Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-9/2025 02.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, müdafiəçilər, X2 və Müdafiəçi2 Sabiqət oğlunun iştirakı ilə, xx.xx.2001-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Qəbələ rayonu, Kürd kəndində qeydiyyatda olub Qəbələ rayonu, Kürd kənd İƏD Qaş Y/S-də yaşayan və barəsində «polisin nəzarəti altına vermə » qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə , xx.xx.1996-cı ildə Qəbələ rayonu Çarxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də gözətçi vəzifəsində işləyən, Qəbələ rayonu, Çarxana kəndində yaşayan və barəsində «polisin nəzarəti altına vermə » qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ondan ötrü təqsirləndirilir ki, o, xx.xx.2024-cü il tarixdə saat 15:54 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmaqla ayıq vəziyyətdə etibarnamə ilə idarə etdiyi Volkswagen Passat minik marka və modelli, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonu Böyük Pirəli kəndindən keçən hissəsində üzü Qəbələ şəhərinin mərkəzi istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37.1.11, 37.4.1, 37.4.2, 37.4.3, 37.4.4, 50.1 və 50.2.1-ci maddələrinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq idarə etməməli, yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından hesab edilən uşaqların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməyə borclu olduğu, eləcə də yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalı yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənəri qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə(tərəfə) bu və ya digər vasitə ilə çatdırmalı, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli olan xəsarət aldığı halda onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli olduğu halda həmin Qanununun yuxarıda göstərilən tələblərinə riayət etməyərək, texniki cəhətdən saz vəziyyətdə olan “Volkswagen Passat” minik marka və modelli, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürət həddini aşmaqla 90 km/saat sürətlə idarə edərkən, yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından hesab edilən xx.xx.2015-ci il təvəllüdlü olmalqa 9 yaşlı uşaq X5 Ağdaş istiqamətinə hərəkəti nəzərdə tutan əks istiqamətli hərəkət hissəsinə yolun sol kənarından daxil olaraq sağa onun hərəkətdə olduğu zolağa doğru qaçmaqla piyada hərəkət etdiyini, bununla da hərəkəti üçün təhlükənin yarandığını, həmin təhlükənin davam edərək azyaşlının hərəkət hissələrini ayıran beton bardürün üstünə çıxıb hərəkətini dayandırmadan qaçışla davam etdirib onun hərəkət zolağına çıxdığını və sağa doğru yolu keçmək istədiyini gördüyü halda buna məhəl qoymayaraq və yuxarıda qeyd olunan qanunun 50.1-ci maddəsinin tələbinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, həmin tələbə əməl etməyərək vaxtında mümkün olan texniki tədbirləri görməklə idarə etdiyi avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmayıb azyaşlı piyadanın yolu təhlükəsiz şəkildə keçməsinə şərait yaratmamış, buna görə də azyaşlı piyada X3 hərəkət zolağında avtomobilinin ön hissəsi ilə vurmuş, nəticədə ehtiyyatsızlığından sonuncunun hadisə zamanı sağ böyrək ətrafı toxumaya qansızma, sağ bud sümüyünün orta 1/3-nin açıq yerini dəyişən qəlpəli sınığı, çanağın sağ oma-qalça birləşməsinin sınığı, sağ budun içəri orta 1/3-nin əzilmiş-cırılmış yarası, çanağın sağ qalça darağı nahiyyəsinin, sol sarğının və sol diz oynağının bayır tərəfinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aid bədən xəsarətləri yetirməsinə səbəb olan yol hərəkət qaydalarını pozma cinayətini törətməklə hadisə yerindən qaçaraq Qəbələ rayon Hacıalılı kəndi istiqamətinə getmişdir. Təqsirləndirilən şəxs2 ondan ötrü təqsirləndirilir ki, o, xx.xx.2024-cü il tarixdə saat 15:54 radələrində idarə etmək hüququ olmaqla ayıq vəziyyətdə X7 məxsus idarə etdiyi VAZ2106 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonun Böyük Pirəli kəndi ərazisində “Araz İnşaat” adlı tikinti materiallarının satışı məntəqəsinin qarşısından keçən hissəsində Qəbələ şəhərinin mərkəzi istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37.1.11, 37.4.1, 37.4.2, 37.4.3, 37.4.4, 50.1 və 50.2.1-ci maddələrinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq idarə etməməli, yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından hesab edilən uşaqların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməyə borclu olduğu, eləcə də yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalı yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənəri qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə(tərəfə) bu və ya digər vasitə ilə çatdırmalı, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli olan xəsarət aldığı halda onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli olduğu halda həmin Qanununun yuxarıda göstərilən tələblərinə riayət etməyərək, texniki cəhətdən saz vəziyyətdə olan VAZ2106 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürət həddini aşmaqla 70 km/saat sürətlə idarə edərkən, yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından hesab edilən xx.xx.2015-ci il təvəllüdlü olmalqa 9 yaşlı uşaq X5 Ağdaş istiqamətinə hərəkəti nəzərdə tutan əks istiqamətli hərəkət hissəsinə yolun sol kənarından daxil olaraq sağa onun hərəkətdə olduğu zolağa doğru qaçışla piyada hərəkət edib, ondan öndə ötmədə olan və sol hərəkət zolağı ilə hərəkət edən Təqsirləndirilən şəxs1 idarə etdiyi “Volkswagen Passat” minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxdığını, həmin anda Volkswagen Passat” minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün tormozlama edib avtomobili sola doğru istiqamətləndirdiyini gördüyü, bununla da hərəkəti üçün təhlükənin yarandığını, həmin təhlükənin davam edərək, “Volkswagen Passat” minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün azyaşlını avtomobilin ön hissəsi ilə vurduqdan sonra piyadanın onun hərəkətdə olduğu sağ hərəkət zolağına asfalt örtüklü yolun üzərinə düşdüyünü gördüyü halda buna məhəl qoymayaraq və yuxarıda qeyd olunan Qanunun 50.1-ci maddəsinin tələbinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, həmin tələbə əməl etməyərək vaxtında mümkün olan texniki tədbirləri görməklə idarə etdiyi avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmamış, buna görə də asfalt örtüklü hərəkət zolağına düşmüş azyaşlı piyada X5 baş nahiyyəsinin üzərindən idarə etdiyi avtomobilin sol qabaq təkər hissəsi ilə keçmiş, nəticədə ehtiyyatsızlığından sonuncunun hadisə zamanı aldığı başın deformasiyası, ağır açıq kəllə beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sınığı, burun sümüyünün kökü hissədən yerini dəyişən sınığı, başın sol təpə, sol alın nahiyyəsinin əzilmiş-cırılmış yaraları və üzün sol tərəfinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır bədən xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olan yol hərəkət qaydalarını pozma cinayətini törətməklə hadisə yerindən qaçaraq Qəbələ şəhəri istiqamətinə getmişdir. İşdə olan AR SN Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi Qəbələ rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 19 nömrəli “meyitin ekspertizası” rəyinə əsasən X5 meyitində başın deformasiyası, ağır açıq kəllə beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınığı, burun sümüyünün kökü hissədən yerini dəyişən sınığı, çanağın sağ oma-qalça birləşməsinin sınığı, sağ bud sümüyünün orta 1/3-nin açıq yerini dəyişən qəlpəli sınığı, başın sol təpə, sol alın nahiyyəsinin, sağ budun içəri orta 1/3-nin əzilmiş-cırılmış yaraları, üzün sol tərəfinin, çanağın sağ qalça darağı nahiyyəsinin, sol sarğının və sol diz oynağının bayır tərəfinin sıyrıqları kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 12 oktyabr 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində piyadada törənə bilər. Bədən xəsarətlərinin ağırlıq dərəcəsinə görə ağır ölümlə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aiddir; X5 ölümünə səbəb başın deformasiyası, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sınığı ilə müşayiət olunan baş beyin toxumasının ağır dərəcəli əzilməsi olmuşdur və hadisə vaxtı aldığı həmin xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqəsi vardır; X5 meyitində aşkar edilmiş xəsarətlər küt alətin(əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 12 oktyabr 2024-cü il tarixdə törənməsinə uyğun gəlir. Dərəcəsinə görə həmin xəsarətlər ağır ölümlə nəticələnən və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətləri kimi qiymətləndirilir; X5 bədəni üzərində qeyd olunan xəsarətlərdən sağ böyrək ətrafı toxumaya qansızma, sağ bud sümüyünün orta 1/3-nin açıq yerini dəyişən qəlpəli sınığı, çanağın sağ oma-qalça birləşməsinin sınığı, sağ budun içəri orta 1/3nin əzilmiş-cırılmış yarası, çanağın sağ qalça darağı nahiyyəsinin, sol sarğının və sol diz oynağının bayır tərəfinin sıyrıqları hərəkətdə olan minik avtomobili tərəfindən vurularaq törənə bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə, başın deformasiyası, ağır açıq kəllə beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sınığı, burun sümüyünün kökü hissədən yerini dəyişən sınığı, başın sol təpə, sol alın nahiyyəsinin əzilmiş-cırılmış yaraları və üzün sol tərəfinin sıyrıqları isə hərəkətdə olan minik avtomobilinin təkərinin asfalt səth üzərində başın üstündən keçməsi nəticəsində törənə bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aiddir. AR CM-nın 1.3-cü madəsinə əsasən cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxslərin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq olunur. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab edilir. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası” Qaydalarının 6-cı bəndinin 1-ci abzastına əsasən insan həyatı üçün təhlükəlilik sağlamlığa ağır zərər vurmanın ayrıca xüsusi əlamətidir. Məhkəmə hesab edir ki, AR CM-nın müvafiq maddələrində nəzərdə tutulan ayrıca cinayət tərkibi hər bir halda yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə konkret nəticə (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərvurma və ya ölüm) arasında səbəbli əlaqəni müəyyən edir. Baş vermiş yol nəqliyyat hadisəsində yetirilmiş xəsarətlər nədə ifadə olunmasından asılı olmayaraq bütün hallarda konkret cinayət hadisəsi üzrə nəticə ilə bağlı olduğundan AR CMnın 263.1-1 və 263.2-ci maddələrində nəzərdə tutulan cinayət tərkibibinin tövsifedici əlamətlərinə daxil deyil. AR CPM-nin 7.0.1-ci maddəsinə əsasən cinayət hadisəsi-cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. AR CPM-nin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. İttiham aktının təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs1 tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37.1.11, 37.4.1, 37.4.2, 37.4.3, 37.4.4, 50.1 və 50.2.1-ci maddələrinin tələblərinin pozulmasına görə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X5 ölməsi (ekspert rəyi ilə təsdiq olunur) qeyd olunmuş, lakin nəticəvi hissədə ona qarşı irəli sürülən ittiham cinayət qanunun müvafiq maddəsinin tərkib əlamətləri ilə uyğunlaşdırılmayaraq tamamilə fərqli məzmunda (zərərçəkmiş şəxs X1 Ağır zərər vurma əlamətlərinə aid bədən xəsarətləri yetirməyə görə) təsvir edilməklə AR CPM-nin 289-cü maddəsinin tələblərinə əməl edilməmiş, eyni zamanda cinəyət hüququnun mahiyyəti təhrif edilmişdir. AR CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci və ya 296.2-ci maddələrinin tələblərinə uyğun olmaması kobud pozuntu hesab edilir və cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 AR CM-nın 263.1-1 və 264-cü maddələri, Təqsirləndirilən şəxs2 AR CM-nın 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktı nəticəvi hissədə Təqsirləndirilən şəxs1 qarşı irəli sürülən ittihamın təsviri təsviriəsaslandırıcı hissədə müəyyən edilən başa çatmış cinayət hadisəsinin nəticəsini olduğu kimi əks etdirmədiyindən AR CPM-nin 289-cü maddəsinin tələblərinə uyğun deyil. Cinayət işinin mahiyyəti üzrə qanuni həlli qeyd olunanlara görə mümkün olmadığından pozuntunun məhkəməyədək icraat zamanı aradan qaldırılmasından ötrü işin baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 299, 300.1.5 və 303.3.6-cı maddələrini rəhbər tutaraq QƏRARVERDİ: Təqsirləndirilən şəxs1 AR CM-nın 263.1-1 və 264-cü maddələri, Təqsirləndirilən şəxs2 AR CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(025)-9/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-9/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver