Məhkəmə qərarları › İş №1(026)-1/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №1(026)-1/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 1(026)-1/2022 22.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Qobustan rayonunun Cəmcəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Qobustan rayonunun Cəmcəmli kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 25 sentyabr 2019-cu il tarixdən başlayaraq 13 iyul 2010-cu il təvəllüdlü X5 və 07 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Yevlax rayon məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(039)-2236/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 09 fevral 2021-ci il tarixdə Qobustan rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada 22 fevral 2021-ci il və 05 may 2021-ci il tarixlərdə xəbərdarlıq edilməsinə baxmayaraq xəbərdarlıq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 26 may 2021-ci il tarixə kimi, cəmi 3800,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda müvəqqəti olaraq Bakı şəhərində kirayə götürdüyü evdə tək yaşayır, Bakı şəhərində fərdi əməklə məşğul olur, yaşadığı ərazidə günəmuzd fəhlə işləyir, aylıq gəliri 400-500 manat təşkil edir, Zərərçəkmiş şəxs onun arvadıdır, Zərərçəkmiş şəxs ilə 03 sentyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan Nuran və Xədicə adlı övladları vardır. Zərərçəkmiş şəxs ilə 2019-cu ildə münasibəti pozulduqdan sonra faktiki ayrı yaşamağa başlamış, uşaqları Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığından onların saxlanması üçün ondan aliment tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və nəticədə Yevlax rayon məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(039)-2236/2019 saylı qətnaməsinə əsasən ondan 25 sentyabr 2019-cu il tarixdən başlayaraq 13 iyun 2010-.cu il təvəllüdlü X5 və 07 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Qobustan rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq tərəfindən qətnamənin icrası təmin olunmamış, həmin vaxt daimi iş yeri olmamış, yalnız işəmuzd fəhlə kimi işləmiş, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Qobustan rayon məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 09 fevral 2021-ci il tarixli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs edilmiş, inzibati həbsdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən xəbərdarlıq edilmişdir. 3800 manat aliment borcu olmuşdur, lakin Zərərçəkmiş şəxs 5000 manat pul ödəmişdir. Hazırda aliment borcu yoxdur. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Yevlax rayon məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(039)-2236/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 25 sentyabr 2019-cu il tarixdən başlayaraq 13 iyul 2010-cu il təvəllüdlü X4 və 07 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunması üçün aidiyyəti üzrə Qobustan rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə təyin edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Qobustan Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin sonradan icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq imkansızlığını əsas gətirib aliment üzrə heç bir ödəniş aparmamış, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 3800 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Hazırda Təqsirləndirilən şəxs ona 5000 manat aliment pulu ödəmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Şahid3 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs əridir və onlar 2007-ci ildən ailəlidirlər. Yevlax rayon məhkəməsinin 29 oktyabr 2019-cu il tari 2(039)-2236/2019 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 25 sentyabr 2019-cu il tarixdən başlayaraq 13 iyul 2010-cu il təvəllüdlü X5 və 07 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaq, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunması üçün aidiyyəti üzrə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmişdir. Y.A. Bədəlov tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Y.A. Bədəlov tərəfindən ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunaraq 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin bundan sonra da, Təqsirləndirilən şəxs alimenti ödəməkdən yayınmışdır. İş üzrə şahid qismində dindirilmiş Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Yevlax rayon məhkəməsinin 2(039)-2236/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə cavabdeh Təqsirləndirilən şəxs 25 sentyabr 2019-cu il tarixdən başlayaraq, 13 iyul 2010-cu il təvəllüdlü X5 və 07 iyun 2014cü il təvəllüdlü X3 adlı uşaqların 18 yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 100 manat, cəmi 200 manat aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Göstərilən icra vərəqəsi 22 yanvar 2020-ci il tarixdə Qobustan rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmiş, borclu Təqsirləndirilən şəxs icra şöbəsinə dəvət edilərək ondan müxtəlif tarixlərdə izahatlar alınmış, borcun məcburi icrası üçün görülən tədbirlər heç bir nəticə verməmiş, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin 2(039)-2236/2019 saylı, 29 oktyabr 2019-ci il tarixli qərarı ilə tələbi icra etməməsi ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Qobustan rayon məhkəməsinin 3(026)-28/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilmiş, inzibati tənbehdən sonra tələblə əlaqədar borclu Y. Bədəlova məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmiş və yeni müddət verilmiş, lakin tələb bir daha icra olunmamış, tələbkar Zərərçəkmiş şəxs 15 aprel 2021-ci il tarixdə Qobustan rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək indiyədək Təqsirləndirilən şəxs ona aliment borcunu ödəmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmiş,Qobustan rayon məhkəməsinin 8(026)- 9/2021 saylı, 16 may 2021-ci il tarixli qərardadı ilə Y.A. Bədəlovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, borclu Təqsirləndirilən şəxs icra zamanı aliment üzrə heç bir ödəniş etməmiş və 26 may 2021-ci il tarixə aliment borcu 3800,00 manat təşkil etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Hazırda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 5000 manat aliment pulu ödəmişdir. Şahid qismində dindirilmiş Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1lə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt regional ədliyyə idarəsinin sorğusuna əsasən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 19 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yevlax rayon məhkəməsinin 2(039)-2236/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədində göstərilir ki, cavabdeh Təqsirləndirilən şəxs 25 sentyabr 2019-cu il tarixdən başlayaraq 13 iyul 2010-cu il təvəllüdlü X5 və 07 iyun 2014-cü il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 100 manat, cəmi 200 manat aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Qobustan rayon icra və probasiya şöbəsinin 22 yanvar 2020-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Yevlax rayon məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(039)-2236/2019 saylı icra vərəqəsinə əsasən iş üzrə icraata başlanılmışdır. Qobustan rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli 3(026)-28/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Qobustan rayon məhkəməsinin 16 may 2021-ci il tarixli 8(026)-9/2021 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Qobustan rayon məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 1(026)-27/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə onun haqqında axtarış elan edilmişdir. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 31 yanvar 2022-ci il tarixli 145- 1047-1222 saylı məktubundan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdə saat 11:20-də Qobustan rayonunun Cəmcəmli kəndi ərazisindən tutularaq Qobustan rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona 5000 manat aliment pulu ödənildiyini, оndan heç bir şikayəti və tələbi olmadığını göstərdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, hazırda Zərərçəkmiş şəxs 5000 manat aliment pulu ödədiyini, tələbkar şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını bildirərək barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin qeydində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən dərhal azad edilməlidir. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CM-in 306-cı və Azərbaycan Respublikası CPM-in 40, 43, 321, 344, 346 və 347-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar