Məhkəmə qərarları › İş №1(026)-1/2021

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-1/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-1/2021 27.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Novruz oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və X3 iştirakı ilə, 27 aprel 2021-ci il tarixdə Qobustan şəhərində Təqsirləndirilən şəxs – xx xxxxxx 1977-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, subay, ali təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan- Azərbaycan Respublikası CM-in 178.2.2, 289.1 və 315.1-ci (köhnə redaksiyada) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2015-ci ilin yanvar ayında Şamaxı rayonu ərazisində nümayəndəlik fəaliyyəti göstərərkən əvvəlcədən cinayət işləri üzrə təqsirləndirilən şəxslərə hər hansı hüquqi yardım göstərmək, səlahiyyətinin və imkanının olmadığını bilə-bilə Şamaxı şəhər sakini Zərərçəkmiş şəxs9 oğlu Şahid15 Bakı şəhəri Nəsimi rayonu ərazisində törətdiyi cinayət əməlinə görə Nəsimi rayon polis idarəsində istintaqı aparılan cinayət işi üzrə məsuliyyətdən və həbsdən azad etdirəcəyini vəd edərək müxtəlif vəzifəli şəxslərə vermək adı altında, nümayəndəlik fəaliyyəti və hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı müqavilə bağlamadan 2500 manat məbləğində pulu Şamaxı şəhərində yerləşən ofisində Zərərçəkmiş şəxs9 alaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2015-ci ilin fevral ayında Şamaxı rayonu, Sabir qəsəbə sakinləri Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və X2 yaşadıqları qəsəbə ərazisində yerləşən torpaq sahələri ilə əlaqədar mübahisəyə Şamaxı rayon Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi qiymət verilməsini və bu səbəbdən də mübahisə ilə bağlı hər hansı məhkəmə perspektivinin olmadığını bilə-bilə mübahisənin məhkəmə yolu ilə həll edilməsini onlara vəd edib özünə qarşı etibar yaradaraq xidmət haqqı və müxtəlif vəzifəli şəxslərə vermək adı ilə nümayəndəlik fəaliyyəti və hüquqi yardım göstərilməsi ilə əlaqədar bununla bağlı müqavilə bağlamadan eyni vaxtda və vahid niyyətlə, Zərərçəkmiş şəxs4 1600 manat, Zərərçəkmiş şəxs6 800 manat, Minayə Nuriyevanın 800 manat olmaqla, ümumilikdə 3200 manat pulu Zərərçəkmiş şəxs4 oğlu Şahid19 Şamaxı şəhərində yerləşən ofisində alaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən 2016-cı ilin sonlarında Şamaxı rayonu ərazisində nümayəndəlik fəaliyyəti göstərərkən əvvəlcədən səlahiyyətinin və imkanının olmadığını bilə-bilə Şamaxı şəhər sakini Zərərçəkmiş şəxs8 qəzalı vəziyyətdə olan evinə görə 15000 manat məbləğində sığorta ödənişi alacağını vəd edərək onu müxtəlif vəzifəli şəxslərlə görüşdürərək özünə qarşı etibar yaradıb xidmət haqqı və müxtəlif vəzifəli şəxslərə vermək adı ilə, nümayəndəlik fəaliyyəti və hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı müqavilə bağlamadan 2500 manat məbləğində pulu Şamaxı şəhərində yerləşən ofisində Zərərçəkmiş şəxs8 alaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Təkrarən 2017-ci ildə özünü vəkil kimi təqdim edərək Şamaxı rayonu Əngəxaran kənd sakini Zərərçəkmiş şəxs10 qardaşı Eldəniz İsfalıyevin mərhum atası Məmməd İsfalıyevə məxsus evi ondan xəbərsiz və icazəsi olmadan satması ilə əlaqədar hüquqlarının məhkəmə yolu ilə bərpa edə bilməyəcəyini əvvəlcədən bilə-bilə vəd edərək özünə qarşı etibar yaradıb xidmət haqqı və müxtəlif vəzifəli şəxslərə vermək adı ilə nümayəndəlik fəaliyyəti və hüquqi yardım göstərilməsi ilə əlaqədar heç bir müqavilə bağlamadan və yalnız 500 manat pulun alınmasına dair qəbz təqdim etməklə vahid niyyətlə ilk öncə 150 manat, ardınca iki dəfə 500 manat olmaqla, ümumilikdə 1150 manat məbləğində pulu Şamaxı şəhərində yerləşən ofisində Zərərçəkmiş şəxs10 alaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Təkrarən 2020-ci ilin yanvar ayında, Şamaxı rayonu ərazisində 05 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələdən zərər görmüş evləri ilə əlaqədar hüquqlarının pozulmasını hesab edən Şamaxı şəhər sakini Zərərçəkmiş şəxs7 özünü vəkil kimi təqdim edərək özünün heç bir faktiki, hüquqi imkanı və vəkil statusu olmadan dövlət tərəfindən bir mənzil verilməsini məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə təmin edəcəyini bildirib özünə qarşı etibar yaradaraq xidmət haqqı və müxtəlif vəzifəli şəxslərə vermək adı ilə, nümayəndəlik fəaliyyəti və hüquqi yardım göstərilməsi ilə əlaqədar heç bir müqavilə bağlamadan 2500 manat pul tələb edib 1050 manat məbləğində pulu Şamaxı şəhərində yerləşən ofisində Zərərçəkmiş şəxs7 alaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, 14 may 2020-ci il tarixdə, saat 18 radələrində barəsində Şamaxı rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis kapitanı Şahid21 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokola Şamaxı rayon məhkəməsində X24un sədrliyi ilə baxılıb barəsində 25 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar elan olunduqdan dərhal sonra zərərçəkmiş şəxs qismində məhkəmə baxışının iştirakçısı olan Zərərçəkmiş şəxs3 ucadan nalayiq söyüşlər söyüb onun şəxsiyyətinə ədəbsiz formada mənfi qiymət verərək onu təhqir edib məhkəməyə hörmətsizlik etmişdir. 14 may 2020-ci il tarixdə, saat 18 radələrində Şamaxı rayon məhkəməsinin inzibati binasında yerləşən iclas zalında zərərçəkmiş şəxs qismində məhkəmə baxışının iştirakçısı olan Zərərçəkmiş şəxs3 ucadan nalayiq söyüşlər söyüb təhqir etməklə məhkəməyə hörmətsizlik edərkən həmin vaxt xidməti vəzifələrini icra edərək məhkəmə iclas zalında təhlükəsizliyin təmin olunması və asayişin bərpa olunması məqsədilə onu məhkəmə iclas zalından çıxartmağa çalışan polis əməkdaşlarına qarşı fəal qanunsuz hərəkətlər edərək Şamaxı rayon polis şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 itələmiş, sonuncunun mühafizə altında olan şəxslərin saxlanılması üçün nəzərdə tutulan kameranın dəmir barmaqlıqlarına dəyməsi nəticəsində ona sol çiyin nahiyəsinin qançırı kimi, həmçinin onu tutub saxlamaq istəyən Şamaxı rayon polis şöbəsinin post-patrul xidməti bölüyünün komandiri Zərərçəkmiş şəxs1 sağ əlin arxa səthində 1-ci (böyük) barmaq proyeksiyasındakı səthi sıyrıq kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirməklə hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 289.1 və 315.1-ci (köhnə redaksiyada) maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi göstərilənlərə əsasən tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 289.1 və 315.1-ci (köhnə redaksiyada) maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs3 iş yoldaşı olmuşdur. Qızqayıtın övladının toyu olub, Şəlalə onu həmin toya dəvət edib, o da Qızqayıtı oradan tanımışdır. Qızqayıtla başqa heç bir münasibəti olmamışdır. Onun oğlu Məhəmməddən pul almamışdır. Zərərçəkmiş şəxs3, Şahid7 və digərlərindən 2019-cu ilin aprel ayından şikayətçi olduğundan rayon prokuroru Müşfiq Səfərovun sifarişi ilə həbs edilmişdir. Bu gün də həmin şəxslərin diktəsi ilə vətəndaşlardan barəsində yalan və böhtanlardan ibarət ərizə və şikayətlər yazılır. Zərərçəkmiş şəxs8 onun sinif yoldaşı olmuşdur, yaxşı münasibətləri olmuşdur. Münasibətlərinin xatirinə Sadiqin müraciətləri üzrə keçirilən məhkəmə iclaslarında nümayəndə kimi iştirak etmiş, lakin pul almamışdır. Sadiq ona yalnız 5 manat çay pulu vermiş, yol xərclərini çəkmişdir. Zərərçəkmiş şəxs4 şikayəti ilə əlaqədar İbrahim adlı şəxslə danışaraq xidməti haqqını almış, əvəzində qəbz vermişdir. Zümrüd İsfaliyevanın müraciətləri də yalandır. İbrahimdən xidmətinin müqabilində 500 manat pul almış, əvəzində qəbz təqdim etmişdir. X5 övladına müxtəlif məktəb ləvazimatları və paltarları alaraq 280 manata yaxın pul xərcləmişdir. Zərərçəkmiş şəxs7 yaxın qohumu ona yaxınlaşıb demişdir ki, evləri zəlzələ zamanı yararsız hala düşmüşdür. Ona da nümayəndə kimi müraciət etmişlər. O, Samirəni görməmişdir, pulu ona Samirənin yaxın qohumu vermişdir. Zərərçəkmiş şəxs7 bacısının vərəsəliklə bağlı sənədlərinin yığılması üçün ona həmin sənədlərə çəkilən xərclər ödənilmiş, o da bu barədə qəbz təqdim etmişdir. 14 may 2020-ci il tarixdə məhkəmədə hər hansı hörmətsizlik edərək polisə müqavimət göstərməmişdir. Zərərçəkmiş şəxs3, özü və qızı Şahid1 ilə birlikdə onu məhkəmədə təhqir etmişdir. O, Zərərçəkmiş şəxs3 və digərlərindən 2019-cu ildən bu günədək ardı-arası kəsilməyən şikayətlər vermiş və Şahid7 və digərləri onu aldadaraq 4000 manat və vətəndaşları aldadaraq müxtəlif məbləğlərdə pulları dələduzluq yolu ilə aldığını bildirmişdir. Bu barədə Şamaxı rayon prokurorluğunda araşdırma aparılsa da, prokuror Müşfiq Səfərov cinayətkarları maddi maraqları əsasında ört-basdır etmişdir. Onlar öz əməllərini ört-basdır etmək üçün ona şər-böhtanlar atırlar. Polis əməkdaşlarına qarşı heç bir hörmətsizlik etməmişdir. Əvvəllər hüquq sahəsində fərdi sahibkar qismində vətəndaşlara hüquqi yardım xidməti fəaliyyəti göstərmiş, sonradan qanunvericiliyə dəyişikliklər edildiyindən həmin fəaliyyət növünü dəyişdirərək hal-hazırda başqa sahədə sahibkarlıqla məşğul olur. Zərərçəkmiş şəxs3 uzun müddətdir ki, tanıyır. Əvvəllər onunla münasibətləri normal olmuş, son bir ildə isə münasibətləri korlanmışdır. Təxminən bir il bundan qabaq vətəndaşların müraciətləri əsasında Zərərçəkmiş şəxs3 və digərlərinin qanunsuz hərəkətləri barəsində Şamaxı rayon prokurorluğuna müraciət etdiyinə görə Şəlalə ona qarşı düşmənçilik etmiş, barəsində müxtəlif instansiyalara haqsız şər-böhtandan ibarət şikayətlər etmişdir. Şəlalə dəfələrlə onu gördüyü yerdəcə təhqir etmişdir. Hətta Bakı şəhərində 20 Yanvar metrosu yaxınlığında Şəlalə yolda onu təhqir etmiş, bu barədə həmin ərazinin aid olduğu polis bölməsində araşdırılmış, Şəlalə üzr istədiyinə görə məsələ bağlanmışdır. Son olaraq Zərərçəkmiş şəxs3 oyun quraraq 29 yanvar 2020-ci il tarixdə öz işləri ilə əlaqədar Şamaxı rayonu, Quşçu kəndində olarkən Zərərçəkmiş şəxs3 yanında bir neçə şəxslə izləyərək onun qarşısını kəsmiş, ardınca onu təhqir etmiş, daha sonra bu barədə yalandan guya döyülməsi barədə şikayətlər etmişdir. Bundan sonra həmin material Şamaxı rayon polis şöbəsində araşdırılsa da, hazırkı vaxta qədər müvafiq qərar qəbul olunmamış və yaxud da qərar qəbul olunsa da, məlumatı olmamışdır. Dəfələrlə Şamaxı RPŞ-yə gələrək təhqiqatçı Bəhlul Məliklidən qərar qəbul olunub-olunmaması ilə maraqlandıqda, təhqiqatçı materialın Şamaxı rayon prokurorluğunda olduğunu bildirmişdir. Lakin 14 may 2020-ci il tarixdə şöbənin İTB-nin sahə rəisi Şahid21 yaşadığı evə gələrək şəxsiyyət vəsiqəsini istədikdə Raufu tanıdığı üçün səbəbini soruşmadan vəsiqəsini vermişdir. Bir müddətdən sonra özü də şöbəyə getmişdir. Şöbədə Rauf ona həmin məsələ ilə bağlı Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib etdiyini və protokola baxılması üçün onu məhkəməyə çıxardacağını bildirmişdir. Protokol tərtib olunduqdan sonra tanış olmaq üçün ona təqdim edilməmişdir. Həmin vaxt hadisə zamanı yanında olan dostu Şahid10 barəsində də eyni məzmunlu inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hadisə barədə Şamaxı RPŞ-yə şikayəti etsə də, bilmədiyi səbəblərdən hadisənin məsuliyyəti onun üzərinə yıxılmışdır. Daha sonra saat 16-17 radələrində Şahid10lə birlikdə Şamaxı rayon məhkəməsinə getmişdir. Salehlə məhkəmənin inzibati binasının qarşısında məhkəmə iclasının başlanmasını gözləyərkən orada olan Zərərçəkmiş şəxs3 onu söyüşlərlə təhqir etmiş, həmçinin ona “bu gün prokurorluqda olmuşam, sübut edəcəm məhkəmə səni tapşırıqla həbs edəcək” deyə bildirmişdir. Təxminən saat 18 radələrində Şamaxı rayon məhkəməsinin hakimi Etibar Hümbətovun sədrliyi ilə protokollara baxılmağa başlanmışdır. Məhkəmə iclası zamanı şahidlərdən biri onun xeyrinə izahat vermiş, digər şahid dindirilməmişdir. Prosesdə hakimin elan etdiyi fasilədən istifadə edən Şəlalə onu təhqir etmiş, üzünə tüpürmüşdür. O, artıq Şəlalənin, əsasən də X24un bu qanunsuz hərəkətlərindən çox əsəbləşmişdir. Daha sonra hakim yenidən zala qayıdaraq əvvəlcə dindirdiyi şahidi dindirməyə davam etdirmiş, ona özünü müdafiə etmək imkanı yaratmamış, o, heç məhkəmədə tam ətraflı izahat, suallarını və vəsatətlərini verə bilməmişdir. Daha sonra hakim qərar qəbul etmək üçün müşavirə otağına gedib bir neçə dəqiqədən sonra geri qayıtmışdır. Hakim ilk öncə Şahid10 barəsində 20 gün, ardınca onun barəsində 25 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərarları elan etmişdir. Hakimin bu qərarı haqsız olmuş və o, haqsız yerə ləkələnmişdir. Bundan əlavə, nümayəndəlik fəaliyyəti ilə məşğul olan zaman qəbul edilmiş qərarları yuxarı instansiya məhkəmələrində ləğv etdirdiyi üçün Etibar Hümbətov ona qarşı dəfələrlə qərəzçilik etmişdir. Bu qanunsuzluqlar nəticəsində hakimin onun həbs olunmasına dair qəbul etdiyi haqsız qərardan narazı qaldığı üçün irad tutumaq məqsədilə “Allahın, pirin olsun”deyə bildirmişdir. Bundan sonra polislərlə birlikdə zaldan çıxmışdır. Məhkəmənin dəhlizində olarkən Etibar Hümbətov elə polis əməkdaşlarının əhatəsində olarkən ona yaxınlaşıb “Hələ bu azdı, sənin barəndə daha ciddi tədbirlər görüləcək”- deyə bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə məhkəmədən çölə çıxıb polis maşınına minmişdir. Hətta minməzdən öncə də polis əməkdaşları ilə birlikdə siqaret də çəkmişdir. Sonradan polis əməkdaşları ilə birlikdə Şamaxı RPŞ-yə getmişdir. Polis əməkdaşlarına müqavimət göstərməmiş, fiziki zor tətbiq edib xəsarət yetirməmiş, Zərərçəkmiş şəxs3 təhqir etməmiş, Zərərçəkmiş şəxs8 hüquqi xidmət göstərdiyinə görə Sadiq ona yalnız 300 manat məbləğində pul və etibarnamə vermişdir. Həmin pulun müqabilində Sadiqə qəbz vermişdir. Sadiq ona 2500 manat pul verməmiş, Sadiq məhkəmə mübahisəsi zamanı ona 2000 manat pul verəcəyini vəd etməsinə baxmayaraq verməmişdir. Vaxtı ilə Sadiqlə müqavilə bağlasa da, hüquqi yardım fəaliyyətini dayandırdığından həmin müqavilə onda olmamış, Davud adlı şəxsi tanımamışdır. Zərərçəkmiş şəxs4 və digərləri yalan danışır və onlara özünü vəkil kimi təqdim etməmişdir. Həmin şəxslərdən 3200 manat pul da almamışdır. Nə vaxtsa ərizə və şikayətlərin yazılması üçün xidmət haqqı kimi xırda məbləğdə pul alsa da bu barədə olan qəbzləri özlərinə təqdim etmişdir. Zümrüd İsfaliyevadan 1150 manat pul almamışdır. Zümrüddən sənədlərin toplanıb məhkəməyə təqdim edilməsi üçün cəmi 500 manat pul almış, Zümrüdlə bu barədə müqaviləsi olmuş, həmin müqaviləni Zümrüdə vermiş, surətini isə özündə saxlamamışdır, hətta Zümrüd övladının məktəbə getməsi üçün imkanının olmadığını bildirdikdə uşaq üçün pal-paltar və məktəb ləvazimatları almışdır. Zərərçəkmiş şəxs7 yalan danışır. Samirədən pul almamış, Samirəyə işinə kömək etmək məqsədilə sənədləri toplamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2009-cu ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etməklə, 2016-cı ildən Şamaxı rayon polis şöbəsinin PPX bölüyünün komandiri işləyir. 14 may 2020-ci il tarixdə saat 18.00 radələrində şöbə rəhbərliyinin tapşırığı əsasında şöbənin İTB-nin sahə rəisi Şahid21 tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Təqsirləndirilən şəxs işi üzrə keçirilən məhkəmə iclasında təhlükəsizliyin təmin olunması məqsədilə polis əməkdaşları Zərərçəkmiş şəxs2 və Şahid4la birlikdə Şamaxı rayon məhkəməsinin inzibati binasına getmişlər. Həmçinin digər bir proseslə əlaqədar Şamaxı MSY-nin əməkdaşları Şahid11 və Şahid12 də məhkəmə iclas zalında olmuşlar. İclasın yekununda Şamaxı rayon məhkəməsinin sədri X21 Xudaverdiyevin barəsində 25 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbirinin görülməsi barədə qərarı elan etmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin qərara etiraz əlaməti olaraq qışqırmağa başlamışdır. Həmçinin Aslan zalda olan proses iştirakçısı Zərərçəkmiş şəxs3 ona qarşı etdiyi qanunsuz əməllərə görə məsuliyyətə cəlb olunduğu üçün uca səslə təhqir etməyə, onun barəsində söyüşlər söyməyə başlamışdır. Aslan və Şəlalə arasında qarşılıqlı söyüş və təhqir olmuş, bir-biri ilə mübahisə etmişlər, onlar isə Aslanı sakitləşdirməyə çalışmışlar. Aslan söyüş söymüş, divara təpik vurmuş, onlar Aslanı tutanda Aslan dartınmışdır. Buna görə də, dərhal yaxınlaşaraq Təqsirləndirilən şəxs sakitləşdirib qərarın icrasını təmin etmək üçün şöbəyə aparılması məqsədilə Aslanı çölə çıxartmağa cəhd göstərmişlər. Təqsirləndirilən şəxs isə xidməti vəzifələrini icra etmələrinə mane olmaq məqsədilə onlara tabe olmamağa başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs polis əməkdaşı Zərərçəkmiş şəxs2 əli itələmiş, Adil də bu zərbənin təsirindən zalın çıxış qapısı yaxınlığında olan tutulmuş şəxslərin saxlanılması üçün nəzərdə tutulmuş dəmir barmaqlığa dəymişdir. Bundan sonra onlar Aslanı tutub məcburi şəkildə zaldan çıxarmağa nail olsalar da, Təqsirləndirilən şəxs bu zaman məhkəmə iclas zalı ilə məhkəmə koridoru arasında yerləşən mühafizə altında olan şəxslərin saxlanılması üçün nəzərdə tutulmuş kameranın qarşısında artıq səbəbsiz yerə əlindən çıxmaq məqsədilə sağ əlini cırmaqlamış, əlinin üstü cızılmışdır. Artıq həmin vaxt Təqsirləndirilən şəxs orada polis əməkdaşlarının çoxluğuna görə qərarın icrasından yayına bilməyəcəyini, bunun üçün hər hansı təsir göstərə bilməyəcəyini başa düşmüşdür. Buna baxmayaraq Aslan uca səslə qışqıraraq nalayiq ifadələr işlədib narazılıq etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs sakitləşdirib xidməti avtomobilə mindirib Şamaxı RPŞ-yə aparıb MSY-yə təhvil vermişlər. Təqsirləndirilən şəxs bu əməlləri təxminən 15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2016-cı ildən daxili işlər orqanlarında xidmət etməklə, həmin tarixdən Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 14 may 2020-ci il tarixdə, saat 18 radələrində rayon polis şöbəsinin rəhbərliyinin tapşırığı ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə post-patrul xidməti bölüyünün komandiri Zərərçəkmiş şəxs1 və polis nəfəri Şahid4la birlikdə Şamaxı rayon məhkəməsinin inzibati binasına getmişdir. Həmin vaxt Şamaxı RPŞ-nin MSY-nin əməkdaşları Şahid11 və Şahid12 digər məhkəmə prosesində iştirak etmək üçün məhkəmə iclas zalına bitişik olan tutulmuş şəxslərin saxlanılması üçün nəzərdə tutulmuş otaqda olmuşlar. Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi Şahid21 Aslan və Saleh adlı iki şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola məhkəmədə baxılmışdır. Onlar iclas zalında olan zaman məhkəmə iclasına sədrlik edən hakim X22 adlı şəxs barəsində 20 gün, daha sonra Təqsirləndirilən şəxs barəsində 25 gün müddətinə inzibati həbs tənbeh tədbiri seçilməsini elan etmişdir. Aslan barəsində həbs qərarının verilməsini eşitdikdən sonra Zərərçəkmiş şəxs3 və digər proses iştirakçılarının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Onu intizama dəvət etsələr də, Aslan onlara tabe olmamışdır. İnzibati həbslə bağlı məhkəmə qərarını icra etmək üçün onunla birlikdə gələn polis nəfəri Şahid4 Aslanı Şamaxı rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə aparılması üçün məhkəmə iclas zalından çıxarmaq istəyərkən Aslan fəal müqavimət göstərib barəsində çıxarılmış qərarın qanunsuz olduğunu bildirməklə məhkəmə iclas zalından çıxarılmasına maneçilik törətməyə, dartınıb onların əlindən çıxmağa çalışırdı. Fərman kömək məqsədilə Aslanı zaldan çıxarmaq üçün Aslanın qoluna girmək istəyərkən Aslan onu itələmiş və bunun təsirindən zala bitişik olan mühafizə altında olan şəxslərin saxlanılması üçün nəzərdə tutulmuş kameranın dəmir barmaqlıqlığına dəymiş və sol çiyin nahiyəsindən xəsarət almışdır. O, xəsarət aldığını sonradan bilmiş, həmin vaxt xəsarət aldığını hiss etməmişdir. Mühafizə altında olan şəxslərin saxlanılması üçün nəzərdə tutulmuş və dəydiyi kameranın qarşısında olarkən Aslan yenə də həmin qərara etiraz olaraq qışqırmağa davam etmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 Aslanın əlindən tutub Aslanı uzaqlaşdırmaq istəmiş, lakin Aslan Fəridin əlindən çıxmaq istəyərkən ona da xəsarət yetirmişdir. Bundan sonra Aslanı məcburi şəkildə çölə çıxartmış və Aslanı sakitləşdirməyə çalışmışlar. Bir neçə dəqiqədən sonra Aslanı avtomobilə mindirib Şamaxı rayon polis şöbəsinə aparmağa nail olmuşlar. Cinayət işi üzrə Zərərçəkmiş şəxs3 ifadə verərək bildirdi ki, 2012-ci ildə qızının xəstəliyi ilə əlaqədar ərizə yazdırmaq istəyərkən Təqsirləndirilən şəxs tanımışdır. Həmin vaxtı Aslan məhkəmələrdə nümayəndə kimi fəaliyyət göstərmişdir. Bir müddət sonra Aslanın yanında işə başlayaraq ona kömək etmişdir. Əvvəllər Təqsirləndirilən şəxslə münasibətləri normal olsa da, öz adından bankdan kredit götürüb Aslana verdikdən sonra aralarındakı münasibətlər korlanmışdır. 29 yanvar 2020-ci il tarixdə, təxminən saat 20 radələrində qızının xəstəliyi ilə əlaqədar Mingəçevir şəhərinə gedərkən Şamaxı- Göylər-Padarqışlaq yolunda arxadan bir maşının təqib etdiyini görmüşlər. Həmin vaxt avtomobildə ondan başqa qızı Şahid1, bacısı oğlu Şahid2 və tanışı Şahid7 olmuşdur. Avtomobili isə Şahid3 idarə etmişdir. Bir müddətdən sonra həqiqətən də Aslanın onları təqib etdiyini görüb avtomobili saxlamışlar. Avtomobildən düşdükdən sonra onlar Aslanın yanında Salehi də görmüşlər. O, Aslandan hansı səbəbdən onları təqib etdiyini soruşduqda Aslan nalayiq söyüşlərlə onları təhqir etməyə başlamış, orada Aslan və Saleh onu və qızını döymüş, nəticədə bədənlərində xəsarətlər yaranmışdır. Bundan sonra Aslan və Salehin onları döyməsi barədə qızı ilə birlikdə Şamaxı RPŞ-yə şikayət etmişlər. Şikayətləri şöbənin təhqiqatçısı Bəhlul Məlikli tərəfindən araşdırıldıqdan sonra cinayət işinin başlanması rədd olunmuş və material Təqsirləndirilən şəxs və Şahid10 barəsində inzibati qaydada tədbir görülməsi üçün şöbənin İTB-yə göndərilmişdir. 14 may 2020-ci il tarixdə Şamaxı RPŞ-nin İTB-də Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şamaxı rayon məhkəməsinə göndərilmiş və sahə rəisi Şahid21 tərəfindən ona və qızına həmin gün, saat 16:00-da rayon məhkəməsinin inzibati binasında olmaq tapşırılmışdır. Deyilən vaxtda zalda başqa işlərə baxıldığından çöldə gözləmişlər. Həmin vaxt artıq o, Aslan barəsində tərtib olunmuş inzibati protokola baxılmasında iştirak etmək üçün oraya dəvət edildiklərini bilmişdir. Qızı Nəzrin və bacısı oğlu Ruslan da onunla birlikdə məhkəməyə gəlmişdir. Təxminən saat 17:00-da Təqsirləndirilən şəxs barəsində inzibati protokola baxılmağa başlanan zaman zalda işlə əlaqəli şəxslər, həmçinin bir neçə polis əməkdaşı olmuşdur. Hakim işə baxdıqdan sonra müşavirə otağına gedərək bir neçə dəqiqədən sonra müşavirə otağından qayıdıb əvvəlcə Şahid10 20, daha sonra Təqsirləndirilən şəxs 25 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı elan etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin qərara görə özündən çıxaraq qışqırmağa başlamış, guya onun tərəfindən haqsız yerə şərləndiyini bildirib onun, şəxsi həyatı barəsində ağıza alınmayacaq nalayiq söyüşlər işlətməyə başlamışdır. Bu zaman orada olan bir neçə polis əməkdaşı yaxınlaşıb Aslanı zaldan çıxartmağa cəhd göstərsələr də, Aslan ciddi cəhdlə polis əməkdaşlarına müqavimət göstərməyə başlamışdır. Belə ki, Aslan ucadan qışqırıb ona qarşı nalayiq söyüşlər söyməkdə davam edib polis əməkdaşlarını itələmişdir. Polis əməkdaşları isə məcburi şəkildə qolundan tutub Aslanı zaldan çölə çıxarmağa çalışmışlar. Həmin vaxt məhkəmədə çoxsaylı polis əməkdaşları olsa da, təxminən 5-6 nəfər adlarını bilmədiyi, tanımadığı lakin xidməti geyimdə olduğundan polis əməkdaşı olduğunu başa düşdüyü şəxslər Aslanı çətinliklə zalın digər bir qapısından çölə çıxarmağa nail olmuşlar. Aslan zaldan çıxarılarkən də polis əməkdaşlarına müqavimət göstərmiş, polis əməkdaşlarını itələmişdir. Polis əməkdaşları Aslanı zaldan çıxardıqdan sonra da qışqırığını, söyüşlərini eşitmişdir. Bir müddətdən sonra polis əməkdaşları Aslanı xidməti avtomobilə mindirib aparmışlar. Təqsirləndirilən şəxs bu qanunsuz əməlləri təxminən 15-20 dəqiqə ərzində davam etmiş, məhkəmə iclasından əvvəl X24u görməmiş, Aslanı yalnız iclas zamanı görmüş, iclas zamanı Təqsirləndirilən şəxs təhqir etməmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Şamaxı şəhərində hüquq fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır. Əvvəllər Dövlət Sığorta Agentliyinin Şamaxı rayon şöbəsində sığortaladığı, yaşadığı Şamaxı şəhəri, H.Əliyev küçəsində yerləşən 68 nömrəli ev 2016-cı ildə qəzalı vəziyyətə düşmüşdür. Bu səbəbdən də, sığorta şirkətinə müraciət edərək sığorta hadisəsi baş verdiyini, buna görə də sığorta ödənişi verilməsini xahiş etmiş, şirkətdən şifahi olaraq cəmi 1500-2000 manat pul veriləcəyi bildirilmişdir. O da daha çox sığorta ödənişi verilməli olduğunu hesab etdiyindən bu məsələ barədə dost-tanışla məsləhətləşmiş, bir neçə nəfər ona Təqsirləndirilən şəxs müraciət etməyi təklif etmişdir. Buna görə də, 2016-cı ilin sonlarında Təqsirləndirilən şəxs müraciət edərək məsələ barədə məlumat verib sığorta şirkətindən 15000 manat məbləğində sığorta ödənişi almaq istəyini bildirdikdə, Aslan məsələni həll edə biləcəyini demişdir. Hətta Aslan bir dəfə də evə baxış keçirmiş və həqiqətən də evə görə daha çox pul verilməli olduğunu deyib bir neçə nəfərlə maraqlanıb onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən 2 gündən sonra Aslan onun mobil telefonuna zəng edib “Adam var danışmışam, həll edəcəyik narahat olma, gəlib baxacağıq”- deyə bildirib evdə olmağı tapşırmışdır. Bir neçə saatdan sonra Aslan əvvəllər Şamaxı RİH-nin işçisi olmuş Səfa adlı şəxs və qiymətləndirmə məsələləri ilə məşğul olan, əvvəllər tanımadığı Bakı şəhərindən gəlmiş Madər adlı şəxslə birlikdə evə gəlmişlər. Onlar evə baxış keçirdikdən sonra Madər hətta evin həqiqətən qəzalı vəziyyətdə olduğunu ona bildirib çıxıb getmişlər. Təxminən bir saatdan sonra Aslan çağırdığı üçün qaynı Mikayılla birlikdə Aslanın ofisinə getmişdir. Həmin vaxt orada Aslandan başqa işçisi Zərərçəkmiş şəxs3 da olmuşdur. Aslan ilkin olaraq məsələni artıq həll etdiyini, bunun üçün isə 2500 manat pul verməli olduğunu bildirmişdir. Aslan ona pulu evin qəzalı vəziyyətdə olduğunu təsdiqləmələri üçün evə baxış keçirmiş şəxslərə verəcəyini bildirmişdir. Bu söhbəti həm Şəlalə, həm də qaynı Mikayıl eşitmişdir. O da razılaşaraq 2 gün ərzində pulu çatdıracağını bildirmişdir. O, pulun bir hissəsini özü qoymuş, qalan 1500 manatı qaynı Mikayıldan və 500 manat bacanağı Davuddan almaqla, 2500 manat pulu düzəltmiş, bir neçə gündən sonra Mikayıl və Davudla birlikdə yenidən Aslanın ofisinə getmişdir. Həmin vaxt da Zərərçəkmiş şəxs3 orda olmuşdur. Həmin şəxslərin yanında 2500 manat pulu Aslana vermişdir. Aslan da artıq məsələnin həll olunduğunu, 2 ay ərzində sığorta şirkətindən pul alacağını bildirdiyi üçün 1 ilə yaxın gözləsə də, məsələ həll olunmamışdır. Aslan dəfələrlə tezliklə məsələnin həll olunacağını bildirsə də, problem həll olunmamış qalmışdır. Təxminən 1 il sonra Aslan onun başını qatmaq üçün məhkəməyə müraciət etmiş, bu müraciət də nəticəsiz qalmış, iddia rədd olmuşdur. O, artıq Aslanın onun etibarından sui-istifadə edərək onu aldatdığını başa düşmüşdür. Aslanın ondan guya işini həll etmək məqsədilə müvafiq vəzifəli şəxslərə verəcəyini bildirib aldığı 2500 manat pulun qaytarılmasını dəfələrlə tələb etsə də, Aslan əvvəllər məsələni həll edəcəyini demiş, 2017-ci ildən 2019-cu ilədək həftədə 3-4 dəfə hətta bəzən hər gün Aslanın ofisinə pulunu tələb etmək üçün getmiş, Aslan isə hər dəfə “get, gələn həftə gələrsən”- demişdir. Sonradan “Hara istəyirsə, şikayət et”- deyə bildirmişdir. Hətta Səfa və Madərlə danışan zaman Səfa və Madər Aslanın onlara hər hansı məbləğdə pul vermədiyini, məsələdən xəbərdar olmadıqlarını bildirmişlər. Aslan onu uzun müddət məhkəmə prosesləri ilə aldatdığı üçün yalnız 2019-cu ilin əvvəllərində Aslandan Şamaxı RPŞ-yə şikayət etsə də, bu günə kimi şikayətləri nəticəsiz qalmışdır. O, Təqsirləndirilən şəxslə hər hansı müqavilə bağlamamış, Aslana yalnız notarial qaydada etibarnamə vermiş, pulu verərkən Aslan ona hər hansı qəbz verməmiş, Aslan pulu ondan hər hansı vəzifəli şəxsə vermək adı ilə almışdır. Bu günədək Aslan onun pulunu qaytarmamışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs X6 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. Belə ki, həmin vaxt qardaşı Eldəniz atası Məmməd rəhmətə getdikdən sonra atasının adına olan evi qanunsuz olaraq Vüqar adlı şəxsə sataraq payına düşən pulu vermədiyindən məhkəməyə müraciət etmək üçün qohum-əqraba ilə məsləhətləşərək bu işlərlə məşğul olan, özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs müraciət etmişdir. Aslanla ofisində tanış olaraq öz problemi barədə məlumat vermişdir. Aslan da özünü vəkil kimi təqdim edərək belə məsələlərlə çox məşğul olduğunu və həll etdiyini bildirib ona həmin məsələni də həll edə biləcəyini bildirmişdir. Aslan ilk öncə sənədlərin hazırlanması üçün ondan 150 manat pul istəmiş, o da həmin 150 manat pulu mərhum dayısı İmrandan borc alaraq Aslana elə ofisində vermişdir. Bu məsələni yalnız dayısı və o bilmişdir. Pulu Aslana verən zaman yanında azyaşlı oğlu Şahid8, həmçinin Aslanın işçisi Arzu adlı xanım da orada olmuşdur. Pulu verdikdən sonra Aslan ona narahat olmamağı, artıq danışaraq məsələni şifahi olaraq həll etdiyini, lakin işin rəsmiləşdirilməsi, sənədlərin məhkəməyə təqdim olunması üçün ondan daha 500 manat pul istəmişdir. O da bir neçə gündən sonra 500 manat pulu mərhum qaynının yoldaşı Zeynəbdən alaraq Təqsirləndirilən şəxs ofisində oğlu Anar və Aslanın işçisi Arzunun yanında vermişdir. Zeynəbə pulu hansı məqsədlə aldığını deməmiş, sonradan borcu gec qaytardığına görə Zeynəblə dalaşmış və hazırda Zeynəb ilə hər hansı əlaqəsi yoxdur. Aslana 2-ci dəfə 500 manat pul verən zaman Aslan özü üçün ondan daha 500 manat pul istəmişdir. Aslan 150 manatı sənədlərin hazırlanması üçün almışdır. Sonuncu 500 manat isə Aslanın xidmət haqqı olmuşdur. Bundan bir neçə gün sonra 500 manatı Aslana vermiş, həmin vaxt pulu artıq çöldə verdiyi üçün yanlarında oğlundan başqa heç kəs olmamışdır. Beləliklə, Aslan ondan ümumilikdə 1150 manat pul almasına baxmayaraq heç bir iş görməmişdir. Daha sonra bütün sənədləri özü toplamış, iddia ərizəsini də yazaraq məhkəməyə göndərmişdir. Dəfələrlə iştirak etməsini bildirsə də, Təqsirləndirilən şəxs heç bir iclasda iştirak etməmişdir. Nəticədə məhkəmə qərarı ziyanına olmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət etsə də, qəbul olunmuş qərar yenə ziyanına olmuşdir. Beləliklə, Aslanın dələduzluq etməsinə görə həm pulundan olmuş, həm də haqlı məsələsini həll edə bilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs onun məhkəmə işləri ilə məşğul olduğu vaxtlarda özünə məxsus yaşadığı kənddə yerləşən pay torpağını satmaq qərarına gəlmişdir. Bu barədə Təqsirləndirilən şəxs bildirdikdə, Aslan torpaq sahəsini almaq istədiyini bildirmişdir. O da həmin torpaq sahəsinin xatırlamadığı sənədlərini gətirib Aslana verməsinə baxmayaraq Aslan nə pul vermiş, nə də torpağının sənədlərini qaytarmışdır. Bu səbəbdən də sonradan həmin torpaq sahəsinin sənədlərinin dublikatını çıxartdırmışdır. O, Təqsirləndirilən şəxslə hər hansı müqavilə bağlamamış, Aslan ona hər hansı qəbz verməmiş, araşdırma materiallarında olan qəbzi ilk dəfə görmüş, Təqsirləndirilən şəxs 500 manat deyil, 1150 manat pul vermişdir, hazırda həmin pulunu tələb edir, Aslan 1150 manat pulu qaytarmamışdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs7 ifadəsində bildirdi ki, 2019-cu ilin fevral ayında Şamaxı rayonunda baş vermiş zəlzələ ilə əlaqədar atası X11 və mərhum nənəsi X8 məxsus iki ev tikinti şirkəti tərəfindən təxminən 1 il əvvəl sökülmüş, əvəzində tikiləcək çoxmərtəbəli binadan iki ev verilməsi qərarlaşdırılsa da, bina tikilib istifadəyə verildikdən sonra yalnız mərhum nənəsinin adına olan evin əvəzində bir ədəd iki otaqlı ev verilmiş, digər evin əvəzi kimi onlara heç nə verilmədiyi üçün müxtəlif instansiyalara nəticəsiz şikayətlər etmişdir. Bundan sonra mübahisənin məhkəmə yolu ilə həllinə qərar vermişlər. İlk öncə bacısı Səidənin əri İslam Şamaxı şəhərində bu işi həll edə biləcək adamlarla maraqlandıqda Təqsirləndirilən şəxs məsləhət görülmüşdür. İslam da görüşüb məsələni ətraflı danışdıqdan sonra Aslan bunu həll edə biləcəyini, əvvəlcədən 1050 manat, iki otaqlı evi aldıqdan sonra daha 1500 manat pul verməli olduqlarını bildirmişdir. İslam bu barədə onlara dedikdə, razılaşmışlar. Əvvəllər Şamaxı rayon məhkəməsində işlədiyindən Təqsirləndirilən şəxs nümayəndə kimi tanımış, Aslanın məhkəmə proseslərində iştirakını gördüyü üçün işin həllini Aslana tapşırmağı qərara almışdır. Buna görə də, anası Şahid9 “xxxx” ASC-nin Şamaxı filialından 1000 manat kredit götürmüş və birlikdə 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs Şamaxı şəhərində yerləşən ofisinə getmişlər. Orada özü Aslanla bu məsələ barədə ətraflı danışdıqdan sonra Aslan bir daha çox rahatlıqla məsələni həll edəcəyini, gördüyü işlərin qəbzlərini ona təqdim edəcəyini, işi məhkəmə yolu ilə həll edəcəyini, evi aldıqdan sonra daha 1500 manat verəcəklərini bildirmişdir. O da Aslana “Təki evimizi alıb ver, mən sənə 1500 manat da verərəm”- deyə bildirmişdir. Bundan sonra elə anasının yanında 50 və 100 manatlıq əskinaslarla 1050 manat pulu çıxardıb sayaraq Aslana vermişdir. Həmin vaxt orada Aslanın adını bilmədiyi bir işçisi də olmuşdur. Bunun müqabilində Aslan ona 1050 manatlıq qəbz yazaraq vermişdir. Pulu verdikdən sonra Aslan mübahisənin həlli ilə bağlı hər hansı bir iş görməmiş, dəfələrlə ona Şamaxı rayon məhkəməsinə müraciət etdiyini bildirsə də, məhkəmədən maraqlandıqda, onun adından məhkəməyə hər hansı iddia ərizəsinin daxil olmadığını öyrənmişdir. Bu zaman artıq Aslanın onları dələduzluq yolu ilə aldadaraq 1050 manat pullarını ələ keçirdiyini başa düşdüyündən Aslandan pulu geri tələb etdikdə, Aslan onlara “hara istəyirsinizsə, şikayət edin, pulu qaytarmayacam, məhkəməyə müraciət etmişəm, başqa heç bir iş görməyəcəm” deyə bildirmişdir. Buna görə də, bu barədə hüquq-mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalmışdır. O, həmin pulunu tələb edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, onun təxminən beş il əvvəl qonşuluqda yaşayan baldızı Gülgəz Zeynalova, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 ilə birlikdə ümumi torpaq sahəsi ilə bağlı bir nəfər şəxslə məhkəmə yolu ilə həll edilə biləcək mübahisəsi yaranmışdır. Bu səbəbdən də, nümayəndəliklə məşğul olan Vəfalı Fətullayevə müraciət etsələr də, Vəfalı problemi həll etmədiyindən əlaqələrini kəsmişlər. Vəfalı Fətullayev Azərbaycan Respublikası Ali Məhkəməsinə kimi müraciət etmiş və onlar da həmin məhkəməyə getmiş, lakin məsələ həll olunmamışdır. Sonradan 2015-ci ilin fevral ayında Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 ilə birlikdə ofisinə gedərək Təqsirləndirilən şəxs müraciət etmişlər. Orada Aslana problemləri barədə məlumat vermiş, Aslan da şirin dili ilə savadsızlıqlarından istifadə edib məsələni 1 ay müddətinə məhkəməyə müraciət etməklə həll edəcəyini söz vermişdir. Onlar da Aslanın savadlı olduğunu fikirləşib inanmışlar. Bundan sonra Aslan bu məsələnin həlli üçün 200 manatını xərclərini qarşılamaq, qalanını isə harasa vermək adı ilə onlardan 3200 manat pul istəmişdir. Onlar da Aslanın həmin pulu işin həlli üçün hansısa vəzifəli şəxsə vermək üçün istədiyini başa düşmüşlər. Buna görə də, 3200 manat pulu aralarında toplamışlar. O, baldızının yerinə 800 manat olmaqla, ümumilikdə 1600 manat, Tubuxanım və Minarə hər birinə 800 manat olmaqla, ümumilikdə 3200 manat pul vermişlər. O, verdiyi pulu “xxxx” ASC-nin Şamaxı filialından kredit götürməklə əldə etmişdir. Kredit müqaviləsinin tarixini xatırlamasa da, həmin gün Səmayə və Tubuxanımla birlikdə ofisinə gedərək Aslana 3200 manat pulu işçisi Zərərçəkmiş şəxs3 yanında vermişlər. Bu zaman oğlu Cəlal da yanlarında olmuşdur. Bundan sonra Aslan onları aldatmağa başlamış, xeyirlərinə hər hansı iş görməmişdir. Aslan Vəfalının onların adından Azərbaycan Respublikası Ali Məhkəməsinə qədər məhkəməyə müraciət etmələrindən məlumatlı olmuşdur. Sonradan eyni predmet barədə təkrar müraciət edilməsinə yol verilmədiyini öyrənmişlər. Aslan da bunu bilə-bilə problemlərini məhkəmə yolu ilə həll etmək adı ilə dələduzluq yolu ilə onlardan 3200 manat pul almışdır. Bunu öyrəndikdən sonra dəfələrlə pulun qaytarması üçün müraciət etsələr də, Aslan əvvəlcə pulu qaytaracağını bildirmiş, sonradan 5 il ərzində cəmi ümumlikdə 500 manat pul qaytarmışdır. Sonrakı dövrlərdə isə Aslan hər hansı məbləğdə pul qaytarmayacağını, “hara istəyirsinizsə, şikayət edin”deyə bildirmişdir. Buna görə də, təxminən 2-3 il əvvəl Şamaxı RPŞ-yə müraciət etsələr də, müraciətlərinə baxılmamışdır. Təqsirləndirilən şəxs onlarla müqavilə bağlamamış, onlara qəbz verməmişdir. Hazırda həmin puldan Aslan 250 manat ödəsə də, qalanını qaytarmamışdır, pulunu tələb edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, təxminən 5 il əvvəl o və onunla birlikdə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Səmayənin baldızı Gülgəz Zeynalova ilə birlikdə ümumi torpaq sahələrilə bağlı bir nəfər şəxslə mübahisələri yaranmış, həmin mübahisə məhkəmə yolu ilə həll olunmalı olduğundan Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Səmayənın baldızı Gülgəz Zeynalova əvvəllər Şamaxı rayonu ərazisində yaşayan və nümayəndəliklə məşğul olan Vəfalı Fətullayevə müraciət etmişlər. Lakin onlar Vəfalı Fətullayevin işini bəyənmədiklərindən, Vəfalı problemi həll etmədiyindən əlaqələrini kəsmişlər. Sonradan onlar eynilə Vəfalı Fətullayev kimi nümayəndəliklə məşğul olan Təqsirləndirilən şəxs tapmışlar. Buna görə də, 2015-ci ilin mart ayında Gülgəz Zeynalovadan başqa o, Zərərçəkmiş şəxs6 və S. Zeynalova Təqsirləndirilən şəxs Şamaxı şəhərində yerləşən ofisinə getmişlər. Onlar orada Təqsirləndirilən şəxs problemləri barədə məlumat vermiş, Vəfalı da onların söhbətinə qulaq asıb məsələni 1 ay müddətinə məhkəməyə müraciət etməklə həll edəcəyini söz vermişdir. Təqsirləndirilən şəxs onların savadsızlığından istifadə edib problemi həll edəcəyi barədə vədlər vermiş, Təqsirləndirilən şəxs savadlı olduğunu fikirləşib sonuncuya inanmışlar. Bundan sonra Təqsirləndirilən şəxs onlardan bu məsələnin həlli üçün 3200 manat pul istəmiş, həmin puldan 200 manat Təqsirləndirilən şəxs xərclərini qarşılamaq üçün, qalan 3000 manatını isə harasa vermək adı ilə istəmişdir. Buna görə də, onlar Aslana vermək üçün həmin 3200 manat pulu öz aralarında toplamış, hər birinə 800 manat pul düşmüşdür. Zərərçəkmiş şəxs4 öz baldızının yerinə də 800 manat olmaqla, ümumilikdə 1600 manat, Tubuxanımla o özü də hərəsinə 800 manat olmaqla, ümumilikdə 3200 manat pul vermişlər. Zərərçəkmiş şəxs4 həmin pulu “xxxx” ASC-nin Şamaxı filialından kredit götürməklə əldə etmiş, sonradan Gülgəz istisna olmaqla, onlar üçü Aslanın ofisinə gedərək ona 3200 manat pulu işçisi Zərərçəkmiş şəxs3 yanında vermişdir. Həmçinin pulu verərkən Səmayənin oğlu Cəlal da onların yanında olmuşdur. Bundan sonra Aslan onları aldatmağa başlamış, onların xeyrinə hər hansı iş görməmişdir. Onlar işlərinin həlli üçün Aslanı tutmamışdan qabaq Vəfalı Fətullayev onların işini görmüşdür. Vəfalı Fətullayev onların adından Azərbaycan Respublikası Ali Məhkəməsinə kimi müraciət etmiş və onlar da Aslanla birlikdə həmin məhkəməyə getmişlər. Lakin işləri onların xeyrinə həll olunmamışdır. Bundan Aslan da məlumatlı olmuş, Aslan onları aldadandan sonra öyrənmişlər ki, eyni predmet barədə təkrar müraciət edilməsinə yol verilmir. Aslan da işləri barədə yenidən məhkəməyə yol verilmədiyini bilə-bilə işlərini yenidən məhkəmə yolu ilə həll etmək adı ilə dələduzluq yolu ilə onlardan ümumilikdə 3200 manat pulu almışdır. Onlar bunu öyrəndikdən sonra dəfələrlə Aslana pullarını qaytarmaqdan üçün müraciət etsələr də, Aslan əvvəlcə pulu qaytaracağını bildirmiş, 5 il ərzində cəmi ümumlikdə 500 manat pul qaytarmışdır. Sonrakı dövrlərdə isə Aslan ümumiyyətlə onlara hər hansı məbləğdə pul qaytarmayacağını, “hara istəyirsinizsə şikayət edin”- demişdir. Buna görə də, təxminən 2-3 il əvvəl onlar Şamaxı RPŞ-yə müraciət etsələr də, Şamaxı RPŞ-də də onların müraciətlərinə baxılmamış, bundan sonra Aslan ümumiyyətlə onların zənglərinə cavab verməməyə başlamışdır. O, Təqsirləndirilən şəxslə yalnız şifahi söhbətlər etmiş, pulu da dediyi sözlərə aldanaraq Aslana vermişlər, Aslan onlara hər hansı qəbz verməmişdir. Aslandan pulunu tələb edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 Canulla qızı ifadəsində bildirdi ki, təxminən 5 il əvvəl o və onunla birlikdə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Səmayənin baldızı Gülgəz Zeynalova ilə birlikdə ümumi torpaq sahələri ilə bağlı bir nəfər şəxslə mübahisələri yaranmış, həmin mübahisə məhkəmə yolu ilə həll olunmalı idi. Bu səbəbdən də, dördü əvvəllər Şamaxı rayonu ərazisində yaşayan və nümayəndəliklə məşğul olan Vəfalı Fətullayevə müraciət etmişlər. Lakin Vəfalının işini bəyənmədiklərindən, problemlərini həll etmədiyindən onunla əlaqələrini kəsmişlər. Sonradan eynilə Vəfalı kimi nümayəndəliklə məşğul olan Təqsirləndirilən şəxs tapdıqdan sonra 2015-ci ilin mart ayında Gülgəzdən başqa üçü Təqsirləndirilən şəxs Şamaxı şəhərində yerləşən ofisinə getmiş, Aslana problemləri barədə məlumat verdikdən sonra Aslan onlara məsələni maksimum 1 ay müddətinə məhkəməyə müraciət etməklə həll edəcəyinə söz vermişdir. Bundan sonra Aslan onlardan bu məsələnin həlli üçün 3200 manat pul istəmiş, Aslan həmin puldan 200 manat onun xərclərini qarşılamaq üçün, qalan 3000 manatını isə harasa vermək adı ilə almışdır. Elə başa düşmüşlər ki, Aslan həmin pulu işlərinin həlli üçün hansısa vəzifəli şəxsə vermək üçün istəyir. Buna görə də, onlar yığışaraq Aslana vermək üçün həmin 3200 manat pulu toplamışlar, hər birinə 800 manat pul düşmüşdür. Səmayə öz baldızının yerinə də 800 manat olmaqla, ümumilikdə 1600 manat, Minarə ilə o, hərəsinə 800 manat olmaqla, ümumilikdə 3200 manat pul vermişlər. Səmayə həmin pulu “xxxx” ASC-nin Şamaxı filialından kredit götürməklə əldə etmişdir. Gülgəz istisna olmaqla, üçü Aslanın ofisinə gedərək ona 3200 manat pulu işçisi Zərərçəkmiş şəxs3 yanında vermiş, pulu verərkən Səmayənin oğlu Cəlal da onların yanında olmuşdur. Bundan sonra Aslan onları aldatmağa başlamış, onların xeyrinə hər hansı iş görməmişdir. İşlərinin həlli üçün Aslanı tutmamışdan qabaq Vəfalı Fətullayev onların işini görmüş, Vəfalı Fətullayev onların adından Azərbaycan Respublikası Ali Məhkəməsinə kimi müraciət etmiş, lakin iş onların xeyrinə həll olunmamışdır. Aslan onları aldadandan sonra öyrənmişlər ki, eyni predmet barədə təkrar müraciət edilməsinə yol verilmir. Aslan da işləri barədə yenidən məhkəməyə yol verilmədiyini bilə-bilə işlərini yenidən məhkəmə yolu ilə həll etmək adı ilə dələduzluq yolu ilə onlardan ümumilikdə 3200 manat pul almışdır. Onlar bunu öyrəndikdən sonra dəfələrlə Aslana pullarını qaytarması üçün müraciət etsələr də, Aslan əvvəlcə pulu qaytaracağını bildirmiş, 5 il ərzində cəmi ümumlikdə 500 manat pul qaytarmış, sonrakı dövrlərdə isə Aslan ümumiyyətlə onlara hər hansı məbləğdə pul qaytarmayacağını, hara istəyirlərsə şikayət etmələrini bildirmişdir. Təxminən 2-3 il əvvəl Şamaxı RPŞ-yə müraciət etsələr də müraciətlərinə baxılmamış, bundan sonra Aslan ümumiyyətlə onların zənglərinə cavab verməməyə başlamışdır. Təqsirləndirilən şəxslə aralarında hər hansı müqavilə bağlanmamış, Təqsirləndirilən şəxs aldığı pulun müqabilində onlara hər hansı qəbz verməmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, 2015-ci ilin fevral ayında oğlu həbs olunmuşdur. Ailəlikcə Məhəmmədin azadlığa çıxması üçün müxtəlif yollar axtarmağa başlamışlar.Əvvəlcədən Şamaxı şəhərində vəkillərin ofisinin Şamaxı rayon məhkəməsinin binasının yaxınlığında olduğunu bildiyinə görə, həmin yerə gedib oğlunun işini həll edə biləcək vəkil axtarmışdır. Əvvəllər birlikdə işlədiyi Şəlaləyə bir vəkil olsaydı işlərinə kömək edərdi dediyinə görə Şəlalə köməkçisi kimi işlədiyi Aslanın ona köməklik edə biləcəyini dediyinə görə Aslana yaxınlaşaraq ona məsələ ilə bağlı ətraflı məlumat vermişdir. Aslan vəkil olduğunu, sözünün daşdan da keçdiyini, bu işlərin onun əlində heç nə olduğunu bildirmişdir. O da, Aslana yalvaryaxar edərək oğlunun həbsdən azad olunmasına köməklik etməyini xahiş etmişdir. Bu zaman Aslan yanlarından kiməsə zəng edərək nəsə danışmış, ardınca hər birinə 2500 manat olmaqla, ümumilikdə 5000 manat pul vermələrini, yalnız bundan sonra 3 aylıq həbs qətimkan tədbirinin müddəti başa çatdıqdan sonra həm Məhəmmədin, həm də əlbir olduğu dostunun azad olunacağını bildirmişdir. Aslan həmin pulu bir həftə ərzində gətirmələrini bildirib müstəntiqə verəcəyini demişdir. Məhəmmədlə birlikdə həbs olunan şəxs qonşuları Elnur olmuşdur. O, Aslanın yanından çıxdıqdan sonra Elnurgilin valideynlərinin yaşadıqları evə getmişdir. Elnurun anası Süsənə Aslanla söhbəti barədə məlumat vermişdir. Süsən də ilk öncə Aslanın onları aldadacağını, Elnurla Məhəmmədi həbsdən azad etdirə bilməyəcəyini bildirib onunla razılaşmasa da, israrlarından sonra razılaşmışdır. Təxminən bir həftə ərzində “xxxxı”ASC-nin Şamaxı filialından 1500 manat kredit götürmüşdür. Ardınca Aslanın qardaşı Xalıqdan elə Aslanın tapşırığı ilə 1000 manat sələm kimi götürmüşdür. Xalıq həmin sələm puluna görə aylıq hər 100 manata görə 20 manat faiz almışdır. 2500 manat pulu düzəldərək ilkin danışıqdan təxminən bir həftə sonra, yəni 2015-ci ilin fevral ayının sonlarında yenidən Aslanın Şamaxı rayon məhkəməsinin inzibati binasının qarşısında yerləşən ofisinə getmiş, orada Şəlalənin və hazırda rəhmətə getmiş Xudu adlı şəxsin yanında 50 və 100 manatlıq əskinaslardan ibarət şəkildə Aslana vermişdir. Aslan da həmin pulu aidiyyatı şəxslərə çatdıracağını bildirib narahat olmamağını demişdir. O da Aslana ərinin xəstə olduğunu, bu məsələdən xəbərdar olmadığını bildirib yalvar-yaxar edib Məhəmmədin işini həll etməyini bir daha oradakı şəxslərin yanında xahiş etmişdir. Bir neçə gün sonra Süsənin də 2500 manat pulu Aslana verdiyini özlərindən eşitmişdir. Bundan sonra 9 ay ərzində oğlu həbsdə saxlanmışdır. İş polis şöbəsi tərəfindən Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Buna görə əri Qurbanla oğlunun işini aparmış, adını xatırlamadığı müstəntiqin yanına gedərək Təqsirləndirilən şəxs müstəntiqin yanına gedib-getmədiyini, Məhəmmədin işini həll edib-etmədiyini soruşduqda müstəntiq Məhəmmədin işi ilə heç kəsin maraqlanmadığını, işin qanuni əsaslarla Nəsimi rayon məhkəməsinə göndərildiyini demişdir. Bundan sonra Aslanın onları aldatdığını bilmişdir. Bir müddətdən sonra məhkəmə Məhəmmədi 3, Elnuru isə 3 il yarım müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Bu müddət ərzində yollarda qalmış, xeyli miqdarda pul xərcləmiş, halbuki özünü vəkil kimi təqdim etmiş Aslan Məhəmmədin azadlığa çıxmasına nail olmağa söz vermiş, lakin Aslan Məhəmmədlə bağlı hər hansı bir iş görməmişdir. Aslan ondan 2500 manat pulu alarkən oğlunun azadlığa buraxılacağı vədi ilə hansısa vəzifəli şəxsə verəcəyini bildirsə də, Məhəmməd 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan sonra Aslandan verdiyi pulu tələb etməyə başlamış, Aslan isə müxtəlif bəhanələrlə pulu qaytarmağı yubatmışdır. Artıq bu zaman Aslana verdiyi puldan məlumatlı olan əri Qurban Aslanın onları aldatmağına görə əsəbstress keçirmiş, son dəfə Qurban yanına gedib Aslandan 200 manat almış, beləliklə, hissə-hissə Aslan tərəfindən qaytarılmış məbləğ 1000 manat olmuş, həmin vaxt Aslandan pul aldıqdan sonra əri çox əsəbləşmiş və həmin gecə infarkt keçirərək bir həftə ərzində rəhmətə getmişdir. Ərinin yasını yola verdikdən sonra yenidən Aslanın yanına getdikdə Aslan pulu qaytarmayacağını bildirmişdir. Həmin vaxt oğlu artıq cəza almış, cəzaçəkmə müəssisəsində saxlanılmışdır. Bundan başqa, başı oğlunu həbsdən çıxarmağa, ərinin yasını yola verməyə qarışdığından, sonradan isə Təqsirləndirilən şəxs çox adama qarşı dələduzluq edib pulu qaytarmadığını, buna baxmayaraq şikayətlərin nəticəsiz qaldığını fikirləşib Aslan barədə şikayət etməmiş, Təqsirləndirilən şəxs onlarla müqavilə bağlamamış, qəbz verməmişdir. Aslandan qalan pulunu tələb edir. Aslan ona 10000 manat mənəvi ziyan vurmuşdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, barəsində 25 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiqetmə haqqında qərar elan olunduqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 nalayiq söyüşlərlə təhqir edib, onu sakitləşdirib zaldan çıxarmaq istəyən polis əməkdaşlarını əlləri ilə itələyərək onlara mane olmağa çalışmışdır. Aslan məhkəmə zalından çölə çıxarıldıqdan sonra polis əməkdaşlarına hər hansı xəsarət yetirdiyini görməmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 14 may 2020-ci il tarixdə məhkəmə tərəfindən onun barəsində qərar elan olunduqdan sonra polis əməkdaşları tərəfindən zaldan çıxarıldığı üçün Təqsirləndirilən şəxs məhkəmə iclas zalında etdiklərini görməmişdir. Yalnız çöldə olarkən məhkəmə iclas zalındakı səsküyü eşitmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərdi ki, Şamaxı RPŞ-nin MSY-nin rəisi vəzifəsində işləyir. 14 may 2020-ci il tarixdə, saat 17 radələrində müvəqqəti saxlama yerində saxlanılan Orxan Hacıyev barəsində keçiriləcək iclasla bağlı MSY-nin əməkdaşları Şahid12 və Vahab Xanməmmədovla birlikdə Şamaxı rayon məhkəməsinə etap etmişlər. Həmin vaxt X24 başqa bir məsələyə məhkəmə iclasında baxdığı üçün Ramalla məhkəmənin koridorunda gözləməyə başlamış, Orxan Hacıyev isə xidməti avtomobildə Vahab Xanməmmədovun mühafizəsi altında olmuşdur. Bir müddət məhkəmənin koridorunda gözlədikdən sonra məhkəmə iclas zalında qışqırıq, hay-küy səslərinin gəldiyini eşitmiş, Orxan Hacıyevin mühafizəsinə cavabdeh olduqları üçün başqa polis əməkdaşlarının olduğunu bildiyi üçün məhkəmə iclas zalına daxil olmamışdır. Bir neçə dəqiqədən sonra Şamaxı şəhər sakini kimi tanıdığı, həmin vaxt aqressiv olan və hakimin onun barəsində ədalətsiz qərar çıxardığını qışqıran Təqsirləndirilən şəxs polis əməkdaşları Zərərçəkmiş şəxs1 və qeyrilərinin məhkəmənin saxlanılan şəxslərin mühafizəsi üçün nəzərdə tutulmuş kameraların yerləşdiyi otaqdan çölə çıxartdıqlarını görmüşdür. Aslan çölə çıxarılan zaman dartınaraq çıxmaq istəmirdi, Şəlalə ilə bir-birlərinə nalayıq sözlər deyirdilər. Bundan sonra polis əməkdaşları Aslanı məhkəmənin inzibati binasından çıxardaraq xidməti avtomobilə mindirib Şamaxı RPŞyə aparmışlar. X24 məhkəmə iclas zalında Təqsirləndirilən şəxs barəsində 25 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərarı elan etdikdən sonra Aslan həmin qərara məhkəmə iclas zalında etiraz etmiş, zalda iştirak edən Zərərçəkmiş şəxs3 söymüş, sonradan onu sakitləşdirib zaldan çıxartmaq istəyən polis əməkdaşlarını itələyərək dartınmışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, 1999cu ildən 2010-cu ilədək Şamaxı RİH memarlıq və tikinti şöbəsində müxtəlif vəzifələrdə işləmişdir. 2012-ci ildən hal-hazıradək Şamaxı RİH Başçısının Mərzəndiyə kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. 2016-cı ildə nümayəndəlik fəaliyyəti ilə məşğul olan Şamaxı şəhər sakini kimi əvvəlcədən də tanıdığı Təqsirləndirilən şəxs ona müraciət edərək əvvəllər uzun müddət rayonun tikinti və memarlıq məsələləri ilə məşğul olduğunu deyib bir tanışının evinin qəzalı vəziyyətə düşdüyünü, bunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq idarəsi tərəfindən təsdiqlənməli olduğunu bildirərək onun oralarda tanışının olmasını soruşmuşdur. Uzun müddət rayonda olan qəzalı vəziyyətə düşmüş evlərlə məşğul olmuş və həmin məsələlərlə bağlı tanışlarının çox olduğunu Aslana demişdir. Aslan ondan bir nəfər tapıb evə baxış keçirmək, nəticədə evin yaşayışa yararlı olub-olmaması barədə rəy verilməsini xahiş edirdi. O, da yoldaşlıq xətrinə hazırda xatırlamadığı və qəzalı vəziyyətə düşmüş evlərin müəyyənləşdirilməsi ilə məşğul olan şəxslərin birindən bir mütəxəssisin Şamaxı rayonuna ezam olunmasını xahiş etmişdir. Hazırda səhhətində olan şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəkir və yaddaşında da problemlər vardır. Ona görə də, 4-5 il bundan qabaq baş verən məsələləri dəqiq xatırlaya bilmir. Bundan bir müddət sonra həmin şəxs Şamaxı rayonuna bir nəfər əməkdaşı ezam etdi. Hazırda heç onun da adını xatırlamır. Yoldaşlıq xətrinə ezam olunmuş əməkdaşı qarşılamış və Aslanla birlikdə qəzalı vəziyyətə düşmüş evə getmişlər. Həmin ev Sadiq adlı şəxsə məxsus olmuşdur. Mütəxəssis evə baxış keçirdikdən sonra oradan çıxıb getmişlər. Təxminən on gün sonra Aslan ona gələn mütəxəssisin evin yaşayışa yararlı olması barədə rəy verdiyini bildirmiş, bundan sonra həmin məsələnin taleyinin nə olmasından və Sadiq tərəfindən Təqsirləndirilən şəxs pul verilməsindən məlumatı olmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid20 qızı ifadəsində göstərdi ki, 2017-ci ilin yanvar və fevral aylarında müxtəlif ofis kompüter proqramlarını öyrənmək üçün Təqsirləndirilən şəxs yanına gedib-gəlmişdir. Bu müddət ərzində Zümrüd İsfaliyevanın bir neçə dəfə həmin ofisə gəlib getdiyini görmüşdür. Zümrüdün hansı məqsədlə ofisə gəldiyini, Təqsirləndirilən şəxs pul verdiyini görməmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid22 ifadəsində bildirdi ki, 2015-ci ildən 2020-ci ilin iyul ayınadək ünvan 2 ünvanında yerləşən “Oyal” adlı məktəb və dəftərxana ləvazimatlarının satışı mağazasında satıcı kimi işləmişdir. Təqsirləndirilən şəxs dəfələrlə işlətdiyi mağazadan alver etmiş və bu müxtəlif məbləğlərdə olmuşdur. Hazırda Aslanın nə vaxt və hansı məbləğdə alver etməsini və əşyaları konkret olaraq hansı şəxs üçün almasını, yanında kiminləsə işlətdiyi mağazaya gəlməsini xatırlamır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərdi ki, Şamaxı rayonunun Quşçu kəndində sahə rəisi vəzifəsində işləyir. Tarixini xarılrlamasa da Aslanla Şəlalə arasında Quşçu kəndində mübahisə olmuşdur və buna görə inzibati protokol tərtib olunmuş və baxılması üçün Şamaxı rayon məhkəməsinə göndərilmişdir. İnzibati işə baxılarkən Aslan qərardan narazı qalaraq səs-küy salmışdır. Həmin vaxtı Aslan və Şəlalə bir-birilərinə qarşı nalayiq ifadələr işlədirdilər. Həmçinin proses iştirakçılarına qarşı Aslan nalayiq ifadələr işlədirdi. Polis işçilərinə müqavimət göstərirdi, məhkəmə zalından çıxmaq istəmirdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şamaxı rayon polis şöbəsində polis serjantıdır. 14 may 2020-ci il tarixdə, saat 18 ində rayon polis şöbəsinin rəhbərliyinin tapşırığı ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə post patrul xidməti bölüyünün komandiri Zərərçəkmiş şəxs1 və polis nəfəri Zərərçəkmiş şəxs2la birlikdə Şamaxı rayon məhkəməsinin inzibati binasına getmiş, həmin vaxt digər məhkəmə prosesində iştirak etmək üçün həmçinin Şamaxı RPŞ-nin MSY-nin əməkdaşları Şahid11 və Şahid12 də məhkəmə iclas zalına bitişik olan tutulmuş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş otaqda olmuşlar. Həmin vaxt Şamaxı rayon polis şöbəsinin İTB-nin sahə rəisi Şahid21 Aslan və Saleh adlı iki nəfərin Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola baxılmış, onlar iclas zalına daxil olandan bir neçə dəqiqə sonra məhkəmə iclasına sədrlik edən X24 əvvəlcə Saleh barəsində 20 gün müddətinə inzibati tənbeh tədbirinin seçilməsi haqqında, daha sonra isə onun yanında dayanmış Aslan adlı şəxs barəsində 25 gün müddətinə inzibati həbs tənbeh tədbiri seçilməsi qərarı elan etmişdir. Aslan adlı şəxs barəsində qərar verilməsindən sonra Zərərçəkmiş şəxs3 və digər proses iştirakçılarının ünvanına uca səslə qışqıraraq nalayiq ifadələr, söyüşlər işlətməyə başlamışdır. Bu zaman Aslanı nizam-intizama dəvət etsələr də, Aslan tabe olmamışdır. İnzibati həbslə bağlı məhkəmə qərarını icra etmək üçün onunla gələn polis nəfəri Zərərçəkmiş şəxs2 Aslanı RPŞ-yə aparılması üçün məhkəmə iclas zalından çıxarmaq istəyərkən Aslan onlara müqavimət göstərib barəsində çıxarılmış qərarın qanunsuz olduğunu bildirməklə iclas zalından çıxarılmasına maneçilik törətməyə, onlara müqavimət göstərməyə başlamışdır. Kömək məqsədilə Aslanı zaldan çıxarmaq üçün onun qoluna girmək istəyərkən Aslan Zərərçəkmiş şəxs2 itələmiş və o, bunun təsirindən zala bitişik olan mühafizə altında olan şəxslərin saxlanılması üçün nəzərdə tutulmuş kameranın dəmir barmaqlıqlığına dəymiş və sol çiyin nahiyəsindən xəsarət almışdır. Aslanın bu hərəkətindən sonra daha ciddi cəhd edərək onu zaldan çıxardaraq saxlanılmaq üçün nəzərdə tutulmuş kameranın yanına gətirməyə nail olmuşlar. Mühafizə altında olan şəxslərin saxlanılması üçün nəzərdə tutulmuş və Adilin barmaqlıqlarına dəydiyi kameranın qarşısında olarkən isə Aslan yenə də həmin qərara etiraz olaraq qışqırmağa davam etmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 əlindən tutub Aslanı dartmaq istəyərkən Aslan Fəridin əlindən çıxmaq istəyib ona da xəsarət yetirmişdir. Bundan sonra Aslanı məcburi şəkildə çölə çıxarıb və onu sakitləşdirməyə çalışmışlar. Bir neçə dəqiqədən sonra onu avtomobilə mindirib Şamaxı rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, məhkəmədə ifadə verəndən sonra Təqsirləndirilən şəxs onun anasını dəfələrlə təhqir etmişdir. O isə anasının təhqir olunduğuna görə ağlamışdır. Aslana inzibati cəza veriləndən sonra Aslan yenidən anasını təhqir edərək, polis əməkdaşlarına müqavimət göstərirdi ki, onu məhkəmə zalından çıxartmasınlar. Polislərin əlindən çıxıb məhkəmə zalına qayıtmaq istəyirdi. O, nalayiq ifadələr işlədirdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Şamaxı rayon məhkəməsində mühafizədə olmuşdur. Həmin gün Şamaxı rayon polis əməkdaşları Təqsirləndirilən şəxs ilə başqa bir nəfəri məhkəmə binasına gətirmişlər. Sonradan adını bildiyi Salehin qohum əqrəbası qapını döydükləri üçün qapını açmış və adamları sakitləşdirməyə çalışmışdır. Məhkəmə zalında Aslanın qışqıraraq kimi isə təhqir etdiyini eşidirdi, lakin zalda deyildi. Cinayət işi üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, məhkəmə iclas zalında olduğu zaman Aslan onun xalası Şəlaləni və onu təhqir etmişdir. Hakim qərar verəndə təhqir etməyə başladı. Polislər Aslanı söyüşlərinə görə məhkəmə binasından çölə çıxarmağa çalışanda polislərə müqavimət göstərirdi. Polis Aslanı tutanda Aslan polisləri itələyirdi və xalası Şəlalənin ünvanına nalayıq ifadələr işlədirdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində inzibati materiala baxılarkən məhkəmə iclasında o da iştirak etmiş və həmin vaxtı məhkəmə iclas zalında olmuşdur. Qərar elan olunduqdan sonra Aslan narazılığını bildirmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs3 ilə aralarında mübahisə yaranmış və Aslanla Şəlalə bir-birlərinə qarşı xoşagəlməz ifadələr işlətmişlər. O, Şəlalə ilə qızını sakitləşdirib zaldan çölə çıxartmışdır. Aslan qərarla razı olmadığını deyirdi. Polis əməkdaşları Aslanı zaldan çıxaranda Aslan zaldan çıxmaq istəmirdi. Aslan polis əməkdaşlarına müqavimət göstərirdi. Qarşılıqlı olaraq Aslan və Şəlalə bir-birlərini təhqir edirdilər. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs8 onun yeznəsidir. Evi qəzalı vəziyyətdə olduğu üçün sığortadan pul almalı idi. Sığorta gəldi, baxdı, dedi ki, pul ayrılacaq amma az pul veriləcək sizə. Xudaverdiyev Aslan Əlyar oğlunu da vəkil olaraq tanıdıqlarından Aslana müraciət etmək qərarına gəlmişlər. Aslan Səfa adlı bir şəxs və başqa bir nəfərlə evə baxış keçirmiş və bir müddətdən sonra onlara zəng vurub “işinizi düzəldəcəyəm, amma 2500 manat xərci var”- demişdir. Ona görə də Təqsirləndirilən şəxs 1500 manat o özü, 500 manat Davud, qalan pulu da Sadiq düzəldib Aslanın ofisinə getmişlər. Təqsirləndirilən şəxs pulu verəndə Şəlalə, Səfa, Sadiq və Davudla birlikdə olmuşlar. Daha sonra Aslanın onları aldatdığını başa düşüb pullarının qaytarılması üçün Şamaxı rayon polis şöbəsinə müraciət etmişlər. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, 11 fevral 2015-ci il tarixdə Nəsimi rayon polis idarəsinin müstəntiqi tərəfindən talama məqsədi olmadan avtomobil qaçırma ilə əlaqədar tutulmuşdur, sonra Nəsimi rayon məhkəməsi tərəfindən barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təxminən 3 ay müddətinə onun barəsində Nəsimi RPİ-də istintaq aparılmışdır. Hər dəfə valideynləri onun yanına gəlib-getmişlər. Dəfələrlə ailə üzvləri ilə telefon danışıqları olmuşdur. Həmin vaxtlarda anası Qızqayıt ona Aslan adlı vəkillə danışdığını, ona 2500 manat pul verdiyini, Aslan da işini həll edəcəyini söz verdiyini ona demişdir. Anası Qızqayıt ona Aslanın həmin pulu aparıb hansısa vəzifəli şəxsə verəcəyini, onun həbsdən azad olunacağını bildirmişdir. Buna baxmayaraq Aslan heç vaxt onun yanına nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı gəlmədi. Dəfələrlə işini aparan müstəntiqdən işinin dalınca kiminsə gəlib-gəlmədiyini soruşmuşdur, lakin müstəntiq işinə görə ona heç kimin gəlmədiyini bildirmişdir. Təxminən bir il ərzində o, Kürdəxanıda yerləşən istintaq təcridxanasında qalmış, bir ilin tamamında Nəsimi rayon məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təxminən bir il beş ay cəza çəkdikdən sonra vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmışdır. X25 verdiyi 2500 manat puldan hissə-hissə 1000 manat alsa da 1500 manat pulu geri ala bilməmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs8 onun atasıdır. 2016-cı ildə yaşadıqları ev qəzalı vəziyyətə düşmüşdür. Bundan əvvəl isə atası evi hansısa sığorta təşkilatında sığortalatmışdır. Atası Sadiq qəzalı vəziyyətə düşdükdən sonra evə görə sığorta haqqı almaq üçün həmin sığorta təşkilatına müraciət etdikdə az məbləğdə pul veriləcəyi bilib, buna görə də, vəkillik fəaliyyəti ilə məşğul olan Aslana müraciət etmişdir. Aslan əvvəlcə onlara məxsus evə tək, daha sonra iki nəfər tanımadığı şəxslərlə birlikdə gələrək baxış keçirtmişdir. Elə həmin gün Aslan atası evdə olarkən ona zəng edib məsələni artıq həll etdiyini deyərək onu ofisinə çağırmış, atası da Aslanın yanına gedib-gəldikdən sonra Aslanın məsələnin həlli üçün 2500 manat pul istədiyini, bunun müqabilində 15000 manat sığorta ödənişi alacağını ona bildirdiyini demişdir. Buna görə də, atası dayısı Mikayıldan 1500, əmisi Davud Dəmirlidən isə 500 manat pul almış, qalan 500 manatı isə özündən qoyub 2500 manat pulu düzəldərək Aslana vermişdir. Pul verilərkən onların yanında olmamışdır. Bundan sonra atası dəfələrlə Aslanın yanna gedib-gəlsə də, Aslan əvvəlcə işi tezliklə həll edəcəyini söz versə də, sonradan hər hansı iş görməmiş və aldığı pulu geri qaytarmamışdır. . Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs4 onun doğma anasıdır. Təxminən 5 il əvvəl onların, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 adlı qonşularının və bibisi Gülgəz Zeynalovanın yaşadıqları Şamaxı şəhəri Sabir qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi ilə bağlı bir nəfər şəxslə mübahisəsi yaranmışdır. Anası və adlarını çəkdiyi şəxslər həmin torpaq mübahisəsinin məhkəmə yolu ilə həlli üçün əvvəllər Şamaxı rayonunda nümayəndəlik fəaliyyəti ilə məşğul olan Vəfalı Fətullayevlə razılaşmışlar. Vəfalı daha sonra bu barədə əvvəlcə Şamaxı rayon məhkəməsinə, ardınca Sumqayıt Apelyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etsə də, hər birində anasıgilin iddiaları təmin olmamışdır. Buna görə də, daha sonra anasıgil Vəfalı Fətullayevin işindən narazı qalaraq nümayəndəliklə məşğul olan Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs taparaq ona müraciət etmişlər. Aslanla olan bütün danışıqlarda anası yaşlı olduğu üçün anasının yanında olmuşdur. İlk dəfə Aslanın yanına gedərək məlum məsələ ilə bağlı ona ətraflı məlumatlar vermiş və mübahisə ilə bağlı Aslanın suallarına cavab vermişlər. Aslan da məslənin rahat olduğunu, bir ay müddətinə məhkəmə yolu ilə həll edəcəyini, əvvəllər dəfələrlə belə problemləri həll etdiyini bildirib onları inandırmışdır. Aslanın savadlı olduğunu fikirləşib ona inanmışlar. Bundan sonra Aslan bu məsələnin həlli üçün onlardan 3200 manat pul istəmiş, Aslan həmin puldan 200 manat onun xərclərini qarşılamaq üçün, qalan 3000 manatını isə harasa vermək adı ilə istədiyini demişdir. Buna görə də, anası ilə birlikdə dörd nəfər olduqlarından hər biri 800 manat yığıb Aslana vermək üçün həmin 3200 manat pulu aralarında toplamışlar. Anası Gülgəzin yerinə də 800 manat qoyduğuna görə anası ümumilikdə 1600 manat pul vermişdir. Qonşuları Tubuxanım və Səmayə də hər birinə 800 manat olmaqla, ümumilikdə 1600 manat pul vermişlər. X27 verəcəyi 1600 manat pulu 16 fevral 2015-ci il tarixdə “xxxx” ASC-nin Şamaxı filialından 2550 ABŞ dolları məbləğində kredit götürməklə əldə etmişdir. Krediti götürdükləri gün o, anası, Səmayə və Tubuxanımla birlikdə Aslanın ofisinə gedərək ona 3200 manat pulu işçisi Zərərçəkmiş şəxs3 yanında vermişlər. Pulu verərkən taksi sürücüsü İbrahim İsmayılov da yanlarında olmuşdur. Aslan onların xeyirlərinə hər hansı işi görməmişdir. Pullarını almaq üçün bir neçə dəfə Aslanın yanına getmişlər, lakin Aslan onların pulunu qaytarmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Şamaxı rayonunda yaşadıqları evləri qəzalı vəziyyətdə olduğuna görə dövlət tərəfindən onlara ev verilməli idi, lakin hələ də verilmədiyini görüb tezləşdirilməsi üçün Təqsirləndirilən şəxs yaxışlaşıb məsələni ona demişlər. Təqsirləndirilən şəxs ona “işinizi düzübqoşacağam, məhkəməyə iddia verəcəyəm”- dediyinə görə Aslana bir dəfə 50 manat, sonra isə 1000 manat pul vermişdir. Aralarında gəldikləri razılığa əsasən iş düzələndən sonra da Aslana 1500 manat verəsi idilər. Təqsirləndirilən şəxs ondan işinin düzəldilməsi üçün pul alsa da bu günə kimi heç bir nəticəsi olmamış, işlərini düzəltməmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs8 Mayıl oğlu onun bacanağıdır. Təqsirləndirilən şəxs Şamaxı şəhərində hüquq fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıyır. 2016-cı ilin yaz aylarında Sadiqin yaşadığı ev qəzalı vəziyyətə düşdüyündən sığorta ödənişi almaq istəyirdi, lakin sığorta şirkətindən ona istədiyi məbləğdə sığorta ödənişi verilmirdi. Bu məqsədlə də, o, dost-tanışı ilə məsləhətləşərək Təqsirləndirilən şəxs müraciət etmişdir. Sadiqin ona verdiyi məlumata əsasən, o, Aslana müraciət edən zaman Aslan bu məsələni həll edə biləcəyini bildirmişdir. Aslan bir neçə dəfə müxtəlif şəxslərin iştirakı ilə yaşadığı evə baxış keçirib və yekunda məsələnin həlli üçün 2500 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt Sadiqdə həmin məbləğdə pul olmadığından 500 manat ondan, 1500 manat da qaynı Mikayıldan borc alıb üçü birlikdə Aslanın ofisinə getmişlər. Ofisdə Aslanın işçisi Zərərçəkmiş şəxs3 da olmuşdur. Ofisdə Aslanla bir müddət iş barədə söhbət etdikdən sonra Aslan işi həll etdiyini, lakin evin qiymətləndirilməsi üçün bəzi vəzifəli şəxslərə 2500 manat pul vermək lazım olduğunu bildirmişdir. Bundan sonra Sadiq cibindən qarışıq məbləğli əskinaslarla 2500 manat pulu çıxardıb onların yanında Aslana vermiş və həmin vaxt Aslanın ofisində çoxsaylı adam olduğundan Aslandan bunun səbəbini soruşmuşlar. Aslan bir ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq əskinaslar olmaqla, 300 manat müqabilində iki il müddətinə sosial yardım düzəltdirdiyini onlara bildirmişdir. Daha sonra Aslan ona sosial yardım düzəltdirməyi təklif etmiş, o da Aslanla razılaşıb həmin adamların yanında Aslana 300 manat pul vermişdir. Lakin hazıradək Aslan nə onun, nə də bacanağı Sadiqin işini həll etməmişdir. Hər dəfə soruşduqda isə Aslan müxtəlif bəhanələrlə onları yola vermişdir. Son vaxtlarda isə Aslan ümumiyyətlə heç bir məbləğdə pul qaytarmayacağını onlara bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, təxminən 8 ildir ki, Şamaxı rayon icra hakimiyyəti başçısı yanında Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində müavin vəzifəsində işləyir. Zərərçəkmiş şəxs3 uzun müddətdir ki, tanıyır. Şəlalə ilə 2005-ci ildə “Star” televizor zavodunda birlikdə işləyərkən tanış olmuşdur. Şəlalə ilə münasibətləri normaldır, aralarında hər hansı düşmənçilik və ya ədavət yoxdur. Təqsirləndirilən şəxs də şamaxılı kimi tanıyır. Onunla da münasibətləri normaldır. 29 yanvar 2020-ci il tarixdə Şəlalə ilə Aslan arasında baş vermiş bir mübahisə şahid qismində iştirak etmişdir. Həmin məsələ ilə bağlı Şamaxı RPŞ-də araşdırma aparılan zaman orada izahat vermişdir. İzahatında Təqsirləndirilən şəxs həmin hadisə zamanı Zərərçəkmiş şəxs3 saçından tutub yerə yıxmasını gördüyünü bildirmişdir. 14 may 2020-ci il tarixdə isə Şəlalə ona zəng edərək həmin məsələ ilə bağlı həmin gün saat 16.00-da Şamaxı məhkəməsində olduğunu bildirmişdir. Məhkəmənin inzibati binasına gəlmişdir. Həmin vaxt məhkəmə iclas zalında başqa işlər də olduğundan bir müddət gözləmişlər. Həmin vaxt həmin məsələ ilə bağlı ondan başqa Şəlalə, qızı Nəzrin, Şəlalənin bacısı oğlu Ruslan, Təqsirləndirilən şəxs, Eyub və Saleh adlı şəxslər məhkəmənin binasında olmuşlar. Həmin işə məhkəmədə baxılmağa başlandıqda, Ruslan və Eyubla birlikdə o da şahid olduğuna görə onlara çöldə gözləməyi bildirmişlər. Həmin şəxslər isə zala daxil olmuşlar. Eyub və Ruslan dindirilmək üçün iclas zalına daxil olsalar da, o, iclas zamanı zala dəvət olunmamışdır. Məhkəmənin içərisindən qışqırıq səsləri gəldiyini eşitmiş, məhkəmənin giriş qapısının şüşələri tünd olduğundan içəridə nə baş verdiyini görməmişdir. Eyni zamanda səsləri tanıya bilmədiyindən kimin qışqırdığını aydınlaşdıra bilməmişdir. Bir neçə dəqiqədən sonra içəridə nə baş verdiyini öyrənmək üçün məhkəmənin inzibati binasının arxa tərəfnə keçmiş, lakin o binaya girəndə dava-dalaş başa çatmışdır. Aslanın qardaşı Xalıq onun və Şəlalənin üzərinə gələrək onların Aslanı şərlədiyini, buna görə də onların cavab verəcəklərini, “Mənim qardaşımı tutduranın bacısının başına oyun açaram, görərsən, sizi öldürəcəm”- demişdir. Bundan sonra Xalıqa heç bir söz edə bilməyəcəyini, gördüyü hadisə barədə izahat verdiyini bildirmişdir. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs onun barəsində məhkəmə qərarı elan olunduqdan sonra Zərərçəkmiş şəxs3 ünvanına ucadan nalayiq söylər söymüş, ardınca onu sakitləşdirmək istəyən polis əməkdaşlarına qarşı müqavimət göstərərək zaldan çıxmaq istəməmişdir. Cinayət işi üzrə şahid qismində anasının iştirakı ilə dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs10 onun doğma anasıdır. Babası Məmməd rəhmətə getdikdən sonra ondan qalan evi dayısı Eldəniz başqa bir adama satmışdır. Anası da həmin evdən özünə çatacaq payı məhkəmə yolu ilə geri almaq üçün sonradan tanıdığı Təqsirləndirilən şəxs tapmışdır. Anası Təqsirləndirilən şəxs ofisdə onun yanında iki dəfə 150 və 500 manat, sonuncu dəfə isə ofisdən kənarda 500 manat pul vermişdir. İlk dəfə anası Aslana pul verərkən onun işçisi olan bir qadın da anasının Aslana pul verdiyini görmüşdür. Aslanla anası arasında olan söhbəti dəqiqliyi ilə bilməsə də, hər dəfə Aslanın anası Zümrüdə narahat olmamağı, məsələni həll edəcəyini bildirmişdir. Həmin pulları anası müxtəlif qohumlarından borc kimi alaraq Aslana vermişdir. Lakin Aslan onlardan pul alsa da işlərini düzəltməmişdir. Aslandan pullarını geri istədikdə isə Aslan onlara “gedin kimə deyirsiniz, deyin, pulunuzu verməyəcəyəm”- demişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, 11 fevral 2015-ci il tarixdə Nəsimi RPİ-nin müstəntiqi tərəfindən talama məqsədi olmadan avtomobil qaçırma ilə dostu Şahid15lə birlikdə tutulmuşdur. Daha sonra Nəsimi rayon polis idarəsinin müstəntiqi tərəfindən barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin üzərində soyuq silah olan beşbarmaq da olduğu üçün ona əlavə olaraq soyuq silah gəzdirmə maddəsi də verilmişdir. Dəfələrlə ailə üzvləri ilə telefon danışıqları olurdu. Anası ona Aslan adlı vəkillə danışdığını, 2500 manat pul verdiyini, Aslanın da məsələni həll edəcəyinə və onu buraxdıracağına söz verdiyini deyirdi. Anasının deməyinə görə, həmin 2500 manatın bir qismini Aslanın qardaşı Xalıqdan sələmə götürmüş, qalanını isə özü düzəltmişdir. Anasının deməsinə görə Astana pulu verdikdən təxminən 10 gün sonra Aslan anasını çağıraraq işi görə işi görə bilmədiyinə görə pulu qaytarmışdır. Anası Xalıqdan götürdüyü sələmi geri qaytarmamışdır. Təxminən bir il ərzində Kürdəxanıda yerləşən istintaq təcridxanasında cəza çəkmiş, bir ilin tamamında Nəsimi rayon məhkəməsin hökmü ilə azadlıqdan məhrum edilmişdir. İfadəsi elan olunmuş şahid X13 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, hazırda Şamaxı rayon məhkəməsində kompüter proqramçısı vəzifəsində işləyir. Həmçinin məhkəmə sədrinin təyinatı ilə məhkəmə iclaslarında məhkəmə iclas katibi funksiyasını da yerinə yetirir. 14 may 2020-ci il tarixdə məhkəmənin icraatına Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs barəsində Şamaxı RPŞ-nin İTB-nin polisi tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola əsasən, Təqsirləndirilən şəxs 29 yanvar 2020-ci il tarixdə Şamaxı rayonu, Quşçu kəndi ərazisində Şamaxı şəhər sakinləri Şahid1 və Zərərçəkmiş şəxs3 dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirmiş və buna görə də, Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokola baxılması üzrə məhkəmə iclasında o, Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun olaraq başlayan məhkəmə iclas katibi qismində iştirak etmişdir. Həmçinin zalda iş yoldaşı Şahid13, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Təqsirləndirilən şəxs, vəkil Əlisa Abdullayev, zərərçəkmiş şəxslər Şahid1 və Zərərçəkmiş şəxs3 və bir neçə polis əməkdaşı olmuşdur. Eyni zamanda iş üzrə bir neçə şahid çöldə gözləmişlər. X24 məhkəmə iclasını açıq elan etdikdən sonra o, proses iştirakçılarını elan etmiş, hakim proses iştirakçılarının hüquq və vəzifələrini izah və bir sıra digər prosessual qaydalara riayət etdikdən sonra işə mahiyyəti üzrə baxılmağa başlanmışdır. X24 iş üzrə şahidləri, zərərçəkmiş şəxsləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Təqsirləndirilən şəxs dindlədikdən sonra tərəflər çıxış etmişlər. Ardınca X24 müşavirə otağına getmiş, bir neçə dəqiqədən sonra məhkəmə iclas zalına qayıdaraq Təqsirləndirilən şəxs inzibati qaydada həbs olunmasına dair qərarı elan etmişdir. Qərar elan edildikdən sonra hakim zalda ola-ola Təqsirləndirilən şəxs məhkəmə iclas zalında olan Zərərçəkmiş şəxs3 ünvanına nalayiq ifadələr işlətmiş, sonuncunu təhqir etmişdir. Təqsirləndirilən şəxs hakim və zalda olan polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilsə də, əməl etməmiş, qanunsuz hərəkətlərinə davam etmiş və müşayiət edən polis əməkdaşlarının qanuni tələblərinə riayət etməmişdir. Təqsirləndirilən şəxs onu sakitləşdirməyə çalışan polis əməkdaşlarını itələməklə müqavimət göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs çətinliklə də olsa, polis əməkdaşları tərəfindən zaldan çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 Publik hüquqi şəxsin verdiyi 171 nömrəli, 18 may 2020-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 Publik hüquqi şəxsin verdiyi 170 nömrəli, 15 may 2020-ci il tarixli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət – sol çiyin nahiyəsinin bir ədəd qançırı küt əşyanın təsirindən törənmişdir, yetirilmə müddəti 14 may 2020-ci il tarixə uyğundur. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 Publik hüquqi şəxsin verdiyi 169 nömrəli, 15 may 2020-ci il tarixli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət – sağ əlin arxa səthində 1-ci (böyük) barmaq proyeksiyasındakı səthi sıyrıq küt əşyanın təsirindən törənmişdir, yetirilmə müddəti 14 may 2020-ci il tarixə uyğundur. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş Şamaxı rayon məhkəməsinin 14 may 2020-ci il tarixli, 3(074)-121/2020 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 25 gün müddətinə həbs edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon məhkəməsinin 08 iyun 2020-ci il tarixli 4(026)-1/2020 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında üç ay həddində həbs qətimkan tədbiri seilmiş, həbsetmənin əvvəli 08 iyun 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş Şamaxı rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsindən rayon prokurorluğuna ünvanlanmış 31 may 2020-ci il tarixli, 315 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən rayon prokurorluğuna ünvanlanmış 03.06.2020-ci il tarixli, 3814 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarına əlavə olunmuş Şamaxı RPŞ-dən rayon prokurorluğuna ünvanlanmış 16 iyun 2020-ci il tarixli, 188-8505-1220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və ailə üzvlərinin barəsində Şamaxı RPŞ-də cinayət işi, təqsirləndirici material olmamışdır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş ərizə və şikayətlər rayon prokurorluğuna göndərilmişdir. İş materiallarına əlavə olunmuş Şamaxı rayon İHB-nin Şamaxı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 09 sentyabr 2020-ci il tarixli 1577 saylı arayışda göstərilir ki, Şamaxı şəhəri, N. Nərimanov küçəsi, ev 16 ünvanda yaşayan xx.xx.1977-ci il ildə anadan olmuş Təqsirləndirilən şəxs aşağıdakı tərkibdə ailə üzvləri vardır. 02 avqust 2005-ci il təvəllüdlü qızı X4, 23 sentyabr 2006-cı il təvəllüdlü oğlu X7 və 12 mart 2008-ci il təvəllüdlü oğlu X10. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, eləcə də ekspertiza rəyləri ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs ifadəsi özünü müdafiə xarakteri daşıyır və göstərdikləri məhkəmə baxışı zamanı öz təsdiqini tapmadı. O, Azərbaycan Respublikası CM-in 178.2.2, 289.1 və 315.1-ci (köhnə redaksiyada) maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2, 289.1 və 315.1-ci (köhnə redaksiyada) maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 289.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası CM-in 315.1-ci (köhnə redaksiyada) maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 iyun 2020-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan təqdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 178.2.2, 289.1 və 315.1-ci (köhnə redaksiyada) maddələrinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 85 saat hüquqi yardıma görə 510 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi Novruz oğlunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar