda avtomobili icarəyə götürmək mövzusunda danışdıqdan sonra xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gedərək Seymur ilə görüşüb avtomobilə baxıb Seymura yalandan həmin yük avtomobili ilə müxtəlif tərəvəzlərə məxsus turşular daşıyıb satacağını bildirib onunla avtomobili ayını 600 manata, 100 manatını isə avtomobil nasaz olduğu halda təmir etdirmək üçün depozit kimi vermək şərti ilə razılaşıb bir illiyə icarəyə götürmüşdür. Avtomobili idarə etmək üçün Seymur ona onlayın qaydada bir il müddətinə sürmə etibarnaməsi vermişdir. Bundan sonra Seymurdan icarəyə götürdüyü yük avtomobilini Qəbələ rayonunun Nic qəsəbəsinə gətirib Nic qəsəbəsinin girəcəyində saxlayıb qəsəbə ərazisinə aparmamış ki, qəsəbə sakinləri görər və bilərlər ki, avtomobil götürmüş təkrar oğurluq edəcəyini bilərək bu barədə polisə məlumat verərlər. Bu səbəbdən həmin yük avtomobilini Nic qəsəbəsinin girəcəyində Oğuz rayonuna gedən istiqamətdə dairə yaxınlığında saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən özü ilə kəndir götürüb özü tək piyada qəsəbə sakinlərinə məxsus heyvanları oğurladığı “Alça Bağı” deyilən yerin sağ tərəfində yerləşən Oğuz rayon sakinlərinin heyvanlarını otlamaları üçün sahibsiz buraxdıqları Nic qəsəbəsinin ərazisində yerləşən “Gilan Holdingə” məxsus meyvə bağının yerləşdiyi kənarları açıq vəziyyətdə olan çaylaq və meşəlik sahəsinə tərəf gedərək orada sahiblərini tanımadığı bir neçə iribuynuzlu heyvanların otladıqlarını görmüşdür. Ətrafa nəzər salıb baxdıqdan sonra onu heç kimin görmədiyinə əmin olaraq həmin heyvanlardan 2 baş inəyi və 1 baş dişi cinsli dananı tutub oğurlayaraq başlarını özü ilə gətirdiyi kəndirlə bağlayıb kiminsə görə bilməyəcəyi həmin yerdə ayrı-ayrılıqda ağaca bağlayıb yaşadığı evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində evdən çıxıb Ford Transit markalı ** XR *** dövlət nömrə nişanlı avtomobilin yanına gəlib avtomobili işə salıb idarə edərək inəklərin olduğu yerə gəlmişdir. Avtomobili orada kənar bir yerdə kiminsə görə bilməyəcəyi yerdə saxlayıb işıqlarını söndürməklə oğurladığı 3 baş iribuynuzlu heyvanları özü tək bir-bir avomobilə mindirib həmin heyvanları satmaq üçün Şəki rayonununa gəlmişdir. Şəki şəhərinin girəcəyində bir nəfər qəssablıqla məşğul olan sonradan adı ona məlum olan Surət adlı şəxslə rastlaşıb satmaq üçün 2 baş inək və 1 baş dişi cinsli düyə gətirdiyini deyib heyvan satılan bazarın yerini soruşmuşdur. Həmin şəxs ona Şəki mal bazarının yalnız həftənin bazar günləri fəaliyyət göstərdiyini bildirmişdir. Guya həftənin günlərini səhf salmış kimi həmin gün bazar günü olmasını zənd edərək heyvan satmaq üçün bazara gəldiyini ona yalandan demişdir. Surət iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olan Şəki şəhərinin girəcəyində məcburi köçkün kimi müvəqqəti yaşayan Anar adlı şəxsə zəng vurub bu barədə ona məlumat vermişdir. Anar onun ünvanına gəlməsi bildirdiyi üçün oğurladığı iribuynuzlu heyvanları satmaq üçün onun yaşadığı ünvana aparmışdır. Anar heyvanlara baxdıqdan sonra öz aralarındada razılaşaraq onları ümumilikdə 2100 manat dəyərində ona satmışdır. Bundan sonra Qəbələ rayonuna geri qayıtmışdır. Əldə etdiyi pullardan 700 manatını Ford Transit markalı ** XR *** dövlət nömrə nişanlı avtomobilin icarə haqqını, 600 manatını isə əvvəlki oğurluqlarda istifadə etdiyi Ford Transit yük markalı ** KL *** dövlət nömrə nişanlı avtomobilin icarə pulunu vermişdir. Yerdə qalan 800 manat pulu isə istintaqa təqdim etmişdir. Hadisənin ertəsi gün ona məlum olmuş ki, oğurlayaraq Anar adlı şəxsə satdığı 01 baş inək və 01 baş dişi cinsli düyə Eldənizə, 01 baş inək isə Mənsur adlı Oğuz rayon sakinlərinə məxsus olmuşlar. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təsərrüfatına məxsus 02 baş inək heyvanı olmuş ki, onlardan bir başı 2023-cü ilin avqust ayının əvəllərində yaşadığı və qeydiyyatda olduğu Nic qəsəbəsinin ərazisindəki örüş sahəsindən yoxa çıxmışdır. Belə ki, 02 baş heyvanını otlamaları üçün hər səhər saat 9 radələrində yaşadığı evdən təxminən 2-3 kilometr uzaqlıqda yerləşən “Alça bağı” adlanan kolluqdan, açıq sahəlikdən və ağaclıqdan olan örüş sahəsinə buraxırmış. Heyvanları həyətindən açıb buraxdıqdan sonra onlar özləri otlağa gedirlərmiş, axşam tərəfi hava qaralana yaxın saat 17-18 radələrində özləri həyətə qayıdaraq gəlirlərmiş. Həmin əraziyə ondan başqa qəsəbənin digər bir neçə nəfər sakini heyvanlarını buraxır. Heyvanları örüş sahəsində heç kim güdmür, özləri nəzarətsiz qaydada otluyurlar. Təxminən 09 avqust 2023-cü il tarixdə saat 9 radələrində 02 baş inəyini açıb həyətindən buraxmış, onlar “Alça bağı” adlanan örüş istiqamətinə getmişlər. Həmin gün axşam tərəfi inəklərindən biri həyətinə gəlmiş, digəri isə gəlməmişdir. 1 həftə, 10 gün ərzində örüş sahəsinə gedib orada və ətraf ərazilərdə heyvanını axtarsada tapa bilməmişdir. Elə zənd etmiş ki, 01 baş inəyi naməlum istiqmətə gedərək itmiş və yaxud da meşə ərazidə nəzarətsiz qalaraq vəhşi heyvan tərəfindən parçalanaraq tələf olmuşdur. Buna görə bu barədə Qəbələ RPŞ-nə inəyinin itməsi barədə ərizə ilə müraciət etmiş və bu barədə araşdırma aparılmış, lakin inəyi tapılmamışdır. Ona məxsus 01 baş inək yoxa çıxdıqdan sonra 2023-cü ilin sentyabr-oktyabr aylarında Nic qəsəbəsinin ərazisindəki örüş və otlaq sahəsindən həmkəndliləri Fidel, Albert, Ernest və Sevan adlı şəxslərə məxsus iribuynuzlu heyvanlar yoxa çıxmışdır. Sonradan məlum olmuşdur ki, həmin şəxslərə məxsus iribuynuzlu heyvanları həmkəndlisi Təqsirləndirilən şəxs oğurlamışdır. Bundan sonra ona məlum olmuş ki, ona məxsus 01 baş inək Nic qəsəbəsi ərazisində itməmiş və ya vəhşi heyvan tərəfindən tələf olmamış və həmin inəyi həmkəndlisi Təqsirləndirilən şəxs oğurlamışdır. Oğurluq nəticəsində ona 1800 manat məbləğində ziyan dəymişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və dəymiş ziyanın tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təsərrüfatına məxsus 02 baş inək heyvanı olmuş ki, onlardan bir başı 01 sentyabr 2023-cü il tarixdə örüş sahəsindən yoxa çıxmışdır. Belə ki, 02 baş heyvanını otlamaları üçün hər səhər saat 9 radələrində yaşadığı evdən təxminən 2-3 kilometr uzaqlıqda yerləşən Nic qəsəbəsinin “Alça bağı” adlanan kolluqdan, açıq sahəlikdən və ağaclıqdan olan örüş sahəsinə buraxırmış. Heyvanları həyətindən açıb buraxdıqdan sonra onlar özləri örüş sahəsinə gedib, axşam tərəfi saat 17-18 radələrində həyətə qayıdırlarmış. Həmin əraziyə ondan başqa qəsəbənin digər bir neçə nəfər sakini heyvanlarını buraxır. Heyvanları örüş sahəsində heç kim güdmür, özləri nəzarətsiz qaydada otluyurlar. Təxminən 01 sentyabr 2023-cü il tarixdə saat 9 radələrində 02 baş inəyini açıb həyətdən buraxmış və onlar “Alça bağı” adlanan örüş istiqamətinə getmişlər. Həmin gün axşam tərəfi inəklərindən biri həyətinə qayıdaraq gəlsə də, digəri isə gəlməmişdir. 1 həftə ərzində örüş sahəsinə gedib orada və ətraf ərazilərdə heyvanını axtarsa da tapa bilməmişdir. Elə zənd etmiş ki, 01 baş inəyi naməlum istiqmətə gedərək itmiş və yaxud da meşə ərazidə nəzarətsiz qalaraq vəhşi heyvan tərəfindən parçalanaraq tələf olmuşdur. Həmin məsələdən bir neçə gün keçdikdən sonra məlum olmuş ki, ona məxsus 01 baş inək Nic qəsəbəsi ərazisində itməmiş, həmin inəyi həmkəndlisi Təqsirləndirilən şəxs oğurlamışdır. Buna görə xx.xx.2023-cü il tarixdə Arif tərəfindən inəyinin oğurlanması barədə Qəbələ RPŞ-nə ərizə ilə müraciət edərək ondan şikayət etmişdir. Oğurluq nəticəsində ona 1300 manat məbləğində ziyan dəymişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və dəymiş ziyanın tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 06 sentyabr 2023-cü il tarixdə saat 9 radələrində yenədə adəti üzrə 1 baş inəyini açıb həyətindən buraxmış və inək “Alça bağı” adlanan örüş istiqamətinə getmişdir. Həmin günün axşamı inəyi örüş sahəsindən qayıdaraq həyətinə gəlməmişdir. Lakin örüş sahəsində olan digər qonşu və həmkəndlilərinin inəkləri geri qayıdaraq həyətlərinə gəlmişlər. Düşünmüş ki, hava tam qaralana kimi inəyi həyətinə gələr, lakin gəlməmişdir. Hava qaraldığı üçün inəyini buraxdığı otlaq sahəsinə gedib oranı eləcə də yaşadığı evin ətrafını axtarsa da inəyini tapa bilməmişdir. Səhər açıldıqdan sonra inəyi buraxdığı otlaq sahəsinə gedərək oradan eləcə də onun ətraf yerlərindən, hətda Bərdə rayonunun mal bazarına gedib inəyini axtarsada tapmamışdır. Əvvəl fikirləşmiş ki, inəyi otlaq sahəsində nəzarətsiz qaldığı üçün naməlum istiqamətə gedərək itibdir, buna görə 08 sentyabr 2023-cü il tarixdə Qəbələ RPŞ-nə gələrək 1 baş inəyinin naməlum şəraitdə itməsi barədə ərizə ilə müraciət etmişdir. Həmin ərəfələrdə həmkəndiləri Sevanın və Ernestin təssərrüfatlarına məxsus inəkləri yoxa çıxmışdır. Bu məsələdən təxminən 1 ay sonra dayısı Albertin təssərrüfatına məxsus 2 baş inəyini buraxdığı örüş sahəsindən yoxa çıxdığı üçün o, da Qəbələ RPŞ-nə inəklərinin tapılması üçün müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında dayısı Albert ilə birlikdə hevanlarını axtarmaq üçün Bərdə rayonunun mal bazarına getmişlər. Gecə saat 02 radələrində Bərdə rayonunun mal bazarında olarkən dayısı Albertə məxsus yoxa çıxmış 2 baş inəklərdən birini Qazel markalı ** DU *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerinə bağlanmış vəziyyətdə satıldığını görmüşdür. Dayısı Albert inəyini görən kimi onu tanımışdır. Qazelin yanında tanımadığı 1 nəfər şəxsə yaxınlaşıb, özünü şübhələndirmədən ondan özünə məxsus olan inəyi alırmış kimi qiymətini soruşmuş və həmin şəxs inəyi 1500 manata satıldığını demişdir. Bundan sonra dayısı Albert kənara çəkilib bu barədə zəng vuraraq Qəbələ RPŞ-nin polis əməkdaşlarına məlumat vermişdir. Bir neçə saat keçmiş polis əməkdaşları həmin yerə gəlmişlər. İnəyi satan şəxsə yaxınlaşdıqda o, bildirmiş ki, adı Səfərdir o, sürücü kimi gəlib inəyi satan isə İlqar adlı şəxsdir və onun işi olduğu üçün inəyin satılmasını ona tapşırıbdır. Polis əməkdaşları zəng vurub İlqar adlı şəxsi oraya çağırmışlar və ona bildirmişlər ki, onun satdığı inək dayısı Albertə məxsusdur və oğurlanmasında şübhə var. İlqardan inəyi kimdən aldığını soruşduqda bildirmiş ki, inəyi 4-5 gün öncə Şəki rayonunun mal bazarından tanımadığı şəxsdən alıbdır, lakin həmin şəxsi görərsə sifətindən tanıyar. Belə olub polis əməkdaşları bununla bağlı araşdırma aparılması üçün dayısı Albertə məxsus inəyi və onu satan şəxsi rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində araşdırma zamanı məlum olmuş ki, dayısı Albertə məxsus inəyi oğurlayaraq İlqara həmkəndlisi Təqsirləndirilən şəxs satıbdır. Polis əməkdaşları Arifi polis şöbəsinə çağırmışlar. Arif polis şöbəsinə gələrək dayısı Albertə məxsus 2 baş inəyi örüş sahəsindən oğurlayaraq satdığını etriraf etmişdir. Ariflə polislər sorğu keçiriən zaman o, əlavə olaraq müxtəlif vaxtlarda ona məxsus 1 baş inəyi, həmkəndliləri Ernestə məxsus 1 baş inəyi və Sevana məxsus 1 baş inəyi, eləcə də sahiblərini tanımadığı 03 baş inəyi qəsəbənin otlaq sahəsindən oğurlayaraq müxtəlif yerlərdə tanımadığı şəxslərə satdığını demişdir. Oğurluq nəticəsində ona 2200 manat məbləğində ziyan dəymişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və dəymiş ziyanın tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təsərrüffatına məxsus 3 baş yeni doğulmuş balaları olan inək heyvanı vardır. 16 sentyabr 2023-cü il tarixdə saat 9 radələrində 3 baş inəyini həyətindən açıb buraxaraq onlar “Alça bağı” adlanan örüş istiqamətinə getmişlər. Həmin gün axşam tərəfi inəkləri həyətinə geri qayıdaraq gəlməmişlər. Örüş sahəsinə gedib orada və ətraf ərazilərdə axşam saat 23 radələrinədək heyvanlarını axtarsa da tapa bilməmişdir. Ertəsi gün səhər saat 5 radələrində Nic həftə bazarına gedərkən həyətindən çölə çıxıb görmüş ki, inəklərdən iki başı həyətinin darvazanın qarşısında yolda, bir başı isə yoxdur. Həmin gün də inəyini axtarıb tapa bilmədiyindən qərara gəlmiş ki, bu barədə polisə məlumat versin. Buna görə də 18 sentyabr 2023-cü il tarixdə Qəbələ rayon polis şöbəsinə gələrək bir baş inəyinin örüş sahəsindən itməsi barədə ərizə yazmışdır.Çünki əvvəl fikirləşmiş ki, inəyi otlaq sahəsində nəzarətsiz qaldığı üçün naməlum istiqamətə gedərək itmiş və ya onu vəhşi heyvan parçalamışdır. Ondan əvvəl həmkəndliləri Fidelin bir baş, Sevanın bir baş və ondan sonra Albertin iki baş heyvanı otlaq sahəsindən yoxa çıxmışdır. xx.xx.2023-cü il tarixdə Fidel ona zəng vurub hazırda Qəbələ rayon polis şöbəsində olduğunu, inəklərini həmkəndliləri Arifin oğurladığını bildirmişdir. Buna görə polis şöbəsinə gələrək inəyinin Arif tərəfindən oğurlanması barədə ərizə yazıb ondan şikayətçi olmuşdur. Oğurluq nəticəsində ona 1900 manat məbləğində ziyan dəymişdir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və dəymiş ziyanın tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 07 oktyabr 2023-cü il tarixdə səhər saat 08:30 radələrində təsərrüfatında olan 5 baş inəyini otlaq sahəsinə buraxmışdır. Otlaq sahəsi yaşadığı evdən təqribən 700-800 metr məsafədə yerləşir. Axşam saat 18 radələrində inəklərindən 3 başı həyətinə qayıtmış, ancaq 2 başı qayıtmamışdır. Düşünmüş ki, harda olsa gəlib çıxarlar. Ancaq tam axşam düşsə də 2 baş inəyi geri qayıtmamışdır. Buna görə də səhəri gün tezdən otlaq sahəsini, eləcə də bütün qəsəbənin ərazisini axtarmağa başlamış, lakin inəklərini tapa bilməmişdir. Buna görə də 09 oktyabr 2023-cü il tarixdə 2 baş inəyinin itməsi barədə Qəbələ rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Düşünmüş ki, inəkləri otlaq sahəsindən naməlum istiqamətdə gedərək itmişlər. Buna baxmayaraq hər gün inəklərini bütün qəsəbə ərazisində, eləcə də yaxın kəndlərdə axtarmış ancaq tapa bilməmişdir. Bundan bir neçə gün keçəndən sonra inəklərni tapmadığı üçün düşünmüş ki, inəkləri oğurlanmışdır. Onların oğurlanmasını düşünərək fikirləşmiş ki, ətraf rayonların mal-qara satışı bazarlarına getsin ki, bəlkə oğurlanmış inəklərinə orada rast gəlsin. Bu məqsədlə bacısı oğlu Fidel ilə birgə 12 oktyabr 2023-cü il tarixdə Bərdə rayon mal bazarına getmişlər. Belə ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində Fidelin də 1 baş inəyi qəsəbə ərazisində başqa bir otlaq sahəsindən naməlum şəraitdə yoxa çıxmışdır. Saat 01:30 radələrində bazarda gəzən zaman özünə məxsus olan 01 baş inəyini həmin bazarda Qazel markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə boğazından kəndirlə bağlı vəziyyətdə satıldığını görmüşdür. İnəyi satan şəxsə yaxınlaşıb özünü şübhələndirmədən inəyi alırmış kimi onun qiymətini soruşmuşdur. Həmin şəxs ona inəyin sahibi başqa şəxs olduğunu, ancaq inəyi 1500 manata satıldığını bildirmişdir. Həmin şəxsə əlavə söz demədən kənara çəkilib bu barədə Qəbələ rayon polis şöbəsinin əməlliyyat müvəkkili Sərxan müəllimə zəng edib ona itmiş kimi bildiyi inəyini Bərdə rayonunda mal bazarında satılması barədə məlumat vermişdir. Bundan 2-3 saat keçmiş Qəbələ rayon polis şöbəsinin əməkdaşları Bərdə rayon mal bazarına gəlib Qazel markalı avtomobilin sahibi ilə söhbət edərək inəyin oğurluq olduğunu demişlər. Qazelin sürücüsü isə inəyin sahibi başqa şəxs olduğunu, onun şəxsi işi ilə əlaqədar inəyin satılmasını ona tapşırdığını deyib inəyin sahibinə zəng vurub oraya çağırmışdır. Az keçmiş inəyin sahibi yanlarına gəlmişdir. Həmin şəxs inəyi bir neçə gün əvvəl Şəki rayonunun mal bazarında tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin şəxsin adını və ünvanını bilməsə də görərsə tanıyacağını demişdir. Həmin şəxsdən digər inəyinin əlamətlərini bildirib soruşarkən həmin inəyi də o, inəklə birgə 07 oktyabr 2023-cü il tarixdə Şəki rayonunun mal bazarından aldığını, ancaq həmin inəyi bir neçə gün öncə Ağacabədi rayonunda adını bilmədiyi tanımadığı şəxsə 850 manata ətlik kimi satmışdır. Ancaq həmin şəxs inəklərin oğurluq olmasından xəbərsiz olduğunu demişdir. Belə olub bununla bağlı araşdırma aparılması üçün Qazel markalı avtomobil, həmin avtomobildə olan inəyi, sürücü və inəyini satan şəxs polis əməkdaşları ilə birlikdə Qəbələ rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində ona məlum olmuş ki, 2 baş inəyini həmkəndlisi Arif otlaq sahəsindən oğurlamışdır. Oğurluq nəticəsində ona 5800 manat məbləğində ziyan dəymişdir. Tapılan inək 2900 manat dəyərindədir, həmin heyvan ona qaytarılmışdır. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, ona daha ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 14 noyabr 2023-cü il tarixdə səhər saat 09 radələrində təsərrüfatında olan 01 baş inəyini və 01 baş dişi cinsli düyəsini həyətindən açaraq Nic qəsəbəsinin çaylaq və meşəlik ərazisinə sürmüşdür. Heyvanları örüş sahəsində heç kim güdmür, özləri nəzarətsiz qaydada otluyurlar. Həmin gün axşam tərəfi təsərrüfatına məxsus 01 baş inəyi və 01 baş dişi cinsli düyəsi həyətinə gəlmədikləri üçün onları tapmaq üçün axtarmağa başlamışdır. 2 gün ərzində həmin əraziyə gedib orada və ətraf ərazilərdə heyvanlarını axtarsa da tapa bilməmişdir. Elə zənd etmiş ki, inəyi və danası naməlum istiqmətə gedərək itmiş və yaxud da meşə ərazidə nəzarətsiz qalaraq vəhşi heyvan tərəfindən parçalanaraq tələf olmuşdur. Lakin sonradan ona məlum olmuş ki, ona məxsus 01 baş inək və 01 baş düyə itməmiş, heyvanlar Qəbələ rayonunun Nic qəsəbə sakini Arif adlı şəxs tərəfindən oğurlanmışdır. Oğurluq nəticəsində ona 3400 manat məbləğində ziyan dəymişdir. Dəymiş ziyandan ona 1000 manat pul qaytarılmışdır. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və dəymiş ziyanın tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 14 noyabr 2023-cü il tarixdə səhər saat 08:30 radələrində təsərrüfatında olan 2 baş inəyini həyətindən açaraq Nic qəsəbəsinin çaylaq və meşəlik ərazisinə sürmüşdür. İnəklərdən biri kənd camaatının inəkləri ilə birlikdə getsə də digər getməyib həyətinin qapısında qalmışdır. Heyvanları örüş sahəsində heç kim güdmür, özləri nəzarətsiz qaydada otluyurlar. Həmin gün axşam tərəfi təsərrüfatına məxsus 01 baş inəyi həyətinə gəlmədiyi üçün onu tapmaq üçün axtarmağa başlamışdır. 2 gün ərzində həmin əraziyə gedib orada və ətraf ərazilərdə inəyini axtarsa da tapa bilməmişdir. Elə zənd etmiş ki, inəyi naməlum istiqmətə gedərək itmiş və yaxud da meşə ərazidə nəzarətsiz qalaraq vəhşi heyvan tərəfindən parçalanaraq tələf olmuşdur. Lakin sonradan ona məlum olmuş ki, ona məxsus 1 baş inək itməmiş, inəyi Qəbələ rayonunun Nic qəsəbə sakini Arif adlı şəxs tərəfindən oğurlanmışdır. Oğurluq nəticəsində ona 2300 manat məbləğində ziyan dəymişdir. Dəymiş ziyandan ona 800 manat pul qaytarılmışdır. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və dəymiş ziyanın tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Şəki rayonunda qəssab olan Surət adlı şəxs ona zəng vuraraq bir nəfər şəxsin satmaq üçün 03 baş inək gətirdiyini həmin heyvanları alıb-almadığını soruşmuşdur. Surətə heyvanları almaq istədiyni bildirdikdə Surət ona demiş ki, “həmin şəxs mənə özünü Oğuz rayonunun Xaçmaz kəndindən olduğunu deyir Oğuz rayonuna gedir yolun kənarına çıx gəlir”. Belə olub yolun kənarına çıxaraq az keçmiş həmin şəxs idarə etdiyi Ford Transit yük markalı ** XR *** dövlət nömrə nişanlı avtomobillə gəlmişdir. Heyvanlara baxdıqda həmin heyvanlar 02 baş inəkdən və 01 baş dişi cinsli düyədən ibarət olmuşdur. Arifə heyvanları ondan 2100 manata ala biləcəyini demişdir. Arif ona “gözlə anama zəng vurum bu barədə məlumat verim razıdırsa həmin qiymətə heyvanları sənə verəcəm” sözlərini deyib kənara çəkilərək, telefonu qulağına tutub danışırmış kimi yenidən ona yaxınlaşıb heyvanları ona ümumilikdə 2100 manata satmağa razı olmuşdur. Arifdən aldığı 3 baş iribuynuzlu heyvanları həyətində 1 gün saxladıqdan sonra həmin heyvanları xx.xx.2023-cü il tarixdə Bərdə rayonunun mal bazarına apararaq tanımadığı şəxslərə 02 baş inəyin hər birini 1000 manata dişi cinsli dananı isə 800 manata ümumilikdə isə 2800 manat dəyərində satmışdır. xx.xx.2023-cü il tarixdə Qəbələ RPŞ-nə dəvət edilərək ifadəsi alınan zaman bilmiş ki, Arifin ona satdığı heyvanlar oğurluqdur və Oğuz rayonunun Dəymədağalı kənd sakinləri Eldəniz və Mənsur adlı şəxslərə məxsusdur. Şahid3 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəni, istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2023-cü il tarixli, 9/8737 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən iribuynuzlu heyvanların 2023-cü ilin sentyabr-oktyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 11750,00 manat müəyyən edilir. Həmin iribuynuzlu heyvanların ayrı-ayrılıqda çəkisi və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2023-cü il tarixli, 9/8916 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş dişi cinsli 4-5 yaşında 8 aylıq boğaz diri çəkisi 200-250 kiloqram olan sağlam inəyin 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1800,00 manat müəyyən olunur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 9/9074 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 03 adda iribuynuz heyvanların 2023-cü ilin noyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5700,00 manat müəyyən edilir. Həmin heyvanların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 1(025)-12/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onun özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayətlərini təkrar və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağın olmasını, zərərşəkmiş şəxslərə dəymiş ziyanın qismən (A.A.Aşotoviçə 2900 manat dəyərində bir baş inəyi qaytarılmış, Zərərçəkmiş şəxs7 1000 manat və Zərərçəkmiş şəxs6 800 manat ödənilmişdir) ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 13 oktyabr 2023-cü il tarixdən 15 oktyabr 2023-cü il tarixədək hazırki iş üzrə tutulub saxlanıldığı müddəti (02 gün) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 800 (səkkiz yüz) manat pul vəsaiti, bir baş iribuynuzlu inək, “Ford Transit” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı və “Ford Transit” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinin sərəncamında saxlanılmış hesab edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadrə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 800 (səkkiz yüz) manat pul vəsaiti, bir baş iribuynuzlu inək, “Ford Transit” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı və “Ford Transit” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinin sərəncamında saxlanılmış hesab edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-9/2024
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-9/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver