Məhkəmə qərarları › İş №1(026)-1/2024

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-1/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-1/2024 13.02.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə iştirakı ilə xx xxxxx 1994-cü ildə Qobustan rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Qobustan rayonu, Təklə-Mirzəbaba kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən – Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxx 1988-ci ildə Şamaxı rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qobustan rayonu Təklə- Mirzəbaba kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 yanvar 2023-cü il tarixdə saat təxminən 13 radələrində Bakı-Şamaxı- Yevlax magistral avtomobil yolunun 75-ci kilometrliyində, Qobustan rayonunun Cəngi kəndi ərazisindən keçən hissədə, yolun kənarında açıq sahədəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X8 İdarəsinin balansında olan uzunluğu 30 metr, qalınlığı 4 mm, diametri 159 mm olan, ümumi dəyəri 450 manat təşkil edən 01 (bir) ədəd metal borunu və diametri 150 mm olan, ümumi dəyəri 120 manat təşkil edən 01 (bir) ədəd siyirtməni (vintili) gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X8 İdarəsinə, ümumilikdə 570 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan əlavə, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 yanvar 2023-cü il tarixdə saat təxminən 17 radələrində Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin hasarının üzərinə çıxıb evin həyətinə qanunsuz daxil olaraq, evin həyətində olan çardağın altından uzunluğu təxminən 9 metr, diametri 15-20 sm, qalınlığı 0,5 sm olan, ümumi dəyəri 180 manat təşkil edən 01 (bir) ədəd dəmir boru, uzunluğu 2 metr, eni 1,20 metr olan çərçivəsi ilə birlikdə ümumi dəyəri 160 manat təşkil edən 01 (bir) ədəd dəmir qapı, hündürlüyü 1,5 metr, eni 1 metr olan dəmir armaturdan hazırlanmış ümumi dəyəri 20 manat təşkil edən 01 (bir) ədəd qapı, birinin uzunluğu 4 metr olmaqla, ikisinin ümumilikdə uzunluğu 8 metr olan, qalınlığı 1 sm dəmir materialdan hazırlanmış, bir ədədinin qiyməti 80 manat olmaqla, ümumi dəyəri 160 manat təşkil edən 02 (iki) ədəd axur, evin həyətində olan eni 1,5 metr, uzunluğu 1,5 metr, qalınlığı təxminən 2 sm olan, ümumi dəyəri 700 manat təşkil edən 01 (bir) ədəd dəmir list, birinin qiyməti 8 manat olmaqla, ümumi dəyəri 32 manat təşkil edən 200 litrlik 04 (dörd) ədəd dəmir boçka (çəllək), dəmir vaqon üçün nəzərdə tutulmuş qalınlığı 15 mm olan dəmir materialdan olmaqla, 100 kq çəkidə olan ümumi dəyəri 40 manat təşkil edən uqolniklər (künclüklər), evin həyətində olan yardımçı tikilinin qapısının qıfılını sındıraraq oradan diametri təxminən 8-10 sm, qalınlıqları təxminən 0,5 sm olan, ayrı-ayrılıqda birinin uzunluğu 4 metr, ümumi uzunluqları isə 100 metr olan, ümumi dəyəri 1000 manat təşkil edən 25 (iyirmi beş) ədəd dəmir boru, uzunluğu təxminən 45 metr, diametri 12 mm olan ümumi dəyəri 45 manat təşkil edən 01 (bir) ədəd dəmir armatur, uzunluğu təxminən 45 metr, diametri 16 mm olan ümumi dəyəri 58,50 manat təşkil edən 01 (bir) ədəd dəmir armatur, evin qıfılı olmayan zirzəmisindən ümumi dəyəri 40 manat təşkil edən 01 (bir) ədəd elektrik motoru (generator), birinin uzunluğu təxminən 3 metr olan, alüminium materialdan hazırlanmış pərdə asmaq üçün nəzərdə tutulmuş, birinin qiyməti 5 manat olmaqla, ümumi dəyəri 50 manat təşkil edən 10 (on) ədəd karniz, birinin qiyməti 0,80 manat olmaqla, ümumi dəyəri 40 manat təşkil edən saxsıdan olan 50 (əlli) ədəd kasa və birinin qiyməti 1 manat olmaqla, ümumi dəyəri 50 manat təşkil edən saxsıdan olan 50 (əlli) ədəd boşqabı gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2575,50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 yanvar 2023-cü il tarixdə saat təxminən 17 radələrində Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin hasarının üzərinə çıxıb evin həyətinə qanunsuz daxil olaraq, evin həyətində olan çardağın altından uzunluğu təxminən 9 metr, diametri 15-20 sm, qalınlığı 0,5 sm olan, ümumi dəyəri 180 manat təşkil edən 01 (bir) ədəd dəmir boru, uzunluğu 2 metr, eni 1,20 metr olan çərçivəsi ilə birlikdə ümumi dəyəri 160 manat təşkil edən 01 (bir) ədəd dəmir qapı, hündürlüyü 1,5 metr, eni 1 metr olan dəmir armaturdan hazırlanmış ümumi dəyəri 20 manat təşkil edən 01 (bir) ədəd qapı, birinin uzunluğu 4 metr olmaqla, ikisinin ümumilikdə uzunluğu 8 metr olan, qalınlığı 1 sm dəmir materialdan hazırlanmış, bir ədədinin qiyməti 80 manat olmaqla, ümumi dəyəri 160 manat təşkil edən 02 (iki) ədəd axur, evin həyətində olan eni 1,5 metr, uzunluğu 1,5 metr, qalınlığı təxminən 2 sm olan, ümumi dəyəri 700 manat təşkil edən 01 (bir) ədəd dəmir list, birinin qiyməti 8 manat olmaqla, ümumi dəyəri 32 manat təşkil edən 200 litrlik 04 (dörd) ədəd dəmir boçka (çəllək), dəmir vaqon üçün nəzərdə tutulmuş qalınlığı 15 mm olan dəmir materialdan olmaqla, 100 kq çəkidə olan ümumi dəyəri 40 manat təşkil edən uqolniklər (künclüklər), evin həyətində olan yardımçı tikilinin qapısının qıfılını sındıraraq oradan diametri təxminən 8-10 sm, qalınlıqları təxminən 0,5 sm olan, ayrı-ayrılıqda birinin uzunluğu 4 metr, ümumi uzunluqları isə 100 metr olan, ümumi dəyəri 1000 manat təşkil edən 25 (iyirmi beş) ədəd dəmir boru, uzunluğu təxminən 45 metr, diametri 12 mm olan ümumi dəyəri 45 manat təşkil edən 01 (bir) ədəd dəmir armatur, uzunluğu təxminən 45 metr, diametri 16 mm olan ümumi dəyəri 58,50 manat təşkil edən 01 (bir) ədəd dəmir armatur, evin qıfılı olmayan zirzəmisindən ümumi dəyəri 40 manat təşkil edən 01 (bir) ədəd elektrik motoru (generator), birinin uzunluğu təxminən 3 metr olan, alüminium materialdan hazırlanmış pərdə asmaq üçün nəzərdə tutulmuş, birinin qiyməti 5 manat olmaqla, ümumi dəyəri 50 manat təşkil edən 10 (on) ədəd karniz, birinin qiyməti 0,80 manat olmaqla, ümumi dəyəri 40 manat təşkil edən saxsıdan olan 50 (əlli) ədəd kasa və birinin qiyməti 1 manat olmaqla, ümumi dəyəri 50 manat təşkil edən saxsıdan olan 50 (əlli) ədəd boşqabı gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2575,50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 yanvar 2023-cü il tarixdə saat təxminən 13 radələrində Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 75-ci kilometrliyində, Qobustan rayonunun Cəngi kəndi ərazisindən keçən hissədə, yolun kənarında açıq sahədəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X8 İdarəsinin balansında olan uzunluğu 30 metr, qalınlığı 4 mm, diametri 159 mm olan, ümumi dəyəri 450 manat təşkil edən 01 (bir) ədəd metal borunu və diametri 150 mm olan, ümumi dəyəri 120 manat təşkil edən 01 (bir) ədəd siyirtməni (vintili) gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X8 İdarəsinə, ümumilikdə 570 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 04 yanvar 2023-cü il tarixdə saat təxminən 13 radələrində Bakı-Şamaxı yolu ilə Təqsirləndirilən şəxs1 məxsus “QAZ-31” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərək tullantı dəmir parçalarını yığmışlar. Bir qədər hərəkət etdikdən sonra Qobustan rayonu, Cəngi kəndinə gəlib çatmışlar. Həmin vaxt orada yolun kənarında Bakı şəhəri istiqamətində hərəkət edərkən yoldan dönərək torpaq yola düşmüşlər. Bir qədər də irəli hərəkət etdikdən sonra nəzərlərini yolun kənarında təzə əkilmiş ağaclığın yanında təxminən 30 metr uzunluqda olan dəmir boru cəlb etmişdir. Təqsirləndirilən şəxs1 avtomobili həmin dəmir borunun yanında saxlamış və avtomobildən yerə düşmüşlər ki, dəmir boruya baxsınlar. Həmin dəmir borunu doğrayaraq aparıb satmağı qərara almışlar. Bu məqsədlə də Təqsirləndirilən şəxs1 avtomobildə olan laqondanı (dəmir kəsən aparat) generatora qoşmuş və növbə ilə birlikdə həmin dəmir borunu kəsməyə başlamışlar. Həmin dəmir borunu kəsib qurtardıqdan sonra orada olan dəmir vintili (siyirtməni) də dəmir borudan kəsərək aralamışlar. Daha sonra həmin dəmir borunu və dəmir vintili Təqsirləndirilən şəxs1 avtomobilinə yükləyərək Abşeron rayonu, Müşfiqabad qəsəbəsinə aparmışlar. Yolda Təqsirləndirilən şəxs1 qardaşıgilə getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 demişdir ki, “həmin dəmir boru və dəmir vintili 70 manat pula satacam, 20 manat yolda aldığım benzin və siqaretə görə çıxıram, 10 manat isə icarəyə götürdüyüm laqonda və generatora görə verəcəm, qalan 40 manatı da böləndə hərəmizin payına 20 manat pul düşür”. Onunla razılaşmış və Təqsirləndirilən şəxs1 ona 20 manat pul vermişdir. 20 manat pulu ondan aldıqdan sonra avtomobildən düşüb qardaşıgilə getmişdir. Vüqarın həmin dəmir borunu və vintili haraya və neçəyə satmasından xəbəri olmamışdır. Zərərçəkmiş şəxs həmkəndlisidir. Zərərçəkmiş şəxsla münasibətləri hər zaman yaxşı olmuş, aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2 ilə təxminən iki-üç il bundan qabaq Abşeron rayonu, Müşfiqabad qəsəbəsində tanış olmuşdur. Təqsirləndirilən şəxs2lə münasibətləri hər zaman yaxşı olmuş, aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. 31 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə Qobustan rayonu, Təklə-Mirzəbaba kəndində yerləşən evlərindən özünə məxsus şəxsiyyət vəsiqəsini götürmək üçün Xəqaniyə məxsus “VAZ 21120” markalı, B 5** KX *** dövlət qeydiyyat nişanlı avtomobillə evlərinə gəlmişlər. Evdə şəxsiyyət vəsiqəsini axtarsa da, tapa bilməmişdir. Bundan sonra bir qədər kənddə gəzmişlər və maddi sıxıntıları olduğuna görə həmin vaxt Təqsirləndirilən şəxs2lə dəmir oğurlamaq qərarına gəlmişlər. Buna görə də, kənddə olan sahibsiz evlərdən hansından oğurluq etməyin mümkün olması barədə fikirləşməyə başlamışlar. Həmin vaxt Zərərçəkmiş şəxs evi yadına düşmüşdür. Belə ki, Zərərçəkmiş şəxs həmin evdə deyil, Abşeron rayonu, Güzdək qəsəbəsində yaşadığını bildiyi üçün Təqsirləndirilən şəxs2 avtomobilini Zərərçəkmiş şəxs kəndlərində olan evinin yanına sürməsini bildirmiş və Təqsirləndirilən şəxs2 də razılaşmışdır. Zərərçəkmiş şəxs evinin yanına çatdıqdan sonra özü və Təqsirləndirilən şəxs2 avtomobildən düşərək evin hasarına yaxınlaşıb, hasarın üstündən baxan zaman həyətdə xeyli dəmir parçalarının olmasını görmüşlər. Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs evinin həyətinə daxil olmağa və həyətdəki dəmirləri oğurlamağa qərar vermişlər. Evin giriş qapısı bağlı olduğuna görə o və Təqsirləndirilən şəxs2 saat 17 radələrində hasardan tullanaraq həyətə daxil olmuşlar. Həyətdə olan iki ədəd dəmir boru, iki ədəd dəmir qapı, iki ədəd dəmirdən hazırlanmış axur, bir ədəd dəmir list, həmçinin sayını və çəkisini bilmədiyi dəmir boçkaları və uqolnikləri (künclükləri), evin həyətində olan tikilinin qıfılını sındırıb oradan dəmir armaturları, xeyli sayda dəmir boruları, habelə evin qıfılı olmayan zirzəmisindən xeyli sayda karnizləri Təqsirləndirilən şəxs2 avtomobilində olan laqonda (dəmir kəsən aparat) ilə doğramış və doğradıqları dəmir parçalarını həyətin iç tərəfindən hasarın yanına gətirərək oraya yığmışlar. Bundan sonra evin zirzəmisindən bir ədəd elektrik motorunu, içərisində xeyli sayda kasa və boşqablar olan qutunu və bir ədəd qırmızı rəngli tozsoranı götürüb gətirərək hasarın yanına yığmışlar. Doğradıqları dəmir parçalarını hasarın üstündən küçəyə atmışlar. Hasarın üstündən aşaraq digər tərəfə keçmiş, Xəqaninin qutuda ona verdiyi xeyli sayda boşqab və kasaları, həmçinin elektrik motorunu götürüb avtomobilə qoymuşdur. Həmin vaxt tozsoranı götürməmək qərarına gəlmiş, tozsoranı elə həyətin içərisi tərəfdən hasarın yanında yerə qoymuş və tozsoran orada qalmışdır. Hasarın yanına doğrayıb yığdıqları dəmir parçalarını isə Təqsirləndirilən şəxs2 məxsus avtomobilə yığmışlar. Həmin vaxt onları heç kim görməmişdir. Bundan sonra Abşeron rayonu, Müşfiqabad qəsəbəsinə getmişlər. Orada dəmir parçalarının bir hissəsini səyyar formada dəmir alan şəxsə xatırlamadığı qiymətə satmışlar. Həmçinin, orada tanımadığı şəxsə elektrik motorunu, boşqab və kasaları xatırlamadığı qiymətə satmışlar. Bundan sonra avtomobildə qalan dəmir parçalarını da satmaq istədikdə, dəmir parçalarını satmaq istədikləri şəxs onlardan şəxsiyyət vəsiqəsi istəmişdir. Onun və Təqsirləndirilən şəxs2 üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün Təqsirləndirilən şəxs2 dostu Şahid2 ilə görüşdükdən sonra, Şahid2 şəxsiyyət vəsiqəsi vasitəsilə Zaman adlı şəxsə dəmir parçalarını xatırlamadığı məbləğdə pula satmışlar. Bundan sonra satdıqlarından əldə etdikləri pulları Təqsirləndirilən şəxs2 ilə aralarında bölmüşlər. Həmin puldan Şahid2 pul verməmişlər. Əşyaları Təqsirləndirilən şəxs2lə birlikdə oğurlamış, həmin vaxt onların yanında başqa heç kim olmamış və onlara heç kim kömək etməmişdir. Əşyaları Xəqani ilə birlikdə oğurlamış, həmin vaxt oğurladıqları dəmir əşyaları tələsik laqonda ilə kəsdikləri üçün dəmirlərin uzunluqlarını ölçməmişlər və aparıb satan zaman həmin dəmirləri uzunluqla deyil, çəki ilə satmışlar. Bu səbəbdən də həmin dəmirlərin uzunluqlarını dəqiq bilmir. Oğurladıqları dəmir boçka, dəmir boru, dəmir armatur, axur, karniz, uqolnik (künclük), boşqab və kasaların sayını bilmir. Bir ədəd qırmızı rəngli tozsoranı isə gətirib hasarın yanına qoysalar da, lakin sonradan həmin tozsoranı götürməmişlər. Təqsirləndirilən şəxs2 ilə oğurladıqları əşyaları satarkən əşyaları alan şəxslərə onların oğurluq olduğunu bildirməmişlər. Zərərçəkmiş şəxs evindən götürülmüş 01 ədəd “Argo” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materialın ona məxsus olmasının göstərilməsi ilə bağlı isə deyə bilər ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs evindən oğurluq etdikləri zaman həyətdə həmin siqareti çəkmişdir və daha sonra siqaretin kötüyünü evin həyətinə atmışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1-də qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Güzdək qəsəbəsində yaşayır. Qobustan rayonu, Təklə-Mirzəbaba kəndində yaşayan Təqsirləndirilən şəxs3 təxminən 2022-ci ilin sonlarında tanımışdır. Təqsirləndirilən şəxs3 həmin vaxtlarda Abşeron rayonu, Müşfiqabad qəsəbəsində avtomobil təmiri ilə məşğul olmuş və ona öz avtomobilini bir neçə dəfə təmir etdirmişdir. Təqsirləndirilən şəxs3la münasibətləri hər zaman yaxşı olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 həmkəndlisidir, İlhamı tanımır. 31 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs3la birlikdə onun Qobustan rayonu, Təklə- Mirzəbaba kəndində yerləşən evlərindən şəxsiyyət vəsiqəsini götürmək üçün “VAZ 21120” markalı, B 5** KX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Təklə-Mirzəbaba kəndinə gəlmişlər. Təqsirləndirilən şəxs3 evdə şəxsiyyət vəsiqəsini axtarsa da, tapa bilməmişdir. Bundan sonra bir qədər kənddə gəzmişlər və maddi sıxıntıları olduğuna görə həmin vaxt Təqsirləndirilən şəxs3la dəmir oğurlamaq qərarına gəlmişlər. Buna görə də, kənddə olan sahibsiz evlərdən hansından oğurluq etməyin mümkün olması barədə fikirləşməyə başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs3 yadına Zərərçəkmiş şəxs evi düşmüşdür. Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs həmin evdə olmadığını, Abşeron rayonu, Güzdək qəsəbəsində yaşadığını bildiyi üçün ona avtomobili Zərərçəkmiş şəxs kənddə olan evinin yanına sürməsini bildirmişdir. Təqsirləndirilən şəxs3la razılaşmış və Zərərçəkmiş şəxs evinin yanına çatdıqdan sonra Təqsirləndirilən şəxs3la avtomobildən düşərək evin hasarına yaxınlaşmış və hasarın üstündən baxan zaman həyətdə xeyli dəmir parçalarının olmasını görmüşlər. Təqsirləndirilən şəxs3la birlikdə Zərərçəkmiş şəxs evinin həyətinə daxil olmağa və həyətdəki dəmirləri oğurlamağa qərar vermişlər. Evin giriş qapısı bağlı olduğuna görə həmin gün saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs3la hasardan tullanaraq həyətə daxil olmuşlar. Həyətdə olan iki ədəd dəmir boru, iki ədəd dəmir qapı, iki ədəd dəmirdən hazırlanmış axuru, bir ədəd dəmir listi, həmçinin sayını və çəkisini bilmədiyi dəmir boçkaları və uqolnikləri (künclükləri), evin həyətində olan tikilinin qıfılını sındırıb oradan dəmir armaturları, xeyli sayda dəmir boruları, evin qıfılı olmayan zirzəmisindən xeyli sayda karnizləri avtomobilində olan laqonda (dəmir kəsən aparat) ilə doğramışlar və doğradıqları dəmir parçalarını həyətin iç tərəfindən hasarın yanına gətirərək oraya yığmışlar. Bundan sonra evin zirzəmisindən bir ədəd elektrik motorunu, içərisində xeyli sayda kasa və boşqablar olan qutunu və bir ədəd qırmızı rəngli tozsoranı götürüb gətirərək hasarın yanına yığmışlar. Daha sonra isə doğradıqları dəmir parçalarını hasarın üstündən küçəyə atmışlar. Təqsirləndirilən şəxs3 hasarın üstündən aşaraq digər tərəfə keçmiş və onun hasarın üstündən qutuda ona verdiyi xeyli sayda boşqab və kasaları, həmçinin elektrik motorunu götürüb avtomobilə qoymuşdur. Həmin vaxt tozsoranı götürməmək qərarına gəlmişlər, tozsoranı elə həyətin içərisi tərəfdən hasarın yanında yerə qoymuşlar və tozsoran orada qalmışdır. Hasarın yanına doğrayıb yığdıqları dəmir parçalarını isə ona məxsus avtomobilə yığmışlar. Həmin vaxt onları heç kim görməmişdir. Bundan sonra avtomobili ilə Abşeron rayonu, Müşfiqabad qəsəbəsinə getmişlər. Orada dəmir parçalarının bir hissəsini səyyar formada dəmir alan şəxsə xatırlamadığı qiymətə satmışlar. Həmçinin orada tanımadığı şəxsə elektrik motorunu və boşqab və kasaları xatırlamadığı qiymətə satmışlar. Bundan sonra avtomobildə qalan dəmir parçalarını da satmaq istədikdə, dəmir parçalarını satmaq istədikləri şəxs onlardan şəxsiyyət vəsiqəsi istəmişdir. Özünün və Təqsirləndirilən şəxs3 üzərində şəxsiyyət vəsiqələri olmadığı üçün dostu Şahid2 ilə görüşdükdən sonra, Şahid2 şəxsiyyət vəsiqəsi vasitəsilə Zaman adlı şəxsə dəmir parçalarını xatırlamadığı məbləğdə pula satmışlar. Bundan sonra satdıqlarından əldə etdikləri pulları Təqsirləndirilən şəxs3la aralarında bölmüşlər. Həmin puldan Şahid2 pul verməmişlər. Şahid2 oğurluq hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs fərdi yaşayış evindən əşyaları Təqsirləndirilən şəxs3la birlikdə oğurlamış, həmin vaxt onların yanında başqa heç kim olmamış və onlara heç kim kömək etməmişdir. Əşyaları Təqsirləndirilən şəxs3 ilə birlikdə oğurlamış, həmin vaxt oğurladıqları dəmir əşyaları tələsik laqonda ilə kəsdikləri üçün dəmirlərin uzunluqlarını ölçməmişlər və aparıb satan zaman həmin dəmirləri uzunluqla deyil, çəki ilə satmışlar. Bu səbəbdən də həmin dəmirlərin uzunluqlarını dəqiq bilmir. Oğurladıqları dəmir boçka, dəmir boru, dəmir armatur, axur, karniz, uqolnik (künclük), boşqab və kasaların sayını bilmir. Bir ədəd qırmızı rəngli tozsoranı isə gətirib hasarın yanına qoysalar da, lakin sonradan həmin tozsoranı götürməmişlər. Təqsirləndirilən şəxs3la oğurladıqları əşyaları satarkən əşyaları alan şəxslərə onların oğurluq olduğunu bildirməmişlər. Siqaret kötükləri üzərində olan bioloji mənşəli materialın ona məxsus olmasının göstərilməsi ilə bağlı isə Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs evindən oğurluq etdikləri zaman həyətdə “Argo” və “Rothmans” siqaretlərini çəkmişdir və daha sonra siqaretlərin kötüyünü evin həyətinə atmışdır.Əməlindən peşmandır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan rayonu, Təklə- Mirzəbaba kəndindəki evlərində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs3 həmkəndlisidir və Arizlə münasibətləri hər zaman yaxşı olmuşdur. Bir müddət bundan əvvəl dəmir yığıb metal toplama məntəqələrinə təhvil vermişdir. Bunu həmkəndlisi Ariz də bildiyi üçün ondan xahiş etmişdir ki, onu da kömək etməsi üçün özü ilə dəmir toplamağa aparsın və köməkləşib topladıqları dəmirlərin gəlirindən ona da versin. Təqsirləndirilən şəxs3 ilə razılaşmışdır. 04 yanvar 2023-cü il tarixdə saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə Bakı-Şamaxı yolu ilə özünə məxsus “QAZ-31029” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərək tullantı dəmir parçalarını yığmağa başlamışlar. Bir qədər hərəkət etdikdən sonra Qobustan rayonu, Cəngi kəndinə gəlib çatmışlar. Həmin vaxt orada yolun kənarında Bakı şəhəri istiqamətində hərəkət edərək yoldan dönərək torpaq yola düşmüşlər. Təqsirləndirilən şəxs3la bir qədər də irəli hərəkət etdikdən sonra nəzərlərini yolun kənarında təzə əkilmiş ağaclığın yanında təxminən 30 metr uzunluqda dəmir boru cəlb etmişdir. Avtomobili həmin dəmir borunun yanına sürərək saxlamış və dəmir boruya baxmaq üçün avtomobildən yerə düşmüşlər. Təqsirləndirilən şəxs3la həmin dəmir borunu doğrayaraq aparıb satmağı qərara almışlar. Bu məqsədlə də avtomobilində olan laqondanı (dəmir kəsən aparat) generatora qoşmuş və Təqsirləndirilən şəxs3la növbə ilə birlikdə həmin dəmir borunu kəsməyə başlamışlar. Həmin dəmir borunu kəsib qurtardıqdan sonra orada olan dəmir vintili (siyirtməni) də dəmir borudan kəsərək aralamışlar. Daha sonra Təqsirləndirilən şəxs3la birlikdə həmin dəmir borunu və dəmir vintili özünə məxsus avtomobilə yükləyərək Abşeron rayonu, Müşfiqabad qəsəbəsinə aparmışlar. Təqsirləndirilən şəxs3 yolda ona bildirmişdir ki, qardaşıgilə getmək istəyir. O da Təqsirləndirilən şəxs3 demişdir ki, “həmin dəmir boru və dəmir vintili 70 manat pula satacaq. 20 manat yolda aldığı benzin və siqaretə görə çıxır, 10 manat isə icarəyə götürdüyü laqonda və generatora görə verəcək. Qalan 40 manatı da böləndə hərəsinin payına 20 manat pul düşür”. Təqsirləndirilən şəxs3 da onunla razılaşmış və Arizə 20 manat pul vermişdir. Təqsirləndirilən şəxs3 20 manat pulu ondan aldıqdan sonra avtomobildən düşüb qardaşıgilə getmişdir. O isə həmin dəmir borunu və vintili Müşfiqabad qəsəbəsində səyyar formada dəmir alan şəxsə xatırlamadığı qiymətə satmışdır. Həmin şəxsə dəmir boru və vintilin oğurluq olduğunu deməmişdir. Əməlindən peşmandır. Dəymiş ziyanın ona düşən hissəsini 275 manat ödəmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Qobustan rayonu Təklə-Mirzəbaba kəndində qeydiyyatda olsa da, hazırda Abşeron rayonu, Müşfiqabad qəsəbəsində nömrəsiz fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Qobustan rayonu, Təklə- Mirzəbaba kəndi ərazisində ona məxsus evi vardır. Həmin evdə yaşamaq üçün bütün əlverişli şərait yaradılmışdır. Hazırda Abşeron rayonu, Müşfiqabad qəsəbəsində özünə məxsus nömrəsiz fərdi evdə yaşamasına baxmayaraq, vaxtaşırı Qobustan rayonu, Təklə- Mirzəbaba kəndində yerləşən evinə gəlir və orada da yaşayır. Sonuncu dəfə 01 fevral 2023cü il tarixdə Qobustan rayonu, Təklə-Mirzəbaba kəndinə qardaşı xəstə olduğu üçün gəlmişdir. Qardaşıgildə bir qədər oturduqdan sonra axşam tərəfi öz evinə baş çəkməyə qərar vermişdir. Həmin evə gələn zaman görmüşdür ki, evin həyətində olan çardağın altında qoyduğu uzunluğu təxminən 9 metr, diametri 15-20 sm, qalınlığı 0,5 sm olan bir ədəd dəmir boru, uzunluğu 2 metr, eni 1,20 metr olan çərçivəsi ilə birlikdə bir ədəd dəmir qapı, hündürlüyü 1,5 metr, eni 1 metr olan dəmir armaturdan hazırlanmış bir ədəd qapı, diametri 30-40 sm, birinin uzunluğu 4 metr olmaqla, ikisinin ümumilikdə uzunluğu 8 metr, qalınlığı 1 sm olan dəmir materialdan hazırlanmış 02 ədəd axur (kolot), evin həyətində olan eni 1,5 metr, uzunluğu 1,5 metr, qalınlığı təxminən 2 sm olan bir ədəd dəmir list, 200 litrlik 04 ədəd dəmir boçka (çəllək), evin həyətində olan dəmir vaqon üçün nəzərdə tutulmuş qalınlığı 15 mm olan dəmir materialdan olmaqla, 100 kq çəkidə olan uqolniklər (künclüklər) yerində yoxdur. Evin həyətində olan yardımçı tikilinin qapısının qıfılının sındırıldığını gördüyü üçün oraya daxil olmuş və bu zaman orada olan diametri təxminən 8-10 sm, qalınlıqları təxminən 0,5 sm olan, ayrı-ayrılıqda uzunluqları 4 metr olan, cəmi ümumi uzunluqları isə 100 metr olan 25 ədəd dəmir boru, uzunluğu təxminən 45 metr, diametri 12 mm olan bir ədəd dəmir armatur, uzunluğu təxminən 45 metr, diametri 16 mm olan bir ədəd dəmir armatur, evin zirzəmisinə baxdıqda isə orada olan markasını bilmədiyi 01 ədəd elektrik motoru (generator), hər birinin uzunluğu təxminən 3 metr olan alüminium materialdan hazırlanmış pərdə asmaq üçün 10 ədəd karniz, saxsıdan olan 50 ədəd kasa, saxsıdan olan 50 ədəd boşqab və bir ədəd qırmızı rəngli tozsoranın yerində olmadığını görmüşdür. Həmin əşyaların oğurlandığını başa düşdüyü üçün dərhal DİN-in 102 xidmətinə özünə məxsus mobil telefonla zəng edərək evindən oğurluq olması barədə məlumat vermişdir. Bir qədər sonra oraya polis əməkdaşları gələrək baxış keçirtmişlər və bu zaman görmüşdür ki, bir ədəd dəyəri 40 manat olan qırmızı rəngli tozsoran evin həyətində içəri tərəfdən hasarın yanında qalmışdır, yəni oğurlanmamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Qobustan rayon Polis Şöbəsinə gedərək evindən oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluq hadisəsini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birlikdə törətmişlər və onlar barəsində araşdırma aparılır. Ona məxsus evdən oğurlanmış əşyaların qiyməti barədə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində qeyd edilən qiymətlərlə razıdır. Evindən oğurlanmış uzunluğu təxminən 9 metr, diametri 15-20 sm, qalınlığı 0,5 sm olan bir ədəd dəmir borunun ümumi qiyməti 180 manat, uzunluğu 2 metr, eni 1,20 metr olan çərçivəsi ilə birlikdə bir ədəd dəmir qapının ümumi qiyməti 160 manat, birinin uzunluğu 4 metr olmaqla, ikisinin ümumilikdə uzunluğu 8 metr, qalınlığı 1 sm olan dəmir materialdan hazırlanmış 02 ədəd axurun (kolot) ümumi qiyməti 160 manat (axurun birinin qiyməti 80 manat), eni 1,5 metr, uzunluğu 1,5 metr, qalınlığı təxminən 2 sm olan bir ədəd dəmir listin ümumi qiyməti 700 manat, birinin qiyməti 8 manat olmaqla, 200 litrlik 04 ədəd dəmir boçkanın (çəlləyin) ümumi qiyməti 32 manat, diametri təxminən 8-10 sm, qalınlıqları təxminən 0,5 sm olan ayrı-ayrılıqda uzunluqları 4 metr olan, cəmi ümumi uzunluqları isə 100 metr olan 25 ədəd dəmir borunun ümumi qiyməti 1000 manat, uzunluğu təxminən 45 metr, diametri 12 mm olan bir ədəd dəmir armaturun ümumi qiyməti 45 manat, uzunluğu təxminən 45 metr, diametri 16 mm olan bir ədəd dəmir armaturun ümumi qiyməti 58,50 manat, saxsıdan olan 50 ədəd kasanın ümumi dəyəri 40 manat (bir ədəd kasanın qiyməti 0,80 manat), hündürlüyü 1,5 metr, eni 1 metr olan dəmir armaturdan hazırlanmış bir ədəd qapının ümumi qiyməti 20 manat, dəmir vaqon üçün nəzərdə tutulmuş qalınlığı 15 mm olan dəmir materialdan olmaqla, 100 kq çəkidə olan uqolniklərin (künclüklərin) ümumi dəyəri 40 manat, saxsıdan olan 50 ədəd boşqabın ümumi dəyəri 50 manat (bir ədəd boşqabın qiyməti 1 manat), markasını bilmədiyi 01 ədəd elektrik motorunun (generator) ümumi qiyməti 40 manat, hər birinin uzunluğu təxminən 3 metr olan aliminium materialdan hazırlanmış pərdə asmaq üçün 10 ədəd karnizin ümumi qiyməti 50 manat (karnizin bir ədədinin qiyməti 5 manat) təşkil edir. Həmin əşyaların oğurlanması nəticəsində ona ümumilikdə, 2575,50 manat məbləğində maddi ziyan dəymişdir. Həmin vurulmuş ziyan ona ödənilmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 heç bir şikayəti və ya tələbi yoxdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Qobustan rayonu, Cəngi kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X8 İdarəsinin 4 nömrəli sahəsinin rəisi vəzifəsində işləyir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X8 İdarəsinin əsas məqsədi su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. X8 İdarəsinin 4 nömrəli sahəsi Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi ərazisindən Qobustan rayonu ərazisindən keçən Ceyrankeçməz çayına qədər sahəni əhatə edir. Həmin sahədə müxtəlif ölçüdə dəmir, azbest və plastik borular vasitəsilə su xətti ilə heyvanların suvarılması üçün sular axıdılır. Həmin borulara özü və tabeçiliyində olan əməkdaşlar nəzarət edirlər. 04 yanvar 2023-cü il tarixdə saat təxminən 16-17 radələrində ərazidə olan zaman Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 75-ci kilometrliyində, Qobustan rayonunun Cəngi kəndi ərazisindən keçən hissədə yolun kənarındakı istismarda olan su xəttinin dəmir borusunun bir hissəsinin və beton quyunun içərisində olan bir ədəd dəmir siyirtmənin (vintilin) yerində olmadığını görmüşdür. Həmin yerə yaxınlaşaraq baxdıqda ona məlum olmuşdur ki, X8 İdarəsinin balansında olan dəmir borunun 30 metr uzunluqda olan hissəsi və beton quyunun içərisində olan bir ədəd dəmir siyirtmə (vintil) naməlum şəxslər tərəfindən dəmir kəsən laqonda ilə kəsilərək oğurlanmışdır. Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə məlumat vermişdir. Həmin vaxt bayram günləri olduğu üçün ona bir neçə gün sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən bildirmişlər ki, bu barədə rayon Polis Şöbəsinə məlumat versin. 11 yanvar 2023-cü il tarixdə Qobustan RPŞ-yə ərizə ilə müraciət edərək Bakı-Şamaxı yolunun 75-ci kilometrliyində, yolun kənarında, Qobustan rayonunun Cəngi kəndi ərazisindən keçən və istismarda olan su xəttinin dəmir borusunun 30 metr uzunluqda olan hissəsinin və beton quyunun içərisində olan bir ədəd dəmir siyirtmənin (vintil) naməlum şəxslər tərəfindən dəmir kəsən laqonda ilə kəsilərək oğurlanmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin yerə baxış keçirtmişlər və həmin baxışda iştirak etmişdir. Sonradan X8 İdarəsi tərəfindən müəyyən edilmişdir ki, həmin idarəyə, ümumilikdə 570 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/599 nömrəli rəyində qeyd edilən qiymətlərlə razıdır. Oğurlanmış əşyaların rəydə göstərilən dəyərinə heç bir etirazı yoxdur. X8 İdarəsinə, ümumilikdə 570 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyandan 275 manat ödənilmişdir. Şahid2 ifadəsində göstərdi ki, Abşeron rayonu, Güzdək qəsəbəsində nömrəsiz fərdi evdə yaşayır. Rəsmi olaraq "xxxx" MMC-də bağban işləyir. Təqsirləndirilən şəxs2 bir ildir ki, tanıyır. Təqsirləndirilən şəxs2lə münasibətləri hər zaman normal olmuşdur. Təqsirləndirilən şəxs3 isə tanımır, ilk dəfə Təqsirləndirilən şəxs2 yanında görmüşdür. 2023-cü ilin təxminən yanvar ayının sonlarında Təqsirləndirilən şəxs2 zəng edərək şəxsiyyət vəsiqəsinin üzərində olubolmadığını ondan soruşmuşdur. Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin üzərində olduğunu demişdir. Təqsirləndirilən şəxs2 də ona biraz metalı olduğunu və satmaq üçün şəxsiyyət vəsiqəsinin lazım olduğunu demişdir. O da Təqsirləndirilən şəxs2lə razılaşdıqdan sonra, həmin gün görüşüb “Yeni qəsəbə” adlanan yerdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 21120” markalı avtomobilə əyləşmişdir. Həmin vaxt avtomobildə bir oğlan da olmuşdur. Sonradan həmin şəxsin Təqsirləndirilən şəxs3 olduğunu bilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la bir yerdə metal qəbul edən müəssisəyə gəlmişdir. Onlar Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 21120” markalı avtomobilin arxa hissəsində olan metalları metal qəbul edən müəssisəyə vermişlər. Həmin vaxt metal qəbul edən şəxs onlardan şəxsiyyət vəsiqəsini tələb etmiş, şəxsiyyət vəsiqəsini vermiş, bundan sonra kənarda dayandığından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 nə qədər metal satdıqlarını və nə qədər pul almalarını görməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dəmir satışından əldə etdikləri pulları öz aralarında ikisi bölmüşlər. Həmin puldan ona heç bir məbləğdə pul verməmişlər. Baş verən oğurluq hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 satdıqları dəmirlərin oğurluq olduğunu bilməmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Abşeron rayonu ərazisində dəmir alqı-satqısı ilə məşğul olur. Özünə məxsus olan dəmir alqı-satqısı məntəqəsi vardır. 2023-cü ilin yanvar ayının sonlarında iki nəfər tanımadığı şəxs dəmir qəbulu məntəqəsinə yaxınlaşaraq dəmir satmaq istədiklərini bildirmişlər. Həmin şəxslərin satmaq istədiyi dəmirlərə baxıb onlardan dəmirlərin oğurluq olub-olmadığını soruşmuşdur. Həmin şəxslər dəmirlərin onlara məxsus olduğunu bildirmişlər. Həmin şəxslərdən birinin şəxsiyyət vəsiqəsini götürüb özündə olan kitabda qeydiyyat aparmışdır. Həmin şəxslərin özlərinin fotoşəkillərini çəkmiş və bundan sonra dəmirlərə yenidən baxmışdır. Ümumi olaraq 160 kq dəmir almış və bunun qarşılığında nə qədər pul ödədiyini xatırlamır. Təxminən 70 manata yaxın pul ödəmişdir. Həmin şəxslərdən aldığı dəmir parçalarının bir hissəsini satmış, bir hissəsi isə məntəqəsində qalmış, sonradan qalan dəmir parçalarını istintaq orqanına təqdim etmişdir. Dəmir alqı-satqısını həyata keçirməsi ilə bağlı VÖEN-i var və bu barədə Abşeron rayonunda qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 mart 2023-cü il tarixli, 9/1115 nömrəli rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən uzunluğu 1 metr olan 01 ədəd dəmir borunun qiyməti 20 manat, uzunluğu təxminən 9 metr, diametri 15-20 sm, qalınlığı 0,5 sm olan bir ədəd dəmir borunun ümumi qiyməti 180 manat, uzunluğu 2 metr, eni 1,20 metr olan çərçivəsi ilə birlikdə bir ədəd dəmir qapının ümumi qiyməti 160 manat, bir ədədinin qiyməti 40 manat olmaqla, ikisinin ümumilikdə uzunluğu 8 metr, qalınlığı 1 sm olan dəmir materialdan hazırlanmış 02 ədəd axurun (kolot) ümumi qiyməti 160 manat, eni 1,5 metr, uzunluğu 1,5 metr, qalınlığı təxminən 2 sm olan bir ədəd dəmir listin ümumi qiyməti 700 manat, bir ədədinin qiyməti 8 manat olmaqla, 200 litrlik 04 ədəd dəmir boçkanın (çəlləyin) ümumi qiyməti 32 manat, bir ədədinin qiyməti 10 manat olmaqla, diametri təxminən 8-10 sm, qalınlıqları təxminən 0,5 sm olan, ayrı-ayrılıqda uzunluqları 4 metr olan, cəmi ümumi uzunluqları isə 100 metr olan 25 ədəd dəmir borunun ümumi qiyməti 1000 manat, uzunluğu təxminən 45 metr, diametri 12 mm olan bir ədəd dəmir armaturun ümumi qiyməti 45 manat, uzunluğu təxminən 45 metr, diametri 16 mm olan bir ədəd dəmir armaturun ümumi qiyməti 58,50 manat, bir ədədinin qiyməti 0,80 manat olmaqla, saxsıdan olan 50 ədəd kasanın ümumi dəyəri 40 manat, bir ədədinin qiyməti 1 manat olmaqla, saxsıdan olan 50 ədəd boşqabın ümumi dəyəri 50 manat təşkil edir. Ekspertiza təyini haqqında qərarda göstərilən 10 adda malın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq, 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2425,50 manat müəyyən edilir. Digər 05 ədəd malların markası, modeli, istehsal ili, istehsal yeri, istismar müddəti və digər texniki göstəriciləri haqqında kifayət qədər məlumat olmadığı üçün həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 mart 2023-cü il tarixli, 9/599 nömrəli rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə 30 metr uzunluğunda, Ukrayna istehsalı, qalınlığı 4 mm, diametri 159 mm olan metal boru - 450,0 (30x15man) manat, bir ədəd Rusiya istehsalı, diametri 150 mm olan siyirtmə (vintil-zadvijka) - 120,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən rayon Polis Şöbəsinə daxil olmuş 18 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 iyun 2023-cü il tarixli 1(001)-174/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 1 (bir) il, 2 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Qobustan rayon İHB-nin Qobustan rayon Təklə-Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 iyun 2023-cü il tarixli arayışından görünür ki, Qobustan rayonu, Təklə- Mirzəbaba kənd sakini Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən rayon Polis Şöbəsinə 07 iyun 2023-cü il tarixdə daxil olmuş tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Abşeron rayon İHB-nin Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 iyun 2023-cü il tarixli 496/A saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən də Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayır, ailə tərkibi arvadı-X1, 20 iyul 2008ci il təvəllüdlü oğlu-X6, 20 iyul 2016-cı il təvəllüdlü qızı-X4, 13 oktyabr 2018-ci il təvəllüdlü qızı-X5 və 13 oktyabr 2018-ci il təvəllüdlü qızı-X2r. Abşeron rayon İHB-nin Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş27 iyun 2023-cü il tarixli 497/A saylı xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən Qobustan rayon polis şöbəsinə daxil olmuş 17 iyun 2023-cü il tarixli tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs1 27 yanvar 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin27 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1 və 128-ci maddələrinə əsasən təqsirli bilinib 3 (üç) il müddətinə ümumi rejimli azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Təyin olunmuş cərimə cəzası 10 iyul 2018-ci ildə müstəqil icra olunub. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qobustan rayon İHB-nin Qobustan rayon Təklə-Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 iyun 2023-cü il tarixli 01 saylı arayışında göstərilir ki, Təqsirləndirilən şəxs1 həqiqətən də Qobustan rayonu, Təklə-Mirzəbaba kəndində qeydiyyatda olmaqla orada yaşayır və subaydır. Qobustan rayon İHB-nin Qobustan rayon Təklə-Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. “Əşyanın könüllü təqdim edilməsi və götürülməsi haqqında” 10 fevral 2023-cü il tarixli protokolda göstərilir ki, Şahid1 ümumilikdə çəkisi 56,40 kq təşkil edən dəmir parçalarını Rayon Polis Şöbəsinə təqdim edərək həmin əşyaları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Şahid1 təqdim etdiyi həmin dəmir parçaları götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 23 fevral 2023-cü il tarixli 3-13-11/2-2539/2023 nömrəli məktubunda göstərilir ki, Qobustan rayonu, Təklə-Mirzəbaba kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş 01 ədəd “Argo” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs3, digər 02 ədəd “Argo” və 01 ədəd “Rothmans” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs2 məxsusdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 09 fevral 2023-cü il tarixli, 3-13-11/2-1882/2023 nömrəli məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əl əksləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan açılmayan cinayət işləri üzrə hadisə yerlərinin müayinəsi zamanı götürülmüş əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik müəyyən edilməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 əməli zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər sənədlərlə ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs dəymiş ziyanın ona düşən hissəsini ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Zərərçəkmiş şəxs dəymiş ziyanın ona düşən hissəsini ödəməsini, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X8 İdarəsinə dəymiş ziyanın ona düşən hissəsini ödəməməsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 iyun 2023-cü il tarixli 1(001)-174/2023 nömrəli hökmünə ilə təyin olunmuş 1 (bir) il, 2 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs3 cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 08 may 2023-cü il tarixdən 10 may 2023-cü il tarixinədək həbsdə olduğu 2 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cəzasının əvvəli 12 may 2023-cü il tarixdən hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Qobustan rayon məhkəməsinin 1(026)-14/2023 saylı 12 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə onun haqqında axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs2 06 iyun 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixinədək həbsdə olduğu 2 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, cəzasının əvvəli 26 dekabr 2023-cü il tarixdən hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, dəymiş ziyanın ona düşən hissəsini tam ödəməsini cəzasını yüngülləşdirən, əməli cinayətin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 18 may 2023-cü il tarixdən 20 may 2023-cü il tarixinədək həbsdə olduğu 2 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzadan çıxılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, brəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından həbsə alınmalı, cəzasının əvvəli 13 fevral 2024cü il tarixdən hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətin residivinin olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından həbsə alınsın və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərilmiş 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 hesabına və Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 22 iyun 2023-cü il tarixli 1(001)-174/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş hazırkı hökmlə qismən birləşdirilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 08 may 2023-cü il tarixdən 10 may 2023-cü il tarixinə kimi həbsdə olduğu 2 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasının əvvəli 12 may 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 06 iyun 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixinə kimi həbsdə olduğu 2 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasının əvvəli 26 dekabr 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 18 may 2023-cü il tarixdən 20 may 2023-cü il tarixinə kimi həbsdə olduğu 2 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasının əvvəli 13 fevral 2024-cü il tarixdən hesab edilsin. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oğurladığı və iş üzrə Şahid1 götürülmüş çəkisi 56,40 kq təşkil edən dəmir parçaları Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərilmiş 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar